Xarici siyasət
Bir çox xarici siyasətçi analitik, bu gün ABŞ xarici siyasətində qarşı-qarşıya gələn ən aktual problemlər arasında terrorizm, iqlim dəyişikliyi və nüvə silahına sahib xalqların sayının artması kimi məsələlərə yer verilir.
Azərbaycan beynəlxalq aləmdə
Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.
Azərbaycan qədim və şərəfli dövlətçilik tarixinə, zəngin dövlətçilik irsinə, varislik ənənələrinə malikdir. Bu ənənələr Azərbaycanın ağır və faciəli məqamlarında dəfələrlə qırılsa da, fasilələr olsa da, xalqımız çətin sınaqlardan çıxaraq tarixi ədaləti bərpa etmiş, qədim dövlətçilik ənənələrinə sədaqətini göstərmiş, təkcə müdafiə qabiliyyəti ilə deyil, diplomatiya vasitəsilə də müstəqilliyini qoruyub saxlaya bilmişdir.
Xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində – coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq “siyasət səhnəsi”ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Həmin uğurlar vaxtilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir. Bu siyasətin təməli sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq kimi əsas prinsiplərdən, vəzifələri isə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə siyasi təminat verilməsindən və beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirilməsindən, dünya birliyində mövqeyinin möhkəmləndirilməsindən, bərabərhüquqlu və ölkəmizin milli mənafelərinə cavab verən iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasından, bir sözlə, Azərbaycan xalqının milli maraqlarına uyğun olan ardıcıl və açıq xarici siyasət yürüdülməsindən ibarətdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət kursunun əsas məqsədlərindən, milli maraqların formalaşması və təminatında əhəmiyyətindən və tarixi varislik ənənələrindən danışarkən bildirmişdir: “Biz bu siyasətin təməl prinsiplərini elə şəkildə yaratmışıq ki, yeritdiyimiz kurs dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün bərpasına xidmət etsin”. Bütövlükdə həmin prinsiplər müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməyə, Azərbaycanın regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaratmışdır. Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasında Heydər Əliyev kursunun davamlı inkişafı və təkmilləşdirilməsi məsələləri ilə yanaşı, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli mühüm yer tutur. Bir tərəfdən, ölkəmizin siyasi, iqtisadi və müdafiə potensialının möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olunması, digər tərəfdən, xarici siyasət sahəsində əldə edilən mühüm nailiyyətlər, bir sıra dövlətlərlə möhkəm əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin qurulması sayəsində Azərbaycanın ədalətli mövqeyi dəstəklənmiş, bütün regional və beynəlxalq layihələrdən getdikcə daha çox tədric olunan Ermənistan isə təcavüzkar dövlət kimi tanınmış və bu gün də tanınmaqdadır.
Hazırda dövlətimiz dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüdür. Azərbaycan Respublikası dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurmuşdur. Azərbaycanda xarici dövlətlərin 80-dən çox səfirlik və konsulluğu fəaliyyət göstərir.
Azərbaycanın xarici siyasət strategiyası ilk növbədə xalqımızın üzləşdiyi problemlərin, xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənməsinə, ölkəmizin dövlətlərarası, regional və beynəlxalq əlaqələrinin möhkəmlənməsinə, dünya birliyinə sıx inteqrasiyasına yönəldilmişdir. Azərbaycanın uğurlu xarici siyasət kursu xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində onu etibarlı tərəfdaş kimi tanıtmışdır. Cənubi Qafqaz regionu üzərindən transsərhəd nəqliyyat və kommunikasiya dəhlizlərinin çəkilişi təşəbbüsləri, bir tərəfdən, Azərbaycanın tranzit imkanlarını, iqtisadi potensialını genişləndirmiş, digər tərəfdən, həmin layihələrə bir sıra strateji əhəmiyyətli dövlətləri cəlb etməklə ətrafına tərəfdaşlar toplamışdır.
Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan Qərb və Şərq, Şimal və Cənub ölkələrini birləşdirən ən qısa nəqliyyat və enerji dəhlizidir. Strateji əhəmiyyətli energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin arxitekturasında mühüm yer tutur. Dinamik inkişafda olan Azərbaycan bu gün transsərhəd layihələrin əsas icraçısıdır. Xarici ölkələrin iqtisadiyyatına sərmayə qoyuluşu region ölkələrində daha qabarıq şəkildə özünü büruzə verir. Lakin qlobal geosiyasi və geoiqtisadi proseslərdə Azərbaycana diqqəti artıran amillərdən biri onun dünyanın aparıcı dövlətlərinin siyasi və iqtisadi mənafeləri üçün strateji ərazidə yerləşməsi, NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), əslində, Qərb və Rusiya arasında qarşıdurmanın mərkəzlərindən biri olmasıdır. Rəsmi Bakı fövqəlgüclərin hərbi-siyasi, iqtisadi ziddiyyətlərində Azərbaycanın tərəfsiz olduğunu və ərazisindən qonşu dövlətlərə qarşı istifadəyə yol verilməyəcəyini qətiyyətlə bildirsə də, bu mübarizənin müxtəlif təzahürləri, təzyiq və təhdid cəhdləri ilə hələ də üzləşməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, ölkəmiz xarici siyasət meydanında müstəqil siyasət yürüdür və heç bir dövlət öz iradəsini ona diktə edə bilməz. Azərbaycan daim öz milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyasət prinsiplərini əsas tutaraq ölkəmizi region dövlətlərinin inkişafı, ortaq mənafelərin ödənilməsi üçün sülh və əməkdaşlıq məkanına çevirməyə nail olmuş, beynəlxalq münasibətlərdə hüquq bərabərliyinə söykənən əməkdaşlıq modellərinə üstünlük vermişdir. Azərbaycanın yürütdüyü çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilk növbədə region və Qərb ölkələri ilə sağlam münasibətlərin inkişafını, bütün dövlətlər və koalisiyalarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını nəzərdə tutur. Çoxvektorlu xarici siyasət kursunu reallaşdıran Azərbaycan Respublikası bununla özünü çoxsaylı təhdidlərdən xeyli dərəcədə qorumağa, ölkədə sabitliyi saxlamağa və dünyanın bir sıra dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa nail olmuşdur.
Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara (Birləşmiş Millətlər Təşkilatı – BMT (United Nations Organization – UNO), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT (Organization for Security and Cooperation in Europe – OSCE), Qoşulmama Hərəkatı – QH (Non-Alignment Movement – NAM), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – TDƏŞ (Cooperation Council of Turkic Speaking States – CCTSS ), Avropa Şurası – AŞ (Council of Europe – C E), İslam Əməkdaşlıq Təşkilatı – İƏT (Organisation of Islamic Cooperation – OIC), YUNESKO, İSESKO, Müstəqil Dövlətlər Birliyi – MDB (Commonwealth of Independent States – CIS)) və s. üzv olmaqla çoxtərəfli diplomatik əlaqələrini genişləndirməkdə, eyni zamanda NATO (North Atlantic Treaty Organization – Şimali Atlantika Müqaviləsi Təşkilatı (ŞAMT)), Avropa İttifaqı – Aİ (European Union – EU), Beynəlxalq Antiterror Koalisiyası kimi qurumlarla da əməkdaşlığı inkişaf etdirməkdədir.
Xarici siyasət
Azərbaycan dövləti xarici məsələlərdə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Azərbaycan Respublikasında müstəqil siyasət anlayışı SSRİ-nin dağılması, imperiyanın tərkibində olan ölkələrin müstəqillik əldə etməsi ilə eyni vaxta təsadüf edir. Buna qədər digər müttəfiq respublikalarda olduğu kimi Azərbaycan SSRİ-də də siyasəti Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyi müəyyən edirdi. Ancaq 1984-cü ildən SSRİ-də başlayan yenidənqurma layihəsinin nəticəsində sərbəstlik Azərbaycana da çatdı. 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqil dövlət elan edildi. Bununla da müstəqil ölkənin daxili və xarici siyasətinin əsası qoyuldu.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə qısa müddətdə hakimiyyət dəyişiklikləri baş verirdi ki, bu da xarici siyasətə təsirsiz ötüşmürdü. İlk müstəqillik illərində Azərbaycan BMT, ATƏT kimi mötəbər qurumların üzvü idi. Eyni zamanda hakimiyyət beynəlxalq neft şirkətləri ilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində danışıqlar aparırdı.
