Press "Enter" to skip to content

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq? Göstəricilər

6 – Gur və parlaq saçlar: hamiləlik zamanı qadının daha gur və parlaq saçları olursa, yenə oğlan uşağının olacağına işarə edilir.

Hamiləlik

Hamiləlik – hər bir qadının həyatında ən önəmli mərhələdir. Onun müddəti orta hesabla – 280 gündür. Bu, 10 mamalıq (28 günlük) və yaxud 9 təqvim ayına bərabərdir. Hamiləlik son aybaşı siklinin ilk günündən hesablanılır. Bu dövr ərzində mayalanmış, xırda ölçülü yumurtahüceyrə müxtəlif mərhələlərdən keçərək, xarici mühitdə yaşaya biləcək uşağa çevrilir. Bu məqalədə Sizi hər ay döldə hansı dəyişikliklərin getməsi ilə pillə-pillə tanış edəcəyik.

1-ci ay (1-4 həftəlik hamiləlik)

Yumurtahüceyrə spermatozoidlə birləşdikdən sonra sürətlə bölünməyə başlayır. Bütün proseslər elə sürətlə baş verir ki, “uşaq sanki günbəgün deyil, saatbasaat böyüyür”.

  • Mayalanmadan 3 gün sonra döldə XQ hormonu ifraz olunmağa başlayır. Onun hesabına ana orqanizmində müəyyən dəyişikliklər baş verir.
  • İlk 3 həftə ərzində mayalanmış hüceyrə embriona çevrilir.
  • Embrion uşaqlığa yapışır.
  • 4-cü həftənin sonunda göbək ciyəsi əmələ gəlir və ciftlə birləşir.
  • Hamiləliyin ilk ayı göz çuxurlarının, ayaq və əl mayalarının formalaşması ilə bitir.

2-ci ay (5-8 həftəlik hamiləlik)

Döl uşaqlığın daxili divarına yapışdığından ana orqanizmi hesabına qidalanır. Bu andan onun inkişafı sürətlənir.

  • İlk ayda döldə 2 qat: endoderma və mezoderma, 5-ci həftədən etibarən isə ektoderma yaranır. Ektodermadan sinir sistemi, dəri, saç, diş minası başlanğıc götürür.
  • 6-cı həftəfə aktiv şəkildə orqanogenez gedir, orqanizmin əsas hissələri – əl, ayaq və baş formalaşır.
  • 7-ci həftədə baş beyin aktiv inkişaf etdiyindən baş nahiyəsi böyüyür. Yumrulanmış baş hissədə göz yuvalarını seçmək mümkündür. Həmçinin burun və ağız formalaşmağa başlayır. Gələcəkdə tənəffüs sisteminin yaranacağı sahədə 2 bronx şaxəsi olur. Ürək kamera və arteriyalara ayrılır. Qaraciyər, dalaq və öd kisəsinin əsası qoyulur.
  • Hamiləlik dövründə 8-ci həftədə USM-də uşağın hərəkətlərini izləmək mümkündür. Eləcə də əl və barmaqlar, üst dodaq, burun, qulaq seyvanın sərhədlərini müşahidə etmək olur.
  • 2-ci ayda uşağın ölçüsü təxminən 13 mm-ə çatır.

3-cü ay (9-12 həftəlik hamiləlik)

3-cü ayda uşaq artıq «embrion» deyil, «döl» adlanır.

  • 9-cu həftə uşağın skeletində baş verən dəyişikliklərlə xarakterizə olunur. Əl qığırdaqları sümüyə çevrilir, boyun tam şəkildə formalaşır. Göz qapaqları yaranır.
  • 10-cu həftədə embrional inkişaf mərhələsi sona çatır. Əl və ayaqlarda barmaqlar ayrılır. Xarici cinsiyyət üzvünü müəyyən etmək mümkün olmasa da, oğlanlarda testosteron ifrazı başlayır.
  • 11-ci həftədə döl artıq yenidoğulmuşa oxşayır. Bu mərhələdə onun çəkisinin 10%-ni qaraciyər təşkil edir. Döl orqanizmdə böyrəklər fəaliyyət göstərir: sidik dölyanı mayeyə ifraz olunur.
  • Hamiləlik dövründə 12-ci həftədə orqanogenez başa çatır. Orqanizmin bütün sistemləri tam şəkildə formalaşır. Sonrakı aylarda onlar sadəcə öz inkişaflarını davam etdirirlər.
  • 3-cü ayın sonunda dölün boyu 61 mm, çəkisi isə 14 qram olur.

