Başqalarını da eyni şeyi etməyə necə sövq edə bilərik
İbn Həcər “əl-İsabə” kitabında (8/311) belə deyir:
Başqalarını da eyni şeyi etməyə necə sövq edə bilərik
“İfk” ayələri:
Allah-taala Nur surəsinin 11 və 12-ci ayələrində buyurur:
“Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir. Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir! Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”– demədilər?”.
Ayələrin mənası:
1. “Həqiqətən, yalan xəbər gətirənlər. ” (innəlləzinə cəu bil-ifki): bu cümlənin zahirindən belə başa düşülür ki, yalan xəbəri uyduran fail bir nəfər deyil, bir qrup şəxsdir. Əlbəttə, bu yalan xəbəri uyduranın bir nəfər olduğu da deyilə bilər. Belə ki, bir nəfərin bu yalanı uydurub ortaya atması, ardınca da bir qrup şəxsin bu yalanı yayması mümkündür. Belə olduqda, onların hamısı bu işdə şərik sayılar və sanki yalan xəbəri hamılıqla gətirmiş kimi olarlar. Bəlkə də məhz buna görə ayədə “iftəalu” (qondaranlar) feili deyil, “cəu” (gətirənlər) feili işlənmişdir. Yəni, bir nəfər qondarmış, qalanları isə yayıb gətirmişlər.
“Yalan xəbər” (əl-ifk): “ifk” yalan deməkdir. Bununla Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) xanımlarından birinin zina ilə – Allaha pənah – ittiham olunması nəzərdə tutulur. Ayədə ona görə “ittiham” (qəzf) ifadəsi deyil, “yalan” (ifk) ifadəsi işlənib ki, ittiham bəzən doğru, bəzən isə yalan ola bilər. Yalan ittiham üçün “ifk” sözü işlədilir.
2. “. sizdən olan bir zümrədir” (usbətun minkum): “usbə”, dəstə, camaat, qrup və zümrə deməkdir. Bəziləri “usbə”-nin üç ilə on arası nəfərdən, bəziləri on ilə qırx arası nəfərdən, bəziləri də daha fərqli rəqəmlərdən ibarət olduğunu demişlər.
“Sizdən olan” (minkum): yəni, kafir ərəblərdən və s.-dən deyil, məhz Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) səhabələrindən olan. Çünki, ayədəki xitab məhz onlara ünvanlanıb. Bu onu göstərir ki, bəzi səhabələr böyük günahlara mürtəkib olmuşlar. Bu da öz növbəsində ona dəlalət edir ki, Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) görüb ona iman gətirən və bu imanla ölən hər şəxs adil və saleh deyildir. Çünki, ədalət böyük günahlara mürtəkib olmaqla aradan gedir və yalnız tövbə edildiyi zaman geri qayıdır.
3. “Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir”: şübhəsiz ki, namuslu mömin qadınlara zina ittihamı vurmaq ən böyük günahlardan biridir. Allah-taala bu barədə belə buyurur: “Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir” (Nur surəsi, 23-cü ayə). Elə isə düşünün, ittiham olunan qadın Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımlarından biri olsa, necə olar. Şübhəsiz ki, günah ikiyə qatlanar; çünki, kişinin arvadını zinada ittiham etmək kişiyə əzab və əziyyət verir, üstəlik bu iş öz-özlüyündə də çirkin bir işdir; buna əsasən, bu iş Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) də narahat edib incitmişdir. Deməli bu işin günahı iki qat ağır olmalıdır, çünki Allah-taala Peyğəmbəri incidənlərə lənət və əzab vədi vermişdir: “Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır!” (Əhzab surəsi, 57-ci ayə).
Bu böhtan onu uyduranlar üçün şər olsa da, Quranın dediyi kimi, başqaları üçün bir xeyirdir. Bəlkə də bu işin xeyiri ondadır ki, bu hadisə ilə iftiraya məruz qalmış Peyğəmbər xanımının paklığı ortaya çıxmış, habelə bütün səhabələrin ədalətli olması iddiasının batilliyi aşkar olmuşdu.
4. “O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır”: yəni, yalan xəbər gətirən, onu yayıb rəvac verən hər bir şəxsin gördüyü işə (yalanı uydurmaq, onu yaymaq və s.) uyğun günahı və cəzası vardır. Bu ona dəlalət edir ki, hətta Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) səhabəsi olsa belə, Allah heç bir günahkar şəxsə Cəhənnəm odundan amanda qalmaq zəmanəti verməmişdir, habelə, savab və cəza qaydaları ümumi olub heç bir fərq olmadan bütün insanlara eyni dərəcədə şamil olur.
