Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”
Daxil edilən dəyişənlərdən ailədəki 6 yaşından kiçik uşaq sayı və ailənin boşanmış olmasını göstərən dəyişənlərin nəzəri olaraq uşaqların təhsili üzərində mənfi təsirə malik olduğu, digər dəyişənlərin isə uşaqların təhsili üzərində müsbət təsirə malik olduğu gözlənilir. Reqresiya modelindən əldə edilən nəticələr, nəzəri olaraq gözləntiləri doğrultmaqdadır. t və F statistikalarına baxaraq, dəyişənlərin fərdi və birlikdə statistik olaraq əhəmiyətli olduğunu görmək olar.
Təhsil nə üçün vacibdir
Bir kişinin(və ya oğlan uşağının) təhsil alması sadəcə bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının(və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir. Məhz bu düşüncənin fərqində olan H.Z.Tağıyev müsəlman şərqində ilk qızlar məktəbini tikdirərək qızların təhsil almasına yaratdığı imkanlarla əslində bir neçə nəslin təhsil almasına şərait yaratmışdı.
Həştərxanda tatar dilində çıxan GUNAŞ-yəni Günəş qəzetində, Axund Məhəmmməd Pişnamazzadə tərəfindən maraqlı bir məqalə çap olunmuşdu. Çoxlarını narahat edən bu məqalədə, məzlum şərq qadınının taleyinə toxunulurdu. Cavan ailələr nə üçün tez dağılır, müsəlman oğlanlar nə üçün öz qızlarımızı bəyənmirlər, ailə həyatının zəhərlənməsinə səbəb nədir? kimi suallara müəllif çox aydın cavab verirdi. Hamının acı-acı sezdiyi, fəqət heç kəsin dilinə gətirmədiyi sosial bəlanı qamçılayır, onun köklərini açıb göstərirdi. Müasir gənclərimiz get-gedə avropa ruhunda inkişaf edir və tərbiyyə olunurlar. Onların qadına münasibəti dəyişir. Digər tərəfdən biz müsəlmanlar isə, qızlarının tərbiyyəsinə və təhsilinə əsla fikir vermirik. Beləliklə, xarakterdə, tərbiyyədə və inkişafda iki əks qütb yaranır. Ailə ixtilafları da, ziyallılarımızın savadsız müəlman qızları ilə evlənmək istəməməsi də, elə burdan irəli gəlir(c).
Yazı geniş əks-səda doğurur. Şərq aləmində ailə işinə qarışmaq olar? Özü də, kimdi bunları yazan: dövrün tanınan ruhani alimi, görkəmli bir şəriət bilicisi. Bu ki, islam təfəkkürünə çox ciddi bir zərbədir. Garaguruh o dəqiqə baş qaldırır. Güya müəllif şəriət qanunlarını pozur, milli hisləri tapdalayır. Güya xalqı çaşdırır, oğlanlara böhtan atır, qızları-qadınları pis yola dəvət edir. Bir tərəfdən də bəlli olur ki, Axundun iki qızı Tiflis qadın gimnaziyasında təhsil alır. Özü də, rus dilində!
Bütün zamanlarda yaşayan ziyalılarımız, dinimiz qızların harda və ya hansı dildə təhsil almasına qarşı olmayıb. Ancaq, milli və dini düşüncəmizdən uzaq bir sıra dogmalar, qızların təhsil almasına əsrlərdir qarşı çıxmaqdadır.
Son zamanlar genetik tədqiqatlarda, uşaqlara zəka geninin atadan deyil anadan keçdiyi aşkar edilmişdir. Genetik tədiqatlarla yanaşı, uşaqların təhsil və zəkası üzərində ananın və ya atanın təsir dərəcəsi haqqında tədqiqat aparan başqa bir elm sahəsi də, ekonometrikadır. Bir sıra ekonometrik tədqiqatların nəticələrinə görə, uşaqların zəkası(IQ) və təhsil səviyyəsi üzərində, ananın zəkası(IQ) və təhsil səviyyəsi, atanın zəkası və təhsil səviyyəsindən daha çox təsirə malikdir.
Aparılan ekonometrik tədqiqatlar nəticəsində, uşaqların təhsil səviyyəsi üzərində əhəmiyyətli təsirə malik olduğu düşünülən dəyişənlərin, valideyinlərin təhsil səviyyəsi, ailənin rayon və ya şəhərdə yaşaması, ailədə 6 yaşından kiçik uşaqların sayı, ata ananın boşanmış olması, kitabxanaya yaxınlıq, ailənin gəlirləri, ailənin dini inancı kimi dəyişənlər olduğu aşkar edilmişdir. .
Bu məqalədə istifadə edəcəyim dəyişənlər, ABŞ-da aparılmış anket sorğuları nəticəsində əldə edilmişdir. İstifadə edilən dəyişənlər 540 müşahidə dəyərindən ibarətdir. Ekonometrik model qurmazdan əvvəl rəyi soruşulanların təhsil səviyyəsini göstərən dəyişənin təsviri statistikaları ilə yanaşı, ata, ana və uşaqların təhsil səviyyəsini göstərən müvafiq dəyişənlər arasında korrelyasiya əmsallarına nəzər salaq.
Cədvəl 1: Rəyi soruşulanların təhsil səviyyələrinə aid təsviri statistikalar
Cədvəl 1-də rəyi soruşulanların minimum təhsil səviyyəsi 6 il, maksimum təhsil səviyyəsi isə 20 ilə bərabərdir. Qeyd edim ki, 12 ildən aşağı təhsil səviyyəsinə sahib olanlar orta məktəbi müxtəlif səbəblərdən tərk etmək məcburiyyətində qalanlardır. Kumulyativ say və kumulyativ faiz sütununa baxdığımız zaman bu insalar rəyi soruşulanların 36-nı və ya 6.67%-ni təşkil edir. Rəyi soruşulanlar arasında ən böyük paya sahib olanlar 12 illik təshil səviyyəsinə sahib insanlardır. Bu da, rəyi soruşulanların 229 və ya 42.41%-ni təşkil edir. 16 illik təhsil səviyyəsi bakalavr, 17-18 illik təhsil magistr, 19-20 illik təhsil səviyyəsi isə doktorantura təhsilli insanları göstərir. Cədvəldən göründüyü kimi, rəyi soruşulanlar arasında orta məktəbi başa vurmayanların(36 nəfər) tam yarısı qədər insan ən yüksək təhsil səviyyəsi olan doktorantura pilləsinə qədər təhsillərini davam etdiriblər.