4-cü ay (13-16 həftəlik hamiləlik)

  • 14-cü həftədə dölün skeletini təşkil edən bütün qığırdaq sistemi sümüklə əvəzlənir. Cinsiyyət orqanlarını konkret cinsə aid etmək olur.
  • 15-ci həftədə saç və qaşlar formalaşır.
  • 16-cı həftədə göz və qulaqlar yekun formasını alır. Ayaqlar uzanır, bədənlə mütənasiblik təşkil edir. Dırnaqlar tamamən formalaşır.
  • 4-cü ayda uşağın boyu orta hesabla 12 sm, çəkisi isə 130 qram olur.

5-ci ay (17-20 həftəlik hamiləlik)

  • Uşağın ölçüləri cift boyda olur.
  • 18-ci həftədə uşaq xarici səsləri eşidir.
  • 19-cu həftədə dərialtı piy toxuması yaranmağa başlayır. Ağciyərlərdə bronxioallar yaranır. Uşaq işığa reaksiya verir.
  • Hamiləlik dövrünün 20-ci həftəsində qızda uşaqlıq formaşır, uşaqlıq yolu isə hələ olmur.
  • 5-ci ayın sonunda uşağın boyu 16 sm-ə, çəkisi isə 320 qrama çatır.

6-cı ay (21-24 həftəlik hamiləlik)

  • Uşağın dölyanı mayeni udması sinir sisteminin inkişafına işarədir.
  • Ultrasəs müayinəsində süd və daimi dişlərin mayasını görmək mümkündür.
  • Saçlar uzanır, lakin piqment hələ yaranmadığından onların rəngi bilinmir.
  • 23-cü həftəlik hamiləlikdə USM-də yuxu anında uşağın gözlərinin sürətli tərpənişləri izlənilir. Bu, beynin yüksək aktivliyinə dəlalət edir.
  • Hamiləlik zamanı 24-cü həftədə dölün ağciyərlərində alveollar əmələ gəlir. Tənəffüs prosesində alveolların yapışmasına yol verməyən maddə surfaktant ifraz olunur.
  • 6-cı ayın sonunda dölün boyu 21 sm-ə, çəkisi isə 630 qrama qədər artır.

7-ci ay (25-28 həftəlik hamiləlik)

  • Dərialtı piy aktiv şəkildə toplanır, lakin uşaq hələ arıq, dərisi isə qırmızı və büzüşmüş olur.
  • Dildə dad məməcikləri yaranır.
  • Son 3 ayda baş beynin inkişafı xeyli artır.
  • 28-ci həftədə uşaq gözlərini açır. Oğlanlarda xayalar xayalığa enir.
  • 6-cı ayın sonunda uşağın boyu 35 sm, çəkisi isə təxminən 1 kq təşkil edir.

8-ci ay (29-32 həftəlik hamiləlik)

  • İmmun sistem fəaliyyətə başlayır. Buna baxmayaraq, uşağın qanı hələ də ananın anticisimləri ilə tamamlanır.
  • Damaqlarda yerləşən dişlər mina ilə örtülür.
  • Uşaq sərbəst yaşamağa hazırlaşır: dölyanı maye ilə nəfəs alır (tənəffüs idmanlarının analoqu ağciyərlərin böyüməsinə səbəb olur), yumruğunu və ya barmaqlarını sorur (əmmə refleksinin inkişafı).
  • Dərialtı damarlar görünür.
  • 8-ci ayın sonunda dölün uzunluğu 40-41 sm, çəkisi isə 1600 qram olur.

9-cu ay (33-36 həftəlik hamiləlik)

  • Uşağın aktivliyi artır, onun yerləşdiyi mühit dölə dar gəlir.
  • Ağciyərlər daha çox surfaktant ifraz edir.
  • Dölün boyu 45 sm-ə, çəkisi isə təxminən 2500 qrama çatır.

10-cu ay (37-40 həftəlik hamiləlik)

  • Uşaq doğuş pozisiyasını alır (dizlər və çənə bükülür)
  • Dölün sərbəst həyata hazırlığı başa çatır.
  • Onun boyu 51 sm, çəkisi 3400 qram-a qədər artır.