5. “Onlardan günahın böyüyünü öz üstünə götürəni isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir”: yəni, bu iftiranı qondarmaqda və ya yaymaqda böyük rol oynayan şəxsi çox böyük bir əzab gözləyir. Ayədəki “çox böyük bir əzab” (azəbun azim) ifadəsi Qurani-Kərimdə tez-tez işlədilir və onunla adətən axirətin şiddətli əzabı nəzərdə tutulur.
6. “Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: “Bu, açıq-aydın bir böhtandır!”– demədilər?”: ayədəki “nə üçün” (ləu lə) sözü tənbeh və məzəmmət xarakteri daşıyır. Bununla qarşı tərəfi danlamaq, yaxud sözü gedən işi görməməsinə görə peşman olması lazım gəldiyini ona hiss etdirmək istənilir.
Həmçinin, bu ayə bir kəs barəsində ittiham eşitdiyi zaman möminin necə davranması gərəkdiyini açıqlayır. Ayəyə əsasən, belə bir vəziyyətdə mömin iki iş görməlidir. Bunlardan biri qəlbə, digəri isə əmələ aiddir:
Qəlbə aid olana gəlincə: mömin şəxs ittihama uğrayan mömin kişi və qadınlara qarşı hüsnü-zənn etməli, onlar barəsində yaxşı şey düşünməli, onlarla bağlı deyilən pis və əxlaqsız işləri təsdiq etməməli və onların pak olduqlarını düşünüb baş verənləri ən yaxşı yerə yozmalıdır;
Əmələ aid olana gəlincə: atılan ittihamı dili ilə inkar etməli və onu rədd edib təkzib etməlidir.
Burada bir neçə məsələyə diqqət çəkmək istəyirik:
1. Mömin və möminələri zinada ittiham etmək ən böyük günahlardandır. Allah bu günah üçün böyük bir əzab vəd etmişdir. İnsan belə bir iş görməkdən ciddi şəkildə çəkinməlidir. Bu, ittiham olunan şəxsə əzab vermək, özünü isə şiddətli axirət əzabına və ilahi lənətə düçar etməkdir.
2. İttihamı yayan, onun camaat arasında məşhur edən və ümumiyyətlə, bu işə daxil olan hər bir kəs ittihamı qondaran adamın çirkin işində onunla şərikdir. Onların arasında ən böyük günah və lənət qazanan isə, əlbəttə ki, ittihamı ilk ortaya çıxaran şəxsdir.
3. Hər hansı bir mömin kişi və ya qadın barəsində ittiham eşidən mömin ittiham olunan şəxs barəsində hüsnü-zənn etməli, ittihamı təkzib edib rədd etməlidir.
4. Mömin gözünün gördüyü, qulağının eşitdiyi şeyləri camaat arasında yaya bilməz. Muhəmməd ibn Humranın İmam Sadiq (əleyhissəlam)-dan nəql etdiyi səhih bir hədisdə deyilir ki:
من قال في أخيه المؤمن ما رأته عيناه، وسمعته أذناه، فهو من الذين قال الله عز وجل : (إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ في الدنيا والآخرة).
“Kim mömin qardaşı barədə gözünün gördüyü və qulağının eşitdiyi bir şeyi danışarsa, o şəxs “Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab var¬¬dır. Allah bilir, siz isə bilmirsiniz” (Nur surəsi, 19-cu ayə) ayəsində bildirilən şəxslərdən olar”. (“Əmalis-Səduq”: səh.276, “Əl-Kafi”: 2/357) .
5. Əgər mömin öz gözünün görüb qulağının eşitdiyi şeyi danışa bilməzsə, onda doğru olub-olmadığı bilinməyən şayiələri necə danışa bilər?! Əgər mömin şəxs danışılan şayiəni yayıb ona rəvac versə, onda möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyən şəxslərdən sayılar.
6. Çox təəssüflər olsun ki, bir çox şəxslər heç bir dəlil-sübut olmadan camaatın namusu barədə çox rahat şəkildə danışa bilirlər. Belə şəxslər dəlil olmayan şeyi dəlil sayır, yalan ola biləcək faktı dəlil hesab edirlər. Bütün bunlar dini baxımdan qadağan olan işlərdir. Mömin olan şəxs belə işlərdən uzaq durmalıdır.
7. Ən yaxşısı odur ki, mömin şəxs bildiyini danışmasın. Çünki, zatən bildiyini danışmaq ona vacib deyildir. Hətta, əksinə, bəzən gözü ilə gördüyünü danışan şəxs şəriət nəzərində “ittihamçı” (qazif) sayıla bilər. Məsələn, əgər bir şəxs bir kişi ilə bir qadını zina edən yerdə görsə, lakin yanında əlavə 3 şahid olmasa, sonra gəlib bunu xəbər versə, onda həmin şəxs doğru desə belə, Allah yanında ittihamçı sayılar. Buna əsasən, ittihamçı, doğruçu olsa belə, istənilən halda zərər görəndir.
