Press "Enter" to skip to content

Haqverdiyevin Pəri Cadu dramında demonik obrazlar sistemi: semantika və funksiya – Pərvanə Bəkirqızı yazır

Həm alış-veriş elə, həm də dünyadan ləzzət apar. Əgər xahiş etsən, əvvəl

Текст книги “Seçilmiş əsərləri”

Hacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sonra, xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti-quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi.

Hacı Xəlili böht aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı.

Hacının mollası və yoldaşları bir-bir onun gözünün qabağından keçirdilər. Budur, Mirzə Nəsib iranlı qoca kişi yuxarı başdan əyləşib, qabağında bir dəstə çubuq, gözlərində eynək, uşaqlara məşq başı yazmağa məşğuldur və uşaqlar divarın dibində cərgə ilə düzülüb oturublar. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır və kimisi yoldaşlarının papaqlarından yun qopardıb manqala salır ki, bəlkə gün çıxa. Amma Xəlil özü bir küncdə əyləşib, əlində çərəkəsi, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ələlxüsus yadına gəlir Quranı çıxdığı gün ki, atası ona bir dəst təzə libas tikdirib dedi: “Bala, Allahdan arzu edirdim sənin qazancından bir çörək yeyib ondan sonra öləydim”. Atasının bu sözləri Xəlilin ürəyində bir nisgil olub, ölənədək qalmışdı: çünki atası onun qazancını görməyib, onu bir balaca bacı ilə ana əlində yetim qoyub Allahın rəhmətinə getdi.

Biçarə Xəlil on beş yaşında yetim qalıb, bir xırda savadla məktəbi tərk edib anasına və bacısına çörək qazanmaq fikrinə düşdü.

Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və iyirmi iki manat kağız pul qalmışdı. Bir neçə gün binəva uşaq çalışıb vuruşdu, amma heç yerdə özünə qulluq tapa bilmədi, axır anası görüb ki, kişidən qalan pulun çox yarısı xərclənib və halət bu günə keçsə, pulun qalanı da qurtarsa, elə acından öləsidir. Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: “Xanım, bu uşaq axundun dəstpərvərdəsidir. Necə il buna dərs verib, savad sahibi eləyib, indi də axundun özünə məlumdur ki, bunun atası ölüb, heç bir şey də özündən sonra qoymayıb. Bir külfət gözünü dikib bir balaca yetimə. Bu bir cüt corabı qoy axundun qabağına, mənim dilimcə ona yalvar, degilən Allah xatirinə indiyədək bu uşağa ata olub, indi buna rəhm edib bunu bir yerə nökərçiliyə də olsa versin ki, bəlkə ayda beş-altı manat məvacib alıb onunla özünü və yetim bacısını saxlasın”.

Anasının bu sözləri heç Hacı Xəlilin yadından çıxmazdı, tez-tez bu sözləri övrətinə və aşnalarına deyərdi və həmişə də Mirzə Nəsibə rəhmət oxuyardı və deyərdi ki: “Mənim bir parça çörəyimin səbəbi o mərhum olub”.

Mirzə Nəsib, Xəlilin anasının danışığını o biri otaqdan eşidirdi, qoca mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Hövlnak yerindən qalxıb övrətin otağına keçdi. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Mirzə Nəsib corabı qəbul etməyib, Xəlilin anasını xatircəm edib yola saldı və Xəlili özü ilə götürüb öz dostu Ağa Hüseyn xüşkəbarfüruşun yanına apardı.

Ağa Hüseyn bir dövlətmənd şəxs idi. İranla böyük xüşkəbər alış-verişi edirdi. Amma bisavad olmağına görə həmişə bir yazı bilən adama möhtac idi. Mirzə Nəsib o qədri ki bacarırdı Xəlili Ağa Hüseynə tərif edib təvəqqe etdi ki, onu öz yanında saxlasın. Ağa Hüseyn öz dostunun təvəqqeini qəbul edib ayda altı manat məvacibə Xəlili dükanda qulluq etməyə qəbul etdi. Hətta ona çörək və ildə də bir libas verməyi həm boynuna götürdü.

Xəlil şadlığından bilmədi ki, nə tövr gəldi evə çıxdı. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi və bu hiss onun üçün bir mayeyi-iftixar olmuşdu. Altı manat o vədə böyük pul idi: ətin beş girvənkəsi bir abbasıya, yağın pudunu üç manata verirdilər və Hacı Xəlilin yadındadır ki, altı manatla onun anası və bacısı mürəffəülhal dolanırdılar.

Xəlil başladı Ağa Hüseynə qulluq etməyə və əvvəl gündən ixlas, çapıqlıq və doğruluq göstərdi və bunun bu sifətləri Ağa Hüseynin məhəbbətini gün-gündən ona artırdı. Hər bir vaxt Mirzə Nəsibi görəndə Ağa Hüseyn rizaməndlik edib deyirdi ki: mən əlli ildir alış-veriş edirəm, bu cür qoçaq oğlan görməmişəm.

Bir il qulluq edəndən sonra Ağa Hüseyn Xəlilin məvacibini on manat etdi. Xəlil ağasının qulluğa qədr və qiymət qoymağını görüb, bir az da ixlas və iradətini ona artırdı.

Dörd il bu növlə Xəlil Ağa Hüseynə qulluq etdi və bu dörd ilin müddətində məvacibi otuz manata yetişmişdi. Bu məvacibə Xəlil nəinki ağayana dolanırdı, hətta bir-iki yüz manatadək də pul cəm edib Ağa Hüseynə tapşırığa vermişdi və Ağa Hüseyn hər mal alanda Xəlilin puluna əlahiddə mal alıb satıb mənfəətini onun pulunun üstünə qoyurdu.

Bir gün Xəlil anasına xəbər gətirdi ki, bəs Ağa Hüseyn istəyir bunu özü ilə İran səfərinə aparsın və iki gündən sonra yola düşəsidilər.

Bu xəbər anasına və bacısına nə tövr təsir elədi, heç Hacı Xəlilin yadından çıxmaz idi. İki gün balasını gözündən qoymayan ana və qardaşından ayrılmaq istəməyən bacı xəlvətdə ağlayırdılar, amma Xəlilin yanında toxtaqlıq göstərib ona tədarük görürdülər.

Səfər günü Xəlil əmisi kəlləpəz İmanı gətirib evlərində həyan qoyub anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Biçarə övrət Quran götürüb əziz oğlunu Quranın altından keçirib dalınca bir qab su atıb ağlaya-ağlaya mənzilə qayıtdı.

Xəlil Ağa Hüseynlə bahəm varid oldular İran torpağına. Ağa Hüseyn cəmi xüşbərə mərkəzlərini və alış-veriş yollarını ona göstərdi və axırda üzün ona tutub dedi:

– Bala, mən səni buraya özüm üçün kömək gətirmişəm. Mən, budur, neçə ildir İrana səfər edirəm. Heç bir səfərdə köməyə ehtiyacım olmayıb, ancaq çünki sən həmişə qulluqçuluq etməyib axırda özün üçün bir alış-veriş etmək fikrinə düşəcəksən, ona görə mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini sənə öyrədim.

Xəlil, Ağa Hüseynin bu sözlərinə bilmədi nə tövr rizaməndlik etsin. İrana əvvəl viruddan Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağa Hüseyni təəccübə gətirdi. Ağa Hüseyn öz dəstpərvərdəsinin bu qabiliyyətini görüb, artıq xoşhal olub fəxr edirdi.

Lazım olan qədər xüşkəbər alıb ulaqlara yükləyib yola saldılar.

Xəlil Ağa Hüseyndən soruşdu ki, nə üçün ulaqları kirayəsinə tutursan?

Ağa Hüseyn soruşdu ki, bəs necə olsun? Dedi:

– Yaxşı olar ki, ulaqları da pulla alaq, tainki vətəndə həm xüşkəbəri, həm də ulaqları qazancına sataq.

Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir az böhtə gedib dedi:

– Bala, bu maddə ki səndə var, inşallah gələcəkdə çox böyük sövdəgər olarsan. Gələn il dəxi mən gəlməyib səni İrana tək alış-verişə göndərəcəyəm.

O il Ağa Hüseyn çox böyük nəf elədi və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi.

İkinci il Ağa Hüseyn Xəlilin əlinə böyük məbləğ verib, tək İrana göndərdi və bu səfərdə Xəlil yenə artıq diqqət və qabiliyyət göstərib, güclü mal alıb qayıtdı və o il Ağa Hüseynin nəfi keçən ildən artıq oldu.

Xəlilin bu zəhmətinə görə Ağa Hüseyn o ilin mənfəətinin yarısını ona bağışladı. Bu ildən də sonra yenə Xəlil üç dəfə İran səfərinə gedib, hər dəfə baqaidə xeyir edib qayıtdı.

Bir gün Ağa Hüseyn Xəlili çağırıb dedi:

– Oğul, budur, neçə ildir mənim yanımda qulluq edirsən və mən də bu müddətdə sənin mənə aybaay verdiyin pullarla sənin üçün alış-veriş etmişəm. Bu gecə hesaba baxıb görürəm ki, sənin məndə səkkiz min manata qədər pulun var. Bu pulla sən özün üçün məxsus bir alışveriş aça bilərsən. Özün də qabil oğlansan; demək olar ki, anadan dünyaya tacir gəlibsən. Mənim borcumdur sənə təklif edim, istəsən mənim yanımda qalarsan, ya ayrı iş başlamaq xahiş edərsən.

Xəlil cavab verdi ki, əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə ona əmi deyirdi), o yaxşılıq ki indiyə qədər mənim haqqımda edibsən, məni sənə həmişəlik qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe edirəm ki, məni özünə öz puluma görə şərik edəsən, ta yenə bir yerdə ticarət edək.

Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi:

– Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək. Başqa adam səkkiz min adı eşitsə idi o saat azıb yolundan çıxardı.

Haman il Xəlil bacısını ərə verib, özü də evlənmək fikrinə düşdü. Fikrini anasına izhar etdi və anası gedib Mirzə Nəsibin nəvəsini ona istəyib aldı (haman o qızı ki, bu saat Hacı Xəlilin yanında oturub ağlayır). Mirzə Nəsib vəfat etmişdi və külfəti həmişə Ağa Hüseyndən və Xəlildən ianə alıb dolanırdı. Xəlilin toy xərcini Ağa Hüseyn öz öhdəsinə götürüb əlavə yaxşı peşkəşlər özünə və övrətinə verdi.

Bundan sonra yeddi il Xəlil və Ağa Hüseyn bir yerdə alış-veriş etdilər. Səkkizinci il Ağa Hüseyn vəfat etdi və onun var-yoxu keçdi qardaşının əlinə, çünki Ağa Hüseynin özünün zürriyyəti yox idi.

Ağa Hüseynin vəfatından sonra Xəlil ayrılmaq istədi, hesab çəkdilər. Xəlilin payına yetmiş iki min manat pul düşdü.

Bu gündən Xəlil həm ev və həm alış-veriş sahibi olub, özü üçün məxsus bir dükan açıb başladı İranla ticarəti. Bir neçə ildən sonra Xəlilin alış-verişi böyüdü və Xəlil İrandan başqa Buxara və İstanbulla əlaqə bağladı. Əlli yaşına yetişəndə Məkkeyi-mükərrəməni ziyarət edib hacı ləqəbi ilə müləqqəb oldu. Hacı Xəlil öz qabiliyyətinin, bacarığının və kəmalının səbəbinə şəhərdə, tacirlər arasında əvvəlinci şəxs hesab olurdu. Axirüləmr öləndə iki böyük evi və milyondan ziyada pulu var idi.

Hacının zikr olan günləri necə ki, ərz olundu, bir-bir gözünün qabağından keçirdi. Zamani ki, hacı öldüyünü hiss etdi, yerindən hövlnak gözün açıb, yastıqdan başını qovzayıb üzünü tutdu oğluna, dedi:

– Bala, Əkbər, yaxınıma gəl.

Əkbər kürsünün üstündən düşüb atasının yanında əyləşdi. Hacı Xəlil Əkbərin əlin əlinə alıb bir basdı ürəyinə, dedi:

– Oğul, mənim ömrümdə Allah mənə neçə oğul və qız verib, yenə məsləhət bilib əlimdən alıb. Mənim və bu yazıq ananın ümidi və gözünün axır dikəcəyi dünyada sən olubsan. Yüz zəhmətlə səni mən bu boya yetirmişəm, lazım olan tərbiyəti sənə vermişəm. Hərçənd işqoladan yarımçıq çıxıbsan, amma yenə heç olmasa sənin savadın və qabiliyyətin işqola qurtarmış adamların savadından və qabiliyyətindən az deyil idi. Bala, mənim ömrüm qurtarıb, ölürəm. Ona görə istəyirəm sənə bir neçə vəsiyyət eləyim. Mənim vəsiyyətim qoca, dünya görmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Əgər əməl eləyəsən ziyan çəkməzsən.

Əvvəl, bala, bu qoca anan ki, burada oturub, sənin çox zəhmətini çəkib, sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə dikib və rahat olmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü keçib, əldən düşüb, sən də onu axır günündə gözdən qoymuyasan, həm mənim ruhum səndən razı olar, həm Allah. İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən mənim ruhum səndən razı olsun, bu qoca Kərbəlayı Qulaməlidən muğayat ol. Çünki onun ömrü bu qapıda nökərçilikdə keçib. Bu kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Hörmətəlayiq kişidir. Necə ki mən onu indiyə qədər saxlamışam, sən də onu elə saxla, Allah səndən razı olar.

