Ehmed Seyidov – Wikipedia
Pedaqogika tarixi ; 20161216 ; AF ; dərs proqrammları
MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI
13. Abdullayev A., Təhsil sahəsində islahat Proqramının tələbləri baxımından Azərbaycan Müəllimlər İnstitutunda kadrların ixtisasının artırılması, yenidən hazırlanması və təkmilləşdirilməsi işinin təşkli, Bakı, “Müəllim”, 2004
14. Aslanov N., Fənn metodbirləşmələrinin işi (metodik tövsiyə), Bakı, 1992
15. Bayramov Ə.C., Əlizadə Ə.Ə., Psixologiya, Bakı , 1989
16. Bayramov H, Kəlbəliyev Ə., Təhsilin idarə edilməsinin əsasları, Bakı, 1998
17. Cabbarov R.H., Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin planlaşdırılması sistemi, Bakı, 1996
18. Cabbarov R.H., Təhsil müəssisələrinin idarəetmə məsələləri, Bakı, 2001
19.Cabbarov R.H., Təhsil müəssisələrinin idarə edilməsində metodik xidmətin təşkili və planlaşdırılması, Bakı, 2005
20. Davletşina N.V., Kimliki B.B., Klarç R.C., Rey D.İ., Demokratiya: Dövlət və cəmiyyət. “Səda” nəşriyyatı: Bakı – 1999.
21. Eminov Allahverdi, XX əsrin ən böyük Azərbaycan pedaqogikası, Bakı, 2002
22. Əhmədov N. və B. ” İdarəetmənin pedaqogikası və psixologiyası” Bakı, 2000
23. Əhmədov H., “Nəriman Nərimanov” Bakı ABU-2004
24. Əhmədov H., “Azərbaycan məktəbi və pedaqoji fikir tarixi”. ” Təhsil” nəşriyyatı.
25. Əhmədov N. H., Rzayev A., Pedaqogikadan mühazirə konspektləri, Bakı, 1983
26. Əhmədov N.H., Məktəbdaxili nəzarətin forma və metodları, Bakı, 1988
27. Əliyev M., Seyidova S., Makdonald Ceyn, Müasir məktəb rəhbərliyinə yeni baxış, müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri. (Müəllimlər üçün vəsait), “Adiloğlu”, Bakı, 2005
28. Əlizadə H. “Sosial pedaqogikanın aktual məsələləri” Bakı, 1998
29. Nəsirəddin Tusi, “Əxlaq- Nasiri”, Bakı, 1989
30. “Yaşlıların təhsili” mövzusunda keçirilmiş beynəlxalq konfransların bəyannamələri, Bakı, 2004
31. “İxtisasartırma təhsilində yeni mexanizmlərin tətbiqi, problemlər və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransının materialları, AMİ-nin Elmi əsərləri, 2004-cü il, № 2 (15)
32. İsmayılov M.İ., Cabbarov R.H., Təhsil üzrə rayon (şəhər) və məktəb şuralarının işinin təkmilləşdirilməsi yolları, H.Tusi adına ADPU- pedaqoji, psixoloji elmlər seriyası №2. Bakı, 1997
33. “İxtisasartırma təhsilində yeni mexanizmə keçid və müəllimlərin təkmilləşdirilməsi işinin təşkili barədə” Təhsil nazirinin 21.02.2002-ci il tarixli 164№-li əmri
34. “İslahatların gedişi , əldə olunan nəticələr və perspektiv inkişaf barədə” Təhsil Nazirliyinin Kollegiya matarialları, Bakı, 2003
