Press "Enter" to skip to content

Перевод ərəb əlifbası на русский

Gəlin, ərəb əlifbası ilə tanış olaq. İlk hərf “əlif” adlanır. Bu şəkildədir: ‎ا‎

Ərəb əlifbası ilə tanışlıq

Maraqlı və mühüm bölümü öyrənməzdən öncə, aşağıdakı suallara cavab verək:

  • Hansı nəticələri gözləyirik?
  • Bölümü bitirdikdən sonra hansı bacarıqlar əldə edəcəyik?
  • Nə etmək lazımdır?

“Ərəb əlifbası” bölümünü bitirdikdən sonra mən nə biləcəyəm?
Hansı çalışmaları həll etmək lazımdır.

Gəlin, ərəb əlifbası ilə tanış olaq. İlk hərf “əlif” adlanır. Bu şəkildədir: ‎ا‎

ا hərfinin tələffüzü və yazılışı
Şparqalka ا
ا hərfinin yazılışı
“ا hərfi” mövzüsunda materialın təsbiti
‎ب‎ ‎ت‎ ‎ث‎ hərfləri

Bu bölüm ərəb əlifbasının ‎ب‎ ‎ت‎ ‎ث‎ hərflərinə həsr olunub. Sizin də gördüyünüz kimi, onlar bir-birlərinə bənzəyir. Sadəcə nöqtələrə görə fərqlənirlər.

ب hərfinin tələffüzü və yazılması
Köçürmək ب hərfi
ت hərfinin tələffüzü və yazılması
Köçürmək ت hərfi
ت hərfinin tələffüzü və yazılışı
Köçürmək ث hərfi
ب ت ث hərflərinin yazılışında bənzərlik
ب ت ث hərflərinin yazılışı
Mövzunun təsbiti: ب ت ث hərfləri
‎ج‎ ‎ح‎ ‎خ‎ hərfləri

Bu bölümdə siz növbəti hərfləri – ‎ج‎ ‎ح‎ ‎خ‎ öyrənəcəksiniz. Siz onların necə düzgün yazılmasını, tələffüzündəki bəzi xüsusiyyətləri biləcəksiniz. ‎ج‎ ‎ح‎ hərfləri incədir, ‎خ‎ hərfi isə qalındır. Bundan başqa ‎ح‎ və ‎خ‎ hərflərinin tələffüzlərini çox zaman qarışdırırlar.

ج hərfinin tələffüzü və yazılışı
Köçürmək ج hərfi
ح hərfinin tələffüzü və yazılışı
Köçürmək ح hərfi
خ hərfinin tələffüzü və yazılışı
Köçürmək خ hərfi
ج ح خ hərflərinin yazılışında bənzərlik / ح خ hərflərinin tələffüzündə bənzərlik
ج ح خ hərflərinin yazılışı
Mövzunun təsbiti: ج ح خ hərfləri
‎د‎ ‎ذ‎ hərfləri

Bu bölümdə siz ərəb əlifbasının iki hərfi – ‎د‎ ‎ذ‎ öyrənəcəksiniz. Siz bu hərflərin yazılışı və tələffüzü haqqında ətraflı məlumat alacaq, onların tələffüzü ilə bağlı geniş yayılmış səhvlərdən xəbərdar olacaqsınız. Bölümün sonundakı test tapşırıqları sizə əldə edilmiş biliklərin yoxlanılması imkanı verəcək.

د hərfinin tələffüzü və yazılışı
Köçürmək د hərfi

ذ hərfinin tələffüzü və yazılışı/ dişlər arası tələffüz olunan ث ذ hərflərinin tələffüzünün müqayisəsi

Köçürmək ذ hərfi
د ذ hərflərinin yazılışında bənzərlik
د ذ hərflərinin yazılışı
Mövzunun təsbiti: د ذ hərfləri
‎ر‎ ‎ز‎ hərfləri

Bu bölümdə siz əlifbanın daha 2 hərfi – ‎ر‎ və ‎ز‎ öyrənəcəksiniz. Bu hərflər yazılışda çok bənzərdirlər, sadəcə nöqtəyə görə fərqlənirlər. Tələffüzlə bağlı hər iki hərfin özünəməxsus xüsusiyyətləri var. Məsələn, ‎ز‎ hərfi vıyıltılı hərflərə aiddir.

