Press "Enter" to skip to content

Urbanizasiyanın növləri

XIX əsrdən başlayaraq dünya coğrafiyasında şəhərlərin rolu artmağa başlamışdır. Dünyada sənaye sahəsinin güclü inkişafı nəticəsində əhalinin kəndlərdən şəhərlərə axını olmuşdur. Bu zaman şəhərlər daha da böyümüşdür. Dünya, region, ölkə əhalisi arasında şəhər əhalisinin artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin geniş yayılması urbanizasiya adlanır. Urbanizasiya latın sözüdür və “Urbanus”-şəhər deməkdir.
Urbanizasiya dar mənada şəhərlərini sayının və şəhərlərdə yaşayan əhalinin sayının artması prosesidir. Bu mənada urbanizasiya demoqrafik xüsusiyyətə malikdir. Lakin urbanizasiya sadəcə olaraq əhali artımı prosesi olmayıb, eyni zamanda cəmiyyətin iqtisadi və ictimai quruluşunda baş verən dəyişiklikləri də özündə əks etdirir. Beləliklə, geniş mənada urbanizasiya sənayeləşmə və iqtisadi tərəqqiyə paralel olaraq, şəhərlərin kəmiyyətcə artması və böyüməsi nəticəsində, cəmiyyətdə sürətli təşkilatlanma, əmək bölgüsü və ixtisaslaşma yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol açan bir əhali artımı prosesidir.
Dünyada vahid şəhər anlayışı yoxdur. Danimarka, İsveç, Finlandiyada əhalisi 200, Kanada, Avstraliyada 1000, Fransa, Almaniya, Kubada 2000, Meksika, ABŞ-da 2500, Yaponiyada isə 30.000 nəfərdən çox olan yaşayış məntəqəsi şəhər adlanır.
Şəhərlərin formalaşma prosesini şərti olaraq 3 dövrə ayırmaq olar.
1. İlk urbanizasiya XVI -XVII əsrlər. Bu dövrdə yerli qidalanma, əl əməyi, külək və sudan alınan enerji və s. mövcud idi. Kifayət qədər inkişafın olmaması ilk ekoloji problemlərin yaranmasına gətirib çıxarmışdı.
2. Urbanizasiyanın ikinci mərhələsi su və quru nəqliyyatın yaranması, yolların çəkilməsi, istilik yanacağından istifadə ilə müşahidə olunmuşdur.
3. Üçüncü mərhələ urbanizasiya XIX əsrdən etibarən başlamışdır.
1900-cu ildə müasir anlamda ilk urbanizasiyanın baş verdiyi ölkə Böyük Britaniya olmuşdur. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Urbanizasiyanın intensivliyi həmin ölkənin sənayesinin inkişaf səviyyəsindən bilavasitə asılıdır. Zəif inkişaf etmiş ölkələrdə urbanizasiya səviyyəsi 10%, nisbətən inkişaf etmiş ölkələrdə isə 60-70% müşahidə olunur.
Bunu da qeyd etmək lazımdır ki, bəzi proqnozlara görə planetin hamısı şəhərlərə axın edəcək, lakin bununla belə, bir sıra sıx əhailsi olan şəhərlərdə artım elə intensiv getmişdir ki, şəhər kənarına axın müşahidə edilməkdədir.
Sənaye inqlabından sonra dünya şəhərlərin istər iqtisadi, istərsə də siyasi strukturunda bir çox dəyişiklər baş verdi. İngiltərədə başlayan sənaye inqilabı, müəyyən fasilələrlə Almaniya, Fransa, İsveçrə və Belçika kimi digər Avropa ölkələrinə yayılmışdır. Qərbdə bu tərəqqi ümumiyyətlə təxminən 200 il davam etmiş, və burada artıq şəhər cəmiyyəti formalaşmışdır. Bütün sənaye sahələri köhnə şəhərlərdən, enerji mənbələrinin, nəqliyyat vasitələrinin, xammal ehtiyatlarının və işçi qüvvəsinin ucuz və əlverişli olduğu yerlərə axın etməyə başladı. Məhz sənaye inqlabından sonra, urbanizasiya prosesi başlamış və get-gedə vüsət almışdır. Başqa sözlə sənayeləşmə urbanizasiyanı şərtləndirən başlıca amil olmuşdur.
Urbanizasiya XX ci əsrin ən böyük fenomenlərindəndir. İnkişaf etmiş, inkişaf edən ölkələr, bir sözlə bütün cəmiyyətlər bu fenomenlə qarşılaşmışlar. Müasir dövrdə şəhərlərin sürətli artımı daha çox inkişaf etmiş və ya inkişaf edən ölkələrdə müşahidə olunmuşdur.Müasir Urbanizasiyanın 3 səciyyəvi əlaməti vardır

