Press "Enter" to skip to content

Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Qan dövranının pozulmasının əlamətləri və müalicəsi

Sağlam bir bədəndə qan dövranı nizamlı bir şəkildə işləməlidir. Dövran sistemi sayəsində hüceyrələrə nizamlı olaraq qan və oksigen çatdırılmaqla yanaşı, bədəndə ki, tullantı və karbon 4 oksid maddələr çölə atılır. Qan dövranında meydana gələ biləcək hər hansı bir narahatlıq bir çox xəstəliyin meydana gəlməsinə zəmin hazırlaya bilər və bu xəstəliklərin bir çoxu həyati təhlükə daşıya bilər.

Qan dövranının pozulmasının əlamətləri
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ayaqları istifadə edərkən ağrının olub olmadığına diqqət yetirmək lazımdır. Axsamalar olursa, bu halda ayaqlara kafi miqdarda qan getmir deməkdir. Hərəkət ya da istirahət halında qol və ayaqlarda keyimə və halsızlıq müşahidə edilə bilər. Daha inkişaf etmiş hallarda üz əzələlərində pozulma müşahidə edilə bilər. Üzdə sallanma və danışıqda pozuntu halları ortaya çıxır. Bu vəziyyət diqqətə alınmalıdır. Çünki belə bir vəziyyətin meydana gəlməsi beyinə kifayət qədər qan getmədiyinin göstəricisidir və iflic riski olduqca yüksəkdir. Əl və ayaqlarda kafi qan dövranı olmadığı zaman bu orqanlarda şişmə ya da soyuqluq müşahidə edilə bilər. Bunun yanında nəbzin düşməsi və ayaqlarda rəng dəyişikliyi vardır. Dərinin mavi bir rəngə çevrilməsi qan hüceyrələrinin oksigensiz qaldığını göstərir.

Qan dövranının pozulmasının müalicəsi
Qan dövranının pozuntusuna səbəb olan hal müəyyən edildikdən sonra, təbii müalicələr və tibbi müalicələr tətbiq olunaraq bu vəziyyət ortadan qaldırıla bilər. Müntəzəm olaraq idman etmək qan dövranının pozuntusunu aradan qaldırmada təsirli olacaq. Qidalanmaya diqqət yetirilməlidir. Balıq yağı sayəsində qandakı xolesterol və trigliserid miqdarı salınaraq qan dövranı gücləndirilməlidir.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

“Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”

“Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” “Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın.

7 May , 2022 16:33
https://static.report.az/photo/4d9b427b-10b8-36e5-876c-d6095700f08f.jpg

“Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın. Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə ümummilli liderin əməyi özünü göstərir. Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”. Bu fikirləri “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, V çağırış Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib. Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib: “Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı ulu öndərin adı ilə bağlı olmasın”. D.Cəbrayılova Heydər Əliyevin təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirdiyini vurğulayıb: “Ulu öndər elm və təhsilə xüsusi həssaslıqla yanaşıb, bu sahəyə daim qayğı göstərib. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görən müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib. Onu da qeyd edim ki, ulu öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir”.

O xatırladıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Məhz ulu öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu, ölkədə sabitlik bərpa olundu və Azərbaycanda bütün sahələrdə inkişafa doğru addımlar atıldı. Həmin dövrdən etibarən ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı: “Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır”. “Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu ondərin arzusunda olduğu, lakin ömrü vəfa vermədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi. Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Prezident İlham Əliyev Ordumuz və xalqımızla birlikdə bu işi bacardı. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şad­dır – xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini da­vam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləyib. Bütün bunlara görə xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, Ona Allahdan qəni-qəni rəhmət diləyir!”. – D.Cəbrayılova qeyd edib.

Qan dövranını yaxşılaşdırmaq üçün 7 SADƏ MƏSLƏHƏT

Yaxşı qan dövranı insan sağlamlığında çox böyük rol oynayır. Qan bütün orqan və sistemləri oksigen və qidalı maddələrlə təmin edir.

Qan dövranı pozulduqda orqanizm “aclıqdan” və oksigen çatışmazlığından əziyyət çəkməyə başlayır. Bu isə müxtəlif pozulmaların inkişafına yol açır.

Təqdim etdiyimiz çox sadə məsləhətlərə əməl etməklə siz qan dövranınızı yaxşılaşdıra bilərsiniz.

– Ədviyyatlardan tez-tez istifadə edin.

Xüsusilə qara və qırmızı istiot, darçın, sarıkök, zəncəfil və həmçinin soğan, sarımsaq, kəklikotu və s. qan dövranını yaxşılaşdırır, mübadilə prosesləri sürətləndirir, antiseptik, antbakterial, virusəleyhinə, xərçəngəleyhinə təsir edir.

– Liftdən imtina edin, pilləkənlə qalxın.

Bu da çox təsirli vasitədir. Pilləkənlə qalxan insanın bədənində qan dövranı sürətlənir, ürək əzələsi məşq olunur. Həkimlərdə insanın fiziki formasını və ürəyin vəziyyətini yoxlamaq üçün xüsusi sadə test var – əgər siz dayanmadan 4-cü mərtəbəyə pilləkənlə qalxa bilirsinizsə, testin nəticəsi müsbət sayılır. Əks halda ürəyinizin vəziyyətini yoxlayın.

– Çox oturmayın.

İnsan uzun müddət ərzində oturanda onun qan dövranı kəskin pozulur. Oturaq işlə məşğulsunuzsa, tez-tez ayağa qalxın, gəzin, sadə hərəkətlər edin.

– Siqaret çəkməkdən imtina edin.

Bu pis vərdiş damarların güclü sıxılmasına səbəb olur ki, nəticədə qan dövranı pozulur. Bir faktı misal gətirək. Ətraflarda qan dövranının pozulması nəticəsində ağır qanqrenalarla (toxumaların çürüməsi) müşayiət olunan Bürqer xəstəliyi yalnız siqaret çəkən insanlarda inkişaf edir.

– Kontrast duş qəbul edin.

Kontrast duş (soyuq və isti suyun növbələşməsi) qan dövranını yaxşılaşdırır, insanı gümrah edir.

– Qidalanmanızda çoxlu meyvə, tərəvəz, göyərti olmalıdır.

Bu məhsullar orqanizmi vacib maddələrlə təmin edir, qanın tərkibini yaxşılaşdırır.

– Kifayət miqdarda təmiz su için.

Müasir insanların əksəriyyəti kifayət miqdarda təmiz su içmir. Bu isə xroniki susuzlaşmaya səbəb olur. Susuzlaşma nəticəsində qan qatılaşır. Qatı qan orqanizmdə daha çətinliklə dövr edir.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.