Şeyx Səduq (Allah ona rəhmət etsin) “Mən la yəhduruhul-fəqih” kitabında (2/399) belə nəql etmişdir:
قال أمير المؤمنين (عليه السلام) في وصيته لابنه محمد بن الحنفية: يا بني لا تقل ما لا تعلم، بل لا تقل كل ما تعلم.
“Əmirəlmöminin (əleyhissəlam) oğlu Muhəmməd ibn əl-Hənəfiyyəyə etdiyi vəsiyyətində demişdir: Ey oğlum, bilmədiyini demə, hər bildiyini də demə”.
“İfk” ayələri hansı səbəblə nazil olub?
İfk ayələri bir qrup səhabənin bir qadını zinada ittiham etdiklərini bildirir. Bütün müsəlmanlar bu qadının həzrət Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) xanımlarından biri olduğunu demişlər. Lakin, onlar bu xanımın kimliyi barəsində ixtilaf etmişlər.
Birinci nəzər
Əhli-sünnə məzhəbi nəzərində məşhur olan fikirə əsasən, zina ittihamı yaxılan qadın Əbu Bəkr qızı Aişədir. Bir qrup əhli-sünnə alimi buna əsaslanaraq bildirmişlər ki, kim Aişənin namusu ilə bağlı nalayiq söz desə və ya onu zinada ittiham etsə, ifk ayələrini inkar etmişdir; kim də Quranın hansısa bir ayəsini inkar edərsə, kafirdir.
İbn Həzm “əl-Mühəlla” əsərində öz sənədi ilə Malik ibn Ənəsdən belə nəql etmişdir:
من سبَّ أبا بكر وعمر جُلد، ومن سبَّ عائشة قُتل. قيل له: لم يقتل في عائشة؟ قال: لأن الله تعالى يقول في عائشة (رضي الله عنها): (يعظكم الله أن تعودوا لمثله أبداً إن كنتم مؤمنين). قال مالك: فمن رماها فقد خالف القرآن، ومن خالف القرآن قتل .
“Kim Əbu Bəkr və Öməri söysə, şallaqlanar. Kim Aişəni söysə, öldürülər. Ona “Aişəni söyən şəxs nə üçün öldürülər?”, – sualı verilincə, belə demişdir: “Çünki, Allah-taala Aişə barəsində “Əgər möminsiznisə, (bilin ki) Allah sizə bir daha belə işlər görməməyi nəsihət edir” deyir. Kim onu (zina və ya əxlaqsız bir işdə) ittiham etsə, Quranı inkar etmiş olar, kim Quranı inkar etmiş olsa, öldürülər.”
Bunun ardınca İbn Həzm demişdir:
قول مالك ههنا صحيح، وهي ردة تامة، وتكذيب لله تعالى في قطعه ببراءتها، وكذلك القول في سائر أمهات المؤمنين ولا فرق؛ لأن الله تعالى يقول: (وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ أُولَئِكَ مُبَرَّأُونَ مِمَّا يَقُولُونَ) [النور: 26]، فكلهن مبرءات من قول إفك
“Malikin bu sözü doğrudur. Bu iş açıq-aşkar inkar etmək (və ya: dindən dönmək) və Allahın Aişənin paklığını qəti şəkildə sübuta yetirməsini təkzib etməkdir. Bu məsələ digər Peyğəmbər xanımları üçün də keçərlidir. Çünki, Allah-taala onlar barəsində “Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar onların (münafiq və fasiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar”, – deyə buyurur (Nur surəsi, 26-cı ayə). Buna əsasən, onların hamısı çirkin iddiadan uzaqdırlar.”
Ayələrin Aişə barəsində nazil olmasının dəlili
Bu mövzuda ən əsas dəlil Buxari və Müslimin öz “Səhih” adlı kitablarında Aişənin özündən nəql etdikləri bir hədisdir. Həmin hədisdə deyilir ki, Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alihi və səlləm) hərbi yürüşlərdən birinə gedirmiş. Bu zaman xanımları arasında püşk atır və püşk Aişəyə düşür. Bundan sonra Peyğəmbər onu özü ilə aparır. Yürüş bitdikdən sonra geri dönərkən Mədinə yaxınlığında mənzil salmalı olurlar. Bu vaxt Aişə öz boyunbağısını itirir. Bu səbəbdən də boyunbağısını axtarmaq üçün gedir. Lakin bu əsnada karvan tərpənir və müsəlmanlar Aişənin öz kəcavəsində olduğunu zənn edib yola düşürlər. Aişə geri qayıtdıqda karvanın getdiyini görür və olduğu yerdə əyləşib gözləməyə başlayır. Həmin vaxt qoşunun arxasında qalan Səfvan ibn əl-Müəttəl əs-Süləmi adlı səhabə dəvəsi ilə birgə oradan keçir. Səfvan Aişənin qoşun karvanından ayrı düşdüyünü görərək onu öz miniyinə mindirir və özü miniyin önündə gedərək Mədinəyə gəlirlər. Bu vaxt münafiqlər Aişə barədə iftira yaymağa başlayırlar. Bu işdə ən böyük rolu münafiqlərin başçısı Abdullah ibn Übey ibn Səlul alır.
