Əmək gigiyenasi kitabı
Təhlükəli və zərərli istehsalat amililəri fiziki və zehni-psixoyorğunluğa ayrılır.
Gigiyenanın insan sağlamlığına təsiri. Maraqlı tarixi faktlar
Ümumdünya Səhiyyə Təşkilatının fikirinə görə, gigiyena (burada məişət gigiyenası, əmək gigiyenası və s. nəzərdə tutulur) insanın sağlamlığında ən böyük rollardan birini oynayır.
Gigiyena anlayışı insanlara qədim zamanlardan məlumdur. Artıq bizim eramizdan 600-500 il əvvəl Qədim Romada 30 ayrı su kəməri, çoxlu sayda ictimai hamamlar və tualetlər var idi.
Gigiyena haqqında ilk elmi işlər böyük yunan alimi və həkimi Hippokrata məxsusdur. Bu elmi işlərdə Hippokrat sübut edirdi ki, insanın səhhətinə hava, su, qidalanma, həyat tərzi, vərdişlər və s. təsir edir.
Bizim eramızdan çox-çox əvvəl Qədim Romada müasir unitazlara oxşayan “qurğular” var idi.
2000 il bundan əvvəl Qədim Çində imperator sarayında zərif ipəkdən hazırlanmış ətir saçan. “tualet kağızı” istifadə olunurdu.
Orta əsrlərdə gigiyena, demək olar ki, tam şəkildə “hörmətdən düşdü”. Qərbi Avropa şəhərlərində su kəmərləri və kanalizasiya sistemi yox idi. Təbii təlabatlar üçün şəhər sakinləri adətən “gecə vazlardan” (sadə dildə desək “güvəclərdən”) istifadə edirdilər ki, sonra isə onların içindəki sadəcə çölə tullanırdı. Nəticədə şəhərlərin küçələrində üfunətli “çaylar” axırdı. Bütün məişət zibili də çölə tullanılırdı və burada yığılaraq qalırdı (o vaxtlar zibil şəhərlərdən çıxarılmırdı). Bu isə (və həmçinin pişiklərin xristian kilsəsi tərəfindən məhv edilməsi) siçovulların fəlakətli şəkildə çoxalmasına səbəb olurdu. Siçovullar isə qara çiçək və s. təhlükəli xəstəlikləri insanlar arasında yayırdılar.
İsti su da o vaxtlar böyük problem idi. Bu səbəbdən də insanlar (hətta əsilzadələr) kifayyət qədər gec-gec çimirdilər.
O vaxtlar belə hesab edirdilər ki, tez-tez çimən insan öz orqanizmini “zəiflədir”. Bəzi orta əsrlərə aid tibbi ədəbiyyatlarda belə iddia sürülürdü ki, “su vannaları qəbul edən insanın bədənində məsamələr genişlənir ki, nəticədə bu məsamələrdən insan orqanizminə xəstəliklər daxil ola bilər və insan xəstələnə və hətta ölə bilər”. Bu səbəbdən onsuz da çox nadir hallarda çimən avropalılar bunu bir çox hallarda. paltarda edirdilər. Bunun digər səbəbi kilsənin çılpaqlığa və insan bədəninə olan münasibət idi – çılpaqlıq əxlaqsızlıq və günah sayılırdı.
Yeri gəlmişkən, paltarların yuyulması da o vaxtlar “dəbdə” deyildi.
Beləliklə, şəhərlərdə antisanitarlıq “hökm sürürdü”. Çirk, üfunət, bitlər, birələr, siçovullar o vaxtlar üçün adi reallıq idi.
Bütün bu dəhşətlərin nəticəsi kimi orta əsrlər tarixdə dəhşətli pandemiyalarla (taun, qara çiçək xəstəliyi, sifilis və s.) “məşhur” olublar. Orta əsrlərdə Qərbi Avropada şəhərlərin və hətta vilayətlərin əhalisi bu xəstəliklərdən məhv olurdu. Sağ qalanlar qorxudan şəhərləri tərk edirdilər. Lakin digər şəhərlərdə də xəstəliklər onları yaxalayıb öldürürdü. Belə ki, bəzi mənbələrə əsasən, XIV əsrdə Fransa qara çiçək xəstəliyindən əhalinin 1/3 hissəsini, İtaliya və İngiltərə 1/2 hissəsini itirmişdi. Ümumillikdə isə bəzi məlumatlara əsasən qara çiçək xəstəliyindən 25 milyon (!) insan həlak olmuşdu.
