Əmək müqaviləsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7- ci maddəsi ilə təsbit edilən hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi formasının qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
Əmək müqaviləsi
Sosial xidmətlərin elektronlaşdırılması inkişaf etmiş ölkələrdə belə tədricən, ictimai rəyə diqqət yetirilərək reallaşdırılır. İctimai maraq və tələbatları təmin edəcək şəffaf idarəçilik sisteminin təkmilləşdirilməsi Azərbaycanda da prioritet məsələlərdəndir. Ölkəmizdə sosial xidmətlərin elektronlaşdırılması prosesi hər il daha məqsədyönlü şəkildə icra edilir. Qazanılan təcrübə sayəsində, sosial mühitin ən aktual sahələri üzrə mövcud xidmətlər elektronlaşdırılaraq vətəndaşların istifadəsinə verilir. Elektron hökumətin, rəqəmsal ictimai münasibətlərin yaradılması istiqamətində icra edilən işlər çərçivəsində e-imza elektron sənəd dövriyyəsini təmin edən mühüm amillərdən biridir. Bir rəqəmsal identifikasiya vasitəsi kimi, e-imza kağızla aparılan əməliyyatların elektronlaşdırılmasına xidmət edir. E-imza rəsmi sənədlərin kağız üzərində imzalı-möhürlü formalarını eyni hüquqi qüvvəyə malik rəqəmsal sənədlərlə əvəzlənməsinə vasitəçilik edir.
Rəqəmsal ictimai xidmətlər təkcə məmur-vətəndaş münasibətlərinin şəffaflığını təmin etmir. Həmçinin, idarəçilik prinsiplərinin effektivləşdirilməsinə xidmət edir. Buna əyani nümunə kimi, son zamanlar əmək sahələrində canlanma yaradan əmək müqaviləsi bildirişlərinin “Elektron hökumət” portalı üzərindən qeydiyyata alınması məsələsini göstərmək olar. Hamıya məlumdur ki, ölkəmizdə müxtəlif fəaliyyət sahələri üzrə yaradılan şirkətlərin, təşkilatları, irili-xırdalı iaşə obyektlərinin sayı sürətlə çoxalır. Bu, ölkə iqtisadiyyatının inkişafını əks etdirən göstəricidir. Lakin faktlar göstərir ki, ölkəmizdə əmək hüquqlarının pozulması ən çox rast gəlinən inzibati xətalardandır. Xüsusən də özəl müəssisələrdə işçilərin əmək hüquqları ciddi şəkildə pozularaq əmək müqaviləsi bağlamaqdan yayınılır. Halbuki, əmək müqaviləsi işçi-işəgötürən münasibətlərinin təminatı olmaqla, hər iki tərəfin hüquqlarını qoruyur. İşəgötürənlər əmək müqavilələrini qeydiyyata almamaqla vergidən yayınırlar. Bu öz növbəsində, işsizliklə bağlı statistikaya da təsir göstərir. İşsizlərin sayı eləcə də, hansı sektor nə dərəcədə inkişaf edir bilinmir, iqisadi inkişafa yönəlik planlar, strategiyalar əsassız rəqəmlər üzərində qurulur. Bu da ölkədə xaotik vəziyyət yaradır.
Yaranmış vəziyyət bu artımın vahid mərkəzdən idarə edilməsini və məsələyə nəzarətin gücləndirilməsini tələb edirdi. Bununla əlaqədar, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir.
Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır.
Məhz e-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır.
Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərəcək.
- 454 Portalda olan xidmətlərin sayı
Əmək müqaviləsi
It looks like you’re using an old version of Internet Explorer. For the best WordPress experience, please update your browser or learn how to browse happy!
Əsas səhifə / Bütün postlar / Mühasibatlıq xidmətləri / Əmək müqaviləsi
Əmək müqaviləsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi və işə götürən arasında əmək münasibətlərini tənzim edən ən əsas qanunvericilk aktıdır. Bildiyimiz kimi, əmək müqaviləsi olmadan (bura ya həm yazılı, həm də elektron qeydiyyat daxildir) işçi çalışdıranlara qarşı olduqca yüksək cərimələr qoyulur. Bütün buhallardan yayınmaq üçün hər bir işçi ilə əmək müqaviləsi bağlanmalı və onlayn şəkildə, reyestrdə qeydiyyatdan keçirilməlidir. Vətəndaşların ölkə konstitusiyamızda nəzərdə tutulan əmək hüquqlarının həyata keçirilməsi üzrə ən əsas və mühüm formadır. Beləki, əmək müqaviləsi müasir bazar iqtisadiyyatı şəraitində əmək bazarında mövcud olan münasibətlərə tam şəkildə cavab verən aktdır. Tərəflər arasında könüllülük prinsipi əsasında bağlanılır. Əməkmüqaviləsitərəflərarasındabağladığıandanişçiqismindəçıxışedənşəxsmüəssisənin işçisi statusunu alır. Buandan etibarən tərəflərə Azərbaycan Respublikasında qüvvədə olan əmək qanun vericiliyinin bütün müddəaları şamil olunur.
