Press "Enter" to skip to content

Məliyyat sistemi

Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.

Əməliyyat sistemi haqqında anlayış

Əməliyyat sistemi (en. Operating System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələrin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir. Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o, digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir. Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır.

  • Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi,
  • Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilmasi,
  • Kompüterin əməli yaddaşının idarə edilməsi,
  • Kompüterin sabit yaddaşının idarə edilməsi,
  • İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması.
  • Bir neçə əməliyyatın parallel olaraq yernə yətirilməsi,
  • Prosesslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması,
  • Kompüterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə),
  • Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması.
  • Qoşulmaların idarə edilməsi

Əməliyyat sistemlərinin təsnifatı

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

  • sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
  • sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
  • prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
  • prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli;
  • interfeysin tipinə görə: əmrli və obyektyönlü;
  • informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
  • resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

Əməliyyat sistemi

Əməliyyat sistemi (ing.Operation System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir.

Ümumi təyinatlı əməliyyat sistemi – (ingiliscə GPOS (general purpose operating system, rusca операционная система общего назначения) – gerçək zamanlı əməliyyat sistemlərindən fərqli system. Belə əməliyyat sistemləri kompüterin resurslarının paylanması ilə məşğul olur və istifadəçilərə tətbiqi proqramlarla işləməyə imkan verən inkişaf etmiş qrafik interfeysə malikdir.

kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir.

Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.

Funksiyaları

  • Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi
  • Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilməsi
  • kompüterin əməli yaddaşının idarə edilməsi
  • kompüterin sabit yaddaşının idarə edilməsi
  • İstifadəçi ilə kompüterarasında qarşılıqlı əlaqənin yaradılması
  • Bir neçə əməliyyatın paralel olaraq yerinə yetirilməsi
  • Proseslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması
  • Kompüterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə)
  • Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması
  • Qoşulmaların idarə edilməsi

Əməliyyat sistemlərinin təsnifatı

Ümumiyyətlə kompüterin proqram təminatını iki qrupa bölmək olar: Sistem proqram təminatı və tətbiqi proqram təminatı. Əslində istifadəçi ilə təmasda məqsəd əsasən ıstifadəçinin istədiyi tətbiqi proqramı diskdən yaddaşa yükləmək və mikroprosessoru həmin proqram kodlarını icra etməyə yönəltməkdir. Bu işi görmək üçün ROM-BIOS-un bir çox ibtidai funksiyaları təməl rolunu oynaya bilər. Tətbiqi proqramın yaddaşda işləməsi üçün, bundan başqa, yaddaşın idarə edilməsi və ən başlıcası isə diskdə bu və ya digər şəkildə fayl sistemini qurmaq və onu idarə etmək gərəkdir. Bütün bu funksiyalar əməliyyat sisteminin üzərinə düşür. Onda sistem proqram təminatını altyapı və üstqurum kimi iki hissəyə ayırmaq olar. Burada BIOS sistem proqram təminatının sturukturunu, onun təməlini, əməliyyat sistemi isə sistem proqram təminatının üstqurumunu təşkil edir. Aparat qurğularına münasibətdə isə BIOS aparat qurğularını birbaşa idarə edirsə, əməliyyat sistemləri isə avadanlığa çox zaman BIOS-un funksiyaları vasitəsilə, bəzən isə birbaşa müraciət edirlər. Əməliyyat sistemi, qurğuların tətbiqi proqramların istifadəsi üçün proqram interfeysi yaratmaqla o, tətbiqi proqramların işləməsi üçün bir mühit təşkil edir. Proqramçı nəzərindən tətbiqi proqram, qurğuları daha “uzaqdan”- əməliyyat sisteminin rəhbərliyi ilə (yəni əməliyyat sisteminin proqram interfeysi ilə), qismən isə BIOS vasitəsilə (BIOSun funksiyalarından kəsilmələr vasitəsilə istifadə etməklə), çox az hallarda isə qurğuya birbaşa müraciət etməklə (portlar vasitəsilə) onu idarə edirlər. Tətbiqi proqramın əməliyyat sisteminin proqram interfeysi vasitəsilə fiziki qurğunu idarə etməsi onun digər maşında qüsursuz işləməsinə zəmanət verir.

