Press "Enter" to skip to content

İDRAK MƏKTƏBİ

4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.

Nağıllar

Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrı. Nağılların müəllifi olmur. Yazıldığı tarix məlum deyil.

«Dana, keçi və qoyun» nağılı

20/04/2022 Nağıllar Комментарии к записи «Dana, keçi və qoyun» nağılı отключены

Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə özün sərdi. Bu dəkkədə bir canavar …

«Xırdabuynuz və döğma evi» nağılı

23/09/2021 Nağıllar Комментарии к записи «Xırdabuynuz və döğma evi» nağılı отключены

Kiçik bir evdə bir böcək yaşayırdı və adı Xırdabuynuz idi. Bu evi çox gözəl adlandırmaq olmazdı, çünki çatlamış köhnə kötük idi. Ancaq o qədər doğma, rahat, hər tərəfində yumşaq yosun vardı. Xırdabuynuz valideynlərinin xeyirxah və itaətkar bir oğlu idi və heç vaxt evdən uzaqa gedməmişdi. Amma o gün belə olmadı. …

«Balaca dovşan və Yaz» nağılı

22/09/2021 Nağıllar Комментарии к записи «Balaca dovşan və Yaz» nağılı отключены

Balaca dovşan Mişmiş yayı çox sevirdi və anası ona yayın tezliklə qaçacağını, soyuq olacağını və yağış yağacağını deyəndə əsəbləşdi və dadlı bir kələm tortu yeməyə belə getmədi. — Yox! Yox və yox! — dedi dovşan anama. «Yayın bir yerə qaçmasını istəmirəm. Qoy bizimlə qalsın. Yay isti, yaşıl ot, günəşli bir …

GÜNƏŞİN NAĞILI

18/11/2020 Nağıllar Комментарии к записи GÜNƏŞİN NAĞILI отключены

Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri — adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər: — Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx …

«Tülkü, tülkü, tünbəki» nağılı

Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, quşdan, cəmdəkdən bir şey tapıb yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibində bir parça ağappaq quyruq var. Tülkü …

ÇİRKİN ÖRDƏK BALASI

28/04/2020 Nağıllar Комментарии к записи ÇİRKİN ÖRDƏK BALASI отключены

Şəhərkənarı çox gözəldi! Yay günləri olduğundan çöllərdə çovdar qızarmış, yulaf yaşıllaşmış, otlar biçilib, yığılıb, taya vurulmuşdu. Uzunqıç Leylək yaşıl çəmənlərdə gəzişir, misir dili ilə söylənirdi. О bu dili anasından öyrənmişdi. Göl və çəmənliklərdən о yana meşələr uzanırdı. Burada dərin göllər də vardı. Şəhərkənarı, doğrudan da, çox gözəldi. Bir tərəfi güney, …

QAR KRALİÇASI

28/04/2020 Nağıllar Комментарии к записи QAR KRALİÇASI отключены

BİRİNCİ НЕКАҮӘ Нә, başlayaq! Hekayəmizin axırına çatanda indi bildiyimizdən çox-çox artıq əhvalat biləcəyik. Demək, belə, biri vardı, biri yoxdu, bir div vardı, lap xalis şeytan! Əhvalıının xoş çağında o, elə bir güzgü düzəltdi ki, orda xeyirxah əməl, gözəllik kiçilib az qala yox olur, pis işlər, eybəcərlik isə şişib böyüyür, daha …

Vəhşi Qu Quşları

28/04/2020 Nağıllar Комментарии к записи Vəhşi Qu Quşları отключены

Çox qədim zamanlarda uzaq bir ölkədə qoca kral yaşayırdı. Bu həmin ölkələrdən idi ki, payızda quşlar bizdən ayrılıb ora uçurlar.

