Press "Enter" to skip to content

Nazəninin adını çək, gör, başına nə oyun açıram! ” – MÜSAHİBƏ

O şəxs özünü hər yerdə mənim mətbuat katibim kimi qələmə verirmiş. Mənim xəbərim yox idi. Məni də görəndə deyirdi ki, yaxınlığımızı heç kəs bilməsin. Həmin davada, məhkəmədə yazdıqlarına baxın. Mənim nə əlehimə, nə də lehimə bir söz yazıb. Necə mətbuat katibim ola bilər? Özümə sığışdırıb demədim ki, özünü orda-burda mətbuat katibim kimi qələmə verirsən, amma bu barədə heç nə yazmırsan. Düzünü deyim, yazığım gəlib hər ay balasına pul da vermişəm.

Qazaxda ərli qadının şok sərgüzəşti – Təfərrüat

BAKU.WS Teleqraf.com-a istinadən bildirir ki, Əzim 20 iyul 2022-ci ildə gecə saat 1 radələrində Qazax rayonunun kəndində yaşadığı evə gəlib.

Spirtli içki qəbul edib, yüngül dərəcəli sərxoşluq vəziyyətinə düşdükdən sonra rəsmi nikahda olduğu arvadı Fərqanənin ondan boşanmaq məqsədi ilə Qazax rayon məhkəməsinə müraciət etməsinə görə onunla mübahisə edib.

Mübahisə zamanı Əzim arvadının ona xəyanət etməsini, yüngül həyat tərzi sürməsini, artıq bir ər kimi onu qəbul etməməsini özünə sığışdırmayıb. Bundan hiddətlənərək Fərqanəni öldürmək qərarına gəlib.

Bu məqsədilə Əzim Fərqanəni yetkinlik yaşına çatmayan qızları ilə birlikdə yatdıqları otaqda tam yuxuya getməsinə əmin olduqdan sonra saat 03.30-da baltanı götürüb və yataq otağına daxil olub.

Döşəyin üzərində üzü üstə yatan və bu səbəbdən ona müqavimət göstərmək imkanı olmayan arvadına zərbələr endirib. Yuxudan oyanan qızlarının yalvarışlarına məhəl qoymayıb.

Əzim arvadına ümumilikdə 7 zərbə endirib və hərəkətsiz qaldıqdan sonra onun öldüyünü düşünüb.

Səs-küyə gələn qonşuların çağırışı ilə hadisə yerinə gəlmiş həkim briqadası tərəfindən Fərqanə vaxtında xəstəxanaya aparılıb, ixtisaslı tibbi yardım göstərildiyindən həyatı xilas olunub.

“Get öz həyatını yaşa, mən də öz həyatımı yaşayacam”

İstintaq orqanı tərəfindən Əzimin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əzim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Fərqanə ilə 2006-cı ildə ailə həyatı qurub: “Həmin nikahdan bizim iki qızımız anadan olub. Ailə həyatı qurduqdan sonra birlikdə Qazaxın kəndində qardaşım Səlimə məxsus evdə yaşamışıq. Fərqanə ilə son bir ildə yola getməmişik və yaşadığımız evdə ayrı-ayrı otaqlarda yatmışıq.

Mənə qarşı soyuq münasibətinin səbəbini soruşduqda arvadım “get öz həyatını yaşa, mən də öz həyatımı yaşayacam” deyərək aqressiv cavab verib”.

“Bu mənə çox pis təsir etdi”

Əzimin ifadəsinə görə, 2022-ci ilin əvvəlində xatırlamadığı tanışı zəng vurub və Fərqanənin ondan boşanmaq üçün məhkəməyə ərizə verdiyini deyib:

“Bir neçə gün sonra məhkəmədən mənə bildiriş gəldi. 2022-ci ili fevralında mənimlə qonşuluqda yaşayan əmim oğlu Vüsal Qazax şəhər sakini “Roma” kimi tanınan Sadiqin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yaşadığım evə gəlib-getdiyini, arvadımın həmin maşında gördüyünü dedi. Bu mənə çox pis təsir etdi.

Arvadımdan soruşduqda, belə bir halın olmadığını dedi. Ona inanmadığım üçün “Roma” adlı şəxs barədə maraqlandım. Onun həqiqətən də “VAZ-2106″ markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu öyrəndim”.

“Tənbeh edəcəyini dedi”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ilin martında, Novruz bayramından bir neçə gün əvvəl dəqiq xatırlamadığı gündə, saat 22 radələrində yataq otağında olan zaman Fərqanənin yatdığı digər otaqdan musiqi səsi eşidib:

“Otağa daxil oldum. Arvadımın telefonla oynadığı gördüm. Məni görən kimi telefonu yastığın altına qoymaq istəsə də, telefonu onun əlindən aldım. Ev paltarında küçəyə çıxaraq piyada digər kənddə yaşayan qayınatam Əligilə getdim.

Qayınatamın evinə çatan kimi arvadımın qardaşı Sahibi çağırdım. Ona bacısının telefonunu verdim və “mobil telefondan başım çıxmır, bax gör bacın kiminlə yazışır” dedim. Sahib telefona baxdı və özü Fərqanəni tənbeh edəcəyini dedi.

Həmin vaxt Fərqanə atasıgilə zəng vurdu və mənim orada olduğumu öyrəndikdən bir neçə dəqiqə sonra həmin yerə gəldi. Sahib bacısı ilə danışacağını dedi”.

“Arvadımla münasibətlərim düzəlmədi”

Əzim qeyd edib ki, bundan sonra Sahib Fərqanə ilə birlikdə evin həyətinə çıxıb: “Onların sözlə mübahisə etdiyi eşitdim.

Bir neçə dəqiqə sonra Sahiblə Fərqanə geri qayıtdı. Qaynım narahat olmamağımı, hər şeyi özü həll edəcəyini dedi.

Evimə qayıtdım, lakin arvadımla münasibətlərim düzəlmədi. Fərqanə mənə qardaşının mobil telefonunu əlindən aldığı üçün işlətmədiyini dedi.

Amma bir neçə dəfə Fərqanənin xəlvət telefon işlətdiyini gördüm. Hər dəfə məni görən kimi telefonu gizlətdi. Telefonu axtarsam da, tapa bilmədim.

Fərqanə ayda bir neçə dəfə 1-2 gün evdən çıxaraq harasa gedirdi. Mənə anası və ya rəfiqəsi gilə getdiyini deyirdi. Bir neçə dəfə arvadımın valideynlərindən soruşanda Fərqanənin onların yanında olmadığını bildirdilər.

Fərqanədən harada olduğunu soruşanda məni nalayiq söyüşlər söydü, harada olmağının mənə heç bir dəxili olmadığını dedi”.

“Öldürmək barədə fikirləşdim”

Əzimin ifadəsinə görə, Fərqanənin xəyanət etməsi və onu aldatmasına görə aralarında son zamanlar tez-tez mübahisələr olub:

“İşdən evə gələn zaman Fərqanə məhkəməyə gedərək şikayət edəcəyini, məndən boşanmaq üçün işinin süni uzadıldığını, məndən iyrəndiyini, mənə nifrət etdiyini dedi. Arvadımın davranışı və bu cür hərəkətləri mənə çox pis təsir etdi. Bu səbəbdən onu öldürmək barədə fikirləşdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, işdən evə qayıdarkən yolda mağazadan özünə sosiska, yarım litrlik pivə və çörək alıb:

“Yuyunduqdan sonra özümə yemək hazırladım. Evdə olan 250 qramlıq arağı içdim. Yemək hazırlayan vaxt Fərqanə ilə yenə də mübahisələrimiz oldu. Arvadım mənə “məhkəməyə gedib deyəcəm ki, mənim işimi tez həll eləsin, əks halda Ədliyyə Nazirliyinin qaynar xidmətinə məlumat verəcəm ki, mənim işimi uzadırlar” dedi.

Arvadıma yatmağı məsləhət görsəm də, mənimlə mübahisəni kəsmədi. Mən spirtli içki içməyə başlayanda arvadım məni təhqir elədi. Ona gec olduğundan qonşuların yatdığını və sabah söhbət etməyi təklif etdim, yenə də məni nalayiq söyüşlərlə söydü”.

“Baltanı ona göstərib xəbərdarlıq etdim”

Təqsirləndirilən şəxs deyib ki, gecə saat 1 radələrində həyətdəki damda olan kiçik dəmir baltanı əlinə götürüb və Fərqanənin yatdığı otağa gedib:

“Fərqanə döşəmənin üstünə qoyduğu döşəyin üstündə uzanmışdı. Böyük qızım anasının yanında, digər qızım isə həmin otaqdakı çarpayıda yatmışdı. Qızlarım yuxuda olsa da, Fərqanə oyaq idi.