Bu dediyimiz uzun və müfəssəl bir rəvayətin xülasəsi idi. Rəvayətin sonunda deyilir ki, Allah ifk ayələrini nazil edərək Aişəni ona atılan iftiradan təmizə çıxarır.
Bu hədislə bağlı bəzi mülahizələr
Aişənin özündən nəql olunan bu rəvayətlə bağlı həm sənəd, həm də mətn yönündən bir neçə məsələni qeyd etmək istərdik:
Rəvayətin sənədi ilə bağlı mülahizələr:
1. Bu rəvayəti İbn Şihab əz-Zuhri yığıb bir araya toplamışdır. Yəni, Aişə bütün bu uzun əhvalatı bir rəvayətdə nəql etməmişdir. Əksinə, bir nəfər ondan bu hadisənin bir hissəsini, başqası başqa bir hissəsini, bir başqası da başqa bir hissəsini nəql etmişdir. Nəticədə İbn Şihab əz-Zuhri bu rəvayəti dörd ravinin (nəql edənin) dediklərindən bir araya toplayıb ortaya bu rəvayəti çıxarmışdır.
عن ابن شهاب الزهري، عن عروة بن الزبير، وسعيد بن المسيب، وعلقمة بن وقاص الليثي، وعبيد الله بن عبد الله بن عتبة، عن عائشة (رضي الله عنها) زوج النبي (صلى الله عليه وسلم) حين قال لها أهل الإفك ما قالوا، فبرأها الله منه، قال الزهري : وكلهم حدثني طائفة من حديثها، وبعضهم أوعى من بعض وأثبت له اقتصاصاً [أي أحفظ وأحسن إيراداً وسرداً للحديث]، وقد وعيت عن كل واحد منهم الحديث الذي حدثني عن عائشة، وبعض حديثهم يصدِّق بعضاً، زعموا أن عائشة قالت .
İbn Şihab Ürvə ibn Zübeyrdən, Səid ibn əl-Müseyyibdən, Əlqəmə ibn Vəqqas əl-Leysidən və Übeydullah ibn Abdullah ibn Ütbədən, onlar da Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) xanımı Aişədən iftira əhlinin hadisəsini nəql etmişlər.
Zuhri deyir ki: “Bu dörd nəfərin hər biri hadisənin bir hissəsini mənə nəql etdi. Onların bəziləri bəzilərindən daha yaddaşlı və daha dəqiqdirlər. Mən onların Aişədən nəql etdikləri hədisi diqqətlə dinləmişəm. Onların dediklərini bir-birlərini təsdiqləyir. Onlar iddia edirdilər ki. (əhvalat).”
Əl-Əyni “Ümdətül-qari” kitabında bu fakta işarə edərək nəql olunan əhvalatın Zuhri tərəfindən düzülüb-nizamlanmasının bir problem olmadığını bildirmiş, bu fikrini Zuhrinin hadisəni siqə (etibarlı) şəxslərdən nəql etməsi ilə əsaslandırmışdır. Halbuki, Zuhri “bəlağat” və “idracat”la məşhur olan birisidir. Bu, istənilən halda rəvayət üçün nöqsanlı hal sayılır.
2. Bu rəvayət yalnızca Aişədən nəql olunmuşdur. Bu, çox qəribədir. Çünki, adətən zinada ittiham olunan qadın belə bir hadisəni yayıb danışmaz, əksinə, hadisəni ondan qeyriləri nəql edərlər. Halbuki, biz burada bunun əksini görürük. Habelə, bu iftira hadisəsi ilə bağlı 10 ayə nazil olmuş, Aişənin nəql etdiyinə görə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) minbərə çıxıb bu barədə xütbə etmiş, müsəlmanlar bu münasibətlə toplanıb bir araya gəlmiş, Əvs və Xəzrəc qəbilələri arasında çaxnaşma yaranmış və üç nəfər səhabə “qəzf” (ittiham) cəzasına məruz qalaraq şallaqlanmış, bütün bunlarla yanaşı, bu mühüm hadisəni təkcə Aişə nəql etmişdir. Halbuki, bundan daha az önəmli məsələləri bir neçə səhabə nəql etmişdir.
