Press "Enter" to skip to content

Ağlamaq – gözünün yaşını tökmək – köz yaşı axıtmaq – göz yaşı tökmək – qaragözlük etmək – gözünün qorasını tökmək – gözünü sıxmaq; Yemək

#qrammatika nədir? #qrammatika sözünün mənası #qrammatika nə deməkdir? #qrammatika sözünün izahı #qrammatika sözünün yazılışı #qrammatika necə yazılır? #qrammatika sözünün düzgün yazılışı #qrammatika leksik mənası #qrammatika sözünün sinonimi #qrammatika sözünün yaxın mənalı sözlər #qrammatika sözünün əks mənası #qrammatika sözünün etimologiyası #qrammatika sözünün orfoqrafiyası #qrammatika rusca #qrammatika inglisça #qrammatika fransızca #qrammatika sözünün istifadəsi #sözlük

qrammatika sözü azərbaycan dilində

Sözün tezliyi – sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.91 dəfə / 1 mln.

2002 •••••••••••••••••••• 3.43
2004 •••••• 1.01
2005 •••• 0.67
2006 •••••• 0.90
2007 •••• 0.63
2008 •• 0.24
2009 •• 0.32
2010 ••••• 0.73
2011 •••• 0.60
2012 •••••••• 1.29
2013 ••••• 0.73
2014 •••• 0.51
2015 ••••••••• 1.53
2016 •••••••• 1.21
2017 •• 0.33
2018 ••••••••••• 1.80
2019 ••• 0.42
2020 •••••••••••••• 2.25

qrammatika sözünün leksik mənası və izahı

1 is. [yun.] 1. Dilçilik elminin söz və cümlənin quruluşunu öyrənən və buna müvafiq olaraq iki hissədən – morfologiya və sintaksisdən ibarət olan bölməsi. Müqayisəli qrammatika . Tarixi qrammatika . 2. Hər hansı bir dilə xas olan sözlərin dəyişməsi və cümlə içərisində birləşməsi üsul və qaydalarının məcmusu. // Bir dilin həmin üsul və qaydalarından bəhs edən dərs kitabı. Orta məktəblər üçün Azərbaycan dili qrammatika sı. Azərbaycan dilinin izahlı lüğəti

qrammatika sözünün rus dilinə tərcüməsi

1 сущ. грамматика: 1. раздел языкознания, содержащий учение о формах словоизменения, о строении слов, видах словосочетаний и типах предложений. Tarixi qrammatika историческая грамматика, müqayisəli qrammatika сопоставительная (сравнительная) грамматика 2. грамматический строй какого-л. языка. Azərbaycan dilinin qrammatika sı грамматика азербайджанского языка 3. совокупность правил изменения слов, их соединения в словосочетания и предложения, присущая какому-л. языку. Akademik qrammatika академическая грамматика, məktəb qrammatika sı школьная грамматика, elmi qrammatika научная грамматика Azərbaycanca-rusca lüğət

qrammatika sözünün inglis dilinə tərcüməsi

1 i. grammar; praktik ~ practical grammar; nəzəri ~ theoretical grammar Azərbaycanca-ingiliscə lüğət

qrammatika sözünün fransız dilinə tərcüməsi

1 is. grammaire f ; nəzəri ~ grammaire théorique ; praktiki ~ grammaire pratique Azərbaycanca-fransızca lüğət

qrammatika sözünün ləzgi dilinə tərcüməsi

1 [yun.] сущ. грамматика (1. чӀалан илимдин гаф ва жумладин къурулуш чирдай, кьве паюникай (морфология ва синтаксис) ибарат тир хел; 2. са чӀалаз хас тир гафар дегиш хьунин ва жумладин къене акал хьунин тегьер ва къайдайрин кӀватӀал; // са чӀалан гьахьтин къайдайрикай рахадай, гьа къайдаяр чирдай ктаб). Azərbaycanca-ləzgicə lüğəti

qrammatika sözünün türk dilinə tərcüməsi

1 dil bilgisi Azərbaycanca-türkcə lüğət

“qrammatika” sözü ilə başlayan sözlər

  • qrammatikada
  • qrammatikadan
  • qrammatikalar
  • qrammatikalara
  • qrammatikalarda
  • qrammatikalardan
  • qrammatikaları
  • qrammatikalarım
  • qrammatikalarıma
  • qrammatikalarımda
  • qrammatikalarımdan
  • qrammatikalarımı
  • qrammatikalarımın
  • qrammatikalarımız
  • qrammatikalarımıza
  • qrammatikalarımızda
  • qrammatikalarımızdan
  • qrammatikalarımızı
  • qrammatikalarımızın
  • qrammatikaların
  • qrammatikalarına
  • qrammatikalarında
  • qrammatikalarından
  • qrammatikalarını
  • qrammatikalarının
  • qrammatikalarınız
  • qrammatikalarınıza
  • qrammatikalarınızda
  • qrammatikalarınızdan
  • qrammatikalarınızı
  • qrammatikalarınızın
  • qrammatikam
  • qrammatikama
  • qrammatikamda
  • qrammatikamdan
  • qrammatikamı
  • qrammatikamın
  • qrammatikamız
  • qrammatikamıza
  • qrammatikamızda
  • qrammatikamızdan
  • qrammatikamızı
  • qrammatikamızın
  • qrammatikan
  • qrammatikana
  • qrammatikanda
  • qrammatikandan
  • qrammatikanı
  • qrammatikanın
  • qrammatikanız
  • qrammatikanıza
  • qrammatikanızda
  • qrammatikanızdan
  • qrammatikanızı
  • qrammatikanızın
  • qrammatikası
  • qrammatikasına
  • qrammatikasında
  • qrammatikasından
  • qrammatikasını
  • qrammatikasının
  • qrammatikaya

Oxşar sözlər

  • qrammatik
  • qrammatikası
  • qrammatikada
  • qrammatikanı
  • qrammatikam
  • qrammatikan
  • qrammatikaya
  • qrammatikamı
  • qrammatikama
  • qrammatikana
  • leksik-qrammatik
  • semantik-qrammatik
  • orfoqrafik-qrammatik
  • məntiqi-qrammatik
  • qrammatik-semantik
  • praqmatika

#qrammatika nədir? #qrammatika sözünün mənası #qrammatika nə deməkdir? #qrammatika sözünün izahı #qrammatika sözünün yazılışı #qrammatika necə yazılır? #qrammatika sözünün düzgün yazılışı #qrammatika leksik mənası #qrammatika sözünün sinonimi #qrammatika sözünün yaxın mənalı sözlər #qrammatika sözünün əks mənası #qrammatika sözünün etimologiyası #qrammatika sözünün orfoqrafiyası #qrammatika rusca #qrammatika inglisça #qrammatika fransızca #qrammatika sözünün istifadəsi #sözlük

Obastan-ın layihəsi
Sözlük © 2020

Ağlamaq – gözünün yaşını tökmək – köz yaşı axıtmaq – göz yaşı tökmək – qaragözlük etmək – gözünün qorasını tökmək – gözünü sıxmaq; Yemək

Yatmaq – yuxuya getmək – cimir eləmək – başını yerə atmaq –yuxuya dalmaq – gözünün acısını almaq və s.

