Eduard Məmmədovun tələbəsi koronavirusa yoluxmuş xəstələrə qulluq edirmiş: “Könüllü işləyirəm” – FOTO/VİDEO
Nərmin Ağayeva hazırda koronavirusa yoluxan ağır xəstələrlə məşğul olduğunu bildirib. Kikboksçu xanım tibb bacısı kimi son durumu da bizə çatdırıb:
Xəstələrə ümumi qulluq
Aztibb.az qızdırmanın bütün dövrlərində xəstələrə düzgün qulluq etməklə bağlı həkim tövsiyəsini təqdim edir.
Qızdırmanın birinci mərhələsində xəstə titrədir, bütün bədəni sızıldayır, başı ağrıyır, dodaqları göyərir. Xəstəyə rahatlıq yaratmaq, yerinə uzatmaq, üstünü qalın örtmək, ayaqlarına isitqac qoymaq, tünd şirin çay vermək, qapı-pəncərəni örtmək və xəstənin fizioloji funksiyalarına fikir vermək lazımdır.
Yüksək temperaturda mərkəzi sinir sistemi həddindən artıq oyanıq olduğu üçün xəstəni tək qoymaq qorxuludur.O yerindən dik qalxıb özünü pəncərədən ata bilər və.s
Temperatur nə qədər yüksək olsa və nə qədər çox qalxıb ensə, xəstə bir o qədər çox zəifləyir. Orqanizmin müqavimətini artırmaq və onun itirdiyini doldurmaq üçün xəstəyə duru və yarımduru, yüksək kalorili və tez həzm olunan yeməklər verilir.
İştahası azaldığı üçün xəstəni sütkada 5-6 dəfə az-az yedizdirmək lazımdır. Qızdırma zamanı qana toksik məhsullar sorulur, bunları bədəndən çıxarmaq üçün xəstələrə çoxlu meyvə və giləmeyvə şirəsi, mors, mineral su vermək lazımdır.
Mineral su şüşəsinin ağzını bir müddət açıq qoymaq lazımdır ki, qazlar çıxsın və xəstədə meteroizm əmələ gəlməsin.
Xəstələrin ağzı quruyur, dodaqları çatlayır. Buna görə də tibb bacısı xəstənin ağız boşluğunu tez-tez zəif natrium-hidrokarbonat (soda) məhlulu ilə silməli və dodaqlarına hər hansı yağ sürtməlidir, şiddətli baş ağrısında xəstənin başına buz qoyur və buz əridikdə dəyişirlər.
Temperatur birdən birə düşə bilər bunun nəticəsindədə damarların tonusu zəifləyir arterial təyziq düşür nəbz sapvari olur. Temperatur bu cür düşdükdə xəstə çox zəifləyir və tərləyir. Ətrafları soyuyur dodaqları göyərir, dərini yapışqan soyuq tər basır. Bu hala böhran halı deyilir və təcili tədbir görmək lazımdır. Dəri altina arterila təzyiqi qaldıran dərmanlar: mazton, kofein, adrenalin vurulur.
Xəstənin dörd bir tərəfinə isitqac qoyulu, tünd ilıq çay və ya qəhvə içirdirlər. Çox tərlədikdə qurulayır, alt paltarını, lazım gəldikdə yataq ağlarını dəyişirlər. Temperatur düşdükdən sonra xəstə yuxuya gedir.
Eduard Məmmədovun tələbəsi koronavirusa yoluxmuş xəstələrə qulluq edirmiş: “Könüllü işləyirəm” – FOTO/VİDEO
“Reabilitasiya şöbəsində aparıcı tibb bacısıyam. Üç növbəyə – səhər, günorta və axşam növbəsinə bölünmüşük. Hər növbədə bir həkim və iki tibb bacısı olur. Mən virusa yoluxmuş ağır xəstələrlə əlaqədə oluram”.
Bunu Oxu.Az-a tanınmış kikboksçumuz Eduard Məmmədovun tibb işçisi kimi fəaliyyət göstərən tələbəsi Nərmin Ağayeva deyib.
32 yaşlı N.Ağayeva özü barədə söhbətə başlayaraq bildirib ki, idmandan əvvəl tibb bacısı kimi fəaliyyət göstərib:
“Orta məktəbi bitirdikdən sonra tibb kollecinə daxil oldum. Bu səbəbdən karantindən əvvəl də bir neçə klinikada tibb bacısı kimi işləmişəm. Hazırda tibb bacısı kimi könüllü olaraq koronavirusa yoluxmuş xəstələrə qulluq edirəm.
Amma tibb bacısı fəaliyyətimdən başqa, 2017-ci ildən idmanla da məşğul olmuşam. Elə kikboksinqdən başlamışam. 2018-ci ildən Eduard Məmmədovun “Ağ Canavar” klubunda məşq edirəm.
Mənim ən böyük uğurum ötən il 56 kq çəki dərəcəsində Azərbaycan çempionu adını qazanmağımdır. Ötən il isə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Dünya Kubokunda dördüncü yeri tutmuşam. Arzum dünya çempionu olmaqdır”.
Nərmin Ağayeva hazırda koronavirusa yoluxan ağır xəstələrlə məşğul olduğunu bildirib. Kikboksçu xanım tibb bacısı kimi son durumu da bizə çatdırıb:
“Vəzifələrimizə xəstələrə dərman verilməsi, sistem qoyulması, iynə vurulması və s. daxildir. Yoluxanlardan sağalıb evə gedənləri olub. Şükürlər olsun ki, hələ bizim mərkəzdə koronavirusdan dünyasını dəyişən olmayıb. İndiyədək 100-dən artıq xəstə qəbul etmişik. Bunlardan təxminən 80 nəfəri sağalaraq evə buraxılıb. Reanimasiyada 15 nəfərdən artıq xəstəmiz olub. Bəziləri sağalıb, bəziləri də palatalara köçürülüb. Hazırda reanimasiyada cəmi iki xəstəmiz var.
Şükür olsun ki, bizim mərkəzin reabilitasiya şöbəsində xidmət göstərən tibb bacılarından virusa yoluxan olmayıb. Amma bilirəm ki, digər xəstəxanada tibb bacılarından bir neçəsi virusa yoluxduğu üçün izolyasiya edilib. Təhlükəsizlik təchizatımız çox yaxşıdır. Tibb bacısının özündən də çox şey asılıdır.
Eynək və əlcəkləri çıxarmaq olmaz. Səkkiz saat boyunca xüsusi geyimlərdə işləyirik. İlk əvvəl buna dözmək çox çətindir. Çünki taxdığımız eynəklər nəfəsimizdən buxarlanır deyə, görmək çətinləşir. Üstəlik, səkkiz saat bu formada qaldıqda bədənin tər-su içində olur. Amma insan elə bir varlıqdır ki, hər cür şəraitə öyrəşir. Biz də buna öyrəşməyə başladıq. Halbuki, elə insan tanıyıram ki, bundan bezərək tibb prosesindən uzaqlaşıb. Bizim komandada belə bir hal olmayıb”.
“Bizim kimi tibb işçiləri iş günü bitdikdən sonra dövlət tərəfindən ayrılan hoteldə qalır, evə getmirik. Hotel rəhbərliyi idmançı olduğumu bildiyindən, mənə xüsusi şərait yaradıb. Həyətdə “qruşa” quraşdırılıb, elə burada məşq edirəm”, – deyə Nərmin Ağayev sözlərini yekunlaşdırıb.
Comments are closed, but trackbacks and pingbacks are open.