Təhsil haqqını ödəyə biləyən tələbələr imtahana buraxılmayacaq
Modern.az bəzi ali təhsil müəssisələri arasında təhsil haqqını necə tələb etməkləri ilə bağlı sorğu keçirib.
Tələbələr təhsil haqqını nə vaxt ödəməlidirlər?
Ali məktəblərə qəbul olanların adları artıq açıqlanıb. Nəticəyə görə, ixtisas seçimində iştirak etmiş 35995 abituriyentdən 33623 nəfəri ali təhsil müəssisələrinə qəbul olub. Ödənişli əsaslarla qəbul olmuş abituriyentlər qeydiyyatdan keçərkən təhsil haqqını da ödəməlidirlər.
Modern.az bəzi ali təhsil müəssisələri arasında təhsil haqqını necə tələb etməkləri ilə bağlı sorğu keçirib.
Azərbaycan Dövlət Neft Akademiyası: “Ödənişli əsaslarla qəbul olan tələbələr qeydiyyatdan keçərkən birinci il tam ödəniş etməlidirlər. Növbəti illərdə hissə-hissə də ödəniş edə bilərlər”.
Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova: “Bizdə tələbə qeydiyyatdan keçərkən birinci il ondan ödənişi tam ödəmək tələb olunur. Ancaq tələbə növbəti illərdə hissə-hissə ödəniş edə bilər”.
Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev: “Universitetimizə ödənişli əsaslarla daxil olmuş tələbəyə qeydiyyatdan keçərkən təhsil haqqının əlli faizini ödəmək, 50 faizini isə ikinci semestrdə ödəmək imkanı verilir. Bu sistem növbəti illərə də şamil edilir”.
Bakı Slavyan Universiteti: “Yeni qəbul olanlar qeydiyyatdan keçərkən ödənişi tam ödəməlidirlər. Həmin məbləğ növbəti illərdə yarıbayarı ödənilə bilər”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov: “Pedaqoji Universitetə ödənişli əsaslarla qəbul olan tələbələr birinci il təhsil haqqını tam ödəyirlər. Sonrakı illərdə isə onların təhsil haqqını hissə-hissə ödəməsinə imkan yaradılır”.
Azərbaycan Dövlət İqtisad Universiteti: “Tələbələr birinci il təhsil haqqını tam ödəməlidirlər. Sonrakı illərdə isə hissə-hissə ödəyə bilərlər”.
Milli.Az
Təhsil haqqını ödəyə biləyən tələbələr imtahana buraxılmayacaq
BAKU.WS “Azadlıq” qəzetinə istinadən məlumat verir ki, ölkə iqtisadiyyatında son dönəmdə baş verən ciddi hadisələrin fonunda universitet tələbələri və onların valideynləri ağır vəziyyətə düşüb. Dövlət universistetlərində ödənişli əsaslarla təhsil alan tələbələrdən vəsaitin əhəmiyyətli hissəsini ödəməyənlər dillemma ilə üz-üzə qalıb. Universitetlərin rəhbərliyi təhsil haqqının 50 faizini ödəməyən tələbələrin imtahanlara buraxılmayacağını ciddi tələb kimi qoyub.
İqtisadçı-ekspert Nemət Əliyev universitet rəhbərliyinin yaranan iqtisadi problemdən çıxış yolunu bu cür həll etməsini düzgün saymır. Ekspert bildirib ki, milli valyutanın dəyərdən düşdüyü məqamda təhsil ocaqları daha mümkün variantlar axtarıb təklif etməlidir:
“Vəziyyətdən mümkün çıxış yolunu tapmaq lazımdır. Əhaliyə ümid etmək olmaz. Təhsil alan tələbələrin üzərinə getməklə, onları sıxışdırmaqla problemin birdəfəlik həll olunacağını düşünmək sadəlövhlük olardı. Uzaqbaşı valdeynlər məcburiyyət qarşısında qalıb övladlarını universitetdən çıxara bilərlər”.
Nemət Əliyev deyir ki, bu vəziyyətdə ümid hökümətədir: “Hökümət çevik hərəkət edib real nəticəsi olan addımlar atmalıdır. Manatla təhsil haqqını ödəmək tələb olunsa da, onun heç olmasa, 50 faizinin bəribaşdan ödənilməsi tələbi çox ciddidir. Qiymətlərin bahalaşdığı, dolların məzənnəsinin yüksəldiyi, daxili bazarda qiymətlərin artması şəraitində tələbələrin valideynləri nə etməlidir? Universitet rəhbərliyi belə bir təklifin çox ağır olduğunu düşünməlidir. Onlar indiyədək hansı qaydada ödənişi həyata keçiriblərsə, indi də elə etməlidirlər. Həmçinin, belə də edə bilərlər, ayda bir neçə yüz manat ödəməklə, bərabər proporsiya yaratmaqla problemi həll etmək olar”.