Cədvəl 2 Valideyinlər və uşaqların təhsil səviyyələri arasındakı
korrelyasiya əmsalları
Cədvəl 2-də göstərilən korrelyasiya əmsalları çox maraqlı məlumatları özündə ehtiva edir. Beləki, uşağın təhsil səviyyəsi ilə ata və ananın təhsil səviyyəsi dəyişənləri arasında müsbət əlaqə olsa da, ananın təhsil səviyyəsi ilə uşağın təhsil səviyyəsi arasındakı korrelyasiya əmsalı daha yüksəkdir. Bu ilk növbədə, yuxarıda qeyd edildiyi kimi uşağın təhsil səviyyəsi üzərində ananın təhsil səviyyəsinin daha güclü təsirə malik olduğunu deməyə əsas verir. Cədvəl 2-də diqqəti çəkən digər maqam isə, ən böyük korrelyasiya əmsalının ata və ananın təhsil səviyyələri arasında olmasıdır. Ata və ananın təhsil səviyyəsi bir-birinə birbaşa təsiri olmasa da, dolayı təsiri var. Buradan belə aydın olur ki, hər bir gənc rasional olaraq öz təhsil səviyyəsinə uyğun olan biri ilə evlənir. Bütün bu deyilənlər işığında uşaqların təhsil səviyyəsi üzərində təsiri olduğu düşünülən əsas dəyişənlər ilə qurulmuş reqresiya modelinin nəticələri aşağıda verilmişdir. Modelin təxmini zamanı Ən Kiçik Kvadratlar üsulu istifadə edilmişdir.
Cədvəl 3 Uşaqların təhsili üzərində valideyinlərin təhsilinin təsiri
Əldə edilən nəticələrdən göründüyü kimi hər iki valideyinin təhsil səviyyəsi uşağın təhsili üzərində müsbət təsirə malikdir. Ancaq, uşağın təhsil səviyyəsi üzərində ananın təhsil səviyyəsinin təsiri daha çoxdur. Belə ki, ananın təhsil səviyyəsi bir il artığı zaman, uşağın təhsili orta qiymət 0.24 il, atanın təshil səviyyəsindəki bir illik artış uşağın təhsil səviyyəsi üzərində orta qiymət olaraq 0.20 il artışa səbəb olur. Valideyinlərin təhsil səviyyəsini göstərən dəyişənlərin əmsalları nəzəri olaraq gözləntiləri doğrultmaqla yanaşı, bu dəyişənlər statistik baxımdan da əhəmiyyətlidir`1`. Uşağın təhsil səviyyəsi üzərində ananın təhsil səviyyəsinin təsiri böyük görünsə də, bunu test etmədən dəqiq bir şey söyləmək olmaz. Beləliklə Wald testi`2` ilə hər iki əmsalın sıfıra bərabər olub olmadığını test etməklə, valideyinlərin təhsil səviyyəsinin uşaqlarının təhsil səviyyəsi üzərindəki təsirinin əhəmiyyətli olub olmadığını aydınlaşdırmaq olar. Əgər hər iki valideyinin təhsil səviyyələrin uşaqların təhsil səviyyəsi üzərində əhəmiyyətli təsiri olarsa, reqresiya nəticələrinin doğruluğunu təsdiqləmək olar.
Cədvəl 4 Wald testi
Wald testinin nəticəsinə əsasən, ata və ananın təhsil səviyyələrinin uşağın təhsil səviyyəsi üzərindəki təsiri statistik olaraq əhəmiyyətli şəkildə sıfırdan fərqlidir.
İndi isə, uşaqların təhsil səviyyəsi üzərində təsiri olduğu düşünülən digər dəyişənləri nəzərə alaraq reqresiya modelini yenidən təxmin edək.
Cədvəl 5 Uşaqların təhsili səviyyəsinə təsir edən dəyişənlər
Cədvəl 6 Uşaqların təhsili səviyyəsinə təsir edən dəyişənlər
Reqresiya modelində istifadə edilən dəyişənlər aşağıda qeyd edilmişdir.
Asılı dəyişən UTS-uşağın təhsil səviyyəsi.
Sərbəst və ya izahedici dəyişənlər: RM-riyaziyyat, məntiq və oxuma bacarığı ilə əlaqəli test nəticələrinin çəkili orta qiyməti, gəlir-ailənin gəlir səviyyəsi, AYKUS-altı yaşdan kiçik uşaq sayı, ATA_TS atanın təhsil səviyyəsi, ANA_TS-ananın təhsil səviyyəsi, boşanmış-ata ananın boşanmış olması, dövlət dəstəyi-azgəlirli ailələrə təhsil üçün dövlət dəstəyi, şəhərdə_yaşamaq-ailənin şəhərdə və ya kənd yerində yaşadığını, magistr, doktorantura və professor dəyişənləri isə valideyilərdən ən az birinin müvafiq təhsil səviyəsinə sahib olduğunu göstərən dəyişənlərdir.
Daxil edilən dəyişənlərdən ailədəki 6 yaşından kiçik uşaq sayı və ailənin boşanmış olmasını göstərən dəyişənlərin nəzəri olaraq uşaqların təhsili üzərində mənfi təsirə malik olduğu, digər dəyişənlərin isə uşaqların təhsili üzərində müsbət təsirə malik olduğu gözlənilir. Reqresiya modelindən əldə edilən nəticələr, nəzəri olaraq gözləntiləri doğrultmaqdadır. t və F statistikalarına baxaraq, dəyişənlərin fərdi və birlikdə statistik olaraq əhəmiyətli olduğunu görmək olar.
