Press "Enter" to skip to content

Əhməd və məleykə

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Əhməd və məleykə

Süleyman Sani Axundov

Qışın orta ayı idi. Soyuqdan qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına cəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işi iləməşğul idi.
Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfəti qoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşında qızından ibarətdi.
Hacı Səməd oğlu Məmmədi ibtidai şəhər məktəbində oxudurdu və bu ildən də qızı Fatmanı şəhər qız məktəbinə vermişdi. Hacı Səməd başqa müsəlman atalara əks olaraq uşaqlarının dərslərinə, ədəb və tərbiyəsinə çox fikir verərdi.

Hacı Səməd işini qurtarıb yemək otağına gəldi. O, süfrənin başında əyləşdi,
yeməyə başladılar. Şam qurtardı. Hacı Səmədin xörəyin üstündən çay içmək adəti idi. Bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. Bu da olmasaydı, gəzib-gördüyü vilayətlərdən danışardı. Buna görə də gözlüyü gözünə taxıb əlinə qəzeti götürəndə hamı sakit olub onun danışığını gözləyirdi.
Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşcadan oxumağa başladı.
Fatma bu sakitliyə davam etməyib qoca nənəsinə dedi:
– Nənə, mənə bir qorxulu nağıl söylə.
Fatmanın qardaşı Məmməd, bacısından bu sözü eşidib dedi:
– İndi ki, qorxulu nağıl istəyirsən, bəs niyə o günü nənəm Məlik Məmməd nağılını söyləyəndə, div adı gələn vaxt nənənin qucağına qısıldın?
– Yox, mən heç qorxmurdum, – deyə Fatma cavab verdi.
Bu halda Hacı Səməd qəzeti yerə qoyub dedi:
– Yaxşı, qızım, bu gecə nənənin əvəzinə mən sənə bir qorxulu nağıl söylərəm,bu şərtlə ki, qorxmayasan.
– Yox, ata, qorxmaram, söylə.
Hacı Səməd çaydan bir neçə qurtum içib başladı:
– Qızım, biri vardı, biri yoxdu, şimal-şərqdə, meşə içində, çay kənarındaTatarcıq adında bir kənd vardı. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla güzəran edərdi. Qızım, həmin nağıl olunan kənddə Nurəddin adında bir kişi vardı. Bu Nurəddinin on yaşında Əhməd adlı bir oğlu, altı yaşında Məleykə adlı bir qızı və Xədicə adında bir arvadı vardı. Nurəddinin sənəti əkinçilik idi və mal-qaradan ancaq bir atı vardı. Nağıl olunan zaman bahar və yay çox quraqlıq keçdiyinə görə o vilayətdə taxıl susuzluqdan yanıb tələf oldu. Çox çəkmədi ki, ətraf və əknafda aclıq başlandı. Payızın əvvəlindən
Nurəddin arabasını qoşub şəhərə kirayəçiliyə getdi. Orada qazandığı pulu dörd
gündən, beş gündən bir evinə göndərərdi. Külfəti də onunla güzəran edərdi.
Əhməd kənd məktəbində oxuyurdu. Atası tərəfindən gələn məktubları asanca oxuya bilirdi. Bir neçə gün bundan əqdəm Əhməd yazıb atasından özü üçün bir başlıq və bacısı üçün bir əlcək istəmişdi. Hər ikisi bu şeylərin tezcə alınmasını xahiş edirdi. Lakin beş gün keçdi, bir həftə keçdi, on gün keçdi, atalarından bir
xəbər çıxmadı. Xədicə bərk qorxuya düşmüşdü. Evdə pul və çörək də tükənmişdi.
Bir dəfə, əziz balalarım, söz vaxtına çəkər, belə bir gecədə, qarlı çovğunun şiddətli vaxtında, Əhməd və Məleykə atalarının yolunu səbirsiz gözləyən zaman, kim isə qapını döydü. Uşaqlar cəld:
– Atam gəldi, – deyə qapıya tərəf yüyürüşdülər. Amma onun əvəzinə kürkə bürünmüş, əlləri əlcəkli, başı başlıqlı qonşuları Şəhabəddin içəri daxil oldu. O kişi
Nurəddinlə bərabər arabaçılığa getmişdi. Bunu görcək Xədicənin ürəyini qorxu aldı.
Uşaqlar:
– Əmi, bəs atamız hanı? – deyə soruşduqları vaxt ondan cavab almadılar.
Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlı-arabalı dərəyə uçub ölməyini xəbər verdi və onun cibindən çıxan altı manatı verib cəld getdi.
Xədicə ruhu qaçmış, nitqi tutulmuş halda içəri girdi və uşaqlarını bağrına basıb zar-zar ağladı. Bunların ah-naləsi, boranın gurultulu səsi bir-birinə qarışmışdı.
Bunlar axırda sakit oldular. Əhməd anasından soruşdu:
– Ana, bu aclıq ildə atasız biz necə dolanacağıq, acından öləcəyik.
– Qorxma, oğlum, bu saçlarımı satıb sizi ac qoymaram, – deyə Xədicə oğluna
təsəlli verdi, sonra hər ikisini soyundurub yatağa uzandırdı. Bir azdan sonra uşaqlar yuxuya getdilər.

