Təkamül və yaradılışçılıq maykl şermer
Planetdə ilk nəsil verə bilən canlı orqanizm yarandı ki, sonrakı dəyişmələri təbii secmə istiqamətləndirdi. Cox adamlar təkamül termini işlədərkən elə təbii secməni nəzərdə tuturlar. Təbii secmə haqqımdakı təsəvvürü ingilis naturalisti Calz Darvin 1859 –cu ildə nəşr etdirdiyi ‘Növlərin mənşəyində təbii secmənin rolu və ya uygun cinsin həyat ugrunda mübarizədə sag qalması’ adlı monumental əməyində daxil etmişdir. İki əsas mövqeyə əsaslanan təbii secmə ideyasına Darvindən asılı olmayaraq Alfred Rassel (Alfred Russel Wallace, 1823–1913) də gəlmişdir: 1) Istənilən növün nümayəndələri nədə isə bir-birindən fərqlənirlər 2) həmişə qida mənbələri ugrunda rəqabət mübarizəsi gedir. Hər hansı canlı populyasını müşahidə etsək birinci postulatın dogru oldugunu aydınca görərik (insan populyasiyasıda daxil olmaqla). Müəyyən nümayəndələr daha böyükdür, bəziləri bərk qacır, bəzilərinin rəngi təbiətdən secilməməyə imkan verir. İkinci postulat təbiətin həyatının inkar olunmaz bir faktını göstərir- sag qala biləcəyindən xeyli çox canlı dogulur və beləliklə qida mənbələri üzərində daimi rəqabət gedir.
Canlılar aləmi
Təkamül canlının ətraf mühitindəki şərtlər dəyişdikdə baş verir . Lakin ətraf mühitdəki dəyişikliklər heç də həmişə təkamülə yol açmır. Robert Ceymson – “evolution”(təkamül) terminini ilk işlədən şəxs olub.
Təkamülə yol açan faktorlar
- İqlim dəyişikliyi
- Coğrafi mühitdəki digər dəyişikliklər.
- Vulkan və digər təbii fəlakətlər
- Ekosistemi əmələ gətirən digər bir canlı növünün nəslinin tükənməsi
- Radiasiya və digər kimyəvi təsirlər
- Atmosferdəki qaz balansının dəyişilməsi.
Təkamül bir növdən başqa növə bir başa çevrilmir. Bir növdən başqa növə doğru gedən dəyişmədə bir neçə fərqli növ yaranır. Təkamül bir ağacdır. Tək bir növdən başlayan və hər yeni dəyişikliklərlə bərabər qarışıq, eyni zamanda inkisaf etmiş canlılara doğru gedən inkişaf ağacıdır.
Təkamül uzun müddət davam edən bir prosesdir. Kainat daim dəyişməkdədir. Yer kürəsi də kainatın bir parçası olaraq dəyişir və planet olaraq müxtəlif geoloji dövrlərdən keçir. Dəyişməz olan heç bir şey yoxdur. Bütün canlılar da kainatla, eyni zamanda Yer kürəsiylə birlikdə dəyişir və bu dəyişmə müəyyən bir zaman alır. Təbiətdə heç bir mürəkkəb quruluş anidən yaranmır. Mütləq şəkildə sadə bir başlanğıcdan başlayıb, müəyyən müddət ərzində fərqlənmə və seçmə mexanizmləriylə təkamülə uğrayaraq mərhələli şəkildə mürəkkəb quruluş əldə edir.
Təkamülü ilk dəfə 1927 ci ildə Y.A.Flipçenko 2 prosesə bölüb.
1.Mikrotəkamül
2.Makrotəkamül
Planetdə ilk nəsil verə bilən canlı orqanizm yarandı ki, sonrakı dəyişmələri təbii seçmə istiqamətləndirdi. Çox adamlar təkamül termini işlədərkən elə təbii seçməni nəzərdə tuturlar.Məhz ona görə də ziddiyyətli fikirlər meydana gəlir.
Bitkilər aləminin təkamülü
Heyvanlar aləminin təkamülü
Atın təkamülü
İnsanın təkamülü
Tarixi nöqteyi nəzərən baxsaq canlılarda,təbiətdə nə qədər dəyişiklilərin baş verdiyinin şahidi olarıq.Təkamül bir canlının başqa canlıya çevrilmə prosesi deyil.Təkamül- həyatda baş verən sadədən mürəkkəbə doğru gedən bir inkişaf yoludur.Məhz ona görə də nə qədər ki həyat var təkamül də olacaq.Bu gün yaranan elm ,texnikanın inkişafı təkamül deyilmi?Bunlar da insan beynin təkamülü nəticəsində baş vermiş,yaranmışdır.