Bu rəvayətin səhihliyinə əlavə şahid ola biləcək başqa rəvayətlər olsa da, o rəvayətlər də Aişədən nəql olunmuşdur.
Həmin rəvayətlərdən biri Buxarinin öz sənədi ilə Yusif ibn Mahikdən nəql etdiyi aşağıdakı rəvayətdir:
كان مروان على الحجاز، استعمله معاوية، فخطب، فجعل يذكر يزيد بن معاوية، لكي يبايَعَ له بعد أبيه، فقال له عبد الرحمن بن أبي بكر شيئاً، فقال: خذوه، فدخل بيت عائشة، فلم يقدروا، فقال مروان: إن هذا الذي أنزل الله فيه : ( وَالَّذِي قَالَ لِوَالِدَيْهِ أُفٍّ لَكُمَا أَتَعِدَانِنِي ) [ الأحقاف: 17 ] ، فقالت عائشة من وراء الحجاب: ما أنزل الله فينا شيئاً من القرآن إلا أن الله أنزل عذري
“Mərvan Hicazın valisi idi. Onu bu vəzifəyə Müaviyə təyin etmişdi. O, xütbə edib atasından sonra ona beyət edilsin deyə Yezid ibn Müaviyədən danışmağa başladı. Əbdür-Rəhman ibn Əbu Bəkr ona bir söz dedi, Mərvan “tutun onu!”, – deyə əmr etdi. Əbdür-Rəhman (bacısı) Aişənin evinə daxil oldu, buna görə də məmurlar bir şey edə bilmədilər. Bu zaman Mərvan dedi: “Bu (Əbdür-Rəhman) o adamdır ki, Allah onun barəsində “Bəziləri də öz ata-anasına “tfu sizə! Mənə (öldükdən sonra diriləcəyimi) vəd verirsiniz?!”, – deyər” (Əhqaf surəsi, 17-ci ayə) ayəsini nazil etmişdir.” Bu vaxt Aişə örtüyün arxasından dedi: “Allah Quranda bizim barəmizdə mənim bəraətimi bildirən ayədən başqa heç bir şey nazil etməyib.”
Bu rəvayət Aişənin özündən nəql olunmasından əlavə, əhli-sünnənin inandığı başqa bir şeyi də inkar edir. Belə ki, rəvayət Əbu Bəkr barəsində Quranda ayələrin, xüsusən də “mağara ayəsi”nin nazil olması fikrini inkar edir. Çünki, rəvayətdə Aişənin “Allah Quranda bizim barəmizdə mənim bəraətimi bildirən ayədən başqa heç bir şey nazil etməyib”, – dediyi bildirilir, bu isə o deməkdir ki, Quranda Əbu Bəkr və ailəsi ilə bağlı təkcə Nur surəsinin sözü gedən ayələri nazil olub. Aişə bu sözü Müaviyənin hakimiyyətinin axır illərində demişdir.
Digər bir rəvayət Təbəraninin öz sənədi ilə Aişədən nəql etdiyi bu rəvayətdir:
قالت: لما بلغني ما تكلموا به هممت أن آتي قليباً فأطرحَ نفسي فيه .
“Camaatın danışdığı sözlər mənə çatdıqda, bir quyunun başına gəlib özümü quyuya atmaq istədim”.
Bu rəvayət ifk hədisində Aişədən nəql olunan digər sözlə ziddiyyət təşkil edir. İfk hədisində deyilir ki, camaatın danışdığı iftira Aişəyə çatdıqda, Aişə belə demişdi:
والله ما أجد لي ولكم مثلاً إلا أبا يوسف إذ قال : ( فَصَبْرٌ جَمِيلٌ وَاللَّهُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ ) [ يوسف: 18 ] ، ثم تحولتُ إلى فراشي، وأنا أرجو أن يبرئنيَ الله
“Allaha and olsun, özüm və sizin üçün yalnız Yusifin atasını nümunə hesab edirəm. O(na) da (pis xəbər çatınca) “Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”, – demişdi. (Yusif surəsi, 18-ci ayə) Sonra Allahın məni təmizə çıxaracağına ümid edər halda öz yatağıma getdim”.
Bu rəvayətdə isə Aişənin ittiham səbəbindən özünü öldürmək istədiyi deyilir. Bu, olduqca qəribə bir işdir. Bu hadisə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) intihar etmək istəməsi ilə bağlı “Səhihül-Buxari” kitabında nəql olunan rəvayətə bənzəyir. Həmin rəvayətdə deyilir ki, hər dəfə vəhy gecikdikdə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) uca bir dağın başına çıxıb özünü yerə atmaq istəyirmiş, lakin hər dəfə Cəbrail (əleyhissəlam) gözünə görünərək, “ey Muhəmməd, sən həqiqətən də Allahın elçisisən”, – deyirmiş!