Amma o gecəni Xədicə sübhə kimi yata bilmədi. Fikir, xəyalət onu
götürmüşdü. Sahibsiz arvad, yetim uşaqlar, aclıq ildə necə dolansın?
Bir neçə müddət keçdi. Xədicənin pulu lap qurtardı. Yavaş-yavaş ev şeylərini satmağa başladı. Xədicə bir də baxdı gördü ki, evdə heç bir şey qalmayıbdır. Uşaqlar da acdır. Çörək üçün hansı qonşuya getdisə əliboş qayıtdı, çünki hamı bunların günündə idi. Acından zavallı uşaqlar taqət və gücdən düşmüşdülər. Yazıq Xədicə hər yerdən ümidi kəsilmiş, dizlərini qucaqlayıb bir küncdə mumiya kimi oturmuşdu. Gizlin ağlamaqdan gözlərinin yaşı da qurumuşdu.
Qızım, axşam oldu. Acından Məleykənin qırmızı yanaqları saralmışdı.
Birdən Fatma özünü atasının qucağına atıb dedi:
– Ata, demə, demə! Qorxuram.
Hacı Səməd qızının başını sığallayaraq dedi:
– Qorxma, qızım, dalı yaxşıdır. Qulaq as, harada qaldım? Hə, Xədicə
Məleykəni soyundurub yerə qoydu ki, bəlkə yuxuya gedə. Amma yazıq tifil rahat ola bilmirdi. Axırda Xədicə onu sakit etmək üçün dedi:
– Qızım, Məleykə, gözlərini yumub yat; onda gecə mələk bacamızdan sənə
çörək salar.

Məleykə gözlərini yumdu. Bir azdan sonra yuxuya getdi. Amma Əhməd anası
ilə oyaq qalmışdı. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey icəri düşdü.
Ana və oğul diksinmiş ayağa qalxdılar ki, görsünlər o düşən nədir. Gördülər ki, ağzı bağlı bir torbadır. Xədicə əli əsə-əsə torbanın ağzını açdı. Gördülər ki, içi
çörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. Bunu görcək Əhməd dedi:
– Ana, gördünmü, mələk bacamızdan bizə çörək saldı.
Xədicə heyrətdə qalıb cavab verə bilmədi. Bu halda torbanı boşaldanda içindən kağıza bükülmüş bir yumru şey çıxdı. Açanda gördülər ki, hamısı qızıl puldur.
Bunu görən ana və oğul daha da artıq təəccüb etdilər. Bu halda Əhmədin gözünə pula bükülmüş kağızda yazı sataşdı:
– Ana, burada yazı var; qoy görək nədir? – deyə Əhməd kağızı oxudu.
“Qızım Məleykə, mən bir qoca səyyaham. Yolda evinizin yanında faytonumun çarxı oxdan çıxdı, onu salıncan mən istədim ki, sizdə bir az qızınıb, rahat olam. Qapıya gəldikdə anan dediyi sözləri eşitdim. Geri qayıdıb bu şeyləri və pulu sənin üçün hazır etdim və təzədən gəlib bacanızdan atdım. Yaşa,qızım, yaşa, mən qoca babanı da yaddan çıxartma. Xüdahafiz.
Səyyah Cəmaləddin”.

Bu halda Məleykə oyanıb dedi:
– Ana, mələk bacamızdan çörək saldımı?
– Bəli, qızım, ancaq mələk yox, baban Cəmaləddin, – deyə Xədicə Məleykənin qabağını yeməli şeylərlə doldurdu. O gecəsi iki bala, bir ana şadlıqlarından
bilmirdilər ki, nə etsinlər. Axırda hamı şad-xürrəm yıxılıb yatdılar.
İndi siz də, əziz balalarım, durun yatın, səhər dərsə gedəcəksiniz.
Bu sözlərlə Hacı Səməd sözünü tamam etdi.

Süleyman Sani Axundovun qorxulu nağılları

Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. O, ədəbiyyatda eyni soyadını daşıyan Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə “ikinci” mənasını verən “Sani” sözünü təxəllüs götürüb. Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada yoxsullaşmış bəy ailəsində dünyaya göz açıb.