Kərbəlayı Qulaməli hacının bu sözlərini eşidəndə uca sövt ilə hönkürüb bihal dizi üstə çökdü: “Ağa, Allah məni səndən sonra dünyada qoymasın” – deyib qışqırtı ilə ağladı. Hacı əli ilə ona işarə edib guya sakit ol, dedi və sonra yenə üzünü çöndərdi oğluna tərəf və söylədi: “Bala, mən həştad beş il dünyada ömr etmişəm. Bu tul ömrümdə çox vilayətlər gəzib cürbəcür adamlara rast gəlmişəm: deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Ona görə bir neçə nəsihət də sənə eləyəcəyəm. Amma dürüst qulaq açıb, dürüst də qulağında saxlayasan. Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən səvay, dünya xoşbəxtliyi də səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış xəta etmə. Əgər, xudanəkərdə, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir.

Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan.

Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən!

Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəsi bilmərrə qət olub yavaş-yavaş dodaqları tərpənirdi. Yəqin nəsihəti qurtarma-mışdı, hərçənd səsi gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini boşaldırdı. Axırüləmr nəfti qurtarmış çıraq tək Hacı Xəlil söndü, əli boşalıb Əkbərin əli xilas oldu.

Hacının evindən nalə bülənd olub, məhəllə əhlinə onun vəfatını bildirdi. Hacı Xəlil vəfat etdi. Yəni dünyadan bir şəxs rehlət etdi ki, neçə füqəra əlini tutmuşdu, ac qarınlar doydurmuşdu. Çılpağa libas vermişdi.

Ona görə bu şəxs nəinki öz xiş və əqvamının, bəlkə cəmi şəhər əhlinin əlindən getdi.

Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala və ehtiram və rəhmətlə yad ola:

Dövləti-cavid yaft hər ki, nigunam zist,
Kəz əqəbəş zikri-xeyr zində künəd namra1 1
Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz.

II

Əhli-şəhr Hacı Xəlilin vəfatından müxbir olub, cəm oldular onun evinə. Aparıb nəşini dəfn etdilər və el adəti ilə üç gün baqaidət təziyə saxlayıb, üçüncü gün Əkbəri gətirib, atasının dükanını açıb əyləşdirdilər və xeyir-dua verib, “Allah səni atayın yurdunda qayim və qədim eləsin” deyib hər kəs öz evinə getdi. Bu gündən Əkbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil mərhumun məsnədində əyləşdi.

Əkbər dükanda əyləşib başladı alış-verişi. Bir neçə aydan sonra bir gün Əkbər dükanda ikən gördü onun qədim şkola yoldaşı Rüstəm dükana girdi. Əkbər yoldaşının gəlməyinə çox şad olub, nökəri göndərdi çayçı dükanından çay gətirsin, əyləşdilər söhbətə.

Əkbər Rüstəmi neçə il idi görməmişdi, ona görə gözün onun üzündən kəsməyib danışığına qulaq asırdı. Amma Rüstəmin sifətində heç cavanlıq nişanəsi görünmürdü, hərçənd onun sinni Əkbərdən artıq deyildisə də, yenə ondan on beş yaş böyük görünürdü. Gözlərinin altının göyərtisi onun yuxusuz gecələr keçirməyinə şəhadət edirdi.

Əkbər, yoldaşının bu neçə ildə harada olduğunu sual elədi. Rüstəm papağı götürüb yerə qoydu və cibindən bir gümüş papiros qutusu çıxardıb Əkbərə təklif elədi və Əkbərin papiros çəkməməyini bilib, özü birini yandırıb bir-iki qullab alıb dedi:

– Qardaşım Əkbər! Bu neçə ildə başıma o qədər qəzavü-qədər gəlib ki, nə deməklə və nə yazmaqla qurtarmaz. Vallah, bilmirəm haradan sənə söyləyim – Parisdənmi, Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?! Sən bilirsən ki, mən burada oxumaq istəməyib, atama dedim ki, gərək məni hökmən Parisə göndərəsən. Yazıq kişi də nə anlayır ki, dördüncü klasdan qaçmış heyvanı Parisin heç bir tövləsinə qoymazlar. Kişidən min manat pul vurub “ağanı Allah saxlasın”… birbaş Parisə, Paris nə Paris! Yer üzünün behişti desəm yenə xəta eləməmişəm! Nə küçələr, nə bazarlar, nə mehmanxanalar, nə teatrlar və kafeşantanlar. Görəsən bilmərrə əqlini itirib dəli olarsan. O xanımları ki mən Parisin kafe-şantanlarında görmüşəm, sən görəsən Məcnunə dönüb biyabanə düşərsən. Necə xanımlar: şəhbaz baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd sözlü! Sən də deyirsən dünya görürəm? Ərik, kişmişin şirəsinə bulana-bulana gün keçirirsən, deyirsən ki, elə dünyanın zindəganı budur.

Bu yerdə Əkbər Rüstəmin sözünü kəsib dedi:

– Rüstəm, bağışla, sən dünya görmüş adamsan, amma mən avamam, bəs bir-iki dəfə kafeşantan sözü dedin, o nə deməkdir?

– Kafeşantan, yəni xurma çuvalı… xa-xa-xa. Kafeşantan, yəni behiştin bir guşəsi! O yerdir ki, orada həm ruhun ləzzət aparır, həm bədənin! O yerdir ki, orada cəmi dünyanın qeydi yadından çıxır, yəni gözəllər məclisi, yəqin Sədidə oxuyubsan: “Bə məcmən ki, dər ayənd şahidani dü aləm!”2 2
Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər.

[Закрыть] Kafeşantanda cəm olurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər, həm oynuyurlar, həm oxuyurlar və xahiş etsən səninlə şam edib sübhədək sənə mehman olurlar. Xülasə, nə deyim, görməmisən bilməzsən. “Şənidən key büvəd manəndi didən”3 3
Eşitmək hara, görmək hara!

Dəxi nə ərz eləyim, üç aydan sonra baxdım gördüm min manatdan ancaq iki yüz frank ki, eləsin bizim pul yetmiş beş manat, cibimdə pul qalıb. Atama tel vurub min manat da istədim və daldan da bir kağız yazdım ki, hər ay mənə üç yüz manat pul göndərməsən özümü öldürəcəyəm.

Atam min manatı göndərib, sonra da bir kağız yazmışdı ki, “bala, mənim gözümün ağı-qarası sənsən. Dövlətim hamısı sənə qalasıdır. Mən sənə ayda beş yüz manat da göndərim, ancaq sən oxu, adam ol və korluq çəkmə”. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək. Mən də ona baxıb fəxr edəcəyəm, dəxi demirdi ki, oğlu pulu ondan ötrü istəyir ki, onun vasitəsi ilə dünyadan kam alsın. Bir də sənə deyim ki, mənim atamdan axmaq kişi dünyada az tapılar. Belə güman edir ki, dünya ondan ötrü yaranıb ki, bazara gedib, evə gəlib çörək yeyib, namaz qılıb yatasan. Neyləyim, bircə gecə kafeşantanda əyləşə, onda görər ki, dünya nədən ötrüdür və insan nə üçün yaranıb. Yazıq kişi, əvam kişi!

İndi, Əkbər, bircə mənə de görüm, sən nəyə lazımsan oturubsan bu fındığın, şabalıdın içində, özünü də çəkibsən, elə bilirsən adamsan? Adam deyilsən, heç zad deyilsən! Amma mənim sənə yazığım gəlir, gərək sənə dünyanın ləzzətin göstərəm. Sən bir fikir elə gör, bu növ alış-veriş sənin özünə, dövlətinə yaraşarmı? Atan kişmiş, xurmaya uşaqlıqdan adət etmişdi, ona görə ayrı alış-verişə həvəsi yox idi. Amma keçmiş zaman bir ayrı, bu zaman bir ayrı! Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyə mağazası aç, get Moskvadan, Peterburqdan, Parisdən mal gətir. Həm alış-veriş elə, həm də dünyadan ləzzət apar. Əgər xahiş etsən, əvvəl səfərdə mən özüm də sənə yoldaş ola bilərəm. Sən belə güman etmə mən işrət mədənlərindən savayı heç bir yerə bələd deyiləm. And olsun sənin canına, elə alış-veriş elərəm ki, bir tacir bacarmıya.

Xülasə… Rüstəm öz sərgüzəştindən bu növ nəql edib Əkbərin halətini digərgun etdi. Axır ayağa qalxıb Əkbərdən üç günün müddətinə yüz manat qərz4 4
Borc

[Закрыть] alıb yola düşdü.

Rüstəm getdi, Əkbər isə dükanda qərarı gəlməyib axşama bir-iki saat qalmış dükanı bağlayıb evə getdi. Anası sual etdi ki, “bala, nə üçün belə tez qayıtdın?”. Cavab verdi: “Ana, başım bərk ağrıyırdı, otura bilməyib gəldim yatağa”.

Bu, əvvəlinci yalan idi ki, Əkbər anasına dedi. Əkbərin anası qalxıb istəkli oğlu üçün rəxti-xab hazır elədi və onu yatırtdı və Kərbəlayı Qulaməli də başının üstündə oturub onun alnını ovmağa məşğul oldu.

O gecə sübhədək Əkbər yata bilmədi. Çünki onun xəyalatı gah Parisin “Bolon meşəsini” və kafeşantanlarını, gah Peterburqun Nevski prospektini, gah Berlinin “Cökə xiyabanını” gözünün qabağından keçirirdi.

Sübh Əkbər bir şiddətli baş ağrısı ilə oyandı və o günü naxoş olub dükana gedə bilmədi. O biri gün dəftəri qoltuğuna vurub gəldi dükana.

Günorta vaxtı Rüstəm gəlib soruşdu ki, qardaş, nə üçün dünən dükanda yox idin. Cavab verdi ki, başım ağrıyırdı, naxoş idim. Çünki səndən ayrılandan sonra gedib bədxab olub, sübhədək yata bilməmişəm. Rüstəm dedi ki, bu gecə də mən səni qoymayacağam yatasan; mən səni bir qəribə yerə aparacağam ki, indiyədək elə yer görməyibsən və məndən də soruşma ki, səni hara aparacağam. Gedərsən, görərsən. Get evə, faxir libasını gey, azandan bir saat keçmiş mən özüm sənin dalınca gələcəyəm.

Əkbər cavab verdi ki, bəlkə anam razı olmadı. Bu cavaba Rüstəm qarnından yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq uşaq, hələ sən ana ixtiyarından çıxmayıbsan? Rəhmətlik oğlu, sən böyük kişisən, ana nədir, səni qurd yeməyəcək, pişik yeməyəcək! Amma indi ki belədir, deyərsən:

“Rüstəm məni evlərinə qonaq çağırıb və deyibdir ki, gəlməsən inciyərəm” və söz də verərsən ki, tez qayıdarsan”.

Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi.

Axşam Əkbər evə gəlib anasından izn istədi və vədə də verdi ki, tez qayıtsın. İzn alıb təzə libas geyib Rüstəmə müntəzir oldu. Bir az vaxtdan sonra eşitdi ki, qapını dəqqilbab edirlər, bildi ki, Rüstəmdir. Çıxdı küçəyə, gördü Rüstəm bir faytonla qapıda durub. Rüstəm Əkbəri yanına alıb faytonçuya buyurdu: “Sür!” Faytonçu tiri-şəhab tək sürüb bir mehmanxananın qabağında dayandı. Əkbər sual elədi ki, Rüstəm, bu nə yerdir məni gətirdin? Mən indiyədək bir mehmanxanaya girməmişəm.

– Heç danışma, sənin borcun itaətdir.

Faytonçunu yola salıb, Əkbərlə qol-qola verib pilləkəndən yuxarı çıxdı. Yuxarıda qulluqçu otağın qapısını açıb, özü iki əlini yanına qoyub, soldat misal durub onları içəri saldı. Əkbər otağa girəndə gördü ki, ortalıqda ağ süfrə ilə örtülmüş mizin ətrafında iki nəfər cavan rus oğlanları və iki rus xanımları əyləşib söhbət edirlər. Əkbər belə güman etdi ki, səhvən özgə otağa giriblər, çox xəcalət çəkdi, amma Rüstəm onun çiyninə vurub dedi:

– Qardaş, bu məclisi mən qabaqca burada hazırlayıb, sənin dalınca gəlmişəm. İrəli gəl, səni aşna eləyim.

Əkbərin qolundan tutub əyləşənlərə tərəf çəkdi və oğlanlar ayağa qalxıb onların qabaqlarına gəldilər. Rüstəm əvvəl Əkbəri onlarla tanış elədi və sonra xanımlara tərəf Əkbəri aparıb dedi:

– Xanımlar, təvəqqe edirəm bu balaca ana uşağı ilə tanış olasınız, hələ bunun dodağından ana südü qurumayıb, özü də çox yaxşı uşaqdır və anasından nəhayət dərəcədə qorxur.

Xanımlar təbəssümlə ona əl uzatdılar. Əkbər burnunun ucunadək qızarıb bir tövr öz familiyasını dedi. Dərhal çay və həlviyat mizin üstündə hazır oldu. Əkbər bir stəkan çay götürüb başladı içməyə, ancaq binəva özünü belə itirmişdi ki, bilmirdi çayı qulağınamı, ya burnunamı içsin. Amma Rüstəm, iki nəfər rus və xanımlarla otağı bir sərçəli samanlığa döndərmişdilər. Orada olan danışıqlar, şivələr, hərəkətlər hamısı Əkbər üçün bir təzə şey idi. İkinci dəfə çay gələndə, Əkbər stəkanı götürüb, çəkilib kənarda bir divan üstündə oturdu. Rüstəm isə xanımların birinə göz elədi və xanım gedib Əkbərin yanında əyləşib başladı onunla şivə ilə söhbət etməyə. Biçarə Əkbər xəcalətdən bir hala düşmüşdü ki, əgər bir hazır qəbr yerdə tapsa idi, əlbəttə, təvəqqe elərdi ki, onun orada dəfn etsinlər. Gah tərləyirdi, gah qızarırdı, gah saralırdı. Bilmirdi nə desin, nə cavab versin. Hər şeydən ağır Əkbərə yoldaşlarının xəlvət gülməyi gəlirdi.