ر hərfinin tələffüz və yazılışı / ر د hərflərinin yazılışında bənzərlik
Köçürmək ر hərfi
ز hərfinin tələffüz və yazılışı / ز ذ hərflərinin yazılışında bənzərlik
Köçürmək ز hərfi
ر ز hərflərinin yazılışı
Mövzunun təsbiti: ر ز hərfləri
‎س‎ ‎ش‎ hərfləri

Bu bölümün dərsləri ‎س‎ ‎ش‎ həsr olunub. Bu hərflər tələffüzdə bəzi xüsusiyyətlərə malikdir. ‎س‎ hərfi vıyıltılı, ‎ش‎ hərfi isə fışıltılı hərfdir. Həmçinin, yazılışa görə bu hərflər bənzərdir.

س hərfinin tələffüzü və yazılması
Köçürmək س hərfi
ش hərfinin tələffüz və yazılışı / س ش hərflərinin yazılışında bənzərlik
Köçürmək ش hərfi
س ش hərflərinin yazılışı
Mövzunun təsbiti: س ش hərfləri
‎ص‎ ‎ض‎ hərfləri

Bu bölümdə siz əlifbanın növbəti hərfləri ‎ص‎ və ‎ض‎ öyrənəcəksiniz. Bu hərflər qalındır. ‎ض‎ hərfi sadəcə ərəb dilində mövcud olan unikal səs verir. Buna görə bəzən ərəblər deyir ki, ərəb dili ” ‎ض‎ hərfinin dilidir”.

ص hərfinin tələffüzü və yazılması
Köçürmək ص hərfi
ض hərfinin tələffüz və yazılışı / ص ض hərflərinin yazılışında bənzərlik
Köçürmək ض hərfi
ص ض hərflərinin yazılışı
Mövzunun təsbiti: ص ض hərfləri
‎ط‎ ‎ظ‎ hərfləri

‎ط‎ və ‎ظ‎ hərfləri bu bölümün mövzusudur. ‎ط‎ hərfi ərəb dilinin ən qalın və möhkəm hərfidir. Yeni başlayan tələbələr çox zaman bu hərfi ‎ت‎ ilə qarışdırırlar.

‎ظ‎ hərfi də qalın hərfdir. Yazılışa görə ‎ط‎ hərfinə bənzəyir və sadəcə nöqtə ilə fərqlənir. Bu hərfin bir başqa xüsusiyyəti budur ki, dişlər arası tələffüz olunur və onun tələffüzündə vıyıltı olmamalıdır.

ط hərfinin tələffüz və yazılışı / ط ت hərflərinin tələffüzünün müqayisəsi
Köçürmək ط hərfi

Произношение и написание буквы ظ / схожесть в написании букв ط ظ/ сравнение произношения межзубных букв ث ذ ظ

Köçürmək ظ hərfi
ط ظ hərflərinin yazılışı
Mövzunun təsbiti: ط ظ hərfləri
‎ع‎ ‎غ‎ hərfləri

Bu bölümün mövzusu ‎ع‎ ‎غ‎ boğaz hərfləridir. Yazılış və tələffüzünə görə bənzər olduqlarından yeni öyrənənlər tez-tez bu hərfləri qarışıq salır. ‎ع‎ hərfi incə, ‎غ‎ hərfi isə qalındır.

ع hərfinin tələffüzü və yazılışı
Köçürmək ع hərfi
غ hərfinin tələffüzü və yazılışı
Köçürmək غ hərfi
ع غ hərflərinin yazılış və tələffüzündə bənzərlik.
ع غhərflərinin yazılışı
Mövzunun təsbiti: ع غ hərfləri

Bu bölüm ərəb əlifbasının növbəti hərfi – ‎ف‎ həsr olunub. Bu bölümü öyrəndikdən sonra siz, ‎ف‎ hərfini düzgün tələffüz edib, yaza biləcək, onun bəzi xüsusiyyətlərini yadda saxlayacaqsınız.

Перевод “ərəb əlifbası” на русский

арабица, арабский, арабский алфавит — самые популярные переводы слова «ərəb əlifbası» на русский. Пример переведенного предложения: Onun üzərində xəncər təsvir edilmiş və ərəb əlifbası ilə kitabə həkk edilmişdir. ↔ Название пошло от арабского слова al-qamar (аль-камар), что означает «луна».