Saglamolun.Az
Əmək gigiyenasi kitabı
Войдите в ОК, чтобы видеть больше.
Войти через
Войти через VK ID
Войти через Почту
Войти с помощью Google
Войти через Яндекс
Войти через Apple
20 июл 2015
Əməyin gigiyenası və istehsalat sanitariyasının əsasları
Ümumi məlumat
Gigiyena insanın xarici mühitlə qarşılıqlı təsirini və əlaqəsini
öyrənən, həyatm və əməyin gigiyenik normativlərini, eləcə də onların
həyata tətbiq edilməsi formalannı hazırlayan sağlamlıq elmidir.
Gigiyena təbiət və tibb elmlərindən başqa, ictimai-iqtisadi elmləıiə də
sıx əlaqədardır.
Əməyin gigiyenası əmək prosesini və istehsalat şəraitini, onların
orqanizmlə qarşılıqlı təsirini öyronməklə bərabər, həm pnların
orqanizmlə qarşılıqlı təsirini öyrənməklə bərabər, həm də sağlam əmək
şəraiti yaradılması üçün təcrübi üsullar hazırlayır, istehsalat zərəri
barədə xəbərdarlıq edib, onların aradan qaldınlmasına köməklik edir.
İnsanın əmək fəaliyyəti zamanı istehsalat, yaxud əmək prosesinin
bəzi amilləri orqanizmə müəyyən müddət mənfi təsir göstərir və
nəticədə onun əmək qabiliyyəti azalır. Belə amillərə, yuxarıda deyildiyi
kimi, peşə və ya stehsalat zərərləri deyilir.
iJstehsalat sanitariyası peşə zərəıiərinin və insanı əhatə edib
orqanizmə mənfı təsir edən başqa istehsalat zərərlərinin kifayət qədər
azaldılması və qarşısınm alınması üsullarını öyrənir; əmək şəraitinin
sağlamlaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsi üçün
tədbirlər işləyib hazırlayır. İstehsalat sanitariyası ümumi sanitariya
sahəsinin bir bölməsidir.
Əlıalinin sağlam əmək və lıəyat şəraitinin yaxşılaşdırıması üçün
elmin gigiyenik tələb və nəticələrinə əsaslanan bütün təcrübi üsullarm
məcmunu edilən istehsalat zərərlərini üç qrupa bölmək olar:
1. İstehsalat prosesinin xüsusiyyətindən, maşın və avadanlıqdan
asılı olan zorərlər. Bu qrupa qeyri-normal meteoroloji şərait
(qeyri-normal temperatur, nəmlik, havanın. sürəti, istilik şıialanması),
istehsalatda yaranan tozlar, zəhəıii buxar və qazlar, səs-küy, titrəyiş və
s. daxildir ki, bunların da orqanizmə tədricən təsiri nəticəsində müəyyən
müddətdən sonra müxtəlif peşə xəstəlikləri meydana çıxır.
2. Əmək prosesinin xüsusiyyətlərindən və rejimindən asılı olan
zərərlər. Bu qrupa orqanizmin siimü-əzələ sisteminin birtərəfli
yüklənməsi, uzun miiddət oturaq vəziyyətdə işləmə, iş rejiminin
pozulması, normadan artıq işləmə, istirahət vaxtlarının pis təşkili,
yaxud pozulması və s. daxildir.
3. İstehsalat binalarında yerləşən ümumi məişət
avadanlıqlarmdakı çatışmazlıqlar. Bunlara istelısalat binalarımn
qızdırılma və işıqlandınlma sistenıtarindəki çatışınazlıq, binalarda
sanitariya normalarına görə işçilərə lazım gələıı iş yeri həcminin azlığı,
veııtilyasiya sistemlərindəki çatısmazlıq və s. daxildir.
