Yemişən bitkisi məlumat
– Qıcolma və iflic
– Sidik saxlaya bilməmək
– Podaqra
– Bədəndən duzların qovulması
– Radikulit
– Sonsuzluq
Əgər hələ də bağında bu bitki yetişirsə, ölməyə haqqın yoxdur – Qədim dərman bitkisi
Orta əsrlərin əsas tibbi traktatı olan “Sopernskiy sağlamlıq kodeksində” belə bir fikir yazılıb:
“Əgər bağda sürfə yetişirsə, nəyə görə insan ölməlidir?”
Sürvə bizim bildiyimiz şalfeydir.
Orta əsrlərdə loğmanların, daha sonra həkimlərin ən çox istifadə etdiyi dərman bitkisinə çevrildi.
Təəssüf ki, sürvə bizim yadımıza diş-boğaz qarqarası üçün düşür. Halbuki onun ölümdən başqa çox dərdə dərman olduğu məlumdur.
Milli.Az medicina.az-a istinadən şalfeyin bilmədiyiniz təsirlərini təqdim edir:
– Qastrit, mədə yaraları
– Bağırsaq koliti
– Bronxit
– Qaraciyər
– Böyrək xəstəlikləri
– Qıcolma və iflic
– Sidik saxlaya bilməmək
– Podaqra
– Bədəndən duzların qovulması
– Radikulit
– Sonsuzluq
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Dərman bitkiləri
Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız öz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və bugünkü elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxt xalq təbabətinə – türkəçarəyə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf edir. Qeyd etmək lazımdır ki, bitkilərdən hazırlanan dərmanlar heç vaxt fəsad törətmir. Bitkilərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan müxtəlif xəstəliklər zamanı istifadə edilməsi barədə məlumat veririk.
İtburnu. Bu bitkiyə dərgil də deyirlər. Respublikamızın ərazisində geniş yayılıb. Tibb elmləri doktoru, əməkdar elm xadimi Dursun Hüseynov bu bitki barədə yazır ki, onun tərkibi vitaminlərlə, şəkərlərlə, mikroelementlərlə olduqca zəngindir. Bitki aləmində yayılmış vitaminlərin hamısı, xüsusilə S vitamini (oskorbin turşusu) dərgilin tərkibində lap çoxdur. Odur ki , onu “təbii vitamin” kompleksi adlandırırlar. Elə tərkibində olan qiymətli maddələrin zənginliyinə və bir sıra müalicəvi xüsusiyyətlərinə görə ondan xalq təbabətində geniş istifadə olunur. Belə ki, onun meyvələrinin çayından, şirəsindən qara ciyər və böyrək xəstəliklərinin müalicəsində istifadə edilir. Bu bitkidən elmi təbabətdə də istifadə olunur. Elmi təbabətdə itburnu bitkisinin mayasından xolosas adlı preparat hazırlanır. Bu preparat ödqovucu xassəyə malikdir. Həmin preparat avitaminoz xəstəliyi zamanı da işlədilir.
Moruq. Ölkəmizin ərazisində geniş yayılıb. Əsasən 15 növü bitir. Moruğun kimyəvi tərkibi növündən, becərmə şəraitindən asılı olaraq müxtəlifdir. Meyvələrinin tərkibində S, V, E vitamini, karotin, şəkərlər, üzvü turşular, efir yağları və bir sıra aktiv maddələr vardır. Ona görə də böyük müalicəvi xüsusiyyətə malikdir. Bu baxımdan da xalq təbabətində ondan geniş istifadə ediblər. Soyuqdəymə zamanı əmələ gələn xəstəliklərdə onun qurudulmuş meyvələrinin çayından, eləcə də moruğun mürəbbəsindən istifadə olunur. Çünki onun tərkibi insan orqanizminə lazım olan maddələrlə zəngindir.
Qarğıdalı. Ölkəmizin ərazisində geniş yayılmış bu bitkinin özünəməxsus xüsusiyyətləri var. Olduqca faydalıdır. Böyrək və qara ciyər xəstəlikləri zamanı ondan istifadə edirlər. Belə ki, həmin xəstəliklərə mübtəla olduqda bitkinin saçaqlarını çay kimi dəmləyib gündə bir neçə dəfə içmək məsləhətdir. Saçaqlarının tərkibində efir yağı, saponinlər, K vitamini və sair maddələr var. Qarğıdalı saçağından hazırlanmış dərmanlar elmi təbabətdə də işlədilir. Belə ki, onun saçaqlarından duru ekstrakt hazırlanır və ondan qan kəsici dərman kimi istifadə olunur.