Təbitətdə təkamülün necə getdiyini daha yaxşı başa düşmək üçün tarixi inkişafın əsas yollarını və istiqamətlərini bilmək lazımdır.
A.N Severtsov Və İ.İ. Şmalhauzen təkamülün 2 istiqaməti olduğunu söyləmişlər.
1.Bioloji tərəqqi- növlərin yüksələn xətlə inkişafıdır.Bu zaman baş verir:
- Populyasiyada fərdlərin sayı artır
- Doğum ölümdən çox olur.
- Areal genişlənir,yeni populyasiyalar yaranır
- Bioloji tərəqqidə olan növlər:sap qurdlar,cücülər,sıçanlar,dovşanlar
2.Biloji tənəzzül- növlərin enən xətlə inkişafıdır.Bu zaman baş verir:
- Populyasiyada fərdlərin sayı azalır
- Ölüm doğumdan çox olur
- Areal kiçilir
- Bəzi növlər məhv olur.
- Bioloji tənəzzüldə olan növlər:plaunkimilər,fil.kərkədan,bizon
Təkamülün yolları
A.N Severtsov Və İ.İ. Şmalhauzen təkamülün 3 yolu olduğunu söyləmişlər.
Aramarfozlar- qurluşu sadədən mürəkkəbə doğru,ümumi yüksəlişə aparan yoldur. Aramorfozlar həyat qabliyyətini artırır,bioloji tərəqqiyə səbəb olur.İndiyədək baş verən əsas aramarfozlar:
- Fotosintezin yaranması
- Çoxhüceyrəlilik
- Cinsi çoxalma
- Daxili mayalanma
- Çiçəyin yaranması
- Ağciyərlər
- Ətrafların yaranması
- Hər bir takson (fəsilədən yuxarı) aramorfoz yolla yaranır
- Tip,şöbə kimi iri taksonomyialar yaranır.
- Ürəkdə kameraların sayının artması,qan dövranın inkişafı
- Kambala və skatın suyun dibində yaşamağa uyğunlaşması
- Həşəratla tozlanmaya uyğunlaşma
- Heyvanalarda qoruyucu rəng,maskalanma,mimikariyanın əmələ gəlməsi
- Yarpağın tikana pilcuğa çevrilməsi
- Meyvə və toxumların yayılmağa uyğunlaşması
- Yarpaqlarda buxarlanmanı azltmağa uyğunlaşması
- Növ,cins, fəsilə kimi taksonomiyaların yaranması
Ümimi degenerasiya -qurluşu mürəkkəbdən sadəyə doğru aparan təkamül yoludur.Bu sonda bioloji tənəzzül ilə nəticələnir.Həyat tərzi ilə orqanizmlərdə bəzi orqanların yoxa çıxması misal ola bilər.Misallar:
- Öküz soliterində həzm orqanlarının,duyğu orqanlarının yox olması,sinir siteminin sadələşməsi
- Qızıl sarmaşıqda yaşıl rənginn itməs,kök və yarpaqların yox olması
- 3yarpaq yoncada yarpağın yox olması
Təkamülün yolları(aramorfozlar,idioptasiya,ümumi degenerasiya)bioloji tərəqqiyə səbəb olur.Yəni Bioloji tərəqqi bu 3 yolla yaranır.
Təkamülün nəticələri
- Canlı orqanizmlərin quruluş səviyyəsinin tədricən mürəkkəbləşməsi
- Orqanizmlərin mühit şəraitinə uyğunlaşması
- Növlərin çoxşəkilliyi
Təkamül nəzəriyyəsi
Təkamül nəzəriyyəsi – Yer kürəsinin biosferasının, onu ayrı-ayrı növlərinin tarixi inkişafını iddia edən ideya və konsepsiyaların cəmindən ibarətdir. Birinci təkamül ideyaları antik dövrdən irəli sürülürdü, ancaq Çarlz Darvinin əsərləri təkamülü biologiyanın əsas konsepsiyası edir. Baxmayaq ki, vahid və ümumi qəbul olunmuş bioloji təkamül nəzərəriyyəsi indiyə qədər yaradılmayıb, təkamülü təsdiq edən coxlu sayda elmi dəlilər və nəzəriyyələr mövcud oldugu üçün təkamül faktı elmi ictimaiyyətdə şübhə dogurmur.