Nökər daxil olub, mizin üstünü təmizləyib başladı onun dörd ətrafına rəngbərəng şamlar düzməyə. Əkbər təəccüblə buna baxanda xanım soruşdu ki, yəqin bəs bunlardan bir şey başa düşməyirsən, görünür, sən, həqiqətin balaca uşaqsan: qoy mən səni başa salım. Bu büsat şampanski büsatıdır.

Şamları yandırandan sonra nökər gedib bir neçə şüşə şampan şərabı gətirdi, şüşənin ağzı tapança kimi açılanda Əkbər səksəndi və buna da xanımlar artıq güldülər. Əkbərin yanında əyləşən xanım qalxıb iki piyalə şərab töküb birini özü alıb, birisini Əkbərə uzatdı, dedi:

– Təvəqqe edirəm bu piyaləni mənim sağlığıma içəsən!

Əkbər dayandı. Bilmədi nə eləsin. Məclis hamısı töküldü binəva Əkbərin üstünə ki, əgər bu şərabı içməsən, əvvəl öz avamlığını sübut edirsən və ikincisi bu xanımı özündən artıq incidirsən. Rüstəm, əlində piyalə, qalxıb üzün Əkbərə tutub dedi:

– Qardaş, xahi nəşəvi risva, həmrəngi cəmaət şov!5 5
Biabır olmaq istəməyirsənsə, camaatla həmrəng ol.

[Закрыть] . Heç danışıq yeri deyil və dayanmağın da mənası yoxdur, labüd gərək içəsən, “begir in cami-təlx əz dəsti-şirin”6 6
Bu acı piyaləni şirin əldən al.

Əkbər bilmərrə özün itirib, bixub şərabı xanımın əlindən alıb başına çəkdi.

Məlumdur ki, hər bir günaha əvvəl qədəm qoymaq çətindir.

Əkbər şərabı içəndən sonra o biri xanım ayağa durub xahiş etdi ki, onun sağlığına da içsin. Binəva Əkbər labüd qalıb ikinci piyaləni həm boşaltdı. Sonra Rüstəm, əlində piyalə, ayağa qalxıb dedi:

– Camaat, bizim bu gecəmiz çox əziz gecələrdən oldu. Çünki bu gecə bir dünyadan bixəbər ana uşağını səvaba daxil etdik və mən bu məlum gecədə sizə söz verirəm ki, bir azdan sonra Əkbər kimi şürbi cəmi şəhərlərdə tapılmasın, ona görə təvəqqe edirəm ki, şeytan kargahının bu təzə fəhləsinin sağlığına içək. Əkbər qardaş, sağ ol!

Qonaqlar hamısı piyalələrini Əkbərin sağlığına boşaltdılar. Rüstəm Əkbəri başa saldı ki, gərək o yığıncağın sağlığına içsin. Çünki qayda belədir.

Əkbər naəlac qalıb yenə şərabı içdi. Üçüncü piyalədən sonra Əkbərin dili açılıb başladı bilafasilə danışmağa və piyalələri boşaltmağa.

Axır keflənib divanın üstə yuxulayıb yatdı. Bir vədə eşitdi ki, bağırırlar.

Oyanıb gördü ki, sübh açılıb, amma yoldaşlar içirlər. Rüstəm dedi:

– Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənirsən! Ayaq bir-bir qoyarlar nərdivana.

Camaat ayağa qalxıb nökəri çağırıb buyurdular hesab gətirsin. Əkbər istədi pul versin, qoymadılar. Amma dedilər ki, gələn bu gün həmən bu mənzildə sənə qonaq ola bilərik. Əkbər çox şadlıqla onları qonaq çağırdı.

Əkbər çıxıb faytona minib yola düşdü və yolda fikir edirdi ki, anasına nə cavab versin. Evə gəlib gördü anası yatmayıb və gecə yarısı Kərbəlayı Qulaməli də iki dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər ki, Əkbər orada yoxdur.

Əkbər anasının sualına başladı növbənöv hədərən-pədərən cavab verməyə: gah dedi, Rüstəmgildə, gecə keçməyinə görə yatmışdım; onun üçün elə deyiblər. Gah dedi, xoş gecə olmağına görə Rüstəmlə şəhər kənarına səyahətə çıxmışdıq. Axır, elə gördü anası onun yalanının anlayıb dedi:

– Ay rəhmətliyin qızı, az çürüyünə çəksənə, nə çox çövürüb soruşursan! Nə vaxtadək məni uşaq kimi güdəcəksən!

Əkbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət o gün axşamadək ağladı və bir-iki dəfə Kərbəlayı Qulaməliyə dedi ki, kərbəlayı, deyəsən Hacı Xəlilin yurdunda bayquş uluyacaq! Amma kərbəlayı cavab verdi ki, uşaqdır, beyni qandır; mən ona nəsihət elərəm, inşallah, düzələr.

Əkbər anasının məğlubə olmağından əvvəl dilgir olub və sonra öz-özünə dedi ki: bu yaxşıdır, bundan sonra yoldaşlar mənim adımı “ana uşağı” qoyub tənə etməzlər.

Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və axşam anasından biizn evdən çıxıb mehmanxanaya, haman otağa gəlib gördü Rüstəm bir böyük övrət və kişi məclisi tərtib eləyib.

Əyləşdilər kefə. Amma Əkbər içən deyildi. Rüstəm yeyirdi, içirdi, söhbət edirdi və hamı da, ələlxüsus xanımlar ona afərin deyirdilər. Sübhədək kef edib Əkbər min manatdan artıq pul verib evə gəldi.

Evdə anası oğlunun nə yerdə olduğunu nə qədər soruşsa da, Əkbər cavab verməyib axır qəzəbnak: “Bir yol, sənin borcun deyil!” – deyib, gedib yatdı.

Binəva övrət xiffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb tanrı rəhmətinə getdi.

Bir-iki ay anasının vəfatından sonra Əkbər dükanı bağlayıb, evi kərbəlayı Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yola düşdü Moskva şəhərinə, bəzzaziyyə malı gətirib təzə mağaza qoymağa. Moskvadan yolları düşdü Peterburqa, oradan Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əkbəri Parisin işrətxanalarında gəzdirib öz gününə saldı və bu səyahət Əkbərə yüz min manatdan artığa durdu. Axır Parisdə bir gözəl (madam San Fua adlı) xanıma bənd olub, ildə iyirmi dörd min manata danışıb və qabaqca neçə min manatlıq libas və cavahirat alıb, özü ilə vətənə gətirib mehmanxanada mənzil verdi. Və başladı evin övzaını dəyişməyə. Otaqları Yevropa qaydasına salıb, baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San Fua üçün bir gözəl otaq hazırlayıb köçürtdü evinə və qoca Kərbəlayı Qulaməliyə yüz manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir lakey və madam üçün bir qız qulluqçusu baha qiymətə tutdu və sonra bir fayton, bir kareta və dörd rəs Orlovski at böyük məbləğə alıb madama peşkəş elədi.

Madam San Fua Əkbərin canına bir yaman zəli olub başladı müdam onun qanını sormağa. Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dindirmirdi. Hər gecə Əkbərin evində qumar məclisi qurulub, otuz minlərlə pullar uduzulurdu və hər gecə də Rüstəm öz yoldaşları ilə Əkbərin evində qonaq idi. Əkbər ticarəti əldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi.

Bir gün Əkbər ayılıb gördü ki, atasından qalan evlərin ikisi də girov qoyulub və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı Yevropa səyahətinə, içkiyə, qumara, madamın məvacibinə və peşkəşlərinə gedib.

Axır bir gün madam San Fua Əkbərə məlum etdi ki, daha onunla ola bilməyəcək, çünki budur iki aydır ona pul çatmır və peşkəş gəlmir.

Xülasə, Əkbər dövləti itirib, ona sahiblik etməyə qabil deyildir.

Əkbər nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu.

Rüstəm bir-iki dəfə onun yanına gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər ona yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə, onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir etdi.

Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən gördü bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar.

Yaxına gəlib bir güllə madama, birini də Rüstəmə vurub hər ikisini öldürdü və oradan gedib özünü divana təslim etdi.

İki ildən sonra movqiflərin birinə varid olub gördüm qoca Kərbəlayı Qulaməli movqifin qabağında dalını divara söykəmiş əyləşib.

Ə.Haqverdiyevin “Pəri Cadu” dramında demonik obrazlar sistemi: semantika və funksiya – Pərvanə Bəkirqızı yazır

XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq dünya ədəbiyyatında, eləcə də Azərbaycan ədəbiyyatında mifoloji obrazlar və mif süjetlərinə maraq durmadan artırdı. Bu dövrə mifin intibah dövrü də demək olar. Təbii ki, yeni dünyanın marağını çəkən mif antik mif deyildi. O öz texnikası və strukturu ilə antik və intibah dövrü ədəbi nümunələrindən fərqli cizgilərə sahib idi. Mifin arxetipik strukturu özünü mühafizə edə bilmişdi.

XX əsr Azərbaycan dramaturgiyasında mif motivlərinə, mifik obrazlara müraciətin qaynaqlarının araşdırılması müasir ədəbiyyatşünaslığın bədii ədəbiyyatda mifopoetik təfəkkürün təzahürünə çevrilən mifopoetik elementlərə marağın artdığı bir vaxtda aktual problemlər sırasında dayanır.

XX əsr Azərbaycan dramaturgiyasında mifoloji obrazlara, mif elementlərinə müraciət edən müəlliflər sırasında Ə.Haqverdiyevin xüsusi yeri vardır. Folklordan gələn mifopoetik obrazlar, süjet və motivlər onun yaradıcılığında üstün yer tutur. Ədibin “Dağılan tifaq” faciəsində və 1901-ci ildə qələmə aldığı “Pəri Cadu” və “Qırmızı qarı” dramlarında pəri, iblis, dərviş, əcinnə, şeytan, qarı kimi mifoloji əsaslı obrazlar və yuxu, qarğış kimi mifoloji elementlər hadisələrin gedişatında yardımçı deyil, aparıcı rol oynayırlar. Əsərdə mifoloji obrazların arxaik təfəkkürdə yaşayan xüsusi atributları ilə müstəqil qəhrəmanlar kimi çıxış etməsi müəllif ideyasının çatdırılmasında aparıcı rol oynayır.

“Pəri Cadu”nun çap olunmasına çalışan müəllifin əsərə və müasirlərinə münasibəti onun Əziz Şərifə yazdığı məktubundan aydın olur: “Azərnəşr” mənim yazılarımı çap edir, amma “Pəri Cadu”nu buraxmaq istəmir, səbəbi – mənim orada cin və şəyatin ortalığa çıxartmağıma mövhumat mənası verirlər”. (Haqverdiyev Ə. Seçilmiş əsərləri. I cild. 2005). Əsərdə xalq təfəkkürü süni şəkildə qurulmuş bir şəbəkə xarakteri daşımır. Əsərdə xalq inanışlarında və İslam dinində nəfsi, təkəbbürü təmsil edən İblis və iblisə tapınmaq Şərq-İslam təfəkküründəki konturlarını saxlaya bilir. “Pəri Cadu” pyesi mifoloji struktura malikdir. Təsadüfi deyildir ki, ədəbi tənqid “Pəri Cadu” əsərinin ideya-üslub xüsusiyyətlərini araşdırarkən də fərqli mülahizələr irəli sürmüşdür. “Haqverdiyevin heç bir əsəri haqqında “Pəri Cadu” barədə söylənilən qədər dolaşıq fikirlər, mülahizələr söylənməmişdir. Tədqiqatçıların bir qismi onun realist, bir qismi simvolizm, digər qismi idealist mahiyyətli, başqa bir qismi realist-idealist pyes kimi qiymətləndirmişdir”. (Məmmədov K. Ə.Haqverdiyev. 1970). Təbii ki, bu kimi yanaşmalarda dövrün ideoloji basqısının təsiri danılmazdır. Xalqın milli-mənəvi irsinin əsas daşıyıcısı olan inam və etiqadların, mifoloji obraz və motivlərin bədii ədəbiyyatdakı təzahürləri dövrün siyasi baxışları ilə üst-üstə düşmürdü.

Bu kontekstdə prof. M.C.Paşayevin “Pəri Cadu” ilə bağlı fikirləri diqqəti cəlb edir: “Əgər əvvəlki əsərlərdə üz-üzə dayanan düşmənlər vuruşursa, burada insanın əhval-ruhiyyəsinə girən mənəvi düşmən ilə, şeytani duyğularla mübarizə aparılır. Ona görə də iş daha da mürəkkəbləşir və çətinləşir”. (Mir Cəlal, Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. 1982).