Urbanizasiya

  1. Şəhər əhalisi sürətlə artır
  2. Əhali və təsərrüfat əsasən iri şəhərlərdə təmərküzləşir
  3. Şəhər ərazisi genişlənir

Nataraz urbanizasiya bir mənada ölkənin az inkişaf etmiş olmasının göstəricisi olsa da, öz təbii qanunauyğunluğu içində müntəzəm urbanizasiya prosesi, eyni zamanda ölkənin gələcək tərəqqisi üçün də ümid mənbəyi olmuşdur. İnkişaf etmə mərhləsində olan ölkələrdə şəhərlər get- gedə daha çox əhalini özünə cəlb etməklə, milli gəlirdə daha çox pay sahibi olmaqla, daha çox əmtəə və xidmət istehsal etməklə ölkənin dominant regionu olmağa can atırlar. Bu şəhərələrin idarəsi xüsusilə əhəmiyyətli, lakin çox çətin məsələyə çevrilmişdir.
Urbanizasiya prosesinin yaranmasında iqtisadi, texnoloji, siyasi və sosioloji amillərin böyük rolu vardır. İqtisadi amillərdən birincisi kəndliləri yaşadıqları kəndlərdən şəhərlərə sarı istiqamətləndirən miqrasiya amilidir. Kənd təsərrüfatında müasir texnoloji avadanlıqların tətbiqi ilə ibtidai üsulların aradan çıxması, bir sözlə kapitalist sənayenin kənd təsərrüfatına sirayət etməsi, bu sahədə işçi qüvvəsinə tələbatı xeyli azaltmışdır. Urbanizasiyanın sürətlənməsinə təkan verən amillərdən digəri isə müsbət miqrasıya adlandıra biləcəyimiz, kəndlilərin firavan və təminatlı həyat tərzi əldə etmək və şəhərin yüksək mədəni, sosial, iqtisadi mühitindən istifadə etmək ümidi ilə kəndlərdən şəhərə axınıdır.
Xülasə etsək, urbanizasiyanı şərtləndirən mənfi amilləri belə sıralaya bilərik:
— əhali artımının təyziqi;
— torpaq çatışmazlığı və torpaq bölgüsündə ədalətsizlik;
— gizli işsizlik, yetərsiz iş təminatı;
— aşağı məhsuldarlıq; kənd təsərrüfatında makinalaşma;
— bəzi mövsümlərdə iqtisadi fəaliyyətin yetərsizliyi;
— təbii fəlakətlər;
— kənd təsərrüfatı icraatları; kənd təsərrüfatı ərazilərinin xüsusiyyətləri;
— iqlim şəraiti və eroziya;
Urbanizasiyanı doğuran müsbət amillər isə bunlardır;
— kənd və şəhər arasındakı gəlir müxtəlifliyi;
— daha yaxşı və mütərəqqi təhsil imkanı;
— şəhər həyatının cazibəsi, daha yüksək həyat standartı;
— iş imkanları, nəqliyyat imkanları;
— müasir səhiyyə xidmətləri.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Belə ki, inkişaf etrmiş ölkələrdə urbanizasiya prosesi sənayeləşmə ilə qovuşmuşdur. Sənaye urbanizasiyanı doğurmuşdur. İnkişaf edən və ya az inkişaf etmiş ölkələrdə isə bunun əksinə sənayeləşmədən daha sürətli urbanizasiya prosesi sezilir. Birinci qrup ölkələrdə, yəni urbanizasiyanın sənayeləşmənin nəticəsi olduğu ölkələrdə cərəyan edən urbanizasiya prosesi tarazlı, ikinci qrupdaki urbanizasiya isə nataraz urbanizasiya adlanır. Inkişaf edən ölkələrin şəhərləşmə dinamikasını inkişaf etmiş ölkələrin urbanizasiya prosesindən ayıran xüsusiyyətlərdə biri də, XX əsrin bir əhali partlayışına şahidlik etməsidir. Bunun nəticəsində inkişaf etməkdə olan ölkələrdə urbanizasiyanin sürətlənməsi demoqrafik xüsusiyyətə malik olmuşdur. II Dünya müharibəsindən sonra tibbdəki nailiyyətlərin də təsiri ilə, doğum nisbəti xeyli artmışdır. Bu nisbət inkişaf edən ölkələrdə daha yüksək olmuşdur. Başqa tərəfdən ölüm nisbətinin də kəndlərə nisbətdə şəhərlərdə daha aşağı olması şəhərlərdə təbii əhali artımının tempini yüksəltmişdir.
Bundan əlavə İEÖ-də şəhərlərdə ekoloji vəziyyətin kəskin xarakter alması nəticəsindəə suburbanizasiya prosesi yaranmışdır. Suburbanizasiya şəhər əhalisinin bir hissəsinin şəhər ətrafına köçməsidir. Misal olaraq ABŞ-da əhalinin 65%-i şəhər ətrafında yaşayır. Suburbanizasiya prosesi əsasən İEÖ-ə xasdır. Bunun səbəbi İEÖ-də şəhər ətrafı ilə şəhər mərkəzində yaşayış səviyyəsi eynidir. Onun üçün də yerli əhali şəhər ətrafında yaşamağa üstünlük verir. Buna görədə hal-hazırda İEÖ-də şəhər əhalisinin xüsusi çəkisi artmır.