İndi isə bəzi dəyişənlərə aid əmsalları şərh edək: Ailənin boşanmış olması uşaqların təhsil səviyyəsini orta qiymət olaraq 0.43 il azaldır. Valideyinlərdən birinin magistr təhsilinə sahib olması uşağın təhsil səviyəsini orta qiymət olaraq 3.18 il artırır. Ailə gəlirinin bir vahid artması uşaqların təhsil səviyyəsini orta qiymət olaraq 0.03 il, ananın təhsil səviyyəsinin bir il artması isə, uşaqların təhsil səviyyəsini orta qiymət olaraq 0.07 il artırır.
Cədvəl 5 və Cədvəl 6-da verilən reqresiya nəticələrini müqasiə edərkən, Cədvəl 6-da verilən modelin daha yüksək determinasiya əmsalı ilə yanaşı daha kiçik AIC və BIC meyarına sahibdir. Bu iki göstərici Cədvəl 6-da verilən modelin daha uyğun model olduğunu deməyə əsas yaradır. Cədvəl 6-da verilən reqresiya modeli asılı dəyişəndə başverən dəyişikliklərin 57%-ni(R 2 =0.57) izahetmə qabiliyyətinə sahibdir. Qurulan bu reqresiya modelində dəyişənlərə aid verilənlər sorğu əsasənda əldə edildiyi üçün, reqresiya nəticələrin etibarlılığını baxımından xətalar sabit varyansa sahib olmalıdır. Əks təqdirdə əldə edilən əmsallar həqiqəti əks etdirməyəcəkdir. Eyni zamanda xətalar arasında korrelyasiya da olmamalıdır. Xətaların sabit varyansa sahib və korrelyasiyaya sahib olub-olmadığını yoxlamaq məqsədi ilə, müvafiq olaraq White və Breuch Pagan testləri edilmiş və aşağıdakı nəticələr əldə edilmişdir.
“Təmayüllü siniflərdə hansı yeniliklər vacibdir”
-Son zamanlarda təhsil sahələrində bir çox yeniliklər olub.Mən şəxsən həmin yenilikləri təhsildə qızıl hərflərlə yazardım.Təhsil sahələrində yaranmış yeniliklərdən biri də təmayüllü siniflərinin çoxaldılmasıdır.Əlbəttə,bu cür addımlar təhsilimizin daha da keyfiyyətli kadrların yetişdirilməsi və aztəminatlı ailələrin də ali məktəblərə qəbul olmaq imkanlarından yararlanması üçün nəzərdə tutulmuşdur.Nəticədə təkcə maddi imkanı yaxşı olanlar yox,maddi imkanı zəif olanlar üçün də ali məktəblərin qapıları açıq olacaq.Amma təmayüllü siniflərin yaradılması prossesində aşağıdakılar nəzərə alınsa,daha effektli nəticələr əldə edilə bilər.Bunlar aşağıdakılardır:
1-cisi bu cür siniflər istiqamətlər üzrə təhsilin inkişafına görə yaradılıbsa,tədris olunan fənlərin sayı yenə də çoxdur.Bəzi fənləri ixtisara salıb,əvəzində isə şagirdə vacib olan fənni daha dərindən tədris olunması üçün şərait yaradılmalıdır.Və ya ixtisasa aid olmayan fənlər(idman dərsləri istisna olmaqla) həftədə 1 saatdan artıq olmamalıdır.Nəticədə həmin şagird gələcəkdə hansı sahədə çalışarsa,öz ixtisasını daha dərindən biləcək.
2-cisi şagirdlərin istəyi maksimum səviyyədə nəzərə alınmalıdır.Buna görə bir sinifdə 20 şagirdin oxunması mütləq olmamalıdır.
3-cüsü təmayüllü siniflərdə dərs verən müəllimlər yalnız həmin məktəbin müəllimləri olmamalıdır.Həmin siniflərdə dərs verən müəllimlər müsabiqə əsasında seçilməlidir.Bu daha effektli nəticələr verəcək.Ya da ən azından diaqnostik imtahanda daha yaxşı nəticə qazanmış müəllimlər həmin sinifdə fənləri tədris etməlidir.
4-cüsü isə ən əsas məsələdir.Təmayüllü siniflərdə keçirilən fənlər xüsusi illik prespektiv planlaşdırma ilə,yəni ali məktəbə hazırlaşmaq üçün qoyulan tələbləri ödəyən planlaşdırma ilə tədris olunmalıdır.Tutaq ki,şagird ali məktəbə qəbul olmaq üçün imtahanda feil bəhsindən ən azı 3 sualla üzləşəcəksə,amma 10-11-ci sinifdə feilə aid bir(1) 45 dəqiqə dərs keçməyibsə,bu cür siniflərdən uğurlu nəticənin fazi də az olacaq.10-11-ci siniflərdə planlaşdırma dəyişilməlidir.İllik planlaşdırma elə qurulmalıdır ki,11-ci sinfin şagirdi ali məktəbə imtahan verəndə ona düşən suala aid olan mövzu 6 il bundan əvvəl yox,uzağı 10 ay bundan əvvəl keçirilsin.Əgər özəl kurslar bu cür planlaşdırmanı həftədə 15 saat dərs keçməklə yarada bilirlərsə,dövlət məktəblərində bu cür planlaşdırmanı həftədə 30 saat dərs keçməklə niyə yaratmaq mümkün olmasın?!Yox, prespektiv planlaşdırmalar köhnə ənənəyə əsaslanacaqsa,şagirdlərin özəl kurslara kütləvi axını davam edəcək.Yenə də dövlət məktəbləri özəl kurslara rəqib olmayacaq.Nəticədə təhsilin keyfiyyəti yüksəlməyəcək. Yəqin təhsil sahəsində çalışan mütəxəssislər bu barədə öz fikirlərini bildirəcəklər.İnanıram ki,bu gün təhsil sahəsində hansı addımların atılmasına ehtiyac varsa,bu addımlar atılacaq.Çünki hər bir ölkənin parlaq gələcəyini onun təhsili müəyyənləşdirir.
