Press "Enter" to skip to content

Azərbaycan ədəbi dilinin tarixi (1-ci və 2-ci hissə) (PDF)

© 2001-2020 – Müəllif hüquqları qorunur.

azerbaycan dili toplu 1 ci hisse

Смотрите видео на тему «azerbaycan dili toplu 1 ci hisse» в TikTok (тикток).

133

testlerincavablari

Test Cavablari

Azerbaycan Dili test toplusu cavabalri 1 -ci hisse

Лайки: 133.Видео в TikTok (тикток) от пользователя Test Cavablari (@testlerincavablari): «Azerbaycan Dili test toplusu cavabalri 1 -ci hisse».Azerbaycan dili Test Toplusu Cavablari 1-ci Hisse orijinal ses – Test Cavablari. 7494 просм. |

orijinal ses – Test Cavablari

9163

birazizoffha

Лайки: 9.2K.Комментарии: 163.Видео в TikTok (тикток) от пользователя ◤�������� �� �������� (@birazizoffha): «Az dili toplu 1ci hissə səh:204���� #kesfetdengelenlertakib #keşfetteyizzz #keşfetalbunudaal #keşfetbeniöneçıkar #биразизоффа #şəxsidiツ��». orijinal ses – ◤�������� �� ��������. 129.3K просм. |

orijinal ses – ◤�������� �� ��������

710

akashimasike

Лайки: 710.Комментарии: 101.Видео в TikTok (тикток) от пользователя �� (@akashimasike): «Azərbaycan dilini onsuzda qutarmışam, amma həvəsim riyaziyyata daha çoxdu. #alight #edit #azerbaycandili #riyaziyyat #capcut #bpwkpp #keşfet #fyp». orijinal ses – ��. 12.5K просм. |

orijinal ses – ��

5965

xthefso

Лайки: 6K.Комментарии: 303.Видео в TikTok (тикток) от пользователя ���� (@xthefso): «������ ���������������� ����������??������̧�������� ����������������?��������-8». orijinal ses – ����. 97.3K просм. |

orijinal ses – ����

21.1K

fes_tedris_merkezi

miq_fes

Siz də soğru cavabınızı qeyd edin. #azerbaycandili #keşfet #education #trend #miq

Лайки: 21.1K.Комментарии: 199.Видео в TikTok (тикток) от пользователя miq_fes (@fes_tedris_merkezi): «Siz də soğru cavabınızı qeyd edin. #azerbaycandili #keşfet #education #trend #miq». orijinal ses – miq_fes. 611.8K просм. |

orijinal ses – miq_fes

5372

imgoshka

imgoshka

Лайки: 5.4K.Комментарии: 93.Видео в TikTok (тикток) от пользователя imgoshka (@imgoshka): «Azerbaycan Türkçe’sindeki en zor kelimeleri okuyorum�������� Bunu hayatta söyleyemezsin dediğiniz kelimeleri yazın! Challenge a varım!���� @Turan Salmanlı #azerbaycanturkiye #azerbaycandili #azerbaycan #translation #bakü #baki #azerbaijan #turkiyeazerbaycan #azerbaycan���� #azerbaycantürkiye #komikvideolar #ootd #komedi #azerbaijan���� #azerbaycanturkiye #türkiye #istanbul #баку #азербайджан». original sound – imgoshka. 238.2K просм. |

original sound – imgoshka

175.1K

berkaykilic666

BERKAY KILIÇ

Türkiye Azerbaycan Sözler Part 3

Лайки: 175.1K.Комментарии: 1.8K.Видео в TikTok (тикток) от пользователя BERKAY KILIÇ (@berkaykilic666): «Türkiye Azerbaycan Sözler Part 3». orijinal ses – BERKAY KILIÇ. 3.4M просм. |

Azərbaycan ədəbi dilinin tarixi (1-ci və 2-ci hissə) (PDF)