İstehsalat zərəıiəriııə qarşı mübarizə bir sıra ümumi tədbirlər
göriilür. Bunlara istehsalat proseslərinin mexanikləşdirilməsi,
avtomatlaşdıriması, texnologiyanın səmərələşdirilməsi, zəhəıii toz,
buxar, qaz və s. amillər ayrılan qurğuların hermetikləşdirilməsi, işçilərə
fərdi mühafızə vasitələrinin verilməsi və s. daxildir. Sənaye
müəssisələri ərazisiniıı sanitariya cəhətdən abadlaşdırılması məsəlləri
də istehsalat sanitariyası bölməsinə daxildir.
Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ
ƏSASLARI
MÖVZUNUN PLANI
1. Ədəbiyyat.
2. Əmək mühafizəsində istifadə edilən terminlər.
3. Giriş. Əmək mühafizəsinin məzmunu, başqa fənlərlə əlaqəsi.
4. Əmək təhlükəsizliyinin standartlar sistemi (ƏTSS),
5. İnsan-maşın-heyvan- istehsalat mühiti sistemi.
6. Təhlükəli və zərərli istehsalat amilləri, onların normalaşdırılması prinsipi və
7. İnsanlarda psixofizoloji, hal, psixoloji amillər və onların əməyin təhlükəsizli-
8. Əmək xasarətlərinin əsas səbəbləri.
Ə D Ə B İ Y Y A T
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı – 2002.
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı “Hüquq ədəbiyyat” 2008.
3. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və yçota alınması. “Bakı, hü-
quq ədəbiyyatı” 1998.
4. Həsənov B.A. Əmək mühafizəsi. Bakı, Maarif, 1986.
5. Tağızadə T.H. Meliorasiya t/tında əmək mühafizəsi. Bakı. “Maarif” 1990.
6. Əfəndiyev R.İ. Heyvandarlıqda təhlükəsizlik texnikası. Bakı. Azərnəşr 1987.
7. Канашев Ф.М и др. Охрана труда. М.; 1988.
8. Луковников А.В. Охрана труда. М.; «Колос»1989.
9. Денисенко Г.Ф. Охрана труда. М.; «Высшая школа» 1989.
10. Шурин Е.Т. Пожарная безопасности на животноводческих фермах. М.;
2. Əmək mühafizəsində istifadə edilən terminlər.
Təhlükəli istehsalat amilləri.
Zərərli istehsalat amilləri.
İstehsalat proseslərinin təhlükəsizliyi.
İstehsalat avadanlıqlarının təhlükəsizliyi.
Elektrikin cərəyanının gövdə ilə qapanması.
Elektrik cərəyanının torpaqla qapanması mühafizə (torp) yerlə birləşdirmə.
Elektrikdən mühafizə vasitələri.
İşçilərin mühafizə vasitələri.
Fərdi mühafizə vasitələri.
Kollektiv mühafizə vasitələri.
İstehsalatda bədbəxt hadisələr.
Yanğın təhlükəsizliyi.
3. Giriş. Əmək mühafizəsinin məzmunu, başqa fənlərlə əlaqəsi.
“Əmək mühafizəsi” 4 müstəqil bölməni əhatə edən elmi, sosial-texniki fəndir.
1. “Əmək mühafizəsinin hüquqi və təşkilati əsasları” bölməsində işçilərin zədə-lənmə və peşə xəstələnmələrinin aradan qaldırılmasına yönəldilmiş kompleks hüquqi-təşkilati tədbirlər öyrənilmir.
2. “Əmək gigiyenası və istehsalat sanitariyasının” əsasları bölməsində işçilərə zərərli istehsalat amillərinin (səs-küy, toz, qaz, şüalanma və s) zərərli təsirinin qar-şısını alan təşkilati, gigiyena, texniki-sanitariya tədbirləri və vasitələri öyrənilir.
3. “Təhlükəsizlik texnikasının əsasları” bölməsində işçilərə təhlükəli istehsalat amillərinin təsirinin qarşısının alan təşkilati-texniki tədbir və vasitələr sistemi öyrə-nilir.
4. “Yanğın profilaktikasının əsasları” bölməsində əmək təhlükəsizliyini, xüsusi və dövlət əmlakını mühafizə etməyə yönəldilmiş yanğından mühafizə tədbir və vasi-tələri öyrənilir.