Əlimdə olan kiçik ölçülü dəstəyi metal materialdan olan baltanı Fərqanəyə göstərdim, onu öldürəcəyim barədə xəbərdar etdim. Fərqanə isə yenidən məni nalayiq söyüşlərlə söydü. Dedi ki, həddin var, mənə əlin dəysin, mən bilirəm sən neynəyəcəm. Həmin sözlərdən sonra Fərqanəni öldürməyi qarşıma məqsəd qoydum.

Otaqdan çıxdım və evin eyvanında oturaraq yarım litrlik pivəni içdim. Təxminən saat yarımdan sonra Fərqanə və qızlarım yatan otağa keçdim.

Fərqanənin tam dərin yuxuya getmədiyini gördüm. Qayıdıb öz otağımda uzandım. Həmin müddətdə beynimdə Fərqanəni balta ilə öldürəcəyim haqda fikirlər qurdum. Məhz buna görə tez-tez alışqanın işığı ilə divardakı saata baxmağa başladım”.

“Otaqdan qaçdılar”

Əzimin ifadəsinə görə, gecə saat 03.30 olanda yenidən yerindən durub və Fərqanənin yatdığı otağa keçib: “Arvadım yataqda xoruldayırdı. Onun dərin yatmasından tam əmin oldum. Həyətə düşdüm, ağac doğramaq üçün istifadə olunan taxta dəstəkli baltanı götürdüm və sakitcə arvadımın yataq otağının qarşısına gəldim.

Otağın işığı söndürülmüşdü, yay olduğu üçün qapı həmişəki kimi açıq idi. Yataq otağının qarşısına çatanda sürətlə içəri daxil oldum və baltanın kəsici tərəfi ilə ilk olaraq üzü üstə yatan Fərqanənin bel nahiyəsinə, daha sonra sağ qoluna zərbələr vurdum. Qızım qışqırdı, Fərqanə də zərbənin təsirindən oyandı. Qızlarım otağın işığını yandıraraq otaqdan qaçdılar.

Fərqanə yerindən duraraq üstümə gəldi və otaqdan həyətə qaçdı. Mən də onun arxasınca qaçdım. Pilləkəndən aşağı düşən zaman balta ilə arvadımın sol qoluna zərbə vurdum.

Fərqanə həyətdə darvazaya tərəf qaçmaq istəsə də, ona çatdım, başının arxa nahiyəsinə balta ilə bir zərbə vurdum. O, həyətin ortasında yerə yıxıldı. Həmin vaxt balta ilə onun baş nahiyəsinə yenə bir dəfə, hər iki qollarına isə bir neçə zərbə vurdum”.

“Dedim ki, həyat yoldaşımı öldürmüşəm”

Əzim qeyd edib ki, ümumi say dəqiq yadında qalmasa da, təxminən 7-9 zərbə vurub: “Qızlarım artıq yola çıxmışdılar. Balaca qızım “mamam öldü” deyə qışqıraraq qonşuları köməyə çağırdı.

Evin həyətində Fərqanə xırıldayaraq yerdə çabalamağa başladı. Sonra isə hərəkətsiz qaldı. Arvadımın başının üstündə gözlədim və hərəkətsiz qalanda onun öldüyünü fikirləşdim.

Qonşumuz həyətə gəldi və Fərqanəni yerdə qan içində gördü. O, qışqırmağa başladı. Mən baltanı pilləkənin yanına qoydum və yola çıxaraq istifadəmdə olan telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Dedim ki, həyat yoldaşımı balta ilə öldürmüşəm.

Təxminən beş dəqiqə sonra təcili tibbi yardım avtomobili gəldi və Fərqanəni xəstəxanaya apardılar. Həmin vaxt fikirləşdim ki, Fərqanə vurduğum balta zərbələrindən sonra ölüb”.

“Polisə getdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, istifadəsində olan mobil nömrəyə zəng gəlib: “Tanımadığım şəxs məndən ünvanı soruşdu.

Mən də evin ünvanını izah etdim. Bir neçə dəqiqə sonra iki polis avtomobili evin qarşısına gəldi. Polis əməkdaşlarına həyat yoldaşım Fərqanəni öldürdüyümü dedim. Məndən Fərqanəni vurduğum baltanın harada olduğunu soruşdular. Baltanı onlara təqdim etdim.

Daha sonra polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşdim və Qazax rayon polis şöbəsinə getdim”.

“Mənimlə və övladlarımla maraqlanmırdı”

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Fərqanənin sözlərinə görə, əri Qazax şəhərində kafedə ofisiant, özü isə dövlət qurumlarından birində xadimə işləyib:

“Əzimlə evliliyimizin ilk vaxtlarında münasibətlərimiz normal olsa da, son bir ildə yola getmirdik. Yaşadığımız evdə ayrı-ayrı otaqlarda yatırdıq.

Əzim kafedə işlədiyi üçün evə gecə saatlarında gəlirdi. Bir ailə başçısı kimi mənimlə və övladlarımla maraqlanmırdı.

Evə lazımı ərzaqları almırdı. Kommunal xərcləri ödəmir, spirtli içki içirdi. Hər dəfə evə sərxoş gələndə mənimlə mübahisə etdiyi üçün bir qadın kimi ərimdən soyumuşdum. Məhz buna görə aramızda tez-tez mübahisə düşürdü”.

“Cinsi əlaqədə olmuşuq”

Zərərçəkmiş qeyd edib ki, 2021-ci ilin ortalarında Əzimlə münasibəti artıq korlandığı və maddi cəhətdən kömək görmədiyi üçün dolanışıq məqsədi ilə özünə ikinci iş yeri axtarıb: “Həmin ərəfədə Qazax şəhərində idman zalına xadimə lazım olduğunu öyrəndim. Həmin zala getdim. Orada Qazax şəhər sakini və idman müəllimi Sadiqlə tanış oldum.

Sadiq idman zalının rəhbərliyi ilə danışdı və məni xadimə kimi işə götürdü. Sadiqlə səmimi münasibətimiz yarandı. Bir müddət sevgili münasibətində olduq. Sonra isə münasibətimiz dərinləşdi.

Əzim və uşaqlar evdə olmayanda Sadiq özünə məxsus avtomobillə evə gəlirdi. Uşaqlar məktəbdən evə gələnə qədər Sadiq mənimlə birlikdə yaşadığımız evdə olurdu. Artıq sevgi münasibətində olduğumuz üçün yaşadığım evdə cinsi əlaqəyə də girirdik. Lakin Sadiqi nə uşaqlarım, nə də Əzim görüb. Onlar gələnə qədər Sadiq çıxıb gedirdi”.

“Hiss etdim ki, mənə inanmayıb”

Zərərçəkmiş qeyd edib ki, Sadiq hər dəfə onlara gələndə özünə məxsus avtomobili yaşadığı evin qarşısında küçədə saxlayıb və bütün qonum-qonşu onun evinə gəlməsini görüb: “Bu formada Sadiqlə artıq bir ilə yaxın sevgi münasibətində olmuşuq. O, tez-tez mənim yaşadığım evə gəlib-gedirdi.

Mənim Sadiqlə sevgi münasibətində olmağım barədə Əzimin qonşuluqda yaşayan əmisi oğlu 2022-ci ilin fevralında ərimə deyib. Ona görə də Əzim məndən Sadiqi tanıyıb-tanımadığımı soruşanda, ona yalandan həmin şəxsi tanımadığımı bildirdim. Lakin hərəkətlərindən hiss etdim ki, Əzim mənə inanmadı. Həmin vaxtdan etibarən Əzimdən tam soyudum.

Demək olar ki, biz ər-arvad olmamışıq. Sadəcə bir evdə yaşamışıq. Artıq ər-arvad kimi yola getmədiyimiz üçün 2022-ci ilin fevralında Qazax rayon Məhkəməsinə nikahın pozulması haqqında ərizə ilə müraciət etdim.

Əzim boşanma barədə məhkəməyə ərizə verdiyimi bildikdən sonra aramızda mübahisələrimiz daha da çoxaldı. O, barışmaq istədiyini dedi. Onunla razılaşmadım, ayrılmaq istədiyimi dedim”.

“Ərimdən iyrənmişəm”

Fərqanə bildirib ki, 2022-ci ilin martında faktiki Əzimlə ailə münasibətində olmadığı üçün müstəqil həyat tərzi sürməyə başlayıb:

“Həmin ərəfədə Tovuz rayon sakini Samirə ilə tanış oldum. Onun Tovuz şəhərində yerləşən mobil dükanında işlədim. Yaxın münasibətim yarandıqdan sonra ərim şübhələnməsin deyə özümə Samirənin adına yeni nömrə aldım. Daha sonra ikinci əl telefon da aldım.