Bəli, Buxari öz “Səhih” kitabında Aişənin anası Ümmü-Rumanda da bir rəvayət nəql etmişdir. Həmin rəvayətdə Məsruq deyir ki:
سألت أم رُوْمان وهي أم عائشة عما قيل فيها ما قيل، قالت: بينما أنا مع عائشة جالستان إذ ولجت علينا امرأة من الأنصار وهي تقول: فعل الله بفلان وفعل، قالت: فقلت: لم؟ قالت: إنه نما ذكرَ الحديث، فقالت عائشة: أي حديث؟ فأخبرتها. قالت: فسمعه أبو بكر ورسول الله (صلى الله عليه وسلم) ؟ قالت: نعم. فخرت مغشيا عليها، فما أفاقت إلا وعليها حمى بنافض، فجاء النبي (صلى الله عليه وسلم) ، فقال: ما لهذه؟ قلت: حمى أخذتها من أجل حديث تحدث به، فقعدتْ، فقالت: والله لئن حلفت لا تصدقونني، ولئن اعتذرت لا تعذرونني، فمثلي ومثلكم كمثل يعقوبَ وبنيه، فالله المستعان على ما تصفون. فانصرف النبي (صلى الله عليه وسلم) ، فأنزل الله ما أنزل، فأخبرها فقالت: بحمد الله لا بحمد أحد
“Aişənin anası Ümmü-Rumana Aişənin hadisəsi barəsində sual verdim, belə dedi:
Mən Aişə ilə birgə oturduğum vaxt ənsardan olan bir qadın “Allah filankəsi belə-belə etsin!”, – deyə-deyə bizim yanımıza gəldi. Mən dedim:
– O, söz-söhbət yayıb.
Qadın hadisəni danışdı.
– Bunu Əbu Bəkr və Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) eşidib?. Qadın dedi:
Bu zaman Aişə huşunu itirib yerə yıxıldı. Özünə gəldikdə titrəmə və qızma içində idi. Bu vaxt Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) gəlib dedi:
– Danışılan bir söhbətə görə onu qızdırma tutub.
Bu vaxt Aişə qalxıb oturdu və dedi:
– Allaha and olsun, əgər and içsəm, mənə inanmayacaqsınız, əgər üzr gətirsəm, mənim üzrümü qəbul etməyəcəksiniz. Mənim və sizin məsələniz Yaqub və övladlarının məsəli kimidir. Dediklərinizdən ötrü yalnız Allahdan kömək diləmək lazımdır.
Bundan sonra Peyğəmbər çıxıb getdi. Sonra Allaha məlum ayələrini endirdi. Peyğəmbər bu ayələri Aişəyə xəbər verdikdə Aişə belə dedi: “Heç kəsə yox, Allaha şükürlər olsun!”.
Xətib əl-Bağdadi “Kitabul-mərasil” kitabında belə demişdir:
أخرج البخاري عن مسروق عن أم رومان (رضي الله عنها) وهي أم عائشة طرفاً من حديث الإفك، وهو وهم، لم يسمع مسروق من أم رومان (رضي الله عنها)؛ لأنها توفيت في عهد النبي (صلى الله عليه وسلم) ، وكان لمسروق حين توفيت ست سنين، قال: وخفيت هذه العلة على البخاري، وأظن مسلماً فطن لهذه العلة، فلم يخرجه له، ولو صحَّ هذا لكان مسروق صحابيًّا، لا مانع له من السماع من النبي (صلى الله عليه وسلم) ، والظاهر أنه مرسل. وقال ابن عبد البر: رواية مسروق عن أم رومان مرسلة، وتبعه القاضي عياض، وتبعهما جماعة من المتأخرين.
“Buxari Məsruq yolu ilə Aişənin anası Ümmü-Rumandan ifk hadisəsinin bir hissəsini nəql etmişdir. Lakin, bu, xətadır. Çünki, Məsruq Ümmü-Rumandan şəxsən hədis eşitməmişdir. Çünki, Ümmü-Ruman Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) zamanında vəfat etmiş və o zaman Məsruqun 6 yaşı olmuşdur. Hədisdəki bu nöqsan Buxarinin nəzərindən qaçmışdır. Düşünürəm ki, Müslim bu nöqsanı görmüş və bu səbəbdən bu hədisi nəql etməmişdir. Əgər bu hədis səhih olsa, onda Məsruq səhabə sayılar və Peyğəmbərdən (sallallahu əleyhi [və alihi] və səlləm) hədis eşitməsində bir maneə olmaz (həqiqət isə belə deyildir). Görünən budur ki, hədis mürsəldir.