ərəb əlifbası

+ Добавить перевод Добавить ərəb əlifbası

“ərəb əlifbası” в словаре азербайджанский – русский

арабица

noun feminine

Dbnary: Wiktionary as Linguistic Linked Open Data

арабский

adjective masculine

Dbnary: Wiktionary as Linguistic Linked Open Data

арабский алфавит

Dbnary: Wiktionary as Linguistic Linked Open Data

Менее частые переводы

  • арабское письмо
  • вязь

Показать алгоритмически созданные переводы

Автоматический перевод ” ərəb əlifbası ” в русский

Glosbe Translate

Google Translate

Переводы «ərəb əlifbası» на русский в контексте, память переводов

Совпадение слов

все точно любой

Onun üzərində xəncər təsvir edilmiş və ərəb əlifbası ilə kitabə həkk edilmişdir.

Название пошло от арабского слова al-qamar (аль-камар), что означает «луна».

WikiMatrix

Latın əlifbasından başqa, ərəb, kiril, yunan və ibrani əlifbası da vardır.

Кроме кириллицы, положенной в основу русского алфавита, существуют такие алфавиты, как арабский, греческий, еврейский и латинский.

Azerbaycan Elifbasi – Wikipedia

Azərbaycan əlifbası (azərb-ərəb. آذربایجان الفباسی‎, azərb-kiril. Азәрбајҹан әлифбасы ) —Azərbaycan dilinin əlifbası. Azərbaycan Respublikasında latın qrafikalı, Cənubi Azərbaycanda ərəb qrafikalı, Dağıstanda isə kiril qrafikalı əlifbadan istifadə olunur.

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Latın qrafikalı əlifbaya keçid
    • 1.2 Kirilləşdirmə
    • 4.1 Saitlər
    • 4.2 Samitlər

    Türk yazı tarixi Orxon əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazılması ərəb əlifbasının bir variantı ila başlanıb. Səlcuq və Səfəvi türkləri X əsrdən başlayaraq ərəb əlifbasını əsas tutmuş və ərəb-fars əlifbası vasitəsilə çoxlu əsərlər yaratmışlar.

    Ərəb əlifbası Azərbaycan dilinə bütünlüklə uyğun olmasa da, keçmişdə bu əlifba vasitəsilə çox sayda dəyərli ədəbi və elmi əsərlər yaradılmışdır.

    Cənubi Azərbaycanda bu gün də azərbaycanlılar təkcə fars dilində təhsil aldıqlarına görə ərəb əlifbasını öyrənirlər. İranda Azərbaycan dilini latın alifbası ilə yazmaq, heç bir qanunda keçmədiyi üçün qəbahət kimi sayılır. İran azərbaycanlıları öz dillərində təhsil almadıqları üçün, yalnız Azərbaycan şifahi ədəbiyyatı ilə tanışdırlar.

    Latın qrafikalı əlifbaya keçid

    19-cu əsrin ortalarında Mirzə Fətəli Axundzadə tərəfindən tərtib olunan yeni əlifba layihəsi. Milli Azərbaycan Tarixi Muzeyi (Bakı)

    Azərbaycan dilində yazının latın qrafikasına keçirilməsi üçün ilk layihələr 19-cu əsrin ortalarında meydana çıxdı. Bu layihələrdən biri Mirzə Fətəli Axundzadə tərəfindən tərtib edilmişdi, amma layihə elə kağız üzərində də qaldı. Beləliklə, 1857-ci ildə Axundov ərəb əlifbasının islahatı ilə bağlı ilk layihəsini fars dilində yazdı, burada ərəb yazısının çatışmazlıqlarına işarə etdi və həll yollarını təklif etdi. 1863-cü ildə Axundov öz layihəsinə dəstək tapmaq məqsədilə İstanbula səfər etdi. Lakin Axundovun layihəsinin bəyənilməsinə baxmayaraq, “Əncüməni Daniş” Elmi Cəmiyyəti tərəfindən layihə rədd edildi. Cavabında Axundov “İslam əlifbasını tamamilə rədd etməyi, Avropa yazı sistemini qəbul etməyi və buna görə soldan sağa yazmağı” təklif etdi. Yeni bir layihə üzərində işləməsi nəticəsində Axundov Avropa sisteminə əsaslanan 42 hərfli (32 samit və 10 sait) yeni bir əlifba tərtib etdi. Axundov yeni layihədə həm ərəb əlifbasında mövcud olan hərfləri qorudu, həm də əskik saitləri əlavə etdi.