Həmin nömrəni Əzimdən xəlvət işlədirdim. Əzim məniom telefon işlətməyimi bir müddət bilməyib. Lakin rəfiqəm Samirə ilə görüşmək üçün həftədə bir gün Tovuz rayonuna gedib-gəldiyim üçün Əzim artıq məndən şübhələnməyə başladı.

Mən isə ona dedim ki, öz həyatını yaşa, mənim işimə qarışma. Çünki artıq ərimdən iyrənmişdim və bir ər kimi onu qəbul etmirdim.

Mobil nömrə aldıqdan sonra onu Sadiqə də verdim. Onunla həmin nömrə ilə əlaqə saxlayırdım”.

“Pis yolda olmadığımı dedim”

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin mart ayının sonları gecə saatlarında Əzim işdən evə gələndə o, əlində telefonla kiminləsə danışırmış:

“Əzim otağa daxil olanda mənim əlimdə telefonu gördü. Qəfil onu əlimdən aldı. Telefonu haradan əldə etdiyimi soruşanda mənə nalayiq ifadələr işlətdi. Telefon işlətməyimin ərimə heç bir aidiyyətinin olmadığını dedim.

Əzim qəzəblənərək telefonu götürdü və atamgilə getdi. Təxminən 15-20 dəqiqə sonra mən də atamgilə yollandım. Oraya çatanda Əzim artıq qardaşıma vəziyyəti izah edərək mənim ona xəyanət etdiyimi demişdi.

Qardaşım məni görən kimi telefonu götürdü və həyətdə qırağa çəkərək üstümə qışqırdı. Telefonda mənim el arasında “Roma” adlanan Sadiqlə danışığımı gördü. Qardaşım nəyə görə ərimə xəyanət etdiyimi soruşdu. Mən də Əzimdən boşanacağımı, bir ər kimi onu qəbul etmədiyim üçün Sadiqlə sevgi münasibətinə girdiyimi dedim. Qardaşım Əzimi sakitləşdirdi, evə yola saldı.

Daha sonra qardaşım nəyə görə mənim yüngül həyat tərzi keçirdiyimi soruşdu. Mən pis yolda olmadığımı, sadəcə Sadiqlə sevgi münasibətində olduğumu dedim. Qardaşım əsəbiləşərək mənim telefonumu üç gün özündə saxladı.

Həmin vaxtdan qardaşımla münasibətim kəsildi. Məlum hadisəyə qədər onu danışdırmamışam”.

“Ayrı-ayrı otaqlarda yatmışıq”

Fərqanənin sözlərinə görə, üç gündən sonra telefonunu götürüb, yenə də Sadiqlə danışmağa davam edib: “Əzim evdə olmayanda Sadiq yaşadığım evə gəlib-gedirdi. Əzim telefon işlətməyimi bildikdən sonra tez-tez mənimlə mübahisə edirdi.

Hətta bir neçə dəfə qonşularımız da səs-küyə bizə gəlmişdilər. Bir neçə dəfə Əzimin mənimlə mübahisə etməsinə görə polisə də şikayət etmişəm. Lakin hər dəfə yazığım gəldiyi üçün onu bağışlamışam.

Biz sadəcə sənəd üzərində ər-arvad olmuşuq. Faktiki isə yaşadığım evdə bir ildir ayrı-ayrı otaqlarda yatmışıq”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Əzim 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

“Nazəninin adını çək, gör, başına nə oyun açıram!” – MÜSAHİBƏ

OLAY-ı evində qonaq edən ifaçı başına gələn hadisələrdən, yaşadığı qalmaqallardan, şəxsi həyatından danışıb:

– Xoş gəlmisiz, qapım hamının üzünə açıqdır. Bura dost qapısıdır. Heç kimə müsahibə vermirəm. Uzun müddət sonra ilk dəfədir danışıram, hamı məndən küsəcək.

– Xoş gördük, Nazənin xanım. Sizin haqda internetdə məlumatlara baxanda maraqlı bir situasiya ilə qarşılaşdım. Atanız Rəhim bəy ilahiyyatçı imiş, bəs, nə yaxşı sizin müğənni olmağınıza icazə verib?

– Allah ölənlərinizə rəhmət etsin. Atam kəndin ağsaqqalı idi. Onun bir sözünü iki edən olmayıb. Savadlı ilahiyyatçı olub. Bir tərəfi iranlı olduğu üçün şərqşünaslığı bitirib. Cavanlıqda onun da səsi çox yaxşı olub. Bir şirin avazı var idi ki, quş uçsa, qanadının səsi eşidilərdi. Hamı sakit dururdu ki, Rəhim dayının avazına qulaq asaq. Yeganə adam atam olub ki, mənə dəstək olub. Ancaq ailə qurmamışdan öncə müğənnilik etməyimə icazə vermədi. Həyat yoldaşım musiqi müəllimi idi, məni o aparıb-gətirirdi. Qardaşımgil ayağa qalxdı ki, oxumasın. Bizim Lənkəran-Astara bölgəsi bu məsələyə yaxşı baxmırdı. O vaxt müğənni olmaq çox çətin idi, indi asandır.

– Hərə birinə təşəkkür edir ki, filankəs sağ olsun, məni sənətə gətirdi. Bəs, sizdə belə bir şəxs var?

– Bu günüm, güzəranım üçün Allaha təşəkkür edirəm. Heç vaxt pis günüm olmayıb, imkanlı ailənin gəlini olmuşam, yoldaşım hər zaman mənə dəstək olub. Onun sürücüsü, kiçik qaynım yanımda olub, birlikdə çalışmışıq. Biz onu maddiyyat üçün etmirdik, həyat yoldaşım düşünürdü ki, 1-2 il çalışacam, həvəsim öləcək. Mən də elə fikirləşirdim, ağlıma gəlməzdi ki, bu qədər sevilə, tamaşaçı kütləsi yığa bilərəm. Heç ağlımın ucundan keçməzdi. Deyirdim ki, Nazənin, səni bu qədər sevirlərsə, ixtiyarın yoxdur ki, səhnədən gedəsən. Düzdür, keçmişdən danışıram, indi də var, ancaq böyük bir etalon gəlir də. Müğənnilər həddindən artıq çoxdur. Hər aşığın bir dövranı olur, mən heç vaxt çaşmadım, nə kasıblıqdan sənətə gəlmədim, heç kəs də pis günümü görməyib ki, desin, acından ölürdü, indi gəldi qudurdu. Müğənnilərə belə şeylər deyirlər. Hər zaman yaxşı yaşamışam, bu gün də heç kimə ehtiyacım yoxdur. Hər zaman ailəm yanımda olub, bu gün də yanımdadır.

– Məşhurluğun sizi məyus edən tərəfləri olub?

– O qədər gözəl günlərim olub, məşhurluğun o qədər dadını çıxarmışam ki. Amma haqsızlıq görəndə məyus olmuşam. “Dostlar, məni unutmayın” adi bir mahnıdır. O mahnıya görə bütün dünyanı gəzmişəm. Bayaqkı sualınıza cavab olaraq Cabbar Musayevə təşəkkür edirəm ki, mənə gözəl mahnılar verib. Məni kütləyə tanıdan o olub. Çox şanslı müğənni oldum ki, bütün mahnılarım sevildi. Bunlar da məyus olduğum vaxtları çox aşağıda qoyur.

– Bəs, sizi ifadə edən mahnınız hansıdır?

– Əvvəl fərqinə varmırdım, hamısını balalarım kimi çox istəyirdim. İndi ən çox “Hardan düşdün sən yanıma bu gecə” mahnısını sevirəm (ağlayır). Ona qulaq asa bilmirəm, valideynlərim yadıma düşür. İnsan yaşa dolduqca valideynlərinin dəyərini daha çox bilir. Özümü görürəm o mahnıda. İndi yaşlı bir ana görəndə ürəyimin başı soyulur. Doğmalarımın geri qayıtmasını istəyərdim. Mən ölümdən qorxmuram. Dünyaya gələndən atam bizi saldı ki, qızım, insan dünyaya bir dəfə gəlirsə, bir dəfə də getməlidir. Ölümə hazıram, dünyadan apardığımız yalnız gözəl əməllərimiz olmalıdır. Atam bizə böyük-kiçik yeri bilməyimizi, mənəviyyatı gözəl olmağımızı, bir tikəmizi bölüşməyimizi məsləhət görüb. Sevgi dolu ailədə böyümüşəm deyə, bir tikəni belə tək yeyə bilmərəm.