Hamiləlik dövrünün sağlam və rahat keçməsi üçün vaxtlı-vaxtında ginekoloqun müayinəsindən keçib, onun məsləhətlərinə əməl edin.

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq? – Göstəricilər

TurpKimi.com xəbər verir ki, hormonal dəyişikliklərin anada yaratdığı fiziki və psixoloji dəyişikliklər xalq arasında dünyaya gələcək uşağın oğlan və ya qız olması kimi inanclara yol açıb.

Uşağın cinsiyyəti ana bətninə düşdüyü andan etibarən bəlli olur. Lakin bunu öyrənə bilmək üçün uşağın böyüməsi lazımdır. Belə ki, ultrasəs müayinəsi uşaqların cinsiyyətini öyənmək üçün ən çox istifadə olunan üsuldur. Artıq hamiləliyin 13 və 16-cı həftələri arasında uşağın cinsiyyəti ultrasəslə müəyyən edilə bilir.

Xalq arasında hamilə qadında olan bəzi göstəricilərin oğlan uşağının olacağına dair məlumatlar var. Həmin göstəricilər bunlardır:

1 – Aşağı təzyiq: həkim müayinəsində uşağın nəbzi 140-dən aşağıdırsa, bu uşağın oğlan olacağına işarə edir.

2 – Aşağı və sivri qarın: uşaq qarnınızda nisbətən aşağı vəziyyətdədirsə və qarnınız yumru yox, şiş kimidirsə, bu, oğlan uşağına işarədir.

3 – Süd vəzlərinin ölçüsü: hamiləlik zamanı süd kanalları açılmağa başladığı üçün süd vəziləri böyüyür. Lakin sağ döşün sol döşdən daha böyük olması xalq arasında oğlan uşağının olacağı kimi şərh edilir.

4 – Sidiyin rəngi: hamiləlikdə sidiyin rənginin parlaq sarı rəngdə olması övladınızın cinsiyyətinin oğlan olduğuna işarə edir.

5 – Yatma forması: ana daha çox sol tərəfi üstdə yatırsa, demək oğlan olacaq.

6 – Gur və parlaq saçlar: hamiləlik zamanı qadının daha gur və parlaq saçları olursa, yenə oğlan uşağının olacağına işarə edilir.

7 – Duzlu, turş qidalar: hamiləlik zamanız ürəyiniz tez-tez turş, duzlu qidalar yemək istəyirsə, uşağın yenə oğlan olacağı deməkdir.

Oğlan uşağına hamilə olarkən necə keçir?

Uzun illərdir xalq arasında oğlan və qız uşaqlarının hamiləlik müddətinin fərqli keçdiyi dildən dilə ötürülmüşdür. Elmi olaraq sübut edilməsə də, bildirilir ki, oğlan uşağına olan hamiləlik müddəti qızınkindən daha asan keçir. İnanclara görə, oğlan uşaqları ilk həftələrdə hərəkətli olmur və səhər saatlarında anaya ürək bulanması vermir

Ultrasəs müayinəsi zaman oğlan uşağının nəbzinin qızlarla müqayisədə daha yavaş atdığı deyilir.

Hamiləlik zamanı oğlan uşaqlarının daha çox yuxu gətirdiyi xürafatdır. İlk aylardan etibarən hamilə qadının ürək bulanma və bətnin sidik kisəsinə təzyiq etməsi yuxunun pozulmasına səbəb olur. Yuxusu pozulan ana gün ərzində yorğun və yuxulu olur. Hamiləlik zamanı daha çox yatmaq istəyinin səbəbi uşağın cinsiyyətindən deyil, ananın bədənində yaşanan sürətli dəyişikliklərdən qaynaqlanmaqdadır.

Firuzə Alimova / TurpKimi.com

Hamiləlik əlamətləri nə vaxt başlayır?

Hamiləliyə şübhə yarandıqda qadınları maraqlandıran ən önəmli sual budur: ilkin hamiləlik əlamətləri nə vaxt başlayır? Belə bir vəziyyətdə aybaşı gecikməsini və ya qarnın böyüməyə başlamasını gözləmək çox üzücüdür. Bəs qadın hamilə qaldığını necə anlaya bilər?