Təhsil “Təhsil Fəlsəfəsi” Kontekstində
Təhsil fəlsəfəsinin ilk sosial-institusional forması ötən əsrin 40-cı illərində ABŞ-da yaradılmışdır. Ancaq həmin dövrə qədər təhsilin fəlsəfi öyrənilməsi filosofların diqqət mərkəzində olmamışdır.
Məsələn, Platon, Aristotel, Yan Komenski, Lokk və başqaları bu mövzuya böyük diqqət yetiriblər. Maarifçilik ideallarında təhsilin əsas yer tutduğunu demək artıqdır. Nəhayət, XIX əsrdə insanın təhsil problemi əsas mövzulardan biri kimi qəbul edilirdi (məsələn, Herder və Hegeldə). XX əsrdə təhsilə fəlsəfi yanaşmaya ehtiyac daha da artdı. Eyni zamanda cəmiyyətdə müşahidə edilən proseslərin dərki məsələsi daha da aktuallaşdı .
Fərdlə kollektiv arasında münasibətlərin mürəkkəbləşməsi, elmi biliyin cəmiyyət həyatında rolunun yeni səviyyəyə qalxması təhsil məsələsini ön plana çıxarırdı. Yaxşı vətəndaş yetişdirməklə peşəkar mütəxəssis formalaşdırmağın pedaqoji aspektləri üzərində daha dərindən dayanmaq lazım gəlirdi. Buna görə də təhsil fəlsəfəsi mövcud təhsil sistemlərinin təhlili ilə kifayətlənə bilməzdi, onun transformasiyaları və yeni modellərin hazırlanması kimi problemlərin fəlsəfi dərkinə can atmalı idi .
XX əsrin ortalarından başlayaraq, təhsil fəlsəfəsində tərbiyə ilə tədrisin qarşılıqlı əlaqəsi probleminə daha çox diqqət yetirilir. Bu əsasda pedaqoqların fəlsəfəyə marağı artır. Bununla da təhsil fəlsəfəsi ümumi fəlsəfədən ayrılmağa başlayır və yekunda müstəqil bir sahəyə çevrilir. Deməli, təhsil fəlsəfəsi hər şeydən öncə sosial sifarişdir. Cəmiyyətin təkamülündən danışdıqda fərdi və kollektiv səviyyədə təhsillə sosial təşəkkül arasında daha sıx əlaqə yaratmaq lazım gəlir. Bu zaman filosof və ya pedaqoqlar fərqli parametrlərə üstünlük verə bilərlər. Məsələn, Platon və ya Hegel üçün ideya əsas təşkil edirdisə və onlar təhsilin də bu məqsədə xidmət etməsi fikrini irəli sürürdülərsə, XX əsrdə praqmatizm konkret fayda, səmərə faktorunu önə çəkirdi. Buna uyğun olaraq da həm təhsil haqqında təsəvvürlər dəyişir, həm də onun yeni formalarının axtarışı intensivləşir. Belə çıxır ki, təhsil sistem olaraq daim yeniləşməyə ehtiyacı olan fenomendir. Bunu dərk etmək bütövlükdə təhsilin fəlsəfəsində fərqli yanaşmaya nail olmaq deməkdir .
Müasir dövr üçün bu məqamın daha aktual olduğunu düşünürük.
Bu bağlılıqda təhsil üçün xüsusi əhəmiyyəti olan bir özəlliyi vurğulamaq lazımdır. Hazırda təhsil fəlsəfəsində pedaqoji nəzəriyyə və konsepsiyalarda fikir ayrılıqlarını aradan qaldırmağa imkan verən universal yanaşmaya ehtiyac artıb. Müxtəlif pedaqoji konsepsiyaların başlanğıc prinsip və hipotezlərinə fərqli yanaşmaq lazım gəlir. Bununla da pedaqogikada nəzəri biliyin fundamental əsaslarını aydınlaşdırmaq imkanı əldə edilir.
Bunlarla yanaşı, təhsil fəlsəfəsində aşağıdakı əsas istiqamətlər aktuallaşır:
– təhsil sisteminin yenidən təşkil edilməsi üçün əsas istiqamətin müəyyən edilməsi;
– yeni dəyərlər sistemi və təhsil sistemlərinin yeni proqramlarının əsaslarının hazırlanması;
Bu prosesdə iki aspekt qarşılıqlı əlaqədə götürülür. Bunlar təhsilin institusional dəyişməsi və institusional təhsildən kənar sistemlərin transformasiyasından ibarətdir. Qeyd etmək lazımdır ki, həmin iki aspektin sintezdə nəzərdən keçirilməsi müasir dövrün tələblərindən qaynaqlanır. Belə ki, müasir cəmiyyətin bütün sahələri arasında sıx əlaqə mövcuddur. Dünyanın aparıcı alimlərinin qənaətinə görə, bu proses təhsilin fərqli təşkili formalarının təşəkkülünü zəruri edir. O cümlədən, rəsmi institusional təhsil sistemlərinin, ümumiyyətlə, cəmiyyətdə rolunun dəyişməsi prosesi gedir. Bir çox tədqiqatçılar bu kontekstdə institusional təhsildən kənar sistemlərin inkişaf zərurətini vurğulayırlar. Biz bu məsələyə irəlidə daha dərin və geniş diqqət yetirəcəyik.
Ancaq həmin bağlılıqda bir sıra aktual məqamları vurğulamalıyıq. Hazırda təhsil cəmiyyətin həyatının müstəqil sahəsinə çevrilir və beləliklə, təhsil institutları şaxələnir. Pedaqoji bilik plüralistik xarakter alır, onun ideal və məqsədlərinə yanaşmalar dəyişir .