(Bu dəm köməkçisindən salfet istəyir. O isə güzgü gətirməyi və müğənniyə göz yaşlarını silməyi məsləhət görür).

– Neynirsən güzgünü? Göz yaşım qalsın da, heç nə olmaz. Deyəcəklər nə tez qurudu? Elə rola girirmiş. Deyir, elə o dəqiqə robot ol danış, belə olmur axı.

– Uzun illər adınız qalmaqallarda hallandı. Bu məhkəmə prosesləri, çəkişmələr sizi yormadı?

– Vallah yordu. Çox da utandım. Amma başqa çarəmiz yox idi. Haqq-ədalət öz yerini tapdı. Özünüz də bilirsiniz, bütün məhkəmələri biz udduq. Çünki faktlar var idi. Əlimdə elə faktlar da olub ki, onların birini açıqlasam, Azərbaycan bir-birinə dəyər. Amma söyləmərəm, məndə qalsın. Bilirsən ki, o təxribatlar bu gündə var.

– Peşman olduğunuz məqamlar, “kaş fikir verməzdim” dediyiniz anlar oldu?

– Olmadı. Düzgün addım atdım. Çünki efirdə mənim və ailəmin adı çəkilirdi, böhtanlar atılırdı, şərəf və ləyaqətim alçaldılırdı. Ona görə cavabı qanun qarşısında verilməli idi. Hətta mən gecikmişdim. Qarşı tərəfin düz deyə biləcəyini düşünüb, böyük basqıyla məni daş-qalaq etdilər. Sonradan çox yanıldılar. Beləliklə o ordu keçdi haqq tərəfinə, yəni mənim tərəfimə. Min insan da yığışa bilər adamı yıxmağa, təki Allah səni yıxmasın. Allahın yıxdığını heç kəs qaldıra bilməz. İndi mənim yadıma da düşmür. Bu söhbət bağlandı getdi. Çünki illər keçib, heç danışmaq da istəmirəm.

– Sakitliyə, səssiz qalmağa önəm verirsiniz. Niyəsə sizi qalmaqallara çəkirlər, kimlərləsə əlbir olub yalan informasiya yaydığınızı iddia edirlər. Bütün bunların qarşısında nə deyə bilərsiniz?

– Bunun arxasında böyük qısqanclıq durur. Paxıllıq pis xəstəlikdir. Başqaları ilə yanaşı, insanın özünə də böyük zərər verir. Özünü məhv edir, hər gün öldürür. O sənə bir ya da iki dəfə sataşır. Amma paxıllıq özünü hər gün məhv edir. O cür insanlara şəfa diləyirəm. Məni qalmaqala çəkmək istəyənlərin “duxu” çatırsa, adımı çəksinlər. Mən də qanuni şəkildə cavablarını verim. Əgər adımı çəkməyiblərsə, o sözü üzərimə götürmürəm. Hər kəs hamını tanıyır ki, kim kimdir. Gəlin, bu cür də düşünək. Bunları edirlər, onların içərisində bir kişi, bir də qadın Əməkdar artist var. Onların başları əslində bir Əməkdar artistdir, bunları qabağa verib sağında-solunda işlədir. Bir-ikisi də əl meymunu kimi ortaya düşüblər. Amma nə edə bildilər? Nəticə nə oldu? Hamı ifşa olundu. Hər şey ortalıqdadır, bilindi ki, bu işlərlə məşğul olanlar özləridir. Ədəb-ərkanımdan istifadə edirlər. Deyirlər çıxaq deyək həyasızlığımıza salaq, Nazənin onsuz da danışmayacaq. Nazəninin adını çək, gör, başına nə oyun açıram. Qanun qarşısında deyirəm. Amma adım çəkilmir, soruşursan, deyir nə danışırsan, sən ola bilməzsən, özünüzə niyə götürürsüz? Belədirsə, mən nə deyə bilərəm? O insanla nə işim ola bilər?

– İndiyə qədər yaşadığınız bütün qalmaqallarda özünüzü cilovlamısınız. Müəyyən sərhədlər var ki, onları aşmamısınız. Bu ailə məsuliyyəti ilə bağlıdır? Yoxsa Nazənin sakit qalmağı sevir?

– Əslində, mən sakit deyiləm. Mən şir bürcüyəm, nəyisə qaraladımsa, o işdə ölüm belə olsa, gözə alıb qalib gəlməliyəm. Məni tanıyanlar bilirlər. Həmin şər atanlar da bunu gözəl bilir. Ona görə adımı çəkmək istəmirlər, qorxurlar. Mən sadəcə hələ baş qoşmuram. Sonunu gözləyirəm ki, nə edə bildiniz, hara qədər getdiniz? Nə oldu? Heç nə olmadı. Hər şey Allahın əlindədir. Onu da deyim ki, ölüm olsa da, mənim şərəf və ləyaqətimi tapdalayan insan bir dəfə adımı çəksin, görün ki, insanı necə boğaza yığa bilərlər. Amma cavab vermirəm, çünki adım çəkilmir. İkincisi mənim ailə tərbiyəm buna yol vermir. Üçüncüsü ailə məsuliyyətim yol vermir. Mən fərqli insanam.

Artıq 28 ildir səhnədəyəm. Bu müddət ərzində bir dəfə kiməsə sataşdığımı görmüsünüzmü? Ya da pislik etdiyimi? Amma yaxşılıq etdiklərim, məni vurmaq istədi. Vura bilmədilər! Məni bilirsiz bir ara nə etmişdilər? Müğənnilərin çoxu zəng edirdi. İndi də əlaqə saxlayırlar. Onların içərisində Xalq və Əməkdar artistlər var. Deyirdilər, Nazənin, səninlə bağlı belə sözlər deyirlər, amma inanmadıq. Sən sevin ki, bu qədər düşmənin var, çünki onlardan beş addım irəlidəsən.

– Bir ara deyirdilər ki, Nazənin mafiya ilə işləyir…

– Bax, görürsünüz. Bilirsiz, bu nədən qaynaqlanır? Mən səsimi çıxarmıram. İndi həyat yoldaşıma deyirəm ki, icazə ver, bunları bir-bir “dənləyim”. Mən danışmadıqca, bunlar çoxalırlar. Düşünürlər ki, danışmırsa, səhvi var. Mən balalarının atasına, ailəmə, nəslimə və övladlarıma hörmət qoyuram. Bütün dünya balalarıma qurban olsun. Allah bütün övladları qorusun!

– İnsan itkiləri hər dəfə həyata başqa cür baxmağa sövq edir. Kimisə itirdikdən sonra “kaşki lər” də, “yaxşı ki”lər də olur. Cavan qardaşlarınız rəhmətə gedib. Sizdə “kaş ki”lər daha çoxdur, yoxsa “yaxşı ki”lər?

– Mənim üçün “kaş ki”lər çox ağırdır. Amma sevincli günlərim daha çoxdur. Əksini desəm, Allaha qarşı hörmətsizlik, naşükürlük olar. Başım o qədər gözəl işlərə qarışıb ki.

– Təki həmişə xoş işlərə başınız qarışsın..

– İmkan verirlər ki? Bir insanın digərinə sözü varsa, zəng edib demək olar. Ya da gəlib oturarsan üzbəüz dərdin nədir, haqlı, haqsız kimdir başa düşərik. İndi sosial şəbəkələrdə danışırlar, kameraya oynayırlar, reklam istəyirlər. İnsanlar uşaq deyil, hamı başa düşür ki, bunu təklikdə də həll etmək olar. Anlayırlar ki, bu publikaya oynayırsa, deməli, arxasında nəsə var. Ya da özü, anormallıq yaşayır, normal həyatı yoxdur. Mən düşünürəm ki, başqasının həyatına burnunu soxmaqda, şər atmaqda günahkar onun özüdür. Deməli, normal həyat yaşaya bilmir, xoşbəxt ola bilmir. Beş-üç qəpik pulunu paylaşa bilmir.

Mən gözümlə gördüyüm bir hadisəni danışmaq istəyirəm, hamınızın tanıdığınız bir müğənni ilə bağlı…

Bir dəfə maşının içərisində gözləyirik, gedəsi yerimiz var. Aşağı düşdü, əlində tort, bir vedrə zibil var idi. Dedi ki, zibili atıb gəlirəm. Tortu tulladı, üstündən də zibili.