Hər bir əməliyyat sisteminin tipindən asılı olmayaraq üç əsas vəzifəsi vardır:

  • Diskdə fayl sisteminin idarə edilməsi
  • Giriş-çıxış qurğularını idarə etmək
  • İstifadəçi interfeysi yaratmaqdır (başqa sözlə- istifadəçi ilə kompüter arasında ünsiyyəti təmin etməkdir).

Deməli, nəticə etibarilə: sistem proqram təminatını iki qrupa ayırmaq olar- hesablama sistemini alt səviyyədən idarə edən (qurğulara birbaşa müraciət etməklə) və hesablama sistemini üst səviyyədən (BIOSfunksiyaları vasitəsilə) idarə edən. İkincilər məhz əməliyyat sistemini təşkil edirlər. Deməli əməliyyat sistemi istifadəçi və tətbiqi proqramarasinda əlaqəçi rolunu oynayır. Əməliyyat sistemi tipindən asılı olaraq mikroprosessoru bu və ya digər rejimlərdə işlətməklə onun resursundan bu və ya digər dərəcədə effektiv istifadə etməyə imkan verir. Əməliyyat sistemi hesablama sisteminin tipindən (əsasən prosessorların tipi, onların sayı və arxitekturası nəzərdə tutulur) asılı olaraq hesablama sistemi resurslarından istifadənin effektivliyini təmin etməlidir. Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

  • sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
  • sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
  • prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
  • prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli;
  • interfeysin tipinə görə: əmrli və obyektyönlü;
  • informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
  • resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər. Əməliyyat sistemlərini təsnif edərkən onların daşıdığı funksiyalardan, işlədiyi hesablama sisteminin və prosessorun daxili arxitekturasının xüsusiyyətlərindən doğan kriteriyalardan çıxış etmək lazımdır. Onda, əməliyyat sistemlərini təsnif etmək üçün aşağıdakı kriteriyalara əsaslanmalıyıq:

  • Mikroprosessorun arxitekturasına(CISC və ya RISK) görə;
  • Sistemdə olan mikroprosessorların sayına görə;
  • Mikroprosessorunbit sayına görə;
  • Eyni anda icra olunan tətbiqi proqramların sayına görə;
  • Eyni anda icra olunan tətbiqi proqramların idarə edilməsi prinsipinə ğörə;
  • Eyni anda olan istifadəçi sayına görə;
  • Əməlıiyyat sisteminin yaddaşdan istifadəetmə prinsiplərinə görə;
  • Diskdə fayl sistemininqurulması və idarə edilməsi prinsiplərinə görə;
  • İstifadəçi interfeysininxüsusiyyətlərinə görə;
  • Əməliyyat sisteminin nüvəsininarxitekturasına görə.

Əməliyyat sistemlərini təsnif etmək üçün baxılan kriteriyaları iki qrupa ayırmaq mümkündür: Sistemin arxitekturasının xüsusiyyətlərinin diqtə etdiyi və istifadəçi istəyindən döğan prinsiplərdən irəlı gələn kriteriyalar. Başqa sözlə, birincilər əməliyyat sisteminin kompüterin aparat təminatı ilə əlaqədar olan xüsusiyyətlərini, ikincilər isə ondan asılı olmayan, əməliyyat sisteminin funksional xüsusiyyətlərini əks etdirir. Bunları nəzərə alsaq əməliyyat sistemlərini aşağıdakı kimi təsnif etməliyik:

  • x86və başqa platformalar;
  • Çoxprosessorlu və təkprosessorlu;
  • 16, 32, 64 bitli sistem;
  • Tək tapşırıqlı və çox tapşırıqlı;
  • Prosessoru real zaman və mühafizə rejimlərində işlədən;
  • İş stansiyası və server;
  • Fiziki yaddaş və/vəya virtual yaddaşdanistifadə edən;
  • FAT, NTFSvə digər fayl sistemi;
  • Əmr sistemi və obyekt yönlü qrafik istifadəçi interfeysi.

Əməliyyat sisteminin nüvəsinin özünə məxsus xüsusiyyətlərini nəzərə almasaq bu təsnifat əməlyyat sistemini xarakterizə etmək üçün yetərli ola bilər. Aşağıdakı əməliyyat sistemlərini misal göstərmək olar:

  • DOSailəsi
  • WINDOWSailəsi
  • Linux
  • Unixailəsi
  • OS/2

Növləri

Kompüterlərdə bir neçə tip əməliyyat sistemlərindən istifadə edirlər: UNİX, DOS, MS DOS, OS/2, Windows 9x, Windows 95/98/Me/2000/XP/Vista/7. Fərdi kompüterlərdə əsasən Windows 9x (1995-ci ildə yaradimışdır) əməliyyat sistemi proqram təminatından geniş istifadə olunur. Windows 9x çoxməsələli əməliyyat sistemi olub, qrafiki pəncərə istifadəçi interfeysinə malikdir.

