Press "Enter" to skip to content

Teymur Ehmedov – Wikipedia

AEA “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi” üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi (1968-ci ildən), Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi geniş elmi axtarışlar aparmış, AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat şöbəsinin müdiri və “Elturan” (“Milli məsələlər”) jurnalının məsul redaktoru olmuşdur (1992–2003).

Əhmədov teymur azərbaycan yazıçıları ensiklopedik məlumat kitabı

ENSİKLOPEDİK ƏDƏBİYYAT VƏ LÜĞƏTLƏR

MİRƏHMƏDOV Əziz.

Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğət.

1998, 240 səh.

Lüğətdə dünya klassik və müasir ədəbiyyatına, xüsusilə Azərbaycan bədii sbz sənətinə aid termin və anlayışların izahı verilir. Şifahi ədəbiyyatın, yaradıcılıq metodları və ədəbi cərəyanların xarak-teris-tikası kitabda mühüm yer tutur. Məlumatlar tari-xi–xronikaloji ardıcıllıqla qurulmuşdur. İzahlarda yeni bədii nümunələrin artırıl-ması gəncliyin mənə-vi–estetik təhsilinə daha artıq kömək göstərmək məq-sə-di izləyir. Lüğət orta və ali məktəb müəllimləri, tə-lə-bələri və ədəbiyyat həvəskarları üçün nəzərdə tutul-muşdur.

Tibb ensiklopediyası:

FƏLSƏFİ ENSİKLOPEDİK LÜĞƏTİ.
Müəllif kollektivi.
1997, 520 səh. (Xaricdə çap olunmuşdur).

Kitabda fəlsəfi fikir tarixindən, fəlsəfənin əsas kateqoriya və anlayışlarından, həmçinin dialek-tika problemlərindən, dünya filosof-larının həyatın-dan bəhs edən məqalələr verilmişdir. Burada oxucular Şərq fəlsəfəsinə, mütəfəkkir və filo-sofların həya-tına, onların təlim–lərinə aid mate-rial-larla da ta-nış olacaqlar.
Ali məktəb müəllimləri, tələbə və aspirantlar üçün gərəli vəsait olan bu kitab ixtisasından asılı olma-yaraq fəlsəfi görüş dairəsini genişləndirmək istə-yən hər bir oxucu üçün də çox faydalıdır.

Uşaq ensiklopediyası.
(Nədir? Kimdir?),
3 cilddə, III cild. 1999, 352 səh., şəkilli.

Uşaq ensiklopediyasının I və II cildləri 1987, 1988-ci illərdə nəşr edilib. Lakin III cildin nəşri lən-gisə də baş vermiş siyasi dəyişikliklər nəzərə alı-na-raq yenidən işlənmişdir.

ƏHMƏDOV Teymur
Azərbaycan Yazıçıları.
Ensiklopedik məlumat kitabı. «Azərbaycan Ensiklo-pediyası» NPB və «Önər» nəşriyyatı, B.,
1995, 637 səh., şəkilli.

Bu kitab Azərbaycan Yazıçılar Birliyi üzvlərinin həyatı və yaradığılığı haqqında ensiklopedik məlumat toplusudur. Son illər Azərbaycan Yazıçılar Birliyinə qəbul edilən, xaricdə, həmçinin Tür-kiyədə, İranda, İraqda və İngiltərədə yaşayıb–yaradan soydaşları-mızın tərcüməyi–halı da kitaba xadil edilmişdir.

Vəliyev İ., Ağaoğlu E.
Azərbaycan (Azərbaycan Respublikası haqqında soraqça).
1997, 96 səh., şəkilli.
Kitabçada Azərbaycan Respublikası haqqında sta-tistik bilgilər verilir, ölkə ərazisinin, təbiətinin özəllikləri, əhali və onun yaşayış səviyyəsi, mənəvi həəatı, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, sə-hiyyə, maarif, mədəniyyət və idman həyatı, Azərbaycan xalqının mənəvi–ruhani kökləri haqqında yığcam tə-səv-vür yaradılır.

Dünya dövlətləri. Ensiklopedik–soraq kitabı.
Tərtibçi müəlliflər: İsmayıl Vəliyev,
1999, 216 səh.