Şəhər

Əhali

Ərazi (km²)

Sıxlıq
(/km²)

Urbanizasiyanın növləri

Hər bir ölkədə əhalinin və sənaye mərkəzlərinin ərazi üzrə paylanmasına diqqət yetirilir, əhalinin və sənaye mərkəzlərinin sıxlığı balanslaşdırılır ki, bir ərazidə ətraf mühitə təsirləri azalsın. Lakin şəhərlərin cəmiyyət həyatında rolunun artması, yəni urbanizasiya prosesi bu balansın qorunmasına müəyyən mənada maneələr yaradır. Şəhərlər böyüyür, onun ətrafnda sənaye mərkəzlərinin sayı artır, ərazidə yerləşmə sıxlığı ölkənin digər regionlarına nisbətən bir neçə dəfə yüksəlir, beləliklə də əhali və sənaye sıxlığında balans pozğunluğu yaranır.

Şəhərlərin və şəhər əhalisinin çoxalması özü-özlüyündə ayrıca götrüldükdə heç də problem yaratmır. Lakin urbanizasiyanın ölkənin yalnız bir regionunda reallaşması ciddi ətraf mühit problemlərinə gətirib çıxara bilir.

Əslində, ölkənin bir-birindən uzaq olan müxtəlif regionlarında şəhər həyat tərzinin yayılması və inkişaf etdirilməsi müsbət tendensiyadır. Çünki kənd və qəsəbələrdən fərqli olaraq şəhərlərdə cəmiyyətin elmi, mədəni və ictimai inkişafı daha sürətlə gedir, əhali kompakt yaşadığından problemlərin xarakteri ümumiləşdirilə və birgə həll edilə bilir. Bu baxımdan heç də, belə anlaşılmasın ki, biz şəhərlərin yaranmasının və böyüməsinin əleyhinəyik.

