Heç nə bilmirəmsə necə məşhur ola bilərəm
Bir sözlə, bəzi insanlar ömrünü heç vaxt olmayacaq şeylər üçün əzabla keçirirlər. Beləliklə, pozitiv ola biləcək təcrübələrdən çəkinirlər, çünki ola biləcək təhlükələrdən və bəyənilməyənlərdən qorxurlar. Patoloji narahatlıqları gözləməyə və fəlakətlərdən əziyyət çəkməsinə səbəb olur bu heç vaxt reallaşmayacaq.
Elçibəyin oğlu: “Heç yerdə Elçibəyin oğlu olduğumu bildirmədim” – MÜSAHİBƏ
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
“Atamın xatirəsi” layihəsində Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Kulis.az”a müsahibə verib.
BAKU.WS həmin müsahibəni təqdim edir:
– Bu gün burda, Elçibəyin doğulduğu Kələki kəndində 80 illik yubileyi qeyd olundu. Hansı hisslər keçirdiniz, nələr yaşadınız?
– Onu deyim ki, bizim cəmiyyət Elçibəyi anlamağa tam hazır deyildi. Bunun üçün hələ bir 20 il lazımdır.
– Bəs şəxsən özünüz nə hisslər keçirdiniz?
– Sağlığında adamın arxasınca çox danışırlar. Rəhmətə gedəndən sonra görəndə ki, mövqeyindən. düşüncəsindən asılı olmayaraq hamı onu hörmətlə anır, bu, adamı sevindirir. O adamlar hamısı bu il Elçibəyin 80 illik yubileyində qəbrinin üstündəydilər. Ən çox bu sevindirdi məni. Vaxtı ilə Elçibəyin arxasınca danışanlar onu ziyarətə gəlirlər.
– Elçibəyi daha çox necə xatırlayırsınız; ata kimi, yoxsa siyasətçi kimi, milli azadlıq hərəkatının lideri kimi?
– Ata kimi o qədər çox xatirəm yoxdur. Atamla bağlı bir-iki xatirəm var, vəssalam. Ancaq siyasətçi kimi tanıyıram.
– Bir yerdə çox vaxt keçirirdiniz?
– Xeyr. Prezident olduğu dövrdə demək olar ki, üzünü görmürdüm. Onda mənim 5 yaşım vardı. Kələkidən Bakıya qayıdandan sonra bir yerdə daha çox vaxt keçirmişik. Vaxt keçirmişik deyəndə, atamın asudə vaxtı gecə saat 12-dən sonra olurdu. Hardasa 15-20 dəqiqə ünsiyyətdə olurduq. Bu, mənə bəs edirdi. Uşaqların çoxunda ata-oğul münasibətləri var. Mən elə münasibətləri görəndə qısqanıram, təəssüf ki, bizim aramızda elə münasibət olmayıb. Amma atam məni sevməyib də deyə bilmərəm.
– Gəzməyə aparmırdı?
– Kələkidə də?
– Xeyir. Yenə vaxt olmurdu. 1993-cü ildən 1997-ci ilə kimi Kələkidə yaşamışıq. Dostları, qonaqları, gələn-gedən çox olurdu deyə bizə vaxt ayıra bilmirdi.
– Təəssüf edirdiniz?
– Uşaq olursan, istər-istəməz sən də ata sevgisi istəyirsən.
– Hər hansı mövzuda sizinlə söhbət eləmirdi?
– Bizdə hamı utancaqdı, bircə mən loru dildə desək, bir az üzlüyəm. Bununla belə aramızda siz deyən söhbətlər olmurdu. Bircə otağına rahat girib-çıxa bilirdim.
– Heç sizi danlayıb?
– Xeyr. Bir dəfə belə bir hadisə olmuşdu, o yadımda qalıb. Hardasa 8-9 yaşım vardı, dələduz uşaq idim. Küçədə tozanaq qaldırmışdım. Bunun üstündə ağsaqqallar atama şikayətlənmişdilər. Atam da məni çağırıb xəbərdarlıq elədi, dedi, ağsaqqallara hörmətsizlik eləmə.
– Türkçülük, millətçilik barədə danışır və ya kitab tövsiyə edirdi?