Frazeoloji sinonimlər onlara uyğun üslubi neytral sözlərdən fərqli olaraq danışıq dilinə, bəzən kitab dilinə uyğunluğu ilə xarakterizə olunur. Frazeoloji sinonimlər onlara sinonim olan frazeologiyanın əsasını təşkil edən sözlərdən məna keyfiyyətləri ilə də fərqlənirlər.

Məlumdur ki, obyektiv gərçəkliyin elə bir hadisəsi yoxdur ki, üslubi neytral sözlə ifadə olunmasın. Beləliklə, üslubi neytral sözlərin sinonimləri olan frazeologizmlər xüsusi sinonimik cərgə təşkil etmir, oraya yalnız sinonim sözlərlə birgə daxil olurlar. Lakin bu o demək deyildir ki, frazeologizmlər yalnız sözlərlə sinonimik münasibətə girirlər. Tədqiqat göstərir ki, Azərbaycan dilində üslubi neytral sözlərə bir neçə frazeoloji sinonim ifadələr qoşularaq sinonim cərgələri yaradır. Məsələn:

Aldatmaq ( n.) – kələk gəlmək – fırıldaq gəlmək

Utanmaq ( n.) – xəcalət çəkmək – rəng verib rəng almaq – xəcalətdən tər tökmək

Baxmaq (n.) – göz qoymaq – göz yetirmək – göz – qulaq olmaq

Yorulmaq (n.) – əldən düşmək – dildən düşmək – taqətdən düşmək – taqəti kəsilmək – kələyi kəsilmək və s.

Frazeoloji sinonimlər dilimizdə yalnız feli frazeoloji vahidlərə məxsusdur. Feli frazeoloji vahidlərin bir qismi təkmənalı, bir qismi isə iki və ya daha çox mənalıldır ( 12,165). Bunu da nəzərə almaq lazımdır ki, fellər başqa nitq hissələrinə qoşularaq həmin sözü cəlb edir və mənanın aydınlaşması, dəqiqləşməsi üçün zəmin yaradır. Məsələn:

Qulaq asmaqqulaq vermək− dinləmək

Abrını almaqabır vermək abrını vermək – danla­maq

Ağzına su almaqağzını mumlamaq − ağzına qıfıl vur­maq- susmaq

Kefi kök ( saz) olmaqkefi duru olmaq – kefi yerin­də olmaq – şən (şad) olmaq

Ağıl verməkağıl qoymaq – ağıl öyrətmək – öyrət­mək və s.

Frazeoloji sinonimlər leksik sinonimlərlə birləşərək leksik–frazeoloji sinonimlər cərgəsini yaradır. Bunlar bir–birlərindən fərqlənsələr də kontekstdə ( mətndə) biri digərini əvəz edə bilir.

Professor H.Bayramov sinonimlərin bu iki növünü çox düzgün olaraq aşağıdakı kimi fərqləndirmişdir. Birinci fərq ondan ibarətdir ki, “ hər bir frazeoloji sinonim müəy­yən bir obrazın əsasında formalaşır ki, bu cəhət leksik sino­nimlərdə yoxdur”. İkinci fərq: “ Şəxs, zaman, təsdiq–in­kar aspekti, felin şəkilləri kimi qrammatik əlamətlərin ha-mısı dilimizdəki fellərə eyni dərəcədə aid olunduğundan bun­ların sinonimləri müxtəlif formalarda işlədilir. Felə ek­vi­valent olan frazeoloji vahidlərin bir qismində isə bu cə­hət­lər həm məhduddur, həm də bu və ya digər əlamətə gö­rə fərqli səciyyə daşıyır” (12,163-164).

Azərbaycan dilində, ümumiyyətlə, frazeoloji sino­nim­lər aşaıdakı yollarla düzəlir:

  1. Sinonimikanı təşkil edən məfhumların biri leksikaya, di­gəri isə frazeologiyaya ( idioma) aid olur. Məsələn:

Azarlamaq − xəstə düşmək – yorğan-döşəyə düşmək – başı yastığa enmək.O, yenə azarlayıb yatmışdı. ” ( M.C.Ordubadi “ Dumanlı Təbriz” ) , “ Bir il bəxtiyar yaşadıqdan sonra istəkli əri xəstə düşüb vəfat etdi” (S. S. .Axundov. hekayalər və pyeslər, səh. 24).” ( Qəndab:) Yorğan-döşəyə düşdüm. Mənim dərdimdən əmim arvadı işdən çıxmalı oldu”( B.Bayramov “ Mən ki gözəl deyildim. ” ) , “ Gec-tez başı yastığa enəcək” ( Q.Xəlilov “ Yaşamaq istəyirəm”).

Qaçmaq – dabanına tüpürmək − daban almaq, “ ( Tarverdi: )Barı qaçım, bəlkə evi yıxılmış tüfəngi mənə düzəldib atdı” ( M.F.Axundov. Komediyalar, səh 75) . “ ( Vəzir: ) Gedib həmin şah tənbəlini alovdan çıxarırlar, o birisi görür ki, bu xına o xınadan deyil, durub dabanına tüpürür, bir baş əkilir” ( S.Rəhimov “ Şamo” ), “ Daban aldı müxalifin qoşunu” ( M.Rahim).

Qorxmaq − canına üşütmə düşmək – ürək-köbəyi düşmək ( ürək – göbəyini yemək) – bağı yarılmaq – vahimə bürümək. “ Seyr edirəm bərru – biyavanları; Quli biya­ban görürəm qorxmuram” ( M.Ə.Sabir), “ Bir anlığa Gəl­biyevin canına üşütmə düşdü” (M.İbrahimov “ Metamor­foza” ) , “ (Nardaranlılar:) Alə, ay evin tikilsin, neynirsən, ürək–göbəyimiz düşdü ki. ” (H.Abbaszadə “Burulğanlar”), “(Hey­dər bəy:) Vallah, Hacı, səni tanımayan adam olsa, gö­rən­də bağrı yarılacaq” (M.F.Axundov “Hacı Qara”), “Tel­lini yenidən vahimə bürüdü” ( S.Hüseyn “Yatmış kəndin qış gecələrində”).