Göy noxud. Azərbaycanda iki növü yayılıb. Bu bitkinin zoğu, yarpaqlarının yaşıl hissəsi, toxumları müalicəvi əhəmiyyətli maddələrlə zəngindir. Əczaçılıq elmləri doktoru, professor İsrafil Dəmirov qeyd edir ki, xalq təbabətində onun toxumlarını qurudulmuş buğda dənəsi, qoz ləpəsi, azca qara istiot, hil, zəncəfil və sarıköklə bir yerdə həvəngdəstədə əzir, sonra üzərinə bal əlavə edirlər. Alınan maddə bir gün həmin vəziyyətdə saxlanılır. Sonra isə qarışıqdan çay qaşığı ilə gündə üç dəfə revmatizm xəstəliyinə tutulanlara yedizdirirlər.
Noxuddan qadın xəstəliklərində iltihaba qarşı istifadə edilir. Bunun üçün onu odda qovururlar. Sonra həvəngdəstədə əzirlər. Alınan maddənin üzərinə qara istiot və hil tozu töküb qarışdırırlar. Bundan sonra həmin maddəyə ətçəkən maşından keçirilmiş kişmiş əlavə edir, təzədən qarışdırıb kütlə halına salırlar. Alınmış kütlədən həb hazırlayırlar. Həmin həblər elə noxud boyda olur.
Xalq təbabətində qüvvətverici, əsəb sisteminin tonusunu artırıcı vasitə kimi də işlədilir. Bunun üçün noxud ununun balla hazırlanmış halvasından istifadə edilir. Ona noxud halvası da deyilir. Göy noxudun zoğlarından alınan şirədən zədələnmələrdə qankəsici kimi də istifadə olunur.
Yemişan. Ürək xəstəliklərində, qan təzyiqi yüksək olduqda, başağrıları zamanı köməyə gəlir. Bunun üçün yemişanın yetişmiş meyvələrini 5-10 dəqiqə ərzində qızdırın. İsti-isti, 1:0,5 nisbətində şəkərlə yaxşı qarışdırıb əzin. Alınmış qarışığı bir qaba tökərək ağzını kip bağlayıb sərin yerdə saxlayın. Alınan püreni yeməkdən əvvəl gündə 2 dəfə çay qaşığı miqdarında qəbul edin.
Sürməli paxla. Xroniki hala keçmiş qripi (qaymarit) müalicə etmək üçün 0,5 kiloqram paxlanı sirkəyə töküb isladın. İki gündən sonra hər gün həmin paxlanın 100 qramını dəmirin üstündə yandırın, ağız və burnunuzu tüstüsünə verin. Bu zaman başınızı şalla örtün. Bu qaydanı ən azı 5-6 gün təkrar etmək lazımdır.
Gicitkən. Bədən oynaqlarında duz olarsa, onun kötüyünü çıxarıb təmizləyin. Sonra qayçı ilə doğrayıb çaynikdə qaynadın. Yeməkdən əvvəl gündə üç dəfə (hər dəfə də 100 qram) için. Oynaqlarda duz çox olarsa, fasilə ilə bunu altı ay davam etdirmək olar.Qarın ağrısı (ishal) zamanı isə onun yarpağından istifadə edilir. Bunun üçün gicitkənin təzə pöhrələnmiş yarpaqlarını yığıb çay kimi dəmləyin və gündə 3-4 stəkan için.
Soğan. Qrip epidemiyası zamanı gündə bir neçə dəfə soğan yemək məsləhətdir. Zökəm və yuxarı tənəffüs yollarının xəstəliyi zamanı soğanı sürtgəcdən keçirib üstünə qaynar su tökün. 5 dəqiqə müddətində onun buxarı ilə nəfəs alın. Bunu gündə 3-4 dəfə təkrar edin.
Soğanın qurdqovucu, bəlğəmgətirici təsiri də var. Bu məqsədlə soğanı sürtgəcdən keçirib balla (yarıbayarı) qarışdırın və gündə 4-5 dəfə bir çay qaşığı qəbul edin.
Zəfəran-qiymətli dərman bitkisidir. İnsanlara qədim zamanlardan məlumdur. Dünyanın çox az yerində bitir. Abşeronda bitən zəfəran düzgün qaydada yetişdirilsə, dünyada tayı-bərabəri olmayan Avstriya zəfəranının şöhrətinə şərik çıxar.
Vaxtilə xalq təbabətində qıcolmaya, göz ağrısına, göy öskürəyə tutulanları onunla sağaldıblar. Məşhur yunan həkimi Hippokrat da müalicə məqsədi ilə ondan istifadə edib. Zəfəran soyuqdəyməyə qarşı əlac olaraq işlədilir. İnsanın eşitmə, görmə qabiliyyətini artırır, maddələr mübadiləsinin gedişini normal hala salır.