Gəldi oturdu maşında. Soruşdum ki, o zibil idi? Dedi, yox, bütöv tort idi, bir neçə gün evdə olmayacam, bu xarab olacaq, yeməyəcəm. Dedim ki, onda binanın komendantına ver, özü də dörd balası var, kirayə yaşayır. Dedi, sən nə danışırsan, başına hava gəlib? Mən sən deyiləm, ac qalanda kim qapımı döyüb nəsə verib ki, mən də verim? Ondan sonra bir az fikrim dəyişdi, özümə gələ bilmədim ki, doğrudan belə insanla yol gedirəm? Artıq o vaxtlardan ayılmağa başladım. Belə insanlar var, qəpiyini heç kimə qıymaz. Bir adama qəpik də verməz. Bu cür simicliklə yaşayan insanlar var. Soruşanda da deyir ki, o qədər pul görməmişəm, qınama xərcləyə, ya da verə bilmərəm, mən sən deyiləm.

Mənim yardımlarıma da irad bildirirlər. Günahkar hesab edirlər ki, nə üçün kiməsə hörmət edirəm, ya da nəsə. Mənim “zibil işim”, qaranlıq keçmişim yoxdur. Gözünüzün qarşısında olmuşam. Belə qaranlıq keçmişim yoxdur ki, kiməsə pul verim nəsə edim. Sadəcə yazığım gəlir. Ehtiyacı olan insana etmişəm, ethiyacı olmayana yox. Bunlar da onlara ağır gəlir ki, Nazənin niyə bizdən fərqlidir? Onları ağrıdır ki, niyə məni tərifləyirlər, onları yox? Paxıllıq budur. Onları bu öldürür.

– Siz niyə uzun müddət müsahibə verməmisiz? Məsələn, mətbuat Röya Ayxandan, Aygün Kazımovadan daha asan müsahibə alırdı, nəinki sizdən…

– Gözəl sualdır. Gözüm çox qorxub. Aranızda qələminə, şəxsiyyətinə hörmət etdiyim çox jurnalist var. Başım üstə yeriniz var. Bu sözə kim layiqdirsə, o üzərinə götürsün. Bəzi özünü “jurnalist” adlandıran insanlar var idi. Daha doğrusu, onu tanımırdım, yaxınlıq vermirdim. Görürdüm ki, əlehimə yazılar yazır. Adını çəkmirəm. Mənim əmim qızı Tahirə Məmmədqızı jurnalistdir. Nəsə yazdırmaq istəsəm, ona yazdıraram. Heç kənar adam lazım deyil. Hər zaman da Tahirə mənimlə qırğına çıxıb ki, sən mənə müsahibə vermirsən. Demişəm, məni bu qalmaqallardan uzaq elə.

Kimsə artıq nəsə yazacaq, milçək bir şey deyil, ürək bulandırır. Mənim balalarım sarsıntı keçirəcək, şoulaşdırılmış ailə deyilik. Biz köhnədə qalmışıq. Nə isə.

O şəxs özünü hər yerdə mənim mətbuat katibim kimi qələmə verirmiş. Mənim xəbərim yox idi. Məni də görəndə deyirdi ki, yaxınlığımızı heç kəs bilməsin. Həmin davada, məhkəmədə yazdıqlarına baxın. Mənim nə əlehimə, nə də lehimə bir söz yazıb. Necə mətbuat katibim ola bilər? Özümə sığışdırıb demədim ki, özünü orda-burda mətbuat katibim kimi qələmə verirsən, amma bu barədə heç nə yazmırsan. Düzünü deyim, yazığım gəlib hər ay balasına pul da vermişəm.

Hansı müğənnini “vururdu”, onlar elə bilirdi ki, mən elətdirirəm. Bu məsələni eşidəndən sonra həmin adamı çağırdım ki, bəs belə şeylər edirsən. Mənimlə dost olan insanlar var, bilirsən onlarla dostam. Məsələn, Könül Kərimova ilə illərdir dostuq, ona bacı deyirəm. Onun 40 il əvvəlki şəkillərini paylaşırsan. Özünün də illər əvvəlki şəkillərini qoy, gör hazırkı görüntünlə eynidirmi? Biz insanıq, yaşayırıq, irəli gedirik. Mən şoka düşdüm. Gördüm get-gedə müğənnilər məni danışdırmır. Pərvizdən ( köməkçisi – red.) soruşdum, dedim, maraqlan. O da dedi ki, müğənnilər düşünür ki, mənfi xəbərləri siz yazdırırsınız. Allah şahidimdir , üç balamın canına and içirəm ki, heç nədən xəbərim yoxdur.

Pərviz deyib ki, məhkəmələrlə bağlı hamı yazır, sən də yaz. Deyib ki, onları reklam etməyək. Hətta Tahirə necə dəfə mən irad tutub ki, bu hər yerdə deyir sənin mətbuat katibindir, niyə heç nə yazmır? Mən də düşünürdüm ki, məni çox istəyən insandır. Bir dəfə də olsun mahnılarımın PR-nı etməyib, hamı yazandan sonra, ən axırda Pərviz deyəndən sonra yazıb. Heç yaradıcılığımdan da yazmayıb.

Gördüm ki, bu təxribat aparır. Sən demə bu təkcə mənimlə belə deyilmiş. Çox insanla belə olub. Müğənnilər zəng edirdi ki, bizi Nazənin “vurdurur”. Ətrafımda şayiələr yaymağa başlayırmış. Hətta o insanın oyunlarını tutdum. Məsələn, səndən pul almaq istəyirsə, deyir ki, Nazənin səninlə bağlı nəsə yazdırmaq istədi, pul verdi, özü də 200 manat, amma yazmadım. Mənim belə şeylərdən xəbərim yoxdur. Bu insanın özünün yazdığı bir instaqram səhifəsi var. Axtarın görün, məhkəmə dövrü ya da yaradıcılığımla bağlı nəsə paylaşıbmı ki, hələ bir ona sifariş də verim? Belə şeylər etdi, yer ayağımın altdan qaçdı. Çünki onun balasının kiçik toyu oldu, ilk mən getdim ora. Mənə deyirdi sən bacımsan,anamsan. Məni elə tilsimləmişdi ki, düşünürdüm məni Pərvizdən də çox istəyir.

O pullar, maddiyyat boş şeylərdir. İnsanlar var ki, bunun üçün vicdanını satır. O da elə adamlardan idi. Gördüm ki, hər yerdə başqa cür danışır. Mən də söylədim ki, nə mənim yaxşılığıma, nə də pisliyimə bir şey yazma. Onsuz da yazmamısan. Onunla ayrılandan sonra təxribatla məşğuldur. Axı əlindən maddiyyat çıxıb. İndi də eşitmişəm ki, bir xanım var, onun yanında mənim haqqımda danışıb. Müğənni deyil. Amma şou-biznesə daxildir. Nəinki məndən, bütün müğənnilərdən. Deyir, 10 dəqiqə oturur, 30 müğənnidən danışır. Özü də ona çörək verən insanlardan.

İt belə ona yemək verən insanları qapmır. Ona görə son vaxtlar heyvanları insanlardan çox sevirəm. Həyətdən çıxıram itlər qabağıma qaçırlar. Gecədən yeməkləri hazırlayıram, gələndə də gedəndə də onları yemləyirəm. Qaçıb maşının təkərini yalayırlar. Gözlərim dolur, deyirəm, insanlar niyə belə naşükürdür? Biri dırnaq ucu qədər yaxşılıq etsə, mən ona artıqlaması ilə ödəyirəm. İnsanlar niyə belə olub? Niyə yaxşılığa pisliklə cavab verirlər? Bu daxili paxıllıqdır. Kişi kişi kimi yaşasa, bu hərəkəti etməz. Qadın da qadın kimi xoşbəxt olsa, onun-bunun həyatına burnunu soxmaz, hər gün birini qapmaz. Mən bu cür başa düşürəm. Ağlı başında olan insan problemi varsa, zəng edib, üzbəüz danışar. Məsələni həll edib bitirərik. Vallah məni o qədər qızışdırıblar ki, onu söylə, gündəmdə qal və sair. Mən belə şeylərlə heç vaxt gündəmdə qalmaq istəməmişəm.

Hələ Manafın qaraciyərinin sirroz olma xəbərini də mənim yaydığımı iddia etdilər. Manafı çox istədiyimi hər kəs bilir. O, bir az sözə gedəndir. Onun ayağına dəyən daş mənim ürəyimə dəyir. Heç vaxt ola bilməz ki, mən Manaf haqda pis fikirdə olum. Onun mənə nə pisliyi dəyə bilər ki, pis fikirdə olum? Onu necə doldurmuşdularsa, deyirdi bilirəm bunu hansı müğənni edib, bu işlərin axırı yaxşı olmayacaq.

