Tofiq hacıyev dbi dil tarixi
Tofiq Müzəffər oğlu Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub. [1]
Tofiq Hacıyev (akademik)
Tofiq İsmayıl oğlu Hacıyev ( 1 may 1936 , Soltanlı , Cəbrayıl rayonu – 27 noyabr 2015 , Bakı ) — Azərbaycan dilçisi, türkoloq-alim, filologiya elmləri doktoru, Nəsimi adına Dilçilik İnstitutunun direktoru (?—2015), Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri (?—2015), AMEA-nın həqiqi üzvü, akademik (2014) [1] , Azərbaycan Respublikasının maarif naziri (1993) [2] .
Mündəricat
- 1 Həyatı
- 2 Elmi fəaliyyəti
- 3 Əsas əsərləri və tərcümələri
- 4 İstinadlar
- 5 Həmçinin bax
- 6 Xarici keçidlər
Həyatı [ redaktə | mənbəni redaktə et ]
Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Soltanlı kənd orta məktəbini bitirib. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub, 1958-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib və dilçilik ixtisası üzrə aspiranturaya qəbul edilib. 1962-ci ilin martında “Azərbaycan dilinin Cəbrayıl şivəsi” mövzusunda namizədlik, 1969-cu ildə “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 30 oktyabr 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir [3] .
27 noyabr 2015-ci ildə səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. [4] İkinci Fəxri Xiyabanda dəfn olunub. [5]
Elmi fəaliyyəti [ redaktə | mənbəni redaktə et ]
Tofiq Hacıyevin “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb. “Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Onun “Sabir: qaynaqlar və sələflər” (1980), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz” (1990), “Dədə Qorqud: dilimiz, düşüncəmiz” (1999) kitabları işıq üzü görüb.
“Azərbaycan sovet ədəbiyyatı” (1988) dərsliyinin ərsəyə gəlməsində həmmüəllif kimi iştirak edib. Eyni zamanda “Azərbaycan ədəbi dili tarixi” (2-ci hissə, 1987) dərsliyinin, “Azərbaycan ədəbi dili tarixi” (1976), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi” (1977), “Azərbaycan dili tarixi” (1983, Kamil Vəliyevlə birgə), “Azərbaycan dili” (1993, Zərifə Budaqova ilə birgə) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir.
Klassiklərimizin dili və üslubu ilə bağlı onlarca məqaləsi işıq üzü görüb, “Satira dili” (1975), “Yazıçı dili və ideya-bədii təhlil” (1979), “Molla Nəsrəddin”in dili və üslubu” (1983), “Füzuli: dil sənətkarlığı” (1994) kitabları çap olunub. Orta məktəblər üçün “Türk dili” (IX sinif, 1994, Əsgər Quliyev, Nizami Cəfərovla birgə), “Türk dili” (X–XI siniflər, 1994, Nizami Cəfərovla birgə) dərslikləri də nəşr edilib. O, mərhum professor Hadı Mirzəzadənin “Tarixi Qrammatika” dərsliyini yenidən çapa hazırlayarkən kitabda olmayan “Zərf” və “Ədat” bəhslərini yazıb. Ümumiyyətlə, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir. Kadr hazırlığı sahəsində də çox iş görüb, dil tarixi, dialektologiya üzrə respublikamız və başqa türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirib. Kişinyov, Almatı, Düşənbə, Bişkek, Nukus, Nalçik və başqa şəhərlərdə elmi konfrans və simpoziumlarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr edib. Kayseri (1990), Tehran (1992, 1995), Antalya (1993) və Ankarada (1996) keçirilmiş elmi konfranslarda məruzələr oxuyub.