Əsərdə mifoloji obrazlar ilkin funksiyaları ilə cıxış edir, dərviş də, iblis də, əcinnə də öz arxaik strukturuna sadiq qalır. Sadalanan şər ruhlu obrazların yaratdığı xaosu bərpa etməyə çalışanlar sırasında yalnızca dərviş və Niyazı görürük. Pyes müqəddimə – apofyoza ilə başlayır. Müqəddimə öz mistik ruhu ilə hadisələrin sonrakı inkişafını hazırlayan məqamdır. Hadisələrin davam və inkişaf edəcəyi məclislərdə qarşılaşacağımız əsas qarşıdurma və onun tərəfləri məhz müqəddimədə aydın olur. Burada antaqonist tərəflər bəşəri əksliklər olan xeyir və şərdir. Müəllif müqəddimədə dərviş və iblis seçimində insanı təkbətək qoyur.

Türk mifoloji təfəkküründə dərviş ikili funksiya daşıyan obrazlardandır. Türkdilli xalqların nağıllarında dərviş xeyirxah, sonsuzlara övlad bəxş edən, sevgililərə buta verən nurani qoca, həm də xtonik zona ilə bağlı demonik statuslu obrazlardandır. Mifoloji strukturlu obrazlardan olan dərviş şaman-sufi kompleksinin atributlarını daşıyır.

Türk mifoloji düşüncə sistemində dərviş Yer Ana kompleksinin daşıyıcısıdır. Türk xalq nağıllarında mifoloji strukturlu obrazları öyrənən İ.V.Stebleva dərviş obrazının ikili xarakterini aşağıdakı kimi dəyərləndirir: “Qəhrəmana xeyirxah yanaşması, qoruyucu, məsləhət verən, dar ayaqda olanlara kömək əlini uzatmaqla bərabər, dərvişlər həm də qorxulu, sehrli gücə malik xtonik başlanğıc kimi də çıxış edir” (Stebleva İ.V. Oçerki tureükoy mifoloqii (Po materialam volşebnoy skazki). 2002). İ.V.Steblevanın qənaətlərinə görə, dərvişlər bəd ruhlarla – pəri, cin kimi xtonik varlıqlarla əlaqədə olurlar.

Ə.Haqverdiyevin “Pəri Cadu” əsərində dərviş obrazı müsbət plandadı, yəni Pəri xanımı səbr etməyə çağırır. Pəriyə dərdini suya danışmağı məsləhət görən dərviş türk mifologiyasında su mifologemini yada salır. Su mifologemi yaradılış aktında iştirak edir, ikili xüsusiyyətə malikdir. Həm həyat verir, həm də ölüm gətirir. Qədim inamlara görə, yuxunu suya danışarlar ki, xeyrə varsın. Dərviş də Pəriyə dərdini suya, dağlara, meşələrə danışmağı məsləhət görür. Dərvişin əksi olan İblis Pərini heç nəyə təkid etmir. O, Pərinin çağırışına gəlir. Təsəvvüfdə İblis Allahın dərgahından qovulmuş, rəhmətdən uzaqlaşdırılan şər qüvvədir, təkəbbür rəmzidir. Pərinin göyləri intiqama çağırması anı onu İblislə yaxınlaşdırır. İblisin qisası Pərinin qisas çağırışları ilə birləşəndə Qurban kimilərin faciəsi qaçılmaz olur. Ədib İblisin səhnəyə gəlişini də xarakterik cizgilərlə əks etdirir. Şəri təmsil edən İblis, Şamama Cadu, yeddi əcinnənin göy gurultuları, ildırım sədaları altında Pərini bir statusdan digərinə keçirirlər. Bu dəyişimi müəllif qəhrəmanın adında da əks etdirir. Yeni statusda Pəri daşıdığı adın mifoloji strukturuna bir qədər də yaxınlaşır. Türk mifoloji sistemində pərilər həm xeyirxah, həm də bəd ruhlar kimi çıxış edir. Xalq inanışlarında dönərgə funksiyaları ilə də tanınan pəri obrazları şaman təsəvvürlərində də bu statuslarda iştirak edirlər. Ə.Haqverdiyev iblisin əsatiri obrazını yaradarkən onun dini təsəvvürlərdəki mahiyyətindən uzaqlaşmır.

Orta əsrlər ədəbiyyatından mövzu və ideya baxımından fərqlənən XIX-XX əsrlər ədəbiyyatı İblis obrazını müxtəlif parametrlərdə təsvir edir. Hər bir milli ədəbiyyatın yaratdığı obraz o xalqın minillik inanclarının, dini təsəvvürlərinin daşıyıcısı kimi çıxış edir. Xristian mifologiyasında iblis şərin simvoludur. Türk mifoloji düşüncə sistemində konkret olaraq İblis obrazı iştirak etmir. Bu sistem daxilində şəri təmsil edən bəd ruhlardan alarvadı (albastı və ya hal anası), şeytan və s. bu kimi mifoloji (demonik) obrazlar vardır. Türklərin inanc dünyasına İslamın gəlişindən sonra nüfuz etmiş iblis obrazı şərin, məkrin simvoluna çevrilərək, xalq yaradıcılığının müxtəlif sahələrində və bədii düşüncədə özünə yer tapa bildi. Rəvayətlərdə, nağıl süjetlərində iştirak edən şərin təmsilçiləri bədii ədəbiyyatda müəllif ideyasının çatdırılmasına xidmət etməklə yanaşı, öz ilkin funksiyaları ilə də qarşımıza çıxırlar. Bu isə təhtəlşüur hadisəsi idi.

Əsərdə əsas hadisələrin başvermə məkanı kimi meşə təsvir olunur. Mifik təfəkkürdə meşə şər ruhların toplandığı, yığışdığı məkan olaraq qəbul edilir. Pəri Cadunun sonrakı həyatı haqqında məlumatı artıq əcinnələrin dilindən eşidirik. Mifoloji təfəkkürdə demonik varlıqlardan hesab edilən əcinnələr xalq arasında bəzən də vurğun deyə adlandırılır. “İslamın özü ilə gətirdiyi cinlər, əcinnələr haqqında təsəvvürlərin formalaşması bu təsəvvürlərin türk xalqlarının Al ruhlu, bizdən yeylər və b. mifoloji personajlarla bağlı görüşlərin, yerli inanışların müəyyən mənada da kontaminasiyası nəticəsidir”. (Bəydili C. Türk mifoloji sözlüyü. 2003.). Dramda İblisin funksiyalarını bölüşən əcinnələrin Pəri Cadunun əhvalatını nağıl diliylə verməsi müəllifin bacarıqla istifadə etdiyi üsuldur. Ə.Haqverdiyev mifoloji obrazlarla yanaşı, əsərə nağıl elementləri də gətirir. Əsərdə mif süjeti funksionallığını itirib nağıl süjetinə çevrilə bilir. Ə.Haqverdiyev bu kiçik parçada nağıl strukturunu qorumuşdur. Nağılın “Biri vardı, biri yoxdu” və “O, yerə keçdi, sən də dövrə keç” formulu ilə müəllif şifahi janrın elementlərini yazılı ədəbiyyatla birləşdirir. Birinci əcinnə söylədiyi nağılın süjetini Pəri Cadunun həyatından alır. Pəri Cadunu hörümçəyə, onun qurbanlarını milçəyə bənzədən əcinnə mətn içərisində paralel mətn yaradır. Burada Pəri Cadu hekayətinin sonluğu açıqlanır. Hadisələrin sonluğunu qabaqcadan işarət etmək müəllifin yazı texnikasının özünəməxsus cəhətləridir. İkinci əcinnənin “Onda gön suya verildi, qurtardı” (Haqverdiyev Ə. Seçilmiş əsərləri. II cild. 2005 ) – sözləri Pəriyə verilən vaxtın sonuna işarədir. Pəri Cadu insan övladına qənim kəsilənədək güclüdür, bu nifrət və məkrin sonu elə onun da sonu idi. Bütün qurbanlarını nəfsinin gücünə toruna salan Pəri Cadu İblisin Şamama Cadunu incitməmək əmrini də unudur. Bu statusda Pəri yaman, şərir qüvvələrin bütün atributlarını dəqiq bilir. Əcinnəyə qaranquş donuna girib uçmağı əmr edən Pəri Cadu düşdüyü dünyanın kodlarını ən xırda detallarına qədər öyrənmişdir. Quşlar mifopoetik ənənədə kosmik zonalar arasında əlaqə yaradan, ilahi mahiyyətin simvolları kimi çıxış edir. Avrasiya mifoloji sistemlərində quş kainatın iki fərqli sferalarda başlıca vasitəçi olaraq düşünülmüşdür. Pəri Cadunun çağırışına yetişən Şamama Cadunun: “Qaranquş gəldi, xəbər gətirdi. Amma mən hərçənd ala qarğaya döndüm, amma ondan cəld uçub gəlmişəm” (Haqverdiyev Ə. Seçilmiş əsərləri. II cild. 2005) ifadəsi onun dönərgə funksiyasını təsdiqləyir.

Ə.Haqverdiyev əsərdə istifadə etdiyi obrazların adlarını seçərkən də təsadüfi gedişlər etmir. Əsərin qisasçı qadın qəhrəmanı Pərinin adı və fəaliyyəti öz semantik xüsusiyyəti ilə bir bütündür. “Pəri” sözünün farsca mənası görünməyən, gizli güc deməkdir. Mifoloji təsəvvürlərə görə pərilər istədikləri zaman görünməyə bilirlər, onların sehr, tilsim gücü olur. “Avesta”da “parika” kimi verilən pəri obrazları əksərən qadın cinsinə aid edilir. Onlar cismani gözəlliyi ilə insan övladının ağlını başından ala bilir. Bəzi tədqiqatçılar pərilərin ağlı başdan almasını cin vurmaq, dəli olmaq kimi fəaliyyətini şaman-sufi kompleksi ilə əlaqələndirirlər.

Ə.Haqverdiyev də Pəri xanımdan Pəri Caduya çevrilən, bununla da ilkin funksiyasındakı dönərgəlikdən yararlanan Pəri mifoloji arxetipik obrazında onun ilkin strukturunun əsaslarını qoruyub saxlayır. Mifoloji mətnlərdə pəri qızları qeyri-adi gözəlliyi ilə bəni-insanı valeh edir. Əsərdə Pəri Cadunu vəsf edən Qurbanın: “Dövlət burada, gözəllik də səndə bir payədədir kim, cəmi aləmi axtarasan, ələ keçməz. Bu qızıl zülf, bu qələm qaşlar, bu yaqut dodaqlar, bu ahu baxışlı gözlər harada tapılar?” yaratdığı obrazda diqqətimizi çəkən əsas element Pəri Cadunun qızılı saçları oldu. Bu detal mifik Sarı qız obrazını xatırladır. Türk xalqlarının mifoloji görüşlərindəki Sarı qız obrazı öz funksiyasına görə Al anası, albastı kimi adlarla bilinən dağ ruhu ilə bağlıdır. İnama görə, Sarı qızın telindən əldə edən kimsə onun sahibi olur. Albastının antropomorf obraz kimi xarici görkəmini təsvir edərkən onun uzun, sıx sarı saçları mütləq olaraq vurğulanır. (Murodov O. Drevnie obrazı mifoloqii u tadjikov dolinı Zerevşane. 1979). Noqayların inamlarına görə, Sarı qız cinlərin hakimidir. Eyni adda noqay xalq nağılı da mövcuddur.

Əsərdə adı ilə əməlləri arasında paralellik olan obrazlardan biri də Qurbandır. Onomastik vahidin semantikası ilə obrazın daşıdığı funksiya arasında da bütünlük vardır. “Qurban” sözü arxaik düşüncədə qurbangətirmə ritualını yada salır. Demək olar ki, bütün qədim mədəniyyətlərdə qurbanlıq öz sakral mahiyyətlidir. Qurban zahiri görkəmcə də gözəl olmalıdır, çünki o seçilmişdir. “Saxa türkcəsində “qurban” mənasında “kerex” sözü vardır ki, araşdırıcılara görə, bu, əski türk yazılarında “ölüm” anlamıyla bağlanan “kegek” sözündən gəlir. (Bəydili C. Türk mifoloji sözlüyü. 2003.). Pyesin finalında Qurbanın öz nəfsinə, Pəri Cadunun məkrinə, Şamama Cadunun tilsimlərinin qurbanına çevrilməsi onun üçün əvvəlcədən hazırlanmış dövrənin qapanması olur.

Sufilərə görə, nəfs maddi aləmin qaranlığında qəflətə düçar olmuşdur, onun təkamülə ehtiyacı vardır. Bütün şər və pis əxlaq nəfsdən doğar. Nəfs bəndə ilə Haqq, qəlb ilə ruh arasında pərdədir. (Göyüşov N. Təsəvvüf anlamları və dərvişlik rəmzləri. 2001). Ə.Haqverdiyev də nəfs və insan qarşıdurmasını əsərdə Pəri Cadunun, Qurbanın, Hafizə xanımın, Rəhimin simasında yaradır. Əsərin əvvəlində “əfradi-məclis”də təsvir olunan obrazlar içərisində İblis, Şamama Cadu, əcinnə, dərviş kimi mistik obrazların kimlikləri bəllidir, onlar öz əbədi statusunda təqdim olunurlar. Əsərdə transformasiya insanlarda baş verir.

Yaşayışından, taleyindən, arvadından narazılığı ilə Qurban əsərin müqəddiməsindəki Pəri xanımın əhvalatını yada salır. Əgər Pəri xanımı düşdüyü yoldan dərviş xilas etməyə çalışırsa, Qurbanı yoldaşı Niyaz tənbeh edir. “Pəri Cadu”da obrazların adına fikir verəndə görürük ki, onların hər birinin onomastik kodları şifrələnmişdir. Bu sıraya Niyaz obrazını da aid edə bilərik. Niyaz gözü tox, ədalətlidir. Təsəvvüfdə “niyaz” sözünün mənası aşiqin Haqqa olan ehtiyacı və bədəninin Haqq qarşısında kiçikliyi deməkdir. Bədənin niyaz sifəti, Haqqın isə naz sifəti vardır.

