Press "Enter" to skip to content

Beynelxalq iqtisadi münasibətlər

Müasir beynəlxalq iqtisadi münasibətlərin mahiyyətinin izahına keçməzdən əvvəl dünya iqtisadiyyatının inkişafının tarixi mərhələlərinə qısaca da olsa nəzər salmaq məqsədəuyğun olardı. Qeyd edək ki, dünya iqtisadiyyatının tarixinin öyrənilməsi iqtisadi fikir prinsiplərini formalaşdırmağa, müasir sosial və iqtisadi problemlərin tarixi köklərini görməyə, tarixən toplanmış təsərrüfat təcrübəsinə əsaslanaraq cari iqtisadi vəziyyəti adekvat surətdə qiymətləndirməyə və düzgün qərarlar qəbul etməyə imkan verir. Dünya iqtisadiyyatının inkişafının tarixi mərhələlərə bölünməsində müxtəlif nəzəriyyələr mövcuddur. Hazırda onların üçünə daha çox istinad edilir:

Referatlar

Müasir beynəlxalq iqtisadi münasibətlərin mahiyyətinin izahına keçməzdən əvvəl dünya iqtisadiyyatının inkişafının tarixi mərhələlərinə qısaca da olsa nəzər salmaq məqsədəuyğun olardı. Qeyd edək ki, dünya iqtisadiyyatının tarixinin öyrənilməsi iqtisadi fikir prinsiplərini formalaşdırmağa, müasir sosial və iqtisadi problemlərin tarixi köklərini görməyə, tarixən toplanmış təsərrüfat təcrübəsinə əsaslanaraq cari iqtisadi vəziyyəti adekvat surətdə qiymətləndirməyə və düzgün qərarlar qəbul etməyə imkan verir. Dünya iqtisadiyyatının inkişafının tarixi mərhələlərə bölünməsində müxtəlif nəzəriyyələr mövcuddur. Hazırda onların üçünə daha çox istinad edilir:

  • Göndərən: Nurlan
  • Əlavə edilib: 05.07.2018
  • Son yüklənmə tarixi: 12.03.2023
  • Cəmi yüklənib (PDF, Word): 59
  • Word: 11 səhifə
  • Word Ölçüsü: 49 KB
  • PDF: 3 səhifə
  • PDF Ölçüsü: 375 KB
  • Referatın tipi: Referatlar
  • Kateqoriya: İqtisadiyyat

beynəlxalq iqtisadi münasibətlər

Hər bir ölkə iqtisadiyyatının ən birinci tərkib hissəsi onun təbii ehtiyatlarıdır. Birləşmiş Ştatlar mineral resurslarla və əkinə yararlı münbit torpaqlarla zəngindir və ona mülayim iqlim şəraiti bəxş edilmişdir. O, həmçinin Atlantik və Sakit okean suları, eləcə də Meksika körfəzi ilə əhatə olunmuşdur. Burada kontinenti kəsib keçən çaylar axır və Böyük göllər — Kanada ilə ABŞ sərhədi boyu yerləşən beş böyük göl əlavə naviqasiya imkanları yaradır. Bu geniş su yolları uzun illər ölkə iqtisadiyyatının yüksəlişinin formalaşmasına və ABŞ-ın əlli müstəqil ştatının vahid iqtisadi məkan daxilində birləşməsinə böyük yardım göstərmişdir.