«Yarasa» nağılı

Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocanın adına Maһir Baba deyərdilər. Maһir baba Xalxal meşəsində gözətçilik edərdi. Maһir babanın Düyməgöz adlı oğlan nəvəsi var idi. Bu adı nəvəyə baba özü qoymuşdu. Düyməgözü Maһir baba çox istəyirdi. Odur ki, onu özü ilə tez-tez gözətçi olduğu meşəyə …

«Tənbəl Əhmədin» nağılı

18/09/2019 Nağıllar Комментарии к записи «Tənbəl Əhmədin» nağılı отключены

Keçmiş zamanlarda bir padşah vardı. Bu padşahın arvadı və Çimnaz adlı bir qızı vardı. Bir gün söhbət əsnasında padşahla arvadı mübahisəyə başladılar ki, evi arvad saxlar, yoxsa kişi. Padşah dedi: — Evi kişi saxlar! Arvad razılaşmadı: — Yox, evi arvad saxlar! Söhbətin bu yerində padşah Çimnazı çağırıb soruşdu ki, evi …

İDRAK MƏKTƏBİ

Azərbaycan dili proqram və dərsliklərinə kurikulum ilə gətirilən yeniliklərə məntiqi baxış və ya insanın təhsil modelinin kurikulumun təhsil modeli ilə müqayisəsi.

25 декабря, 2014 | Author: İdrak-M

Fatma xanım Bunyatova

Zaman-zaman təhsilə yenilik gətirmək üçün islahatlar aparılır. İsalhatların məramı yaxşı olmasına baxmayaraq istənilən nəticəyə həmişə gəlmək mümkün olmur. Təhsildə son islahat 2007-ci ildə başlamışdır və təhsil sisteminin tam dəyişməsinə yönəlmişdir. Artıq 7-çi ildir ki bu istiqamətdə iş gedir, və demək olarkı islahat yolunun yarısından coxu keçilibdir.

Ötən bu dövr ərzində fənn kurirulumlarına əsasən yeni dərsliklər , müəllim üçün dərs vəsaitləri çap edilmişdi. Böyük işlər görülmüşdi, və bu işə böyük sərmayə yatırılmışdı. Gözlənilirdi ki, təhsilin keyfiyyəti yüksələcək, lakin irəliləmə əvəzinə geriləmə yaşanır. Bunun səbəbi coxdur: proqramların standarta uyğun olmaması, dərsliklərin məntiqsiz struktur quruluşu, bir yönlü təhsil strategiyası, şəxsiyyətə yönələn, amma şəxsin əqli modelinin quruluşundan uzaq olan pedaqoji və psixoloji yanaşmalar, müəllif səriştəsizliyi, müəllimlərin yenidən hazırlanması, qiymətləndirmə və sairə.

TQDK-nin geniş içtimaiyyətlə birlikdə apardığı dərsliklərin monitorinqi Azərbaycan dili və Riyaziyyat dəsliklərini və müəllim üçün metodik vəsaitlərin məqsədə uyğun saymamışdı. Gözləmək olardı ki bu il yenidən çap olan dərsliklərdə ortalığa çıxardılan çatışmamazlıq aradan götürüləcəkdir, lakin kosmetik düzəlişlərdən başğa bir yenilik görünmədi. Bu müəllif saymamazlığıdı, yoxsa yerinə yetirilən bir direktivdir?

http://www.kurikulum.az/index.php/az portalına daxil olan hər bir müəllim ibtidai təhsil səviyyəsinə aid standart, strateqiya və qiymətləndirmə haqqında normativ sənədlərlə tanış ola bilir. Bununla yanaşı bu bölmədə resurslar: video dərslər, təlim proqramları, tədris planı, metodiki vəsaitlər yerləşdirilib. Hər şey demək olar ki var, əsas bir şeydən, fənn proqramlarından başqa. Bu vacib sənəd bu bölmədə olmalıdır yoxsa yox? Əyər olmalıdırsa niyə yoxdur? Nəyə görə ibtidai sinif müəllimi keçdiyi fənnin 4 illik proqramı ilə tam tanış ola bilmir? İbtidai sinif proqramlarının yoxluğu müəllimin fənn biliklərinin tam şəkildə görümünün yoxluğunun demək olar. İl bə il dərs kecən müəllim 4-cü sinifdə belə bir fakt qarşısında qalır ki, şagird nitqinin qrammatik qaydalara salan əsas dil biliklərindən olan, dilin ən mühüm kateqoriyası olan hallanma və onun sualları proqrama salınmayıbdır. Nəyə görə? Ona görə ki ibtidai təhsil kurikulumunda Azərbaycan dili təliminin məzmununda bu biliklər yer almayıblar. (AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN AZƏRBAYCAN DİLİ ÜZRƏ TƏHSİL PROQRAMI (KURİKULUMU -səh.9)(I — XI siniflər) vv.kurikulum.az