Kimyəvi təkamül
Qeyri canlı materialların təşəkkülü nəticəsi kimi sadə canlı sistemin yaranması haqqındakı təsəvvürlər ancaq son zamanlar zənginləşdi. Bu təsəvvür yolunda əhəmiyyətli şaxə 1953 –cü ildə ilk dəfə əsas bioloji molekulların ən sadə kimyəvi reaksiyalar nəticəsində yaranması mümkünlüyünü göstərən Miller-Yuri təcrübəsində təqdim olundu. Bu vaxtdan başlayaraq alimlər kimyəvi təkamülün çoxlu digər yollarını təklif etdilər. Bu ideyaladan bir necəsini göstərmək olar, lakin yadda saxlamaq lazımdır ki bunlaran hansının düz olması haqqında vahid bir fikir yoxdur. Biz ancaq bunu dəqiq bilirik ki,bu proseslərdən biri, yaxud hec kimin aglına gəlməyən digəri planetdə ilk hüceyrənin yaranmasına gətirdi. (Pansermiya – həyatın digər yerdə yaranması təsəvvürü düz olmadıgı halda Turşular və əsaslar başlıgında müzakirəyə baxmaq olar.
İlk sıyıq – Miller-Yuri təcrübələrində göstərilənlərə bənzər proseslər nəticəsində atmosferdə molekullar yarandı ki, onlar da sonra yagışla okeana düşdü). Burada (yaxud, ola bilər qabarma nəticəndə yaranan su hövzəsi) isə hələ bizə məlum olmyan proseslər molekulların təşəkkülü nəticəsində ilk hüceyrənin yaranmasına gətirdi
İlk neft ləkəsi – Miller-Yuri prosesləri lipidləri – balaca kürəciklər təşkil edən molekulları spontan olaraq yaradır (biz cox zaman şorbanın səthində damcıyabənzər formalar görürük). Hər bir kürəcikdə təsadüfi sayda molekullar toplaşır. Okean səthində milyonlarla qovucuqlardan biri enerji və material baxımdan düzgün molekul yıgımı təşkil edə bilər ki, o da iki yerə bölünə bilər. Beləliklə ilk hüceyrə yarana bilər.
RNK mühiti – Təkamül nəzəriyyəsi problemlərindən biri də RNK molekullarının istifadəsinə əsaslanan kodlaşdırma sisteminin inkişafı ilə əlaqədardır (həm də bax:Molekulyar biologiyanın əsas ehkamı). Problem bundadır ki hüceyrə DNK –da kodlaşdırılıb, lakin DNK kodda yazılanı oxumaq ücün hüceyrəni aktivləşdirmək lazımdır. Son zamanlar alimlər tapdılar ki PNK hal-hazırda hüceyrədəki DNK kodunda yazılanların formalaşmasında iştirak edir və canlı sistemdəki hüceyrələrin funksiyalrından birini yerinə yetirir. Görünür ki RNK molekullarının yaranması yerdə həyatın inkişafı ücün vacib hadisədir.
Təbii seçmə
Planetdə ilk nəsil verə bilən canlı orqanizm yarandı ki, sonrakı dəyişmələri təbii secmə istiqamətləndirdi. Cox adamlar təkamül termini işlədərkən elə təbii secməni nəzərdə tuturlar. Təbii secmə haqqımdakı təsəvvürü ingilis naturalisti Calz Darvin 1859 –cu ildə nəşr etdirdiyi ‘Növlərin mənşəyində təbii secmənin rolu və ya uygun cinsin həyat ugrunda mübarizədə sag qalması’ adlı monumental əməyində daxil etmişdir. İki əsas mövqeyə əsaslanan təbii secmə ideyasına Darvindən asılı olmayaraq Alfred Rassel (Alfred Russel Wallace, 1823–1913) də gəlmişdir: 1) Istənilən növün nümayəndələri nədə isə bir-birindən fərqlənirlər 2) həmişə qida mənbələri ugrunda rəqabət mübarizəsi gedir. Hər hansı canlı populyasını müşahidə etsək birinci postulatın dogru oldugunu aydınca görərik (insan populyasiyasıda daxil olmaqla). Müəyyən nümayəndələr daha böyükdür, bəziləri bərk qacır, bəzilərinin rəngi təbiətdən secilməməyə imkan verir. İkinci postulat təbiətin həyatının inkar olunmaz bir faktını göstərir- sag qala biləcəyindən xeyli çox canlı dogulur və beləliklə qida mənbələri üzərində daimi rəqabət gedir.