Qori Müəllimlər Seminariyasında təhsilini başa vuraraq, 1894-cü ildən Bakının məktəblərində uzun illər dərs deyib. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın övladlarının təhsil alması üçün əlindən gələni əsirgəməyib. S.S.Axundov 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I qurultayında fəal iştirak edib və ərəb əlifbasını islah üçün təkliflər irəli sürüb. O, pedaqoji sahədə həmkarları ilə birlikdə “İkinci il” dərsliyini tərtib edib.

S.S.Axundovun ədəbi yaradıcılığına dram, komediya və hekayələr daxildir. 1899-cu ildə yazdığı “Tamahkar” adlı ilk komediyasında yaratdığı xəsis obrazı vasitəsilə köhnə adət-ənənələri, tamahkarlığı tənqid edib.

O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb.

Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır. Hekayələrdən üçü Hacı Səmədin adından söylənilir. Onun oğlu Məmmədə və qızı Fatiməyə danışdığı qorxulu əhvalatlar uşaqları dəhşətə gətirir.

“Qorxulu nağıllar” adı təəccüb doğurmamalıdır. Müəllif bu barədə yazıb: “Bu hekayələr həqiqətən də qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.

Oxucular bu silsilədən “Qaraca qız” hekayəsini xüsusilə sevirlər. Uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. “Qaraca qız” əsasında eyniadlı film çəkilib. 1948-ci ildə isə şair, yazıçı, Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında Gənc Tamaşaçılar Teatrı üçün eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulur.

Hekayədə körpəlikdən ata-anasını itirən xeyirxah və cəsarətli Tutunun taleyindən danışılır. Bu zavallı qız əvvəlcə qaraçıların, sonra isə Piri babanın himayəsinə keçir. O, gözüaçıq uşaq kimi həyatın hər iki tərəfını düşünür və görür ki, tüfeyli Hüseynqulular zənginlik içərisində yaşadığı halda, Piri babalar çətinliklə dolanırlar.

Lakin Tutu bunu da hiss edir ki, rəfiqəsi Ağca bu mühitdə qəfəsdəki quş kimi çırpınır, o isə heç olmazsa, gözəl təbiətin qoynunda azad nəfəs alır. Bəyin arvadı Pəricahan xanım isə qızının qaraçı ilə dostluğunun əleyhinədir.

Bir gün o, qızların birgə rəqs etmələrini görür və qəzəblənərək Tutunu vurur. Xədicə isə bağçaya qaçır və onu ilan sancır. Rəfiqəsinin səsini eşidən Tutu köməyə çatır və qızın yarasından zəhəri sümürərək, onun həyatını xilas edir. Lakin Xədicənin anasının vurduğu sillədən Tutunun dodağı yaralandığı üçün zəhər onun qanına keçir. Həkimin səylərinə baxmayaraq Tutunun həyatını xilas etmək olmur. Beləliklə, qısa ömrünü məhrumiyyətlər içində yaşamış Tutu dostluq naminə canını əsirgəmir.

Süleyman Sani Axundovun XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında böyük xidməti olub. O, 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edib.