    20-ci əsrin əvvəllərində Latın əlifbasına keçid məsələsi Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildi. Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov və başqaları ərəb əlifbasının dəyişdirilməsini müdafiə etdilər. 1919-cu ildə yeni əlifba hazırlamaq üçün Azərbaycan Xalq Cümhuriyyəti Təhsil Nazirliyinin nəzdində bir komissiya yaradıldı. Abdulla bəy Əfəndizadənin təqdim etdiyi layihələrdən biri təsdiqlənərək çap olundu.

    Əfəndizadənin əlifba layihəsi: a ä b c ç d e ë f g h i j k l m n n̈ o ö p q ƣ r s t u v w x y z ƶ ‘(apostrof) [1]

    Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi bu layihənin həyata keçirilməsinə mane oldu. Azərbaycan Sovet Sosialist Respublikası elan olunduqdan sonra Azərbaycan yazılarının latınlaşdırılması məsələsi yenidən aktuallaşdı. Uzun müzakirələrdən sonra 1922-ci ildə yeni əlifba təsdiqləndi və 1925-ci ildə ərəb əlifbası ilə paralel olaraq rəsmi istifadəyə verildi.

    1922 əlifbası: Aa Bb Cc Çç Dd Ee Əə Ff Gg Ƣƣ Hh Ii Jj Kk Ll Mm Nn ​​Ŋŋ Oo Ɵɵ Pp Qq Rr Ss Tt Uu Vv Xx Yy Zz Ƶƶ ‘(apostrof) [2]

    1944-cü ilin aprelində Mehdi Hüseynzadənin latın qrafikalı əlifba yazdığı bir şeir

    1926-cı ildən etibarən yeni əlifbanın təkmilləşdirilməsi ilə bağlı müzakirələr başladı. 1926-cı ilin mayında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu latın qrafikasına keçidi Şərqdəki inqilabın mərkəzi məsələsi elan edir. Nəticədə, 1933-cü ildə bəzi hərflərin stilini, bəzilərinin isə fonetik qarşılığını dəyişdirən yeni bir əlifba qəbul olundu. 1938-ci ildə latın qrafikalı Azərbaycan əlifbasından N̡ n̡ (sağır n) hərfi çıxarıldı.

    1938 əlifbası: Aa Bʙ Cc Çç Dd Ee Əə Ff Gg Ƣƣ Hh Ii Jj Kk Qq Ll Mm Nn ​​Oo Ɵɵ Pp Rr Ss Şş Tt Uu Vv Xx Yy Zz Ƶƶ ‘(apostrof)

    Yeni əlifbanın tətbiqi kəndlilərin etirazına tuş gəldi. 1928-1929-cu illərdə və yenidən 1931-1932-ci illərdə bütün Azərbaycanda kəndlərə yeni əlifba əsasında oxumaq və yazmağı öyrətmək üçün gələn müəllimlərə, komsomolçulara və qadınlar şöbəsinin fəallarına qarşı kəndlilər tərəfindən zorakılıq halları mövcud idi.

    Kirilləşdirmə

    1939-cu ilin mayında Azərbaycan əlifbasının kiril qrafikasına keçirilməsi ilə bağlı müzakirələr başladı. Bir çox fərqli layihə irəli sürüldü və dərc olundu. İlk layihə belə idi: Аа, Бб, Вв, Гг, Ƣƣ, Дд, Ее, Әә, Жж, Зз, Ии, Йй, Кк, Ққ, Лл, Мм, Нн, Оо, Өө, Пп, Рр, Сс, Тт, Уу, Ўў, Фф, Хх, Һһ, Чч, Ҷҷ, Шш, Ыы, ’ (apostrof) [3] . 1939-cu ilin avqustunda təklif olunan başqa bir layihə: Аа, Бб, Вв, Гг, Gg, Һһ, Ƣƣ, Дд, Ее, Әә, Жж, Зз, Ии, Јј, Кк, Лл, Мм, Нн, Оо, Өө, Пп, Рр, Сс, Тт, Уу, Үү, Фф, Хх, Чч, Шш, Ыы, ’ (apostrof) [4] . Nəticədə, 15 noyabr 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında əlifba komissiyası tərəfindən hazırlanmış yeni bir kiril qrafikalı əlifba layihəsi rəsmi olaraq təsdiq edildi. 1939-cu ilin rəsmi təsdiqli əlifbası: Аа, Бб, Вв, Гг, Ғғ, Дд, Ее, Әә, Жж, Зз, Ии, Йй, Кк, Ҝҝ, Лл, Мм, Нн, Оо, Өө, Пп, Рр, Сс, Тт, Уу, Үү, Фф, Хх, Һһ, Цц, Чч, Ҹҹ, Шш, Ыы, Ээ, Юю, Яя, ’ (apostrof)