35. İnkişafetdirici təlim-tərbiyə metodları, Bakı, 1999
36. Kazımov N.M., Həşimov Ə.Ş., “Pedaqogika”, Bakı, “Maarif”, 1996
37. Hüseynzadə R.L. “Erkən orta əsrlər dövründə Azərbaycanda məktəb və pedaqoji fikir”. ” Elm” nəşriyyatı. Bakı, 2005
38. Quliyev Ə., “Peşə təhslinin idarə olunmasında direktorun pedaqoji ustalığının rolu” jurnalı № 4 2001
39. Məmmədzadə R.H. “İxtisasartırma təhsili: Yeni problemlər yeni münasibətlər”.
40. Məmmədzadə R.H. “Yaşlıların təhsili XXI əsrin açarıdır” “Azərbaycan məktəbi”
41. Məmmədzadə R.H. “Yaşlıların təhsilinin təşklilinə dair” Təhsil, mədəniyyət, incəsənət bilgi dərgisi № 3, 2004
42. Məmmədzadə R.H və Abdullayev A.A., “Andraqogikaya giriş” Bakı, 2005
43. Məmmədzadə R.H., Müəllimin peşə etikası. Bakı , 1992
44. Məmmədzadə R.H., “İxtisasartırma təhsili” bakı, “Müəllim” 2002
45. Məmmədzadə R.H., Məktəbin idarə olunmasında perspektiv inkişaf proqramı və illik plan haqqında”, “Azərbaycan məktəbi”, №6, 2003
46. Məmmədzadə R.H., “İdarəetmə mədəniyyəti” Bakı, 1999
47. Mərdanov. M.C., “Fasiləsiz təhsil hamı üçündür”. Azərbaycan müəllimi qəz.
1-7 mart 2001
48. Mərdanov. M.C., Müstəqillik və təhsil islahatı. “Azərbaycan müəllimi”, 30 iyul 1998
49. Mərdanov M., Mehrabov A., Ağamalıyev R., Qardaşov T., “Təhsil sistemində monitorinq və qiymətləndirmə”, ” Çaşıoğlu”, 2003
50.Mərdanov M., Azərbaycan Təhsil İslahatı illərində, Bakı, 2001
51. Mehrabov A. O. Və b. Pedaqoji texnologiyalar, Bakı , 2006
52. Mehrabov A.O.,Azərbaycan təhsilinin müasir problemləri, Bakı, Mütərcim, 2007-448 s.
53. Məmmədov A., Təlimin psixoloji əsasları, Bakı, 1993
54. Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında), Müəllimlər üçün vəsait, “Adiloğlu, Bakı, 2005
55. Mirzəcanzadə A. İxtisasa giriş, Bakı, 1990
56. Mkbrayd Rob, Kazımzadə A., Şiriyev B., Müəllim hazırlığı/ pedaqoji təhsil (Yekun hesabatın layihəsi), “Azərbaycan müəllimi” 19 noyabr 2002-ci il
Ehmed Seyidov – Wikipedia
Əhməd Seyidov (tam adı: Seyidov Əhməd Yusif oğlu 1882 , Aslanbəyli , Qazax qəzası – 1977 , Aslanbəyli , Qazax rayonu ) — azərbaycanlı alim, Zaqafqaziya və Azərbaycanın ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan pedaqogika tarixinin ilk tədqiqatçılarından biri. [1] [2] Əhməd Seyidov Hacı Kərim Sanılı ilə birlikdə ilk “Əlifba” dərsliyinin müəllifi olmuşdur. [3] [4] O, müxtəlif vaxtlarda Lənkəran qəza xalq maarif şöbəsinin müdiri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifələrini icra etmişdir. [2] [3] [4]
Mündəricat
- 1 Həyatı
- 1.1 Erkən illəri
- 1.2 Elmi fəaliyyəti
Erkən illəri