Zəfəran mədə-bağırsaq xəstəliyində iltihabı aradan qaldırır, böyrəklərdə baş verən çürümənin qarşısını alır. Gözə kənar bir element düşəndə, yaxud iltihab baş verəndə zəfəran suyu ilə yumaq yaxşı nəticə verir.
ÜZƏRLİK. Hindistanda bu bitkiyə min bir dərdin dərmanı adı veriblər. Ölkəmizdə də onu yüksək qiymətləndirirlər. Barəsində “Üzərliksən havasan, min dərdə dəvasan” və s. kimi mahnılar qoşublar.
Dünya xalqları qədimdən üzərlikdən dərman kimi istifadə ediblər. Üzərliyin toxumlarından hazırlanan preparatlar zəif görmənin və suçiçəyi xəstəliyinin qarşısını alır. Təbiblər ondan hazırlanan dərmanlarla kəskin əsəb xəstəliklərini müalicə ediblər. Böyük təbib və alim İbn-Sina üzərliyi sidikqovucu, soyuqdəyməni və yorğunluğu aradan qaldıran dərman bitkisi kimi təbliğ edirdi.
Vaxtilə bəzi yerlərdə üzərliyin cövhərini balla qarışdırıb məlhəm hazırlayıblar. Bu məlhəm iflic olanların, oturaq sinirləri, həzm orqanları xəstələnənlərin dadına çatıbdır.
Xalq təbabətində üzərliyin kök hissəsindən məlhəm hazırlayır, onu qoyun piyinə qatırlar. Birinin bir yeri yaralanıb zədələnəndə həmin dərmanla yaranı sarıyırlar. Üzərlikdən qurdqovucu, iştah gətirici dərman kimi də istifadə edirlər.
Üzərliyin tüstüsündən iflic, toxumundan hazırlanan dərmanlardan sinir, yarpaqlarından yaman şişləri, toxumlarından isə (kənaf toxumuyla qarışdırıb) yel, astma, təngnəfəslik və digər xəstəliklərin müalicəsində iştifadə edirlər.
QARABAĞ DAĞ LALƏSİ. Ölkəmizdə dağ laləsinin yabanı halda 7 növünə rast gəlinir. Əczaçılıq elmləri doktoru, professor İsrafil Dəmirovun qeyd etdiyinə görə, bunların içərisində dərman bitkisi kimi Qarabağ dağ laləsindən istifadə edilir.
Respublikamızın ərazisində yayılan dağ laləsi kimyəvi cəhətdən az öyrənilib. Son vaxtlar mütəxəssislər onu analizdən keçirmişlər. Məlum olmuşdur ki, onun soğanaqlarında bir neçə alkaloid var. Bunlar ürək ağrılarına sakitləşdirici təsir göstərir. Onun soğanaqlarından preparatlar hazırlanır. Həmin preparatlar ürək əzələsinə tənzimedici, mərkəzi əsəb sisteminə sakitləşdirici təsir göstərir.
TƏRXUN. Ölkəmizdə geniş yayılmışdır. Çoxillik ədviyyəli bitkidir. Hələ qədimlərdə bir sıra xəstəliklərin müalicəsində ondan istifadə ediblər. Həkimlər onu yel xəstəliyi olanlara məsləhət görüblər, eyni zamanda, onun iştah artırma, həzm prosesini yaxşılaşdırma xüsusiyyətlərinə malik oduğunu bildiriblər. Köklərindən alınan ekstrat əsəb xəstəliyinin müalicəsində işlədilir. Tərxundan ürəkgetmə və sancı zamanı xüsusilə istifadə edirlər. Xalq təbabətində bədən boşluqlarına su yığılmasında, dişin skorbut xəstəliyinin müalicəsində ona müraciət ediblər.
Tərxundan xroniki mədə iltihabı (qastrit) və vitaminoz xəstəliklərinin müalicəsində istifadə olunur. Ondan alınan ekstrat mədə şirəsi ifrazının pozulması ilə əlaqədar olan hipoqastrit xəstəliyinin müalicəsində istifadə edilir. Bunun üçün yeməkdən 15-20 dəqiqə əvvəl 1-2 xörək qaşığı tərxun ekstratı qəbul edilməlidir. Bu, mədə şirəsinin turşuluğunu normal hala salır.
Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV
- Teqlər:
- dərman bitkiləri
- , fitoterapiya
Comments are closed, but trackbacks and pingbacks are open.