Onun elmi yaradıcılığında “Kitabi-Dədə Qorqud”la bağlı tədqiqatlar mühüm yer tutur. Tofiq Hacıyevin Kamil Vəliyevlə 1975-ci və 1976-cı illərdə Azərbaycan Dövlət Universitetində respublika səviyyəsində təşkil etdikləri “Dədə Qorqud” seminarı Azərbaycan qorqudşünaslığında bir dirçəliş yaratdı. Birinci seminarın materialları ADU-nun “Elmi əsərləri”nin (dil və ədəbiyyat seriyası) 1976-cı il 4-cü nömrəsində çap olunub (ikinci seminarın materialları isə həmin jurnalın müxtəlif nömrələrində dərc edilib). Bu tədqiqat onun “Dədə Qorqud”la bağlı gələcək axtarışlarında ilk addımı idi. “Azərbaycan ədəbi dili tarixi” (1976) kitabında “Kitabi-Dədə Qorqud”dakı hadisələrin, obrazların tarixi, abidənin dili, poetikası, etnoqrafik xüsusiyyətləri haqqında geniş təhlil verib.
Əsas əsərləri və tərcümələri [ redaktə | mənbəni redaktə et ]
- 1975, Satira dili. B.: ADU nəşri, 178 s
- 1976, Azərbaycan ədəbi dili tarixi. B.: ADU nəşri, 155 s
- 1977, XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili. B.: Maarif, 188 s
- 1979, Yazıçı dili və ideya-bədii təhlil. B.: Maarif, 130 s
- 1980, Sabir: qaynaqlar və sələflər. B.: Yazıçı, 175 s
- 1983, Azərbaycan dili tarixi. B.: Maarif, 188 s. (K. Vəliyevlə şərikli)
- 1983, “Molla Nəsrəddin”in dili və üslubu. B.: Yazıçı, 267 s
- 1987, Azərbaycan ədəbi dili tarixi, 2-ci hissə. B.: Maarif, 293 s
- 1990, Şe’rimiz, nəsrimiz, ədəbi dilimiz. B., 360 s
- 1992, Azərbaycan dili. B.: Elm, 199 s. (Z. Budaqova ilə şərikli)
- 1994, Füzuli: dil sənətkarlığı. B.: Gənclik, 70 s
- 1997, Murad Adci. Qıpçaq çölünün yovşanı. B, 194 s
- 1999, Dədə Qorqud: dilimiz, düşüncəmiz. Bakı, Yeni nəşrlər evi, 213 s
- 2002, B. A. Serebrennikov və N. Z. Hacıyevanın “Türk dillərinin müqayisəli tarixi qrammatikası” kitabının tərcüməsi. Bakı, 380 s
- 2004, Azərbaycan ədəbiyyatı tarixi (altı cilddə), I cild, Bakı: Elm, (şərikli)
- 2005, Azərbaycan dili. 10 sinif dərsliyi. 143 s. (şərikli)
- 2005, Azərbaycan dili. 11 sinif dərsliyi. 162 s. (şərikli)
- 2005, Mikayıl Baştunun “Şan qızı dastanı” və poetikası. Bakı: Təhsil, 310 s
- 2005, M. Adcı. Türklər və dünya: gizli tarix (Ruscadan tərcümə, 250 s. Bakı,
- 2007, Azərbaycan ədəbiyyatı tarixi (altı cilddə), II cild, Bakı: Elm, (şərikli)
- 2008, Seyid Əhməd Cəmaləddin ibn Mühənna. Hilyətül-insan və həlbətül-lisan. Bakı, 143 s.
- 2012, Azərbaycan ədəbi dilinin tarixi. İki cilddə. Bakı. “Elm”, 2012.
İstinadlar [ redaktə | mənbəni redaktə et ]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
- ↑”Arxivlənmiş surət”. 2015-03-16 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2014-07-03 .
- ↑”T.İ. Hacıyevin Azərbaycan Respublikasının maarif naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. 2021-02-24 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-03-29 .
- ↑”Bakı Dövlət Universitetinin əməkdaşlarının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI”. http://e-qanun.az (azərb.) . 30 oktyabr 2009. 27 fevral 2016 tarixində arxivləşdirilib . İstifadə tarixi: 27 fevral 2016 .
- ↑”Azərbaycanda institut direktoru qazdan boğulub öldü”. 2015-11-28 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2015-11-27 .