“Əmək mühafizəsi” fənninin metodiki əsasını kənd təsərrüfatında əmək şəra-itinin, maşınların, istifadə edilən kübrə və zəhərli maddələrin elmi təhlili nəticəsində təhlükə və zərərlərin aşkara çıxarılmasını təşkil edir.
“Əmək mühafizəsi” kursu istehsalatda tam təhlükəsizliyi, zərərsiz əmək şəraitini və yanğına qarşı mübarizə tədbirlərini öyrənir.
Əmək mühafizəsi insanın əmək prosesində təhlükəsizliyini, sağlamlığını və işgü-zarlığını təmin edən, qanunvericilik aktları, sosial-iqtisadi, təşkilati-texniki, sanitari-ya -gigiyena tədbir və vasitələri sistemidir.
Əmək mühafizəsinin məqsədi istehsalatda sağlam, təhlükəsiz əmək şəraiti yara-dılması ilə fəhlə, (kolxozçu) və qulluqçuların zədələnmə və xəstələnmələrinin qarşı-sını almaqdır.
Rusiyada 1-ci təhlükəsizlik texnikası üzrə elmi-tədqiqat işi aparan M.V.Lomo-nosov olmuşdur. 1742-ci ildə onun yazdığı (“metallurgiya” yaxud) mədən işlərinin əsasları əsərində keçidlərdə nərdivanlardan istifadə edilməsi, torpaq, dağ və mədən işlərində təhlükəsizlik və sanitar qaydalarını göstərmişdir.
1882-ci ildə prof. V.L.Kirpiçev ictimai-texniki qurultayda təhlükəsizlik texnikası üzrə çıxışında maşın və intiqallara xidmət işində ehtiyatlılıq tədbirlərini göstərmişdir.
Fizioloq İ.M.Secenov 1901-ci ildə yazdığı insanların iş hərəkəti oçerki kitabında bir sıra əmək gigiyenası haqqında olan məsələləri göstərmişdir. (oçerki kitabında bir sıra əmək gigiyenası haqqında olan məsələləri göstərmişdir).
Birinci dəfə əmək gigiyenası haqqında olan “sağlamlıq və sənaye” jurnalını sani-tar həkim A.V.Poqojev 1902-ci ildə yazmışdır. Bizim ölkədə əmək mühafizəsi prob-leminin elmi həlli ancaq 1929-cu ildən sonra həyata keçirilmişdir. 1929-cu ildən təh-lükəsizlik texnikası və əmək mühafizəsi bütün ali məktəblərdə həyata keçirilmişdir. 1966-cı ildən o, əmək mühafizəsi adlanır.
Əmək mühafizəsi elminin inkişafında S.İ.Vavilovun böyük xidməti olmuşdur. Belə ki, onun rəhbərliyi altında insanın görməsinə müsbət təsir göstərən günüz işıq lampası hazırlanmışdır. N.D.Zelinskiy (1913). Böyük alim fizioloq İ.P.Pavlov insanın ali sinir orqanı ilə xarici mühit arasında əlaqə olduğunu söyləmişdir. N.E.Jukovski erodinamiki nəzəriyyə əsasında ventilyator və ventilyasiya sisteminin hesabatını ver-mişdir. Elmi-tədqiqat işləri ilə V.F.Maksimov, E.Ya-Yudin, Q.M.Nikitin, T.H.Tağı-zadə, F.Ə.Şıxəliyev və b. məşğul olur.
Yanğın preofilaktikası əmək mühafizəsi ilə sıxı əlaqəlidir, çünki yanğını yalnız qiymətli materiallara deyil eyni zamanda insan sağlamlığına da zərər verir. Əmək mühafizəsi gigiyena, fiziologiya və əməyin psixologiyası, istehsalat estetikası və əməyin elmi təşkili ilə əlaqədardır. (Əmək mühafizəsi fənni tam təhlükəsizliyi, zərər-siz əmək şəraitini və yanğına qarşı mübarizə tədbirlərini öyrənir).