Bu postulatlar birlikdə maraqlı bir nəticəyə gətirir. Əyər növünn bəzi nümayəndələri muəyyən mühitdə ugurlu rəqabət aparmaq imkan verən xüsusiyyətlərə malikdirsə -yırtıcıların ov etmək ücün inkişaf etmiş əzələlərinin olması və sair, bu xüsusiyyətlər onların yaşlı hala kimi böyüməsinə və nəsil qoymasına imkan verəcək. Onların nəsli ehtimal ki bu xüsusiyyəti irsən alacaq. Müasir terminologiyadan istifadə etməklə deyə bilərik ki, sürətli qacışa cavabdeh olan genlər böyük ehtimalla nəsilə öz genlərini verəcək, yavaş qacanlar isə yaşamaq və nəsil qoymaq ehtmialı az oldugu ücün genlərini gələcək nəsilə ötürməyə bilər. Buna görədə nəsildə ‘sürətli’ gen nümayəndələri cox olacaq, sonrakı nəsildə isə daha da artacaq. Beləliklə sag qalma ehtimalını artıran əlamət ən axırda bütün populyasiyada yayılacaq.
Bu prosesi Darvin və Wallase təbii secmə adlandırdılar. Darvin bununla süni secmə arasında oxşarlıq gördü. İnsanlar süni secmədən isifadə etməklə cinsi kamilliyə catmış nümayəndələr icərizində arzu olunan əlaməti daşıyanları secərək cütləşmələrinə imkan yaradırlar. Əyər bunu insanlar edə bilirsə niyə təbiət etməsin? –deyə Darvin düşünürdü. Bu gün planetdə görüdüyümüz zəngin növ formaları adaptiv əlamətlərin uzun zaman intervalında nəsillər ardıcıllıgının kifayət qədər uygunlaşması nəticəsi kimi meydana cıxıb.
Darvin, uniformizm doktrinası tərəfdarları düşünürdülər ki yeni növlərin yaranması tərdriclə – iki populyasiya arasında fərqlər cütləşmə mümkün olmayana qədər, arta-arta davam edir.Sonralar alimlər bu qanunauygunlugun həmişə dogru olmadıgına diqqət etdilər. [4] Gördülər ki növ uzun müddət dəyişməz qalır, sonra isə qəfil dəyişir- bu proses fasiləli tarazlıq adlanır. Doğrudan da biz qazıntıları öyrənən zaman növdəyişmənin hər iki varinatını müşahidə edirik ki, bu da genetikanın müasir təsəvvürü baxımından qəribə görünmür.
Indi bizə yuxarıdakı adı cəkilən iki postulat aydındır: müxtəif növ nümayəndələrinin DNK –sında eyni genin müxtəlif versiyaları yazılır. DNK-nın dəyişməsi təmamilə müxtəlif nəticələrə gətirə bilər: effektin təmamilə olmamasından (əgər DNK –da dəyişilən hissə orqanizm tərəfindən istifadə olunmursa) ta böyük effektlərə kimi (əyər əsas hüceyrəni kodlaşdıran gen dəyişərsə). Əgər gen dəyişmiş olsa, onda ardıcıl olaraq və yaxud sürətlə təbii secmə mexaizmi ya bu genin yayılmasına (əgər dəyişmə faydalıdırsa), yaxud bu genin məhvinə( əyər ziyanlıdırsa) aparacaq. Başqa sözlə dəyişmə sürəti gendən asılı olaraq: əyər dəyişmə baş verdisə təbii secmə dəyişmənin populyasiyada yayılma istiqamətini göstərəcək.