- ↑Akademik Tofiq Hacıyev II Fəxri Xiyabanda dəfn edildi
Tofiq hacıyev dbi dil tarixi
Bu il türk dünyasının görkəmli alimi, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, «Şöhrət» ordenli, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Tofiq İsmayıl oğlu Hacıyevin 85 yaşı tamam olur. O, 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, orta təhsili həmin kənd məktəbində aldıqdan sonra 1953-cü ildə ali təhsil üçün Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Filologiya fakültəsini seçmişdir. Təhsil illərində istedadı ilə yaşıdlarından seçilən T.Hacıyev 1958-ci ildə Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, aspiranturada saxlanmışdır. Bundan sonrakı ömrünü elmə həsr etmiş, dilçiliyin dialektologiya, dil tarixi, ədəbi dil, türkologiya, üslubiyyat, nitq mədəniyyəti və ədəbi tənqid sahələrinə dair bir-birindən dəyərli əsərlər yazaraq türk dilçiliyini zənginləşdirmişdir.
Alim elmi yaradıcılığa dilçiliyin dialektologiya sahəsi ilə başlamışdır. 1962-ci ildə«Azərbaycan dilinin Cəbrayıl şivəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Gənc alim ilk tədqiqatında dialektoloji terminlərin sırasına keçid şivəni də əlavə etmiş, onun mahiyyətini açıqlamış və Cəbrayıl şivəsinin keçid xarakterli olmasını müəyyənləşdirmişdir. Onun qənaətinə görə, qərb və cənub ləhcələrinin sərhədləri bu şivədə başa çatır, buna görə də Cəbrayıl şivəsində hər iki ləhcənin xüsusiyyətləri işlənməkdədir. Bu fikri görkəmli dialektoloq, akad. M.Şirəliyev və digər mütəxəssislər elmi yenilik kimi qəbul etdilər. Bundan sonra dialektologiyada keçid şivələr anlayışı geniş şəkildə işlənməyə və tədqiq olunmağa başlandı.
T.Hacıyev 1962–1967-ci illərdə M.F.Axundov adına Pedaqoji Dillər İnstitutunda əvvəlcə müəllim, sonra dosent (1965-ci ildən) işləmiş, 1968-ci ildən pedaqoji fəaliyyətini Azərbaycan Dövlət Universitetində davam etdirmişdir. 1969-cu ildə 32 yaşında «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili» mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1971-ci ildə professor elmi adına layiq görülmüş, 1984-cü ildən ömrünün sonunadək BDU-nun Türkologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Bu illərdə türkologiyanın tədrisində, milli kadrların hazırlanmasında mühüm əməyi olmuşdur. Eyni zamanda 30-a qədər dərslik, monoqrafiya, 500-dən artıq elmi və publisistik məqalə yazmışdır.
Alim elmi yaradıcılığa dilçi-dialektoloq kimi başlasa da, daha çox dil tarixi və ədəbi dil məsələlərini tədqiq etmişdir. 1976-cı ildə «Azərbaycan ədəbi dili tarixi» kitabı çap olundu. Kitabda öncə xalqımızın və dilimizin tarixi ilə bağlı mövcud saxta, qondarma fikirlər təkzib olunur, tarixi mənbələr və faktlar əsasında Azərbaycan ərazisində ən qədim dövrlərdən türk tayfalarının yaşaması sübuta yetirilir. II minilliyin əvvəllərində oğuz-səlcuqların regiona yürüşü isə yerli əhalinin mövqeyi gücləndirmişdir. Bəzi alimlər buna etiraz etsələr də, alimin tutarlı faktları qarşısında arqumentlərinin zəif olmasını görüb susdular. Bundan əlavə, ədəbi dillə bağlı «XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili» (1977), «Azərbaycan dili tarixi» (1983 – K.Vəliyevlə şərikli), «Azərbaycan ədəbi dili tarixi» (II hissə – 1987), «Azərbaycan dili» (1993 – Z.Budaqova ilə şərikli), «Azərbaycan ədəbi dili tarixi» (1991 – şərikli) kimi monoqrafiya və dərs vəsaitlərinin müəllifidir. 2012-ci ildə «Azərbaycan ədəbi dilinin tarixi» dərsliyi təkmilləşdirilmiş şəkildə iki cilddə nəşr olundu. Alim əvvəlki fikirlərini daha da dərinləşdirərək, yazıya qədərki dil faktlarından çıxış edərək, Azərbaycan-türk xalq dilinin e.ə. II minillikdən formalaşmağa başlaması fikrini irəli sürdü. Hazırda bu fikirlər elmi ictimaiyyət tərəfindən müdafiə olunur, tədqiqatlar bu istiqamətdə aparılır.