Universitetlərin filoloji fakültələri üçün nəzərdə tutulan bu dərslik “Azərbaycan ədəbi dilinin tarixi” proqramı əsasında yazılmışdır. Ədəbi dilin tarixi dövrlər üzrə ardıcılıqla təhlil olunur. Dövrlərin müəyyənləşməsində dilxarici hadisələr də nəzərə alınmaqla, dildaxili faktlara, üslubların yaranma və inkişafına, normanın tarixi təkamülünə xüsusi diqqət yetirilir.
Azərbaycan ədəbi dilinin yazıyaqədərki dövrünə aid xeyli material verilir. Dövr və mərhələlərin dil nümunələri əsasında aparıcı üslub üzərində geniş dayanılır. Ədəbi dilin zənginliyini, kamilliyini və milli məzmununu daha çox əks etdirdiyinə görə, dilçilikdəki ənənə də nəzərə alınaraq, bədii üsluba daha geniş yer ayrılır.
Cəmiyyətin inkişafı və tarixi şəxsiyyətlərin yetişməsi ilə ədəbi dilin səviyyəsi arasında uyğunluq dərslikdə əyani göstərilir.

© 2001-2020 – Müəllif hüquqları qorunur.

Əlavə

Mətbuat icmalı

  • Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsində olublar Avq 9, 2022
  • Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları blogerlərlə görüşüb Avq 6, 2022
  • Şimali Kiprdə təntənəli Novruz bayramı təşkil edilib Mar 21, 2022
  • Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib Mar 16, 2022
  • Nüvə müharibəsi başlayır? | Rusiya-Ukrayna savaşında son vəziyyət Fev 28, 2022

Azərbaycan dilinin inkişafında Sovetlərin rolu

Şimali Azərbaycanın 1828-ci ildə Rusiya ərazisi kimi tanınmasından sonra bu ərazidə yaşayan azərbaycanlılarla Araz çayının digər tərəfində yaşayan azərbaycanlılar arasında zamanla psixoloji və linqvistik olaraq fərqliliklər ortaya çıxmağa başladı. Rusiyanın Avropa ilə kontaktı Azərbaycan dilinə yeni Avropa sözlərinin gəlməsinə, dildə olan ərəb-fars əslli sözlərin nisbətən azalmasına səbəb oldu. İranla olan bağların qopmasına ən çox təsir edən nüans Qafqaz qubernatoru olan general Yermolovun məktəblərdə fars dilini qadağan edərək azərbaycan dilinin keçirilməsi ilə bağlı əmri olmuşdu (Axundov, 2005:30-31). Yermolov özü də bilmədən bu addımı ilə Rusiya ərazisində azərbaycandilli elita yetişdirmiş, bu elita isə sonda ölkənin müstəqilliyini elan etmişdi.

19-cu əsrin sonlarında azərbaycan dilində mətbuatın formalaşması, dildə olan bəzi leksik dəyişikliklər dilin inkişafı və zənginləşməsi ilə bağlı ilkin addımlar idi. 20-ci əsrdə isə ölkədə formalaşan ziyalı kütləsi dil məsələsi ilə daha ciddi məşğul olmağa başladı. Osmanlı dilinin ölkənin rəsmi ədəbi dili olması tərəfdarları ilə əhalinin danışdığı dili ədəbi dil kimi görən ziyalılar arasında olan müzakirələr və qarşılıqlı ittihamlar sonda ikincilərin qələbəsi ilə nəticələndi (Magomet İsayev, 1979:61).

Birinci qrupa daxil olan füyuzatçılara Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq, Məhəmməd Əmin Rəsulzadə, Abdulla Sur, Abbas Səhhət, Axund Yusif Talıbzadə, Sabir Tahirzadə, Əli Ağa Həsənov, Səid Səlmasi, Mirzə Ələkbər Sabir və s. daxil idi. İkinci qrupa daxil olan Molla Nəsrəddinçilərə isə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məhəmməd ağa Şahtaxtinski (Şaxtaxtinski Molla Nəsrəddində olmasa da ideyaca sadə əhalinin danışdığı dilin ədəbi dil olmasını ilk dəfə o başlatmışdı. (Kocharli, 2004:7)), Məhəmməd Səid Ordubadi, Mirzəli Möcüz və Əliqulu Qəmküsar daxil idi. Sonradan, birinci qrupa daxil olan Rəsulzadə və Şaiq dil məsələsində fikrini dəyişərək sadə insanların danışdığı dilin tərəfdarları sırasına keçir. Ancaq Çar Rusiyasının dağılması və davamında qurulan ADR zamanı dövlətin dili faktiki olaraq Osmanlı türkcəsi olur (Shaffer, 2002:39). Həmin dövrdə Azərbaycan məktəblərində Osmanlıdan ölkəyə dəvət edilən müəllimlər tədrislə məşğul olurdu. Milli Şuranın 1-ci sədri olan Rəsulzadə isə BDU-da Osmanlı ədəbiyyatı tarixindən dərs deyirdi (Yaqublu, 2013:29).