– Aramızda elə bir şey heç vaxt olmayıb. 10-11 yaşlarımda Kemal Sunal vurğunuydum. Demək olar, bütün filmlərinə baxmışdım. Ona görə atam adımı Şaban qoymuşdu (gülür). Deyirdi, sənin filmlərin başladı, get bax.
– Özü baxmırdı?
– Yox. Mən baxırdım. İndi də Şabanın filmlərinə baxmağı xoşlayıram.
– Bəy Kələkidə olanda sizinlə bir yerdə qalırdı?
– Əvvəl-əvvəl bir yerdə qalırdıq, sonra qonaqlar çox gəlib-getməyə başladı. Bizim gündəlik həyatımızda problemlər yaşanmasın, vaxtında yatıb-dura, dərslərimiz oxuya bilək deyə atam bizi ayrı evə köçürdü.
– Ad günlərində iştirak edirdi?
– Xeyr. Açığı elə çox ad günü də keçirməmişik. Bir dəfə 12 yaşım olanda kənddə ad günü keçirmişik. Onu da əmim oğlanları təşkil etmişdilər. O ad günümdə bugünkü yığıncaqdakından çox adam var idi. Atam Bakıda idi. İştirak etməmişdi (pauza). Ad günümdə atamın iştirak etməyi yadıma gəlmir.
– Yanınızda olmadığına görə atanızı qınayırdınız?
– Təklikdə olanda, öz-özlüyümdə çox qınamışam. Ən azından mən də ata sevgisi görə bilərdim. Neyləyək (pauza).
– Qəlbinizdə nisgil qalıb?
– Elə sözlər var ki, ürəyimdə qalıb, atama deyə bilməmişəm.
– Ürəyinizdən keçib ki, kaş atanız milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy yox, adi, sıradan bir adam olaydı?
– Xeyr. Bu, xəbislik olardı.
– Atanızın prezidentlik dövründən yadınızda nə qalıb?
– Onda heç dostum da yox idi. Mən kəndə gələndən sonra dostun nə olduğunu bilmişəm. O vaxtı biz Zağulbadakı iqamətgahda qalırdıq. Orda tanıdığım uşaqlar İsa Qəmbərin övladları, Pənah Hüseynin oğlu idi; Turqut, İlkin, Vaqif. Uşaqlığım onlarla keçib. Böyüyəndən sonra isə mənim siyasətçi və ya siyasətçilərə bağlı dostlarım olmayıb. Dostlarım ya məhlədən, ya da kənddən olub.
– Nə əcəb atanızdan sonra siyasətə can atmamısınız?
– Elçibəy kimi bir adam olmaq mənə görə imkansızdır. İkincisi də Elçibəyin yanında ola-ola arxasınca iş görən o qədər adam vardı ki. Onun arxasınca iş görən adam mənim arxamca nələr edər?! Həm də hamı istəyər ki, övladı ondan ata sevgisi görsün.
– Yəni demək istəyirsiniz ki, siyasətçi olsanız ailənizə ayırmağa kifayət qədər vaxtınız olmaz?
– Ona görə siyasətçi olmaq istəmədiniz?
– Elçibəyin oğlu kimi sizə münasibət necədir?
– Həmişə insanlardan xoş münasibət görmüşəm.
– Bayaq dediniz, dələduz-ərköyün olmusunuz.
– Atam rəhmətə gedənə qədər ərköyünlüyüm olub. O vaxta qədər əmim oğlu Ədalət mühafizəçi kimi daim yanımda gəzirdi. Şəhərdə hər yerə o aparıb-gətirirdi. Atamın vəfatından sonra özüm sərbəst gəzməyə başladım. Heç yerdə də Elçibəyin oğlu olduğumu bildirmədim. Neçə il dostluq elədiyim dostlarım vardı ki, Elçibəyin oğlu olduğumu bilmirdilər.
– Elə çətin məqam olub ki, Elçibəyin adından istifadə edəsiniz?
– Elə çətin məqamım olmayıb. Amma o adın köməyini hər zaman hiss eləmişəm.
– Atanız vəfat edəndə hardaydınız?