Azərbaycan dilində ilk dəfə nəşr olunan bu kitaba dünyanın 193 dövlətinin (bunlardan yalnız 8-i müxtə-lif səbəblər üzündən BMT üzvü deyil) sahəsi, əhali-sinin sayı və milli tərkibi, dini mənsubiyyəti, dili, dövlət quruluşu, paytaxtı, inzibati–ərazi bölgüsü, pul vahidi, təbiəti, tarixi, iqtisadiyyatı haqqında son mə-lumatlar daxil edilmişdir.

Veliev İ., Aqaoqlu G.,
Azerbaydjan (Spravoçnik ob Azerbaydjanskoy Respublike).
1998, 96 str., ill.

V kniqe pomehenı statistiçeskie svedeniə ob Azerbaydjanskoy Respublike, kotorıe daöt vozmoj-nostğ sostavitğ konkretnoe predstav-lenie o territo-rii stranı, eё samobıtnoy prirode, naselenii i eqo jiznennom udovne, duxovnoy jizni, o promışlen-nosti, selğskom xo-zəystve, transporte, svəzi, zdro-voox-ranenii, prosvehenii, kulture i sporte, o nrav-stvenno–duxovnıx istokax azerbaydjanskoqo naroda.

UNVAN: Unvan: Azerbaycan, Baki-370004, Boyuk Qala kucesi, 41. "Azerbaycan Milli Ensiklopediyasi" NPB, tel: 928901; 925634.

Teymur Ehmedov – Wikipedia

Teymur Əkbər oğlu Əhmədov ( 25 dekabr 1930 , Şamxor – 16 mart 2021 , Bakı ) — tənqidçi, ədəbiyyatşünas, publisist, professor.

Mündəricat

Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olmuş, 1936-cı ildə ailəlikcə valideynlərinin vaxtilə deportasiya olunduğu İrəvana köçmüşdür. 1949-cu ildə Qərbi Azərbaycanın Zəngibasar (indiki Masis rayonu) rayonunda orta məktəbi qızıl medalla bitirmiş, təhsilini Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir (1949–1954). Eyni zamanda 1954–1958-ci illərdə Ermənistan KP MK-nın orqanı “Sovet Ermənistanı” qəzetində müxtəlif vəzifələrdə çalışmış, Ermənistan KP İrəvan şəhər komitəsi yanında Marksizm-Leninizm Axşam Universitetini (1955–1957), Moskvada isə “Pravda” qəzeti nəzdində olan Ümumittifaq jurnalistika və fotoreportaj üzrə qiyabi lektoriyanın jurnalistika şöbəsini (1959–1961) bitirmişdir [1] .

1961–1964-cü illərdə AEA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunda aspirantura təhsili almış, “Nəriman Nərimanovun dramaturgiyası” mövzusunda namizədlik (1966), “Nəriman Nərimanovun yaradıcılıq yolu” mövzusunda doktorluq işi müdafiə etmişdir. 1984-cü ildə nəşr edilən “Nəriman Nərimanov” kitabı rus, ingilis, fransız və ərəb dillərində kütləvi tirajla nəşr edilib.

1965–1968-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə AEA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini (1968–1990), 1988-ci ildən aparıcı elmi işçi olmuşdur.

1990–1991-ci illərdə “Vətən həsrəti”, 1992–1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləmişdir. 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1995-ci ildən “Respublika” qəzetinin baş redaktorudur.

AEA “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi” üzrə Respublika Əlaqələndirmə Şurasının elmi katibi (1968-ci ildən), Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının və Azərbaycan Qaçqınlar Cəmiyyətinin İdarə Heyətinin üzvü kimi geniş elmi axtarışlar aparmış, AMEA Milli Münasibətlər İnstitutunda Elmi nəşriyyat şöbəsinin müdiri və “Elturan” (“Milli məsələlər”) jurnalının məsul redaktoru olmuşdur (1992–2003).