Bu sənədə əsasən İbtidai təhsil pilləsi (I-IV siniflər) üzrə şagird

 danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;

 düzgün, sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir;

 kiçikhəcmli rabitəli mətnlər qurur;

 lüğətlərdən, məlumat kitablarından istifadə edir;

 Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incəsənəti,

adət-ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim edir;

 yazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələndiyini

Həmən mənbəədə siniflər üzrə məzmun standartları və təlim nəticələri göstərilir I- çi sinifdə (ancaq dil qaydaları)

4. Dil qaydaları

4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Səs və hərfi fərqləndirir.

4.1.2. Sözləri hecalara ayırır.

4.1.3. Böyük və kiçik hərfləri fərqləndirir.

4.1.4. Hərfləri əlifba sırası ilə sadalayır.

4.1.5. Ad, əlamət və hərəkət bildirən sözləri tanıyır və fərqləndirir.

4.1.6. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır.

4.1.7. Məqsəd və intonasiyaya görə cümlələri fərqləndirir.

4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Sait və samit səsləri fərqləndirir.

4.1.2. Sözlərin sətirdən-sətrə keçirilməsi qaydalarını tətbiq edir.

4.1.3. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (şəxs və coğrafi adlar)

məqamına uyğun tətbiq edir.

4.1.4. Mətndə rast gəldiyi yeni sözlərin yazılış və tələffüzünü müəyyənləşdirmək

üçün lüğətdən istifadə edir.

4.1.5. Ad, əlamət, hərəkət bildirən sözləri qruplaşdırır.

4.1.6. Cümləni digər nitq vahidlərindən fərqləndirir.

4.1.7. Tələb olunan məqsəd və intonasiyaya görə cümlə qurur və müvafiq durğu

işarələri ilə tamamlayır.

4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Sait və samit səsləri xüsusiyyətlərinə görə fərqləndirir.

4.1.2.Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bayramlar və tarixi günlər)

məqamına uyğun tətbiq edir.

4.1.3.Rast gəldiyi yeni sözlərin mənasını, yazılış və tələffüzünü müəyyənləşdirmək

üçün lüğət və sorğu kitablarından istifadə edir.

4.1.4. Qrammatik mənalarına görə (isim, sifət, fel, say) sözləri qruplaşdırır.

4.1.5. Cümlənin formalaşmasında baş və ikinci dərəcəli üzvlərin rolunu sadə

şəkildə izah edir.

4.1.6. Cümlədə sözlərin düzgün ardıcıllığını müəyyən edir.

4.1.7. Məqsəd və intonasiyanı dəyişməklə verilmiş cümləni müxtəlif məqamlarda

4.1. Zəruri dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1. Sadə fonetik təhlil aparır.

4.1.2. Sözlərin böyük hərflə yazılışına dair qaydaları (bəzi mürəkkəb adlar)

məqamına uyğun tətbiq edir.

4.1.3. Mətndəki yeni sözlərin və adların mənasını, yazılışını müəyyənləşdirmək

üçün lüğətdən, ensiklopediyadan istifadə edir.

