Əli həsənov geosi yaset
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Əli Həsənov Geosiyasət
Oxucuların diqqətinə təqdim edilən bu kitabda Azərbaycan dilində ilk dəfə olaraq geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışlarının yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, ak-torlan ilə bağlı klassik geosiyasət xadimlərinin və müasir tədqiqatçıların baxışları təhlil olunur, müxtəlif dövrləri və fərqli geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Kitabda həmçinin orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli-dövlət maraqlan uğrunda mübarizə və yeni dünya nizamı, bəşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti və perspektivləri haqqında müfəssəl məlumat verilir, oxucunun geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən materiallar təqdim olunur.
Bəşər cəmiyyəti artıq onuncu ildir ki, XX əsri və ikinci minilliyi tamamlayaraq XXI əsrə və üçüncü minilliyə qədəm qoymuşdur. Bu minillikdə dövlətlərin, xalqların və bütövlükdə bəşər cəmiyyətinin taleyi necə olacaq, beynəlxalq münasibətlər hansı istiqamətdə cərəyan edəcək, bütöv dünyanı, ayrı-ayrı geostrateji regionları və ölkələri hansı tale gözləyir, getdikcə qloballaşan, lakin regional, etnik, dini, milli münaqişələrin sayının artdığı planetimizdə vəziyyət necə olacaq – bütün bunlar özünün obyektiv və əhatəli elmi cavabını gözləyir.
Bəşəriyyətin gələcəyini proqnozlaşdıran müxtəlif siyasi, ictimai və elmi dairələr, politoloqlar, tarixçilər, filosoflar, astroloqlar, para-psixoloqlar, ekstrasenslər: “dünyanın və tarixin sonunun çox da uzaqda olmamasından” tutmuş, “bəşəriyyəti gözləyən parlaq və firavan gələcəyə” qədər – XXI əsrdə insanlığın yaşayacağı müxtəlif talelər haqqında hər gün fərqli proqnozlar verirlər. Ayrı-ayrı elm sahələrini əhatə edən tədqiqatçıların bəziləri müasir geosiyasi və beynəlxalq münasibətləri, qlobal dünya nizamını yaxşılaşdırmaq üçün liberal-de-mokratik dəyərlərin inkişafı zərurətindən, digərləri bəşəriyyəti təhdid edən millətçi-etnik hisslərin və bu zəmində etnik qarşıdurmaların, mədəniyyətlərarası münaqişələrin, sosial, iqtisadi, maliyyə və ekoloji fəlakətlərin qarşısının radikal yollarla alınması ehtiyacından və s. bəhs edirlər. Lakin hamının ortaq fikri ondan ibarətdir ki, sürətlə inkişaf edən, dəyişən və qloballaşan dünyada bəşəriyyəti təhdid edən hadisələr və proseslər geniş geosiyasi düşüncəyə, ciddi qlobal yanaşmaya və peşəkar tədqiqata söykənən cavabını gözləyir. Geosiyasətçi alim V.A.Derqaçovun qeyd etdiyi kimi, XX əsr elmi-texniki tərəqqinin zəfər dövrü olsa da, bəşəriyyəti düşündürən və narahat edən, hər bir ölkəyə və dünya birliyinə öz gələcəyini məntiqi və elmi əsaslarla planlaşdırmağa imkan verən universal bir elm sahəsi yarada bilmədi. Bütün dünyada və hər bir ölkədə ayrılıqda geniş və strateji dünyagörüşünə, qlobal düşüncə tərzinə, operativ qərar qəbul etmək bacarığına, konkret məkan və şəraitdə doğru yol seçmək imkanına malik olan peşəkar siyasətçi və siyasətşünas alim çatışmazlığı özünü göstərir.
Yükləməyə Keç [1,4 Mb] [ : 468] –>
Əli həsənov geosi yaset
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Geosiyasət
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Əli Həsənov: Ermənistana təzyiq göstərilməsi üçün çağırışlar ediləcək
“Azərbaycan bu Zirvədə bütün panellərdə fəal iştirak edəcək”.
XVIII Avrasiya İqtisadi Zirvəsində Ermənistana təzyiq göstərilməsi üçün çağırışlar ediləcək.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri aprelin 8-də İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVIII Avrasiya İqtisadi Zirvəsində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə müsahibəsində deyib.
Professor Əli Həsənov bildirib:
– Azərbaycan belə tədbirlərdə bölgənin Rusiya, Türkiyə, İran kimi böyük dövlətləri, o cümlədən regionda geosiyasi, geoiqtisadi, hərbi geostrateji maraqları olan Avropa İttifaqı ölkələri, ABŞ, Çin kimi dövlətlər ilə yanaşı bərabərhüquqlu aktor kimi iştirak edir. Ona görə də bölgənin 40-dan artıq ölkəsini təmsil edən nümayəndələrin qatıldığı Avrasiya İqtisadi Zirvəsində Azərbaycan özünün iştirakını əhəmiyyətli və aktual sayır. Azərbaycan bu Zirvədə böyük nümayəndə heyəti ilə iştirak edir. Biz burada, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışacağıq. Neçə illərdir ki, bölgədə sülhü təhdid edən Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Tədbirdə təmsil olunan dövlət və qeyri-dövlət qurumlarına Ermənistana təzyiq göstərmələri üçün çağırışlar edəcəyik. Bir daha diqqətə çatdıracağıq ki, Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasət münaqişənin uzanmasına səbəb olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini yerinə yetirmir. Biz bunu nümayəndə heyətlərinə bir daha xatırladacağıq.
Azərbaycan bu Zirvədə həm enerji, həm nəqliyyat-kommunikasiya, həm də bölgədə ictimai-siyası və təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcək bütün panellərdə fəal iştirak edəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.