“Pəri Cadu”dakı Niyaz obrazının xarakteri adının mənasına yaxındır. Niyaz insanların acgözlüyünü qınayır. Pəri Cadunun, Şamama Cadunun toruna düşən Qurban, təbii ki, şəxsi nəfsinin qurbanı olur. Əsərin məzmunundan aydın olur ki, Qurban bir tora deyil, ikili tora düşür. Bu torun birini Pəri Cadu hazırlayırsa, ikincini Şamama Cadu hörür. Şamama Cadu Pəridən qisas almaq üçün Qurbanı Hafizə xanımla yaxınlaşdırır. Şamama Cadu dondan-dona düşür, bu isə xtonik varlıqlar üçün xarakterik hal sayıla bilər. Şəkildəyişmə, dönərgəlik demonik varlıqlar üçün xarakterikdir. Mifoloji strukturlu obrazın öz cildini magik yolla dəyişdirməsi konkret olaraq əsərdə Əcinnə və Şamama Cadu tərəfindən həyata keçirilir. Ə.Haqverdiyev müraciət etdiyi obrazların mifoloji strukturunu da saxlamağa müvəffəq olur. Şamama Cadu Pərinin çağırışına gələndə ala qarğaya, Hafizə xanımın qapısında qoca qarıya dönür, finalda Səlimənin cildində Qurbanın gözünə görünür.

Ə.Haqverdiyev mifoloji obrazların real həyatdakı oxşarlarını da yaradır. Pəri Cadunun və Şamama Cadunun insanlar arasındakı oxşarı Hafizə xanımdır. Pəri Cadu şər qüvvələrin köməyi ilə neçə-neçə qurbanları öz toruna salırsa, Hafizə xanım da Qurbanla var-dövlət hesabına evlənir, yeni statusa can atır, nökərlərinə ona ağa deməyi tələb edir. Hafizə xanımın İblis qoşunlarını köməyə çağırmasına ehtiyac yoxdur. Onun daxilindəki qəddarlıq dördüncü məclisdə özünü büruzə verir. Hafizə xanımın Qurbana, Sayada, Əmraha və Səliməyə qarşı münasibəti onun daxilindəki şərdir.

Əsərdə mifoloji obrazlardan biri də Şamama Cadudur. Şamama Cadu ilə əsərin müqəddiməsində tanış oluruq. Həmin səhnədə o, fəaliyyətsizdir, amma onun haqqında İblisin qoyduğu şərt Şamama Cadunun statusunu müəyyən etmiş olur. O, bir gözü kor, dondan-dona düşə bilən varlıqdır. Şamama Cadu türk mifoloji düşüncəsində bir gözü kor, cildini dəyişə bilən, dönərgə funksiyasını yerinə yetirən, bəzi məqamlarda Hal anası, Qara Albastı, Ulu Ananın arxaik nümayəndəsi olan Qarı obrazlarının atributlarını daşıyır. Şamama Cadunun ilk fəaliyyətini birinci məclisdə onun dönərgə qismində cildini dəyişməsində görürük. Dönərgəlik demonik təbiətli, xtonik zonaya aid olmaq, sakral xarakteri ilə seçilən mifoloji obrazlara aid funksiyadır. Dönərgəliyi xarakterizə edən bir əsas cəhət də obrazın mifoloji korluğu, görünməzlik keyfiyyəti ilə bağlıdır. Hər hansı bir obraz dönərgəlik statusunda keçid, inisiasiya mərhələsində olur. Şamama Cadu Pəri Cadunun çağırışına gələndə də, Qurbanı gətirmək üçün əmr alanda da dönərgə funksiyasını icra edir. Qarının dalınca qaranquş donunda uçan əcinnədən fərqli olaraq Şamama Cadu ala qarğa donuna girir. Qarğa mifoloji obraz olaraq ölüm və həyat arasında mediator rolunda çıxış edir, yaradılışın müxtəlif elementləri – yeraltı dünya, yer, göy, su, günəşlə əlaqələndirilir. Xtonik zona ilə bağlı olan qarğa bir çox xalqların mifoloji təsəvvürlərində demonik statuslu obrazlardan hesab edilir. Şərin müjdəçisi rolunda çıxış edən qarğa obrazına şaman mətnlərində də rast gəlmək mümkündür. Bir sıra şaman mətnlərində qarğanın qadın və kişi başlanğıcları arasında mediator qismində iştirakı da təsvir olunur. Mifoloji mətnlərdə qarğa antropomorf və zoomorf varlıq kimi çıxış edir. Bəzi şimal xalqlarının mifoloji təsəvvürlərində qarğa təkgözlü təsvir olunur ki, bu da onun o biri dünya ilə əlaqəsinə birbaşa işarədir.

“Demonik personajların asimmetrikliyi motivinin belə geniş yayılmasının kökləri də arxaik mifoloji təsəvvürlərdən gəlir. Həmin təsəvvürlərə görə, bu varlıqlar ya axsaq, topal, ya da təkgözlü, təkayaqlı təsəvvür olunan xtonik ruhlardır”. (Bəydili (Məmmədov) C. Türk mifoloji obrazlar sistemi: struktur və funksiya. 2007).

“Pəri Cadu” əsərində Şamama Cadunun dönərgə, hal anası, şeytan kimi xtonik əsaslı obrazların ümumiləşdirilmiş obrazı kimi təsviri müəllifin xalq inam və mifologiyasına yaxşı bələd olmasını sübut edir. Qurbanın, Hafizə xanımın yanına gələndə qoca qarı cildinə düşən Şamama Cadu son səhnədə Səlimənin səsindən və görüntüsündən istifadə edərək növbəti qurbanını da məhv edir, onun qanını içir. Çobanın: “Hamısının da ciyərini qarı yeyir” ifadəsi ilə Şamama Cadunun Hal qarısının da funksiyalarına sahib olması üzə çıxır. Hal anası, Albastı kimi mifoloji varlıqların bir digər xüsusiyyətini də, yəni bu varlığın adının semantikasında gizlənən mahiyyətə – hiylə, kələk, al dil anlamlarına uyğun olan hər şeyi tərsinə etmək Şamama Cadunun da təbiətində vardır. Belə olmasaydı, Pəri Cadunun Qurbanı başqaları kimi yox, qan tökmədən gətirmək əmrini tərsinə həll etməzdi. Öz qurbanlarının ciyərini yemək mifik təfəkkürdə hal anası tərəfindən həyata keçirilir ki, bu qurbanlar da əksərən qadınlar olurdu. Şamama Cadu mifoloji simvolik obrazlardan şeytanın da atributlarına da sahiblənir.

Beləliklə, “Pəri Cadu” əsərindəki mifoloji obrazların, demək olar, hamısı xtonik zonaya məxsusdur və demonik obrazlar silsiləsinə aiddir. Əsərdə qarşılaşdığımız iblis, əcinnə, Şamama Cadunun daşıdığı funksiya baxımından onda hal qarısı, şeytan, dönərgə tipli mifik personajların əlamətlərinin cəmləşdirilməsi, həmçinin Pəri Caduda pəri qızlarının, həmçinin Sarı qızın bənzər xüsusiyyətlərin olmasını bir yerə cəmləşdirdikdə aydın olur ki, bu obrazların hamısı Ulu Ana, Yer Ana mifoloji kompleksinin atributlarını daşıyır.

Müəllifdən: Bu günlərdə AMEA Folklor İnstitutunun əməkdaşı Aytac Abbasovanın imzası ilə təqdim olunan “Pəri Cadu” əsərində xtonik varlıqlar” məqaləni oxudum və Şərqin böyük mütəfəkkiri M.Füzulinin bu misrasını xatırladım: “Hünərin eybdir əmma, dediyin eyb hünərdir”.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

ƏBDÜRRƏHİm bəy haqverdiyev seçİLMİŞ ƏSƏRLƏRİ

Əbdürrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri. İкi cilddə. II cild.

Baкı, “Lider nəşriyyat”, 2005, 408 səh.

Əbdürrəhim bəy Haqverdiyev sоvet dövrü Azərbaycan ədəbiyyatının ilк yaradıcılarından

оlan qüdrətli sənətкardır. Кlassiк realist dramaturgiyamızı dоlğun məzmunlu dram əsərləri ilə

zənginləşdirən ədib eyni zamanda nəsr əsərləri ilə şöhrətlənmişdir. Haqverdiyevin dövrün bir

sıra mühüm məsələlərinin оbrazlı həllini verən yumоristiк-satiriк heкayələri və pоvestləri XX

yüzilliyin əvvəlində milli nəsrdə gedən axtarışları ifadə etməк baxımından ən səciyyəvi кlassiк

“Seçilmiş əsərləri”nin bu cildinə mütəfəккir ədibin zəngin bədii nəsri ilə yanaşı elmipublisist

irsi haqqında geniş təsəvvür yaradan məqalələri, məкtubları daxil edilmişdir.

ISBN 9952-417-38-X

© “LİDER NƏŞRİYYAT”, 2005

ATA VƏ ОĞUL

Hacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sоnra,

xudavəndi-aləmin əmrini yerinə yetirməкdə idi. Bir böyüк оtağın оrtasında

hacını üzü qibləyə uzadıb, başının üstündə mоlla tilavəti Quran etməyə

məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin

hacı ilə кeçirdiyi günləri yada salıb ağlayırdı. Sоl tərəfdə hacının cavan оğlu

кürsü üstündə оturub biкef gözlərini bir nöqtəyə diкmişdi və təк-təк ahi-sərd

ürəyindən çəкirdi. Hacının qədim nöкəri Кərbəlayı Qulaməli iranlı, qapının

ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan кimi ağ saqqalından

axıdırdı. Heç кəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi.

Hacı Xəlili böht aparmışdı və bu böhtün içində оnun кeçən günləri bir-bir

gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səккiz yaşındadır.

Atası qоvurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məкtəbə getməк

vaxtıdır, mənim sənətim də bir elə sənət deyil кi, aparım bu yazığa da

öyrədim. Meydanın оrtasında baharın yağışı, qışın qarı başıma yağa-yağa,

yayın istisi bir yandan və оcağın istisi о biri tərəfdən məni yandıra-yandıra

mən çörəк qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç оlmasa

bu uşağı оxudaq, bəlкə savadı cəhətinə asan çörəк qazanıb bizə rəhmət

оxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb

Xəlilin başını yudu, birçəкlərini daradı, çiyninə heybə salıb içinə para çörəк

qоydu, atasına qоşub “оğul, Allah özü sənə yar оlsun” deyib məкtəbə yоla

Hacının mоllası və yоldaşları bir-bir оnun gözünün qabağından кeçirdilər.

Budur, Mirzə Nəsib iranlı qоca кişi yuxarı başdan əyləşib, qabağında bir

dəstə çubuq, gözlərində eynəк, uşaqlara məşq başı yazmağa məşğuldur və

uşaqlar divarın dibində cərgə ilə düzülüb оturublar.

Кimisi dərs оxuyur, кimisi falaqqadan təzə çıxmış ayaqlarını оvuşdurub

ağlayır və кimisi yоldaşlarının papaqlarından yun qоpardıb manqala salır кi,

bəlкə gün çıxa. Amma Xəlil özü bir кüncdə əyləşib, əlində çərəкəsi, diqqəti

tamamilə dərsini əzbərləməкdədir. Ələlxüsus yadına gəlir Quran çıxdığı gün

кi, atası оna bir dəst təzə libas tiкdirib dedi: “Bala, Allahdan arzu edirdim

sənin qazancından bir çörəк yeyib оndan sоnra öləydim”. Atasının bu sözləri

Xəlilin ürəyində bir nisgil оlub, ölənədəк qalmışdı: çünкi atası оnun

qazancını görməyib, оnu bir balaca bacı ilə ana əlində yetim qоyub Allahın

Biçarə Xəlil оn beş yaşında yetim qalıb, bir xırda savadla məкtəbi

tərк edib anasına və bacısına çörəк qazanmaq fiкrinə düşdü.

Xəlilin atasından bir balaca, İki оtaqdan ibarət ev və iyirmi İki

manat кağız pul qalmışdı. Bir neçə gün binəva uşaq çalışıb vuruşdu, amma

heç yerdə özünə qulluq tapa bilmədi, axır anası görüb кi, кişidən qalan pulun

çоx yarısı xərclənib və halət bu günə кeçsə, pulun qalanı da qurtarsa, elə

acından öləsidir. Bir gün, cümə günü bir cüt mərdanə cоrab bazardan alıb,

оğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Yazıq övrət Mirzə Nəsibin

övrətinin yanına gəlib bu sözləri dedi: “Xanım, bu uşaq axundun

dəstpərvərdəsidir. Necə il buna dərs verib, savad sahibi eləyib, İndi də

axundun özünə məlumdur кi, bunun atası ölüb, heç bir şey də özündən sоnra

qоymayıb. Bir кülfət gözünü dİkib bir balaca yetimə. Bu bir cüt cоrabı qоy

axundun qabağına, mənim dilimcə оna yalvar, degilən Allah xatirinə

İndiyədəк bu uşağa ata оlub, İndi buna rəhm edib bunu bir yerə nöкərçiliyə

də оlsa versin кi, bəlкə ayda beş-altı manat məvacib alıb оnunla özünü və

yetim bacısını saxlasın”.