Səmərəli əməyi dövlət tərəfindən yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı (1982), akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilmiş, 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülmüş, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub [2]

Teymur Əkbər oğlu Əhmədov ilk gənclik illərindən bədii yaradıcılıqla da məşğul olmuş, “Ülkər” adlı şeir və hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görmüşdür. “Dostluq nəğməkarı”, “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Vedibasarın qanlı-qadalı günləri”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918–1920-ci illər)”, “Mirzə İbrahimov” və s. monoqrafiyaları dərin oxucu marağı qazanıb. “Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)” (1987), “Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)” (1995) da sizin məhsuldar əməyi sayəsində araya-ərsəyə gəlib.

2007-ci ildən başlayaraq Azərbaycan mətbuatında dərin iz qoymuş “Füyuzat” jurnalının 100 il sonra yenidən təsisinə başlayan Teymur Əhmədov “Füyuzat” jurnalının baş redaktorudur.

Teymur Əhmədov 16 mart 2021-ci ildə 90 yaşında koronavirusdan dünyasını dəyişib.

  • Azərbaycan yazıçıları XX–XXI yüzillikdə (ensiklopedik məlumat kitabı). Bakı: Nurlar, 2011, 1056 səh.

Professor Teymur Əhmədova açıq məktub

Hörmətli Teymur müəllim, görkəmli ədəbiyyatşünas kimi fəaliyyətiniz elm aləmində yüksək qiymətləndirilir. Müstəsna xidmətlər göstərirsiniz. Təmənnasız gördüyünüz işi fədakarlıq, bəlkə də qəhrəmanlıq adlandırmaq olar. Mən mütəmadi olaraq çap etdirdiyiniz “Füyuzat” məcmuəsini, xüsusən də “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” ensiklopedik məlumat kitabını nəzərdə tuturam. Səmimiyyətimə inanın, bu kitabı əlimə alanda saatlarla ondan ayrıla bilmirəm. Dünyasını dəyişmiş nə qədər dost-tanışla, sanki təmasda oluram. Yaddaşı vərəqləyirəm, nələr, nələr yada gəlmir. Xüsusən də qayğımı çəkən Rəsul Rza, Abbas Zamanov, Qasım Qasımzadə, Yaşar Qarayevlə söhbətləşirəm. Acılı-şirinli günləri yada salıram. Bu kitabı vərəqləyəndə aldığım təəssüratı heç bir kitabdan ala bilmirəm. Bu möhtəşəm əsər yazıçı və şairlərimizin həyatı və yaradıcılığı barədə mükəmməl bilik mənbəyidir.

Hörmətli Teymur müəllim!

“Nəsimi: edamdan sonrakı həyat” kitabımın bir fəsli “Nəsimi obrazı musiqi, incəsənət və bədii ədəbiyyatda” adlanır. Material toplayanda təsadüf etdim ki, epik şeirdə ilk dəfə Nəsiminin bədii obrazını yaradan istedadlı rus şairi və tərcüməçisi Sergey İvanov olmuşdur. Şair “İmadəddin Nəsimi” poemasını 1940-cı ildə yazmış və ilk olaraq qüdrətli şairimizi rusdilli oxuculara təqdim etmişdir.

Sevimli şairimiz Səməd Vurğun 1943-cü ildə Sergey İvanovun Bakıda çap olunan “Seçilmiş əsərləri”nə yazdığı müqəddimədə şairin Nəsimi haqqında poemasını yüksək qiymətləndirmişdir: “İvanovu XIV əsrin sonunda və XV əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan şairi Nəsiminin facianə taleyi cəlb etmiş və həyəcana gətirmişdir. Sergey İvanov Nəsiminin taleyini düzgün başa düşmüş və lazımi boyalar tapa bilmişdir. İvanov buna Azərbaycan şeirini və tarixini yorulmaq bilmədən, böyük səylə öyrənmək sayəsində nail olmuşdur. Poemada istifadə olunan dil vasitələri, strofika tərkibləri və sairlər tamamilə yerindədir. Bütün poema böyük bədii təsir qüvvəsinə malikdir. (Bax: Sergey İvanov. Seçilmiş əsərləri. Redaktoru və ön sözün müəllifi Səməd Vurğundur. Bakı, 1943; Səməd Vurğun. Əsərləri, V cild. Bakı, “Elm”, 1972, səh. 285).