Dünyada gedən müasir urbanizasiya prosesi üç əsas xüsusiyyəti ilə xarakterikdir: birincisi, şəhər əhalisinin artım sürəti kənd və qəsəbələrə nisbətən daha yüksək sürətlə inkişaf edir, ikincisi, əhalinin və təsərrüfatın, əsasən də iri sənaye mərkəzlərinin böyük şəhərlərdə cəmləşib, şəhərlərin genişlənərək aqlomerasiyalara (regionu böyük əhalisi olan şəhərlərin iqtisadi, sosial və siyasi cəhətdən təsirli olduğu ərazilərdir) və meqapolislərə çevrilir.

Urbanizasiyaya şəhərlərdə sənayenin həcminin artması, şəhərin mədəni və siyasi funksiyalarının artması, əməyin bölgüsü strukturunu dəyişməsi şərtləri səbəb olur. Urbanizasiyanın əsas göstəricisi kənd əhalisinin şəhərlərə köçməsi, kiçik şəhərlərin böyüməsi və ətraf kənd yaşayış yerlərini öz tərkibinə qatmasıdır.

Urbanizasiya prosesi əsasən kənd yaşayış məntəqələrinin şəhərlərə çevrilməsi, geniş şəhərətrafı meqapolisin yaranması və kənd əhalisinin şəhərlərə köçməsi hesabına inkişaf edir.

Urbanizasiyanın gedişinə həmçinin dövlətdə gedən siyasi proseslər də ciddi təsir edir.

Beynəlxalq normalara görə, urbanizasiya prosesində şəhərsalma texnologiyası, onun hüquqi və sosial-ekoloji tərəfləri mühüm şərtlərdən biridir. Son illərdə Bakı şəhərində çox sayda çoxmərtəbəli yaşayış binalarının ucaldılması, köhnə binaların sökülməsi, şəhər ətrafında şəxsi evlərin tikintisinin sürəti şəhərsalmanın hüquqi və sosial-ekoloji məsələlərinin aktual problemlərindən birinə çevrilməsindən xəbər verir.

Sözügedən prosesdə iri şəhərlərin qlobal ekoloji bəlalarından biri də, dünya miqyasında nəqliyyat vasitələrinin sayının çoxalması ilə birbişa bağlıdır. Petrol mühərriki ilə işləyən nəqliyyat növləri havadakı oksigeni mənimsəyərək əvəzində atmosferə karbon qazı, karbon-oksid, karbohidrogenlər, azot oksidi, benzapiren, qurğuşun, kalium və s. buraxır.

Bu da özlüyündə yeni yaranan yaşayış məntəqələrində ekoloji tarazlığın pozulmasına, eyni zamanda, bu regionda mövcud olan yaşıllıqların azalmasına və insanların sağlamlığına ciddi təsir edir.

Urbanizasiyanın gedişinə həmçinin dövlətdə gedən siyasi proseslər də təsir edir.