Əhməd Yusif Seyidov 1892-ci ildə mart ayının 31-də Yelizavetpol quberniyasının Qazax qəzasının Aslanbəyli kəndində, Seyid Nigari nəslindən [2] olan Yusif və Xədicə xanımın ailəsində anadan olmuşdur. [3] [4] Dörd-beş yaşalarında atasını itirən Əhməd Xədicə xanımın himayəsində böyüyüb. [2] [3] [4] O, övladının oxumasına һәг cür şərait yaratmış, ev qayğılarından onu azad etmişdi. Əvvəlcə Hacı Mahmud Əfəndinin kənddə açdığı hücrədə yazıb-oxumağı öyrənən Əhməd, təhsilini Əhməd Ağa Mustafayevin məktəbində davam etdirmişdir. [2] Əhməd Seyidov sonralar о günləri xatırlayaraq yazırdı:
Əhməd ağa nəinki şagirdləririnə dərs verər, o, həm də uzaq kəndlərdən onun məktəbinə gələn uşaqları evində saxlayıb yedizdirərdi. Biz oxuduğumuz müddətdə bit dəfə də olsun ondan yersiz hərəkət, uca ton, pis münasiləət görmədik. Onun şagirdlərinə mənəvi təsiri olduqca böyük idi. Əhməd ağa elə dərs keçirdi ki, о dərsə getməmək olmazdı. Əhməd ağa Xədicə xanımı inandıra bilmişdir ki, Əhməd çox qabiliyyətli uşaqdır, onun elmə həvəsi var, böyük gələcəyi üçün hökmən təhsilini davam etdirməlidir. Kasıblıq və imkansızlıq onu sıxsa da, Xədicə xanım övladının Qori Müəllimlər Seminariyasında oxumasına qərar verir. O dövrdə Qori Müəllimlər Seminariyasında ödənişli və ödənişsiz əsaslarla təhsil almaq mümkün idi. İmtahanları daha müvəffəqiyyətlə verənlər dövlət hesabına oxuya bilərdilər. Ödənişli şöbəyə daxil olan Əhməd Seyidov qəbuldan üç gün sonra yaxşı imtahan vermiş tələbə kimi ödənişsiz oxuyan tələbələr sırasına daxil edilir. [2]
1911-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olan Əhməd Seyidov 1917-ci ildə oranı 10 tələbə (Məhiş Hüseynov, Qəzənfər Qəniyev, Yusif Qasımov, Yasin Miralıyev, Hüseyn Paşayev, Xosrov Şirinbəyov, Əliş Şəfiyev, Lətif Şahməmmədbəyov, Rzaqulu Şadlinski) [2] ilə birgə bitirmişdir. [3] [4] Əhməd Seyidov Qori Müəllimlər Seminariyasmin son buraxılışının məzunlarından idi. O, pedaqoji fəaliyyətinə Aslanbəylidəki evinin ikinci mərtəbəsində məktəb açmaqla başlayır. [2] [3] Sonralar Osman Cəfərov yazırdı:
Professor Seyidov təmiz qəlbli, geniş düşüncəli, gələcəyi yaxşı görə bilən, hamı üçün xeyirxah, düzgün yol göstərərı şəxsiyyət olduğuna görə kəndimizin bütün camaatı Əhməd müəllimə inanır və onun dediklərinə əməl edirdilər. Ona görə də kənd sakinləri uşaqlarını hücrədərı çıxarilə Əhməd miiəllimin yeni tipli məktəbinə göndərdilər. Əhməd Seyidov 1920-ci ildə Qazax xalq maarif şöbəsində kənd məktəbləri üzrə inspektor təyin olunur. [2] 1921–1925-ci illərdə Aslanbəyli, Qaymaqlı, Musaköy və Kəmərlidə müəllim və məktəb direktoru [2] [3] işləyən Seyidovun fəaliyyəti İsmayıl Şıxlının “Dəli Kür” romanında da öz əksini tapmışdır. [2]
1925-ci ilin sentyabrında Azərbaycan Respublikası Xalq Maarif Komissarlığı kollegiyasının qərarı ilə Əhməd Seyidov Lənkəran Qəza Xalq Maarif şöbəsinə müdir təyin olunur. [2] [3] O, 1926–1930-cu illərdə dəmir yolu məktəbləri üzrə inspektor vəzifəsində işləyir. Bu dövrdə Əhməd Seyidov həm də Azərbaycan Dövlət Universitetində ali təhsil alırdı. [2]
Elmi fəaliyyəti
