Təhsildə Sosial-Psixoloji xidmət
KİTABLAR VƏ PROQRAMLAR
Təhsildə sosial psixologiya xidmət sədi nuriyev
Filologiya elmləri doktoru
BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının professoru
QISA BİOQRAFİK MƏLUMAT
1985-1993-cü illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda Rus dili və Ədəbiyyatı müəllim, baş müəllim, dosent və professor vəzifələrində, 1993-cü ildən Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsində “Elm və Elmi-texniki Siyasət İdarəsi”nin rəisi, 1994-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında “Dövlət Attes tasiya Müfəttişliyi”, “Humanitar və ictimai elmlər”, “Dissertasiya şuraları, Kadr, Diplom və Attestatlar”, “İnformasiya və Mətbuat xidməti” şöbələrinin rəisi vəzifələrində işləyib. 2000-ci ildən 2004-cü ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda “Elmi nəticələrin nəşri və yayımı”, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin “Beynəlxalq əlaqələr və informasiya təminatı” şöbələrinə rəhbərlik edib. 2009-2010-cu illərdə AMEA-nın Folklor İnstitutunda böyük elmi işçi kimi fəaliyyət göstərib. 2010-2016-cı illərdə TQDK “Abituriyent” jurnalının məsul katibi işləyib. Hazırda AR Silahlı Qüvvələri Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin professor – məsləhətçisi və BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının professorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
ƏMƏK FƏALİYYƏTİ
1980-1982 – Bərdə r-nu, Hacallı kənd 8-illik məktəbi – Müəllim
1985- 1993 – M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu Müəllim, baş müəllim, dosent, professor
1993-1994- Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi, İdarə rəisi
1994- 2000 Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası, Şöbə müdiri
2000 – 2004, Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, Şöbə müdiri
2006- 2008 Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Şöbə müdiri
2009-2010-cu illərdə AMEA-nın Folklor İnstitutunda, böyük elmi işçi
2010-2016-cı illərdə TQDK “Abituriyent” jurnalının məsul katibi
2016-сı il hal hazıra qədər AR Silahlı Qüvvələri Hərbi Akademiyasının Adyunktura və Elm şöbəsinin professor – məsləhətçisi
2010-cu ildən hal hazıra qədər BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasında əvəzçi müəllim
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Azərbaycan, Bakı, Babaxanlı Rəhman, Bizim əsr, 14-20 fevral, 2004
- F.M.Dostoyevski və Şərq AMEA, Ədəbiyyat institutu. Ədəbi-nəzəri məcmuə. – Bakı, 2005.
- Словесное искусство в Карабахе«Карабах», (Спец. выпуск журн. «Наследия»). – Москва, 2005, № 2-5
- Конвенции ЮНЕСКО и законода-тельство Азербайджана в области охраны
- Культурного наследия, Материалы Международной Конференции. – Минск, 2007.
KİTABLAR VƏ PROQRAMLAR
- Творчество Ф.М.Достоевского 1840–х годов (Системно-структур-ный анализ) учебное пособие Баку, 1991.
- Сюжетика ранних произведений Ф.М. Достоевского метод. разработка Баку, 1992
- Mən belə gördüm. Bakı, 2007,6 ç.v.
- Проблемы поэтики раннего Достоевского,монография, Баку, 2008. 16,75ç.v.
- Rəhman Babaxanlının yaradıcılığı. Poetika və bədii semantika məsələləri мonoqrafiya Bakı, 2010. 10 ç.v.
- Vladimir Kazimirovun “Qarabağa sülh” arzusu və əsl niyyəti kitab. Bakı, 2011, 8,25 ç.v.( Q.Hacıyevlə müştərək)
- Təhsildə sosial – psixoloji xidmət, Bakı: 2016, 40 ç.v. (D.R.İbrahimova ilə müştərək)
- F.M.Dostoyevski və Şərq. Мonoqrafiya. çapdadır
Təhsildə Sosial-Psixoloji xidmət.