Azərbaycanda Sovet hakimiyyətinin qurulması siyasi-iqtisadi sahə ilə yanaşı respublikanın mədəni həyatında da dəyişikliklər gətirdi. Bu dəyişikliklər özünü mədəni-mənəvi faktorlar silsiləsinə daxil olan dil məsələsində qabarıq formada göstərirdi. Dövrün mübahisələri ilə tanış olanda adama elə gəlir ki, dil ətrafında söhbətlər o vaxtın ən kəskin söhbətlərindən yox, bəlkə də məhz birincisi idi. Hökumət, dilə, bir tərəfdən yeni sosialist mədəni-maarif işinin tərkib hissəsi və onun vasitəsi – bu tədbirin həyata keçiricisi, digər tərəfdən, onu daşıyan xalqın cismən yaşama və mənəvi varlıq faktoru kimi baxırdı.

Sovet hakimiyyəti qurulandan dərhal sonra savadsızlığa qarşı ölkə miqyasında mübarizə başlandı. İlkin olaraq 1921-ci ildə Respublika İnqilab Komitəsi sədri Nəriman Nərimanov Azərbaycan dilinin dövlət dili olması barədə fərman imzalayır (Hacıyev, 1987:253). Dillə bağlı fərmanın verilməsi ilə tədris müəssisələrində azərbaycan dili (Sadə əhalinin danışdığı dil) əsas dil kimi keçirilməyə başlayır. ADR zamanı məktəblərdə keçirilən osmanlı türkcəsi ləğv edilir. 1921-ci ildən etibarən azərbaycan dili mühüm fənn kimi məktəblərdə tədris olunurdu.

Ana dilini doğru formada öyrənmək üçün onun qrammatikası yazılmalı idi. Bu barədə dövrün dilçisi Bəkir Çobanzadə belə yazırdı: “Şimdiyə kadar yalnız şairlərə lazım olan dil bundan böyle bütün pedaqoqlara və hər dürlü ixtisas adamlarına pək lüzumlu və gayet zəruri bir vasitə halına gəliyor” (Hacıyev, 1987: 249). Çobanzadə, dilin 2 formada öyrədilməsi tərəfdarı idi: 1-ci, təbii şəkildə, ata və anadan öyrənilən dil – “ana dili ”, 2-ci, elmi yolla, təhlil və tədqiq süzgəcindən keçirilərək şüurlu şəkildə öyrənilən dil – “sərf dili” (qrammatika dili). Beləcə çoxsaylı müzakirələrdən sonra türk dili qrammatikası kitabının yazılmasına qərar verilir. Müəllif kollektivi (İsmayıl Hikmət, Abdulla Şaiq, Seyid Mirqasımzadə, Cavad Axundzadə, Cabbar Əfəndizadə, Mustafa Tofiq) tərəfindən yazılmış “Türkcə sərf-nəhv kitabı” (Türk dilinin qrammatikası) 1924-cü ildə çapdan çıxır (ADU, 1970:5). Elə həmin ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilir. Həmin konstitusiyaya əsasən azərbaycan dili ölkənin rəsmi dili kimi qəbul edilir. Dil haqqındakı söhbətləri intensivləşdirmək və mərkəzləşdirmək üçün “Dilimizin islahı” haqqında dövlət orqanı yaradılır. “Kommunist” qəzetində dillə bağlı silsilə yazılar yazılmağa başlayır. Dəmiryolçu imzası ilə dərc olunmuş məqalədə bunlar deyilirdi: “İndi neçə vəqtdir, dilimizi düzəltmək barədə danışılır. “Dilimizin islahı” adında nömrə də buraxılır. O nömrədə yazılan yazıların onda səkkizi ərəb və fars sözləri oluyor. Daha bunu düşünmüyor ki, özgə dili bilmək bir çətin iş degil. Çətin odur ki, yazdığı yazılarını bir halda yazsın ki, az savadlı bir əmələ onu oxuyub anlasın.” “Yeni yol” qəzetində isə dildə olan əcnəbi qrammatik quruluş pislənilirdi: “Biz ərəb, fars kəlimələrinə, şivələrinə və tərkiblərinə öylə alışmışıq ki, öz dilimizin gözəl qanunlarını və qaydalarını o tərkiblərə tabe edib dilimizi öldürürdük. Məsələn, ruh və cisim tərbiyəsi əvəzinə ruhani və cismani tərbiyə, şiddətli əzab yerinə əzabi-şədid, əsərlərin ədibləri yerinə üdəbayi-asar yazmışlar.”