Yalvarmaq − əl−ayağına düşmək – ayağına yıxıl­maq . “Acı- acı yalvarır vahid pərvərdigara” ( M.Ra­him), “ (Aytəmizin anası:) (Gedib yenə düşəcəksən dayının əl-aya­ğı­na. ” (Ə. Qasımov “ Aytəmizin dəftərləri”), “(Usta Ağa­­ba­la) onun ayağına yıxılıb sevindiyindən ağladı” (Y.V.Çə­mən­zə­­min­li).

Yemək – içəri ötürmək – toqqanın altını bər­kit­mək – qarnını – otarmaq-qurşağın altını bərkitmək . “. Sən də şirin-şirin qoğal yeyərsən” (S.Vurğun “26-lar”), “Qulu­nun iştahası yox idisə, axırda əlacı kəsilib, rəngsaz dodaq­la­rını aralayıb, dolmanı içəri ötürdü” (Y.V.Çəmənzəminli “Əziz”), “(Məmməd:) Girdim restorana ki, toqqanın altını bərkidim” (Ə.Qasımov “Adilənin taleyi”), (Talıbxan:) Eşitdiyimə görə kəndlərdə veyllənib qarnını otarırsan. ” (S.Rəhimov “Şamo”), “( Cahangir bəy:) Xəlil, sən də gəl otur, bir az qurşağının altını bərkit, balam” (N.Vəzirov “Keçmişdə qaçaqlar”).

II. Sinonimikanı təşkil edən ifadələrin hər ikisi frazeologiyaya aid olur. Bunlar da üç cür düzəlir: a) sinonim ifadələrin biri eyni sözdən, ikinci söz isə müxtəlif məfhumlardan ibarət olur; b) sinonim ifadələrin hər ikisi (hamısı) müxtəlif məfhumlardan ibarət olur; c) sinonim tərkibli frazeoloji ifadələr.

a) Eyni sözdən və müxtəlif məfhumlardan ibarət olanlar:

Ayaq qoymaq – ayaq basmaq.

Axı sən də bir hərəkət eylə, bir proqresə ayaq qoy” ( M.F.Axundov), “ Basma ayağını bizim torpağa; İlandan, əqrəbdən yar ola bilməz” (S.Vurğun).

Bağrı qan olmaq (qana dönmək) – bağrı dəlin­mək.

Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür” (Aşıq Ələsgər), “Bəs olmadı, getdi yar əlindən; Həm bağrı dəlindi xar əlindən” (Məsihi).

Dili dolaşmaq – dili topuq vurmaq (çalmaq).

. Daxilən daha narahat olan Leyləyin dili topuq vurur­du” (S.Rəhimov), “Huş başımdan çıxdı, dilim dolaşdı; Gözlərim sataşdı, buxağa düşdü” (Aşıq Ələsgər).

Qəm çakmək – qəm eləmək (etmək) – qəm yemək

Allaha şükür, mənim kimi atan var, sən niyə qəm çəkəsən” (S.S.Axundov), “(Qönçə:) Qəm eləmə, işimiz düzələr, bir yerdə kəsbkarlıq edərik” (B. Talıblı), “ Dilə gəlib qoca dedı:- Heç qəm yemə, Nəriman; Unutma ki, belə getməz bu yaşayış, bu dövran” (S.Rüstəm).

Bu sinonim ifadələrdən başqa, aşağıdakıları da göstərmək olar: abrını almaq – abrını vermək – abrını aparmaq− abrını götürmək – abır qoymamaq − abrını ətəyinə bükmək – abrını əlinə vermək – abrını göy əskiyə bükmək; ağzını allah yoluna qoymaq− ağzını boza vermək; ağla batmaq− ağla sığmaz; ağlı azmaq – ağlı qaçmaq – ağlı çaşmaq – ağlı yerində olmamaq; atasını yandırmaq – atasına od burmaq – atasını dalına şəlləmək (şəllətmək); başdan eləmək− başdan əkmək; başı şişmək – başı qazana dönmək – başı böyümək; dərisini soymaq – dərisini boğazından çıxarmaq; kefi kök olmaq− kefi duru olmaq – kefi yerində olmaq; ləzzət almaq – ləzzət çəkmək – ləzzət aparmaq; fikrə getmək – fikrə cummaq – fikrə dalmaq – fikrə qərq olmaq – fikir etmək və s.

b) Frazeoloji sinonim ifadələrin hər ikisi müxtəlif məfhumlardan ibarət olanlar:

Ağzına gəlmək – dilinə gəlmək; altını çəkmək – ağrısını çəkmək; bəxti gətirməkbəxtiyar olmaq; bir yuvanın quşu − bir bezin qırağı; bığyağı vermək – ağzını malalamaq – ağzına atmaq – bığını yağlamaq – bığının altından keçmək; dəli olmaq- qarğa beyni yemək; qəpiyə güllə atmaq – cibində siçan oynamaq; zəhlə tökmək – baş- beyin aparmaq; cana doymaq – zinhara gəlmək; kürkünə birə düşmək – qarnına girgi düşmək; gözü kölgəli olmaq – dili qısa (gödək) olmaq; əlini üzmək – gözünü kəsmək; xoruz quyuya baxan kimi − dəvə nalbəndə baxan kimi; xoruzunu qoltuğuna vermək – papağını qoltuğuna vermək və s.

c) Sinonim tərkibli frazeoloji ifadələr:

Ayaq basmaq – qədəm basmaq; baş sındırmaq – baş qırmaq; başa çatmaq – başa yetişmək; başına toplamaq− başına yığmaq – başına cəm etmək; başında qoz sındırmaq – təpəsində qoz sındırmaq (qırmaq); baş-başa gəlmək – kəllə- kəlləyə gəlmək; ürəyi yanmaq – qəlbi yanmaq; ürəyini açmaq – qəlbini açmaq; ev yıxmaq – ev uçurmaq – ev dağıtmaq; yaş yökmək – yaş axıtmaq; xoş üz göstərmək – xoş sifət göstərmək və s.

Üslubi sinonimlərin neytral olması, canlı danışıqda və ədəbi dildə işləndiyi kimi, sinonim təşkil edən frazeoloji birləşmələr də bu xüsusıyyətlərə malikdir. Yəni onlar da həm danışıqda, həm də ədəbi dildə meydana gəlir.