Təhsildə sosial-psixoloji xidmət, yəni məktəb psixoloqu ixtisası. Bu, unudulmuş, üstü toz basmış, varlığına inamın itirildiyi bir sahə olaraq ağıllarda canlanır. Məktəblərdə psixoloq yerinə müəllimlərin bir neçə aylıq kurs keçib bu işdə işləməyi narazıçılığa səbəb olur:
azedu.az 22.02.2018 azedu.az 22.02.2018
Xüsusilə də, 2019-cu ilin Aprel ayında gənc qız Elina Hacıyevanın intiharı, məktəbdə sinif yoldaşları və müəllimləri tərəfindən bullying-ə məruz qaldığı faktı ortaya çıxandan sonra, ağıllarda maraqlı bir sual yarandı “bu məktəbin psixoloqu hara baxırdı?”
Nəticədə, məktəb direktoru, müavini və psixoloqun işdən azad olunması və məktəbə yeni, daha təcrübəli psixoloqun gətirilməsi qərarı alındı. Bundan sonra ölkənin aktivistləri sayəsində bullinqə son kampaniyası keçirildi. Lakin ən əsas məsələ olan məktəb psixoloqlarının işinə xüsusi qayğı addımları atılmadı.
Təhsil Nazirinin müavini Firudin Qurbanov bu hadisələrdən cəmi bir ay sonra belə bir açıqlama verdi :
Nəcəb Təhsil Nazirliyimiz 2019-cu ilə qədər düşünüb bu nəticəyə gəlməyib? Əslində gəlib, hələ 2014-cü ildə ölkədəki məktəb psixoloqlarının iş problemi aktual idi.
5 il keçdi, psixoloqlar hələ də məktəblərə həvəslə getmir…
Ştatların artırılması haqda xəbər çıxandan bir il sonra da heç bir irəliləyiş görülmürdü.
Gəldik ən əsas və bu məqalələrdə toxunulmayan sualın cavabına: Təhsildə sosial-psixoloji xidmət ixtisasını bitirənlər niyə terapiya kursu bitirib mərkəzlərdə psixoloq olaraq çalışır, amma məktəblərdə işləmir?
Cavab: Maaş azdır, iş çətin.
“Sənallah, məktəb psixoloqu nə iş görür ki, hələ artıq maaş da alsın?” deyirsizsə, sizlə həm razıyam, həm də yox. Razıyam, çünki məktəblərdə psixoloqların işləmədiyini göz önünə qoyan hadisələri, şəxsi təcrübəmi bilirəm.
Xatırladım ki, məktəblərdə əlavə gəlir qazanmaq məqsədilə 3-5 aylıq kurs bitirib psixoloq kimi çalışan müəllimlərin sayı az deyil, savadlı psixoloqların isə öz əməklərinə olan hörmətləri icazə verməz ki, normal yaşayışı təmin edən iş yerlərində, uşaq mərkəzlərində çalışmasınlar.
Məktəb psixoloqunun əmək funksiyasına göz ataq:
1)Psixoprofilaktik və psixodiaqnostik iş prosesində, təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davran ışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənir, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq edir.
2) Uşaqların məktəbə psixoloji cəhətdən hazırlığını diaqnostika edərək, onların birinci sinfə qəbul edilməsində iştirak edir,
3) Şagirdlərin yaş və inkişaf səviyyələrini müəyyən edərək onları ibtidai təhsildən ümumi orta təhsilə, ümumi orta təhsildən tam orta təhsilə və peşə təhsili müəssisələrinə keçərkən psixoloji müayinə edir,
4) Müəllim və valideynlərlə birlikdə uşaqlarla fərdi iş proqramını işləyib hazırlayır.
5) Psixodiaqnostik iş zamanı affektiv-emosional pozuntulara və xüsusi davranışa meylli olan uşaqları, habelə ümumi və xüsusi istedadı olan uşaqları üzə çıxarır.
6) Peşəyə yararlılığı üzə çıxarmaq və peşə seçməkdə kömək etmək məqsədilə şagirdlərin maraq və meyllərini öyrənir.
7) Alkoqolizmin, narkomaniyanın və sağlam həyat tərzinə zidd olan digər davranış formalarının qarşısını almaq üçün yeniyetmələrlə, onların valideynləri və müəllimləri ilə profilaktik iş aparır.