1930-cu ildə Azərbaycan Dövlət Universitetini bitirən Əhməd Seyidov elə həmin ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlayır. 1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunur, daha sonra isə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (indiki Təhsil İnstitutu) köçürülür. Assistent kimi əmək fəaliyyətinə başlayan Əhməd Seyidov 1932-ci ildə ADPİ-nin pedaqogika kafedrasının dosenti vəzifəsinə seçilir. O, 1934–1936-cı illərdə ADPİ-də Pedaqoji fakültənin dekan vəzifəsində çalışır. [2]
Əhməd Seyidov 1939-cu ildə Azərbaycan Dövlət Universitetində təşkil olunan Elmi Şurada “Abbasqulu ağa Bakıxanovun pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək ilk azərbaycanlı pedaqoq-alim statusu qazanmışdır. [2] Onun müdafiә etdiyi “A.Bakıxanovun pedaqoji görüşlәri” namizәdlik dissertasiyası onunu ilk tədqiqat işi olmaqla yanaşı, həm də Azərbaycanın pedaqoji fikrinin tәdqiqinә hәsr olunmuş ilk mükәmmәl elmi tәdqiqat işi idi. [3] Bu dissertasiyada A.Bakıxanovun yaşadığı dövr, onun mühiti faktiki material vә zәngin sәnәdlәr әsasında şәrh olunmuşdu. Yüksәk elmi-nәzәri әhәmiyyәti ilә seçilәn bu әsәr professor A.O.Makovelski və pedaqoji elmlər namizədi N.T.Ariskin tərəfindən yüksək qiymətləndirilmiş və 1940-cı ildә SSRİ Elmlәr Akademiyasının Azәrbaycan filialı tәrәfindәn keçirilәn müsabiqәdә mükafata layiq görülmüşdür. [2] [3]
Əhməd Seyidov 1940-cı ildə ADPİ-nin pedaqogika və psixologiya kafedrasının müdiri seçilmiş, 30 ildən artıq bir müddətdə həmin kafedraya rəhbərlik etmişdir. [2]
Əhməd Seyidov fəaliyyəti dövründə elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmişdir. O, qırxıncı illərdən vəfatına qədər (1977) 100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. [4] Onlar arasında akademik Hüseyn Əhmədov və professor, əməkdar elm xadimi Nurəddin Kazımov da olmuşdur. [2] [3] Əhməd Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında Azərbaycanın milli irsini yüksək səviyyədə tanıtmışdır. Akademiklərdən Y.M.Medinski, N.K.Qonçarov və D.İ.Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər. [4]
Əhməd Seyidovun mühitində Mirzə İbrahimov, Mirzə Məmmədov, Yusif Qasımov, Əli Hüseynov (Mehdi Hüseynin atası), Mehdi Mehdizadə, Mehdixan Vəkilov, Mir Cəlal Paşayev və digər sayılı simalar olmuşdur. [3] [4] Əhməd Seyidov pedaqoji fikir tarixinin “məktəb”ini yaradan, onu inkişaf etdirən alim idi. O, Nizami və Füzulini orijinaldan araşdırmış, Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabiri, həmçinin, Mirzə Cəlili pedaqogika dərsliklərinə gətirmişdir. [4]
Əhməd Seyidov otuzuncu illərdən etibarən A.A.Bakıxanov, M.Ş.Vazeh, H.B.Zərdabi, M.F.Axundov irsinə müraciət etmiş, bununla yanaşı, dünya pedaqoqlarından Con Lokk, K.D.Uşinski, S.Disterveq, J.J.Russo, N.Pestalotsi və başqalarını araşdırmışdır.