Bu İvanov kimdir? – deyə soruşanlara deyirəm: – Gedin prof. Teymur Əhmədovun “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” ensiklopedik məlumat kitabını oxuyun. Boş vaxtınız olanda, istirahət edəndə o kitabı vərəqləyin. İnanın ki, bir anda yorğunluğunuz çıxacaq, yaddaşınız sizi əl çatmaz, ün yetməz illərinizə aparacaq.

O ki qaldı Sergey İvanovla bağlı suala, mən Teymur müəllimin kitabından öyrəndim ki, o, 1915-ci ildə Volqa boyunda anadan olmuş, Bakıda 21 saylı Bakı şəhər orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra (1931) Volqa boyuna – dayısının yanına getmiş, kitabxanada işləmiş, 1934-cü ildə Bakıya anasının yanına qayıtmışdır. “Bakinskiy raboçiy” qəzetində ədəbi işçi vəzifəsində işləmişdir. Sonralar “Literaturnıy Azerbaydjan” jurnalının məsul katibi vəzifəsində çalışmışdır.

Nizaminin poemalarından, “Koroğlu”dan rus dilinə tərcümələri rəğbətlə qarşılanmışdır.

Şairin “İmadəddin Nəsimi” poeması 1973-cü ildə “Azərnəşr” tərəfindən rusca çap olunmuşdur. Bir neçə şeir kitabı vardır.

Təəssüf ki, Azərbaycan Yazıçılar Birliyi Rəyasət Heyətinin üzvü Sergey İvanov İkinci Dünya müharibəsinin elə ilk ili – 1941-ci ildə Rosta yaxınlığındakı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. (Bax: Azərbaycan yazıçıları XX-XXI yüzillikdə. Ensiklopedik məlumat kitabı. Bakı, “Nurlar”, 2011, səh. 826-827).

Əzizim Teymur müəllim!

Bu məktubu sizə ünvanlamaqda bir məramım da var. Məlumdur ki, xalqımızın böyük bir qismi İraqda toplu halda, folklorumuzu, ədəbiyyatımızı, adət-ənənəmizi, tariximizi yaşadırlar. İraq türkmanlarından Əta Tərzibaşı və Əbdüllətif Bəndəroğlu Azərbaycan Sovet Ensiklopediyasına daxil ediliblər. Əbdüllətif Bəndəroğlu və Nəsrin Ərbil barədə sizin kitabınızda oçerklər verilib. İnanın ki, bu, İraqda hadisə kimi qarşılandı.

Ədəbi əlaqələrimiz get-gedə genişlənir. 2017-ci ildə Anar müəllimin təklifi ilə mən Yazıçılar Birliyində İraq Türkman Ədəbiyyatı üzrə müşavir təyin olundum. Bu, ədəbi əlaqələrimizə təşkilati status qazandırdı və çeşidli tədbirlərin həyata keçirilməsinə mənəvi stimul yaratdı. İndi İraq Türkman şairlərindən Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu, Mustafa Ziya, Fövzü Əkrəm, Şəmsəddin Küzəçi, Məhəmməd Bayat, Mövlud Tala Qayaçı, Nicat Kövsəroğlu, Aydın Kərkük, Faruk Köprülü, Əsəd Ərbil, Rza Çolakoğlu Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvləridir. “İraq Türkman poeziya antologiyası”nın 1-ci (2019) və çapda olan 2-ci cildində yazmışam ki, “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” ensiklopedik məlumat kitabı yenidən nəşr olunanda onların həyat və yaradıcılıqlarına dair oçerklər veriləcək. Onlar intizarla məndən şad xəbər gözləyirlər.

Hörmətli Teymur müəllim, sizə ad-san və nüfuz qazandıran kitabınızın sonuncu nəşrindən (2011) səkkiz il keçib. Yazıçılar Birliyinə neçə-neçə yazıçı, şair və ədəbiyyatşünas üzv seçilib, yeni-yeni imzalar özünü təsdiqləyib. Möhtəşəm “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” ensiklopedik məlumat kitabınızın yeni nəşrini onlarca qələm sahibi intizarla gözləyir. Onları intizarda qoymayın.

Hörmət və ehtiramla:

Qəzənfər PAŞAYEV

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Comments are closed, but trackbacks and pingbacks are open.