İbn Əbdül-Bərr də “Məsruqun Ümmü-Rumandan nəql etdiyi rəvayət mürsəldir”, – demiş, Qazi əl-İyad da belə demişdir. Son dövrün alimlərindən olan bir qrup alim də onlar kimi demişdir”. (“Fəthül-bari”, 1/373)
Nəticə: Bu rəvayət mürsəldir. Bu səbəbdən də onu qəbul etmək olmaz. Üstəlik, ifk hədisində deyilir ki, bu xəbəri Aişəyə çatdıran şəxs Ümmü-Mistahdır, bu rəvayətdə isə xəbəri çatdıran şəxsin ənsardan olan bir qadın olduğu bildirilir.
Burada bir məsələni də vurğulayaraq demək istərdik ki, hədis elmindən məlumatı az olan bəzi şəxslərin dediyi kimi, əhli-sünnə alimləri hamılıqla “Səhihül-Buxari”nin tamamilə səhih olması üzərində icma etməmişlər.
Bütün bu deyilənlərdən belə nəticəyə gəlirik ki, ifk ayələrinin nazil olma səbəbinə dair Aişədən nəql olunan bu rəvayətin sənədi ilə bağlı bir sıra irad və mülahizələr mövcuddur və bu irad və mülahizələr bu ayələrin Əbu Bəkr qızı Aişə barəsində nazil olması barədə arxayınlıq hasil etmir.
Rəvayətin məzmunu ilə bağlı mülahizələr:
1. Aişənin nəql etdiyi ifk hədisinə görə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Aişənin zina etməsi məsələsində şəkk edibmiş (Allaha pənah). Hədisdə Peyğəmbərin belə dediyi nəql olunur:
أما بعد يا عائشة، فإنه قد بلغني عنك كذا وكذا، فإن كنت بريئة فسيبرئك الله، وإن كنت ألممتِ بذنب فاستغفري الله، وتوبي إليه، فإن العبد إذا اعترف بذنبه، ثم تاب إلى الله، تاب الله عليه
“Ey Aişə, sənin barəndə mənə belə-belə xəbərlər çatıb. Əgər sən bu deyilənlərdən uzaqsansa, onda Allah səni təmizə çıxaracaq. Yox əgər bir günah etmisənsə, onda Allahdan bağışlanma diləyib tövbə et; əgər bəndə öz günahını etiraf edib Allaha tövbə etsə, Allah onun tövbəsini qəbul edər.”
Vəhhabiliyin ideoloqu İbn Teymiyyə əl-Hərrani də “Minhacüs-sünnə” kitabında (7/80) Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alihi və səlləm) Aişə barədə şübhə etdiyini demişdir. İbn Teymiyyə deyir:
وفي الصحيحين أنه قال لعائشة رضي الله عنها في قصة الإفك قبل أن يعلم النبي براءتها وكان قد ارتاب في أمرها فقال: يا عائشة أن كنت بريئة فسيبرئك الله، وإن كنت ألممتِ بذنب فاستغفري الله .
“İki səhih kitabda nəql olunur ki, Peyğəmbər Aişənin ittihamdan uzaq olduğunu bilməzdən qabaq Aişə barəsində şübhəyə düşmüş və ona “ey Aişə, əgər sən bu deyilənlərdən uzaqsansa, onda Allah səni təmizə çıxaracaq. Yox əgər bir günah etmisənsə, onda Allahdan bağışlanma dilə”, – demişdir”.
Bu, qəbulolunmaz bir şeydir. Çünki, Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alihi və səlləm) Allah-taalanın öz peyğəmbərlərini əxlaqsız qadınla ailə qurmaqdan uzaq saxladığını və bütün peyğəmbər xanımlarını zina və s. bu kimi iffətsiz əməllərə mürtəkib olmaqdan qoruduğunu bilirdi. Elə isə hansısa bir münafiqin və başqa birisinin sözünə görə öz xanımı barəsində necə şəkkə düşə bilər?
2. Aişənin nəql etdiyi hədisə görə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Aişəni haqsız yerə cəzalandırmış, Aişənin zinaya mürtəkib olub-olmadığını bilmədən düz bir ay Aişəni tərk etmiş, Aişəyə baş çəkməyə gəldikdə də, onun adını çəkmədən evdəkilərdən sadəcə “o necədir?”, – deməklə kifayətlənmiş və Aişənin yanına daxil olmamışdır.
Bu da qəbul edilməz bir işdir. Çünki həyat yoldaşı barədə şəkk etmək onu tərk etməyə və hüquqlarını pozmağa əsas vermir. Xüsusən də nəzərə almaq lazımdır ki, sonradan Aişənin təmiz olduğu üzə çıxmışdır; deməli Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) heç bir doğru üzr olmadan günahsız bir adamı cəzalandırmışdır. Bu isə, Peyğəmbər kimi bir şəxsiyyət barəsində düşünülə bilməz.
