Press "Enter" to skip to content

Li Həsənov: “Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir”

Ə.Həsənov qeyd edib: “Çox təəssüflər olsun ki, bəziləri qəbahətə yol verərək bildirirlər ki, Azərbaycanda media siyasəti iflasa uğrayıb. Məgər öz ölkənin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə qayğı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər mənfi haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? Azərbaycan dövlətinin jurnalistlərə yönəlmiş humanist siyasəti deyil, illərdir ki, milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb”.

Əli həsənov dunya siyasəti

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ: 1991-1996

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

​Əli Həsənov: “Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir”

​Əli Həsənov: “Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir” Dünya Xəbər Agentlikləri Konqresi Şurası iclasının və AZƏRTAC-ın 95 illik yubileyi mərasiminin iştirakçıları ilə görüş keçirilib

2 Mart , 2015 12:00

https://static.report.az/photo/659ecbea-b90c-4ae7-8cb4-732eba9ec2c2.jpg

Bakı. 2 mart. REPORT.AZ/ Martın 2-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurası (NACO) iclasının və AZƏRTAC-ın 95 illik yubileyi mərasiminin iştirakçıları ilə görüşüb. AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvlərinə və agentliyin 95 illik yubileyi münasibəti ilə Bakıya gəlmiş qonaqlara təşəkkürünü bildirib. Aslan Aslanov deyib ki, beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı şəraitdə informasiyanın əhəmiyyəti daha geniş, qlobal xarakter alır. Dünya gözlərimizin önündə dəyişir. O, heç də həmişə bizim istədiyimiz kimi dəyişmir. Çünki zamanın öz çağırışları var və biz ona cavab verməyə məcburuq. Bu baxımdan bizim hamımızı, xüsusən klassik, ənənəvi media təmsilçilərini düşündürən xeyli suallar meydana çıxır. Bəzən oyun qaydalarının pozulduğu, piar xarakterli informasiyaların xəbər məkanını doldurduğu bir vaxtda, müasir texnologiyaların inqilabi dəyişikliklər dalğası fonunda bu sualların cavabını tapmaq informasiya istehsalçıları olaraq bizim üzərimizə düşür. “Bu suallara cavab tapmaq üçün biz Avropa Xəbər Agentlikləri Alyansının həm yaz, həm də payız sessiyalarında, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Alyansının toplantılarında, həmçinin demək olar ki, bütün qitələrdə həm siyasətçilərin, həm elm adamlarının, həm də media təmsilçilərinin diqqətini cəlb etmiş Bakı Beynəlxalq Humanitar Forumunda ətraflı fikir mübadilələri, geniş müzakirələr apararırıq”, – baş direktor deyib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov görüşdə çıxış edərək Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçılarını və AZƏRTAC-ın 95 illik yubileyi mərasimində iştirak edən yaxın-uzaq xarici ölkələrin informasiya agentliklərinin rəhbərlərini salamlayıb. Əli Həsənov Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarın 2013-cü ilin noyabrında Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda – qurumun IV Konqresində qəbul olunduğunu xatırladıb. O bildirib ki, qərara əsasən, AZƏRTAC 2016-2019-cu illərdə Konqresə sədrlik edəcək. Prezident Administrasiyasının rəsmisi Azərbaycana göstərilən bu yüksək etimada görə Konqres Şurasının və üzv agentliklərin rəhbərlərinə minnətdarlığını bildirib. Əli Həsənov qeyd edib ki, həmçinin 2016-cı ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası Dünya Xəbər Agentliklərinin V Konqresi ilə eyni vaxtda Bakıda keçiriləcək. OANA da UNESCO-nun qərarı ilə yaradılan nüfuzlu beynəlxalq media qurumlarından biridir. OANA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi barədə qərar 2013-cü ilin sentyabrında Moskva toplantısında qəbul olunub. Biz bu qərarları Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının, həmçinin ölkənin milli informasiya agentliyi olan AZƏRTAC-ın dünya informasiya məkanına inteqrasiyasının daha bir təsdiqi kimi qiymətləndiririk. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi deyib ki, Azərbaycan tarixən Şərq ilə Qərbin, sivilizasiyaların qovuşduğu və bütün dövrlərdə yüksək tolerantlığı, qonaqpərvərliyi ilə tanınan ölkədir. Azərbaycan həm də müsəlman Şərqində 97 il əvvəl parlamentli ilk demokratik respublikanın qurulduğu, 142 il əvvəl ilk dünyəvi teatrın, 107 il əvvəl ilk operanın yarandığı, 140 il əvvəl ilk qəzetin nəşrə, 95 il əvvəl isə ilk milli informasiya agentliyinin fəaliyyətə başladığı ölkədir. Azərbaycanda yaradılan demokratik respublika 1920-ci ildə Sovet imperiyasının hərbi təcavüzü nəticəsində süquta uğradı. Azərbaycan 70 il sovet imperiyasının tərkibində yaşamağa məcbur oldu. Bu illərdə respublikamızın dünya informasiya məkanına birbaşa çıxış imkanları yox dərəcəsində idi. Azərbaycan öz mədəniyyətini, tarixi həqiqətlərini sərbəst şəkildə dünyaya çatdıra bilmirdi. Bu illərdə sovet ideologiyasına uyğun jurnalistika ənənələri formalaşmışdı. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə mediamız beynəlxalq informasiya məkanına inteqrasiya etməyə, dünyada formalaşan jurnalistika ənənələrindən bəhrələnməyə başladı, ölkədə azad media formalaşdı. Bunun üçün çox mühüm siyasi və hüquqi islahatlar həyata keçirildi, qanunvericilik bazası formalaşdırıldı. 1998-ci ildə mətbuat üzərində senzura ləğv edildi. Daha bir il sonra “Kütləvi informasiya vasitələri haqqında” Avropa standartlarına cavab verən Qanun qəbul olundu. Bu demokratik islahatlar sırasına, həmçinin mətbuatın fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən nazirliyin ləğv olunması, “Televiziya və radio yayımı haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunların qəbul edilməsi və digər tədbirlər daxildir. 2008-ci ildə media ilə bağlı daha bir mühüm hüquqi sənəd qüvvəyə mindi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” adlanan bu sənəddə fikir, söz və mətbuat azadlığının inkişaf etdirilməsinin əsas müddəaları əksini tapıb. “Bütün bunları sadalamaqda məqsədim odur ki, Azərbaycanda azad, demokratik, dünyəvi informasiya mühiti formalaşdırılması istiqamətində davamlı və məqsədyönlü iş aparıldığı barədə sizdə aydın təsəvvür yaransın. İndi Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir. Hazırda ölkə mediası tam sərbəstdir və istənilən mövzuda yaza bilir, istədiyi məsələni qaldırır, ictimai müzakirəyə çıxarır. Təsəvvür edin ki, Azərbaycanda 5 minə yaxın KİV qeydiyyatdan keçib, 40-a yaxın gündəlik, 300-dən çox həftəlik və aylıq qəzet, 100-dən çox jurnal, 55 televiziya və radio kanalı, çoxsaylı internet resursları, 20-yə yaxın informasiya agentliyi fəaliyyət göstərir. Ölkədə internetə giriş də tam sərbəstdir. Respublikanın ən ucqar regionunda belə həm mobil, həm də digər internet kanallarına çıxış var. Bu, eyni zamanda, ölkəmizdə sosial medianın əhatə dairəsinin genişlənməsinə şərait yaradır. Yalnız “Facebook” istifadəçilərinin sayı 1 milyon yarıma yaxınlaşır”, – Əli Həsənov deyib. Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu gün dünyada gedən qloballaşma proseslərində müasir media qarşısında mühüm vəzifələr durur. Onlar müəyyən problemlərlə, deyərdim ki, bəzən hətta ciddi, taleyüklü problemlərlə qarşılaşırlar. Kəskin rəqabət gedir. Əlbəttə, media qurumları arasında rəqabət təbiidir. Amma gərək bu rəqabət sağlam zəmin üzərində aparılsın, dünyada qəbul edilən dəyərləri gözdən salmağa deyil, onları daha da zənginləşdirməyə yönəlsin. Təəssüf ki, bəzən biz bunun əksi ilə qarşılaşmalı oluruq. Dünyada cərəyan edən hadisələr hətta çox nüfuzlu xəbər agentlikləri tərəfindən müxtəlif rakursda işıqlandırılır, siyasi mənafelərə uyğun şəkildə təqdim olunur. Bir sıra hallarda mediaya yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya yol tapır. Bu isə beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur. Müxtəlif media qurumlarının, xəbər agentliklərinin əlbəttə, öz informasiya siyasəti var. Bu belə də olmalıdır. Lakin obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacibdir. Biz yalnız bu halda sağlam düşüncəyə əsaslanan ümumi anlaşmaya nail ola bilərik. Bu, xüsusən indi – bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda daha vacibdir. İnsanların obyektiv informasiya ala bilməsi onlara təkcə öz ölkələrində deyil, həm də ümumən dünyada baş verən hadisələri doğru-düzgün qiymətləndirmək imkanı verir. Sonda Əli Həsənov bu mötəbər iclasda səmərəli dialoq, qarşıya qoyulan vəzifələrin həlli yollarının tapılmasında uğurlar arzuladı. “Hamınızı 2016-cı ilin noyabrında Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində görməyə şad olacağıq”, – deyə Əli Həsənov bildirdib. Sonra Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov çıxış ediblər.