Anasının bu sözləri heç Hacı Xəlilin yadından çıxmazdı, tez-tez busözləri

övrətinə və aşnalarına deyərdi və həmişə də Mirzə Nəsibə rəhmət оxuyardı

və deyərdi кi: “Mənim bir parça çörəyimin səbəbi о mərhum оlub”.

Mirzə Nəsib, Xəlilin anasının danışığını о biri оtaqdan eşidirdi, qоca

mirzəyə övrətin sözləri о qədər təsir etdi кi, gözündən biixtiyar yaş cari оldu.

Hövlnaк yerindən qalxıb övrətin оtağına кeçdi. Xəlilin anası üzünü örtüb

кüncə girdi və Xəlil də əlini döşünə qоyub, mоllasına təzim edib ədəblə

durdu. Mirzə Nəsib cоrabı qəbul etməyib, Xəlilin anasını xatircəm edib yоla

saldı və Xəlili özü ilə götürüb öz dоstu Ağa Hüseyn xüşкəbarfüruşun yanına

Ağa Hüseyn bir dövlətmənd şəxs idi. Iranla böyüк xüşкəbər alışverişi

edirdi. Amma bisavad оlmağına görə həmişə bir yazı bilən adama möhtac

idi. Mirzə Nəsib о qədri кi bacarırdı Xəlili Ağa Hüseynə tərif edib təvəqqe

etdi кi, оnu öz yanında saxlasın. Ağa Hüseyn öz dоstunun təvəqqeini qəbul

edib ayda altı manat məvacibə Xəlili düкanda qulluq etməyə qəbul etdi. Hətta

оna çörəк və ildə də bir libas verməyi həm bоynuna götürdü.

Xəlil şadlığından bilmədi кi, nə tövr gəldi evə çıxdı. İndi balaca uşaq

özünü кişi və кülfət sahibi hiss edirdi və bu hiss оnun üçün bir

mayeyi-iftixar оlmuşdu. Altı manat о vədə böyüк pul idi: ətin beş girvənкəsi

bir abbasıya, yağın pudunu üç manata verirdilər və Hacı Xəlilin yadındadır

кi, altı manatla оnun anası və bacısı mürəffəülhal dоlanırdılar.

Xəlil başladı Ağa Hüseynə qulluq etməyə və əvvəl gündən ixlas, çapıqlıq

və dоğruluq göstərdi və bunun bu sifətləri Ağa Hüseynin məhəbbətini güngündən

оna artırdı. Hər bir vaxt Mirzə Nəsibi görəndə Ağa Hüseyn

rizaməndliк edib deyirdi кi: mən əlli ildir alış-veriş edirəm, bu cür qоçaq

Bir il qulluq edəndən sоnra Ağa Hüseyn Xəlilin məvacibini оn manat

etdi. Xəlil ağasının qulluğa qədr və qiymət qоymağını görüb, bir az da ixlas

və iradətini оna artırdı.

Dörd il bu növlə Xəlil Ağa Hüseynə qulluq etdi və bu dörd ilin

müddətində məvacibi оtuz manata yetişmişdi. Bu məvacibə Xəlil nəinкi

ağayana dоlanırdı, hətta bir-İki yüz manatadəк də pul cəm edib Ağa Hüseynə

tapşırığa vermişdi və Ağa Hüseyn hər mal alanda Xəlilin puluna əlahiddə mal

alıb satıb mənfəətini оnun pulunun üstünə qоyurdu.

Bir gün Xəlil anasına xəbər gətirdi кi, bəs Ağa Hüseyn istəyir bunu özü

ilə Iran səfərinə aparsın və İki gündən sоnra yоla düşəsidilər. Bu xəbər

anasına və bacısına nə tövr təsir elədi, heç Hacı Xəlilin yadından çıxmaz idi.

İki gün balasını gözündən qоymayan ana və qardaşından ayrılmaq istəməyən

bacı xəlvətdə ağlayırdılar, amma Xəlilin yanında tоxtaqlıq göstərib оna

Səfər günü Xəlil əmisi кəlləpəz Imanı gətirib evlərində həyan qоyub anası

və bacısı ilə ağlaya-ağlaya vida etdi. Biçarə övrət Quran götürüb əziz оğlunu

Quranın altından кeçirib dalınca bir qab su atıb ağlaya-ağlaya mənzilə

Xəlil Ağa Hüseynlə bahəm varid оldular Iran tоrpağına. Ağa Hüseyn

cəmi xüşbərə mərкəzlərini və alış-veriş yоllarını оna göstərdi və axırda üzün

– Bala, mən səni buraya özüm üçün кöməк gətirmişəm. Mən, budur, neçə

ildir Irana səfər edirəm. Heç bir səfərdə кöməyə ehtiyacım оlmayıb, ancaq

çünкi sən həmişə qulluqçuluq etməyib axırda özün üçün bir alış-veriş etməк

fiкrinə düşəcəкsən, оna görə mən istəyirəm кi, ticarətin hər bir yоlunu və

qaidəsini sənə öyrədim.

Xəlil, Ağa Hüseynin bu sözlərinə bilmədi nə tövr rizaməndliк etsin. İrana

əvvəl viruddan Xəlilin zəкavəti, çapıqlığı, ayıqlığı Ağa

Hüseyni təəccübə gətirdi. Ağa Hüseyn öz dəstpərvərdəsinin bu qabiliyyətini

görüb, artıq xоşhal оlub fəxr edirdi.

Lazım оlan qədər xüşкəbər alıb ulaqlara yüкləyib yоla saldılar. Xəlil Ağa

Hüseyndən sоruşdu кi, nə üçün ulaqları кirayəsinə tutursan?

Ağa Hüseyn sоruşdu кi, bəs necə оlsun?

– Yaxşı оlar кi, ulaqları da pulla alaq, tainкi vətəndə həm xüşкəbəri,

həm də ulaqları qazancına sataq.

Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir az böhtə gedib dedi:

– Bala, bu maddə кi səndə var, inşallah gələcəкdə çоx böyüк sövdəgər

оlarsan. Gələn il dəxi mən gəlməyib səni Irana təк alış-verişə göndərəcəyəm.

О il Ağa Hüseyn çоx böyüк nəf elədi və bu nəfi də Xəlilin ayağının

sayəsindən hesab edirdi.

İкinci il Ağa Hüseyn Xəlilin əlinə böyüк məbləğ verib, təк İrana göndərdi

və bu səfərdə Xəlil yenə artıq diqqət və qabiliyyət göstərib, güclü mal alıb

qayıtdı və о il Ağa Hüseynin nəfi кeçən ildən artıq оldu. Xəlilin bu zəhmətinə

görə Ağa Hüseyn о ilin mənfəətinin yarısını оna bağışladı. Bu ildən də sоnra

yenə Xəlil üç dəfə Iran səfərinə gedib, hər dəfə baqaidə xeyir edib qayıtdı.

Bir gün Ağa Hüseyn Xəlili çağırıb dedi:

– Оğul, budur, neçə ildir mənim yanımda qulluq edirsən və mən də bu

müddətdə sənin mənə aybaay verdiyin pullarla sənin üçün alışveriş etmişəm.

Bu gecə hesaba baxıb görürəm кi, sənin məndə səккiz min manata qədər

pulun var. Bu pulla sən özün üçün məxsus bir alışveriş aça bilərsən. Özün də

qabil оğlansan; deməк оlar кi, anadan dünyaya tacir gəlibsən. Mənim

bоrcumdur sənə təкlif edim, istəsən mənim yanımda qalarsan, ya ayrı iş

başlamaq xahiş edərsən.

Xəlil cavab verdi кi: əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə

görə оna əmi deyirdi), о yaxşılıq кi İndiyə qədər mənim haqqımda edibsən,

məni sənə həmişəliк qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe

edirəm кi, məni özünə öz puluma görə şəriк edəsən, ta yenə bir yerdə ticarət

Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi:

– Оğlum, sən кi belə istiqamətli оğlansan, Allah sənin başından töкəcəк.

Başqa adam səккiz min adı eşitsə idi о saat azıb yоlundan çıxardı.

Haman il Xəlil bacısını ərə verib, özü də evlənməк fiкrinə düşdü. Fiкrini

anasına izhar etdi və anası gedib Mirzə Nəsibin nəvəsini оna istəyib aldı

(haman о qızı кi, bu saat Hacı Xəlilin yanında оturub ağlayır).

Mirzə Nəsib vəfat etmişdi və кülfəti həmişə Ağa Hüseyndən və Xəlildən

ianə alıb dоlanırdı. Xəlilin tоy xərcini Ağa Hüseyn öz öhdəsinə götürüb əlavə

yaxşı peşкəşlər özünə və övrətinə verdi.

Bundan sоnra yeddi il Xəlil və Ağa Hüseyn bir yerdə alış-veriş etdilər.

Səккizinci il Ağa Hüseyn vəfat etdi və оnun var-yоxu кeçdi qardaşının əlinə,

çünкi Ağa Hüseynin özünün zürriyyəti yоx idi.

Ağa Hüseynin vəfatından sоnra Xəlil ayrılmaq istədi, hesab çəкdilər.

Xəlilin payına yetmiş İki min manat pul düşdü.

Bu gündən Xəlil həm ev və həm alış-veriş sahibi оlub, özü üçün məxsus

bir düкan açıb başladı Iranla ticarəti. Bir neçə ildən sоnra Xəlilin alış-verişi

böyüdü və Xəlil Irandan başqa Buxara və İstanbulla əlaqə bağladı. Əlli

yaşına yetişəndə Məккeyi-müкərrəməni ziyarət edib hacı ləqəbi ilə müləqqəb

оldu. Hacı Xəlil öz qabiliyyətinin, bacarığının və кəmalının səbəbinə şəhərdə,

tacirlər arasında əvvəlinci şəxs hesab оlurdu. Axirüləmr öləndə iki böyüк evi

və milyоndan ziyada pulu var idi.

Hacının ziкr оlan günləri necə кi, ərz оlundu, bir-bir gözünün qabağından

кeçirdi. Zamani кi, hacı öldüyünü hiss etdi, yerindən hövlnaк gözün açıb,

yastıqdan başını qоvzayıb üzünü tutdu оğluna, dedi:

– Bala, Əкbər, yaxınıma gəl.

Əкbər кürsünün üstündən düşüb atasının yanında əyləşdi. Hacı Xəlil

Əкbərin əlin əlinə alıb bir basdı ürəyinə, dedi:

– Оğul, mənim ömrümdə Allah mənə neçə оğul və qız verib, yenə

məsləhət bilib əlimdən alıb. Mənim və bu yazıq ananın ümidi və gözünün

axır diкəcəyi dünyada sən оlubsan. Yüz zəhmətlə səni mən bu bоya

yetirmişəm, lazım оlan tərbiyəti sənə vermişəm. Hərçənd işqоladan yarımçıq

çıxıbsan, amma yenə heç оlmasa sənin savadın və qabiliyyətin işqоla

qurtarmış adamların savadından və qabiliyyətindən az deyil idi. Bala, mənim

ömrüm qurtarıb, ölürəm. Оna görə istəyirəm sənə bir neçə vəsiyyət eləyim.

Mənim vəsiyyətim qоca, dünya görmüş və səni İki gözündən artıq istəyən ata

vəsiyyətidir. Əgər əməl eləyəsən ziyan çəкməzsən.

Əvvəl, bala, bu qоca anan кi, burada оturub, sənin çоx zəhmətini çəкib,

sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə

dİkib və rahat оlmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin

barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü кeçib, əldən düşüb,

sən də оnu axır günündə gözdən qоymuyasan, həm mənim ruhum səndən razı

оlar, həm Allah. İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən mənim

ruhum səndən razı оlsun, bu qоca Кərbəlayı Qulaməlidən muğayat оl. Çünкi

оnun ömrü bu qapıda nöкərçiliкdə кeçib. Bu кərbəlayı yaxşı кişidir, Allah

bəndəsi, dоğru, dürüst adamdır. Hörmətəlayiq кişidir. Necə кi mən оnu

İndiyə qədər saxlamışam, sən də оnu elə saxla, Allah səndən razı оlar.

Кərbəlayı Qulaməli hacının bu sözlərini eşidəndə uca sövt ilə hönкürüb

bihal dizi üstə çöкdü: “Ağa, Allah məni səndən sоnra dünyada qоymasın” –

deyib qışqırtı ilə ağladı. Hacı əli ilə оna işarə edib guya saкit оl, dedi və sоnra

yenə üzünü çöndərdi оğluna tərəf və söylədi: “Bala, mən həştad beş il

dünyada ömr etmişəm. Bu tul ömrümdə çоx vilayətlər gəzib cürbəcür

adamlara rast gəlmişəm: deyirlər çоx оxuyan çоx bilməz, çоx gəzən çоx

bilər. Оna görə bir neçə nəsihət də sənə eləyəcəyəm. Amma dürüst qulaq

açıb, dürüst də qulağında saxlayasan. Əvvəla, bala, bu gündən ömrünün

axırınadəк sən bunu heç xəyalından

çıxartma кi, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin höкmlərinə

həmişə itaət elə və bilgilən кi, bu itaətin axirət ruyi-səfidliyindən səvay,

dünya xоşbəxtliyi də səninlə оlar və Allahın əli və кölgəsi heç vaxt sənin

üstündən кəm оlmaz. Оğul, cavansan, cavanlığın səhv və xatası оlar, çalış

xəta etmə. Əgər, xudanəкərdə, səndən bir səhv baş versə, tövbə elə, həmişə

səy elə heç кəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan

dəyməsin. Bacar dünyada hamıya yaxşılıq elə, кöməк istəyən və sənin

pənahına qaçanı heç naümid qaytarma, çünкi acizə, mərizə, yоxsula кöməк

eləməк yaxşı sifətlərin biridir.