O, ilk sistemli tәdqiqat işini o vaxta qәdәr tәdqiqat predmeti olmayan vacib mövzuya – A.Bakıxanovun pedaqoji görüşlәrinin tәdqiqinә hәsr etmişdir. Onun 1939-cu ildә müdafiә etdiyi “A.Bakıxanovun pedaqoji görüşlәri” namizәdlik dissertasiyası Azərbaycanın pedaqoji fikrinin tәdqiqinә hәsr olunmuş ilk mükәmmәl elmi tәdqiqat işi idi. Bu dissertasiyada A.Bakıxanovun yaşadığı dövr, onun mühiti faktiki material vә zәngin sәnәdlәr әsasında şәrh olunmuşdu. Yüksәk elmi-nәzәri әhәmiyyәti ilә seçilәn bu әsәr 1940-cı ildә SSRİ Elmlәr Akademiyasının Azәrbaycan filialı tәrәfindәn keçirilәn müsabiqәdә mükafata layiq görülmüşdür. [3]
17 yanvar 1944-cü ildə Azərbaycan SSR Maarif Komissarlığının əmri ilə Əhməd Seyidov ADPİ-nin elmi işlər üzrə direktor müavini (prorektor) təyin edilir. Çox keçmədən Seyidova APİ-nin rektorluğu təklif edilir. Bu dövrdə maarif komissarı olan Mirzə İbrahimov Mircəfər Bağırovun bu tapşırığını Seyidova çatdırdıqda ondan “Mirzə müəllim, mən kommunist deyiləm, bunu MK-da bilirlər” cavabını alır. [4] Bununla birlikdə, Əhməd Seydiov həmin ilin iyununda ADPİ-nin direktoru (rektoru) vəzifəsinə təyin olunur və 1950-ci ilə qədər bu vəzifədə çalışır. [2]
Əhməd Seyidov 1945-ci ildə Akademik Y.M.Medinskinin məsləhətindən sonra “Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri” mövzusundakı doktorluq işini başa çatdırır və 1947-ci ilin 11 dekabrında RSFSR PEA-nın Pedaqogikanın Nəzəriyyəsi və Tarixi Elmi-Tədqiqat İnstitutunda təşkil olunan Elmi Şurada doktorluq dissertasiyasını müdafiə edir. [2] [3] Dissertasiya Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvləri, professorlar Y.M.Medinski və N.A.Konstantinov və akademik A.O.Makovelski tərəfindən yüksək qiymətləndirilir. Elə həmin ilin iyul ayında Ali Attestasiya Komissiyası Əhməd Seyidovun yazdığı doktorluq dissertasiyasını təsdiq edirvə ona professor elmi adı verilir. Bu elmi fakt respublikada pedaqoji elmlərin inkişafında mühüm bir hadisə olmuş və gənc elmi-pedaqoji kadrların yetişməsinə güclü təkan vermişdir. [2]
Əhməd Seyidov “Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri” dissertasiyanın әsas hissәsini “Azәrbaycanda pedaqoji fikrin inkişaf tarixindәn” adı altında 1958-ci ildə nәşr etdirmişdir. “Azәrbaycanda pedaqoji fikrin inkişafı tarixindәn” kitabında Azәrbaycan pedaqoji fikrinin inkişaf yolu tarixi pedaqoji vә nәzәri planda ayrı-ayrı oçerklәr (“A.Bakıxanovun pedaqoji görüşlәri”, “M.Şәfinin pedaqoji görüşlәri”, “M.F.Axundovun pedaqoji görüşlәri”, “S.Ә.Şirvaninin pedaqoji görüşlәri”, “H.Z.Mәlikovun pedaqoji görüşlәri”) vә qısa icmallarda (“Azәrbaycanda XIX әsrә qәdәrki dövrün pedaqoji fikrinә dair”, “XX әsrin әvvәllәrindә Azәrbaycanda pedaqoji fkrin qısa xülasәsi”) tәqdim olunur. [3]
Əhməd Seyidov 40-cı illərdə “A.Bakıxanovun fəlsəfəsi onun pedaqoji sisteminin əsasıdır”, “A.Bakıxanovda əxlaq tərbiyəsi və təhsil”, “S.Ə.Şirvani müəllimin rolu haqqında”, “XIX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikrin inkişafı” əsərlərini çap etdirib. Bu dövrdə onşu respublikaların alimlərini qabaqlayan professor Əhməd Seyidov SSRİ miqyasında tanınmağa başlayır. Məşhur rus akademiki Y.Medinskinin bir fikri bu gün də əhəmiyyətli səslənir:
Ə.Seyidovun tədqiqatı, şübhəsiz, bir başlanğıcdır. Bundan sonra SSRİ-nin ayrı-ayrı xalqlarının pedaqoji fikirlərinin inkişafını işıqlandırmaq məqsədini daşıyan dissertasiyalar yazılmalıdır. Bu səpkili elmi işlər pedaqogika tarixini zənginləşdirməkdə çox şey verir, yeni məsələlər qaldırır, hətta pedaqogika sahəsində çalışan təcrübəli işçilərin görüş dairəsini genişləndirir. 1950-ci ildə yenidən ADPİ-nin pedaqogika kafedrasının müdiri vəzifəsinə təyin olunan Ə.Seyidov, 1973-cü ilin 1 sentyabrında öz ərizəsi ilə kafedra müdiri və professor vəzifəsindən azad edilir, kafedrada professor-məsləhətçi vəzifəsinə keçirilir. [2]
Əhm’d Seyidov “Türk əlifbası” (H.Sanılı ilə birlikdə) (1927), “Kitab üzərində necə işləməli”” (1946), “Pedaqogika tarixi” (1959–1960; 1968), “Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən” (1958), “Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən” (1987), “Pedaqogika və psixologiya terminləri lüğəti” (1956,1958), Moskvada nəşr olunan 4 cildlik “Pedaqoji ensiklopediya”, 2 cildlik “Pedaqoji lüğət” və “SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixi oçerkləri” adlı çoxcildlik monumental əsərlərin əsas müəlliflərindən biri olmuş, “Sovetskaya pedaqogika” jumalında müntəzəm çıxış etmiş, Azərbaycan xalqının pedaqoji irsinin təbliğində böyük əmək sərf etmişdir. [2] Onun 1958 və 1970-ci illərdə qələmə alınmış çoxcildlik “Pedaqogika tarixi” və “Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən” monoqrafiyalarından bu gün də dərslik kimi ali məktəblərdə istifadə olunur. [3]
Professor Ə.Seyidovun elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirmişdir. O, 1 may 1944-cü ildə “Qafqazın müdafiəsinə görə”, 5 iyun 1945-ci ildə “1941–45-ci illərdə əmək igidliyinə görə” medalı, 23 fevral 1960-cı ildə Azərbaycan SSR və Azərbaycan KP-nin 40 illiyi münasibətilə respublikanın xalq təsərrüfatının və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, 12 noyabr 1960-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 29 iyun 1964-cü ildə respublika iqtisadiyyatının və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 31 mart 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə “Əmək igidliyinə görə” medalı, 31 dekabr 1976-cı ildə “Əmək veteranı” medalı ilə, 24 fevral 1977-ci ildə “SSRİ maarif əlaçısı” döş nişanı ilə, 2 mart 1978-ci ildə isə respublikada müəllim kadrları hazırlanmasında səmərəli fəaliyyətinə görə və ADPİ-nin 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuş, 1969-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti tərəfindən Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. [2]
Adı məktəb və pedaqoji fikir tarixinə ilk Azərbaycanlı pedaqoq-alim, Zaqafqaziyada pedaqoji fikir tarixinin tədqiqi sahəsinin pioneri kimi daxil olmuş Əhməd Seyidov 1977-ci ilin 1 oktyabrında dünyasını dəyişmiş və Aslanbəyli kəndində dəfn edilmişdir. [2] [4]