Müstəqilliyin ilk illərində Azərbaycanda ilk siyasi təsisatlar, partiyalar, qeyri-hökumət təşkilatları yarandı. Ölkə müstəqillik əldə etdiyi illərdə həm də daxildə Dağlıq Qarabağ problemi yaradıldı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə SSRİ-dən qalma Konstitusiya ilə idarə olunurdu və bu zaman Konstitusiyaya müstəqillik haqqında akt əlavə olunmuşdu. Lakin 1995-ci ilin 12 noyabrında yeni Konstitusiya qəbul edildi, Azərbaycanda dövlət quruculuğu, qanunların qəbulu, daxili və xarici siyasətin təsniflatlaşdırılması həyata keçirildi.
Azərbaycanın yerləşmiş olduğu region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür.
Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir.
Azərbaycan Respublikasının xarici siyasətinin vəzifələri :
1. Ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək.
2. Mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək. Bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini bərkitmək.
3. Regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy göstərmək.
4. Xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək.
5. Xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və bu kimi təşkilatlarda fəal iştirak etmək.
Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetləri sırasına aşağıdakılar daxildir:
Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması və bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması;
Region dövlətlərlə maraqların üst-üstə düşməsini təmin etmə və qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət etmək. Bütün bunlar bu regionun həssas olmasından və digər super güc sayılan ABŞ və Rusiyanın bölgədəki ortaq maraqlarını nəzərə alaraqdan həyata keçirilir. Məhz, bu baxımdan balanslaşdırılmış siyasətin yürüdülməsi hal-hazırda məqsədə uyğun hesab edilir. Çünki bu regionda hər hansı bir gərginliyin və ya münaqişənin yaranması, ilk növbədə, böyük enerji ehtiyatlarına və layihələrinə malik olan Azərbaycan üçün arzu olunmaz haldır. Belə hallarda həmçinin ölkənin suverenliyi və milli təhlükəsizliyi təhdid altına düşmüş olur. Bu, nəinki Azərbaycan üçün, həmçinin regionun digər qonşu dövlətləri üçün də səciyyəvi xarakter daşıyır;
Azərbaycanın Avropa Birliyi sisteminə (AB) siyasi, iqtisadi, mədəni sahələrdə inteqrasiyası da əsas təşkil edir. Burada məqsəd xalqın rifahının təhlükəsiz təmin etmə, xarici kapital və investisiyaların, həmçinin yeni texnologiyaların ölkə iqtisadiyyatına daxil olmasıdır. Həmçinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı ilə səmərəli əməkdaşlıqların qurulması da əsas prioritet təşkil edir.
Azərbaycanın xarici siyasət prioritetləri sırasında həmçinin sivil birgə yaşayış normalarının bərqərar olması, eyni zamanda regionda və dünyada sülhü və təhlükəsizliyi təmin edən BMT, ATƏT, NATO kimi beynəlxalq qurumların fəaliyyətinin artırılmasında yaxından iştirak etmək durur. Ayrı-ayrı regionlarda yaşayan azərbaycanlılarının hüquqlarının qorunması və bunun beynəlxalq hüquq normaları ilə təmin olunmasını prioritetlər sırasındadır.
Azərbaycan Respublikası xarici siyasətinin ən önəmli prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Burada əsas olaraq Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq götürülür. Bu məsələ həmçinin Azərbaycanın milli təhlükəsizlik siyasətinə bir başa daxildir.
Hazırda Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq qurumlarla əməkdaşlıq edir, məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyir. Ancaq bu günə qədər bu məqsədə nail olunmayıb.
Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Birliyi, NATO, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi (MDB), Avropa Şurası ilə sıx əməkdaşlıq edir.
Azərbaycan öz enerji siyasətini daha çox qaz faktoru üzərində qurur. Bir neçə ildir ki, «Cənub qaz dəhlizi» ilə əlaqədar həm ciddi müzakirələr aparılır, həm də konkret addımlar atılır. Hələ 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. 2011-ci ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında «Cənub qaz dəhlizi» haqqında birgə bəyannamə imzalanıb. Avropa İttifaqı ilə Azərbaycan arasında işçi qrup yaradılıb.