– Kənddə idim, ağacları sulayırdım. Çağırdılar ki, gəl, Bakıya gedirsən. Heç kəs də demədi ki, niyə gedirəm. Bakıdakı evə girənə qədər heç nə bilmədim.
– Bəy vəfat edəndə neçə yaşınız vardı?
– Atam vəfat edəndə 13 yaşım 8 gün əvvəl tamam olmuşdu.
– Nə hiss keçirdiniz?
– 13 yaşında insan nə hiss keçirə bilər? Açığını deyim, 13 yaşımdan 18 yaşıma qədər heç bir hiss keçirməmişəm. Mən atamın yoxluğunu 18 yaşında hiss eləmişəm. Uşaq vaxtımdan mənim atam da anam olub, mənə tərbiyəni də anam verib. Mən ondan tərbiyə almışam. Atamın yanımda olmamasını hiss etdirməyib. 18 yaşdan sonra hər çətinliyə düşəndə istər-istəməz atanın yoxluğunu hiss edirsən.
– Kələkidə, həyətinizdə keçirilən yubileydə fikir verdim, camaata qaynayıb-qarışmırdınız, ortalıqda çox az görünürdünüz.
– Orda yaşca məndən böyük olanlar çox idi.
– Tədbirdə çıxış da etmədiniz.
– Özüm istəmədim. Tanınmaq, şöhrət mənlik deyil, tanınmamaq daha yaxşıdır.
– Özlüyünüzdə atanızla danışırsınız?
– Təbii ki.
– Sirr deyilsə, nə barədə danışırsınız?
– Adi şeylər barədə danışıram. Yatmamışdan qabaq günlük olan şeylərdən danışa bilərəm; belə olmasa belə ola bilərdi.
– Sən ölməsən, başqa cür ola bilərdi.
– Bəli, o cür dediyim də olub.
– Məzarını tez-tez ziyarət edirsiniz?
– Vaxt olduqca, daha doğrusu ürəyimdən keçdikcə. Ayda iki-üç dəfə məzarına gedirəm.
– Heç atanızdan nəsə istəyirdiniz sizə alsın; velosiped, oyun kompüteri.
– Kompüter oyunlarına uşaq vaxtından marağım olmayıb. Amma Bakıya gedəndən sonra velosipedə bir az marağım var idi. 1998-ci ildə də velosiped çox baha idi. Atam ad günümdə bir qədər pul vermişdi. O pulla gedib məhlədən ikinci əl velosiped almışdım. Hətta ad günümdə verdiyi pul azlıq elədi, gedib təzədən pul istədim. “Şirvan” vaxtları idi, özü də atamın “şirvan”, “məmməd”, “nizami” deməkdən xoşu gəlmirdi. O velosipedi 17 yaşıma qədər sürdüm.
– Maddi məhrumiyyətləriniz çox olub?
– Vallah, hamı necə yaşayıbsa biz də elə yaşamışıq. Çox şükür bu günlərə gəlib çıxmışıq. Amma həqiqətən o dövrdə necə yaşadığımızı bilmək istəyirsinizsə sizə deyim: 93-94-cü illərdə çəkilmiş bir şəklim var. İnternetdə də yayılıb. Türk jurnalist çəkmişdi. O şəklə baxsanız ayaqqabılarımın vəziyyətindən görərsiniz necə yaşamışıq (gülür).
– Bildiyim qədərilə atanızdan cib telefonu istəmisiniz, o da deyib ki, Türkiyədən qayıdanda alaram. Ancaq Türkiyədən ölüm xəbəri gəlib.
– Yox, o hadisə elə olmayıb. 6-7-də oxuyanda bayaq dediyim kimi dalımca əmioğlum Ədalət gedib-gəlirdi. Bir də gördün ya mən dərsdən tez çıxırdım, ya o gec gəlirdi. Bir gün atam soruşdu ki, niyə gec gəlirsən? Vəziyyəti izah elədim, dedi, mən sənə bir telefon alaram. O da elə həmən il rəhmətə getdi, telefon ala bilmədi. Onun yerinə Rüstəm Behrudi telefon alıb hədiyyə elədi.
