Press "Enter" to skip to content

Tez-tez verilən suallar

Corablar tərkibi 80% pambıq, 17% neylon, 3% elastandan ibarət saplardan toxunaraq istehsal olunur və “OEKO-TEX Standard 100” Beynəlxalq Tekstil Sertifikatı əsasında təqdim olunur.

Sifarişi necə ləğv etməli

Sifarişi ləğv etmək üçün sifariş kartında “Ləğv et” düyməsi var. Bu düyməni tapmaq üçün ekranın aşağı hissəsindəki sükan işarəsini yuxarıya doğru çəkin. Ona basaraq sifarişi yerinə yetirməmə səbəbini qeyd edin.

Artıq qəbul edilmiş sifarişi yalnız məcbur qaldığınız zaman ləğv edin — əks təqdirdə Fəallıq balı itirəcəksiniz və xidmətə çıxış imkanınız məhdudlaşdırıla bilər. Aşağıdakı hallarda ballar silinir:

  • dispetçer sifarişi sizin xahişinizlə ləğv etdikdə;
  • sərnişin gəlməyən zaman onu gözləmədən sifarişi ləğv etdiyinizdə.

* Taksi parkı bəzən sifarişin ləğv edilməsinə görə sizdən faiz tuta bilər. Uber belə komissiyaların məbləğini təyin etmir, buna görə də faiz məbləği və ləğv etmə qaydalarını dispetçerdən dəqiqləşdirin.

Sifarişi Fəallıq balı itirməyəcək şəkildə necə ləğv etməli

Sifariş ünvanına çatmısınız, lakin sərnişin gəlmir:

  • əvvəlcə ona zəng edin və ya çatda yazın – yerində olduğunuzu bildirin;
  • ödənişli gözləmə işə düşən zaman sərnişinə bu barədə xatırladın;
  • 10 dəqiqə gözlədikdən sonra sərnişin gəlmədiyi halda sifarişi rahatlıqla ləğv edə bilərsiniz.

Ekranın aşağı hissəsindəki sükan işarəsini yuxarıya doğru çəkin və “Ləğv et” düyməsinə basın. Taksometr sifarişi yerinə yetirməmə səbəblərinin siyahısını təklif edəcək — “Sərnişin gəlmədi” bəndini seçin.

Nəzərə alın ki, gözləmə vaxtı sifarişin təyin olunduğu vaxtdan hesablanır — 10 dəqiqə məhz bu vaxtdan etibarən hesablanmalıdır. Avtomobilin sifariş ünvanına gəldiyi vaxta sifariş kartında baxa bilərsiniz:

Daha tez gəldiyiniz halda gözləmə vaxtı yalnız təyin olunan vaxtdan etibarən hesablanır. Daha gec gəldiyiniz halda isə “Yerində” düyməsinə basan andan etibarən hesablanır.

Sifarişi ləğv etməyinizin əsl səbəbini göstərməyinizi xahiş edirik – dəstək xidməti tərəfindən xidməti aldatdığınız aşkarlanarsa, Fəallıq ballarınız silinə bilər.

Bakı şəhərində olan Sürücü Mərkəzinin ünvanı:

Tbilisi prospekti 49/C, Çıraq Plaza 7-ci mərtəbə

İş vaxtı: həftə içi 10:00-dan 19:00-dək.

К сожалению, браузер, которым вы пользуйтесь, устарел и не позволяет корректно отображать сайт. Пожалуйста, установите любой из современных браузеров, например:

Tez-tez verilən suallar

Corabb. mağazası Bakı şəhəri, Səbail rayonu, Mirvarid Dilbazi 16A ünvanında yerləşən Keçmiş Pasaj bazarının binasındadır (Uroloji Xəstəxananın arxa küçəsi). Giriş qapısı çöldən 1-ci mərtəbədədir.

Corabb. mağazasının iş qrafiki necədir?

Corabb. mağazası həftəiçi saat 10:00-dan 19:00-a qədər, Şənbə günü isə 10:00-dan 15:00-a qədər fəaliyyət göstərir. Bazar günü istirahət günüdür. Bayram günlərinin iş qrafiki haqqında məlumat SM kanallarında paylaşılır.

Corabb. məhsullarının keyfiyyəti necədir?

Corablar tərkibi 80% pambıq, 17% neylon, 3% elastandan ibarət saplardan toxunaraq istehsal olunur və “OEKO-TEX Standard 100” Beynəlxalq Tekstil Sertifikatı əsasında təqdim olunur.

Xüsusi dizaynda corab istehsal etmək mümkündür?