  • MSDOS(QDOS) əsasında: Microsoft Windows(+1993 Windows NT 3.1, NT 3.5, Windows 95, NT 3.51, NT 4.0, Windows 98, Windows 2000, Windows ME, Windows XP, Windows Server 2003, Windows Vista. )
    • Mac OS
    • Linux: Debian(Ubuntu, KNOPPIXvə s.), SLS/RedHat(Fedoravə s.), Slackware(SuSE, SLAX və s.) və s.

    Əməliyyat sistemlərinin ölçüləri

    • Əməliyyat sistemlərində yeni funksiyalar daxil edildikcə onların həcmi genişlənməyə başladı: 1963=cü ildə Massaçusets Texnologiya İnstitutunda tətbiq edilən Compatible Time Sharing System vaxtın bölünməsi əməliyyat sistemi 32 min yaddaş sözündən (hər biri 36 bit olmaqla) ibarət idi. 1964-cü ildə IBMfirmasının istehsalı olan OS/360 artıq milyondan çox komandası olan koddan ibarət idi. 1975-ci ildə Massaçusets Texnologiya İnstitutunda Bell Laboratories ilə birlikdə hazırlanmış Multiks “monstr”ı 20 milyondan çox komandaya malik idi. Fərdi EHM-lər üçün yaradılan əməliyyat sistemləri isə, əksinə, yığcam idi: MS DOS-un ilkin versiyaları 50 min komandadan artıq deyildi. 80-cı illərin ortalarında UNIX 7.5 Bell Laboratories isə təqribən 100 min maşın komandasından ibarət idi. Vaxt keçdikcə, fərdi EHM-lər üçün nəzərdə tutulan UNIX olduqca yığcam olaraq qaldı, amma Windows-95, 98, 2000 seriyaları barədə bunu demək olmaz.

    Əməliyyat sistemləri haqqındaqısa xülasə

    Əməliyyatlar sistemi hər bir kompyuter üçün zəruri olan, onun informasiya, proqram və aparat təminatını idarə edən, istifadəçi ilə kompyuter arasında dialoqu təmin edən proqramlar kompleksindən ibarətdir. Əməliyyatlar sistemi adətən xarici yaddaş qurğusunda saxlanılır və kompyuter elektrik dövriyyəsinə qoşulduqda operativ yaddaşa yüklənərək, məsələnin həlli üçün tələb olunan fiziki və məntiqi ehtiyatlar 1 ayırır və istifadəçiyə rahat və sadə işçi interfeysi təklif edir.

    Xarici yaddaş qurğusu olmadığından ilk fərdi kompyuterlər əməliyyatlar sisteminə malik olmamışlar. Yalnız bu qurğular yaradıldıqdan sonra faylların idarə olunması üçün

    əməliyyatlar sisteminin yaranması zərurəti yaranmışdır. Qeyd edək ki, fərdi kompyuterlər üçün ilk əməliyyatlar sistemi Harri Kilde 2 tərəfindən yaradılan CP/M (Control Program/Microcomputer) əməliyyatlar sistemi hesab olunur.

    IBM PC tipli kompyuterlər 1982-ci ildən 1995-ci ilə qədər əsasən MS-DOS (Microsoft Discs Operating System) 3 , PC DOS 4 , sonradan isə Windows seriyasında olan Windows-95/98/2000/XP , Windows Vista, UNIX, OS/2, Linux əməliyyatlar sistemindən istifadə edilir. Apple PC kompyuterləri isə Macintosh əməliyyatlar sistemindən istifadə edir.