4.1.4. Sözləri qrammatik mənalarına görə (bağlayıcı, qoşma) fərqləndirir.

4.1.5.Cümlənin düzgün qurulmasında baş və ikinci dərəcəli üzvlərin yerini

4.1.6. Cümlə və onun növləri ilə əlaqədar kiçik təqdimatlar edir.

4.1.7. Cümlənin məqsəd və intonasiyasına görə növünü müəyyənləşdirir.

Şagirdlərin siniflər üzrə dil nətiçələrində maraq doğuran bir cəhət aydın deyil:”hansı səbəbdən və nəyə əsasən sadalanan biliklər zəruri kimi təqdim edilir?” Zəruri biliklər hansı olmalıdır və onların vasitəsi ilə savadlı və rabitəli dil necə qurula bilər ?

.Bu problemə məntiqi çəhətdən aydınlıq gətirmək üçün I-IV siniflərin Azərbaycan dili (ənənəvi və kurikulum) proqramlarının koordinat şəbəkəsində olan quruluşu ilə təbii ana dilinin məntiqi quruluşunun müqayisə etmək lazım gəlir. Bu bir növ insan üçün yaradılan təlim modelinin insanın özünün təlim modeli ilə müqayisəsi deməkdir. http://www.intechopen.com/books/intelligent-systems

Bu müaqyisə IV baxışda ediləcəkdir:

İ-ci baxış ana dilimizin , hər bir insana ana tərəfindən ötürülən təbii dilin koordinat müstəvisində tam və qeyri səlis məntiqi quruluşu ;

II-ci baxış Hansı proqramı dəyişdirdik?

Ənənəvi təlim proqramlarında verilən Azərbaycan dili fənn biliklərinin koordinat şəbəkəsində məntiqi quruluşu və onun ana dilimizin məntiqi quruluşu ilə müqayisəsi;

III-cü baxış. Nəyi ?N əyə dənyişdik ?

Kurikulum proqramlarında verilən Azərbaycan dili fənn biliklərinin koordinat şəbəkəsində məntiqi quruluşu və onun klassik təlim proqramlarında verilmiş Azərbaycan dili fənn biliklərinin koordinat şəbəkəsində məntiqi quruluşu ilə müqayisəsi;

IV baxış Əslində necə olmalıdır?-

Kurikulum proqramlarında verilən Azərbaycan dili fənn biliklərinin koordinat şəbəkəsində məntiqi quruluşu ilə təbii dilin koordinat şəbəkəsində məntiqi quruluşu ilə müqayisəsi.

Ənənəvi və kurikulum proqramlarına baxış morfoloji cəhətdən aparılacaqdır, çünki morfologiya (yunanca morfos — forma və loqos -elm, təlim sözlərindən təşkil olunub) sözün formalarını öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir və burada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydaları araşdırılır.

http://az.wikipedia.org/wiki/Morfologiya_%28linqvistika%29

Hər bir dilin öz gizli qaydaları vardı və bu qaydalar ana dilində ana tərəfindən uşaqlara ötürülür. Və hər bir fərd məktəbə gələndə, öz ana dilində danışır və o öz söz ehtiyatında olan bütün nitq üzvlərinə aid olan sözlərdən istifadə edir.

Lakin bu sözlərin coxu qaydalı deyilmiş olsada, bir coxu isə yerli ləhçə və dialektlərlərlə qaydaları pozmuş olur.

Azərbaycan dilinin, doğma dilin – dövlət dili kimi tədrisinin əsas qayələrindən biri hər bir şagirdi onun lüğət fondundakı sözlərini dilin qaydasına uyğun dəyişmə bacarığına yiyələndirərək onu ədəbi dilə çevirməsi olmalıdır. Bu məntiqi çevrilmə bacarıqları sonralar anlamlı olaraq hər bir rastlaşan yeni sözlərin üzərində tətbiq edilir. Bu kimi yanaşmalara əsaslanaraq demək olar ki Azərbaycan dili fənn proqramlarının dil qaydaları məzmun xəttinin aparıçı və əsas bilikləri morfoloji qaydalar , sözlərin quruluşunu və formasının dəyişdirən, qaydalar olmalıdır.