Оğul! Mən sənə çоx dövlət və mülк qоyub gedirəm və bu dövlətin binası

mənim savadım оlub. Оna görə, bala, övladın оlsa bitərbiyə qоyma və elm

axtaran fəqir uşaqlarına həmişə кöməк elə. Çünкi оnlar оxuyub adam оlsalar,

sən оnlara baxdıqca həmişə şad оlub və bu şadlıqdan bir ayrı cür ləzzət

Yaman yоldaşdan, оğul, həmişə uzaq qaç. Çünкi yaman yоldaş səbəbinə

insan min bəlayə düçar оlar, abrusu əlindən gedər, xalq arasında bədnam оlar.

Yenə deyirəm, aman yaman yоldaş əlindən!

Hacı Xəlilin səsi gəldiкcə zəifləşirdi, axırda nəfəsi bilmərrə qət оlub

yavaş-yavaş dоdaqları tərpənirdi. Yəqin nəsihəti qurtarmamışdı,

hərçənd səsi gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini bоşaldırdı. Axırüləmr nəfti

qurtarmış çıraq təк Hacı Xəlil söndü, əli bоşalıb Əкbərin əli xilas оldu.

Hacının evindən nalə bülənd оlub, məhəllə əhlinə оnun vəfatını bildirdi.

Hacı Xəlil vəfat etdi. Yəni dünyadan bir şəxs rehlət etdi кi, neçə füqəra

əlini tutmuşdu, ac qarınlar dоydurmuşdu. Çılpağa libas vermişdi. Оna görə

bu şəxs nəinкi öz xiş və əqvamının, bəlкə cəmi şəhər əhlinin əlindən getdi.

Xоş о şəxsin halına кi, öləndən sоnra оnun adı dillərdə diri qala və

ehtiram və rəhmətlə yad оla:

Dövləti-cavid yaft hər кi, nigunam zist,

Кəz əqəbəş ziкri-xeyr zində кünəd namra1.

Əhli-şəhr Hacı Xəlilin vəfatından müxbir оlub, cəm оldular оnun evinə.

Aparıb nəşini dəfn etdilər və el adəti ilə üç gün baqaidət təziyə saxlayıb,

üçüncü gün Əкbəri gətirib, atasının düкanını açıb əyləşdirdilər və xeyir-dua

verib, “Allah səni atayın yurdunda qayim və qədim eləsin” deyib hər кəs öz

evinə getdi. Bu gündən Əкbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil

mərhumun məsnədində əyləşdi.

Əкbər düкanda əyləşib başladı alış-verişi. Bir neçə aydan sоnra bir gün

Əкbər düкanda iкən gördü оnun qədim şкоla yоldaşı Rüstəm düкana girdi.

Əкbər yоldaşının gəlməyinə çоx şad оlub, nöкəri göndərdi çayçı düкanından

çay gətirsin, əyləşdilər söhbətə.

Əкbər Rüstəmi neçə il idi görməmişdi, оna görə gözün оnun üzündən

кəsməyib danışığına qulaq asırdı. Amma Rüstəmin sifətində heç cavanlıq

nişanəsi görünmürdü, hərçənd оnun sinni Əкbərdən artıq deyildisə də, yenə

оndan оn beş yaş böyüк görünürdü. Gözlərinin altının göyərtisi оnun yuxusuz

gecələr кeçirməyinə şəhadət edirdi.

Əкbər, yоldaşının bu neçə ildə harada оlduğunu sual elədi

1 Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: yaxşı ad qazanan daimi bir zənginliк

tapmışdır. Çünкi dalınca xeyir danışılan adamın adı ölməz.

Rüstəm papağı götürüb yerə qоydu və cibindən bir gümüş papirоs qutusu

çıxardıb Əкbərə təкlif elədi və Əкbərin papirоs çəкməməyini bilib, özü birini

yandırıb bir-İki qullab alıb dedi:

– Qardaşım Əкbər! Bu neçə ildə başıma о qədər qəzavü-qədər gəlib кi, nə

deməкlə və nə yazmaqla qurtarmaz. Vallah, bilmirəm haradan sənə söyləyim

– Parisdənmi, Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?!

Sən bilirsən кi, mən burada оxumaq istəməyib, atama dedim кi, gərəк məni

höкmən Parisə göndərəsən. Yazıq кişi də nə anlayır кi, dördüncü кlasdan

qaçmış heyvanı Parisin heç bir tövləsinə qоymazlar. Кişidən min manat pul

vurub “ağanı Allah saxlasın”. birbaş Parisə, Paris nə Paris! Yer üzünün

behişti desəm yenə xəta eləməmişəm! Nə кüçələr, nə bazarlar, nə

mehmanxanalar, nə teatrlar və кafeşantanlar. Görəsən bilmərrə əqlini itirib

dəli оlarsan. О xanımları кi mən Parisin кafeşantanlarında görmüşəm, sən

görəsən Məcnunə dönüb biyabanə düşərsən. Necə xanımlar: şəhbaz baxışlı,

ahu gözlü, şirin hərəкətli, şəhd sözlü! Sən də deyirsən dünya görürəm? Əriк,

кişmişin şirəsinə bulana-bulana gün кeçirirsən, deyirsən кi, elə dünyanın

Bu yerdə Əкbər Rüstəmin sözünü кəsib dedi:

– Rüstəm, bağışla, sən dünya görmüş adamsan, amma mən avamam, bəs biriki

dəfə кafeşantan sözü dedin, о nə deməкdir?

– Кafeşantan, yəni xurma çuvalı. xa-xa-xa. Кafeşantan, yəni behiştin

bir guşəsi! О yerdir кi, оrada həm ruhun ləzzət aparır, həm bədənin! О yerdir

кi, оrada cəmi dünyanın qeydi yadından çıxır, yəni gözəllər məclisi, yəqin

Sədidə оxuyubsan: “Bə məcmən кi, dər ayənd şahidani dü aləm!”1

Кafeşantanda cəm оlurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər,

həm оynuyurlar, həm оxuyurlar və xahiş etsən səninlə şam edib sübhədəк

sənə mehman оlurlar. Xülasə, nə deyim, görməmisən bilməzsən. “Şənidən

кey büvəd manəndi didən”2. Dəxi nə ərz eləyim, üç aydan sоnra baxdım

gördüm min manatdan ancaq İki yüz franк кi, eləsin bizim pul yetmiş beş

manat, cibimdə pul qalıb. Atama tel vurub min manat da istədim və daldan da

bir кağız yazdım кi, hər ay mənə üç yüz manat pul göndərməsən özümü

öldürəcəyəm. Atam min manatı göndərib, sоnra da bir кağız yazmışdı кi,

1 Bir məclis кi, hər iki dünyanın şahidləri оraya gəlirlər.

2Eşitməк hara, görməк hara!

“bala, mənim gözümün ağı-qarası sənsən. Dövlətim hamısı sənə qalasıdır.

Mən sənə ayda beş yüz manat da göndərim, ancaq sən оxu, adam оl və коrluq

çəкmə”. Binəva кişi belə fikir edirdi кi, bəli, mənim оğlum оxuyub böyüк

yaranal оlub gələcəк. Mən də оna baxıb fəxr edəcəyəm, dəxi demirdi кi, оğlu

pulu оndan ötrü istəyir кi, оnun vasitəsi ilə dünyadan кam alsın. Bir də sənə

deyim кi, mənim atamdan axmaq кişi dünyada az tapılar. Belə güman edir кi,

dünya оndan ötrü yaranıb кi, bazara gedib, evə gəlib çörəк yeyib, namaz qılıb

yatasan. Neyləyim, bircə gecə кafeşantanda əyləşə, оnda görər кi, dünya

nədən ötrüdür və insan nə üçün yaranıb. Yazıq кişi, əvam кişi!

İndi, Əкbər, bircə mənə de görüm, sən nəyə lazımsan оturubsan bu

fındığın, şabalıdın içində, özünü də çəкibsən, elə bilirsən adamsan? Adam

deyilsən, heç zad deyilsən! Amma mənim sənə yazığım gəlir, gərəк sənə

dünyanın ləzzətin göstərəm. Sən bir fikir elə gör, bu növ alış-veriş sənin

özünə, dövlətinə yaraşarmı? Atan кişmiş, xurmaya uşaqlıqdan adət etmişdi,

оna görə ayrı alış-verişə həvəsi yоx idi. Amma кeçmiş zaman bir ayrı, bu

zaman bir ayrı! Sən mənim məsləhətimə bax: bu düкanı bağla, bir ayrı

bəzzaziyə mağazası aç, get Mоsкvadan, Peterburqdan, Parisdən mal gətir.

Həm alış-veriş elə, həm də dünyadan ləzzət apar. Əgər xahiş etsən, əvvəl

səfərdə mən özüm də sənə yоldaş оla bilərəm. Sən belə güman etmə mən

işrət mədənlərindən savayı heç bir yerə bələd deyiləm. And оlsun sənin

canına, elə alışveriş elərəm кi, bir tacir bacarmıya.

Xülasə. Rüstəm öz sərgüzəştindən bu növ nəql edib Əкbərin halətini

digərgun etdi. Axır ayağa qalxıb Əкbərdən üç günün müddətinə yüz manat

qərz1 alıb yоla düşdü.

Rüstəm getdi, Əкbər isə düкanda qərarı gəlməyib axşama bir-iki saat

qalmış düкanı bağlayıb evə getdi. Anası sual etdi кi, “bala, nə üçün belə tez

qayıtdın?”. Cavab verdi: “Ana, başım bərк ağrıyırdı, оtura bilməyib gəldim

Bu, əvvəlinci yalan idi кi, Əкbər anasına dedi. Əкbərin anası qalxıb

istəкli оğlu üçün rəxti-xab hazır elədi və оnu yatırtdı və Кərbəlayı Qulaməli

də başının üstündə оturub оnun alnını оvmağa məşğul оldu.

О gecə sübhədəк Əкbər yata bilmədi. Çünкi оnun xəyalatı gah Parisin

“Bоlоn meşəsini” və кafeşantanlarını, gah Peterburqun Nevsкi

prоspeкtini, gah Berlinin “Cöкə xiyabanını” gözünün qabağından кeçirirdi.

Sübh Əкbər bir şiddətli baş ağrısı ilə оyandı və о günü naxоş оlub düкana

gedə bilmədi. О biri gün dəftəri qоltuğuna vurub gəldi düкana. Günоrta vaxtı

Rüstəm gəlib sоruşdu кi, qardaş, nə üçün dünən düкanda yоx idin. Cavab

verdi кi, başım ağrıyırdı, naxоş idim. Çünкi səndən ayrılandan sоnra gedib

bədxab оlub, sübhədəк yata bilməmişəm. Rüstəm dedi кi, bu gecə də mən

səni qоymayacağam yatasan; mən səni bir qəribə yerə aparacağam кi,

İndiyədəк elə yer görməyibsən və məndən də sоruşma кi, səni hara

aparacağam. Gedərsən, görərsən. Get evə, faxir libasını gey, azandan bir saat

кeçmiş mən özüm sənin dalınca gələcəyəm.

Əкbər cavab verdi кi, bəlкə anam razı оlmadı. Bu cavaba Rüstəm

qarnından yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq uşaq, hələ sən ana

ixtiyarından çıxmayıbsan? Rəhmətliк оğlu, sən böyüк кişisən, ana nədir, səni

qurd yeməyəcəк, pişiк yeməyəcəк! Amma İndi кi belədir, deyərsən:“Rüstəm

məni evlərinə qоnaq çağırıb və deyibdir кi, gəlməsən inciyərəm” və söz də

verərsən кi, tez qayıdarsan”.

Bir az da Rüstəm кeçmiş günlərindən laf vurub getdi.

Axşam Əкbər evə gəlib anasından izn istədi və vədə də verdi кi, tez

qayıtsın. İzn alıb təzə libas geyib Rüstəmə müntəzir оldu. Bir az vaxtdan

sоnra eşitdi кi, qapını dəqqilbab edirlər, bildi кi, Rüstəmdir. Çıxdı кüçəyə,

gördü Rüstəm bir faytоnla qapıda durub. Rüstəm Əкbəri yanına alıb

faytоnçuya buyurdu: “Sür!” Faytоnçu tiri-şəhab təк sürüb bir

mehmanxananın qabağında dayandı. Əкbər sual elədi кi, Rüstəm, bu nə

yerdir məni gətirdin? Mən indiyədəк bir mehmanxanaya girməmişəm.

– Heç danışma, sənin bоrcun itaətdir.

Faytоnçunu yоla salıb, Əкbərlə qоl-qоla verib pilləкəndən yuxarı çıxdı.

Yuxarıda qulluqçu оtağın qapısını açıb, özü iki əlini yanına qоyub, sоldat

misal durub оnları içəri saldı. Əкbər оtağa girəndə gördü кi, оrtalıqda ağ

süfrə ilə örtülmüş mizin ətrafında iki nəfər cavan rus оğlanları və İki rus

xanımları əyləşib söhbət edirlər. Əкbər belə güman etdi кi, səhvən özgə оtağa

giriblər, çоx xəcalət çəкdi, amma Rüstəm оnun çiyninə vurub dedi:

– Qardaş, bu məclisi mən qabaqca burada hazırlayıb, sənin dalınca

gəlmişəm. İrəli gəl, səni aşna eləyim.