Ədəbi dildə işlənən frazeoloji birləşmələr əsasən bədii ədəbiyyatda, bədii nitqdə özünü göstərir:

Ölənə kimi (n.) – son nəfəsə kimi (əd.d),

Ölmək (n.) – qəflət yuxusuna getmək (əd.d.) – dünyadan intihar etmək (əd.d.) – dünyadan getmək (əd.d.) – vəfat etmək (əd.d.) – əbədi yuxuya getmək (əd.d. tənt.) – dünyaya gözlərini yummaq (əd.d.tənt.) – dünyaya əlvida demək (əd.d.tənt.) – əbədiyyətə qovuşmaq (əd.d.tənt.) – gözlərini əbədi (həmişəlik) yummaq (qapamaq) (əd.d.tənt.) – əcəl şətbətini içmək (əd.d.tənt.)

vəsiyyət (n.) – son söz (əd.d.)

basdırmaq (n.) – dəfn etmək (eləmək) (əd.d.)

dostlaşmaq (n.) – ülfət bağlamaq (əd.d.)

bezmək (n.) – təngə gəlməkzinhara gəlmək (əd.d.)

yola düşmək (n.) – yola rəvan olmaq (əd.d.)

qəbr (n.) – son mənzil (əd.d.)- son məskən (əd.d.)

vurulmaq (n.) – aşiq olmaq (əd.d.şair.) – dərdindən dəli olmaq (əd.d.şair.)

Belə frazeoloji birləşmələr cümlədə və mətn daxilin­də ekspressivlik yaradır.

Frazeoloji birləşmələr ən çox xalq danışıq dilində işlə­nir. Bu cür birləşmələr personajların nitqini canlı, ob­raz­lı, koloritli və maraqlı edir.

Danışıq-məişət frazeolojiyası şifahi nitqdə üslub nöq­te­yi-nəzərindən ekspressiv üslubi çalarlar yaradır və zara­fatda, qaba-loru danışıqda, kinayə ifadə edən mə-qam­lar­da və s.-də işlənir.

Bəzi frazeoloji birləşmələr sırf danışıq dilində işlə­nə­rək neytral sözün sinonimi olur:

hirslənmək (n.) – itə dönmək (dan.)

içmək (n.) – içəri atmaq (dan.)

təhqir etmək (n.) – itin sözünü demək (dan.)

danlamaq (n.)- qabırğasına döşəmək (dan.) – dərsini vermək (dan.)

rüsvay etmək (n.) – zurnaya qoyub çalmaq (dan.)

Frazeoloji birləşmələrin əksəriyyəti danışıqda zarafat tərzində işlənir:

az-az görünmək (n.) – aya-günə dönmək (dan.zar.) bığyağı vermək (n.) – bığını yağlamaq (dan.zar.)

içmək (n.) – boğazını islatmaq (dan.zar.)

narahat olmaq (n.) – qarınağrısına düşmək (dan.zar.)

qorxutmaq (n.) – qarınağrısına salmaq (dan.zar.)

yemək (n.) – həzm-rabedən keçirmək (dan.zar.)-

qarnına qulluq etmək (dan.zar.) – toqqanın ( qurşağın)

altını bərkitmək (dan.zar.)

mane olmaq (n.) – qəmiş qoymaq (dan.zar.)

qocalmaq (n.) – saqqalı dəyirmanda ağarmaq (dan.zar.)

naz eləmək (n.) – qır vermək (satmaq) (dan.zar.)

dostlaşmaq (n.)- bacı -bacı olmaq (dan.zar.)

tərifləmək (n.)- qoltuğuna qarpız vermək (dan.zar.)

lovğalanmaq (n.) – qoltuğunun altı şişmək (dan.zar.)

narahat olmaq (dan.) – kürkünə birə düşmək (dan.zar.)

ölmək (n.) – papağı boş qalmaq (dan.zar.)

Frazeoloji birləşmələrin bir qismi qaba –loru dildə işlənir:

dəli olmaq (n.) – başına at təpmək (qaba-loru)

ağlamaq (n.)- gözünün qorasını (zılığını) axıtmaq (kin.qaba-loru)

danlamaq (n.) – başına itin suyunu tökmək (qaba –loru)

cəzalandırmaq (n.) – gönünü soymaq (almaq, çıxarmaq), dərisini soymaq (qaba – loru)

danlamaq (n.) – abrını almaq (qaba-loru)

Frazeoloji birləşmələrin bir qismi danışıqda kinayə ilə işlədilir:

yaltaqlanmaq (n.) – yerini şirin eləmək (kin.)

qudurmaq (n.) – yerişini azdırmaq (kin.məc.)

yemək (n.) – gözünə soxmaq (kin.)- gözünə təpmək (kin.)

arzulamaq (n.) – ürəyi atmaq (kin.)

Frazeologiya üslubi kateqoriya olub ekspressivlik, emosionallıq və obrazlılıq keyfiyyətinə malikdir.İstər canlı danışıq dilində, istərsə də bədii ədəbiyyatda frazeologiyanın işlədilməsi fikri ifadəli, gözəl və inandırıcı edir.

Frazeoloji birləşmələrin sinonim cərgələrlə birgə işlənməsi bədii ifadəlilik keyfiyyəti yaradaraq üslubi xüsusiyyətlərə malik olur. Bu üslubi xüsusiyyətlər isə aşağıdakılardan ibarətdir:

1.Frazeoloji birləşmələrin xalq danışıq dilində işlənməsi obrazların nitqini canlı, koloritli və maraqlı edir: (Xırda xanım:) Səbəbin allah evini yıxsın, tünbətün olsun, dərin yatsın, evi başına uçsun, dərbədər olsun məni bu evə düçar eləyəni. O günlərə daş düşeydi, zəlzələ oleydi, tarmar oleydi. (N.Vəzirov “ Daldan atılan daş topuğa dəyər” ).

2. Frazeoloji birləşmələrin sinonim cərgələrlə qoşa işlən­məsi fikri aydınlaşdırır, daha izahata ehtiyac qalmır: “ (Dilbər xanım:) Mən də ürəyimdə dedim : “ Ölün, canınız çıx­sın” (N.Vəzirov “ Yağışdan çıxdıq, yağmura düşdük” ), (Əş­rəf bəy:) Mənim əlacım elə ona qalıbdır ki, özüm mərd – mərdana deyim; hərçənd utanıram, həya edirəm. ” (N.Vəzirov “ Yağışdan çıxdıq, yağmura düşdük” ).

3. İfadəni qüvvətləndirmək üçün çox zaman hər hansı bir söz əvəzinə onun sinonimi olan idiom işlənir: “ (Güləndam : ) Yusif bəy ilan dili çıxardır. Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir. ” (N.Vəzirov “ Adı var, özü yox”).

Burada yalvarmaq əvəzinə ilan dili çıxarmaq idiomu işlə­dilmişdir.

4. Frazeoloji birləşmələr hər hansı bir neytral sözlə bir­gə işlənərək ekspressivlik yaradır: (Rüstəm bəy: ) – Məni öldürün, ay camaat, mən biimanı dünyada sağ qoymayın.

”(N.Vəzirov “ Müsibəti – Fəxrəddin” ).