Təbii Azərbaycan dilinin koordinat şəbəkəsində tamlıq sxemi

Bu sxemdə şaquli xətt olan Y-in üzərində olan y0,1 –y0,4 dəyişən biliklərdi. Dəyişən biliklər dilin kateqoriyalarıdır. İbtidai təhsil pilləsində öyrəniləsi dilin 4 kateqoriyası göstərilmişdi.

Üfüqi xətt olan X oxu üzərində olanlar isə x0,1 -x0,9 isə dilin söz lüğətinin nitq hissələrinə bölünməsinin göstəricisidir. Bu biliklər dəyişilməyən biliklərdir və burada dilimizin 6 əsas nitq hissəsi köməkçi nitq hissələri göstərilmişdi.

Y- oxu üzərində göstərilən dəyişən biliklər, dilin kateqoriyalarıdır.

y-0,1- tək və cəm kateqoriyası;

y-0,2- hallanma kateqoriyası;

y-0,3- şəxs kateqoriyası;

y-0,4- zaman kateqoriyası;

X oxu üzərində göstərilən biliklər dəyişməyən biliklərdi. Bunlar dilin köküdür, dilimizin lüğət fondudur

x-0,1-isim

x-0,2-sifət

x-0,3-say

x-0,4-əvəzlik

x-0,5-fel

x-0,6 -zərf

x-0,7, x-0,8, x-0,9,- köməkçi nitq hissələri

Bu sxemə əsasən invariant dil bilikləri – bilik strukturları üfüqi qurulur, kateqorial biliklər isə şaqulu. Və burada dilin daxili məntiqi əlaqələri aydın görünür. Məsələn y0,1-in x0,1-x0,6-kimi əlaqəsi vardı. Bu görünüşə əsasən biliklər tək halda yox, bir-biri ilə məntiqi əlaqələrdə öyrənilməlidir və bu zman x olan invariant biliklər bu öyrənmə dairəsinə düşməlidir. Əgər tək və cəmi yəni — y,01 keciriksə onda , o x,01-ilə birləşdirərək keçilməlidir yəni

y,01, x,01 məntiqi birləşmə ilə. Sonralar isə tək və cəmi yəni y,01 x,02, x,03, x,04, x,05, x,06 birləşdirilərək keçilməlidir.

Məsələn ev-evlər ; gözəl-gözəllər (isimləşmiş sifət) , üçüncü-üçüncülər, bizim-bizimkilər, yazıram-yazırıq

y-0,2— hallanma kateqoriyasını kecəndən sonra o x,01-ilə birləşdirilib keçirililməlidr. Bu məntiqi birləşmədən sonra y-0,2 x0,2 –ilə, x 0,3 –ilə, x 0,4 –ilə, x 0,5 –ilə məntiqi biirləşərək keçilməlidir.

Eyni məntiqi birləşmələr y,03 keçiləndə x,04 və x 0,5 lə məntiqi birləşməlidirlər.

Dilin təbii məntiqi quruluşundan görünür ki burada biliklər bir –biri ilə məntiqi əlaqədədirlər. Onları bir-biri ilə uzlaşaraq bir tamlıq sxemi yaradırlar. Bu məntiqdə əsasən biliklər tam bir sxemdə, bir-biri ilə məntiqi əlaqədə olaraq öyrənilməlidir. Bu bir növ insanın öz ağlının təhsil modelidir .

Bəs dil bilikləri necə öyrənilir?

II-ci baxış Hansı proqramlarla dərs keçirdik və islahat çərçivəsində nəyi dəyişdirdik?

Ənənəvi- klassik təlim proqramlarında verilən Azərbaycan dili fənn biliklərinin koordinat şəbəksində məntiqi quruluşu və onun ana dilimizin məntiqi quruluşu ilə müqayisəsi (sxem 2.)

Bu sxemdə biliklərin koordinat müstəvisində ənənəvi Azərbaycan dili proqramlarının bilikləri (Yəhya Kərimiov) yerləşdiriləndə aşğıdakı görüntü alınır.