Klassiklərimizin dili-üslubu ilə bağlı «Satira dili» (1975), «Yazıçı dili və ideya bədii təhlil» (1979), «Molla Nəsrəddinin dili və üslubu» (1983), «Füzuli: dil sənətkarlığı» (1994) kitabları və onlarla məqalələri tarixi üslubiyyat sahəsində ən qiymətli örnəklərdir.
Müstəqillik illərində T.Hacıyev ümumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanmasında təşkilatçı və müəllif kimi iştirak edir. Onun rəhbərliyi ilə yeniləşdirilmiş «Orta ümumtəhsil məktəblərinin V–XI sinifləri üçün türk dili proqramı» (1993) çap olunmuşdur. İlk dəfə orta məktəblər üçün «Türk dili» IX sinif üçün (1994 – şərikli), «Türk dili» X–XI siniflər üçün (şərikli) dərslikləri nəşr edilmişdir. Bu dərsliklər 1997–1998, 2000,2004, 2005, 2009-cu illərdə «Azərbaycan dili» adı ilə təkrar çap olunmuş, hazırda orta məktəblərdə dərslik kimi istifadə olunur.
T.Hacıyev təkcə dilçiliklə deyil, eyni zamanda ədəbiyyat məsələləri ilə məşğul olur. Onun «Sabir: qaynaqlar və sələflər» (1980), «Şeirimiz, nəsrimiz, ədəbi dilimiz, düşüncələrimiz» (1999), «Üzeyir Hacıbəylinin bədii dili» (2014) kitabları, «Türk dünyası ədəbiyyatı tarixi» (30 cilddə – Ankara), «Üzeyir Hacıbəyov ensiklopediyası» (1996), «Azərbaycan ədəbiyyatı tarixi» (6 cilddə – 2004) kitablarında həmmüəllifliyi, kollektiv tərəfindən ali məktəblər üçün hazırlanmış «Azərbaycan sovet ədəbiyyatı» (1998) dərsliyində müəllif kimi iştirakı onun ümumi filoloji yaradıcılığının nəticəsidir.
«Dədə Qorqud kitabı» abidəsinin, alimin öz təbiri ilə desək, «Ana kitabımız»ın nəşri, tədqiqi və təbliği onu daim düşündürmüşdür. Son dövrlərdə respublikamızda abidəyə marağın artması, «Dədə Qorqud»un 1300 illik yubileyinin, kollokviumların, konfransların və Dədə Qorqud günlərinin təntənəli keçirilməsi Tofiq Hacıyevin bu sahədəki elmi fəaliyyəti və türkologiyada nüfuzu ilə bağlıdır. «Dədə Qorqud: dilimiz, düşüncələrimiz» (1999) və «Dədə Qorqud kitabı: tariximizin ilk yazılı dərsliyi» (2014) monoqrafiyalarında, «Dədə Qorqud kitabı» (ensiklopedik lüğət – 2004), «Dədə Qorqud dünyası» (2004), «Qorqud ədəbiyyatı» (2004), «Kitabi-Dədə Qorqud» (əsli və sadələşdirilmiş mətn – 2004) kitablarında, eləcə də müxtəlif illərdə respublikamızda və xaricdə nüfuzlu toplularda çap olunmuş 30-dan artıq məqaləsində abidənin yazılma tarixi, coğrafi koordinatları, oğuzların mənşəyi, dövlət quruluşu, kültürü və dili ilə bağlı bir çox mübahisəli məsələlər tam elmi həllini tapmışdır. Bu tədqiqatlar respublikamızda «qorqudşünaslığın» formalaşmasında və inkişafında, abidə ilə bağlı araşdırmaların intensivləşməsində xüsusi önəm daşıyırdı.