– Atanız haqqında söhbətləri dinləməyi sevirsiniz?
– Baxır kim danışır. Onun əhəmiyyəti çoxdur. Elə adamlar var ki, bildiyimiz şeyləri danışır. Bilmədiyimiz şeyləri danışanda xoş gəlir. Altı-yeddi il əvvəl avtobusda gedirəm, bir kişi qayıdıb dedi ki, Elçibəyin oğlu mənim qucağımda böyüyüb. Baxıb gördüm ki, tanımıram. Mən də yolpulumu verib avtobusdan düşdüm. Nə deyərdim?
– Yanınızda Elçibəy haqqında tənqidi danışanda necə reaksiya verirsiniz?
– Tənqidə normal yanaşıram, təhqirə dözmürəm. Atamı təhqir edəndə dava salmışam, yumruqla payını vermişəm. Bəzən atamı tənqid edib deyirlər ki, Elçibəy zəif siyasətçi idi. Zəif siyasətçi Rusiya ordusunu Azərbaycandan necə çıxara bilərdi? O, bunu bacarıbsa deməli böyük siyasətçidir.
– Sevdiyi filmlər, musiqilər hansılar idi?
– Sevdiyi filmlər barədə məlumatım yoxdur. Amma sevdiyi musiqiləri bilirəm. “Səkinə dayıqızı” mahnısını çox sevirdi. Bir də “Ay ana, bu yarım niyə gəlməz oldu” və “Bu qala daşlı qala” mahnılarını sevirdi.
– Siz də o mahnıları sevirsiniz?
– Yox (gülür). “Bu qala daşlı qala”ya arada mən də qulaq asıram.
– Bəyi içki məclisləri ilə çox bağlayırlar.
– Azərbaycanda içməyən adam var? Mən kimsədən eşitməmişəm ki, desin, Elçibəy nə vaxtsa içib keflənib, özünü apara bilməyib.
– Evində canamaz, möhür gördüm. Namaz qılırdı?
– Namaz qılmağını deyə bilməyəcəm. Amma oruc tuturdu. Obaşdan atamla durub yemək yeyirdim, sonra gedib yatırdım (gülür).
– Bayaq dediniz “şirvan”, “məmməd” deməkdən xoşu gəlmirdi. Başqa nələrdən xoşu gəlmirdi?
– Azərbaycanlı ailələrdə “mama-papa” müraciətləri çox işlədilir. Atamın bundan xoşu gəlmirdi. Arada əsəbiləşdirmək istəyəndə “papa” deyərdim, hirslənərdi (gülür). Onun uşaqlardan xoşu gəlirdi, qucağına alıb oynadardı. Ancaq uşaq “mama, papa” deyən kimi o dəqiqə yerə qoyardı (gülür). Bir də deyirdi ki, rus dilini oxumayın, lazım deyil sizə.
– Əməl elədiniz onun sözlərinə, rus dilini bilirsiniz?
– Yox, öyrənməmişəm, heç marağında da olmamışam.
– Atanızla aranızda olan yaş fərqi münasibətlərinizə təsir edirdi?
– Nə bilim? Heç bu barədə fikirləşməmişəm.
– Özünüzü bir oğul kimi bəyə borclu hesab edirsiniz?
– Bəs vətəndaş kimi?
– Vətəndaş kimi də borclu hesab edirəm.
– Hansı daha çoxdur?
– Oğul kimi daha çoxdur. Atamın borcundan çıxmaq mümkün deyil. Onun üçün çalışıram özümü elə aparım ki, sonra deməsinlər atasının adını batırdı. Bir dəfə Facebook səhifəmdə qəlyanla şəkil qoymuşdum. Tənqid atəşinə tutdular ki, Elçibəyin oğluna baxın, qəlyanla şəkil çəkdirir. Mən də məcbur qalıb özümə gizli profil açdım (gülür).
– Heç gələcəkdə atanız haqqında kitab yazmaq və ya onun adını necəsə başqa cür əbədiləşdirmək kimi bir fikriniz, ideyanız varmı?
– Mənim yaza biləcəyim bir şey yoxdur. Amma yazanlara dəstək ola bilərəm. Qohumlarının bəy haqqında çox xatirələri çoxdur.