Qazıntı şübutlar
Bitki və heyvan öləndən sonra onların qalıqları ətraf mühitdə səpələnmiş olur. Bəzən onlar torpaga cökə bilər. Vaxt kecdikcə onlar qaya süxurlarına cevrilir. Tədrici kimyəvi proseslər nəticəsində kalsiya skeletlə və yaxud cəsədin digər bərk hissələri ətraf mühitdəki mineral maddələrlə qarışır (nadir hallarda yumşaq strukturlar, məsələn dəri və ya lələklər də qalır ). Ən axırda bu proses qayalarda ideal iz-şəkil qoymaqla daşlaşmış qalıqa cevrilir. Bütün aşkar olumnuş daşlaşmış qalıqlar qazıntı sübutları adlanırlar. Avstraliya qayalarında aşkar olunan qədim cöküntülərdə canlı izlərinin yaşı təxminən 3.5 milliyard ilə bərabərdir. Bunlar indi yer kürəsində müxtəlif cür canlı formalarının tədriclə mürəkkəbləşərək, sadə canlılardan yarandıgı tarixi göstərir. Əksər qədim canlı həyat sadə bir hüceyrəlilərdən ibarət olub. Təxminən 800 milyon il qabaq çoxhüceyrəli həyat formaları yaranıb. Onların bədəni yumşaq oldugu ücün onlardan demək olar ki iz qalmayıb, lakin son onilliklərdə alimlər tapılmış cökündü qalıqlarındakı izlər əsasında onların bu dövrdə yaşadıgını gördülər. Təxminən 550 milyon il qabaq bərk örtüklər və skeletlər meydana cıxdı, bu vaxtdan başlayaraq əsil qazıntı qalıqları tapıldı. İlk onurgalı canlılar-balıqlar 300 milyon il qabaq yarandı,dinozavrlar 65 milyon il qabaq( baxın. Kütləvi ölümlər ) ölməyə başaladılar və 4 milyon il qabaq Afrikada insan qalıqları tapıldı. Bu hadisələr barədə qazıntı qalıqları yazılarında oxumaq olar.
Biokimyəvi sübutlar
Bizim planetdəki bütüb canlı orqanizmlərdə eyni genetik kod var- biz hamımız universal DNK dilində yazılmış müxtəlif informasiya toplusundan ibarətik. Əyər həyat yuxarıda göstərilmiş ssenari əsasında inkişaf edibsə, onda müasir canlı orqanizmlərdə DNK –nın üst-üstə düşməsi ardıcıllıgı ümumi əcdadın nə qədər əvvəl yaşamasından asılı müxtəlifliyə malik olmalıdır. Məsələn, insan və şimpanzedəki eyni DNK ardıcıllıgı insan və balıq arasındakından daha cox olmalıdır, cün ki insan və şimpanze əcdadları 6 million il qabaq, balıq və insan əcdadları isə 100 milyon il qabaq yaşamışdır. Həqiqətən də canlı orqanizmlərin DNK-sını təhlil etməklə bu gümanın təsdiqini görürük. İki orqanizmdə təkamül agacı nə qədər uzaqdadırsa DNK-da o qədər də az oxşarlıq tapılır. Bu ona görə təmamilə aydındır ki, cox vaxt kecdikcə daha cox fərq toplanıb. DNK-nın analizindən istifadə etməklə molekulyar saat adlanan metod bizim gözümüzü təkamülün kecmişinə acır. İnsanın DNK-sının şimpanzeninkinə yaxın olması təkamül nəzəriyyəsinin inandırıcı sübutu sayıla bilər.
- Teqlər:
- təkamül nəzəriyyəsi
Biz yaradılışçı olmaqdan ötrü təkamül etmişik
Bizim dualizmimiz fövqəltəbii varlıqları və hadisələri düşünməyimizə imkan verir; belə şeylərə inanmağımızı məntiqli qılan budur. Ancaq onların dərk edilməsini cəzbedici və tez-tez qarşısıalınmaz qılan başqa bir faktor da var. Biz Paskal Boyerin sosial koqnisiyanın hipertorfiyası deyə adlandırdığı şeyə malikik. Biz hər şeydə məqsəd, niyyət və dizayn axtarırıq, onda olmasa belə.
Milli.Az bilge.az-a istinadən bildirir ki, 1944-cü ildə sosial psixoloqlar Ftritz Hayder və Meri-Enn Simmel müəyyən sistematik şəkillərdə hərəkət edən həndəsi fiqurlar – çevrələr, kvadratlar, üçbucaqlar – vasitəsilə bir hekayəni anlatmaq üçün dizayn olunan sadə bir film hazırladılar. Bu filmə baxdıqları zaman insanlar fiqurları instinktiv olaraq sanki hədəfləri və arzuları olan müəyyən insan tipləri (zorbalar, qurbanlar, qəhrəmanlar) imişcəsinə təsvir edərək, psixoloqların anlatmaq istədiyi hekayəni demək olar ki eynən təkrarladılar. Sonrakı tədqiqatlar isə, kənarları və bariz hüdudları olan fiqurların belə gərəkli olmadığını göstərmişdir – yəni, “xarakterlər”in ayrı-ayrı, vahid obyektlər deyil, çox xırda kvadratlar yığını kimi hərəkətli qruplar olduğu filmlərdə də eyni effekti əldə etmək olar.