5. Eyni sözü təkrar etməmək üçün frazeoloji birləşmələr sinonim cərgələrlə qoşa işlənir:” (Bəli:) Bəs belə iti mən necə qucaqlamayım, bağrıma basmayım. ” (N.Vəzirov “ Təzə əsrin ibtidası”)” Görünür, haralarda isə yurd – yuvalarından didərgin düşən mühacirlərin, cəlayi – vətənlərin milçək kimi tökülüb, səpələnib qırılan meyitlərini gəmirə – gəmirə,yeyə- yeyə azğınlaşıb, quduzdaşıb, hədlərini aşmışdılar” (S.Rəhimov “Şamo” 4-cü cild).

6. Frazeoloji birləşmələrin sinonim cərgələrlə qoşa işlən­məsi fikri daha dəqiq, incə məna çalarlıqlarını bildirir:

“(Hacı Məhəmməd bəy:) Mən bunlara baxanda nə qədər artıq dərəcədə şad oluram, könlüm fərəhlənir, qəlbim açılır və özüm də yüngül bir hala daxil oluram” (B.Talıblı “ Xəsis”).

7.Frazeoloji birləşmələrin sinonim cərgələrlə qoşa işlən­məsi mənanı daha təsirli edir, ekspressiya yaradır: “Məhz Minabəyim qarı da dönüb dəyişirdi, inqilabi sözlər­dən eşidincə özü bilmədən sərtləşirdi, möhkəmləşirdi, düş­mə­nə qarşı dəyanəti güclənirdi” (S.Rəhimov “ Şamo” 4-cü cild).

8. Frazeoloji birləşmələrin sinonim cərgədə işlənməsi bəzən nitqdə emosionallıq yaradır: “ ( Rüstəm bəy: ) Mənə bir təşəxxüs satmaqdan ötrü Kərim xanın yurdun xaraba qoydum, tar – mar elədim, evinə od vurdum, külün havaya sovurdum...” (N.Vəzirov “ Müsibəti – Fəxrəddin”).

Beləliklə, frazeoloji birləşmələrin sinonim cərgələrlə qo­şa işlənməsinin aşağıdakı keyfiyyətləri vardır: emosional­lıq, ekspressivlik, obrazlılıq, ifadəlilik, dəqiqlik, fikir aydın­lı­ğı, mənanı qüvvətləndirmə, təsirlilik, nitqdə qorxu və həyə­can yaratmaq.
N Ə T İ C Ə
1. Dildə işlənən, bədii ədəbiyyata tətbiq olunan üslubi sinonimlər Azərbaycan dilində kifayət qədərdir. Tədqiqat gös­tərir ki, dildə üslubi sinonimlər öz üslubi xüsusiy­yət­lərinə görə böyük əhəmiyyət kəsb edir, ədəbi dildə, ümum­xalq danışıq dilində rəngarənglik yaradır. Danışıq dilin­də və eyni zamanda ədəbi dildə sinonimlər yalnız üslubi məqsədlə işlədilir.

2. Dilçilik ədəbiyyatında sinonimlər haqqında çoxlu tədqiqat işləri, əsərlər, məqalələr yazılmışsa da, onun üslubi xüsusiyyətlərinin aşkara çıxarılmasında hələ də məhdudiyyət vardır.

3. Üslubi sinonimlik hər hansı bir əsərdə hadisələrin təsirli verilməsi, emosionallıq, ekspressivlik, dəqiqlik, sadəlik, səlislik, axıcılıq və s.−də özünü göstərir. Sənətkar fərdi üslubi yolla da hadisələrin təsvirini yaradır. Çünki yaradıcı şəxs öz dilində üslubi sinonimlərin müxtəlif tiplərindən istifadə edərək seçdiyi sözün semantikasından hər cür istifadə edir, məna zənginliyinə səy göstərir və bədii dildə obrazlılıq yaradır. Sənətkar belə məqamda ,əsasən, üslubi sinonimlərin işlədilməsinə daha çox meyil edir. Bunun nəticəsində də dilin ifadəliliyi genişlənir, fikir konkret verilir.

4. Üslubi sinonimlər çoxmənalılıq, arxaizmlər, dialektizmlər, məazlar , alınma sözlər hesabına, evfemizmlər, müəyyən şəkilçilər və emosional-ekspressiv sözlər vasitəsilə əmələ gələrək dilin lüğət tərkibini zənginləşdirir, bədii əsərlərin dilində geniş istifadə edilir. Bu zaman sinonimlərin üslubi xüsusiyyətləri müxtəlif variantlarda özünü göstərir, fikir daha dəqiq, daha dürüst , daha ekspressiv verilir.

5. Üslubi sinonimlər personajların nitqinin fərdiləşməsində ön cərgədə durur.

6. Üslubi sinonimlər bədii əsərlərdə və canlı danışıq dilində işlənərək obrazları səciyyələndirir, personajların daxili və xarici aləmini təsvir edir.

7. Sinonimlərin çoxmənalılığı hadisələrin müxtəlif təsvirində semantik oxşarlığa əsaslanır. Belə hallarda onlar müxtəlif üslubi laylarda işlənərək kontekstuallaşır. Bu cür mətni sinonimlər fərdi xarakter daşıyır və fərdi üslubi xüsusiyyətlərlə zənginləşir.

8. Sinonimlər bəzi hallarda metaforik səciyyə daşıyır. Onlar məcazlaşaraq üslubi və emosional çalarlar yaradır. Belə məcazlaşma mənanın semantik dəqiqliyini bildirir.

9. Başqa leksik kateqoriyalara nisbətən dilin müxtəlif üslublarında sinonimlərin işlənmə dairəsi daha böyükdür, geniş potensial imkanları var.

10. Sinonimlər istər ədəbi dildə, istərsə də danışıqda yaradıcı şəxsin və personajın öz fikrini dəqiqləşdirib oxucuya, dinləyiciyə çatdırmasında imkanlar yaradır.

11. Üslubi sinonimlərdə olan ekspressivlik, emosionallıq, reallıq, məna çalarlığı, obrazlılıq yaradaraq ədəbi dildə, peşə-sənət leksikasında, danışıq-məişət leksikasında fəal iştirak edir.

12. Sinonimlər üslubi xüsusiyyətlərə malik olub, mənanı qüvvətləndirir, fikri dəqiqləşdirir. Belə hallarda sinonimlər mətn və ya cümlə daxilində həm qoşa, həm də yanaşı işlənir: a) Sinonimlər qoşa işlənərək hadisələri reallaşdirir, fikri konkretləşdirib dəqiqləşdirir; b) Sinonimlər yanaşı (cüt) işləndikdə ifadədə emosiya yaradır, mənanı qüvvətləndirir, anlayış ekspressiv tonda ifadə edilir.