Əslində hamiləliyin əlamətləri hər bir qadında fərqli şəkildə təzahür edir. Çünki hormonal fonun dəyişməsi müxtəlif reaksiyalara səbəb olur. Bəzi əlamətlər daha tez, hətta aybaşı gecikməsinə qədərki dövrdə özünü büruzə verir.

Hamiləlik testi nə zaman düzgün nəticə göstərir?

Mayalanmadan etibarən hamiləlik hormonu sintez olunmağa başlayır. Hamiləliyin 14-cü günündə onun səviyyəsi xeyli yüksəlir və hamiləlik testi pozitiv göstərir.

Hamiləlik əlamətləri nə vaxt başlayır – implantasion qanaxma

İmplantasion və ya embrional qanaxma erkən simptomlardan biridir. Ovulyasiya zamanı partlamış follikuldan xaric olan yumurtahüceyrə yumurtalıqdan uşaqlıq borusuna düşür. Orda spermatozoidlə birləşərək, uşaqlığa doğru hərəkət edir. Bu proses 2 həftə çəkir.

Mayalanmış yumurtahüceyrə uşaqlığa yapışdıqda endometriumu zədələyir. O isə qanla birlikdə orqanizmdən xaricə atılır. Buna implantasion qanaxma deyilir. Bu əlamət mayalanmadan 6-12 gün sonra müşahidə olunur. Qeyd edək ki, qadınların sadəcə 30%-də belə qanaxma nəzərə çarpır.

Hamiləlik əlamətləri nə vaxt başlayır – süd vəzilərində dəyişikliklər

İmplantasion qanaxmadan savayı ilkin əlamətlər sırasında həm də süd vəzilərinin böyüməsi, həssaslaşması qeydə alınır. 2-ci hamiləlik həftəsində süd vəziləri bərkiyir, böyüyür, ağrılı olur.

Hamiləlik əlamətləri nə vaxt başlayır – erkən toksikoz

Toksikoz – adətən səhər saatlarında ürəkbulanma və qusma ilə müşahidə olunan haldır. Hamiləlik xəstəlik və ya patologiya sayılmasa da, unutmayın ki, başlanğıcda körpə qadın orqanizmi tərəfindən yad cisim kimi qarşılanır.

Orqanizmin buna reaksiyası özünü müdafiə hesab olunur. Hamiləliyin normal gedişatında toksikoz dad zövqünün dəyişməsi, qoxu hissiyatının artması ilə təzahür edir.

Hamiləlik əlamətləri nə vaxt başlayır – emosional dəyişiklik

Hormonal sıçrayışın yaratdığı hamiləlik əlamətlərinə yuxululuq, əzginlik, səbəbsiz ağlağanlıq, istək və arzuların həmçinin əhval-ruhiyyənin ani dəyişikliyi aiddir. Bəzi qadınlarda belə vəziyyət doğuşa qədər davam edir.

Hamiləlik əlamətləri nə zaman başlayır – uşaqlıq yolunun dəyişməsi

Mayalanmadan sonra qadın orqanizmi doğuşa hazırlaşır. İlk həftələrdə uşaqlıq yolunun rəngi açıq-çəhrayıdan göyümtül çalara keçir. Orqanın divarları elastikliyini itirərək yumşalır. Bu isə onun divarlarına qan axını ilə əlaqəlidir.

Hamiləlik əlamətləri nə vaxt başlayır – sidik ifrazının tezləşməsi

Tezləşmiş sidik ifrazı iltihabi proseslər və ya sidikqovucu qəbulu ilə bağlı deyilsə, bunu hamiləliyin ilkin əlaməti hesab etmək olar. Progesteron homonunun səviyyəsinin dəyişməsi uşaqlığın böyüməsinə və sidik kisəsinin sıxılmasına səbəb olur.

Qarnın aşağısında spazmlar

Embrion uşaqlıq divarına yapışdıqdan sonra bu orqan genişlənməyə başlayır. Uşaqlığın böyüməsi onu saxlayan bağ və əzələlərinin dartılması deməkdir. Bu zaman qarnın aşağı hissəsində spazm şəklində ağrılar müşahidə oluna bilər.

Əgər aybaşı gecikməsi fonunda sadalanan əlamətlərlə qarşılaşmısınıza və hamiləlik testi də pozitiv göstərirsə, ginekoloqla əlaqə saxlamağınız məsləhətdir.

Comments are closed, but trackbacks and pingbacks are open.