Keçmiş SSRİ-də YİHİMŞ-ın 6 elmi tədqiqat əmək mühafizəsi institutu, 15 əmək gigiyenası və peşə xəstəliyinə qarşı institutu, 4 sanitar gigiyena institutu fəaliyyət göstərərək müxtəlif tədbirlər işləyib hazırlayır və bu tədbirlər insan sağlamlığını tə-min edir. 1970-ci il iyun ayında keçmiş SSRİ Ali Soveti “Əmək haqqında SSRİ və respublika ittifaqının əsas qanunçuluğunu” qəbul etmişdir. Bu qanunda əsas başlıq əmək mühafizəsi üçün nəzərdə tutulmuşdur. Əmək mühafizəsi üzrə qanunçuluq Azərbaycan Respublikasında 1992-ci il dekabr ayında təsdiq edilmişdir.
ZOOBAYTARLAR KURSU ÜÇÜN
Zoomühəndis heyvandarlıqda texnoloq hesab edilir. Onun işi həmişə yem isteh-salı və yemin hazırlanması, heyvandarlıq fermasında su təchizatı, inəklərin sağılması, qoyunların qırxılması və s. ilə əlaqədardır.
Ona görədə maşın və avadanlıqların istismarında təhlükəsizlik texnikası, hey-vanların saxlanılması və onlara qulluq işlərində təhlükəsizlik qaydalarını bilməsi zo-omühəndisin gündəlik işi hesab edilir. Zoomühəndis nə inki, özü təhlükəsizlik texni-kası qayda və tələblərini, onlara riayət edilməsini bilməsi, həmçinin mütəxəssis rəh-bər kimi heyvandarlıqda təhlükəsizlik texnikası və əmək mühafizəsi vəziyyətinə düz-gün riayət edilməsinə, habelə vaxtaşırı təlimat aparılmasına və heyvandarların nəzəri birliyinin iş yerlərində yoxlanılmasına cavabdehdir.
Hal-hazırda baytar həkiminin böyük heyvandarlıq birliyində və texniki avadan-lıqların qrup halında istifadə edilməsi şəraitində öz işini düzgün aparması lazım gəlir. Ona görədə belə şəraitdə müxtəlif xəstəliklərin ləğv edilməsi və öz vaxtında dezi-feksiya, dezinseksiya, dezinseksiya, deratizasiya, dezodorasiya işlərinin yerinə yetiril-məsi və eyni zamanda yoluxucu və qeyri yoluxucu xəstəliklərin qarşısının alınması böyük əhəmiyyət kəsb edir.
1.4. Əmək təhlükəsizliyinin standartlar sistemi (ƏTSS).
Son illərdə ölkəmizdə müxtəlif normativ sənədlərindəki (qayda, norma, təlimat) əmək təhlükəsizliyi tələbləri Əmək Təhlükəsizliyinin Standartlar Sistemi (ƏTSS) şəklinə salınmışdır.
Bu Standartlar Sisteminin 4 kateqoriyası vardır.
1. Ümumittifaq dövlət standartları (DÜİST)
2. Sahə standartları (SST)
3. Respublika standartları (RST)
4. Müəssisə standartları (MST)
Buraxılan bütün məhsullar mütləq standartlara cavab verməlidir.
Hal-hazırda bütün Dövlət Ümumittifaq standartlarına maşın, avadanlıq və başqa məhsulların istehsalat təyinatına əmək mühafizəsi mütləq daxil edilir və bu məhsulla-rın təhlükəsiz buraxılmasını təmin edir.
Dövlət Ümumittifaq standartlarının 5 fevral 1974-cü ildə təsdiq etdiyi 351- № -li qərarına müvafiq olaraq Əmək Təhlükəsizliyinin Standartları Sistemi 1974-cü il iyulun 1-dən qüvvədədir. (Məsələn Dövlət Ümumitifaq Standartları DÜİST 12.0.004-89) burada 12- əmək mühafizəsi üzrə standartlar sinfini;
0- standart qrupunun nömrəsini,
004- standart qrupunun ardıcıllıq nömrəsi,
89- standartın qeydə alınma ilini göstərir.
Hazırda ƏTSS-nin vaxtında və tam tətbiqi istehsalat birlikləri və təşkilatlarının mühüm vəzifələrindən biri sayılır. Bu standartların tətbiqi qaydaları xüsusi metodik göstərişlərdə verilmişdir.