Pərviz, Allah səni saxlasın. Sən efirdə bunu açıqladın, düzü ortaya çıxarmasan, onu da mənim üstümə atacaqdılar. Belə şeylər olur. Allah özü pis adamları islah etsin. Bir qarışqanı belə əzə bilən insan deyiləm. O ürək yoxdur məndə, edə bilmərəm. Amma mənim şəxsiyyətimə şər atan insanlar adımı çəkin, görün qarşınızda kim var.

– Həm nənəsiniz, həm də az yaşlı övladınız var. Hansı daha maraqlı duyğudur?

– Düzünü deyim, mənim üçün həyatımın şoku ana olmağımdır. Hər zaman böyük nəvəm üçün deyirdim ki, balalarımın ikisi də ona qurban. Onda üç deyildi. Yenə də nəvələrimi çox istəyirəm. Amma təsəvvür edin 26 il sonra bir övladım oldu, balaca Orxan dünyaya gəldi. Həyata baxışım dəyişdi. O analığı indi yaşadım. Çünki o zaman uşaq idim, 17 yaşımda ana olmuşam. Nə analıq bilərdim ki? İndi həm nənəlik, həm də analıq hisslərini yaşayıram. Əvvəl xaricdən gələndə bahalı şokoladlar alırdım. Nəvəm Qəhrəman üçün ayrı bir paket hazırlayırdım. İndi tərsinə olub. İndi deyirəm, Orxanın paylarını gizlət, gəlib görməsinlər. Mən bunu səmimi söyləyirəm. O demək deyil ki, nəvələrimi sevmirəm. Onlara canım qurban. Ayrı-seçkilik də etmirəm, evdə olanın ikiqatını onlara alıram. Yenə də o duyğularımı dilə gətirirəm. Orxan mənim yaşamaq üçün stimulumdur. Böyük övladım başqa cür stimul verir. Mən dünyanın ən xoşbəxt qadınıyam, çünki ağıllı, tərbiyəli balalarım var. Böyük-kiçik yeri biləndirlər. İndiyə qədər görmüsüzmü, qızımın İnstaqram səhifəsi olsun? Mən demirəm ki, bu pisdir. Amma maraqları yoxdur belə şeylərə. Evə, ailəyə bağlı uşaqlardır. Həm qızım, həm də oğlum.

– Neçə yaşı var böyük nəvənizin?

– 16 yaşı var. Qızım da tez ailə qurub. Balalarım həmişə deyiblər ki, bizi efirdən, şoudan uzaq tut. Ona görə də onların adını pis şəkildə hallandırmaqda maraqlıdırlar. Amma alınmadı. Hər kəs bir-birini gözəl tanıyır.

– Yutubda bir video var. Sizi mərhum müğənni Şəfa ilə “Geri dön sən” mahnısını səsləndirirsiniz. Çox maraqlı görüntülərdir. Elə bil, o vaxt toylardakı ab-hava tamam başqa cür idi.

– O vaxt “Səbuhi” studiyası var idi. Həmin studiyadan bizi – mərhum Əməkdar artist Zöhrə Abdullayevanı, müğənni Şəfanı, şairə Zenfira Əlişqızını, meyxanaçılar Ağakərim Novruzovu, Vüqar Əbdilovu götürdülər apardılar ki, çəkilişə gedirik. Amma bilmədik ki, o nə idi bizi aparmışdılar. Çünki nə bəy, nə də gəlin var idi. Sən demə, orada bəylə gəlin adi paltarda imiş. Toy bir gün əvvəldən olubmuş, bizi də aparıblar ki, məhəllədə konsert, toy kimi bir şey etsinlər. Bizi canlı görmək istəyirdilər. Onda getdik Badamlıya. O, toy hissə-hissə çəkilib deyə, Yutubda həmin hissə qalıb. Onda toy başqa cür idi, müğənnilər başqa cür baxılırdı, səhnədə həmişə xanımların arasında olmuşam. Elə rahat hiss etmişəm, özümə yaxın bilməsəm, kiminləsə oynamasam o toyu rahat oxuya bilmərəm, sərbəst ola bilmirəm. Sevgimi onlara ötürmək istəyirəm. Rəhmətlik Şəfa ilə yol yoldaşı olduq. Qızıl kimi səsi var idi. Özü də qızıl qız idi.

Ölən günü onlar rayona toya gedirdilər. Biz eyni saç ustasının yanında bəzənirdik. Bizi bəzədi, mən Moskva toyuna yola düşdüm, o isə rayona. Toyda xəbər gəldi ki, Şəfa qəzaya düşüb ölüb. O toyu apara bilmədim, gizli-gizli ağladım, gözümü silib oxudum. Axı camaat nə bilir ki, nə olub? O toyu necə oxudum bilmirəm, Allaha yalvardım ki, mənə güc ver. Çünki günorta birlikdə idik, çay içdik. Çox istedadlı qız idi. Həmin toyda oxuduğumuz mahnı bu gündə aktualdır. İndi də bütün müğənnilərin repertuarında var.

İllərin mahnısıdır. 20 il bundan əvvəl oxunan mahnılar indi də sevilir. Musiqiyə, şou aləminə, səhnəyə böyük axın var. Amma mahnılar üç ay sonra yoxa çıxır. Müğənni də efirə çıxmasa görünmür…

Söhbətləşdi: Pərviz Hüseyn

FOTO/VİDEO: Nuran Məmmədov

“Mənimlə ailə həyatı qurmaq istəyəndə bilirdim ki, 4 uşağı var, dedim ki, bu izdivac baş tutmaz”

“Rəhman mənimlə ailə həyatı qurmaq istəyəndə bilirdim ki, ailəsi, 4 uşağı var. Öz-özümə dedim ki, bu izdivac baş tutmaz, ona ərə getmək istəmirəm. Anam da bildi, nə o, nə də ki, qardaşlarım razı oldu. Mənə bir kəlmə dedilər ki, ailə dağıtmaq yaxşı şey deyil. Sən demə o çoxdan ayrılmışdı, biz amma bilmirdik. Sonra anama da, qardaşlarıma da dedilər ki, ayrılıb. Məni yolda gördü, yenidən təklif etdi. Dedim ki, “sənə ərə gəlməyə qorxuram”, çünki yoldaşını da, uşaqlarını da tanıyırdım. Çox fikirləşdim, o dəqiqə “hə” demədim. Yeznəmə dedilər ki, “Rəhman Gülbikəni istəyir, o necə oğlandır?” Dedi ki, “Rəhman çox yaxşı insandır”. Yeznəm razılıq verəndən sonra mən də, anam da razılıq verdik”. Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Rəhman Rəhmanovun həyat yoldaşı Gülbikə Rəhmanova deyib.

“30 ilə yaxındır ki, ailə həyatı qurmuşuq. Hələ bir dəfə də Rəhman xətrimə dəyməyib. Xətrimə dəysə belə heç vaxt üzünə vurmaram, danışmaram. Onu özümdən də çox istəyirəm. O mənim həm anamdır, həm atamdır, həm də həyat yoldaşım. Mənim övladım olmayıb, onu həm də özümə bir övlad bilirəm. Ona balam kimi baxıram. Təki hamının sevgisi, həyatı bizim kimi olsun. İstəmərəm ki, onun ayağına bir daş dəysin” deyə həyat yoldaşı Gülbikə xanım deyib. O, aktyor həyat yoldaşını heç vaxt qısqanmadığını bildirib.

“Əvvəllər tamada gedirdi, toy saat 12-də qurtarırdı, bu gəlirdi saat 3-də. Kişi xeylağıdır, axşam evinə gəlirdi də. Mən ondan soruşmaram ki, niyə gecə gəldin? Heç vaxt da soruşmamışam. Soruşsaydım, bəlkə də indiyə qədər soyuq olardı münasibətimiz, ayrılardıq. Özü bilər. Qısqanclıq məndə yoxdur. Aktyordur, aktrisalarla öpüşüb-görüşür. Bu onun işidir. Durub deyim ki, niyə görüşürsən?! Mən bilirdim ki, kiminlə evlənirəm. Bilirdim ki, 4 uşaq üstünə gedirəm. Bilirdimsə demək ki, bunu da öhdəmə götürməli idim. Övladları ilə münasibətim çox yaxşıdır. Onlara elə şərait yaratmışam ki, məni öz analarından ayırmayıblar. Hamısı balalarımdır. Heç vaxt oturub fikirləşməmişəm ki, mən niyə 4 uşaq üstünə getdim?! Onlardan bir pislik görməmişəm, peşman deyiləm” deyə sənətkarın xanımı bildirib.