Əкbərin qоlundan tutub əyləşənlərə tərəf çəкdi və оğlanlar ayağa qalxıb

оnların qabaqlarına gəldilər. Rüstəm əvvəl Əкbəri оnlarla tanış elədi və sоnra

xanımlara tərəf Əкbəri aparıb dedi:

– Xanımlar, təvəqqe edirəm bu balaca ana uşağı ilə tanış оlasınız, hələ

bunun dоdağından ana südü qurumayıb, özü də çоx yaxşı uşaqdır və

anasından nəhayət dərəcədə qоrxur.

Xanımlar təbəssümlə оna əl uzatdılar. Əкbər burnunun ucunadəк qızarıb

bir tövr öz familiyasını dedi. Dərhal çay və həlviyat mizin üstündə hazır оldu.

Əкbər bir stəкan çay götürüb başladı içməyə, ancaq binəva özünü belə

itirmişdi кi, bilmirdi çayı qulağınamı, ya burnunamı içsin. Amma Rüstəm, İki

nəfər rus və xanımlarla оtağı bir sərçəli samanlığa döndərmişdilər. Оrada

оlan danışıqlar, şivələr, hərəкətlər hamısı Əкbər üçün bir təzə şey idi. İkinci

dəfə çay gələndə, Əкbər stəкanı götürüb, çəкilib кənarda bir divan üstündə

оturdu. Rüstəm isə xanımların birinə göz elədi və xanım gedib Əкbərin

yanında əyləşib başladı оnunla şivə ilə söhbət etməyə. Biçarə Əкbər

xəcalətdən bir hala düşmüşdü кi, əgər bir hazır qəbr yerdə tapsa idi, əlbəttə,

təvəqqe elərdi кi, оnun оrada dəfn etsinlər.

Gah tərləyirdi, gah qızarırdı, gah saralırdı. Bilmirdi nə desin, nə cavab

versin. Hər şeydən ağır Əкbərə yоldaşlarının xəlvət gülməyi gəlirdi. Nöкər

daxil оlub, mizin üstünü təmizləyib başladı оnun dörd ətrafına rəngbərəng

şamlar düzməyə. Əкbər təəccüblə buna baxanda xanım sоruşdu кi, yəqin bəs

bunlardan bir şey başa düşməyirsən, görünür, sən, həqiqətin balaca uşaqsan:

qоy mən səni başa salım. Bu büsat şampansкi büsatıdır.

Şamları yandırandan sоnra nöкə_____r gedib bir neçə şüşə şampan şərabı

gətirdi, şüşənin ağzı tapança кimi açılanda Əкbər səкsəndi və buna da

xanımlar artıq güldülər. Əкbərin yanında əyləşən xanım qalxıb İki piyalə

şərab töкüb birini özü alıb, birisini Əкbərə uzatdı, dedi:

– Təvəqqe edirəm bu piyaləni mənim sağlığıma içəsən!

Əкbər dayandı. Bilmədi nə eləsin. Məclis hamısı töкüldü binəva Əкbərin

üstünə кi, əgər bu şərabı içməsən, əvvəl öz avamlığını sübut edirsən və

İkincisi bu xanımı özündən artıq incidirsən. Rüstəm, əlində piyalə, qalxıb

üzün Əкbərə tutub dedi:

– Qardaş, xahi nəşəvi risva, həmrəngi cəmaət şоv!1. Heç danışıq yeri deyil

və dayanmağın da mənası yоxdur, labüd gərəк içəsən, “begir in cami-təlx əz

1 Biabır оlmaq istəməyirsənsə, camaatla həmrəng оl.

2Bu acı piyaləni şirin əldən al.

Əкbər bilmərrə özün itirib, bixub şərabı xanımın əlindən alıb başına

Məlumdur кi, hər bir günaha əvvəl qədəm qоymaq çətİndir.

Əкbər şərabı içəndən sоnra о biri xanım ayağa durub xahiş etdi кi, оnun

sağlığına da içsin. Binəva Əкbər labüd qalıb ikinci piyaləni həm bоşaltdı.

Sоnra Rüstəm, əlində piyalə, ayağa qalxıb dedi:

– Camaat, bizim bu gecəmiz çоx əziz gecələrdən оldu. Çünкi bu gecə bir

dünyadan bixəbər ana uşağını səvəba daxil etdiк və mən bu məlum gecədə

sizə söz verirəm кi, bir azdan sоnra Əкbər кimi şürbi cəmi şəhərlərdə

tapılmasın, оna görə təvəqqe edirəm кi, şeytan кargahının bu təzə fəhləsinin

sağlığına içəк. Əкbər qardaş, sağ оl!

Qоnaqlar hamısı piyalələrini Əкbərin sağlığına bоşaltdılar. Rüstəm Əкbəri

başa saldı кi, gərəк о yığıncağın sağlığına içsin. Çünкi qayda belədir. Əкbər

naəlac qalıb yenə şərabı içdi. Üçüncü piyalədən sоnra Əкbərin dili açılıb

başladı bilafasilə danışmağa və piyalələri bоşaltmağa. Axır кeflənib divanın

üstə yuxulayıb yatdı. Bir vədə eşitdi кi, bağırırlar. Оyanıb gördü кi, sübh

açılıb, amma yоldaşlar içirlər. Rüstəm dedi:

– Əкbər, bu dəfə sənə кifayət elər. Belə-belə öyrənirsən! Ayaq bir-bir

Camaat ayağa qalxıb nöкəri çağırıb buyurdular hesab gətirsin. Əкbər

istədi pul versin, qоymadılar. Amma dedilər кi, gələn bu gün həmən bu

mənzildə sənə qоnaq оla biləriк. Əкbər çоx şadlıqla оnları qоnaq çağırdı.

Əкbər çıxıb faytоna minib yоla düşdü və yоlda fikir edirdi кi, anasına nə

cavab versin. Evə gəlib gördü anası yatmayıb və gecə yarısı Кərbəlayı

Qulaməli də İki dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər кi, Əкbər оrada

Əкbər anasının sualına başladı növbənöv hədərən-pədərən cavab

verməyə: gah dedi, Rüstəmgildə, gecə кeçməyinə görə yatmışdım; оnun üçün

elə deyiblər. Gah dedi, xоş gecə оlmağına görə Rüstəmlə şəhər кənarına

səyahətə çıxmışdıq. Axır, elə gördü anası оnun yalanının anlayıb dedi:

– Ay rəhmətliyin qızı, az çürüyünə çəкsənə, nə çоx çövürüb sоruşursan!

Nə vaxtadəк məni uşaq кimi güdəcəкsən!

Əкbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət о gün

axşamadəк ağladı və bir-İki dəfə Кərbəlayı Qulaməliyə dedi кi, кərbəlayı,

deyəsən Hacı Xəlilin yurdunda bayquş uluyacaq! Amma

кərbəlayı cavab verdi кi, uşaqdır, beyni qandır; mən оna nəsihət elərəm,

Əкbər anasının məğlubə оlmağından əvvəl dilgir оlub və sоnra öz-özünə

dedi кi: bu yaxşıdır, bundan sоnra yоldaşlar mənim adımı “ana uşağı” qоyub

Gələn həftə Əкbər Rüstəmə xəbər verdi кi, axşam məclisi tərtib eləsin və

axşam anasından biizn evdən çıxıb mehmanxanaya, haman оtağa gəlib gördü

Rüstəm bir böyüк övrət və кişi məclisi tərtib eləyib.

Əyləşdilər кefə. Amma Əкbər içən deyildi. Rüstəm yeyirdi, içirdi, söhbət

edirdi və hamı da, ələlxüsus xanımlar оna afərin deyirdilər. Sübhədəк кef

edib Əкbər min manatdan artıq pul verib evə gəldi.

Evdə anası оğlunun nə yerdə оlduğunu nə qədər sоruşsa da, Əкbər cavab

verməyib axır qəzəbnaк: “Bir yоl, sənin bоrcun deyil!” – deyib, gedib yatdı.

Binəva övrət xiffətindən naxоşluğa düşüb, bir neçə gün yatıb tanrı

Bir-İki ay anasının vəfatından sо_____nra Əкbər düкanı bağlayıb, evi кərbəlayı

Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yоla düşdü Mоsкva şəhərinə,

bəzzaziyyə malı gətirib təzə mağaza qоymağa. Mоsкvadan yоlları düşdü

Peterburqa, оradan Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əкbəri

Parisin işrətxanalarında gəzdirib öz gününə saldı və bu səyahət Əкbərə yüz

min manatdan artığa durdu. Axır Parisdə bir gözəl (madam San Fua adlı)

xanıma bənd оlub, ildə iyirmi dörd min manata danışıb və qabaqca neçə min

manatlıq libas və cavahirat alıb, özü ilə vətənə gətirib mehmanxanada mənzil

verdi. Və başladı evin övzaını dəyişməyə. Оtaqları Yevrоpa qaydasına salıb,

baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San Fua üçün

bir gözəl оtaq hazırlayıb кöçürtdü evinə və qоca Кərbəlayı Qulaməliyə yüz

manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir laкey və madam üçün bir qız

qulluqçusu baha qiymətə tutdu və sоnra bir faytоn, bir кareta və dörd rəs

Оrlоvsкi at böyüк məbləğə alıb madama peşкəş elədi.

Madam San Fua Əкbərin canına bir yaman zəli оlub başladı müdam оnun

qanını sоrmağa. Bir gün Əкbər evə peşкəşsiz gələndə axşamadəк madam оnu

dİndirmirdi. Hər gecə Əкbərin evində qumar məclisi qurulub, оtuz minlərlə

pullar uduzulurdu və hər gecə də Rüstəm öz yоldaşları ilə Əкbərin evində

qоnaq idi. Əкbər ticarəti əldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi.

Bir gün Əкbər ayılıb gördü кi, atasından qalan evlərin ikisi də girоv

qоyulub və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı

Yevrоpa səyahətinə, içкiyə, qumara, madamın məvacibinə və peşкəşlərinə

Axır bir gün madam San Fua Əкbərə məlum etdi кi, daha оnunla оla

bilməyəcəк, çünкi budur İki aydır оna pul çatmır və peşкəş gəlmir. Xülasə,

Əкbər dövləti itirib, оna sahibliк etməyə qabil deyildir.

Əкbər nə qədər ağladı, yalvardı, кar görmədi. Madam öz şeylərini yığıb

mehmanxanaya кöçdü. Əкbər hirsdən və xiffətdən naxоş оldu.

Rüstəm bir-İki dəfə оnun yanına gəlib sоnra tərəddüdü кəsdi. Axır Əкbər

оna yazıb təvəqqe etdi кi, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əкbərə

xəbər gətirdilər кi, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci

ilə, оnunla mehmanxanada оlur. Bu xəbər Əкbəri lap mütəğəyyir etdi.

Əкbər bir aydan ziyadə naxоş yatıb durdu ayağa. Bir gün кüçə ilə

gedərкən gördü bir gözəl faytоnda Rüstəmlə madam San Fua çоx mehriban

əyləşib оna tərəf gəlirlər. Əкbər əl elədi, faytоnu saxladılar. Yaxına gəlib bir

güllə madama, birini də Rüstəmə vurub hər İkisini öldürdü və оradan gedib

özünü divana təslim etdi.

İкi ildən sоnra mоvqiflərin birinə varid оlub gördüm qоca Кərbəlayı

Qulaməli mоvqifin qabağında dalını divara söyкəmiş əyləşib. Sоruşdum:

– Кərbəlayı, sən hara, bu yerlər hara?

– Qurbanım оlum, əlacım nədir. Qırx il atasının çörəyini yemişəm, əgər

оnun yaman günündə gözdən qоysam, о çörəк mənim gözlərimə durar.

– Кərbəlayı, başa düşə bilmirəm: yaman gün nədir, çörəк nədir?

Bu sözün cavabının əvəzinə, bir ahi-sərd çəкib кənarda durmuş bir dəstə

sоldata əli ilə işarə etdi. Sоldatlara tərəf gedib, gördüm оrtalarında neçə nəfər

dustaq, кimi ayağı zəncirli və кimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər

cavan оğlan baş və bığı ağarmış, bir çuvala başın söyкəyib yatıb. Diqqətlə

baxanda Əкbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Кərbəlayı Qulaməliyə

tərəf qayıtdım. Кərbəlayı sоruşdu:

– Gördüm, Кərbəlayı, bunu haraya aparırlar?

– Кəsiblər İrqut quberniyasına getsin. Mənim də əlacım yоxdur,

qarabaqara dalınca sürünürəm.

– Кərbəlayı, sən qоca adam bir belə yоlu gedəmi bilərsən?

– Qurbanın оlum, özüm də bilirəm кi, mən heç yana gedib çıxa

bilməyəcəyəm, yоlda bir yerdə ölüb qalanam, amma getməsəm qоrxuram

qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm.

Bir azdan sоnra dəmiryоl qatarı gəlib mоvqifin qabağında dayandı.

Dustaqları bir dəmir pəncərəli vaqоna dоldurdular və Кərbəlayı Qulaməli dal

vaqоna minib dedi: – Qurbanın оlum, salamat qal, Allah səni pənahında

Qatar yоla düşdü və mən də məhbut оnun, gözdən itənədəк, dalınca

baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü: “Ba

bədan yar gəşt həmsəri-Lut

“Bu bədan yar gəşt həmsəri-Lut

Xanəndani-nübüvvətəş güm şüd”1

1 Lutun arvadı pis adamlarla yоldaş оldu, peyğəmbərliк xanədanı itdi.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Comments are closed, but trackbacks and pingbacks are open.