Əmək təhlükəsizliyinin standartlar sisteminin tətbiqinə ümumi rəhbərlik təşkila-tın rəhbərinə və baş mütəxəsisə həvalə olunur. Bu sahədə təşkilati- metodik işləri isə müəssisənin standartlaşdırma xidməti ilə birlikdə əmək mühafizəsi xidməti yerinə yetirir. Təşkilatın rəhbəri standartların siyahsını və tətbiqi qaydasını əks etdirən mü-vafiq əmr verməlidir.
Müəssisələrdə standartların tətbiqini təşkil etmək üçün aşağıdakı heyətdə komis-siya yaradılır: baş (mühəndis) mütəxəsis, (sədr), standartlaşdırma şöbəsinin rəisi, əmək mühafizəsi şöbəsinin rəisi, həmkarlar ittifaqı komitəsinin nümayəndəsi, baş tex-noloq və b. mütəxəssislər.
1.5. Əmək mühafizəsinin nəzəri əsasları.
“İnsan- maşın- istehsalat mühiti sistemi.” İnsan- maşın- istehsat mühiti sistemi erqonomika adlanır. Erqonomika yunan sözü olub; erqo- iş, nomos- isə qanun demək-dir. Deməli, erqonomika iş haqqında qanundur. Onun başlıca vəzifəsi insan, maşın və istehsalat mühiti arasındakı qarşılıqlı əlaqəni tədqiq etməkdir.
İnsanı öyrənən bütün elmlər, texniki elmlər, sosiologiya bilavasitə erqonomika ilə bağlıdır və insan- maşın- istehsalat mühiti sistemində fəaliyyət göstərən qanunla-rın araşdırılmasına xidmət edir. Elmlər kompleksindən ibarət olan erqonomika, psixo-logiya, fiziologiya, gigiyena, pedaqoqika, sosiologiya və digər sahələrin əldə etdiyi nəticələri ümumiləşdirir və onlardan istifadə edir. Bundan əlavə gibernetika, fizika, riyaziyyat, biologiya, iqtisad elmləri habelə texnikanı öyrənən elmlərdə erqonomika-da özünə məxsus yer tutur.
Adları çəkilən elm sahələr ilə erqonomikanın başlıca fərqi ondan ibarətdir ki, er-qonomika ayrılıqda insanı, ayrılıqda iş şəraitini, ayrılıqda maşın sistemini deyil, on-larla daxili əlaqəyə girərək əmələ gətirdiyi mürəkkəb bir sisitemi tədqiq edir.
Məsələn, psixologiya qavrayışı, təsəvvürü, yaddaşı, diqqəti, hafizəni və s. anla-yışları öyrənərkən onların maşınla əlaqəsini əsas götürməyədə bilər.
Erqonomika isə fəaliyyətdə olan insanın xüsusiyyətlərini bir tərəfdən konkret iş şəraiti, digər tərəfdən isə maşınla daxili əlaqədə tədqiq edir.
Müasir insan özünün istehsalat funksiyasını mürəkkəb sistemin işlədiyi şəraitin-də yerinə yetirir.
İnsan fiziki işin mühüm hissəsini texnikaya sərf edərək, özü böyük həcmli mü-rəkkəb zehni psixoloji fəaliyyəti qəbul edir.
O, bu gün mürəkkəb biotexniki sistemləri proqlamlaşdırır, onlara nəzarət edir, eyni zamanda müxtəlif texnoloji obyektləri uzaq məsafədən idarə edir.
Təkcə onu xatırlatmaq kifayətdir ki, sürücünün sükan arxasındakı diqqəti ilə çay içdiyi zaman özünü göstərən diqqəti arasında xeyli fərq vardır. Deməli maşın insanın qarşısına xüsusi tələblər qoyur və həmin tələblərin ödənilməsi zəruri hal alır.
Erqonomika müəyyənləşdirmişdir ki, əmək vasitələri və şəraiti, hər şeydən əvvəl insanın xüsusiyyətləri baxımından qiymətləndirilməlidir. İ.M.İ mühiti sistemində kompanentlər arasında zəruri uzlaşma olmadıqda, yəni texnika və şərait insanın xüsu-siyyətlərinə uyğun gəlmədikdə, eləcədə insan idarəetdiyi maşının ‹‹dilini›› yaxşı bil-mədikdə, şəraitə yaxşı uyğunlaşmadıqda bir sıra bədbəxt hadisələr baş verir. Adicə bir fakta nəzər salaq Q.E.Panov yazır ki, dünya miqyasında texnika ilə onu idarə edən insan arasındakı uyğunsuzluq nəticəsində təkcə 1900-1950-ci illər arasında, yəni 50 il ərzində 250 milyon adam həlak olmuşdur, halbuki həmin dövrdə müharibələr vur tut 90 milyon adamın ölümünə səbəb olmuşdur.