– Söhbətimizin əvvəlində dediniz ki, bəyi başa düşməyə hələ 20 il var.
– Tək mənim yox, elə çox adamın bəyi başa düşməyinə 10-20 il gərəkdir. Nəinki cəmiyyətin, yaxın qohumların belə buna ehtiyacı var. Qohumları da Elçibəyin kim olduğunu tam dərk edə bilmir. Buna görə düşünürəm ki, Elçibəyin kimliyini başa düşməyimiz üçün uzun illər keçməlidir. Yalnız ondan sonra biz Elçibəyin böyüklüyünü, şəxsiyyətinin əhəmiyyətini tam anlaya biləcəyik.
Nəzarət olunmayan narahatlıq heç kimə kömək etmir
Bəzi insanlar sonsuz bir idarəolunmaz narahatlıq içində yaşayırlar. Gələcəyi təhlükə ilə dolu geniş bir mina sahəsi kimi təsəvvür edirlər və bu münasibət onların barışıq içində yaşamağına mane olur. Bir bədbəxtlik karuselinin bir andan digərinə tələsməsindən qorxurlar.
Bu insanlar övladının gələn həftə imtahandan keçəcəyindən əmindir. Sinələrində sancı hiss edən kimi ürək böhranı keçirtdiklərini düşünürlər. Qorxurlar və bir ziyil görünsə xərçəng olduğunu düşünürlər. Qorxurlar ki, qızları hər maşın götürəndə qəzaya düşəcək və s.
Ömrüm boyu heç vaxt olmayan çox bədbəxtliklər yaşamışam.
Özünü yerinə yetirən peyğəmbərliklər: maraqlı bir psixoloji təsir
Bu insanların gözlədikləri mənfi hadisələrin baş vermə ehtimalının çox aşağı olması təəccüblüdür. Əlavə olaraq, ən maraqlısı bəzən proqnozlarını gerçəkləşdirmələri, özünü yerinə yetirən peyğəmbərliklərə səbəb olur, psixoloqların dediyi kimi. Bu düşüncə tərzi onları hiss etdiklərinə və qorxularının istiqamətində hərəkət etmələrinə səbəb olur.
Özünü yerinə yetirən bir peyğəmbərlik nümunəsinə baxaq: bir sürücü qəza edəcəyini düşündüyü üçün maşını götürəndə çox qorxur. Maşını idarə edərkən elə bir narahatlıq vəziyyətində edir ki, təhlükəsiz sürməsin, bu da qorxduğu qəzaya məruz qalma riskini artırır.
Bu an yaşamağa çalışın. Onlara əziyyət vermədən əvvəl şeylərin olmasını gözləyin.
Bir sözlə, bəzi insanlar ömrünü heç vaxt olmayacaq şeylər üçün əzabla keçirirlər. Beləliklə, pozitiv ola biləcək təcrübələrdən çəkinirlər, çünki ola biləcək təhlükələrdən və bəyənilməyənlərdən qorxurlar. Patoloji narahatlıqları gözləməyə və fəlakətlərdən əziyyət çəkməsinə səbəb olur bu heç vaxt reallaşmayacaq.
4 İdarəedilməz narahatlığı olanların xüsusiyyətləri
Təhlükəsizlik
Özünə inamsız insan həqiqətən həqiqəti yox, əminliyi axtarır. Beləliklə, həqiqəti irəli baxmaq, səhv və macəra riskə atmaq və həyat qiymətli kağızlarından bir şəkildə imtina etməklə axtarıldığını anlamır.
Özünə inamsız insan hər zaman qorxduğu şeyin heç vaxt olmayacağına dair dəlil axtaracaq, narahatlığın intensivliyini artırmaq.
Özünə inanmayan
Aşağı özünə hörmət, xroniki bir qorxudan şəxsiyyətinə kömək edə bilər. Özünə hörməti aşağı olan şəxs ondan gözlənilən şeyləri düşünməyə meyllidir yerinə yetirmək istədiyi şeydən çox.
Bizdən nə gözlədiyini düşünəndə mahiyyətimizi itiririk və kukla oluruq. Hər kəsin xoşuna gəlmək istəyi narahatlığımızı dözərək artırır.