    Kompyuterlərdə müxtəlif arxitekturalı və funksional imkanlı əməliyyatlar sistemlərindən istifadə olunur. Əməliyyatlar sisteminin normal iş rejimi müvafiq

    konfiqurasiyalı aparat təminatı olduqda təmin olunur. Məsələn, maynfreymlərdə və fərdi kompyuterlərdə fərqli əməliyyatlar sistemləri istifadə olunur. Əməliyyatlar sistemində əməliyyatların yerinə yetirilməsi sürəti kompyuterin operativ yaddaşından və istifadə etdiyi prosessordan asılıdır. Bu baxımdan, əməliyyatlar sisteminin istifadə etdiyi prosessorun tərtibinə görə təsnifatını vermək olar. Fərdi kompyuterlərdə 16,

    32, 64 -tərtibli əməliyyatlar sistemlərindən istifadə olunur. Məsələn, İBM tipli kompyuterlərdə istifadə olunan MS-DOS, PC-DOS, FreeDOS əməliyyatlar sistemləri 16 tərtibli, Windows 2000 sistemi 32 tərtibli, Windows XP 64 Bit Editon

    sistemi 64 tərtibli əməliyyatlar sistemidir.

    1 Fiziki ehtiyatlara kompyuterin qurğuları və perferiya qurğuları, məntiqi

    ehtiyatlara isə proqramlar, fayllar və s. aiddir.

    2 Sonradan o, Digital Research kompaniyasını yaratmışdır.

    3 Bu 15 ildə o, MS-DOS 1.0 versiyasından MS-DOS 6.22-yə böyük təkamül

    yolu keçmişdir.

    4 PC DOS əməliyyatlar sistemini IBM və DR DOS firmaları birgə tərtib

    etmişdir.
    8.MS DOS əməliyyat sistemi

    MS DOS əməliyyat sistemi 1981 – ci ildə Microsoft firması tərəfindən İBM firmasının sifarişi ilə İBM PC kompyuterləri üçün yaradılmışdır. Windows əməliyyat sistemi yaradılana qədər İBM firmasının istehsal etdiyi kompyuterlərdə bu əməliyyat sistemindən istifadə edilmişdir.

    Maqnit disklərdə adla saxlanılan informasiya fayl adlanır. Hər bir fayl bir – birindən nöqtə ilə ayrılan iki hissədən: – faylın əsas adından və fayl adının genişləndirilməsindən ibarətdir(fayl adının genişləndirilməsinə faylın tipi də deyilir). MS DOS əməliyyat sistemində fayl adında maksimum səkkiz simvol, genişləndirilməsi isə maksimum üç simvoldan ibarət ola bilər(Məsələn; telebe.doc fayl adında “telebe” – faylın əsas adı, “.doc” isə fayl adının genişləndirilməsidir). Fayl adının genişləndirilməsi fayldakı informasiyanın xarakteri haqqında məlumat verir. Bəzi fayl adının genişləndirilmələrini qeyd edək:

    .bas – beyzik dilində olan proqramlar;

    .pas – paskal dilində olan proqramlar;

    .for – fortran dilində olan proqramlar;

    .ams – assembler dilində olan proqramlar;

    .com/.exe – icra olunan, yəni yerinə yetirilə bilən fayllar;

    .bat – əmr faylları;

    .txt – mətn faylları;

    .doc – Word faylları;

    .xls – Excel faylları;

    .mdb – Access faylları;

    .ppt/.pps – PowerPoint –faylları;

    .bmp/.jpg/.pdf/.gif/.png/.jpeg/.swf – şəkil faylları;

    .wav/.mp2/.aac/.mp3/.mp4/.avi – multimedia faylları;

    MS DOS əməliyyat sistemi yükləndikdən sonra ekrana A:\ və ya C:\ şəklində dəvət verir. Məsələn; “C” diskovodunda “magistr” kataloqunun “telebe” alt kataloquna keçmək üçün ekranda c:\magistr\telebe əmrini yığıb Enter düyməsini sıxmaq lazımdır(kataloq – yəni, qovluq).

    MS DOS əməliyyat sistemində kataloq və fayllarla işləmək üçün aşağıdakı əmrlərdən istifadə olunur.

    md (diskovod): yol – yeni kataloq yaratmaq üçün istifadə olunur. Məsələn; md sened əmri cari kataloqda “sened” adında alt kataloq yaradır(cari kataloq – yəni cari anda istifadə olunan kataloq). md a:\ sened əmri isə A diskovodunda “sened” adlı alt kataloq yaradır.

    rd (diskovod): yol – kataloqu silmək üçün bu əmrdən istifadə olunur. Məsələn; rd a1 əmri cari kataloqdakı “a1” alt kataloqunu silir (pozur). rd a :\ a1 əmri isə A diskovodundakı “a1” adlı alt kataloqu silir.