  1. 1.burada nitq hissələri illər boyu öyrənilir. İbtidai təhsi səviyyəsində çəmi 4 nitq hissələri: x0,1, x0,2, x0,3, x0,4, öyrənilir.
  2. 2.2-ci sinifdə x0,1, x0,2,x0,5, ;
  3. 3.3-cü və 4-cü siniflərdəx0,1, x0,2, x0,4, x0,5,
  4. 4.x,06haqqında bilik orta məktəb pilləsində verilir
  5. 5.Burada kateqorial, yəni dəyişən biliklər diskret olaraq verilmişdi:y0,1, x0,1, və y0,1, x0,5;(tək və çəm — isim və feil)
  6. 6.y0,2, x0,1, və y0,2, x0,5(hal — isim və feil)

Bu iki sxemi yəni dilin təbii məntiqi sxemi ilə tərtib edilən ənənəvi dil proqramlarının müqayisə edəndə görmək çətin deyil ki nə qədər öyrənmədə boşluq vardı (sxem 3.) Təbii dil daşıyıcısı olan hər bir şagirdin cox sayda dil bacarıqları toxunulmamış qalaraq, inkişafa, qaydalı düzənlənməyə məruz qalmamışdı.

III-cü baxış

Nəyi dəyişdik ? Nəyə dəyişdik?

İbtidai məktəb pilləsinin Azərbaycan dili ənənəvi təlim proqramlarını Azərbaycan dili kurikulum proqramları ilə dəyişdirildi. Bu proqrama əsaən dərslik, dərs vəsaitləri yazılıb və onlar artıq ikinci dəfə cap olunmaqdadır. Bu proqram və dərsliklər şagirdlər üçün Kurikulum əsasında düzəldilən təhsil modelidir.

İbtidai təhsil pilləsində Azərbaycan dili fənn kurikulum proqramlarındakı biliklərin təbii dilin tamlıq sxemində məntiqi quruluşu. (sxem 4.)

Proqramın məntiqi quruluşuna verilən açıqlamalar:

  1. 1.Dilin məntiqi sxemində 4 il ərzində öyrənilən biliklər öz əksini tapıbdı. İbtidai təhsi səviyyəsind çəmi 5 nitq hissələri: x0,1, x0,2, x0,3, x0,4,x0,5 öyrənilir.
  2. 2.Kateqorial bilik — y0,1( tək və cəm), y0,3 (şəxs), y0,4 (zaman) öyrənilir.
  3. 3.Hal və hallanma haqqında biliklər verilməmişdi.

Bu proqram düzənlənmələrini (keçmiş və indiki kurikulum proqramlarını ) bir-biri ilə müqayisə edəndə nə kimi dəyişiklik göründü:

  1. 1.Dilin əsas dəyişdirilənləri yəni kateqorial biliklər ənənəvi proqramla müqayisədə kurikulum proqramlarında ciddi şəkildə azaldılmışdır. Əyər bilik vahidləri azalmış olursa, onların üzərində praktiki işlərdə azalmış olur. Praktiki işin azalması savadlıq yolunda görülən işin azalması demək olar.
  2. 2.4 il ərzində hal, hallanma haqqında heç bir bilik verilməmişdir, yəni dilin ən əsas dəyişmə qaydaları öyrənilməmişdir.
  3. 3.4-cü tədris ilində dilin morfoloyi bilikləriin öyrənilməsi yox dərəcəsindədir.
  4. 4.Ənəvi proqramlardan fərqli olaraq burada bir nitq hissəsi –say — x0,3 əlavə olaraq öyrənilir.
  5. 5.Tamlıq sxemində ənənəvi təlim proqramında 27 bilik öz əksini tapmışdır, kurikulum əsasında düzənlənən proqramda 18 bilik göstərilmişdi. Bu isə dil biliglərinin 50% azalmasının göstəricisidir.
  6. 6.Hər iki yanaşmada eyni oxşarlıq vardı. Bu fənn daxili inteqrasiyanın cox zəif görüntüsüdür.