Duygusal asılılıq
Daha çox emosional asılılığı olan insanlar ayrılmaqdan qorxurlar yaxın olduqları və bağlı olduqları insandan. Bu şəkildə, qarşı tərəfin ayrılmasına səbəb ola biləcək bir şey etməmək narahatlığı ilə birlikdə yaşamaq məcburiyyətində qalırlar.
Bu da bir narahatlığın vacib fokusu, çünki bizim üçün dəyərli insanların əhatəsində yaşayırıq. Duygusal baxımdan asılıyıqsa, hər hansı bir itki və ya qırılma işarəsi hiper sayıqlığa ehtiyacımızı bir daha təsdiq edəcəkdir.
Qaçınma
Qaçqını qorxularına qarşı bir vasitə kimi istifadə etməyə meylli olan şəxs olacaqdır getdikcə daha sıx və aradan qaldıran qorxular. Gerçəkliyin ziddiyyəti olmasa da, xəyallar və həqiqətlər bu qorxular içərisində qarışacaq. Bu illüziyalar tam olaraq qalır, çünki heç vaxt qarşı çıxmırlar.
Təcrübədən yayınma todya çox yaygın bir problemdir. İndiki andan daha çox gələcəyə və ya keçmişə diqqət yetiririk. Bu, baş verə biləcəklər və ya baş verənlər barədə bizi daima narahat edir və indi tam yaşamırıq.
Unutmayın, bu gün dünən üçün narahat olduğunuz səhərdir.
Hər zaman hər şeydən narahat olmağı dayandırmaq üçün nə edə bilərəm?
Onları yaratmağa alışmış insanlar üçün narahatlıqları aradan qaldırmaq sadə bir iş deyil. Ancaq faydalı ola biləcək bəzi fikirlər:
- Sizi narahat edən şeyi aydın şəkildə təyin etməyə çalışın. Özünüzə sual verin: Nədən narahat oluram? ” Hər bir problemi düşünün və yazın. Narahatlıqları mümkün qədər aydın şəkildə yazmağa çalışın.
- Bununla bağlı bir şey edilə biləcəyinə qərar ver. Cavab xeyrsə, nə qədər narahat olmağınızın əhəmiyyəti yoxdur; heç bir şey dəyişməyəcək. Buna qərar verin və diqqətinizi bundan yayındırmağa çalışın. Cavab bəli olarsa, növbəti addıma keçin.
- Narahatlığınızı və ya probleminizi həll etmək üçün edə biləcəyiniz şeylərin siyahısını yaradın. İndi edə biləcəyiniz bir şey varmı? Əgər varsa, dərhal edin. Əks təqdirdə nə vaxt, harada və necə edəcəyinizi göstərən bir plan hazırlayın.
- Özünüzü yayındırmağı öyrənin. Bir dəfəyə yalnız bir şeyə tam diqqət yetirə bilərsiniz, buna görə də məşğul olsanız narahatlığınıza davam edə bilməyəcəksiniz.
Hər şey məni narahat edirsə, özümü necə yayındıra bilərəm?
Ətrafınıza tam diqqət yetirin. Avtomobillərdə nömrə nişanlarını əzbərləyə bilərsiniz. İnsanların yaşayış üçün nə etdiklərini təxmin edə bilərsiniz. Mağazadakı əşyaların qiymətlərini əlavə edə, quşların oxuduğuna qulaq asa bilərsən. Bulmacalar, krossvordlar və ya sudoku etmək, mahnı zilləmək, yüzdən geri saymaq, maraqlı bir şey oxumaq və s. Fiziki məşq etmək və fiziki cəhətdən aktiv olmaq hər növ xəstəliklərin qarşısını almaq üçün yaxşı bir vasitədir və xroniki narahatlığa qarşı möhtəşəm bir dərmandır.
Bununla birlikdə, çox vacib bir şeyi xatırlamaq yaxşıdır: narahatlıqlarınızı aradan qaldırmaq üçün yayındırma üsullarından istifadə etməyin. Diqqəti yayma üsullarına müraciət etməzdən əvvəl narahatlıqlarınızın analizini aparın.