13. Sinonimlərin üslubi xüsusiyyətləri nəzərdən keçirilərkən aşağıdakıları da göstərmək olar; a) İfadəni qüvvətləndirmək üçün hər hansı bir sözün əvəzinə onun sinonimi olan başqa bir söz işlədilir; b) eksprerssiv çalarlar və emosiya yaratmaq üçün həm ədəbi dildə, həm də ümumxalq danışıq dilində işlənən sözlərdən istifadə edilir; c) şeirdə bədiilik, təsirlilik yaratmaq, sözləri yersiz təkrar etməmək üçün alınma sözlərdən istifadə edilir; ç) musiqililik, ritmlilik, harmoniya yaratmaq üçün sinonimlər yanaşı işlə­nir; d) fikri dəqiqləşdirmək üçün metaforik sinonimlərdən istifad­ə edilir. Üslubi məqsəd daşıyan poetik (üslubi) meta­fora mənanı dəqiqləşdirməklə yanaşı fikrin, hissin müxtəlif çalarlığını aydın və əlvan verir; e) sinonimlərin işlənməsi bəzən satira və yumor yaradır, satirik ekspressivlik artır. 14. Nitqdə sinonimlərdən istifadə edilməsi eyni sös və ifadənin təkrar edilməsinin qarşısını alır, ifadənin gözəl alınmasına şərait yaradır.

15. Poetik sinonimlərin işlədilməsi fikri aydın, təsirli edir və ifadəni qüvvətləndirir, emosionallıq yaradır.

16. Sinonimlərin frazeoloji sistemdə böyük rol oyna­ması əvəzsizdir. Frazeoloji sinonimlərin bədii dildə işlən­məsi personajların danışıq tərzinin, dialekt ünsürlərdən ibarət savad dərəcəsinin nə dərəcədə olmasını açıq-aydın gös­tərir. Fikrin aydın və dəqiq verilməsində, ekspressivliyin yaran­masında frazeoloji sinonimlərin əhəmiyyəti olduqca böyükd­ür. Bu vaxt frazeoloji birləşmələr ya sinonim sözlərlə əvəzlənir, ya da ki, sinonimlə birgə işlənərək ümu­mi, konkret bir cərgədə birləşərək işlədilir. Frazeoloji birləş­mələrin bədii üslubda və danışıqda işlədilməsi hadisəni daha dəqiq, qabarıq və obrazlı edir.

17. Bədii ifadəlilik keyfiyyəti yaratmaqda frazeoloji birləşmələrin sinonim cərgələrdə işlənməsi də böyük əhəmiyyət daşıyır: a) frazeoloji birləşmələr canlı danışıq dilində obrazların nitqini canlı və koloritli edir; b) ifadəni qüvvətləndirmək məqsədi ilə hər hansı bir sözün əvəzinə onun idiomu işlənir; c) cümlədə ekspressivlik yaratmaq üçün frazeoloji birləşmələrdən istifadə edilir; ç) frazeoloji birləşmələrin cümlədə sinonim cərgələrlə işlənməsi fikri daha aydın və dəqiq verir.

18. Sinonimlər dilin bütün üslublarında iştirak edir, ancaq daha çox bədii əsərlərin dilini rəngarəng şəklə salır.

19. Sinonimlər dilin müxtəlif üslublarında üslubi xüsusiyyətlərin ifadəçisi kimi çıxış edir.

Dilin zənginliyini şərtləndirən elementlərdən biri hesab olunan üslubi sinonimlərin başqa dillərin materialları əsasında tədqiqinin praktik (tərcümə və lüğətlərin tərtibi prosesində, bədii əsərin poetikasında, sənətkarın fərdi üslubunun öyrənilməsində) və elmi əhəmiyyəti böyükdür.

(Azərbaycan dilində)

1. Abdullayev B.T. Müasir Azərbaycan dilinin leksik sinonimləri. (filol.elm.nam.alimlik dərəcəsi almaq üçün dis.), Bakı,1963.

2. Abdullayeva N.D. Müasir Azərbaycan dilinin sintaksisi üzrə xüsusi seminar materialları. Bakı, 1975.

3. Adilov M.İ. Sənətkar və söz. Bakı,1984

4. Azərbaycan bədii dilinin üslubiyyatı (Oçerklər). Bakı, 1970.

5. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964.

6. Azərbaycan dilinin izahlı lüğəti. I cild. Bakı, 1966.

7. Azərbaycan dilinin izahlı lüğəti. II cild. Bakı, 1980.

8. Azərbaycan dilinin izahlı lüğəti. III cild. Bakı, 1983.

9. Azərbaycan dilinin izahlı lüğəti. IV cild. Bakı, 1987.

10. Axundov A.A. Ümumi dilçilik. ( Dilçiliyin tarixi, nəzəriyyəsi və metodları). Bakı, 1979

11. Axundov M.F. Əsərləri II cild. Bakı, 1951.

12. Bayramov H.A. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı, 1978.

13. Budaqova Z.İ. Metafora və müqayisə bədii təsvir vasitəsi kimi. “ Oktyabr inqilabı və Azərbaycan dilçiliyi məsələləri” ( məqalələr məcmuəsi). Bakı, 1969.

14. Verdiyeva Z. N. Azərbaycan dilinin semasiologiyası. Bakı, 1979. Ağayeva F. M. Adilov M. İ

15. Qasımov M.Ş. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, 1973.

16. Qurbanov A. M. Müasir Azərbaycan əsəbi dili. Bakı, 1967.

17. Qurbanov A. M. Bədii mətnin linqvistik təhlili. Bakı, 1986.

18. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bak, 1962.

19. Ələkbərov A.Q. Fellərin sinonimliyi. “ Müasir Azərbaycan dilinin semasiologiyası. Bakı, 1985.

20. Ərəb və fars sözləri lüğəti. Bakı, 1966.

21. Əsədov Ə.Ə. Müasir Azərbaycan dilində zərflərin leksik-semantik xüsusiyyətləri( filol.elm.nam.alimlik dərəcəsi almaq üçün dis.). Bakı,1985.

22. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı (bədii üslub). Bakı,1980.

23. İbn Mühənna. İbn Mühənna lüğəti. İstanbul, 1934.