Tarix: 15 May 2023, 09:57
Xəbər lenti

  • Evdən 10 000 manatlıq qızıl oğurlandı 20 May 11:08
  • Polis 13 yaşlı bu qızı axtarır 20 May 10:48
  • Bakıda sürücülər arasında qalmaqal: Yolunu kəsib təhqir etdi 20 May 10:32
  • Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoruna ünvanladığı məktub BMT-nin rəsmi sənədi kimi yayıldı 20 May 10:28
  • Lənkəranda torpaq sürüşməsi olub, 7 kəndi birləşdirən yolun bir hissəsi çöküb – FOTO 20 May 10:16
  • “Erməni qoşunlar Azərbaycan ərazisindən çıxarılmadığı, Qarabağda silahsızlaşdırılmadığı müddətdə irəliləyişdən danışmaq çətindir” 20 May 09:22
  • “Deyirlər ki, Afaq Bəşirqızı o vaxt Teatr Xadimləri İttifaqının sədri olmaq istəyirdi” 20 May 09:12
  • Rza Rzayevi həbs etdirən Tural Mirzəliyev: “Qardaşım Qarabağ qazisidir, rol oynamayıb ha, qazidir. ” 20 May 08:54
  • İçərişəhərdə müzakirələrə səbəb olan “dəmir yumruq” abidəsi söküldü – FOTO 20 May 08:45
  • Maaşı gecikənlərə şad xəbər: Yeni qərarın hansı üstünlükləri var? – VİDEO 20 May 08:41
  • “Günay Bank”la bağlı mühüm qərar 20 May 08:36
  • Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başladı 20 May 08:29
  • Sabirabadda bələdiyyənin gölü icarəyə verməsi sakinlərin etirazına səbəb oldu – VİDEO 20 May 01:29
  • “Fantomas”ı canlandıran aktyor vəfat etdi 20 May 01:26
  • Yaxın günlərdə bu bürclər inanılmaz uğurlarla üzləşəcək 20 May 00:55
  • Bayden: “ABŞ Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək” 20 May 00:48
  • Rzanı yubileyində həbs etdilər – “Drakon”dan kim qisas alır? – VİDEO 20 May 00:38
  • Bayden Prezident İlham Əliyevi təbrik edib 20 May 00:35
  • ABŞ Ermənistanın bir neçə şirkətinə sanksiya tətbiq etdi 19 May 23:42
  • Özünü sayt rəhbəri kimi təqdim edən şəxs həbs edildi 19 May 23:35
  • Mülk üstündə əri ilə birgə analığını baltalayıb, gölə atdı – VİDEO 19 May 23:24
  • Praqa-Bakı marşrutu üzrə uçan təyyarə gecikir – SƏBƏB 19 May 23:20
  • Baş nazirin Naxçıvan-Bakı təyyarəsini gecikdirməsi narazılıq yaratdı 19 May 23:11
  • Bakıda qəza: “Prius” qadını vurdu – ANBAAN VİDEO 19 May 23:00
  • 610 kq çəkisi olan gəncin yeni görüntüsü heyrətə gətirdi – FOTO 19 May 22:54
  • Tbilisinin mərkəzində Rusiya ilə birbaşa uçuşlara qarşı aksiya keçirilir 19 May 22:50
  • Lənkəranda yol qəzasında ölən və yaralanan şəxsin kimliyi bilindi 19 May 22:47
  • Köhnə məktəbli formalarından istifadə olunmayacaq – Nazirlikdən TAPŞIRIQ 19 May 21:28
  • Çavuşoğlu: “Kamal Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir” 19 May 21:27
  • Ərdoğan üçüncü müddətə namizədliyini verməyəcək 19 May 20:57
  • Azərbaycan Beynəlxalq Valyuta Fondununun Almatıda yerləşən Regional Potensialın İnkişafı Mərkəzinə maliyyə dəstəyi göstərəcək 19 May 20:47
  • Rza Rzayevdən xəbər var 19 May 20:36
  • Obamanın Rusiyaya girişi qadağan olundu 19 May 20:15
  • Üzeyir 50 min söhbətindən danışdı 19 May 19:50
  • Xameneyinin nümayəndəsi: “İran anadır, azərbaycanlılar da anasını söyməməlidir, ona kin saxlamamalıdır” 19 May 19:26
  • Azərbaycan və Ermənistan XİN başçıları müzakirələri davam etdirmək barədə razılığa gəldi 19 May 19:24
  • Türkiyə YSK prezident seçkilərinin I turunun yekun nəticəsini açıqladı 19 May 19:23
  • XİN Ceyhun Bayramovla Mirzoyanın Moskva danışıqlarının yekunlarına dair məlumat yaydı 19 May 19:20
  • Kazanda Allahşükür Paşazadə ilə Patriarx Kiril arasında görüş oldu 19 May 19:00
  • XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı 19 May 18:44
  • “1XBET”, “Mosbet” kimi qanunsuz qumar oyunları vətəndaşlarımızı necə tələyə salır? 19 May 17:51
  • “Qurtuluş 93” şirkətinin dələduzluqda ittiham olunan rəhbərinin işinə bu tarixdə baxılacaq 19 May 17:47
  • İçərişəhərdə divara həkk edilən “Dəmir yumruq” abidəsi tənqidlə qarşılandı 19 May 17:40
  • Bakıda sevdiyi qadını bıçaqlayan, qızını öldürən şəxs məhkəmə qarşısında 19 May 17:28
  • Moratinos Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb 19 May 17:27
  • Lavrov: “Azərbaycan və Ermənistan yekun razılaşmaya yaxındır” 19 May 17:25
  • Keçmiş vəzifəli şəxsin cinayət işi icraata verildi 19 May 17:18
  • Siyavuş Novruzov: Beşinci üçtərəfli görüş: Brüsseldə qalib Azərbaycandır 19 May 17:09
  • ““Xan” əgər xudmani bir məclisdə yaxın adamları ilə kabab yeməkdirsə, onda bizim hər birimiz həmin adı daşıya bilərik” 19 May 17:01
  • MM-in Səhiyyə komitəsinin üzvü: “Əlizamin Salayevi kimsə məcbur etməyib ki, aclıq elan et. ” 19 May 16:56
  • Sürücülərin nəzərinə: 20 may saat 08:00-dan saat 22:00-dək. 19 May 16:55
  • Deputat Əlizamin Salayevdən danışdı: “Aclıq aksiyası məhkəmənin hökmünə, istintaqın gedişinə heç bir təsir göstərə bilməz” 19 May 16:51
  • “Rəşad Dağlı bıçağı mənim mağazamdan alıb” – Meyxanaçının məhkəməsindən şahid 19 May 16:50
  • Son sutkada Azərbaycanda 10 nəfər koronavirusa yoluxdu 19 May 16:41
  • Mənzil sahiblərinin nəzərinə: İyunun 1-dən. 19 May 16:35
  • “Mənə ər lazım deyil“ – Əməkdar artist 19 May 16:15
  • “Rusiyanın Ermənistan ordusundakı “5-ci kolonu”na əmr verilir ki. ” 19 May 16:14
  • Əhalinin nəzərinə: Bu hallarda elektrik enerjisinin verilməsi dayandırılacaq 19 May 15:59
  • Elektrik qurğularının texniki istismar qaydaları hazırlanacaq 19 May 15:53
  • Əhaliyə maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR – AÇIQLAMA 19 May 15:46
  • Hacı Şahinin xatirəsinə abidə ucaldıldı – VİDEO 19 May 15:46
  • Sumqayıt məktəbində nərd çempionatının keçirilməsinə aydınlıq gətirildi 19 May 15:43
  • “Ziya Məmmədov sementi, armaturu “yemişdi”, indi o yolu sürətlə çəkirlər, keyfiyyəti necə olacaq, hələ bilinmir. ” – AÇIQLAMA 19 May 15:42
  • Narkotik aləmində elə tanınmış adamlar var ki. – Nəsimi Nəbizadə sensasion müsahibə verdi – VİDEO 19 May 15:38
  • Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi 19 May 15:32
  • Ərdoğan Prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək 19 May 15:25
  • Fazil Mustafa: “Qolumuz açıldı, İnşallah yolumuz da açılacaq” 19 May 15:22
  • Manaf: “Çörəyimi yeyir, amma naxələfdir” – VİDEO 19 May 15:15
  • Naxçıvanın yeni rəhbərinin fotosu müzakirələrə səbəb oldu 19 May 15:12
  • Emin Ağalarov müharibədə dostunu itirdi – FOTO 19 May 15:10
  • Prezident: Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının instutisional inkişafı üçün çox səmərəli bir dövr olub 19 May 15:08
  • Nail Kəmərli: “Çəkiliş üçün narkoman tapa bilmirəm. ” 19 May 15:04