Çox narahat olduğum üçün yata bilmirəmsə nə edim?
Normalda gecə ərzində daha çox narahat oluruq. Yataqda olduğumuzda, yuxuya getməyə çalışarkən, ətraf mühitin stimullaşdırılması kəskin şəkildə azalır və diqqətimizi öz düşüncələrimizə və bədən hisslərimizə yönəldirik.
Görünən budur ki, başınızı narahatlıqla doldurub yatmaq yaxşı bir fikir deyil. Buna görə də sizi narahat edən hər şeyi və mümkün həll yollarını dəftərə yazmağa çalışın, narahatlığı ertəsi gün üçün buraxın. Daha etibarlı hiss edəcək və daha yaxşı yatacaqsınız.
Yaxşı nəticələr verən başqa bir üsula “lazımsız vaxt” deyilir. Gündə yalnız 20 dəqiqə yalnız narahat olmaq üçün ayırmaqdan ibarətdir. “Zibil vaxtınızı” planlaşdırmalısınız və bu dəqiqələrdə yalnız narahatlıqlar haqqında düşünün, başqa bir şey yox. Və başqa bir şey demədikdə, həqiqətən başqa bir şey nəzərdə tutmuruq. Günün geri qalan hissəsi, zehniniz sakit olacaq, çünki bu 20 dəqiqənin sizi gözlədiyini bildiyiniz üçün yalnız o vaxtın gəlməsini gözləməlisiniz. Əlbəttə, günün qalan hissəsi üçün narahat olmaq qadağandır.
Hər zaman söylədiyimiz kimi, bu tövsiyələr səriştəli bir psixoloqun xüsusi köməyini əvəz etmək məqsədi daşımır. Ümumiləşdirilmiş narahatlıq (həddindən artıq, xroniki narahatlıq) olduqda, bir mütəxəssisə müraciət etmək yaxşıdır mümkün qədər tez.
“Mənim dünyam yıxılıb, Oqtayın dərdinə dözə bilmirəm, heç yuxularıma da gəlmir. ”
“Oqtay dünyasını dəyişəndə bu günə qədər mənə saysız-hesabsız zənglər gəlir. Heç birinə cavab vermirəm. Danışmaq istəmirəm. Heç danışa da bilmirəm. Yəqin ki, halımı, əhvalımı soruşmaq üçün zəng edirlər. Allah hamısından razı olsun. Özümü necə hiss edə bilərəm sizcə? Səhhətimi unutmuşam, yaddan çıxıb. Biri var ki, bu dərdi ağır qarşılayıram, biri də var ki, çəkə bilmirəm. Vidadi nə dinir, nə də ki, danışır. Hələ də o şokdan ayılmamışıq. Mənim dünyam yıxılıb”.
Milli.Az bildirir ki, Moderator.az-a açıqlamasında xalq artisti, mərhum prodüsser Oqtay Əliyevin anası Elmira İsmayılova deyib.
“Balalarımın hamısını çox istəmişəm. Oqtayı da, Elçini də. Mən onlar arasında fərq qoymamışam. Oqtayın dərdi böyük dərddir. Ümumiyyətlə övlad dərdi çox böyük bir dərddir. Məni övladını itirən analar başa düşə bilər. Oqtay elə bir övlad idi ki. Mən dağı itirmişəm. Nə qədər işləri çox olsaydı da, məni gəlib, görüb gedirdi. Bir-birimizlə o qədər sənətdən danışırdıq ki. Nə deyim, qədər belə imiş. Dözə bilmirəm. Oqtay yuxularıma da gəlmir (kövrəlir)” deyə sənətkar bildirib.
Elmira İsmayılova bildirib ki, gəlini, əməkdar artist Dilarə Əliyevaya heç cür təsəlli verə bilmir.
“Dilarəyə də, balalarına da təsəlli olmaq istəyirəm. Amma ola bilmirəm ki. O da mənə təsəlli verir. Dilarə efirə çıxdı, bu onun işi idi, neyləsin axı?! Dərzi də gedib paltarını tikir, qayıdır evinə. Bu onun da işidir” deyə xalq artisti bildirib.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.