Dünya iqtisadiyyatının inkişafında təbii ehtiyatların rolu

  • beynəlxalq iqtisadi münasibətlər
  • 27 mart 2011, 05:51

Hər bir milli iqtisadiyyatın və eləcə də dünya iqtisadiyyatının inkişafı iqtisadi ehtiyatlardan — istehsal amillərindən asılıdır. Dünya iqtisadiyyatının təbii ehtiyatları müxtəlif və rəngarəngdir. Bura enerji, torpaq, su, meşə, bioloji (bitki və heyvan aləmi), mineral (faydalı qazıntılar), iqlim və s. ehtiyatlar aiddir. Dünya iqtisadiyyatının inkişafında bütün bu ehtiyatlardan istifadə edilməsi böyük rola malikdir. Mineral ehtiyatların istehsalı və istehlakı beynəlxalq əmək bölgüsü vasitəsi ilə bütün dünya ölkələrini əhatə edir. Sənayenin inkişafı ilə məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlar və yerin təkindəki faydalı qazıntılar daha böyük rola malikdir. Yerin təkində və bəzən də yerin üst qatında güclü yanacaq ehtiyatı — kömür, neft, qaz, uran filizi, müxtəlif mineral filizləri, inşaat materialları istehsalı üçün xammal mövcuddur.
Ardı →

Beynəlxalq maliyyə təşkilatlarının xüsusiyyətləri

  • beynəlxalq iqtisadi münasibətlər
  • 27 mart 2011, 06:20

Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq,istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:
— Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;

Dünya iqtisadiyyatının yaranması

  • beynəlxalq iqtisadi münasibətlər
  • 27 mart 2011, 05:38

Dünya xalqları böyük bir tarixi dövr keçmişdir.Əmək alətlərinin hazırlanmasına görə bəşər tarixi daş, tunc və dəmir dövrlərinə bölünür. İnsan cəmiyyətinin yaşamış olduğu ən qədim dövrdə — ibtidai icma quruluşunda istehsal münasibətlərinin əsasını kollektivçilik,istehsal vasitələri üzərində icma mülkiyyəti təşkil etməklə iqtisadiyyatın mühüm sahələri olan kənd təsərrüfatı və sənətkarlıq yaranmış və inkişaf etmişdir. Bu sahələr uzun müddət cəmiyyətin əsas istehsal sahələri olmuşdur. Sənətkarlığın ayrıca sahə kimi inkişafı cəmiyyətdə böyük ictimai əmək bölgösünə səbəb oldu. Belə ki, sənətkarlıq kənd təsərrüfatından ayrıldı, natural formada mal mübadiləsi inkişaf etdi, tədricən əmtəə istehsalına keçid yarandı.

Fond birjaları

  • beynəlxalq iqtisadi münasibətlər
  • 27 fevral 2011, 15:22

Səhmlər min cürdür, amma ən iri, ən tanınmış və ən fəal ticarət şirkətlərinin səhm payları Nyu-York Fond Birjasında (NYFB) qeydə alınmışdır. Birjanın kökü 1792-ci ilə gedib çıxır, o zaman bir qrup broker Nyu-York şəhəri, Uoll-Strit küçəsindəki çinar ağacının dibində toplaşaraq səhm alqı-satqısında müəyyən qayda yaratmağa çalışıblar. 1990-cı illərin sonlarında NYFB-də 3.600 müxtəlif səhm qeydə alınmışdır. Birjanın 1.366 üzvü və ya «kürsüsü» vardır; bu yerlər broker evləri tərəfindən çox baha qiymətə satın alınır və səhmlərin ictimaiyyətə alqı-satqısı üçün istifadə edilir. Burada informasiya broker ofisləri ilə birja arasında elektronik vasitələrlə o baş-bu başa çatdırılır: bunun üçün 200 mil (320 kilometr) uzunluğunda lifli optik kabel tələb olunur, kvota və əmrləri idarə etmək üçün 800 telefon rabitəsindən istifadə edilir.
Davamı →

Amerikada korporasiyalar

  • beynəlxalq iqtisadi münasibətlər
  • 14 aprel 2011, 13:34

ABŞ-da kiçik və orta həcmli şirkətlər nə qədər çox olsa da, böyük biznes quruluşları ölkə iqtisadiyyatında aparıcı rol oynayır. Bunun bir neçə səbəbi var. İri şirkətlər daha böyük sayda insanları mal və xidmətlərlə təchiz edir və bir çox hallarda kiçik şirkətlərə nisbətən daha səmərəli fəaliyyət göstərirlər. Bundan əlavə, onlar adətən çox böyük həcmdə mal istehsal etdiklərinə və bu səbəbdən hər bir mal vahidinə az xərc çəkdiklərinə görə öz məhsullarını daha ucuz qiymətə sata bilirlər. Onlar bazarlarda da üstün mövqeyə malikdirlər, çünki alıcıların çoxu daha məşhur firma adlarına rəğbətlə yanaşır, təkcə adın müəyyən keyfiyyət ölçüsü olduğuna inanır.