Hazırda Azərbaycanın xaricdə 64 diplomatik nümayəndəliyi – səfirliklər, beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklər və baş konsulluqlar fəaliyyət göstərir. Bunların 51 səfirlik, 6-sı baş konsulluq, 7-si isə daimi nümayəndəlikdir. Xaricdə çalışan Azərbaycan diplomatlarının ümumi sayı 600-ə yaxındır.
ABŞ Hökumətinin Xarici Siyasəti
Bir millətin xarici siyasəti digər millətlərdən irəli gələn məsələlərlə effektiv məşğul olmaq üçün bir sıra strategiyadır. Ümumiyyətlə, mərkəzi hökumət tərəfindən inkişaf etdirilən və davam etdirilən xarici siyasət, milli məqsəd və məqsədlərə, o cümlədən sülh və iqtisadi sabitliyə nail olmaq üçün ideal şəkildə hazırlanmışdır. Xarici siyasət daxili siyasətin ziddiyyəti hesab olunur, xalqlar öz sərhədləri daxilində olan məsələlərlə məşğul olurlar.
ABŞ-ın əsas xarici siyasəti
Millətin keçmişdə, indiki və gələcəyində əsas məsələ kimi Amerika Birləşmiş Ştatları xarici siyasət federal hökumətin icra və qanunvericilik filiallarının həqiqətən də əməkdaşlıq səyidir.
Dövlət Departamenti ABŞ xarici siyasətinin ümumi inkişafı və nəzarətini aparır. Dünya ölkələrindəki bir çox ABŞ səfirlikləri və missiyaları ilə yanaşı, Dövlət Departamenti xarici siyasət gündəmini “Amerika xalqının və beynəlxalq ictimaiyyətin xeyrinə daha demokratik, təhlükəsiz və firavan dünya qurmaq və saxlamaq üçün” tətbiq etməyə çalışır.
İkinci Dünya Müharibəsi dövrünün sonundan etibarən, digər icra şöbələri və qurumları terrorla mübarizə, kibertəhlükəsizlik, iqlim və ətraf mühit, insan alveri və qadın məsələləri kimi xüsusi xarici siyasət məsələlərini həll etmək üçün Dövlət Departamenti ilə birlikdə işə başlamışdır.
Xarici siyasət narahatlığı
Bundan əlavə, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi xarici siyasətin aşağıdakı sahələrini əhatə edir: “Nüvə texnologiyalarının və nüvə materiallarının yayılmaması da daxil olmaqla ixrac nəzarəti; xarici ölkələrlə ticari qarşılıqlı əlaqələri inkişaf etdirmək və xaricdə Amerika biznesini təmin etmək üçün tədbirlər; beynəlxalq əmtəə razılaşmaları; beynəlxalq təhsil; və xaricdə Amerika vətəndaşı və qaçqın mühafizəsi. “
Birləşmiş Ştatların dünya miqyasında təsiri güclü olmasına baxmayaraq, Çin, Hindistan, Rusiya, Braziliya və Avropa İttifaqının birləşdirilmiş xalqları kimi xalqların rifahı və zənginliyi iqtisadi artım sahəsində azalır.
Bir çox xarici siyasətçi analitik, bu gün ABŞ xarici siyasətində qarşı-qarşıya gələn ən aktual problemlər arasında terrorizm, iqlim dəyişikliyi və nüvə silahına sahib xalqların sayının artması kimi məsələlərə yer verilir.
ABŞ xarici yardım haqqında nə deyirsiniz?
Çox vaxt tənqid və tərifdən qaynaqlanan xarici ölkələrə ABŞ köməyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən idarə olunur.
Dünya miqyasında sabit, davamlı demokratik cəmiyyətlərin inkişaf etdirilməsi və davam etdirilməsinin vacibliyinə cavab verən USAID, gündəlik fərdi şəxsi gəlirləri orta hesabla $ 1.90 və ya daha az olan ölkələrdə aşırı yoxsulluğun sona çatmağı hədəfləyir.