T.Hacıyev müəyyən müddət Azərbaycan Respublikasının Maarif naziri vəzifəsində (1993) işləmiş, 1999-cu ildə əməkdar elm xadimi adına layiq görülmüşdür. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamızda və xaricdə beynəlxalq konfrans və simpoziumlarda dilçiliyimizi ləyaqətlə təmsil etmişdir. Sovet dönəmində Kişinyov, Odessa, Nalçik, Tbilisi, Moskva, Alma-Ata, Düşənbə, Nukus, Bişkək, Ufa və b. şəhərlərdə keçirilən ümumittifaq konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. Son dövrlərdə Qayseri (1990), Tehran (1993, 1995), Antalya (1993), Bakı (1992, 1994, 1996, 2014), Ankara (1996, 1997, 2002), Urmiya (1997), Bursa (1996), Konya (1998), Təbriz (1998), İzmir (2000), Tirana (2013) və b. şəhərlərdə keçirilən beynəlxalq konfranslarda məruzələri rəğbətlə qarşılanmışdır.
Tərcümə sahəsində də onun fəaliyyəti uğurla nəticələnmişdir. Türk dünyasının nadir əsərlərindən olan B.Serebrennikov və N.Hacıyevanın «Türk dillərinin müqayisəli tarixi qrammatikası» (2002), Murad Adcinin «Qıpçaq çölünün yovşanı» (1997) və «Dünya və türk: munis tariximiz» (2006), Mikayıl Bastunun «Şan qızı” dastanı və poetikası» (2005), İbn Mühənnanın «Hilyətül-insan və həlbətüllisan” (İnsanın bəzəyi və dilin sahəsi)» (2006) əsərlərini rus dilindən dilimizə tərcümə etmişdir. Atatürk Dil Qurumu B.Serebrennikov və N.Hacıyevanın məlum «qrammatika» kitabının əhəmiyyətini nəzərə alaraq, T.Hacıyevin tərcüməsində türk nüsxəsini Ankarada nəşr etmişdir. Bunları yalnız tərcümə əsərləri kimi qiymətləndirmək düzgün olmazdı, hər bir kitaba yazılan geniş ön söz və şərhlərdə alim mənbələrdən çıxış edərək türk dillərinin tarixi və mənşəyi ilə bağlı qaranlıq məsələlərə aydınlıq gətirmişdir.
2001-ci ildə AMEA-nın müxbir üzvü seçilir, 2009-cu ildə «Şöhrət» ordeni ilə təltif olunur. Pedaqoji və elmi fəaliyyətlə yanaşı, respublikamızın ictimai həyatında fəal iştirak edirdi. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında filologiya üzrə Ekspert Şurasının (2007–2012) və dilçilik üzrə Əlaqələndirmə Şurasının (2008–2014) sədri olmuşdur. Eyni zamanda Yazıçılar Birliyinin, Dövlət Dil Komissiyasının və Milli Məclisdə Toponimiya Komissiyasının üzvü, «Türkologiya» və «Dədə Qorqud» məcmuələrinin baş redaktoru olmuşdur.
T.Hacıyev sağlığında ədəbi məktəb yaratmış alimlərdəndir. Onun rəhbərliyi ilə 6 nəfər filologiya elmləri doktoru, 30-a yaxın fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Onun yetirmələri arasında xarici ölkə vətəndaşları da vardır; R.Özyürək, Sali Savaş (Türkiyə), Siyamək Hüseyinəlizadə, Mirəli Rizai (İran), Bibisara Mamedova (Türkmənistan) dissertasiya müdafiə edərək, hazırda öz ölkələrində bu məktəbin ənənələrini uğurla davam etdirirlər. Tofiq Hacıyev ədəbi məktəbinin nümayəndələri AMEA-nın həqiqi üzvü N.Cəfərov, professorlar E.Əzizov, S.Abdullayev, R.Əskər, E.Piriyev, S.Zeynalov, dosentlər Q.Abdullayeva, S.Sadıqova, A.Məmmədova, F.Kərimli və b. müxtəlif sahələrdə tədqiqatlar apararaq dilçiliyimizi inkişaf etdirirlər.