Əli Həsənov: “Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb” – YENİLƏNİB – FOTO

Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV əməkdaşlarına mənzillərin açarlarının təqdimatı mərasimində deyib.

Ə.Həsənov qeyd edib: “Çox təəssüflər olsun ki, bəziləri qəbahətə yol verərək bildirirlər ki, Azərbaycanda media siyasəti iflasa uğrayıb. Məgər öz ölkənin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə qayğı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər mənfi haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? Azərbaycan dövlətinin jurnalistlərə yönəlmiş humanist siyasəti deyil, illərdir ki, milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb”.

Prezidentin köməkçisi vurğulayıb ki, iflasa uğrayan illərdir özünün vergi ödəyicilərinin pullarını qrant adı ilə xərcləyərək, başqa ölkələrin media nümayəndələrini təsir altına salmaqla onları xalqın milli maraqlarına qarşı istifadə etməyə çalışanların siyasətidir:

“Həmin “qrant mediası”nın dırnaqarası “dəyərli” nümayəndələri Avropanın ayrı-ayrı mərkəzlərində yığışaraq “Non TAP”, yəni Azərbaycanın strateji maraqlarına qarşı aksiya keçirmək istəyirlər. Budur xarici qrant siyasətini həyata keçirmək istəyənlərin formalaşdırmağa çalışdığı jurnalistika. Bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil”.

Ə.Həsənov bildirib ki, Azərbaycan mediasının təməli sağlam qoyulub: “Azərbaycanda media siyasətinin iflasa uğradığını, müstəqil medianın məhv olduğunu deyənlər baxıb görsünlər ki, Azərbaycanda bu gün inzibati qaydada media üzərində təsiri olan hansısa dövlət qurumu varmı? Azərbaycan bəlkə bölgənin yeganə və ilk dövləti idi ki, Mətbuat və İnformasiya Nazirliyini ləğv edərək jurnalistlərin məsuliyyətini, öhdəliyini, yaradıcılıq normalarını onların özlərinin yaratdığı ictimai quruma – medianın özünütənzimləmə orqanı olan Mətbuat Şurasına verdi. Bu gün Azərbaycan dövləti jurnalistlərə yardım edir. Dövlət jurnalistlərin bəlkə də çox çətinliklə, yaxud heç vaxt ala bilməyəcəyi mənzili tikib onlara verir. Siz bu mənzili ala da bilərsiniz, almaya da. Bunu hansısa dairələr Azərbaycan mediasının iflası kimi dəyərləndirirsə, əlbəttə, bu, çox böyük qəbahətdir”.

O əlavə edib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən ümummilli lider Heydər Əliyevin media siyasətini davam etdirib:

“2004-cü ildən bu günə qədər Prezident İlham Əliyevin həyata keçirdiyi media siyasətindən, dövlət başçısının jurnalistlərə diqqət və qayğısından kim öz media müstəqilliyini itirib? Belə hal yoxdur. Cənab Prezident bu günlərdə Davosda çıxışı zamanı da bildirdi: kim hesab edirsə ki, Azərbaycanda söz, mətbuat, siyasi fəaliyyət azadlığı, digər vətəndaş hüquqları, ictimai normalar pozulur, buyursun, biz onlarla açıq dialoqa hazırıq. Belə iddiaların heç bir əsası yoxdur. 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və Azərbaycan dövlətinin mediaya yardımları şəffaflaşdırıldı, sistemləşdirildi, bir konseptual platforma üzərində quruldu. Fondun kimə və nəyə yardım göstərdiyi şəffaf şəkildə cəmiyyətə bəyan olunur. Cəmiyyətə şəffaf şəkildə bəyan olunan siyasət yaxşıdır, yoxsa gizli şəkildə, kabinetlərdə bir-iki xarici agentlə birlikdə ayrılmış qrantlar? Belə gizli qrantların və dövlətin şəffaf yardımının fərqini hamı yaxşı bilir, əlavə izah verməyə ehtiyac yoxdur. Odur ki, biz Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü informasiya, media, siyasi plüralizm siyasətini dövlətimizin uğurlarından biri kimi dəyərləndirir və bu siyasətə qarşı yönəlmiş ittihamları qəbul etmirik”.

11:51

Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV əməkdaşlarına mənzillərin açarlarının təqdimatı mərasimində deyib.

Ə.Həsənov qeyd edib: “Çox təəssüflər olsun ki, bəziləri qəbahətə yol verərək bildirirlər ki, Azərbaycanda media siyasəti iflasa uğrayıb. Məgər öz ölkənin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə qayğı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər mənfi haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? Azərbaycan dövlətinin jurnalistlərə yönəlmiş humanist siyasəti deyil, illərdir ki, milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasəti iflasa uğrayıb”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.