24. Kaşğari M. Divani lüğət – it – türk. Ankara, 1939.

25. Dadaşzadə M.A. Seçilmiş əsərləri. I cild. Bakı, 1967.

26. Məmmədov M. Nəriman Nərimanovun publisistik üslubu. Bakı,1985.

27. Məmmədov İ.T Azərbaycan dilində qrammatik sinonimlik. Bakı, 1985.

28. Məhərrəmova R. Sabirin dili. Bakı, 1976.

29. Məhərrəmova R. Sabirin satirik şeirlərinin leksikası. Bakı, 1976.

30. Müasir Azərbaycan dili. I cild. Elm, Bakı, 1985.

31. Müasir Azərbaycan dilinin semasiologiyası. Bakı, 1985.

32. Orucov Ə.Ə. Azərbaycanca- rusca frazeologiya lüğəti. Bakı, 1976.

33. Tağızadə A., Xocayev X. Müxtəsər üslubiyyat. Bakı, 1933.

34. Hacıyev C.X. Seçilmiş əsərləri. Bakı, 1972.

35. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı,1954.

36. Cəfərov S. Müasir Azərbaycan dili. Bakı, 1982.

37. Cəfərov Q.H. Azərbaycan dilinin leksik- semantik sistemi. Bakı, 1984.

(Rus dilində)

38. Абакулов С. К вопросу о работе над синонимами. Солонина М. « Русский язык в советском школе». М., 1929, №2.

39. Античные теории языка и стиля. М.-Л., 1936.

40. Арнольд И.В. Стилистика современного английского языка. Л.,1973.

41. Асадов А.А. Лексико- семантический особеннос­ти наречия в современном азербайджанском языке. (Дис. канд. фил.наук). Баку, 1985.

42. Балли Ш. Французская стилтстика. М., 1961.

43. Береговская З.И. Стилистические функции синонимов (на материале произведение флобера. Автореф. канд. дис.). Львов. 1961.

44. Бережан.С.Г. Теория семантических полей и синонимия. Сб.: Проблемы языкознания. М., 1967.

45. Бережан С.Г. Совпадение отделных элементов смыс­ловой структуры слов как основа синонимичнос­тей. Изв. АН. СССР.Серия литература и язык. 1967, том. 26, вып.3.

46. Бережан.С.Г. О синонимичности однокоренных слов с разной аффиксальной частью. Сб.: Лексическая синонимия. М.,1967.

47. Брагина А.А. Синонимы стилевые и стилисти­чес­кие (от тождества до антоними).- Филологические науки, 1976, №3.

48. Брагина А.А. Синонимы в литературном языка.М.,1986.

49. Будагов Р.А. Введение в науку о языке. М.,1965.

50. Будагов Р.А. Очерки по языкознанию. М., 1953.

51. Будагов Р.А. Что такое развитие и совершенствование языка? М., 1977.

52. Васильев Л.М. Проблема лексического значения и вопросы синонимии. Сб.: Лексическая синонимия. М.,2967.

53. Вилюман В.Г. Английская синонимика. (Введение в теорию синонимии и методику изучения синонимов). М.,1980.

54. Виноградов В.В. Из истории русской лексики. Русский язык в школе, 1941, №2

55. Виноградов В.В. Значение работ…для развития советского языкознания. Изд. АПН, 1950.

56. Виноградов В.В. Русский язык: грамматическое учение о слове. М., -Л., 1947.

57. Виноградои В.В. Итоги обсуждения вопросов стилистики. «Вопросы языкознания», 1955, №1

58. Виноградов В.В. Синонимы русского языка.М.,1978.

59. Винокур Т.Г. Синонимия и контекст. Сб.: «Вопросы культуры речи». Вып.5.М.,1964.

60. Вопросы культуры речи.1955, № 1

61. Вопросы языкознания. М., 1955, № 1

62. Вопросы языкознания. М., 1957, № 5

63. Вопросы языкознания. М., 1957, № 6.

64. Галкина- Федорук Е.М. Современный русский язык. Лексика. М., 1954.

65. Геккер С.Ф. Библиография по синонимике русского языка .-В кн.: Синонимы русского языка и их особенности. Л., 1972.

66. Григорьева А.Д. Заметки о лексической сино­ни­мии. «Вопросы культуры речи». М., 1959.

67. Гужва Ф.К. Современный русский литератур­ный язык. Киев, 1973.

68. Даниярова А. Стилистические функции синони­мов в современном узбекском языке. (Автореф. канд. дисс.). Самарканд, 1967.

69. Евгеньева А.П. Основные вопросы лексической синонимии. – Сб.: Очерки по синонимике современного русского литературного языка. М., Л. 1966.

70. Евгеньева А.П. Проект словаря синонимов. М., 1964.

71. Ефимов А.И. Стилистика художественной речи. МГУ. М., 1961.

72. Ефимов А.И. Стилистика русского языка. М., 1969.

73. Иванникова Е.А. Синонимические отношения между фразеологическими единицами и словами. – Сб.: Очерки по синонимике современного русского литературного языка. М., 1966.

74. Калинин В. Лексика русского языка. Изд. 2-ое. М., 1971.

75. Клюева В.Н. Краткий словарь синонимов русского языка. М., 1961.

76. Ковтунова И.И. О синтактической синонимике. «Вопросы культуры речи», вып. 1.М.,1955, №1.

77. Кодухов В.И. Введение в языкознание. М.,1979.

78. Кодухов В.И. Рассказы о синонимах. Изд.2-ое.М.,1984.

79. Кожина М.Н. Стилистика русского языка. Изд.2-ое М., 1983.

80. Корлэтяну Н.Г. К вопросу о синонимиках и их стилистической роли в современном молдавском языке. «Вопросы культуры речи».1955, № 1.

81. Кружевский Н. Очерки науки о языке. Казань, 1983.

82. Лайонз Д. Введение о теоретическую лингвис­ти­ку. М., 1978.

83. Ломоносов М.В. Собрание сочинений. М., 1952, т.VII.

84. Магеррамова Р. Лексика сатира М.А.Сабира. (Автореф.докт. дисс.). Баку, 1968.

85. Мескутов В. Синонимы в современном туркменском яыке.Ашхабад, 1962.

86. Очерки по синонимике современного русского литературного языка. М.,- Л., 1966.

87. Палевская М.Ф. Синонимы в русском языке. М., 1964.

88. Палевская М.Ф. Проблема синонимического ряда, его грани и возможности выделения доминанты. Сб.: Лексическая синонимия. М., 1967.

89. Полякова В.Е. Вопросы лексики современного турецкого литературного языка. Л., 1953.

90. Реформатский А.А. Введение в языковедение. М., 1960.

91. Рогожникова Р.П. Соотнешение вариантов в слов, однокоренных слов и синонимия. «Лексическая синонимия». М., 1967.

92. Розенталь Д.Э. Практическая стилистика русского языка. М., 1968.

93. Розенталь Д.Э. Словарь-справочник лингвисти­ческих Теленкова М.А. терминов. М., 1976

94. Сазанова И.К. Лексика и фразеология современного русского литературного языка. М., 1963.

95. Сиротина В.А. Лексические синонимы в русском языке. Изд. Львовского университета, 1960.

