Press "Enter" to skip to content

Elektron davamiyyət jurnalı

Məktəblərdə elektron jurnal və gündəlik sisteminin tətbiqi davam etdirilir. Sistem hazırda şəhər və bölgələr üzrə 166 məktəbdə istifadə olunur. Cari ilin sonunadək daha 197 məktəbdə tətbiqi nəzərdə tutulur.

Təhsil Nazirliyi: 166 məktəbdə elektron jurnal və gündəlik sisteminin tətbiqinə başlanılıb

Məktəblərdə elektron jurnal və gündəlik sisteminin tətbiqi davam etdirilir. Sistem hazırda şəhər və bölgələr üzrə 166 məktəbdə istifadə olunur. Cari ilin sonunadək daha 197 məktəbdə tətbiqi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sistemə yeni qoşulan bütün məktəblərin inzibati-idarəetmə və pedaqoji heyəti sistemdən istifadə üzrə təlimlərə cəlb olunurlar.

Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədi daşıyır.

Yeni sistem vasitəsilə sinif komplektləri, şagird siyahısı, işçilərin siyahısı, tədris planları, dərs cədvəlləri, qiymətləndirmə, davamiyyət göstəriciləri kimi proseslər tamamilə elektronlaşdırılıb. Qeyd edilən bütün məlumatlar elektronlaşdırıldığına görə dinamik hesabatların çıxarılması, prosesə məsafədən real vaxt rejimində nəzarət imkanı yaradılıb. Həmçinin məktəbin işçi heyəti tərəfindən tədris prosesinin qeydiyyatı ilə bağlı aparılan kargüzarlıq yükü azaldılıb, əlavə insan resursu və vaxt sərfiyyatının qarşısının alınması hədəflənib. Bununla yanaşı, sistem vasitəsilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Bizi sosial şəbəkələrdə izləyin

Elektron davamiyyət jurnalı

Valideyn nəzarəti üçün yeni imkanlar

Təhsil Portalında ( www.edu.az ) yerləşən Elektron Dərslər İdarəetmə Proqramı AeL-ə loqo-linkinə daxil olan valideyn şagirdin qiymətləri və davamiyyəti haqqında məlumatları öyrənə bilər. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan təhsil portalında bu məlumatlar � valideynin elektron nəzarət səhifəsində yerləşdirilir.

Elektron n ə zar ə t s ə hif ə sind ə ş agirdin M ə kt ə bli kitab ç as ı v ə Davamiyy ə t jurnal ı yerl əş dirilmi ş dir . Burada valideynlər şagirdin qiymətləri, davamiyyəti haqqında məlumat əldə edə bilərlər. Bundan əlavə, proqram vasitəsilə məktəbin direktorluğu , müəllimləri və digər valideynlər ilə interaktiv ünsiyyət saxlamaq , məktəbin fəaliyyəti ilə bağlı elanlar ( valideyn iclasları, yığıncaqlar, iməciliklər) ilə tanış olmaq imkanı da vardır. Tədrisin idarəolunmasının avtomatlaşdırılması qiymətlərin onlayn olaraq avtomatik məktəb idarəetmə proqramından daxil edilməsinə şərait yaradır. Bu isə şagirdə qiymət qoyulduğu anda valideynin bu məlumatı İnternet vasitəsilə görə bilməsinə � imkan verir .

Proqram t ə minat ı h ə r bir valideyn ə yaln ı z onun ö vlad ı n ı n qiym ə tl ə rin ə elektron jurnalda baxmaq imkan ı yarad ı r . Valideynlər üçün nəzarət səhifəsinin olması gündəlikləri mütəmadi yoxlama prosedurunu da aradan qaldırır. Həmçinin, elektron nəzarət səhifəsini informasiya nöqteyi-nəzərindən valideyn iclasında iştirakla müqayisə etmək olar .

Valideyn iclaslarında iştirak edə bilməyənlər bütün məlumatları nəzarət səhifəsindən əldə edə biləcəklər.

Azərbaycan müəllimi.- 2010.- 24 sentyabr.- S.2.

Comments are closed, but trackbacks and pingbacks are open.