  • Azərbaycanın quru sərhədləri bu tarixdən açıla bilər – Komitə üzvündən AÇIQLAMA 19 May 15:04
  • Mirzoyandan açıqlama: Razılıq əldə edildi 19 May 14:57
  • Prezident: Vətən müharibəsində Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır 19 May 14:48
  • İlham Əliyev: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi 19 May 14:46
  • Prezident: Vətən müharibəsindən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır 19 May 14:41
  • Hacıbəy Heydərli: “Cəmiyyətdə nüfuzlu şəxslərin, ictimai-siyasi xadimlərin adından yayılan yalan xəbərləri qətiyyətlə pisləyirik” 19 May 14:38
  • Prezident: Ermənistan sülh istəyirsə, nə üçün 100 milyonlarla dollar dəyərində silah alır 19 May 14:31
  • Prezident İlham Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul edib – YENİLƏNDİ 19 May 14:28
  • Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ 19 May 14:24
  • Moskvada Rusiya və Ermənistan XİN başçıları arasında görüş başa çatdı – YENİLƏNDİ 19 May 14:22
  • Maksimum bal toplayan məktəbli bu vəzifəli şəxsin qohumudur 19 May 14:12
  • Cənubi Amerikadan Avropaya, oradan isə Azərbaycana tranzit yolla kokain gətirən dəstə üzvləri saxlanılıb – VİDEO 19 May 14:10
  • Lavrov Cənubi Qafqazda sülhə nail olmağın şərtini AÇIQLADI 19 May 14:04
  • Köhnə binalarda yaşayanların nəzərinə: 5 il sonra – VİDEO 19 May 13:59
  • “Qarabağ” cərimələndi – MƏBLƏĞ 19 May 13:57
  • “Semaşko”da dava: mühafizəçi döyüldü 19 May 13:54
  • Yeri müəyyən edilən Azərbaycan vətəndaşına Belçikada yaşamaq icazəsi verilə bilər 19 May 13:38
  • “Veysəloğlu” şirkətinin pulu mənimsənildi, məhkəmə qərarı ləğv etdi 19 May 13:27
  • Vəzifəli şəxs əri tərəfindən aldadıldı – 1 milyonluq dələduzluq 19 May 13:23
  • Moskvada Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başa çatdı – YENİLƏNDİ – VİDEO 19 May 13:15
  • Azərbaycan Ordusunda silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi başa çatdı 19 May 13:08
  • DYP-dən 300 minlik tender. 19 May 13:08
  • Sinan Oğanın həyat yoldaşı kimdir? 19 May 13:05
  • Xocavənddə partlayıcı vasitələr aşkar edildi 19 May 13:03
  • Ramiz Mehdiyevin nəzarətində olan bank da bağlanacaq 19 May 13:02
  • Azərbaycan XİN başçısı: “Moskvada görüşlər keçirmək və danışıqlar aparmaq imkanını yüksək qiymətləndiririk” 19 May 12:58
  • “Azəriqaz” bu şirkəti məhkəməyə verdi 19 May 12:57
  • Rusiya XİN başçısı: “Heydər Əliyev ölkələrimizi birləşdirən şəxsiyyətdir” 19 May 12:53
  • Sənan Hacıyev: “Nə vaxt ki, nikahın pozulmasına dair tələbləri sərtləşdirəcəyik, o zaman hakimlərin cəsarətini görə biləcəyik” 19 May 12:44
  • Salome Zurabişvili Azərbaycan Prezidentinə təbrik məktubu ünvanladı 19 May 12:42
  • Qaz sayğacları niyə dəyişdirilir? – “Azəriqaz” nümayəndələri müğənniləri də ötüb, “Facebook”dan çıxmırlar, şou göstərirlər…” 19 May 12:36
  • Şənbə gününün hava proqnozu açıqlandı 19 May 12:29
  • Mərkəzi Bank sığorta şirkətini məhkəməyə verdi 19 May 12:26
  • Azərbaycana minlərlə bu maşından gətirilir – Qiymətləri ucuzlaşacaq? + VİDEO 19 May 12:12
  • Səhiyyə Nazirliyi: Ana südünü artıran dərman yoxdur 19 May 12:11
  • Şəhərin mərkəzində, təbiətlə harmoniyada – “City Garden Narimanov” 19 May 12:02
  • Bakıda 30 il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən Nazim Bayramovun barəsindəki cinayət işi baxılması üçün məhkəməyə göndərildi 19 May 11:55
  • Elektron nəzarət vasitələrinin tətbiqi qaydalarında dəyişikliklər edildi 19 May 11:44
  • İyun ayının şanslı bürcləri – SİYAHI 19 May 11:40
  • Turan İbrahimov: “Adam kişi olar” 19 May 11:38
  • MM şöbə müdiri: “Aliment öhdəliyi olan şəxslər sosial həssas qrup kimi tanınmalıdır” 19 May 11:36
  • Aqil Abbas: “Rzanın yumruğu elə silahdır də. ” 19 May 11:33
  • “Lukoıl-Azərbaycan” bu şirkətlə bağlı məhkəməyə müraciət etdi 19 May 11:26
  • “Mənim dünyam yıxılıb” – Mərhum Oqtay Əliyevin anası 19 May 11:18
  • Ali Məhkəmə: Dövlət rüsumu tam ödənilmədən verilən şikayətlər geri qaytarılmalıdır 19 May 11:13
  • Bahar Muradova: “Boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur” 19 May 11:05
  • Bakıda tıxacların səbəbi açıqlandı 19 May 11:01
  • Cavanşirdən canlı efirdə baş verənlərə reaksiya: “Qeyri-etik ifadə eşitməmişəm” 19 May 10:58
  • “OBA market”in administratoruna elektron qolbaq taxıldı 19 May 10:50
  • Müğənnilərin yeni toy qiymətləri – SİYAHI 19 May 10:28
  • Kibertəhlükəsizliyə əməl etməyən 101 dövlət qulluqçusu haker qurbanına çevrilib – SİYAHI 19 May 10:25
  • Aqil nəvəsini görə bilmir 19 May 10:23
  • Vəzifəli şəxs cəzalandırıldı 19 May 10:19
  • Bu məhsulların İrandan Azərbaycana idxalına məhdudiyyət qoyuldu 19 May 10:10
  • Diqqət: Mayın 22-dən dayandırılacaq. 19 May 10:08
  • Qazini maşın vurub öldürdü – FOTO 19 May 09:58
  • Bakıda evlərdən 8700 manatlıq oğurluq edildi 19 May 09:48
  • Dollar almaq istəyənlərin nəzərinə 19 May 09:39
  • Azərbaycanda həkim və müəllimlərlə bağlı sevindirici xəbər – VİDEO 19 May 09:23
  • Azərbaycanda zəlzələ oldu 19 May 09:21
  • Piyadanı vurub qaçan şəxsə hökm oxundu 19 May 09:01
  • Restoranda yeyib-içəndən sonra qaçdı – Qadınlar evinə basqın etdi 19 May 08:58
  • “YouTube”la bağlı məcburiyyət 19 May 08:56
  • Qoyun qırxan qayçı ilə qohumunu öldürən şəxsə 18 il cəza verildi 19 May 08:53
  • Novxanıda arvadını öldürən biznesmen apellyasiya şikayəti verdi 19 May 08:50
  • “EuroHome” şirkətinin rəhbərinin məhkəməsi başladı 19 May 08:22
  • Direktor Rza Rzayevin həbsindən danışdı: “Vətənpərvər adam Ermənistan vətəndaşlığını qəbul etmək istəyi ilə məhkəməni şantaj etməz” 19 May 07:37
  • Dünyanın ən bahalı və ən ucuz pasportlarına sahib ölkələr açıqlandı – SİYAHI 19 May 07:30
  • Fəhlələr arasında dava: bıçaqlanan var 19 May 07:24
  • Xarici taksi şirkətləri casusluq edirlər? – VİDEO 19 May 07:02
  • Hansı bankları təhlükə gözləyə bilər? – CƏDVƏL 19 May 06:59
  • Məşhur aktyor vəfat etdi 19 May 06:58
  • Bakıda minik maşını “KamAZ”la toquşub, 5 nəfər xəsarət alıb – FOTO 19 May 01:25
  • Sığınacağa ehtiyacı olan kişilər – VİDEO 19 May 01:20
  • “Roma” ilk finalçı olub 19 May 01:17
  • Novxanıdakı milyonluq avtomobillər kimindir? – VİDEO 19 May 00:34
  • Ən ağıllı bürclər 19 May 00:26
  • Suriyadan Azərbaycan vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib 18 May 22:40

Comments are closed, but trackbacks and pingbacks are open.