Fordham Universitetindən antropoloq Stüart Qatri bu tendensiyanın dini düşüncə tərzini izah etmək üçün əhəmiyyət daşıdığını vurğulayan ilk modern alim idi. Qatri “Buludlardakı Üzlər” kitabında insanların insani xususiyyətlər üçün çox çeşidli gerçək dünya varlıqlarına isnad etdiyini göstərən anektodlar və təcrübələri təqdim edir. Onun siyahısına təyyarə, avtomobil, zəng, velosiped, qayıq, butulka, bina, şəhər, bulud, paltar, zəlzələ, yanğın, sis, qida, zibil, şapka, qasırğa, həşərat, qıfıl, yarpaq, ay, dağ, kağız, qələm, bitki, saxsı qab, yağış, günəş, çay, qaya, fit, qılınc, alət, oyuncaq, qatar, ağac, su, külək və vulkanlar daxildir. İnsan fəaliyyəti ilə bağlı işarətlərə o qədər aşırı həssasıq ki, süni və ya təsadüfi şəkildə meydana gələn bir şeydə belə məqsədlilik görürük. Qatrinin dediyi kimi: “Paltarların kralı yoxdur” [16]
Məqsədlilik düşünməkdə hədsiz tələskənliyimiz məqsədli dizaynın idrakına qədər uzanır. İnsanlar təsadüfiliyə dəhşətli bir şey kimi baxır. İnsanlara təsadüfi – say-generatorları tərəfindən tərtib edilən oryol və reşkalardan ibarət sıra göstərsəniz, burada bir hiylə olacağını düşünməyə meyilli olacaqlar – bu sıra onlara müntəzəm bir şey kimi görünəcək, həm də olduqca müntəzəm. 11 sentyabr sonrası insanlar Şeytanı Dünya Ticarət Mərkəzindən qalxan tüstüdə gördüklərini iddia etdilər. Bundan əvvəl isə, Tereza Anaya [17] dəhşətli dərəcədə oxşayan bir un məmulatı olan Nun Ban bəzi insanları təşvişə salmışdı. 2004-cü ilin noyabrında birisi eBay-da [18] Bakirə Məryəmə çox bənzəyən on illik qızardılmış bir pendirli sandviçi paylaşdı və onu 28.000 dollara satdı (bunun dalınca, zarafatçılar Olsen əkizlərinin, Meri-Keytin və Eşlinin təsvirlərini əks etdirən qızardılmış bir pendirli sandviçi paylaşdılar). Radiolardan və digər elektronik cihazlardan radiomaneələri dinləyən və ölülərdən gələn mesajları eşidən insanlar vardır – Maykl Kitonun “Ağ Gurultu” filmində böyük bir ciddiyyətlə təsvir olunan bir fenomen. Yetkinlik illərini CD və MPEG-lərdən əvvəl yaşayan yaşlı oxuyucular geriyə yığılan səs yazılarından gəldiyi deyilən əhəmiyyətli və bəzən də skatoloji mesajları necə diqqətlə dinlədiklərini xatırlaya bilərlər.
Bəzən qeyri-təsadüfiliyin və funksional dizaynın nişanələri həqiqətən də vardır. Gözün görmə üçün ustalıqla düzəldildiyini və ya yarpaq böcəyinin yarpaq kimi görünməsi üçün rəngləndiyini ağlımızdan keçirdiyimiz zaman heç də məntiqsiz davranmırıq. Təkamülçü bioloq Riçard Dokinz “Kor Saatsaz” kitabına başlarkən bu nüansı qəbul etmək məcburiyyətində qalır: “Biologiya bir amal naminə dizayn edilmiş kimi görsənən qarmaşıq şeylərin tədqiq olunmasıdır”. Dokinz, Tanrıya inanmayan Darvindən qabaqkıların təkamül məsələsinə heç məhəl qoymadığını irəli sürərək fikirlərini davam etdirir.