Çox təəssüflər olsun ki, Azərbaycanda gedən urbanizasiya prosesləri də bütün bu problemlərdən xali deyil. Ölkəmizdə urbanizasiya prosesi əsasən ötən əsrin sonlarından, sovetlər birliyinin dağılmasından sonra baş verən siyasi sistem dəyişiklikləri dönəmində start götürdü. Məlum olduğu kimi, müstəqillik dönəminə qədər Azərbaycanın əmək qabiliyyətli əhalisinin 60-70 faizi Abşeron iqtisadi rayonunda deyil, digər döqquz iqtisadi rayonda əsasən kənd təsərrüfatı ilə məşğul olub. Torpaq islahatından sonra kəndlilər öz pay torpaqlarında müstəqil olaraq aqrar fəaliyyətlə məşğul olmağa başladı. Müstəqil fermer fəaliyyətinə yeni başlayan kənd əhalisinin böyük əksəriyyəti hansısa səbəbdən əlində olan torpaqla ailəsini dolandıra bilmədi. Belə olan halda kənd əhalisi kənarda özünə iş axtarmağa başladı. Əhalinin bir hissəsi xaricə – əsasən də Rusiyaya və Türkiyəyə “çörəkpulu” axtarışına çıxdı. Xaricə getmək imkanları olmayan əhali isə paytaxtda iş axtarmağa qərar verdi. Az bir zamandan sonra-2007-ci ildə Azərbaycana “Əsrin müqaviləsi” çərçivəsində bağlanan müqavilələr nəticəsində böyük neft pullarının axını başladı. Beləcə, neft pulları hesabına paytaxtda həm tikinti-quruculuq işləri vüsət aldı, həm də bir-birinin ardınca böyük sənaye müəssisələri fəaliyyətə başladı. Bu proses nəticəsində Bakı şəhərinin real əhalisi 2-2,5 dəfə artaraq dörd milyonu keçdi. Halbuki, Bakı şəhərinin ötən əsrdən qurulan infrastrukturu cəmi 2 milyon əhali üçün nəzərdə tutulmuşdu. Məhz buna görə də şəhər infrastrukturu bugünə qədər də normal idarəedilən formaya düşə bilmir.

Çünki bir tərəfdən əhlinin və ona uyğun olaraq daxili yanma mühərrikləri ilə çalışan avtomobillərin sayı artır, digər tərəfdən isə Abşeron yarımadasında sənaye obyektlərinin sayı durmadan artır. Beləliklə də, Abşeron iqtisadi rayonunun mərkəzində yerləşən paytaxt Bakıda atmosfer çirklənməsi real olaraq normanı 4-5, bəzi ərazilərdə isə 6 dəfə aşıb. Rəsmi rəqəmlərə görə isə Bakıda havanın çirklənmə səviyyəsi normadan 2-3 dəfə çoxdur. Ekoloqlar isə bunun qarşısını almaqda acizdirlər, ona görə ki, bu dərəcədə çirklənmənin qarşısını almaq, onu cilovlayaraq öz məcrasına qaytarmaq üçün çoxşaxəli və fundamental tədbirlər görülməlidir. Nəzərdə tutulan tədbirlər isə həm iqtisadi, həm siyasi, həm də mədəni amillərin vəhdətində reallaşdırılmalıdır.