8) Aparılmış psixodiaqnostik tədqiqatlar əsasında şagirdlərin inkişafı, təlimi və davranışında aşkara çıxarılmış çatışmazlıqları təhlil edir və səbəblərini müəyyənləşdirir;
9) Əqli gerilik, psixi inkişafın ləngiməsi kimi problemləri olan, pedaqoji cəhətdən özbaşına buraxılmış, psixoloji məktəb dezadaptasiyası olan uşaqları müəyyən edərək müvəffəqiyyətsizliyin arxasında duran konkret səbəbləri aşkara çıxarır və tövsiyələr hazırlayır.
10) Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında uşaqlarla, valideyn və müəllimlərlə fərdi və qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlayır, proqrama
-təlim (məktəb müvəffəqiyyətsizliyi, disleksiya, disqrafiya və s.),
-şəxsiyyətlərarası və emosional pozuntular (qorxu, yüksək həyəcanlılıq, depressiya və s.)
– sosial dezaptasiya və xüsusi davranışla (yüksək təcavüzkarlıq, yalançılıq, oğurluq, təhsildən yayınma və s.) bağlı müxtəlif növ çətinliklərin aradan qaldırılmasına yönəldilmiş kompleks tədbirləri daxil edir və müvafiq iş aparır.
11) Məktəbdə, sinifdə sosial-psixoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə şagirdlər, müəllimlər və məktəbin müdiriyyəti ilə treninq keçirir.
12) Uşaqların və istedadlı şagirdlərin daha optimal inkişafı məqsədi ilə müəllimlərlə birgə şagirdlərin fərdi keyfiyyətlərini nəzərə alan konkret proqram işləyib hazırlayır və onun həyata keçirilməsini təmin edir.
13) Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı məktəbin müdiriyyətinə, müəllimlərinə, valideynlərinə və tərbiyəçilərə uşaqlarla ayrı-ayrılıqda təlim, inkişaf, həyatda öz yerini tutma, həmyaşıdları ilə qarşılıqlı münasibətlər, özünütərbiyə və digər məsələlərlə bağlı məsləhətlər verir.
14) Pedaqoji şuranın iclaslarında, metod birləşmələrdə və valideyn yığıncaqlarında iştirak edir.
15)Tibbi-pedaqoji-psixoloji komissiyaların, uşaqların və yeniyetmələrin sosial-hüquqi müdafiəsi üzrə komissiyaların işində iştirak edir;
16) müvafiq instansiyaların valideyn hüququndan məhrum etmə, uşaqların xüsusi məktəblərə və s. göndərilməsi zamanı əsaslandırılmış qərar verməsi məqsədi ilə məhkəmə, himayə və qəyyumluq orqanlarının, həddi-buluğa çatmamış uşaqlarla işləyən komissiyaların, rayon polis şöbələrinin həddi-buluğa çatmamışların işi üzrə qurumunun tələbnamələri üzrə uşaqların psixi vəziyyətini, ailə tərbiyəsi şəraitini müəyyən edən psixoloji ekspertiza keçirir.
– “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
– Birləşmiş Millətlər Təşkilatı Uşaq hüquqları haqqında Konvensiyanı;
-təhsilin inkişaf konsepsiyası və strategiyasını, uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı hüquqi aktları;
– əməyin mühafizəsini, sağlamlığının qorunmasını;
– ümumi psixologiyanı, pedaqoji psixologiyanı və ümumi pedaqogikanı, sosial psixologiyanı, uşaq və yaş psixologiyasını;
– fərdi və qrup məsləhətinin müasir metodlarını;
-uşağın inkişafının diaqnostikası və korreksiya metodlarını;
– müəllimlərin etik davranış qaydalarını; informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
-əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Təsəvvür edin, eyni konsultasiya işini böyüklər və uşaqlarla aparıb hər fərddən, hər seansa görə ən az 30 azn qazanmaq varkən, 200+ şagirdlə, onların valideynləri və müəllimləriylə hər gün konsultasiya etmək + arada bir öyrədici seminarlar keçmək, şəxsi problemlərdən əlavə inkişaf üçün də söhbətlər aparmaq və s. kimi işlər görmək və bu dəyəri ölçülməz işin nəticəsində cəmi 150-160 azn ödəniş almaq? Hamı bilir ki, uşaq psixologiyası böyüklərdən qat-qat çətindir. Bu cür şəraitdə ancaq qəhrəman xarakterli və maddi mənafeyini düşünməyən insanlar çalışır.