Türk dilləri ilə bağlı planın konkretləşdirməsində I Ümumittifaq Türkoloji qurultayın böyük əhəmiyyəti oldu. Qurultay 1926-cı ilin 26 fevral-5 mart tarixində Azərbaycan SSR-in paytaxtı Bakıda keçirildi. Qurultayda 131 nəfər iştirak edirdi. Qurultaya fəxri üzv kimi Əli bəy Hüseynzadə, Nikolay Marr və Lunaçarski dəvət olunmuş və rəyasət heyətinə seçilmişdi. Bu qurultayda 17 iclas keçirilir və türkdilli xalqların dil, tarix, etnoqrafiya və ədəbiyyat sahəsi ilə bağlı 38 məruzə dinlənilir (Magomet İsayev, 1979:69). Fuat Köprülüzadə “Türk xalqlarının ədəbi dillərinin inkişafı” adlı məruzəsində ümumi dil məsələsinə toxunur. Köprülüzadə, məruzəsində ümumtürk ədəbi dili məsələsini qoymur, əksinə, türk xalqlarının ədəbi dillərinin yaranmasından, hər birinin inkişaf məxsusiliyindən danışırdı (Hacıyev, 1987:254).

Qurultayda iştirak edənlərin bir qismi “ədəbi dil yaradılır” sxemi tərəfdarı idi. Onların fikrincə bir halda ki müxtəlif türk dillərində danışanlar, xüsusilə ziyalılar bir-birini başa düşürlər, bir halda ki, ədəbi dili ziyalılar “düzəldirlər”, onda ümumi ədəbi dil yaratmaq mümkündür, hətta müasir dövrdə, SSRİ-də xalqların mədəni əlaqələrinin çoxaldığı bu şəraitdə bu, daha asan başa gələr. “Türkcə sərf-nəhv” kitabının müəlliflərindən biri – Cabbar Əfəndizadə “Ümumi ədəbi türk dili məsələsi” məqaləsində yazırdı: “Bütün insan yığınlarının və sonra bütün insanların məfkurə və qayələrini, yaşayış və yaşama quruluşlarını birləşdirmək istəyən sosializm insanların dilcə də yaxınlaşmasını və hətta birləşməsini arzu etməklə çox təbii hərəkətdə bulunmuş olur. Böylece türklərin də bir dildə qonuşması sosializm üçün bir qayə ola bilir” (Hacıyev, 1987:255). Qurultayda məruzə ilə çıxış edən Robert Açaryan erməni və azərbaycan dili arasında müqayisə apararaq bu dildən erməni dilinə keçən sözləri azərbaycan dilində olan ərəb və fars sözləri nisbətində dəyərləndirir. Qurultayda türk xalqlarının dilinə aid əsasən 3 məsələ müzakirə olundu: əlifba, imla və terminologiya.

Əlifba məsələsi artıq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan etibarən müzakirəyə qoyulmuşdu. 1921-ci ilin 30 dekabrı və 1922-ci ilin 6 yanvar yığıncağından sonra Azərbaycanda latın əlifbası tərəfdarları və islahatçılardan (ərəb qrafikasını reform etmə) ibarət iki böyük qrup yarandı. Artıq həmin il Səməd bəy Ağamalıoğlu rəhbərliyində latın qrafikası tərəfdarlarının layihəsi MİK tərəfindən qəbul edildi. Ancaq təklif olunan latın qrafikasının müəyyən çatışmazlıqları var idi. Dilə latın qrafikasına daxil olan bütün hərflər daxil deyildi. Bundan başqa Azərbaycan dilinə xas olan fonemləri ifadə edəcək iki hərfdən ibarət quruluşa izn verilmədi (Magomet İsayev, 1979:63).