İndi maşınla əlaqədar olaraq dünya miqyasında hər gün təxminən 350 min adam həlak olur ki, bununda 250 mini avtomobil qəzası ilə bağlıdır.
Erqonomikanın qarşısında duran problemlərdən biri məhz bu cür bədbəxt hadi-sələrin qarşısını almaq üçün elmi tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Sübut olunmuşdur ki, iş gününün ilk 1 saatı ərzində iş qabiliyyəti yüksələn xətt üzrə gedir, 2 saat sabit qalır və son 1 saat ərzində aşağı düşür.
1.6. Təhlükəli və zərərli istehsalat amilləri onlarin normalaşdirilmasi prin-
sipi və təsnifi.
DÜİST 12.0.003-79- ƏTSS-ə müvafiq olaraq təhlükəli və zərərli istehsalat amil-ləri təsirinə görə fiziki, kimyəvi, bioloji və psixoloji olurlar.
Fiziki amilllər qrupuna maşın-mexanizmlərin hərəkət edən və mühafizə edilmə-yən hissələri; iş sahələrində havanın tozluluğu və qazlılığı; iş sahələrində havanın tempraturasının yuxarı və aşağı olması; səs-küyün, infra səsin, ultrasəsin, titrəyişin, ionlaşdırıcı və elektromaqnit şüalarının, statiki elektrikləşmənin, ulturabənövşəyi və infraqırmızı şüaların səviyyəsinin çoxalması, elektrik və maqnit sahə gərginliyinin yüksəlməsi və müxtəlif işıq normalarının dəyişməsi və s. daxildir.
Kimyəvi amillər qrupu orqanizmə təsir xarakterinə görə ümumi toksiki, qıcıqlamdırıcı və s. olur. Bunlar orqanizmə tənəffüs yolları, həzm sistemi və dəri örtüyü vasitəsilə daxil olur.
Bioloji amillər qrupuna mikro və makro orqanizmlər aiddir. Bunların təsiri ilə xəstələnmə və zədələnmə yaranır. Bu orqanizmləri viruslar, göbələklər, bakteriyalar bitkilər və heyvanataləmi isə makrocisimlər əmələ gətirir.
Təhlükəli və zərərli istehsalat amililəri fiziki və zehni-psixoyorğunluğa ayrılır.
Fiziki yorğunluğa, insanın (fiziki) statiki, dinamiki və hipodinamiki (məhdudlaş-ma) artıq yüklənməsi daxildir.
Zehni-psixoyorğunluğa isə zehni gərginlik (yorucu əmək) və emosional artıq yüklənmə daxildir. Göründüyü kimi istehsalat şəraitində zərərli və təhlükəli amillər kompleks təsir göstərir.
Bunların çoxu fəhlənin peşə xususiyyətindən asılıdır və ona görədə alınan xəs-arətlər peşə xəstəliyi adlanır.
Təhlükəli və zərərli amillərə maşının hərəkət edən hissəsi, alətlərin nasazlığı, elektirik cərəyanı, aşındırıcı mayelər, partlayışa təhlükəli maddələr və s. daxildir. Bunlar fəhlədə xəsarət əmələ gətirə bilir ki, bunlara xəsarət yaradıcı amillər deyilir.
(İstehsalat) Təhlükəli və zərərli istehsalat amillərinin insana uzunmüddət təsiri nəticəsində əmələ gələn xəstəliklər çox vaxt fəhlənin əmək qabiliyyətinin qismən və ya tamamilə itirilməsi ilə nəticələnə bilir. Fəhlənin iş yeri daima nəm olarsa, o za-man yel xəstəliyi əmələ gəlir.
Səs-küy çox olan sexlərdə və başqa sahələrdə çalışan fəhlələr tədricən kar olma, əsəbi və s. bu kimi xəstəliklərə səbəb ola bilirlər.