Gəlin, təhsil işçilərinə dövlətin qayğısı məsələsinə qayıdaq.
2018-ci ildə maaşların 10% artımı barədə sərəncam verildi:
Aşağıda 2019-cu ilin Sentyabrın 1-indən qüvvəyə minməli olan Vahid Tarif Cədvəlidir. Bu tarifə əsasən maaşlar 40 % artırılmalıdır (vergiləri nəzərə alsaq, məsələn, 406 azn maaşdan sizə təqribən 360 azn qədəri qalır). Sol tərəfdəki Əməyin ödənilmə dərəcələri iş stajı və digər amillər əsasında müəyyənləşdirilir. Maraqlı fakt: Masazırda süpürgəçilər 300 azn maaş alır.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
psixologiya üzrə ali təhsil.
10-cu dərəcə:
əmək stajına tələb qoyulmadan;
11-ci dərəcə: ixtisası üzrə 1 ildən az olmayaraq əmək stajı; ali təhsilini fərqlənmə diplomu ilə bitirən;
12-ci dərəcə (aparıcı psixoloq): ixtisası üzrə 1 ildən 3 ilədək əmək stajı;
13-cü dərəcə (aparıcı psixoloq): ixtisası üzrə 3 ildən 5 ilədək əmək stajı;
14-cü dərəcə (baş psixoloq): ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı, xüsusiləşdirilmiş elmi-praktiki psixoloji mərkəzdə əlavə hazırlıq kursu keçmiş, şəxsiyyətin psixoemosional inkişaf korreksiyası, qruplarda psixotreninq keçirilməsi, sosial psixoloji təsir və təhsil müəssisələrinin fəaliyyətinin optimallaşdırılması ilə bağlı metodlardan istifadə üçün mürəkkəb növlü psixokorreksiya işlərini aparmağa icazə verən sertifikatı olduqda;
15-ci dərəcə (baş psixoloq): ixtisası üzrə 5 ildən 10 ilədək əmək stajı, xüsusiləşdirilmiş hazırlıq kursu keçmiş (doktorantura), psixodiaqnostik, konsultativ və psixokorreksiya işlərinin mürəkkəb formalarının aparılmasına xüsusi icazə verən sertifikatı olduqda, elmi və praktiki psixologiya sahəsində elmi işləri, elmi dərəcəsi olan.
(Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017- ci il tarixli N18-1 nömrəli qərarı ilə təsdiq olunmuş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid -tarif -sorğu ixtisas kitabçası )
Bütün bunlara göz atdıqdan sonra, belə nəticəyə gəlirik ki, ölkəmizdə təhsil işçilərinin dəyərinin artması üçün hələ bir neçə intihara, kütləvi etiraza ehtiyacımız var. Unutmayaq ki, məktəblər gələcəyimizin formalaşdığı ocaqlardır və xüsusi diqqətə ehtiyac duyur. İldə bir dəfə divar boyamaq, ağac əkmək ilə bu diqqəti reallaşdırmaq mümkün deyil.
Təhsildə sosial psixologiya xidmət sədi nuriyev
Təhsildə Sosial-psixoloji xidmət ixtisası
Təhsildə sosial – psixoloji xidmət ixtisasına 3- cü qrupdan imtahan verməklə qəbul olmaq mümkündür. Eyni zamanda 4- cü qrupdan da psixologiya ixtisasına daxil olmaq mümkündür. Fərq isə Təhsildə Sosial Psixoloji Xidmət üzrə bakalavr oxuyan tələbələr magistrda klinik psixologiya istiqaməti seçə bilmirlər. Yəni bu ixtisası oxuyan şəxslərin daha çox cəmiyyətin aktiv olduğu təhsil və digər sosial mühitlərdə çalışmaları düşünülüb. Ancaq hələ ki bu sistem tam oturmayıb. Çünki 4 – cü qrup psixologiya ixtisası bitirən şəxslər də məktəblərdə və digər buna yaxın sahələrdə çalışmaqdadır. Bu ixtisasla polis və ədliyyə sistemlərində , penitensiar xidmətdə, təhsil sahəsində, özəl mərkəz və şirkətlərdə, uşaq inkişafı və reabilitasiyası mərkəzlərində çalışmaq mümkündür. 4 – cü qrupdan qəbul olanlar isə bundan əlavə, psixiatrik xəstəxanalarda (magistr şərtdir) çalışa bilərlər.