Azərbaycan Respublikası ərazisində xarici vətəndaşlarda işəgötürən qismində çıxış etmək hüququna malikdir və işçi ilə münasibətini əmək müqaviləsi əsasında həyata keçirir.
Tərəflər arasında bağlanan əmək müqaviləsində əks olunan şərtlər ya əmək qanun vericiliyi ilə müəyyən olunur, yada tərəflərin özləri arasında yeni şərtlər qeyd etməklə meydana çıxır. Əmək qanun vericiliyinə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən, müqavilədə işçinin soyadı, adı, atasının adı və yaşadığı ünvan, eləcə də işə götürənin məlumatları qeyd olunur. Bundan başqa, işçinin müəssisədə həyata keçirəcəyi funksiya (vəzifəsi), iş yerinin adı, əmək müqaviləsinin bağlanma tarixi və işə başlama günü dəqiq şəkildə əks olunur. Müddətli və müddətsiz bağlana, eləcə də işçi müddətli sınaq müddətinə cəlb oluna bilər. İşçinin iş rejimi, istirahət günü, məzuniyyəti kimi məsələlər Əmək Məcəlləsinin müddəaları nəzərə alınmaqla həll olunur.
Əmək müqaviləsi yazılı şəkildə bağlanır və dərhal da elektron hökumət portalında qeydiyyata alınır. İşçi öncə heç bir işdə işləməyibsə, bu zaman onun üçün əmək kitabçası və sosial sığorta kartı açılır.
Əmək müqaviləsinin xitam olunması üçün bir çox əsaslar mövcuddur. Burada işçinin mənafeyini qoruyan şərtlərin çox olmasına baxmayaraq, işə götürən üçün də müəyyən tutarlı əsaslar mövcuddur. Bu əsasları düzgün şəkildə tətbiqetməklə, işəgötürən müvafiq cərimələrdən xilas ola bilər. Bunun üçün qanunvericiliyi düzgün şəkildə tətbiq etmək şərtdir.
Əmək müqavilələri
Əmək müqavilələri ilə bağlı münasibətlər yəni, əmək müqavilələrinin bağlanma qaydası, əmək müqaviləsi bildirişi, eləcə də əmək müqaviləsinin ləğv edilməsi qaydası əmək qanunvericiliyi ilə tənzimlənir. Bu münasibətlərin tənzimlənməsi ilə əlaqədar hüquqi xidmət göstərilməsi hüquq normaları ilə təmin edilir.
Əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsinin bağlanması qaydası Azərbaycan RespublikasınınƏmək Məcəlləsində təsbit edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Heç kəs istəmədiyi halda əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanmağına yol verilmir. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs isə işəgötürən ola bilməz.
İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
Əmək müqaviləsinin bağlanması qaydası
Əmək müqaviləsinin bağlanması qaydası və məzmunu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:
- İşçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, fin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
- İşəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN),
- İşçinin iş yeri, vəzifəsi (peşəsi);
- Əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
- Əmək müqaviləsinin müddəti;
- İşçinin əmək funksiyası;
- İşçinin əmək şəraitinin şərtləri – iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
- Tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
- İlk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN);
- İşçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd və s.
Əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi tərəflərin razılığı ilə Əmək Məcəlləsində göstərilən nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
Əmək müqaviləsi bildirişi
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7- ci maddəsi ilə təsbit edilən hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişi formasının qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə əmək münasibətləri həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan yaranır.
Əmək müqaviləsinin ləğv edilməsi
İşçi bir ay qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildikdən bir ay sonra işçi işə çıxmaya və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
Məcəllədə həmçinin təsbit edilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.
Həmçinin işəgötürən tərəfindən zor işlədilərək və ya hədə-qorxu gələrək işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qanunla qadağandır.
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
- Müəssisə ləğv edildikdə;
- İşçilərin sayı və ya ştatları ixtisar edildikdə;
- Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
- İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud ƏməkMəcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
- Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
- Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Əmək müqavilələri ilə bağlı hüquqi xidmət
LEGALSTORE hüquq şirkəti öz partnyorlarına yüksək keyfiyyətli və sərfəli qiymətli əmək müqavilələri hazırlamağı və elektron qeydiyyat məsələlərini sadə yolla həll etməyi təklif edir. Beynəlxalq normalara uyğun və yerli qanunvericilikdəki bütün tələblərə cavab verən fərdi və kollektiv əmək müqavilələri şirkətimiz tərəfindən müştərilər üçün əlçatandır!
Comments are closed, but trackbacks and pingbacks are open.