Elektrik qaynağı ilə iş görən zaman şüadan qorunmaq üçün müəyyən vasitələr olmadıqda, fəhlələr görmə qabiliyyətini itirir və nəticədə iş qabiliyyətini itirmiş olur-lar. Xəstəliklər çox vaxt hava mühitinin pozulması ilə də özünü göstərə bilir. Məsələn iş yerində havanın hərarətinin sürətinin, rütubətinin tez-tez dəyişməsi, mühitin tozlan-ması və s. bu kimi amillər orqanizmə uzun müddət təsir etdikdə peşə xəstəlikləri törə-dir. Bunun nəticəsində fəhlə iş qabiliyyətini itirmiş olur. Ona görədə istehsalatda xəs-təlik törədən amillər həmişə normada saxlanılmalıdır. Normal iş şəraitində insan or-qanizmdə sabit istilik mübadiləsi gedir və bu halda bədənin temperaturu bir səviy-yədə qalır. Orqanizmdəki intensiv oksidləşmə proseslərindən xeyli istilik ayrılması ilə əlaqədar olaraq ağır fiziki iş zamanı temperaturun yüksəlməsi və rütubətin çoxal-ması nəticəsində orqanizmin normal istilik tənzimi pozulur.
Mühitin temperaturu yüksək olduqda qan damarları genişlənir və bədənin səthinə paylanan qanın miqdarı artır. Bu zaman bədən səthinin istilik verməsi artır və orqanizmlər ifrazına sərf etdiyi istilik itkisi hesabına soyuyur. Bundan başqa iş yerindənki havanın hərəkəti sürəti də orqanizmdə istiliyin tənzim olunmasına təsir göstərir. İş yerinin havası çox qızdıqda, onun həcm çəkisi azalır, yuxarı zonaya və ya xaricə havanın hərəkət etmə sürəti isə bir o qədər artmış olur. Havanın hərəkət sürəti 3 m/san-dən artıq olduqda soyuğun pis təsiri hiss olunur və soyuq dəymə xəstəliyinə səbəb olan hava cərəyanı əmələ gəlir.
Havanın yüksək hərarəti və rütubətli olması ürək-damar sisteminə və tənəffüs orqanlarına pis təsir göstərir, bunun nəticəsində nəbz tez-tez burur, qan təzyiqi artır və qan dövranı pozulur. Belə əlverişsiz şərait uzun müddət davam etdikdə baş ağrısı, ümumi zəiflik, ayaqlarda ağrı, bəzən ürək bulanma, qusma yaranır. Həddən artıq bədənin qızması nəticəsində isə qəflətən ürək getmə müşahidə edilir.
Hərarətin aşağı, nisbi rütubəti isə yüksək olan böyük sürətli havada bədənin temperaturu aşağı düşə bilir ki, buda orqanizmdə ümumi zəiflik yarada bilər. Orqanizmin soyuması zamanı yuxarı tənəffüs yollarının ağ ciyərin xəstələnməsi və əzələ revmatizmin inkişafı üçün əlverişli şərait yaranır, açıq havada işləyən zaman bədən həddən artıq soyuduqda isə donma halları baş verir. İstehsalat sahələrində toplanan tozlar orqanizmə olduqca pis təsir göstərərək nəinki bir sıra xəstəliklərin törənməsinə, həmin istehsal edilən məmulatın keyfiyyətinə, avadanlığın vaxtından qabaq sıradan çıxmasına bəzi hallarda isə partlayış baş verməsinə səbəb olur. İstehsalatda toplanan tozun təsirindən çox vaxt fəhlələr vərəm və başqa xəstəliklərə tutulur. Toz nəinki fəhlənin tənəffüs yollarının tutulmasına səbəb olur, hətta gözə, buruna, qulağa və dişlərədə çox pis təsir edir və bəzi hallarda dəri xəstəlikləri əmələ gətirir.
İş yerlərində bir sıra zərərli maddələrin qarışıqlarının DÜİST 12.1.005-76- ƏTSS-ə müvafiq olaraq buraxıla bilən normaların aşağıda göstərilmişdir.
Qurğusunun və onun birl
Comments are closed, but trackbacks and pingbacks are open.