Ümumiyyətlə, mənə görə uğur nisbi anlayışdır. Bəzilərinə görə uğur sadəcə Bakıda bakalavr təhsili almaq ola bilər, digərlərinə görə isə professor olmaq. İkinci tərəfdən psixologiya 3 sahənin qarışığıdır. Burda həm şəxsi karyera , həm xidmət, həm də ən əsası sağlamlıq aspektləri var. Yəni psixoloqların əsas uğuru o ola bilər ki, hər hansı məktəb şagirdinə və ya ona müraciət edən pasientə həyatını yaxşılaşdırması üçün yardım göstərməkləri olsun. Bir növ psixoloqun uğuru daha çox nə qədər insana müsbət istiqamət verə bilməsi ilə bağlıdır.
Təhsildə Sosial-psixoloji xidmət karyerası
Daha yüksək bilik və bacarıqlara yiyələnmək üçün öncə özünü bu sahədə yoxlamaq gərəkdir. II və III kursdan təcrübə proqramlarına baş vurmaqla başlaya bilərsiniz. Kinolarda və sizə göstərilən psixoloq tipləri ümumiləşdirmədir. Ona görə bu sahədə çalışa bilmək üçün işin gedişatını prosesin özündə yoxlamaq gərəkdir. Eyni zamanda hər hansı terapiya istiqaməti seçərək o üzrə ixtisaslaşmaqla Koqnitiv Davranış Terapiyası, Geştalt Terapiya, Pozitiv Terapiya və s.)bakalavrın sonunda digərlərindən daha avantajlı CV- yə sahib olmaq mümkündür. Çox yayılmasa da, hər hansı psixiatr və ya psixoloq yanında assistent olaraq da inkişaf etmək mümkündür. Əlavə olaraq bu sahədə tələbələrə dəstək olmaq üçün də Gənc Psixoloqlar İctimai Birliyi fəaliyyət göstərir. Gənc Psixoloqlar İctimai Birliyi ölkə ərazisində layihə və təlimlər keçməklə bərabər eyni zamanda Avropa Tələbə Psixoloqları Federasiyaları Assosiasiyasının (EFPSA) üzvü və təmsilçisidir. Adı keçən təşikilatla da mübadilə proqramları həyata keçirir. Eyni zamanda EFPSA hər il konqres və konfranslar müəyyən araşdırma layihələri ilə ona üzv olan 35 Avropa ölkəsinin nümayəndəsini bir araya toplayır.
Azərbaycanda təəsüf ki, psixologiya sahəsində olan yanaşmalar köhnəlib. Yeniləri ilə də əvəz edilmir. İstər universitetlərin dərs proqramları , istərsə də universitetlərin təşkil etdiyi təcrübələr çoxu tələbələrin işinə yaramır. Bunun üçün magistr təhsili ən azından müəyyən kurslar belə olsa keçmək lazımdır.
Yuxarıda qeyd etdiyim kimi psixologiya bir sağlamlıq və xidmət sahəsidir. Buna görə də karyera planlaması etmək tələbənin yönəldiyi istiqamətə görə dəyişir. Bunun üçün maraqlı olduğu istiqamətdə çalışan psixoloqları araşdırıb onlardan mentorluq və ya superviziya xidməti ala bilər.
Sağlamlıq sahəsi olduğu üçün bu işdə hər hansı işi tapmaq üçün təcrübə şərtdir. Təcrübəni də könüllü proqramlarda toplamaq mümkündür. Bu iş tələbəlik dövründə də ola bilər. Önəmli olan çalışmaq istədiyiniz sahəni tez tapmaq və bunun üçün uyğun bacarıqları və bilikləri özündə cəmləşdirməkdir. Sevdiyiniz peşələrdə çalışmanız diləyi ilə.
Murad Akifsoy
Günəş Tədris və Psixologiya mərkəzi Uşaq psixoloqu
Gənc Psixoloqlar İctimai birliyi PR menecer
Comments are closed, but trackbacks and pingbacks are open.