T.Hacıyev təkcə respublikamızda deyil, dünya miqyasında tanınır, əsərlərinə istinad olunur. 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvüdür. Elmi və ictimai fəaliyyətinə görə, 1998-ci ildə Türkiyə Cümhuriyyətinin «Ləyaqət nişanı» ilə təltif olunmuşdur. Türkiyə Atatürk Kültür Qurumunun hazırladığı 30 cildlik «Türk dünyası ədəbiyyatı tarixi»nin müəlliflərindəndir. Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə «Türk dünyasına xidmət» medalının sahibidir. 2004-cü ilin mayında Qaraman Türk Dili mükafatına, həmin ilin iyulunda da isə Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülmüşdür.
Dünya türkləri arasında ortaq türk dilinin reallaşması üçün çox çalışırdı. Keçən yüzilliyin 80–90-cı illərindən uluslararası türk dili qurultaylarındakı (1996, 1999, 2004) məruzələrində, müxtəlif toplulardakı məqalələrində, gündəlik mətbuatda və kütləvi informasiya vasitələrində çıxış və müsahibələrində, «Türklər üçün ortaq ünsiyyət dili» (2013) monoqrafiyasında ortaq dilin işləkliyini təmin edən vasitələri açıqlamış, türklər üçün əhəmiyyətini və vacibliyini xüsusi qeyd etmişdir. Alim bir çox türkoloqlar kimi məsələnin həllində yeni ədəbi dil yaratmağı məqbul hesab etmir, müasir türk dillərindən birini – Türkiyə türkcəsini ortaq ünsiyyət dili kimi seçməyi zəruri sayır ki, türklər fərqli coğrafiyalarda yaşasalar da bu dil vasitəsilə bir-birini asan, tərcüməsiz anlasınlar.
2013-cü ildə AMEA Dilçilik İnstitutuna direktor təyin olunur, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilir. Az müddətdə Dilçilik İnstitutunda struktur dəyişiklikləri aparılır, bəzi şöbələrin, xüsusilə «Dil tarixi və dialektologiya» və «Monitorinq» şöbələrinin fəaliyyəti gücləndirilir. T.Hacıyevin təşəbbüsü və təşkilatçılığı ilə 2014-cü ilin oktyabr ayında 20-dən artıq ölkənin tanınmış türkoloqlarının iştirakı ilə «Sələflər və xələflər» mövzusunda I Beynəlxalq simpoziumu keçirildi. «Bütöv Azərbaycanın dialektoloji atlasının hazırlanması» (5 cilddə) layihəsi çərçivəsində artıq «Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası» onun redaktorluğu ilə 4 dil də nəfis şəkildə çap olunmuşdur.
Görkəmli alimin ən böyük arzusu doğma Qarabağ torpaqlarının işğaldan azad olunması idi. Çox təəssüf ki, qələbə sevincini yaşamağa ömrü yetmədi. 2015-ci il noyabrın 27-də qəflətən dünyasını dəyişməsi doğmalarını, dostlarını, həmkarlarını və tələbələrini dərindən sarsıtdı. Tofiq müəllim dünyasını dəyişsə də, heç zaman unudulmur, onu sevənlərin qəlbində əbədi yaşayır. Yubileylərində xatirəsinə həsr olunmuş elmi tədbirlər keçirilir. Hər il doğum günündə onu tanıyanlar məzarını ziyarət eləyir, abidəsinin önünə gül-çiçək qoyur, ona ehtiramlarını bildirirlər. Allah əziz müəllimimizə rəhmət eləsin, yeri uçmaq olsun.