Kurikulumun Azərbaycan dili proqram biliklərinin təbii dilin tamlıq sxemindəki görünüşünün təbii dilin tamlıq sxemindəki biliklərlərin görünüşü ilə müqayisəsi.

Bu baxıma bir növ Kurikulumun şagirdlərə düzənlədirdiyi təhsil modelinin (morfoloji baxımdan) insanın öz təhsil modelinin müqayisəsi demək olar.

Bu iki sxemin müqayisəsi nə deyir?:

  1. 1.Ana dilinin tamlıq qeyri-səlis modeli –hər birimizin daşıdığı ana dilinin örtülü qaydalarla illərlə nizamlanmış tamlıq sxemidir. Bu tamlıq sxemində ki örtülü dil qaydaları, kurikulum proqramlarının sxemindəki dil qaydaları strukturlarında öyrənilir. Kurikulumun struktur qyruluşunda öyrənmə təbii dilin tamlıq sxemindəki biliklərin struktur quruluşu ilə heç bir müqayisəyə gəlmir.
  2. 2.. Morfologiyanın əsas mövzusu olan nitq hissələri haqqqında ilkin biliklər verilir. Sözlərin quruluşu, onların dəyişmə qaydaları demək olar ki öyrənilmir.
  3. 3.Kurikulum proqramlarında qrammatik qaydalar məntiqi əlaqəsiz, zəif bir halda , natamam bir şəkildə illər ərzində öyrənilir. Ana dilinin tamlıq sxemindəki olan biliklər hər bir fərd tərəfindən öz təfəkküründə 4-5 yaşınadək məntiqi əsaslarla ona ötürülən biliklər əsasında qurulmuşdu.
  4. 4.Kurikulum proqramlarında qrammatik qaydaların şagirdlər tərəfindən öyrənilməməsi onların ana dilinin ləhçələr və dialektlər tərəfindən deformasiya olmuş formada inkişafı deməkdir. Qrammatik qaydalar hər bir şagirdin ana dilinin ləhçə, dialekt, şivə ilə deformasiyaya uğramış strukturlarını düzgün bərpa edir. Bu düzgün bərpa hər bir öyrəncinin ədəbi dilinin quruluşunun əsaslarından birıdır.
  5. 5.Kurikulum nəticəsi kimi İbtidai sinif (1-4) şagirdləriyazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələndiyini nümayiş etdirirlər vvv. Kurikulum.az .

Bu qaydalar sxem 4 göstərilən qaydalardı və onların şagirdlərin şifahi və yazılı nitqlərinə nə dərəcədə təsir etdiyini görmək çətin deyildir.

Bu görüntünü qrafik olaraq birdə belə görmək olar

1-ci sütun — Təbii ana dilinin( morfoloji qaydalar) – təbii dilin proqramı

2-ci sütun – Ənənəvi ana dili (morfoloji qaydalar) proqramları

3-cü sütun – Kurikulumun Azərbaycan dili (morfoloji qaydalar) proqramları

Kurikulum proqramı müəllim üçün görüləcək işin , şagird inkişafının planlı surətdə aparılması deməkdir. Bu proqram əsasında dərsliklər yazılır. Dərslik şagirdlərə bilik almaq üçün bir vəsaitdir. Dərsliklərin nə vəziyyətdə olduğu hamıya aydındır və günahkarlarda bəllidir. Və əgər biz həqiqətən islahat yolu ilə təhsilimizi yüksəkliyə qaldıraraq böyüyən nəslə zamanın tələbi ilə təhsil vermək istəyiriksə, onda onlara insanın düşüncə modelinə uyğun təhsil modeli qurmalıyıq. İnsanın təhsil modeli fənnlərin bu günki nproqram quruluşununun dəyişməsini tələb edir. Yeni quruluşda olan proqramlar isə bir strategiyalı yolla yox, düşüncə tərzini özündə güclü ehtiva edən bir neçə təlim strategiyaları ilə tədris edilməlidir..

Comments are closed, but trackbacks and pingbacks are open.