96. Скшидло А. Стилистическая роль синонимов в художественной прозе (по романам М.А.Шолохова). (Автореф.канд.дисс.). Иркутск, 1966.

97. Словарь синонимив (Справочное пособие). (под ред. А.П. Евгень Ева). М., 1976.

98. Сорокин Ю.С. Развитие словарьного состава русского языка 30-90-е годы ХIX века. М.,-Л.,1965.

99. Стилистика русского языка. М., 1982.

100. Тагиев М.Т. Русско-азербайджанский фразеоло­гичес­кий словарь. Бакы, 1972.

101.Уфимцева А.А. Некоторые вопросы синонимии.-В сб.:»Лексическая синонимия». М., 1967.

102. Фаворин В.К. Синонимы в русском языке (научно-популярной очерк). Свердловск, 1953.

103. Фомина М.И. Современный русский язык. Лексикология. 2-ое изд. М., 1983.

104. Фонвизин Д.И. Опыт российского сословника. Собрание сочинений. М.,-Л., 1959, том.2.

105. Ханбиков Ш.С. Синонимы в татарском языке (Автореф. канд. дисс.) Казань, 1960.

106. Черемисин П.Г. Опыт исследования стилисти­чес­кой синонимии Орел, 1966.

107. Шанский Н.М., Современный русский язык. часть, I, Иванов В.В. М., 1961.

108. Шанский Н.М. Фразеология современного русского языка. Изд.3-ое, М., 1985.

109. Шапиро А.Б. Некоторые вопросы теории синонимов. «Доклады и сообшения института языкоз- нания. том, YIII, 1955.

110. Шмелев Д.Н. Проблема семантического анализа лексики М., 1973.

111. Шмелев Д.Н. Современный русский язык. Лексика. М., 1977.

112. Шерба Л.В. Опыт обшей теории лексикографии. Изв. АН. СССР, ОЛЯ, 1940, № 3.

113. Шерба Л.В. Современный русский литературный язык. М., 1937.

114. Шерба Л.В. Современный русский язык. В кн.: «Избранные работы по русскому языку». М., 1957.

115. Эфендиева Т. Стилистические неологизмы-художественно выразительные средства языка. «Советс­кая тюркология». 1978, № I.

116. Ярцева В.Н. О грамматических синонимах.- Сб.: Романо- германская филология. вып. I. М., 1957.

M Ü N D Ə R İ C A T
Redaktordan 3

İxtisarlar 6

Giriş 7

I F Ə S İ L

ÜSLUBİ SİNONİMLƏRİN DİL SİSTEMİNDƏ YERİ
1.Sinonimlərin nitq yaradıcılığında rolu və əhəmiyyəti 13

2.Üslubi sinonimlərin tədqiqi tarixindən 17

3.Üslubi sinonimlərin leksik və qrammatik

sinonimlərlə oxşar və onlardan fərqli cəhətləri 28

II F Ə S İ L

ÜSLUBİ SİNONİMLƏRİN ƏMƏLƏGƏLMƏ

YOLLARI VƏ MƏNBƏLƏRİ
1. Üslubi sinonimlərin əmələ gəlməsində

çoxmənalılığın rolu 35

2.Alınma sözlər vasitəsilə əmələ gələn üslubi

sinonimlər 37

3.Arxaizmlər vasitəsilə üslubi sinonimlərin əmələ

gəlməsi 40

4.Dialektizm yolu ilə əmələ gələn üslubi sinonimlər 44

5.Üslubi sinonimlərin əmələ gəlməsində evfemizmlərin

6.Emosional – ekspressiv sözlərin üslubi sinonimlərin

əmələ gəlməsində rolu 52

7.Morfoloji yolla düzələn üslubi sinonimlər 61

8.Üslubi sinonimlərin məcazlar hesabına əmələ

gəlməsi 67

III F Ə S İ L

ÜSLUBİ SİNONİMLƏRİN BƏDİİ İFADƏ XÜSUSİYYƏTLƏRİ
1.Bədiiliyin yaranmasında sinonim cərgələrdən

istifadə yolları 71

2.Üslubi sinonimlərin bədii mətnin poetik

xüsusiyyəti ilə bağlılığı 81

3.Üslubi sinonimlər və kontekst (cümlə, mətn). 89

4.Sinonim frazeoloji vahidlərin bədii xüsusiyyətləri. 94
NƏTİCƏ 104

ƏDƏBİYYAT 108

MÜASİR AZƏRBAYCAN DİLİNDƏ

ÜSLUBİ SİNONİMLƏR

STYLISTIC SYNONYMS IN MODERN

AZERBAIJANI LANGUAGE

«Елм вя Тящсил» няшриййатынын директору:

профессор Надир МЯММЯДЛИ
Компцтер дизайнери: Zahid Məmmədov

Техники редактор: Рювшаня Низамигызы

Йыьылмаьа верилмиш 25.06.2012

Чапа имзаланмыш 04.08.2012

Шярти чап вяряги 7,5. Сифариш 179

Каьыз форматы 60х84 1/16. Тираж 300

Китаб «Елм вя Тящсил» няшриййат-полиграфийа

мцяссисясиндя сящифяляниб чап олунмушдур.

Тел: 497-16-32; 050-311-41-89

Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.

1Bax: В.Г.Вилюман.Английская синонимика. М.1980. Ш.Балли.Фран­цузкая стилистика. М.1961, səh.131. В.В.Виноградов.Русский язык грамматическое учение о слове, М.-Л.,1947,səh.784. Н.Л.Евгенева. Проект словаря синонимов, М., 1964, səh. 9. Д.Лайонз. Введение в теоре­тическую лингвистику, М.,1978,səh.470. Д.Н.Шмелев. Современ­ный русский язык (лексика), М., 1977, səh,196. В.И.Кодухов. Введение в языкознание, М., 1979, səh.3. А.И. Ефимов Стилистика худо­жес­твен­ной речи, М., 1961, səh,42-54. Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslu­biy­yatı, Bakı,1962, səh. 122.S.Cəfərov. Müasir Azərbaycan dili, Bakı,1982, səh, 28-37. B.Abdullayev. Müasir Azərbaycan dilində leksik sinonimlər /H.D/, Bakı , 1964,səh.152.R.Məhərrəmova, Sabirin satirik şeirlərinin leksikası,Bakı, 1976, səh.37. T.Əfəndiyeva Azərbaycan bədii dilinin üslubiyyatı, Bakı, 1982, səh.32.

1 БСЕ.том 23, ст.424. Qeyd: Bu məqalə yazılarkən aşağıdakı müəlliflərdən istifadə edilib: Очерки по синонимике современного русского литературного языка,М.,-Л., 1966., Д.Н.Шмелев. Проблем семантического анализа лексики, М.1973.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.