Məhərrəm MƏMMƏDLİ
BDU-nun Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru
Tofiq Hacıyev (filoloq)
Tofiq Hacıyev (tam adı: Tofiq Müzəffər oğlu Hacıyev) — azərbaycanlı dilçi alim; Müasir Azərbaycan dilçisi; Bakı Dövlət Universiteti BDU Filologiya fakültəsi dekanının 1-ci müavini (1993—2000); Filologiya elmləri doktoru (2003); professor (2003); BDU Azərbaycan dilçiliyi kafedrasında professor əvəzi (2003— h.h.); TQDK-nın nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat üzrə elmi-metodiki seminarın və ekspert qrupunun rəhbəri (— h.h.).
Mündəricat
- 1 Həyatı
- 1.1 Təhsili
- 1.2 Əmək fəaliyyəti
- 2.1 Seçilmiş əsərləri
Tofiq Müzəffər oğlu Hacıyev 27 mart 1958-ci ildə Neftçala şəhərində anadan olub. [1]
Təhsili
1975-ci ildə orta məktəbi bitirib. [1]
1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib. [1]
1986-cı ildə «Tabeli mürəkkəb cümlənin sadə cümləyə transformasiyası» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. [1]
2003-cü ildə «Tabeli mürəkkəb cümlənin struktur-semantikası» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. [1]
Əmək fəaliyyəti
1987-89-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) baş laborant. [1]
1990-cı ildən BDU-da müəllim, baş müəllim, dosent işləyib. [1]
1993-2000-ci illərdə BDU Filologiya fakültəsinin dekanının 1-ci müavini işləmişdir.
BDU-da Müasir Azərbaycan dili (morfologiya, sintaksis, qrammatika problemləri) və frazeologiya fənlərindən dərs deyir. [1]
Yaradıcılığı
55 məqaləsi çap olunub. [1]
1 aspirant və 3 dissertanta rəhbərlik edib. [1]
1 kitabı nəşr olunub. [1]
Müasir Azərbaycan dilində mürəkkəb cümlənin struktur semantikası : filologiya elm. dok. . dis. avtoreferatı: 10.02.02 / T. M. Hacıyev ; AMEA Nəsimi adına Dilçilik İnstitutu. – Bakı, 2003. – 70 s. ; 20,5 sm. – 100 экз.. –
Seçilmiş əsərləri
- 2004, Dərəcə budaq cümləsinə dair- «Mədəniyyət dünyası»-Bakı, s.259-263
- 2004, Mürəkkəb cümlədə komponentlərin semantik əlaqəsinin formalaşmasında bağlayıcı vasitələrin rolu- Pedaqoji Universitetin Xəbərləri, Bakı, №2, s.201-204
- 2006, «Kitabi-Dədə Qorqud»un dilindəki frazeologizmlərin müasir taleyi. BDU Xəbərləri (humanitar seriya) №2, s.58-63
Şəxsi həyatı
Ailəlidir: 2 övladı var. [1]
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
September 04, 2021
Ən son məqalələrŞon Lennon
Şon Makbrayd
Şon Mendes
Şon Penn
Şon Stoun
Şona dili
Şondonq mağarası
Şonqar
Şonqar palçıq vulkanı
Şop salatı
Ən çox oxunan
Qədim Gəncə qalası
Qədim Havana
Qədim Həsənov
Qədim Qala
Qədim Qala (nəşriyyat)
tofiq, hacıyev, filoloq, adın, digər, istifadə, formaları, üçün, tofiq, hacıyev, tofiq, hacıyev, adı, tofiq, müzəffər, oğlu, hacıyev, azərbaycanlı, dilçi, alim, müasir, azərbaycan, dilçisi, bakı, dövlət, universiteti, filologiya, fakültəsi, dekanının, müavini,. Bu adin diger istifade formalari ucun bax Tofiq Haciyev Tofiq Haciyev tam adi Tofiq Muzeffer oglu Haciyev azerbaycanli dilci alim Muasir Azerbaycan dilcisi Baki Dovlet Universiteti BDU Filologiya