Bunun kökündə isə təhsilin subyekti olan insana fərqli yanaşmaların mövcudluğu durur. Deməli, müasir təhsil sistemlərinin transformasiyası zərurəti əslində insanın cəmiyyətdə yeri, rolu, fərd ilə kollektiv səviyyələr arasında harmoniyanın yaradılması və insan şəxsiyyətinin formalaşdırılması kimi məsələlərdən qaynaqlanır. Təhsilin sosial-fəlsəfi refleksiyası da məhz bu faktorlarla sıx bağlıdır. Burada ilk növbədə təhsil fəlsəfəsində özünü göstərən emprik-analitik və humanitar istiqamətlər arasında olan fikir ayrılıqlarını vurğulamaq lazım gəlir.
Bu istiqamətlərin hər biri XX əsr boyu və XXI əsrin əvvəllərində təhsilə öz yanaşmaları ilə fərqlənmiş və onu qorumağa çalışmışlar. Yuxarıda qeyd etdiyimiz kimi, bu fərqlərin əsasında insana təhsilin subyekti kimi fərqli yanaşma dayanır. Təhslini analitik fəlsəfəsi ötən əsrin 60-cı illərində ABŞ və İngiltərədə formalaşmağa başlamışdır. Onun nümayəndələri arasında E.Makmillanı, İ.Şeffleri, D.Soltisi və başqalarını göstərə bilərik .
Onlar insan psixologiyasına biheviorizm, heştaltpsixologiya, psixoanaliz mövqeyindən yanaşırdılar. Yəni təhsil məsələsinə sosial-mədəni kontekstdən çox, koqnitiv (idraki-şüuri) proseslərin prizmasında diqqət yetirirdilər. Bunun konkret forması isə dilin məntiqi analizindən ibarət idi. Konkret desək, təhsilin analitik fəlsəfəsi postpozitivizm aspektində inkişaf edirdi. Bu kontekstdə “təhsil”, “təlim”, “tədris”, “tərbiyə” və s. kimi terminlərin məzmunu müəyyənləşdirildi. Bununla analitik fəlsəfə təhsili elmi meyarlara tabe etdirir ki, burada daimi yoxlama (K.Popper mənasında) xüsusi yer tutur. Eyni zamanda, bu fəlsəfə təhsildə ideoloji komponentin olmasına tənqidi yanaşır. Müasir təhsildə ideologiyanın insanın təhsil subyekti kimi yetişməsində mane olduğu fikrini müdafiə edirlər .
Həmin dövrdə təhsilin fəlsəfəsində tənqidi-rasionalist istiqamət meydana gəlmişdir. Onun tərəfdarları pedaqogikanı praktiki sosiologiya kimi izah edir, pedaqoji fəaliyyətdə uzunmüddətli planlaşdırma və layihələndirməni qəbul etmirdilər. Tənqidi-rasionalistlər K.Popperin “açıq cəmiyyət” modelinə üstünlük verirdilər. Onlar təhsilin bu məqsədə çatmaq üçün vasitə olduğunu düşünürdülər.
XX əsrin 70-ci illərindən başlayaraq təhsilin analitik fəlsəfəsi məntiqi pozitivizm prinsiplərindən linqvistik analiz fəlsəfəsinin prinsiplərinə keçid alır. Bu, təhsildə “dil oyunları”, semantikanın yeri və rolunu aktuallaşdırmaq imkanı yaradır. Hazırda hər iki aspekt çox aktualdır. Onun yeni formaları meydana gəlir. Məsələn, kibersemiotika və biosemiotikanın getdikcə daha geniş miqyasda təhsil prosesində özünü göstərməsi zərurəti qarşıya çıxır.
Hələlik bu sahədə elə bir ciddi addım atılmayıb. Ancaq şübhəsiz ki, yeni təhsil konsepsiyalarında onların ciddi rolunu yaxın gələcəkdə etiraf etməli olacağıq. Məsələn, kibersemiotika biliyin özünütəşkili prinsiplərini öyrənir ki, bunun pedaqoji və tədris şərtlərini aydınlaşdırmaq prinsipial əhəmiyyət kəsb edir. Təhsil prosesi biliyin özünütəşkili qanunlarına uyğun aparılmalıdır ki, mənəvi-mədəni və elmi mühiti sürətlə dəyişən cəmiyyətlərdə layiqli insan-mütəxəssis yetişdirmək mümkün olsun. Bunlar hələlik sırf nəzəri “arzular”dır, lakin indi reallıqla fantaziya arasında elə bir məsafə qalmayıb.
Bütün bunlar XXI əsrin başlanğıcında təhsil fəlsəfəsi ilə bağlı olan bir sıra problemləri meydana çıxartdı. Hər şeydən əvvəl, təhsil sisteminin və pedaqoji fikrin böhranının özünü göstərməsini vurğulamaq lazımdır. Bunun kökündə bütövlükdə dövrün mənəvi böhranı dayanır. Xüsusilə, informasiya cəmiyyətinin formalaşması kontekstində bu məsələ olduqca aktual problemə çevrilib (8).
Digər məsələ odur ki, təhsil haqqında hələlik dağınıq halda olan fəlsəfi konsepsiyalar arasında ideya bağlantılarının yaradılmasına ehtiyac duyulur. Bu, belə olmasa, təhsilin fərdi və kollektiv səviyyədə müasir dövrün tələblərinə uyğun faydasını konkretləşdirmək imkansız olur. Strateji hədəf bəlli olmayanda cəmiyyətin davamlı inkişafı haqqında danışmaq mümkün deyil.
Beləliklə, yeni minilliyin və əsrin başlanğıcında formalaşan müasir informasiya sivilizasiyası dövründə təhsil, onun çağdaş və gələcək problemləri getdikcə daha da aktuallaşır və bu proses təhsilin fəlsəfəsinə yeni yanaşmalarla müşayiət olunur.