Darvin hər şeyi dəyişdirdi. O öz möhtəşəm içgörüsü [19] vasitəsilə, kompleks və adaptiv dizaynı ilahi bir dizayner fərz etmədən izah edə bilmişdir. Təbii seçmə bir komputerdə simulyasiya edilə bilər; doğrudan da, təbii seçməni təqlid edən genetik alqoritmlər (olmasaydı başa düşülməsi demək olar ki mümkünsüz olacaq) hesablama ilə bağlı problemləri həll etmək üçün istifadə edilməkdədir. Və Qalapaqos alacəhrələrinin dimdik ölçüsünün təkamülündən vaksinlərə qarşı bədbəxtlikdən adaptiv reaksiya vermək qabiliyyətinə malik olan bir çox viruslara qarşı mübarizədə silahlanma yarışına kimi dünyanın hər yerində aparılan örnək araşdırmalarında [20] təbii seçmənin işin başında olduğunu görürük.
Riçard Dokinz təbii seçmə nəzəriyyəsini növümüzün qazandığı ən böyük müvəffəqiyyəti olduğunu hesab edən zaman haqlı ola bilər; bu nəzəriyyə bizim öz varlığımızın intellektual olaraq məmnunedici və empirik şəkildə dəstəklənən bir açıqlamasıdır. Buna baxmayaraq, demək olar ki ona heç kim inanmır. Bir anketə görə, universitet tələbələrinin üçdə birindən çoxu ilk insanın ortaya çıxdığı yerin Cənnət Baxçası olduğuna inanır. Hətta, Darvinist təkamülü qəbul etdiyini iddia edənlərin bir çoxu belə, tez-tez onu bu və ya digər şəkildə təhrif edərək mükəmməlliyə doğru sövq edən sirli bir güc olaraq görür (Dokinz yazır ki, görünür, sanki “insan beyni Darvinizmi səhv anlamaqdan ötrü xüsusi şəkildə dizayn edilmişdir”). Əgər buna respublikaçılarla demokratların antaqonizmi kimi baxmaq istəsəniz, onda sizi təkrar düşünməyə dəvət edirəm: doğrudur, Buşa səs verənlərin arasında Kerriyə səs verənlərin arasındakından daha çox yaradılışçı vardır, lakin, Kerriyə səs verənlərin demək olar ki yarısı Tanrının insanları bugünkü formasında yaratdığına və onların yerdə qalanının əksəriyyəti də daha az inkişaf etmiş həyat formalarından təkamül etmiş olmağımıza baxmayaraq Tanrının bu prosesə bələdçilik etdiyinə inanır. Kerriyə səs verənlərin əksəriyyəti təkamülün ya yaradışçılıqla bərabər öyrədilməsini, ya da heç öyrədilməməsini istəyir.
Darvini problemli qılan nədir? Onun təkamül nəzəriyyəsi bəzi insanların əvvəlcədən malik olduqları inanclarla toqquşmaqdadır. Yəhudi və Xristianlara görə, Tanrı müxtəlif şeylərə varolmalarını deyərək dünyanı altı gündə yaratmışdır. Başqa dinlər isə, daha çox qusma, doğma, masturbasiya və ya gilə forma vermə kimi fiziki prosesləri ön plana çıxarır. Burada təsadüfi variasiyaya və ya fərqli reproduktiv müvəffəqiyyətlərə yer yoxdur.
Bununla yanaşı, təbii seçmənin əsl problemi intuitiv bir məna ifadə etməməsidir. Təbii seçmə kvant fizikası kimidir; onu intellektual olaraq qavraya bilərik, amma o heç vaxt bizə doğru gəlməyəcəkdir [21]. Kompleks bir struktur gördüyümüz zaman onun inancların, məqsədlərin və arzuların məhsulu kimi görürük. Anlağımızın sosial modu onu başqa şəkildə başa düşməyimizi çətinləşdirməkdədir. İçimizdən gələn səs dizaynın dizayneri lazım qıldığını deyir – bu faktın Darvinin əleyhdarları tərəfindən istismar edilməsi başadüşüləndir.
Belə çıxır ki, yaradılışçı görüşlərin rüşeymlərini kiçik uşaqlarda tapa bilərik. Dörd yaşlı uşaqlar aslanlar (“zooparka getmək üçün”) və buludlar (“yağmaq üçün”) daxil olmaq üzrə hər şeyin bir məqsədi olduğuna inanır. Bəzi qayaların nədən sivri olduğunu açıqlamaları istənildiyi zaman yetkinlər fiziki bir açıqlamaya üstünlük verdiyi halda, uşaqlar “heyvanların qaşıntısı olduğunda qaşına bilmələri üçün” kimi funksional bir açıqlamaya üstünlük verir. Heyvanların və insanların mənşəyi barəsində suallar qarşısında uşaqlar məqsədli şəkildə yaradan bir yaradıcını ehtiva edən cavablara üstünlük verməyə meyillidir, hətta onları yetişdirən valideynlər eyni şeyi etməsələr belə. Yaradılışçılıq – və Tanrıya inam – iliyimizə işləmişdir.