    move faylın_adı faylın_göndərildiyi_ünvan – əmri adı qeyd olunan faylı qeyd olunan ünvana daşımaq(göndərmək) üçündür. Məsələn; move a1 c:\b1.doc əmri cari kataloqdakı “a1.doc” faylını “C” diskovodunun (diskinin) “b1” alt kataloquna göndərir.

    move kataloqun_adı kataloqun_yeni_adı – cari kataloqun adını dəyişmək üçün istifadə olunur. Məsələn; move document sened – əmri cari “document” kataloqunun adı “sened” – ə dəyişdirilir.

    cd (diskovod): yol – cari diskovodu dəyişdirmək üçün istifadə olunur. Məsələn; cd d:\ ali əmri cari kataloqu dəyişdirir və d:\ ali kataloqunu cari kataloqa çevirir.

    dir (diskovod): yol – kataloqun tərkibini nəzərdən keçirmək üçün istifadə olunur. Məsələn; dir d:\ ali\document əmrindən “D” diskovodunun “ali” kataloqunun “document” alt kataloqundakı alt kataloq və fayllar haqqında məlumat almaq üçün istifadə etmək olar.

    cd .. – cari diskovodda əvvəlki kataloqa keçmək üçün istifadə olunur.

    cd\ – birbaşa başlanğıc kataloqa keçmək üçün istifadə olunur.

    copy con faylın_adı– yeni mətn faylı yaratmaq üçün istifadə olunur. Faylın mətni daxil edilir, hər sətrin sonunda Enter düyməsi basılır, souncu sətrdən sonra əvvəlcə F6, sonra isə Enter düyməsi basılır. Bundan sonra adı qeyd olunan fayl cari diskə yazılacaqdır.

    del faylın adı – cari kataloqda adı qeyd olunan faylı silir. Məsələn; del sened.doc əmri cari kataloqdakı “sened.doc” adlı faylı silir.

    ren faylın_əvvəlki_adı faylın_yeni_adı – cari kataloqdakı qeyd olunan faylın adını dəyişir. Məsələn; ren ali.doc ahmed.doc əmri cari kataloqdakı “ali.doc” fayl adını “ahmed.doc” fayl adı ilə əvəz edir.

    copy fayl_adı1 fayl_adı2 – faylın surətinin(kopiyasının) alıması üçün istifadə olunur. Məsələn; copy ali.doc aziz.txt əmri “ali.doc” faylının surətini “aziz.txt” adı ilə cari kataloqda saxlayır.

    date – tarixi müəyyənləşdirmək və ya tarixi dəyişdirmək üçün istifadə olunur.

    time – zaman haqqında məlumat almaq və ya onu dəyişdirmək üçün istifadə olunur.

    type fayl_adı – mətn fayllarını ekrana çıxarılması üçün istifadə olunur. Məsələn; type ali.txt əmri cari kataloqdakı “ali.txt” faylını ekrana çıxarır.

    copy faylın_adı prn əmrindən cari kataloqdakı adı qeyd olunan faylı çap etmək üçün istifadə olunur. Məsələn; copy c:\document\magistr.doc əmri “C” diskovodunun “document” kataloqunun “magistr.doc” faylını çapa verir.

    cls – ekranı təmizləmək üçün istifadə olunur.

    format – diski formatlaşdırmaq üçün istifadə olunur.

    find – axtarılan faylı tez tapmaq üçün istifadə olunur.

    Sonda onu da qeyd edək ki, hər hansı bir əmri klaviaturadan yığdıqdan sonra əmrin icra olunması üçün Enter düyməsini sıxmaq lazımdır.

    Qeyd1 . Bir kataloqda istənilən sayda kataloq yerləşdirmək olar.

    Qeyd2. Bir kataloqda istənilən sayda fayl yerləşdirmək olar.

    Qeyd3. Eyni adlı iki faylı bir kataloqda yerləşdirmək olmaz. Amma, müxtəlif kataloqlarda yerləşdirmək olar.

    Qeyd4. Fayla tam yol dedikdə bir – birindən “\” (sleş) işarəsi ilə ayrılan kataloqlar ardıcıllığı başa düşülür. Məsələn; “C” diskindəki “sened” kataloqundakı “magistr” alt kataloqunun “telebe.doc” faylının tam yolu belə göstərilir: c:\sened\magistr\telebe.doc.

Comments are closed, but trackbacks and pingbacks are open.