  • Teqlər:
  • uşaq ədəbiyyatı
  • , Süleyman Sani Axundov

Kitabı yüklə – Kitabxana

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Əhməd və MəleykəQışın orta ayı idi. Soyuqdan hamı qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədinkülfəti isti otaqda süfrənin başına cəm olub, yemək üçün onu gözləyirdi. O isə obiri otaqda öz işinə məşğul idi.Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi. Hacı Səmədin külfətiqoca anasından, arvadından, doqquz yaşında bir oğlundan və bir də yeddi yaşındaqızından ibarətdi.Hacı Səməd oğlu Məmmədi ibtidai şəhər məktəbində oxudurdu və bu ildən dəqızı Fatmanı şəhər qız məktəbinə vermişdi. Hacı Səməd başqa müsəlman atalarabərəks olaraq uşaqlarının dərslərinə, ədəb və qərbiyəsinə çox fikir verərdi.Hacı Səməd işini qurtarıb yemək otağına gəldi. O, süfrənin başında əyləşdi,yeməyə başladılar. Şam qurtardı. Hacı Səmədin xörəyin üstündən çay içmək adətiidi. Bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. Bu da olmasaydı,gəzib-gördüyü vilayətlərdən danışardı. Buna görə də gözlüyü gözünə taxıb, əlinəqəzeti götürəndə hamı sakit olub onun danışığını gözləyirdi.Hacı Səməd isə səsini çıxartmayıb öz-özünə yavaşcadan oxumağa başladı.Fatma bu sakitliyə davam etməyib qoca nənəsinə dedi:-Nənə, mənə bir qorxulu nağıl söylə.Fatmanın qardaşı Məmməd, bacısından bu sözü eşidib dedi:-İndi ki, qorxulu nağıl istəyirsən, bəs niyə o günü nənəm Məlik Məmmədnağılını söyləyəndə, div adı gələn vaxt nənənin qucağına qısıldın?-Yox, mən heç qorxmurdum, – deyə Fatma cavab verdi.Bu halda Hacı Səməd qəzeti yerə qoyub dedi:-Yaxşı, qızım, bu gecə nənənin əvəzinə mən sənə bir qorxulu nağıl söylərəm, buşərtlə ki, qorxmayasan.-Yox, ata, qorxmaram, söylə.Hacı Səməd çaydan bir neçə qurtum içib başladı:-Qızım, biri vardı, biri yoxdu, şımal-şərqdə, meşə içində, çay kənarında Tatarcıqadında bir kənd vardı. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla güzəran edərdi.Qızım, həmin bu nağıl olunan kənddə Nürəddin adında bir kişi vardı. BuNürəddinin on yaşında Əhməd adlı bir oğlu, altı yaşında Məleykə adlı bir qızı vəXədicə adında bir arvadı vardı.Nürəddinin sənəti əkinçilik idi və mal-qaradan ancaq bir atı vardı. Nağıl olunanzaman bahar və yay çox quraqlıq keçməyə görə o vilayətdə taxıl susuzluqdanyanıb tələf oldu. Çox çəkmədi ki, ətraf və əknafda aclıq başlandı. Payızınəvvəlindən Nürəddin arabasını qoşub şəhərə kirayəçiliyə getdi. Orada qazandığıpulu dörd gündən, beş gündən bir evinə göndərərdi. Külfəti də onunla güzəranedərdi.Əhməd kənd məktəbində oxuyurdıu. Atası tərəfindən gələn məktubları asancaoxuya bilirdi. Bir neçə gün bundan əqdəm Əhməd yazıb atasından özü üçün birbaşlıq və bacısı üçün bir əlcək istəmişdi. Hər ikisinin şeylərin tezcə alınmasınıxahiş edirdi. Lakin beş gün keçdi, atalarından bir xəbər çıxmadı. Xədicə bərkqorxuya düşmüşdü. Evdə pul və çörək də tükənmişdi.40

Bir dəfə, əziz balalarım, söz vaxtına çəkər, belə bir gecədə, qarlı çovğununşiddətli vaxtında, Əhməd və Məleykə atalarının yolunu səbirsiz gözləyən zaman,kim isə qapını döydü. Uşaqlar cəld:-Atam gəldi, – deyə qapıya tərəf yüyürüşdülər. Amma onun əvəzinə kürkəbürünmüş, əlləri əlcəkli, başı başlıqlı qonşuları Şəhabəddin içəri dahil oldu. O kişiNürrədinlə bərabər arabaçılığa getmişdi. Bunu görcək Xadicənin ürəyini qorxualdı.Uşaqlar:-Əmi, bəs atamız hanı? – deyə soruşduqları vaxt ondan cavab almadılar.Şəhabəddin Xədicəni bayıra çağırıb, ərinin atlı-arabalı dərəyə uçub ölməyini xəbərverdi və onun cibindən çıxan altı manatı verib cəld getdi.Xədicə ruhu qaçmış, nitqi tutulmuş halda içəri girdi və uşaqlarını bağrına basıbzar-zar ağladı. Bunların ah-naləsi, boranın gurultusu səsi bir-birinə qarışmışdı.Bunlar axırda sakit oldular. Əhməd anasından soruşdu:-Ana, bu aclıq ildə atasız biz necə dolanacağıq, acından öləcəyik.-Qorxma, oğlum, bu saçlarımı satıb sizi ac qoymaram, – deyə Xədicə oğlunatəsəlli verdi, sonra hər ikisinin soyundurub yatağa uzandırdı. Bir azdan sonrauşaqlar yuxuya getdilər.Amma o gecəni Xədicə sübhə kimi yata bilmədi. Fikir, xəyalat onu götürmüşdü.Sahibsiz arvad, yetim uşaqlar aclıq ilində necə dolansın?Bir neçə müddət keçdi. Xədicənin pulu lap qurtardı. Yavaş-yavaş ev şeylərınısatmağa başladı. Xədicə bir də baxdı gördü ki, evdə heç bir şey qalmayıbdır.Uşaqlar da acdır. Çörək üçün hansı qonşuya getdisə əliboş qayıtdı, çünkü hamıbunların günündə idi.Acından zavallı uşaqlar taqət və gücdən düşmüşdülər. Yazıq Xədicə hər yerdənümidi kəsilmiş, dizlərini qucaqlayıb bir küncdə mumuya kimi oturmuşdu. Gizlinağlamaqdan gözlərini yaşı da qurumuşdu. Qızım, axşam oldu. AcındanMəleykənin qırmızı yanaqları saralmışdı.Birdən Fatma atasının qucağına atıb dedi:-Ata, demə, demə! Qorxuram.Hacı Səməd qızının başını sığallayaraq dedi:-Qorxma, qızım, dalı yaxşıdır. Qulaq as, harada qaldım? Hə, Xədicə Məleykənisoyundurub yerə qoydu ki, bəlkə yuxuya gedə. Amma yazıq tifil rahat ola bilmirdi.Axırda Xədicə onu sakit etmək üçün dedi:-Qızım, Məleykə, gözlərini yumub yat; onda gecə mələk bacamızdan sənə çörəksalar.Məleykə gözlərini yumdu. Bir azdan sonra yuxuya getdi. Amma Əhməd anası iləoyaq qalmışdı. Gecədən xeyli keçmiş bacadan gumbultu ilə bir şey içəri düşdü.Ana və oğul diksinmiş ayağa qalxdılar ki, görsünlər o düşən nədir. Gördülər ki,ağzı bağlı bir torbadır. Xədicə əli əsə-əsə torbanın ağzını açdı. Gördülər ki, içiçörək, yemiş, cücə, yumurta və qeyri yeməli şeylərlə doludur. Bunu görcək Əhməddedi:-Ana, gördünmü, mələk bacamızdan bizə çörək saldı.Xədicə heyrətdə qalıb cavab verə bilmədi. Bu halda torbanı boşaldanda içindənkağıza bükülmüş bir yumru şey çıxdı. Açanda gördülər ki, hamısı qızıl puldur.41