Xarici yardım illik ABŞ federal büdcəsinin 1% -dən azını təşkil edir, lakin təxminən ildə 23 milyard dollar xərcləmə, pulun ABŞ daxili ehtiyaclarına yaxşı xərclənəcəyini iddia edən siyasətçilər tərəfindən tənqid olunur.
Lakin, 1961-ci il Xarici Yardım Yasasının qəbul edilməsini müdafiə edərkən, prezident John F. Kennedy xarici yardımın vacibliyini aşağıdakı kimi xarakterizə etdi: “Bizim öhdəliklərimizdən qaçmağımız yoxdur – ağıllı lider və yaxşı qonşumuz kimi mənəvi öhdəliklərimiz. azad xalqların bir-birinə qarışan birliyi – böyük miqyaslı kasıb insanların dünyasında ən zəngin insanlar kimi iqtisadi öhdəliklərimizdir, artıq xaricdən gələn kreditlərdən asılı olmayan bir ölkə olaraq bir dəfə öz iqtisadiyyatımızı və siyasi öhdəliklərimizi, azadlıq düşmənləri. “
ABŞ xarici siyasətində digər oyunçular
Dövlət Departamenti onu həyata keçirmək üçün əsasən məsuliyyət daşıyarkən, ABŞ prezidentinin məsləhətçiləri və Nazirlər Kabinetinin üzvləri ilə yanaşı ABŞ-ın xarici siyasətinin çoxu inkişaf edir.
Birləşmiş Ştatların Baş Qərargahı Baş Qərargah olaraq bütün ABŞ silahlı qüvvələrinin xarici ölkələrdə yerləşdirilməsi və fəaliyyəti ilə bağlı geniş səlahiyyətləri həyata keçirir. Yalnız Konqres müharibə elan edə bilər, lakin 1973-cü ildəki Müharibə Güclərinin Qərarı və 2001-ci ildə Terroristlərə Qarşı Mübarizə Hərəkatının Qərarı kimi qanunvericiliklə səlahiyyət verilmiş prezidentlər tez-tez ABŞ qoşunlarını müharibə elan etmədən xarici torpaqlarda döyüş etməyə göndərdilər. Aydındır ki, çoxsaylı cəbhələrdə bir çox zəif müəyyənləşdirilmiş düşmənlər tərəfindən eyni vaxtda baş verən terror hücumları təhlükəsi qanunverici prosesdə icazə verilən daha sürətli hərbi cavab tələb edir.
Xarici siyasətdə Konqresin rolu
Konqres də ABŞ xarici siyasətində mühüm rol oynayır. Senat ən çox müqavilələrin və ticarət sazişlərinin yaradılmasına dair məsləhətləşmələr aparır və bütün müqavilələri və üçdə iki səs çoxluğu ilə müqavilələri ləğv etməlidir. Bundan əlavə, iki mühüm konqres komitəsi , Senatın Xarici Əlaqələr Komitəsi və Xarici İşlər üzrə House Komitəsi təsdiq etməlidir və xarici işlər ilə bağlı bütün qanunvericiliyi əlavə edə bilər. Digər konqres komitələri də xarici əlaqələr məsələləri ilə məşğul ola bilər və Konqres ABŞ xarici işlər ilə bağlı xüsusi məsələlər və məsələləri öyrənmək üçün bir çox müvəqqəti komitələr və alt komitələr yaratmışdır. Konqres ABŞ ticarət və xarici ölkələrlə ticarətin tənzimlənməsi üçün əhəmiyyətli gücə sahibdir.
Birləşmiş Ştatların dövlət katibi Birləşmiş Ştatların xarici işlər naziri vəzifəsini tutur və millət diplomatiyasını həyata keçirməkdə məsuliyyət daşıyır. Eyni zamanda ABŞ dövlət katibi təxminən 300 ABŞ səfirliklərinin, konsulluqlarının və diplomatik nümayəndəliklərinin əməliyyatları və təhlükəsizliyi üçün dünyada məsuliyyət daşıyır.
Həm dövlət katibi, həm də bütün ABŞ səfirləri prezident tərəfindən təyin olunur və Senat tərəfindən təsdiqlənməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.