Fəlsəfə anlayış etibarilə insana hikməti sevməyi öyrədir. Təhsil isə insana öyrəndikləri arasında əlaqə yaradıb, bunları həyatında tətbiq etmək bacarığı qazandırır. Həm fəlsəfənin, həm də təhsilin ortaq məqsədi mövcud reallıq üzərində düşünmə və onları təhlil-tərkib süzgəcindən keçirmə, insanın fərd olaraq düşüncə üfüqünün genişlənməsinə zəmin yaratmaqdır. Əslində hər bir fəlsəfi məktəb və düşüncə sistemi özünə uyğun insan yetişdirmək istəyir. Bu yanaşmada idealizm, realizm, praqmatizm, ekzistensializm, materializm və pozitivizmin məqsədləri fərqli olmuşdur. Ancaq müasir qloballaşan dünyada artıq fərqli “izm”lər arasında məsafə getdikcə qapanmaqdadır. Həmçinin çağdaş təhsil sistemi çərçivəsində təhsilli insan fərqli görüşləri öz düşüncə matrisasında birləşdirməyi bacara bilir. Fəlsəfə gerçəyi axtarıb tapmağa çalışır. Bu sorğulama fəlsəfənin vəzifəsidir. Təhsil fəlsəfəsi təkamül yolundakı insanı, yaratdığı bütün dəyərlərlə birlikdə fokusa alır və onu daha da yüksəltməyə çalışır. Fəlsəfənin və təhsilin bir-birindən ayrılmaz bir bütün olduğunun ən böyük əlaməti dövrün tələblərinə uyğun, dəyişən şərtlərə cavab verən insan yetişdirməkdir. Məzmunu nə olursa-olsun təhsilin hədəfi geniş düşüncəsi ilə insandır. Ana mövzusu insan olan təhsil fəlsəfəsi insanın çatmaq arzusunda olduğu bütün hədəfləri gerçəkləşdirməyin yollarını arayan bir sistemdir .
Müasir dövrdə təhsilşünaslığın yeni metodologiya axtarışı məsələsinin aktuallaşmasına qədər ötən əsrin müxtəlif dövrlərində təhsil fəlsəfəsinin inkişafını müəyyənləşdirən bir sıra metodoloji prinsiplər formalaşmışdır və hazırda da yeni axtarışlar üçün onların əhəmiyyəti böyükdür. Bu yanaşmada deyə bilərik ki, qlobal problemlərin maarifçilik düşüncəsinin problemi kimi qəbul edilməsi onların həllinin həm də təhsilşünaslığın məsələsi kimi başa düşülməsinə səbəb olur və bu tendensiya təhsil fəlsəfəsində aktual mahiyyət kəsb edir. Qlobal problemlərin mahiyyətində bir çox hallarda qarşılıqlı anlaşma, tolerantlıq və yardımlaşmanın olmaması durur. Burada təhsilin əsas funksiyası problemin fəlsəfi dərki ilə yanaşı, cəmiyyətdə inteqrasiya funksiyasını ifadə edən dəyərlər sisteminin (vətəndaş, sosiogen fərd və sair) tədqiqi məsələsidir.
Son 20-30 il ərzində dünyada baş verən təbəddülatlar sosiumun bütün həyat sferasını dəyişdiyi kimi, cəmiyyətin fundamental alt sütunlarından biri olan təhsilin fəlsəfi mahiyyətinə yenidən baxmağı tələb edir, problemin dərkində mənəvi şüur mövqeyindən çıxış etməyi vacib bilir. Belə ki, məsələ şüurun seçim edə bilmək qabiliyyəti ilə əlaqələndirilir. Seçim şəraiti isə mənəviyyatın, individin müstəqil həyatının ilkin əsası kimi başa düşülür. Bu məsələ həm də insanın və sosiumun daxili inteqrasiya olunmuş bütövlük kimi öz təhsil dəyərlərinə olan münasibəti prizmasında dərk olunur. Burada təhsil fəlsəfəsinin üzərinə düşən missiya ondan ibarətdir ki, Haydeggerin qeyd etdiyi kimi, “insanın öz mənəvi dəyər aləminə inanma xüsusiyyəti onun üçün zəruridir. Ona görə zəruridir ki, məsələ həmişə insanın özünü təsdiqləməsi ilə bağlıdır” .
Burada həm “dəyərlilik”, həm də “özünütəsdiq” faktında təhsilin qlobal mahiyyəti göz önündə canlanır.
Azərbaycanın təhsil fəlsəfəsinin tarixi erkən orta əsrlərdən başlayan sosial-fəlsəfi-kulturoloji dərketmə ilə nəinki o dövrün rasional təhsil konsepsiyalarını mənimsəyə bilmiş, eyni zamanda bu gün müasir Qərb təhsilşünaslığının əsas paradiqmalarından hesab olunan metabilik və bacarıqlar – ömürboyu öyrənmə, öyrənməyi öyrənmək, inkluziv yanaşma, adaptiv kompetensiyaların formalaşması, sosial harmoniyanı yaratmaq və sair dəyərlərin sələfi hesab oluna bilər.
Müasir dünya gerçəkliyini dərketmə rakursunda bəşəriyyətdə həm dəyərlərin mübarizəsi, həm də onların dialoqu özünü göstərir. Bu axtarış tendensiyası əslində bu və ya digər dərəcədə təhsil fəlsəfəsində də əks olunur. Təhsil fəlsəfəsi bəşəriyyətin yeni inkişaf yollarının gərgin axtarışını daha çox özündə hiss edir: “Axtarış mədəniyyətin müxtəlif sahələrində – fəlsəfədə, incəsənətdə, dünyanın dini cəhətdən dərk olunmasında, elm və təhsildə baş verir. Söhbət artıq insan varlığının fundamental əsaslandırılmasından, yeni dəyərlərin yaradılmasından gedir. Yeni dünyagörüşlü yönümün artıq ilkin əsasları texnogen sivilizasiyanın öz içində yaranır. Müasir dünyada tamamilə fərqli mədəni ənənələr bir-birilə toqquşur, qarşılaşır və dialoqa girir. Bəşəriyyət isə anlayır ki, bu dialoqu aparmağı öyrənmək lazımdır”.