fakultesi dekaninin 1 ci muavini 1993 2000 Filologiya elmleri doktoru 2003 professor 2003 BDU Azerbaycan dilciliyi kafedrasinda professor evezi 2003 h h TQDK nin nezdinde fealiyyet gosteren Azerbaycan dili ve edebiyyat uzre elmi metodiki seminarin ve ekspert qrupunun rehberi h h Tofiq HaciyevTofiq Muzeffer oglu HaciyevTofiq Haciyev BDU da 2015 Dogum tarixi 27 mart 1958 63 yas Dogum yeri Neftcala Azerbaycan SSR SSRIVetendasligi SSRI AzerbaycanMilliyyeti azerbaycanliAtasi Muzeffer HaciyevElm sahesi filologiyaElmi derecesi filologiya elmleri doktoruElmi adi professorIs yeri Baki Dovlet UniversitetiTehsili Azerbaycan Dovlet Universitetinin Filologiya fakultesi Vikianbarda elaqeli mediafayllar Mundericat 1 Heyati 1 1 Tehsili 1 2 Emek fealiyyeti 2 Yaradiciligi 2 1 Secilmis eserleri 3 Sexsi heyati 4 Istinadlar 5 Hemcinin bax 6 Xarici kecidlerHeyati RedakteTofiq Muzeffer oglu Haciyev 27 mart 1958 ci ilde Neftcala seherinde anadan olub 1 Tehsili Redakte 1975 ci ilde orta mektebi bitirib 1 1981 ci ilde Azerbaycan Dovlet Universitetinin indiki Baki Dovlet Universiteti Filologiya fakultesini bitirib 1 1986 ci ilde Tabeli murekkeb cumlenin sade cumleye transformasiyasi movzusunda namizedlik dissertasiyasi mudafie edib 1 2003 cu ilde Tabeli murekkeb cumlenin struktur semantikasi movzusunda doktorluq dissertasiyasi mudafie edib 1 Emek fealiyyeti Redakte 1987 89 cu illerde Azerbaycan Dovlet Pedaqoji Institutunda indiki Azerbaycan Dovlet Pedaqoji Universiteti bas laborant 1 1990 ci ilden BDU da muellim bas muellim dosent isleyib 1 1993 2000 ci illerde BDU Filologiya fakultesinin dekaninin 1 ci muavini islemisdir BDU da Muasir Azerbaycan dili morfologiya sintaksis qrammatika problemleri ve frazeologiya fenlerinden ders deyir 1 Yaradiciligi Redakte55 meqalesi cap olunub 1 1 aspirant ve 3 dissertanta rehberlik edib 1 1 kitabi nesr olunub 1 Muasir Azerbaycan dilinde murekkeb cumlenin struktur semantikasi filologiya elm dok dis avtoreferati 10 02 02 T M Haciyev AMEA Nesimi adina Dilcilik Institutu Baki 2003 70 s 20 5 sm 100 ekz Secilmis eserleri Redakte Menbe 1 2004 Derece budaq cumlesine dair Medeniyyet dunyasi Baki s 259 263 2004 Murekkeb cumlede komponentlerin semantik elaqesinin formalasmasinda baglayici vasitelerin rolu Pedaqoji Universitetin Xeberleri Baki 2 s 201 204 2006 Kitabi Dede Qorqud un dilindeki frazeologizmlerin muasir taleyi BDU Xeberleri humanitar seriya 2 s 58 63Sexsi heyati RedakteAilelidir 2 ovladi var 1 Istinadlar Redakte 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Azerbaycan dilciliyi kafedrasida professor evezi az philology bsu edu az 2015 09 21 tarixinde arxivlesdirilib Istifade tarixi 2015 09 09 Hemcinin bax Redakte Vikianbarda Tofiq Haciyev ile elaqeli mediafayllar var Xarici kecidler RedakteMenbe https az wikipedia org w index php title Tofiq Haciyev filoloq amp oldid 5946785, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Comments are closed, but trackbacks and pingbacks are open.