Məsələn, Azərbaycan hökuməti öz qarşısında belə bir sual qoymalıdır ki, nə üçün Azərbaycanın illik dövlət büdcəsinin və ixracatının 90 faizdən çoxu məhz Abşeron iqtisadi rayonunda, qalan 10 faizi isə yerdə qalan digər 9 rayonda formalaşır? Bu hər şeydən əvvəl iqtisadi disbalansdır, digər tərəfdən isə həmin iqtisadi disbalans köklü ətraf mühit problemlərinə yol açır. Mütəxəssislərin fikrincə, Abşeron iqtisadi rayonunun ətraf mühit problemini həll etmək üçün ilk növbədə yuxarıda qeyd etdiyimiz iqtisadi disbalans aradan qaldırılmalı, iqtisadiyyatın bütün ölkə üzrə balanslı paylanması həyata keçirilməlidir. Bunun üçün ölkə ərazisində bir-birinə uzaq məsafədə olan sənaye mərkəzlərinin yaradılması dövlət tərəfindən ciddi şəkildə stimullaşdırılmalıdır. Başqa sözlə desək, Abşeron iqtisadi rayonundakı sənaye müəssisələrinin bir hissəsi digər iqtisadi rayonlara köçürülməlidir. Məsələn, SOCAR Karbamid zavodunu Sumqayıtda deyil, Bərdədə, Beyləqanda və ya Ağcabədidə inşa etməli idi. Bunun bir səbəbi Abşeron iqtisadi rayonunun yükünün azaldılmasıdırsa, digər səbəbi bu zavodun kənd təsərrüfatı üçün gübrə istehsal etməsidir. Ona görə də belə müəssisələr aqrar sahədə çalışan əhaliyə daha yaxın olmalıdır. Yəni, bu zavod konkret olaraq Aran iqtisadi rayonunun ərazisində tikilməli idi. Bəli, ortaya arqument qoymaq olar ki, zavodun məhsulunun əksər hissəsi ixracat üçün nəzərdə tutulub. Əgər bu gün dəmir yolu ilə daşınmalar qəpik-quruşa başa gəlirsə, demək ki, Azərbaycanda belə zavodlar üçün yükdaşıma problemi yoxdur. Digər tərəfdən, zavodu Beyləqanda tikib, Yalamaya qədər daşımaların xərclərini dövlət dotasyası hesabına da ödəmək olar. Özəl sənaye müəssisələrinin planlaşdırılması zamanı da, bu üsuldan istifadə etməklə iqtisadi obyektləri ölkə ərazisi üzrə balanslı şəkildə paylaşmaq olar. Məsələn, Qaradağ inzibati rayonunun ərazisində bir sement zavodu olduğu halda, nədən həmin zavodun qonşuluğunda ikinci sement zavodu tikilməlidir? Dövlət təşəbbüs göstərərək təklif verməlidi ki, sahibkarlar Abşeron rayonundan kənarda öz müəssisəsini qursa, güzəştlər və stimullaşdırıcı dotasiyalar alacaq. Yəni sahibkarın Abşeron iqtisadi rayonundan kənrada iş qurmasından itirdiklərini kompensasiya etməli və stimullaşdırıcı güzəştlər də verməlidi ki, ölkənin digər bölgələrində inkişaf sürətlənərək iqtisadi balansın yaranmasına töhfə verə bilsin.

Azərbaycanda qeyd etdiyimiz iqtisadi disbalansın aradan qaldırılması ilə Abşeron yarmadasının bir sıra ətraf mühit və miqrasiya problemlərini həll etmək mümkündür. Məsələn, iqtisadi disbalans aradan qaldırılsa 30-35 il əvvəl Bakıya üz tutan kənd əhalisi geri – öz kəndinə qayıdar, doğma kəndində işləyib güzəranını qurar, əməyi ilə diyarının inkişafına töhfə verər. Beləliklə, böyük kəndlərimiz qəsəbəyə, qəsəbələrimiz isə şəhərə çevrilə bilər. Digər tərəfdən isə Abşeron rayonunda əhali və avtomobil sıxlığı azalar. Sıxlığın azalması ilə həm atmosfer çirklənməsi öz normasına düşər, həm də səs-küy və tıxaclar azalar ki, bu da əhalinin sağlamlığına öz töhfəsini verəcək.

Bütün yuxarıda qeyd edilənləri ümumiləşdirərək o qənaətə gəlmək olar ki, Azərbaycanda hazırda müşahidə edilən iqtisadi disbalansı aradan qaldırmadan Abşeron iqtisadi rayonunda ətraf mühit problemlərini əsaslı şəkildə həll etmək mümkün olmayacaq. Düzdür, sənaye müəssisələrində tullantıları zərərsizləşdirən qurğuların quraşdırılması, yanacaq standartlarının yüksəldilməsi, yaşıllıqların genişləndirilməsi, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və s. ətraf mühit problemlərini müəyyən qədər yumşalda bilər, amma onun köklü şəkildə həll edilməsi, yalnız iqtisadiyyatın ölkə üzrə balanslı şəkildə paylanmasından keçir.

“Paralel”in
Araşdırma Qrupu

Yazı Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Comments are closed, but trackbacks and pingbacks are open.