Beynəlxalq ixtisaslaşma və kooperativləşmə

  • beynəlxalq iqtisadi münasibətlər
  • 27 mart 2011, 06:07

Maddi istehsal sferasında BƏB-nün əsas formaları beynəlxalq ixtisaslaşma və kooperativləşmədir. Beynəlxalq ixtisaslaşma ayrı-ayrı ölkələrin müəyyən məhsul növünün buraxılmasında ixtisaslaşmanı nəzərdə tutur.Bu məhsul nəinki daxili tələbatı ödəmək üçündür,eləcə də digər dövlətlərin ehtiyaclarını təmin etmək üçün istehsal olunur.İstehsalın beynəlxalq ixtisaslaşması (İBİ) iki istiqamətdə inkişaf edir — ərazi və istehsal.İBİ-nin ərazi aspekti ayrı-ayrı ölkə və regionların, istehsalına daha yaxşı şərait olan məhsul növləri üzrə ixtisaslaşmasını bildirir.İxtisaslaşmanın bu istiqamətinə təbii-coğrafi faktorlar əsas təsir göstərən amillərdir.Məsələn,Yaxın Şərq ölkələri nəhəng neft ehtiyatlarına sahib olmaqla onun hasilatı və dünya bazarında satışı üzrə ixtisaslaşırlar.İstehsal istiqaməti sahələrarası və sahədaxili ixtisaslaşmalara bölünürlər.
Ardı →

Dünya istehsalı və beynəlmiləlləşmə prosesi

  • beynəlxalq iqtisadi münasibətlər
  • 27 mart 2011, 05:58

Hələ XIX əsrin ortalarında bütün dünyada yerli istehsal və lokal bazarlar üstünlük təşkil edirdi.O vaxt bütün əmtəə və xidmətlərin 90%-ə yaxını 200 km radiuslu məsafədən olan xammal və materiallardan hazırlanırdı və elə həmin hüdudlarda da məhsulların əksəriyyəti satılırdı.Bu gün inkişaf etmiş sənaye ölkələrində orta hesabla məhsul, xammal və materialların yarısı importdan alınır və ya xaricdəki filiallarda və törəmə şirkətlərdə istehsal olunur.Bu,sahibkarlıq fəaliyyətinin beynəlmiləlləşməsidir.İstehsalın beynəlmiləlləşməsinin tarixi mübadilə sferasından başlanmışdır.Xarici iqtisadi əlaqələrin müntəzəm dərinləşməsi yerli bazarları qlobal dünya bazarlarına çevirmişdir.
Ardı →

Dünya iqtisadiyyatının formalaşması

  • beynəlxalq iqtisadi münasibətlər
  • 27 mart 2011, 05:44

Dünya təsərrüfatı XIX əsrin sonu XX əsrin əvvəllərində formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş və bu təmərküzləşmədən doğan inhisarlar meydana gəlmişdi; bank kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və maliyyə oliqarxiyası yaranmışdı; əmtəə ixracından fərqli olaraq kapital ixracı böyük əhəmiyyət kəsb edirdi. XIX əsrin sonlarında kapitalist ölkələrinin iqtisadi inkişafının başlıca xüsusiyyəti ayrı-ayrı müstəqil müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı kapitalizmə keçilməsi ilə müəyyən olunurdu.XIX əsrin sonlarında dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. Məhsuldar qüvvələrin sürətli inkişafı maşınlı sənayenin sahə strukturunda ciddi dəyişikliklərə səbəb olmuşdu
Ardı →

Comments are closed, but trackbacks and pingbacks are open.