İlk növbədə, Azərbaycan fəlsəfi fikri üçün milli-mədəni və mənəvi sistemlərə, bu sistemlərin yaranmasında zəmin həlqə rolunu oynayan təhsil fəlsəfəsinə xas olan universalilərin öyrənilməsi də çox əhəmiyyətlidir.
Təhsil vasitəsilə insanın istedadı, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətin məcmusunun sosial-fəlsəfi mahiyyətinin müəyyənləşdirilməsi aktuallıq kəsb edir. Həmçinin, bu prosesə cəlb edilənlərin fərqli istiqamətlərdə inkişafını araşdırmağa ciddi ehtiyac vardır. Bu fərqliləşmə təhsil prosesində qazanılan bilik, bacarıq, mövqe və dəyərlər yolu ilə reallaşır. Məhz bu nöqtədə təhsil eyni zamanda insanın bir “yetişdirmə” prosesidir. Cəmiyyətşünaslığın əsas anlayışlarından biri olan “sosiallaşma” (ictimailəşmə) insanın aid olduğu cəmiyyətin mədəni elementlərinin öyrənilərək özününküləşdirilməsini şərtləndirir. Şəxsiyyət əksər hallarda doğulduğu və yetişdiyi mədəniyyət tərəfindən müəyyən olunur. Hər cəmiyyət öz mədəni dəyərlərini yeni nəsillərə ötürmək alətlərinə malikdir. İctimailəşmə prosesi insanın dünyaya gəldiyi gündən başlayaraq, onun bütün həyatı boyu davam edən uzun bir dövrü əhatə edir. Bu müddət ərzində bioloji fərd şəxsiyyət kimi formalaşır. Başqa sözlə desək, ictimailəşmə müəyyən bir cəmiyyətin davranış qəliblərini şəxsiyyətin sosial varlığına müncər edərək onu cəmiyyətə aid olan sosiogen bir fərd halına gətirir. Dürkheymin təhsili “daha yaşlı nəsillərin hələ ictimai həyata hazır vəziyyətə gəlməmiş nəsillər üzərindəki davranışı” olaraq xarakterizə etməsi məhz özündə ictimailəşməni ehtiva edir.
Bu ictimailəşmə prosesi təhsilin ən mühüm paradiqmalarından biri hesab olunan davamlı təhsil anlayışı ilə assosiasiya olunur.
Şübhəsiz, təhsil bir çox aspektləri olan, mürəkkəb struktur-funksional xüsusiyyətlərə malik, açıq sistem kimi geniş və daimi tədqiqatlar aparmağı tələb edir. Bunun siyasi, sosial, iqtisadi, mədəni aspektləri haqqında kifayət qədər danışmaq olar. Eyni zamanda, qəbul etməliyik ki, qloballaşma prosesi tədricən təhsili “vahid kontinuum” halına gətirir. Yəni müxtəlif təhsil sistemləri arasında əlaqələr tapılmalı və təhsilə eyni mövqedən yanaşılmalıdır. Əks halda iqtisadi və sosial qloballaşma tamamlanmamış qalır. İnsanların bilik, tərbiyə və əxlaq baxımından bütövləşməsi dövrün əsas problemi hesab edilməlidir. İnsanlar intellekt və mənəviyyat sahəsində dialoqa varmalıdırlar. Buna nail olmaq üçün hər bir müstəqil cəmiyyətin öz milli təhsil sistemi olmalıdır. Burada milli ilə beynəlmiləlin real harmoniyasına çatmağın mexanizmləri işlənməlidir. O isə yalnız fəlsəfi təfəkkür səviyyəsində mümkündür. Deməli, milli təhsil sistemini yaratmaq əslində fəlsəfi problemdir. Burada zaman konteksti də fəlsəfi məzmun kəsb edir. Çünki fəlsəfədə zamana fərqli baxışların olmasına baxmayaraq, varlığın zamanda məzmun aldığını hər kəs qəbul edir. Milli təhsil sistemi konkret zaman çərçivəsində hansı məzmun kəsb etməlidir? Həmin kontekstdə zamana Aristotel, Nyuton və ya Berqson prizmasından yanaşmaq elə də fərq etmir. Əsas odur ki, zaman sürəkliliyi ilə təhsil sisteminin dinamikası və yeniləşməsi arasında praktiki uyğunluğu tapa biləsən. Buna görə milli təhsilə müasir dövr kontekstində nəzər salmaq çox aktual görünür.
Qədim dövrlərdən başlayaraq fəlsəfi cərəyanlarda təhsil probleminə geniş yer verilmişdir. Bunun əsas səbəbi fəlsəfənin əsas olaraq insanın bütövlükdə həyatını, onun dünyadakı yeri və rolunu, cəmiyyətdəki mövqeyini dərk etməyə çalışmasıdır. Başqa ifadə ilə desək, fəlsəfə insanın həyatının mənasını və onun toplumda mövcudluğunun təməl şərtlərini öyrənir. Təbii ki, bu, bir tərif deyil. Bizim araşdırdığımız problem aspektində isə vacib məqamı ifadə edir. Çünki fərdin toplumda var olması onun təlimindən birbaşa asılıdır. Filosoflar təsadüfən demirlər ki, idrak mövcudiyyətin özüdür. Yəni insan dərketmədə özünü reallaşdırır, tədqiq edir və bu mənada həyatının əsasını bu özəllik təşkil edir. Bu səbəbdən hər bir fəlsəfi cərəyanda insanın təhsilinə ciddi yer verilir. Təhsilin məqsədi, onun təşkili, fərdin və cəmiyyətin həyatındakı rolu fəlsəfə üçün aktual məsələlərdir. Bu prizmada geniş aspektdə fəlsəfi cərəyanlarda təhsil faktorunun yeri və rolunu araşdırmağa ehtiyac vardır.