Korporativ təkliflərimiz mövcuddur və bir dizaynda minimum 500 cüt corab sifariş etmək şərti ilə əməkdaşlıq etmək mümkündür. Bu kimi layihələr üçün [email protected] email ünvanına müraciət edilə bilər.

Corab sifarişində ödəniş və çatdırılma

Corabları necə əldə edə bilərəm?

Corabb. məhsullarını əldə etmək üçün:
– Mağazamıza yaxınlaşa bilərsiniz (iş qrafikini nəzərə almağınızı məsləhət görürük).
– Veb-saytımızdan onlayn sifariş edə bilərsiniz.
– Wolt, Bolt Food və Umico platformalarından onlayn sifariş edə bilərsiniz.
– ABAD Mərkəzlərdən (İçərişəhər, Şərq Bazarı, Hava limanı, Fairmont otel) əldə edə bilərsiniz.
– Ninkacards, Handicraft, Soroka partnyor mağazalarından əldə edə bilərsiniz.

Corab sifarişinin çatdırılması necə edilir?

Corab məhsullarımız sifariş edildiyi gündən sonraki 24 iş saatı ərzində, bağlama şəklində Bakı şəhəri daxilindəki ünvana çatdırılır.

Onlayn corab sifarişi necə çatdırılır?

İki növ çatdırılma üsulu var:
1. Şəhərdaxili çatdırılma: 24 iş saatı ərzində
– 3 AZN;

2. Bölgələrə çatdırılma: 7 iş günü ərzində
– 5 AZN.

Sifarişlər 3-cü tərəf partnyor şirkətin kuryerləri tərəfindən ünvana, bölgələrə olan sifarişlər isə Azərpoçt vasitəsilə əlaqəli poçta çatdırılır.

Onlayn corab sifarişi üçün hansı növ ödəmə üsulları var?

Onlayn şəkildə corab sifariş etdiyiniz zaman sizə tam rəsmi və təhlükəsiz onlayn və ya nağd ödəniş üsullarını təklif edirik.
POS terminal ilə ödəniş sadəcə mağazamızda alış-veriş etdiyiniz zaman mümkündür.

Onlayn corab sifarişini nə vaxt çatdırırsınız?

Sifariş verildiyi saatdan etibarən 24 iş saatı ərzində Bakı şəhəri daxilində çatdırılır.

Corab sifarişi və geri qaytarılma

Onlayn corab sifarişini necə verə bilərəm?

Rəngli corablar, Qutu dəstlər və Qısa corablar səhifələrindəki istəyinizə uyğun məhsulu səbətə ataraq oradan Sifariş səhifəsinə keçid edirsiniz. Sifariş səhifəsində şəxsiniz, çatdırılma və ödəniş ilə bağlı tələb olunan xanaları doldurmaqla sifarişinizi verirsiniz.

Necə əlaqə qura bilərəm?

Yaranmış suallar və ya hər hansı bir müraciət üçün bizimlə aşağıdakı məlumatlar vasitəsilə əlaqə qura bilərsiniz:
1. WhatsApp: +994993020666;
2. Email: [email protected] ;
3. Sosial media kanallarımız.

Sifarişimi necə izləyə bilərəm?

Sifarişi izləmək üçün əsas menyudan “Sifarişin izlənilməsi” səhifəsinə daxil olmalısınız. Sizdən sifariş kodu və sifariş zamanı daxil etdiyiniz email tələb olunacaq. Kodu sifariş zamanı qeyd etdiyiniz emaildən əldə edə bilərsiniz.

Onlayn corab sifarişi vermək üçün hesabım olmalıdır?

Xeyr, sadəcə Sifariş bölməsində tələb olunan şəxsi məlumatlarınızı daxil etməyiniz kifayətdir.

Sifarişimi necə ləğv edə və ya dəyişə bilərəm?

Sifarişi ləğv etmək və ya dəyişdirmək üçün sifariş çatdırılmamışdan əvvəl sadəcə bizə məlumat verməyiniz kifayətdir. Əgər sifarişiniz artıq kuryerə verilibsə və yenidən çatdırılma lazımdırsa əlavə 5 AZN ödəniş tələb oluna bilər. Dəyişiklik üçün mağazaya da yaxınlaşa bilərsiniz.

Sifarişi necə geri qaytara bilərəm?

14 gün ərzində məhsulu geri qaytara və ya dəyişdirə bilərsiniz. Geri qaytara bilməyimiz üçün məhsul istifadə edilməməli, həmçinin etiket corab üzərindən çıxarılmamalı və zədə almamalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.