1922-ci ilin mayında Azərbaycan XKS yanında təşkil olunan “Yeni türk əlifba komitəsi” latınçıların işini daha da mütəşəkkil formaya saldı. Ərəb dilində qrafika latın qrafikası ilə birlikdə 27 iyun 1924-cü ilə qədər işlədilirdi. Həmin tarixdən etibarən latın qrafikalı Azərbaycan dili tək rəsmi əlifba kimi təsdiqləndi (Magomet İsayev, 1979:63). Latın qrafikası türkdilli xalqlar arasında I Türkoloji qurultay zamanı qəbul olundu: lehinə – 101 səs, əleyhinə- 7 səs, bitərəf – 9 səs. Beləcə, 1929-cu ildən etibarən Azərbaycanda köhnə qrafika ilə yazı qadağan edilir və ölkə rəsmən latın qrafikasına keçir (Hacıyev, 1987:260).

Azərbaycan dili imlası 20-ci illərdə daha da pərakəndə hala düşmüşdü. İki əlifbalılıq dövründə bu təbii idi. Məsələn, latın qrafikası ilə çıxan “Yeni yol” qəzetində bir müddət III şəxs xəbər şəkilçisi ayrı yazılırdı: “mümkün dür, doğru dur”. Bəzi şivələrə xas xüsusiyyətlər də yazıda olduğu kimi qalırdı: “sahat, camahat, ərkək, ərməni, hasat və s.” (Hacıyev, 1987:262). Dövri mətbuatda da bu barədə kəskin mübahisələr gedirdi. Milli sözlərin yazılışında məhəlli sözlər əsas tutulur, bəzən bir sözün yazılışında iki zona xüsusiyyəti birləşdirilirdi: “Deyil sözü dəgil, dəyil kimi, q əvəzinə isə x işlədilirdi (balıx)”. 1929-cu ildə çağırılan I respublika imla müşavirəsi vahid və dəqiq orfoqrafiya qaydaları hazırlaya bilmədi. Bu müşavirədən sonra 20 min söz ehtiva edən “Orfoqrafiya lüğəti” çap edilmişdi. 1931-ci ildəki II müşavirə bəzi dəyişikliklər etsə də, bu tam mükəmməl qaydalar toplusu deyildi. Hələ 1936-cı ildə belə “mənnən, balaynan, gözdər, günnər” kimi yazılış davam edirdi. Həmin il qəbul edilən yeni orfoqrafiya qaydaları müəyyən qayda yaratsa da 1937-ci ildə bu qaydalar üzərində bəzi yeni dəyişikliklər aparılır (Budagova, 1982:19). 1938-ci il qaydaları “çoq, yoq, baq, ignə, dəgirman” yazılışlarına və assimilyativ faktlara son qoyur. 1940-cı ildə yeni əlifbaya keçid ilə əlaqədar orfoqrafiya qaydası hazırlanır və yeni lüğət buraxılır. Bu lüğətdə xüsusən alınma sözlərlə bağlı bəzi problemlər var idi: “Proqramma, problema, sistema, qeoqrafiya, qeodeziya, metall, proçess, müstəqill, mühümm”. Hazırda işlədilən imla qaydaları 1958-ci ildə qəbul olunur və həmin qüsurlar aradan qaldırılır (Hacıyev, 1987:266). 1960-cı ildə çap edilmiş yeni “Orfoqrafiya lüğəti”ndə istifadə olunan sözlərin sayı 40 minə, 1975-ci ildə çap edilmiş lüğətdə isə 58 minə çatır (Budagova, 1982:19).