Məlumdur ki, fəlsəfə (philosophy) hərfi mənası ilə “bilik və müdriklik sevgisi, axtarışı”dır. Fəlsəfə kainatın quruluş və nizamı, həyatın məna və məqsədi, biliyin mənbə və etibarlılıq dərəcəsini və doğrunun nə olduğunu izah edir. Fəlsəfə və təhsil arasında sıx əlaqə mövcuddur. Həqiqətə nail olmağa səy göstərmək, təhsil və fəlsəfənin ortaq məqsədidir. Hər bir elmi inkişafın məhvərində, təhsil paradiqmalarında bu inkişafa yol göstərən fəlsəfə vardır. Fəlsəfə də təhsilin əldə etdiyi nəticələrdən faydalanaraq yeni fikirlər ortaya qoyur.
Fəlsəfənin maraq sahələri ümumi olaraq varlıq fəlsəfəsi (ontologiya), bilik fəlsəfəsi (epistemologiya) və dəyərlər fəlsəfəsindən (aksiologiya) ibarətdir. Varlıq fəlsəfəsi var olanı araşdıran bir fəaliyyət sahəsidir. Ontoloji yanaşma həyatın dəyişən tərəflərini deyil, “dəyişməyən həqiqət nədir?” sualı ilə maraqlanır və var olanı bütöv müstəvidə araşdırır. Bilik fəlsəfəsi biliyin nə olduğunu, mənbəyini, onun sərhədlərini, doğru, səhv, mütləq ya da nisbi biliyin nə olduğunu araşdırır. Dəyər fəlsəfəsi əsas etibarilə dəyərlərin mənbəyini, insanlarda anadangəlmə mövcud olduğu, yoxsa sonradan qazanıldığı, dəyərlərin zamana və cəmiyyətə görə dəyişib-dəyişmədiyini, hər kəs üçün ortaq dəyərlərin olub-olmadığı, onların meyarlarının nə olduğu kimi suallara cavab tapmağa çalışır. Həm fəlsəfənin, həm də təhsilin əsasını varlıq, bilik və dəyərlərlə bağlı problemlər təşkil edir.
Fəlsəfə tarixinə baxdıqda varlıq, bilik və dəyərlərlə bağlı dünyagörüşləri bir-birindən fərqli olan müxtəlif fəlsəfi cərəyanların ortaya çıxdığı görünür. Bu fəlsəfi sistemlərin fonunda təhsil təcrübələri və tətbiq imkanlarına zəmin yaradan bir çox təhsil fəlsəfəsi cərəyanları formalaşmışdır. Bu təhsil fəlsəfəsi paradiqmaları təhsildə yeni novasiyaların bərqərar olmasında bazis rolunu oynamış, təhsilin fəlsəfə müstəvisində alt zəmininin formalaşmasına səbəb olmuşdur.
Çağdaş dünyamız mürəkkəb, sürətli və ziddiyyətli proseslərlə müşayiət olunan açıq sistem kimi xarakterizə olunur. Bizi maraqlandıran problem baxımından ən əhəmiyyətlisi odur ki, bütün bu xüsusiyyətlər müasir elm sahələrinin tədqiqat predmetinə çevrilib. O cümlədən, çağdaş elmlərin konseptual aparatında onların ayrıca sahəsi meydana gəlib. Həmin özəllik həm təhsil məsələsini daha da aktuallaşdırır, həm də onun müasir həyat fəlsəfəsindəki yerinə daha geniş kontekstdə nəzər salmaq ehtiyacını vurğulayır. Bu bağlılıqda fəlsəfi kontekstdə bir sıra vacib məqamlara diqqət yetirmək vacibdir.
Böyük türk təhsilşünası Hilmi Ziya Ülkenin təbirincə desək, “pedaqogikanın tarixi düşüncə tarixi qədər qədimdir. Yalnız yunan fəlsəfəsində deyil, Çin və hind fəlsəfəsində də qədim insanın mənəvi inkişafı ilə bağlı ilkin fikirlərə rast gəlinir” .
Bu fəlsəfi cərəyanlardan sonralar həm də subyektlə obyektin, daxili ilə xaricinin, ruha aid olanla təbiətə aid olanın, fərdlə toplumun sintezindən təhsil fenomeni yaranacaqdır. Təhsil fəlsəfəsinə müxtəlif bucaqlardan baxsaq, həm onun mahiyyətinin daha dərindən açılmasına, həm də müasir dialektikanın qanunauyğunluqlarına daha dərindən nəzər yetirməyə imkan yaranacaq. Təhsil fəlsəfəçisi K.Pricenin qeydləri bu yanaşmada maraqlıdır: “Mən təhsil fəlsəfəsi nədir?” deyə sual verdiyim zaman bu sualla həm bir, həm də üç dəyişik sual soruram. Bunlardan ilki təhsilin təhlili, ikincisi təhsil metafizikasının necəliyi, üçüncüsü də təhsil əxlaqının nə olduğu haqqındadır” .
İnsan dünyaya göz açdığı gündən özünü və ətrafını dərk etməyə çalışır, digərləri ilə qurduğu münasibətlər nəticəsində informasiya fəzasına düşür və mövcud dəyərləri özünəməxsus formada inkişaf etdirir. Yəni hər bir insan öz anlayışları istiqamətində bir dünyagörüşü, gələcəyə baxış tərzi, yaşam forması – bir sözlə, həyat fəlsəfəsi meydana gətirməyə səy göstərir. Fərdlər kimi daha böyük anlamda cəmiyyətlərin də mənimsədiyi fəlsəfələr vardır ki, cəmiyyətin arxitektonikasının qurulmasına bu fəlsəfi çərçivədən baxılaraq məqsədə doğru istiqamət götürülür. Bu məqsədin əsasında isə təhsil fəlsəfəsi dayanır.
Salmanlı Əli,
Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,
İnzibati İdarəetmə Fakültəsi
AzNews.az
Comments are closed, but trackbacks and pingbacks are open.