VI
.
Dinlə Elm daim toqquşacaqdır
Dini inancların yuxarıdakı analizinin qərblilərə məxsus olmayan bəzi inanclar üçün keçərli olmadığı irəli sürülə bilər. Neyroalim Sem Harris “İnancın sonu” adlı yeni kitabında reallıqla bağlı axmaqca iddialara və əcaib-qəraib əxlaqi görüşlərə sahib olduğu üçün əsasən Xristianlıq və İslam olmaq üzrə din üzərinə şiddətli hücuma keçir. Amma Buddizmə keçdiyi zaman onun qəzəbli tonu heyranlığa çevrilir: buddizm, Sem Harris yazır, “hər hansı bir doqmanın köləsi olmadan şüurun daxili azadlığını kəşf etmək üçün malik olduğumuz ən mükəmməl metodologiyadır”. Sözsüz ki, Buddizm dini-əgər ona din demək mümkündürsə – uşaqlığımızda ortaya çıxan dualist və yaradılışçı görüşlərdən nəşət tapmır.
Olsun. Ancaq, “teoloji olaraq düzgün” Buddizmin bədən-ruh dualizmini və xüsusi güclərə sahib qeyri-maddi varlıq anlayışlarını açıq şəkildə rədd etməsinə baxmayaraq, mövcud buddistlər belə şeylərə inanmaqdadır (Harris özü də bunun fərqinə varır; kitabın bir yerində o, Buddayla bir Məsih fiquru kimi rəftar edən milyonlarla buddistdən dad eləyir). Hətta, bir çox Xristian teoloqunun təkamül biologiyasını dəstəkləməyə hazır olmağına-II Papa Con Pavel Darvinin təkamül nəzəriyyəsinin doğru olduğunu qəbul etməsi rəsmi manşet xəbəri olmuşdu-baxmayaraq, bu, bizi bir çox xristianın təkamülü cəfəngiyyat hesab etməsi faktından uzaqlaşdırmamalıdır.
Və ya ölüm anında ruhun bədəndən ayrılması ideyasını düşünün. Sonradan İudaizmə daxil olmasına baxmayaraq, belə bir ideya barəsində Əhdi-Ətiqdə çox az eyham vardır. Əhdi-cədid isə, axirət həyatı məsələsi barəsində çox qeyri-müəyyəndir və bəzi Xristian teoloqlar Pavelin Korinflilərə yazdığı məktublar kimi mənbələrə əsaslanaraq ruhun cənnətə yüksəlməsi ideyasının səhih bibliya mənbələri ilə ziddiyət təşkil etdiyini iddia edir. 1999-cu ildə Papa özü cənnətin gerçək bir yer kimi deyil, Tanrı ilə əlaqəli bir mövcudluq forması kimi düşünülməsi lazım gəldiyi barədə xəbərdarlıq etmişdir.
Bütün bunlara baxmayaraq, Yəhudi və Xristianların əksəriyyəti, qeyd edildiyi kimi, axirət həyatına inanır – əslində, heç bir dinə inanmadığını iddia edən insanlar belə, bir dinə inanma meylindədir. Axirət dünyası barədə inanclarımız “Cənnətdə Görüşəcəyiniz Beş İnsan” və “Cənnətə Səyahət Rəhbəri” kimi populyar kitablarda açıqca ifadə olunmaqdadır. “Cənnətə Səyahət Rəhbəri”ndə yazıldığı kimi:
“Cənnət dinamikdir. Həyəcan və hərəkətlə dolub-daşır. O, zövqün və əyləncənin nə olduğunu bilən biri, yəni Tanrı tərəfindən sadəcə bizim zövq alıb əylənməyimiz üçün yaradılmış ən gözəl oyun yeridir. Disney Dünyası, Havay, Paris, Roma və Nyu-York orada bir araya gətirilmişdir. Və o, həmişəlikdir! Cənnət həqiqətən də heç vaxt bitməyən tətildir”.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.