Dilçilər qarşısında duran digər bir problem termin məsələsi idi. Bəkir Çobanzadə Türkoloji qurultay tribunasından bununla bağlı belə deyirdi: “Terminin elmi və pedaqoji əhəmiyyəti vardır. Biz terminlərsiz nə məktəblərdə dərs keçə bilərik və nə də elmi kitablar yaza bilərik”. Türkoloji qurultayda Bəkir Çobanzadə ilə yanaşı Hənəfi Zeynallı, Zifeld Simumyaqi və Həbibulla Odabaş termin məsələsi bağlı çıxış edirdi. Buna görə də 1922-ci ildə MİK yanında İstilah Komissiyası yaradılır və həmin il komissiyaya 5 ixtisas üzrə (hesab, həndəsə, cəbr, coğrafiya, təbiət) hazırladığı terminləri ictimaiyyətin istifadə və müzakirəsinə verir. Aydın olur ki, istilah komissiyası pürizm (fransızca təmizlik) mövqeyindədir. Komissiya üzvləri terminlərin əsas hissəsini milli sözlərdən istifadə edərək formalaşdırmaq niyyətində idi. 20-ci illərdə mətbuatın, ədəbiyyatın dilində komissiyanın yaratdığı yüzlərlə pürist terminlər işlədilirdi: eloğlu- vətəndaş, uçan – təyyarə, yerlik – bilet, xüsusi mülkiyyətsiz – sarısız, acun – dünya, görük – pəncərə, atılqan – fontan, iyin – bədən, haçaq – müddət, törədiş – sənaye. Qəbul olunmayan, süni səslənən terminlərlə yanaşı püristlər olduqca uğurlu terminlər də yaratdılar: sözlük, arayış, bildiriş, çıxış (nitq anlamında), güləşçi, gərginlik (fiziki və ictimai mənalarda), yük (fizika), güc (fizika), dalğa (fizika) (Hacıyev, 1987:267). Bu təmizlik siyasəti o hala gəlir ki, “Kommunist” qəzeti “soçialnaya nastroyka”, “xozyaystvo”, “proizvodstvo” sözlərinin Azərbaycan dilində qarşılığını tapanlara mükafat elan edir. Bu terminlərdən sadəcə biri – üstqurum (nadstroyka) sözü hal-hazırda dilimizdə işlədilir (Hacıyev, 1987:268). İndiki dövrdə dilimizdə işlədilən terminlərin çoxu 1952-ci ildə yaradılan Azərbaycan SSR Terminoloji Komitəsi tərəfindən tam olaraq formalaşdırılıb. Bu komitə sayəsində müxtəlif elmi sahələri əhatə edən 60-dan çox terminoloji lüğəti çap edilmişdi (Budagova, 1982:23).

Nəticə olaraq azərbaycan dilinin ayrı bir dil kimi formalaşaraq ayrılmasını 1930-cu illərin əvvəllərindəki reformlara bağlamaq lazımdır. SSRİ hökuməti Türkiyənin də müttəfiq olaraq bu dövlətlə birləşməsini güman edərək ilk əvvəllər ümumi türk dilinin yaradılmasına müsbət münasibət göstərirdi. Ancaq zamanla Türkiyənin özünəməxsus siyasəti və SSRİ ilə soyuqlaşması bu ideyanın gerçəkləşməsinə imkan vermədi. Əvəzində 1930-cu illərdən başlanan sadə danışıq dili üzərində aparılan reformlarla yeni bir dil formalaşdırıldı. Bu dil özünəməxsus adını da 1936-cı il Stalin Konstitusiyasının qəbulu ilə almış oldu. Bu dövrə qədər azərbaycan dili türk dili kimi interpretasiya edilirdi. Yeni yaradılmış dil və əlifba dəyişimi mühacirət həyatı yaşayan Müsavat üzvləri tərəfindən birmənalı qarşılanmamışdı. Rəsulzadə ərəb qrafikasından latın qrafikasına keçidi tənqid etmiş, Müsavatın qurucularından Mirzə Bala Məmmədzadə isə azərbaycan dilini “proletar küçə jarqonu” olaraq ifadə etmişdi (Mehmetzade, 1991:53).

İstifadə olunan ədəbiyyat

Mirzə Fətəli Axundzadə, (2005), Seçilmiş əsərləri, III cild.

Yaqublu Nəsiman, (2013), Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası.

Tofik Kocharli, (2004), Armenian Deception.

Brenda Shaffer, (2002), Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity.

Магомет Исаев (1979), Языковое строительство в СССР.

Tofiq Hacıyev, (1987), Azərbaycan ədəbi dili tarixi, 2-ci hissə.

Зарифа Будагова, (1982), Азербайджанский язык (краткий очерк).

ADU, (1970), Elmi əsərlər. Dil və ədəbiyyat seriyası.

Mirza Bala Mehmetzade, (1991), Milli Azerbaycan hareketi.

Comments are closed, but trackbacks and pingbacks are open.