    1947-ci ildə Rus dilindən alınma sözlərdə istifadə olunan Цц hərfi əlifbadan çıxarıldı. 1958-ci ildə Ээ, Юю, Яя hərfləri də əlifbadan çıxarıldı və Йй hərfi Јј ilə əvəzləndi. Bu əlifba rəsmi olaraq 2001-ci ilədək etibarlı idi. Dağıstanda yaşayan azərbaycanlılar məktəblərdə Azərbaycan dili dərslərində latın qrafikasından istifadə olunmasına baxmayaraq, kiril əsaslı əlifbadan istifadə etməyə davam edirlər. Azərbaycan dilində nəşr olunan Dərbənd qəzeti materialları əsasən kiril qrafikasında yayımlayır, amma bəzi məqalələr latın qrafikasında çap olunur. Azərbaycan kiril əlifbasının fərqləndirici xüsusiyyəti digər dillərin əlifbalarında mövcud olmayan Ҝ və Ҹ hərflərinin daxil olması idi.

    Azərbaycan dilində əlifba dəyişikləri və qarşılıqları

    Transliterasiya cədvəli
    Ərəb Latın Latın Kirill Latın IPA
    Cənubi Azərbaycan və 1929-cu ilə qədər Şimali Azərbaycan 1929–1933 1933–1939 1958–1991 1991-ci ildən
    آ،ﺍ A a A a А а A a [ɑ̞/ɑ̞ː]
    B b B ʙ Б б B b [b]
    C c Ç ç Ҹ ҹ C c [d͡ʑ]
    چ Ç ç C c Ч ч Ç ç [t͡ɕ/t͡ɕʰ]
    D d D d Д д D d [d]
    ائ E e E e Е е E e [e/e̞]
    ه/اَ Ə ə Ə ə Ә ә Ə ə [æ]
    F f F f Ф ф F f [f]
    گ Ƣ ƣ G g Ҝ ҝ G g [ɟ]
    G g Ƣ ƣ Ғ ғ Ğ ğ [ɣ/ʁ (ʕ/ʢ)]
    H h H h Һ һ H h [h/hˁ]
    X x X x Х х X x [x/χ]
    ایٛ I̡ ı̡ Ь ь Ы ы I ı [ə]
    ای I i I i И и İ i [i/ɪ]
    ژ Ƶ ƶ Ƶ ƶ Ж ж J j [ʒ]
    ك Q q K k К к K k [c/cʰ/k (ç)]
    ق K k Q q Г г Q q [g/ɢ]
    ل L l L l Л л L l [l/ɫ]
    م M m M m М м M m [m]
    ن N n N n Н н N n [n]
    ڭ N̡ n̡ N̡ n̡ [5] [ŋ/ɴ]
    اوْ O o O o О о O o [ɔ]
    اؤ Ɵ ɵ Ɵ ɵ Ө ө Ö ö [œ]
    پ P p P p П п P p [p/pʰ]
    R r R r Р р R r [ɾ/r]
    ﺙ,ﺱ,ﺹ S s S s С с S s [s]
    З з Ş ş Ш ш Ş ş [ʃ/ʂ/ɕ]
    ﺕ,ﻁ T t T t Т т T t [t/tʰ]
    اوُ Y y U u У у U u [u]
    اﻭٚ U u Y y Ү ү Ü ü [y]
    و V v V v В в V v [v]
    ي J j J j Ј ј Y y [j]
    ﺫ,ﺯ,ﺽ,ﻅ Z z Z z З з Z z [z]
    ع,ء [ʔ/ː]

    Bir rəsmi sənəddə eyni vaxtda latın və kiril əlifbalarının işlənməsi. (Bəhmənyar Azərbaycaninin anadan olmasının 1000 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Bakı, 5 noyabr, 1992))