Təltif və mükafatları
- 1944 — “Qafqazın müdafiəsinə görə” medalı
- 1945 — “Əmək igidliyinə görə” medalı
- 1960 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- 1960 — “Qırmızı əmək bayrağı” ordeni
- 1964 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- 1970 — “Əmək igidliyinə görə” medalı
- 1976 — “Əmək veteranı” medalı
- 1977 — “SSRİ maarif əlaçısı” döş nişanı
- 1978 — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
Əhməd seyidov pedaqogika tarixi
Pedaqogika ; 20141008 ; af ; metodiki vəsait ; Fərrux Rüstəmov ; 1000
nüsxə: 27106
şöbə: 37
nişan : S15
qrinti: 17Pedaqogika ; 20150225 ; AF ; Ə.M. Abbasov ; 500
nüsxə: 26416
şöbə: 37:061.3
nişan : A 40
qrinti: 14Pedaqogika ; 20130523 ; AF ; 2 cild. 1 cild,2 cild ; Mütərcim
nüsxə: 25845
şöbə: 37(075.8)
nişan : İ-17
qrinti: 14PEDAQOGİKA ; КТ ; AF
nüsxə: 19076
şöbə: 373(075)
nişan : Z 18
qrinti: 14PedaqoqikaPEDAQOGİKA ; L ; AF ; dərs proqramları
nüsxə: 19360
şöbə: 372.8(075.8)
nişan : Ü 44
qrinti: PedaqogikaPEDAQOGİKA (dərs vəsaiti) Ə. Əhmədov ; 20161208 ; AF ; dərs vəsaiti ; S.Kərimova ; 1000
nüsxə: 24213
şöbə: 37
nişan : Ə-37
qrinti: 14Pedaqogika Tarixi ; 20150910 ; af ; Dırslik ; Ə.Seyidov
nüsxə: 24321
şöbə: 37( 091 )
nişan : S 30
qrinti: 14Pedaqogika tarixi ; 20161216 ; AF ; dərs proqrammları
nüsxə: 28675
şöbə: 37
nişan : P36
qrinti: 14Pedaqogika Tarixi ; 20150910 ; af ; Ə.Seyidov
nüsxə:
şöbə:
nişan : S 30
qrinti: DırslikPedaqogika tarixi ; 20140609 ; AF ; dərslik ; Hüseyn Əhmədov ; 1000
nüsxə: 26514
şöbə: 37(091)
nişan : R 96
qrinti: 14PEDAQOQİKA ; КТ ; AF
nüsxə: 18890
şöbə: 372.8(072)
nişan : İ 49
qrinti: 14.01 PedaqoqikaPedoqoji tədqiqatlar ; 20050526 ; AF
nüsxə: 20735
şöbə: 37(061.3)
nişan : P 30
qrinti: 14Pedoqoji tərbiyə ; 20050524 ; AF ; Əjdər
nüsxə: 19798
şöbə: 37.01
nişan : A29
qrinti: 14Pedoqoqlar haqqında ; 20050526 ; AF ; Malik
nüsxə: 20393
şöbə: 371: 070
nişan : H 76
qrinti: 14Pendik ; 20150304 ; HTN ; S.G. ; 500
nüsxə: 27496
şöbə: 94(560)
nişan : P 31
qrinti: 14Pinter seçilmiş əsərləri ; 20140805 ; AF ; bədii ədəbiyyat ; Nərgiz Cabbarlı ; 7000
nüsxə: 26906
şöbə: 821.111
nişan : P 51
qrinti: 17pirlər. ; 20081003 ; AF ; tarixi ədəbiyyat ; Boris Xananyev. ; 24000
nüsxə: 17376
şöbə: 71(479.24)
nişan : N 39
qrinti: 18.31.94Poema-rekviem ; 20080922 ; AF ; bədii ədəbiyyat ; Novruzov ; 100000
nüsxə: 12845
şöbə: 82-1.512.162
nişan : H 47
qrinti: 17.82poemalar ; 20050530 ; AF ; 3 m. ; Rəhman
nüsxə: 20905
şöbə: 82-1.512.162
nişan : Ə 96
qrinti: 17Poeziya ; 20131008 ; AF ; 8- cilddə. ; Apostroff
nüsxə: 26062
şöbə: 821.512.162
nişan : H 67
qrinti: 17HAQQIMZDA
Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) Azərbaycan KP MK-nın və Azərbaycan Respublikası Nazirlər Sovetinin “Azərbaycan SSR-də xalq maarifinin inkişaf etdirilməsi haqqında ” 24 iyun 1982-ci il tarixi 335 №-li birgə qərarına əsasən 1983-cü ildə 4 şöbədən ibarət, 39 ştat vahidi ilə yaradılmışdır.
KEÇİDLƏR
Copyright by 2016-2017 © All right reserved.
Comments are closed, but trackbacks and pingbacks are open.