Press "Enter" to skip to content

Dərsliklər/Azərbaycan dilində dərsliklərin tarixi/XIX əsrdə ana dili dərslikləri

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Azərbaycan dili dərslik yukle

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Talış dili: IV sinif üçün dərslik

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Dərsliklər/Azərbaycan dilində dərsliklərin tarixi/XIX əsrdə ana dili dərslikləri

XIX əsrin ortalarına doğru Azərbaycan dilinin tədrisi sahəsində elmi-pedaqoji tələblərə müvafiq yeni dərsliklər meydana gəldi. Bu dərsliklər içərisində Kazan Universitetinin professoru Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” (1839), Tiflis gimnaziyasının Azərbaycan və fars dili müəllimi L.R.Budaqovun “Türk-tatar dilinin əlifbası” (1844), Tiflis gimnaziyasının müəllimləri Mirzə Şəfi Vazeh və İ.Qriqoryevin “Kitabi-türki” (1855) adlı dərslikləri xüsusi yer tuturdu. XIX əsrdə Azərbaycanda və bütövlükdə Zaqafqaziyadakı dövlət məktəblərində təhsil alan məktəblilərin bütöv bir nəsli həmin kitablardan Azərbaycan dilini öyrənmişlər. Bu ənənəsonralar Süleyman bəy Vəlibəyovun “üsuli-cədidi-lisani-fars” və Mahmud bəy Mahmudbəyovun səs üsulu ilə yazılan “Yeni əlifba” kitabı ilə davam etdirilmiş, dərsliklər Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Əfəndizadə, Hacı Kərim Sanılı, Əhməd Seyidov kimi müəllim-metodistlər tərəfindən daha da təkmilləşdirilmişdir.

Dərslik yaradıcılığı tarixində Firudin bəy Köçərli (“Vətən dili”), Rəşid bəy Əfəndiyev (“Uşaq bağçası”), Seyid Əzim Şirvani (“Məcmuəyi-asari-Hacı Seyid Əzim Şirvani”) kimi ədiblərimiz xüsusi fəaliyyət göstərmiş, Azərbaycan dilinin öyrənilməsinə xidmət edən mükəmməl dərsliklər yarada bilmişlər. Ana dili dərsliklərinin hazırlığı sahəsində yaranmış təcrübə sovet dövrünə qədər inkişaf etdirilərək müasir dərsliklərin təməli kimi qiymətli mənbə olmuşdur.

XIX əsrin sonu və XX əsrin əvvəllərində yeni fəaliyyətə başlayan məktəblərdə uşaqların hansı dərsliklərlə təhsil alması dövrün maarifçilərini həmişə düşündürmüş və mühüm problemlərdən biri olmuşdur. Azərbaycanın görkəmli maarifpərvərləri Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Məmməd Tağı Sidqi, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Mahmud bəy Mahmudbəyov, Cəlil əmmədquluzadə, Nəriman Nərimanov, Abbas Səhhət və başqaları məktəblərdə keyfiyyətli dərsliklərin olmasını tələb edirdilər. Həsən bəy Zərdabi yazırdı: “Uşaqların yaşlarına və bilik səviyyəsinə uyğun olan dərs kitabı yoxdur. Uşaqlar şairlərin kitablarını oxuyurlar. Bunlar ana dili təliminə yaramır. Ona görə dərs kitabları yaratmaq lazımdır. Heç olmazsa, başqa xalqlarda mövcud olan dərs kitablarından istifadə və tərcümə etməklə onları hazırlayaq”.

Beləliklə, XIX əsrdə ana dili dərsliklərinin tərtibi tarixini iki mərhələyə bölmək olar. I mərhələ XIX əsrin 80-ci illərini əhatə edir. Azərbaycanda və Zaqafqaziyanın bir sıra şəhərlərində təsis edilən dövlət məktəblərində Azərbaycan dilinin müstəqil fənn kimi tədris edilməsi, bu dilin bütün Qafqazda böyük rol oynaması ana dilində ilk dərsliklərin və vəsaitlərin (əlifba, oxu kitabı, sərf-nəhv və sair) meydana gəlməsinə əlverişli şərait yaradırdı. II mərhələdə, yəni XIX əsrin sonlarında K.D.Uşinskinin “Vətən dili” dərsliyi Azərbaycan dilində eyniadlı dərsliyin meydana gəlməsinə əhəmiyyətli təsir göstərmişdi. Bu sahədə İrəvan qəza məktəbinin Azərbaycan dili müəllimi Məmməd Elxanov ilk təşəbbüs göstərərək “Vətən dili” adlı dərslik yazmış, lakin həmin əsər çap olunmamışdır. Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin müdiri Aleksandr Osipoviç çernyayevskinin “Əlifba” kitabı isə çox mühüm bir hadisə idi. “Kəşkül” qəzeti Aleksey Osipoviç çernyayevskinin “Vətən dili” kitabına yüksək qiymət verir və qeyd edirdi ki, çernyayevski nəinki bizim çoxdan arzu etdiyimiz ana dilində dərs kitabı yaratmış, o, həm də ana dilində dərs deyən müəllimlər üçün dərsliklərin yenidən tərtibi məsələləri ilə ciddi məşğul olmuşdur.

Aleksey Osipoviç çernyayevskinin “Vətən dili” dərsliyi sövti üsul əsasında azərbaycanlılar üçün nəşr edilmiş ilk Azərbaycan dili dərsliyi idi. “Vətən dili” özündən sonra yazılan əlifba və ilk oxu kitabları üçün örnək olmuş, Azərbaycan ziyalılarının böyük bir nəsli bu dərslik üzrə savada yiyələnmişdir. Firudin bəy Köçərli onun “Vətən dili” dərsliyi ilə əlaqədar yazırdı: “Bizim əqidəmizə görə, Uşinskinin “Rodnoye slovo” (“Ana dili”) dərsliyi rus məktəbləri üçün hansı əhəmiyyətə malikdirsə, çernyayevskinin “Vətən dili” dərsliyi də azərbaycanlılar üçün elə bir əhəmiyyətə malikdir.

Похожие статьи

  • Azərbaycan dili dim haciyev

    Azərbaycan dili və əlifbası Türk adını qədim dövrlərdən yaşadıb gətirən Turukki tay-fası olmuşdur. Turukkilər çox güclü birlik yaratmış və öz…

  • Azərbaycan dili qayda kitabı

    Güvən nəşriyyat Azərbaycan dili qayda kitabı İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir: Azerbaycan Danışıq Dili – f.m.Ağayeva – baki -1987…

  • Azərbaycan dili toplu 2 hisse suallar

    G. Ahmedzade ♫ ♩ ♬ Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni sözlər, yaxud neologizmlər adlanır….

  • Azərbaycan dili tarixi

    Azərbaycan dili/Giriş Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII…

  • Azərbaycan dili qaydalar

    Azərbaycan dili qaydalar 2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Füyuzat” və…

Comments are closed, but trackbacks and pingbacks are open.