    Ərəb əlifbası بۆتون اینسانلار لیاقت و حۆقوقلارینا گؤره آزاد و برابر دوْغولورلار. اوْنلارین شۆعورلاری و ویجدانلاری وار و بیر-بیرلرینه مۆناسیبتده قارداشلیق روحوندا داورانمالیدیرلار.
    Latın (1929–1933) Butun insanlar ləjakət və hukykları̡na ƣɵrə azad və bərabər dogylyrlar. Onları̡n зuyrları̡ və vicdanları̡ var və bir-birlərinə munasibətdə kardaзlı̡k ryhynda davranmalı̡dı̡rlar.
    Latın (1933–1939) (Yanalif) Bytyn insanlar ləjaqət və hyquqlarьna gɵrə azad və вəraвər doƣulurlar. Onlarьn şyurlarь və viçdanlarь var və вir-вirlərinə mynasiвətdə qardaşlьq ruhunda davranmalьdьrlar.
    Kiril (1940–1958) Бүтүн инсанлар ләягәт вә һүгугларына ҝөрә азад вә бәрабәр доғулурлар. Онларын шүурлары вә виҹданлары вар вә бир-бирләринә мүнасибәтдә гардашлыг руһунда давранмалыдырлар.
    Kiril (1958–1991) Бүтүн инсанлар ләјагәт вә һүгугларына ҝөрә азад вә бәрабәр доғулурлар. Онларын шүурлары вә виҹданлары вар вә бир-бирләринә мүнасибәтдә гардашлыг руһунда давранмалыдырлар.
    Latın (1991–1992) Bütün insanlar läyaqät vä hüquqlarına görä azad vä bärabär doğulurlar. Onların şüurları vä vicdanları var vä bir-birlärinä münasibätdä qardaşlıq ruhunda davranmalıdırlar.
    Müasir latın (1992) Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.
    BFƏ byt̪yn̪ in̪s̪ɑ̝n̪ɫ̪ɑ̝ɾ l̪æjɑ̝ːɢæt̪ væ hygugl̪ɑ̝ɾən̪ɑ̝ ɟœɾæ ʔɑ̞ːz̪ɑ̝d̪ væ bæɾɑ̝ːbæɾ d̪ɔʁuɫ̪uɾl̪ˤɑ̝ɾ ɔn̪l̪ɑ̝ɾən̪ ɕyʔuɾl̪ɑ̝ɾə væ vid͡ʑd̪ɑ̝n̪l̪ɑ̝ɾə vɑ̝ɾ væ biɾbiɾlæɾin̪æ myn̪ɑ̝ːs̪ibæt̪̊d̪æ gɑ̝ɾd̪ɑ̝ʃləg ɾuːhun̪d̪ɑ̝ d̪ɑ̝vɾɑ̝n̪mɑ̝lˤəd̪əlɑ̝ɾ

    Sait və samitlər haqqında

    Saitlər

    Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.

    Dilimizdə 9 sait var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var:

    • Qalın və incə saitlər

    Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:

    1. Qalın saitlər (dil arxası): [a], [ı], [o], [u].
    2. İncə saitlər (dil önü): [e], [ə], [i], [ö], [ü].
    • Qapalı və açıq saitlər

    Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:

    1. Qapalı saitlər (dar saitlər): [i], [ı], [u], [ü] Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır.
    2. Açıq saitlər (gen saitlər): [a], [e], [ə], [o], [ö].
    • Dodaqlanan və dodaqlanmayan saitlər
    1. Dodaqlanan saitlər: [o], [ö], [u], [ü]. Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır.
    2. Dodaqlanmayan saitlər: [a], [e], [ə], [i], [ı].

    Samitlər

    Dilimizdə 23 hərflə ifadə olunan 25 samit səs var. Əlifbamızda komandir, tank, klub sözlərində [k’] səsini, ipək, çiçək, məktəb sözlərindəki [x’] səsini ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük, şəkil sözlərindəki [k] səsini ifadə edən “k” hərfi ilə göstərilir.

    Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:

    • Kar samitlər. Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
    • Cingiltili samitlər. Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.

    Dilimizdə cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:

    [l], [m], [n], [r] cingiltili samitlərin kar qarışığı, [h] kar samitinin cingiltili qarışığı yoxdur. [n] və [m] səslərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Buna görə də həmin samitlərə burun samitlər deyilir. [l], [m], [n], [r] samitləri sonor samitlər adlanır.

Comments are closed, but trackbacks and pingbacks are open.