  • Page 2 and 3: Qurd səsini Keçinin səsinə oxş
  • Page 5 and 6: Kamilə xanım atasının qocalığ
  • Page 7 and 8: olan məhəbbəti oğlu Əşrəfə
  • Page 9 and 10: qapılarında da əsgər dayanırd
  • Page 11 and 12: hökümət, mütərcim vasitəsilə
  • Page 13 and 14: Nikolay İvanoviç dərsdən qayıd
  • Page 15 and 16: SəhəndBalaca qara balıqÇillə a
  • Page 17 and 18: Axır ki, nə başinizi ağrıdım,
  • Page 19 and 20: hərarətindən ləzzət alır, suy
  • Page 21 and 22: uşaqların islanmışbədənlərin
  • Page 23 and 24: O, xəncərini çıxarıb balıqlar
  • Page 25 and 26: -Daha yatmaq vaxtıdır, balalarım
  • Page 27 and 28: Oğlan gedib, gündə qazanıb gət
  • Page 29 and 30: Sehirli şamdanBiri var idi, biri y
  • Page 31: yaxın növbə çəkmək həkimə d
  • Page 34 and 35: axsa, ona padşah çox pul verəcə
  • Page 36 and 37: Abbas və ZeynəbMəmməd və Fatma
  • Page 38 and 39: Gün qalxıb günortaya yaxınlaşd
  • Page 42 and 43: Bunu görən ana və oğul daha da
  • Page 44 and 45: getməyə yığışırdı. Yasəmə
  • Page 46 and 47: Axşamçağı Yusif gəlib evə ç
  • Page 48 and 49: Hər ikisi səs gələn tərəfə
  • Page 50 and 51: Bəylər buna razı oldular. Hüsey
  • Page 52 and 53: Piri kişi onu özünə dost hesab
  • Page 54 and 55: axırda pişiyə də dəyməyib onu
  • Page 56 and 57: Ağca xanım Qaraca qızı içərid
  • Page 58 and 59: Qaraca qız qavalanı götürüb A
  • Page 60 and 61: etdi. Hamı təəcüb ilə ona bax
  • Page 62 and 63: gəlmişdi, özü tutduğu əməld
  • Page 64 and 65: – Gəl qızım, gedək. Görüm sə
  • Page 66 and 67: Üç şahzadəBiri var idi, biri yo
  • Page 68 and 69: – Şah sağ olsun, o bağın yeri q
  • Page 70 and 71: – Yazıqsan oğlan! Sən yaxşı bi
  • Page 72 and 73: götürüb girdi evə. Baxdı ki, q

Comments are closed, but trackbacks and pingbacks are open.