Təhsilin məzmunu anlayışı
Təhsil pedaqoji prosesin mühüm bir tərkib hissəsidir. O, xalq təsərrüfatı üçün ixtisaslı kadrlar hazırlamaq məqsədinə xidmət edir. Təhsil müxtəlif məktəb pillələrində, müxtəlif səviyyələrdə verilir. Bu mənada ibtidai, orta, texniki peşə, orta ixtisas, ali təhsil fərqləndirilir. Hər sonrakı pillədəki təhsil əvvəlki pilləyə əsaslanır.
İnsanın öz təhsilini artırması yollarından asılı olaraq özünütəhsil, fasiləsiz təhsil, ixtisasartırma təhsili ifadələri işlədilir.
Təhsil dedikdə, tədris müəssisələrində verilən, tərbiyə və inkişaf imkanlarına malik olan bilik, bacarıq və vərdişlər sistemi başa düşülür.
Təhsilin məzmunu didaktikanın əsas problemlərindən biridir: bəşəriyyətin əldə etdiyi biliklər xəzinəsindən nələri seçib, ayrı-ayrı yaş dövrlərində və təhsil müəssisələrində öyrətmək lazımdır? Təlimin müvəffəqiyyəti bu problemin düzgün həllindən çox asılıdır.
Təhsilin məzmunu bir neçə amillə müəyyən edilir:
a) cəmiyyətin tələbatı, elm və texnikanın inkişaf səviyyəsi, ictimai
quruluşun xarakteri ilə;
b) təlimin məqsəd və vəzifələri ilə;
c) şagirdlərin real təlim imkanları ilə.
Təhsilin məzmunu bütöv təlim prosesinin mühüm bir ünsürü kimi, özündən əvvəl gələn ünsürlə – təlimin məqsədi ilə şərtlənir. Bəs təlimin (məktəbin) başlıca məqsədi nədir?
Bu sualla bağlı pedaqogika tarixində təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: formal və maddi təhsil nəzəriyyələri (XVIIIXIX əsrlərdə).
Formal təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi şagirdlərin ağlını, zehni qabiliyyətlərini inkişaf etdirməkdir. Bu mövqedə duran pedaqoqların fikrincə, elmi bilikləri öyrənmək üçün məktəb illəri kifayət deyildir. Başlıca vəzifə şagirdlərin zehnini inkişaf etdirməkdir: zehni cəhətdən inkişaf edən insan istədiyi biliyi müstəqil əldə edə bilər. Bu nəzəriyyə məktəbdə zehni inkişafa imkan verən fənləri – qədim və müasir dilləri, riyazi fənləri keçməyi təklif edirdi. Vaxtilə klassik gimnaziyalarda, mədrəsələrdə təlim bu səpgidə qurulurdu.
Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi həyatda bilavasitə lazım olan praktik bilik və bacarıqlar verməkdən ibarətdir. Bu mövqedə duran pedaqoqların fikrincə, məktəbdə faydalı həyati biliklər verən fənlər – təbiətşünaslıq, botanika, biologiya, kimya, fizika və s. keçirməlidir. Vaxtilə real məktəblərdə təlim bu cür qurulurdu.
Göstərilən hər iki nəzəriyyə birtərəflidir, çünki onlar təlimin əsas məqsədlərini ayırır və bir-birinə qarşı qoyurdu. Bu metafizik nəzəriyyələrdən fərqli olaraq, dialektik nəzəriyyə təlimin hər iki məqsədini vəhdətdə götürür: təlim həm bilik verməli, həm də zehni qabiliyyətləri (ağlı) inkişaf etdirməlidir. Məktəbdə keçilən fənlər bu məqsədlərin yerinə yetirilməsinə xidmət etməlidir. Təhsilin məzmunu elə qurulmalıdır ki, şagirdlər biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür metodlarına da yiyələnmiş olsunlar.
- Teqlər:
- təhsilin məzmunu
- , pedaqogika
- , təhsil sistemi
Comments are closed, but trackbacks and pingbacks are open.