3. Aişənin hədisinə görə, Əbu Bəkr Aişəni Peyğəmbərə xəyanət etməkdə ittiham etmişdir. Təbəraninin “əl-Mucəmul-əvsət” kitabında (23/117) Aişədən nəql etdiyi bir hədisdə deyilir:
جاء أبو بكر فدخل عليَّ، فقال: يا رسول الله ما تنتظر بهذه التي خانتك وفضحتني
“Əbu Bəkr gəlib mənim olduğum otağa daxil oldu və dedi: “Ey Allahın Rəsulu, sənə xəyanət edib məni rüsvay edən bu qadın barəsində daha nəyi gözləyirsən?!”
Halbuki, əxlaqsız bir işdə ittiham edilən bir qadını ərinə xəyanət etmiş və atasını rüsvay etmiş kimi təqdim etmək doğru deyildir. Buna rəğmən, biz bu hədisdə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Əbu Bəkrə etiraz etmədiyini, əksinə, susub heç bir söz demədiyini görürük.
4. Aişənin hədisinə görə, Səd ibn Muaz həmin hadisələr vaxtı sağ imiş. Aişə deyir:
فقام سعد بن معاذ الأنصاري، فقال: يا رسول الله أنا أعذرك منه، إن كان من الأوس ضربتُ عنقه، وإن كان من إخواننا من الخزرج أمرتنا، ففعلنا أمرك. الخ .
“Səd ibn Muaz ayağa qalxıb dedi: “Ey Allahın Rəsulu, mən o şəxsi (ittiham atanı) cəzalandıraram. Əgər Əvs qəbiləsindən olsa, boynunu vuraram, əgər xəzrəcli qardaşlarımızdan olsa, onda bizə əmr edərsən, biz sənin dediyini edərik. ”.
Halbuki, Səd ibn Muaz Bəni-Qüreyzə döyüşündən sonra hicrətin 4-cü ilində vəfat etmişdir. İfk hadisəsi isə İbn Kəsir (“əl-Bidayə vən-nihayə”: 4/161) və başqalarının qeyd etdiyi kimi, hicrətin 6-cı ilində baş vermişdir.
İbn Həcər əl-Əsqəlani deyir:
قال عياض: في ذكر سعد بن معاذ في هذا الحديث إشكال، لم يتكلم الناس عليه، ونبَّهنا عليه بعض شيوخنا، وذلك أن الإفك كان في المريسيع، وكانت سنة ست فيما ذكر ابن إسحاق، وسعد بن معاذ مات من الرمية التي رميها بالخندق، فدعا الله، فأبقاه حتى حكم في بني قريظة، ثم انفجر جرحه فمات منها، وكان ذلك سنة أربع عند الجميع، إلا ما زعم الواقدي أن ذلك كان سنة خمس، قال: وعلى كل تقدير فلا يصح ذكر سعد بن معاذ في هذه القصة .
“İyad demişdir: Bu hədisdə Səd ibn Muazın adının çəkilməsi irad doğurur. İnsanlar bu məsələyə diqqət yetirməmişlər. Bizə də bunu şeyxlərimizdən biri demişdir. Sədin adının çəkilməsi ona görə irad doğurur ki, ifk hadisəsi Müreysi döyüşünün baş verdiyi ildə baş vermişdir. Müreysi döyüşü də, İbn İshaqın dediyinə əsasən, hicrətin 6-cı ilində baş vermişdir. Səd ibn Muaz isə Xəndək döyüşündə atılan bir ox səbəbindən ölmüşdür; o, ox yarası aldıqdan sonra Allaha dua etmiş, (Bəni-Qüreyzənin məğlub olmasını və özünün Bəni-Qüreyzəyə hakim olmasını görüncəyə qədər canını almamasını istəmiş,) Allah da onu Bəni-Qüreyzəyə hakim olanadək sağ saxlamışdı. Bəni-Qüreyzəyə qalib gəldikdən sonra yarası partlamış və bunun nəticəsində ölmüşdür. Bu hadisə bütün tarixçilərin nəzərincə, hicrətin 4-cü ilində baş vermişdir. Bircə Vaqidi bu hadisənin hicrətin 5-ci ilində baş verdiyini demişdir. İstənilən halda, Səd ibn Muazın adının bu hadisədə çəkilməsi doğru deyildir.” (“Fəthül-Bari”: 8/580) .
Bu səbəbdən də İbn Əbdül-Bərr, İbn əl-Ərəbi, Qurtubi və başqaları kimi bir sıra əhli-sünnə alimi bu məsələyə öz etirazlarını bildirmişlər.
İbn Həcər əl-Əsqəlani deyir:
واستشكله ابن حزم؛ لاعتقاده أن الخندق قبل المريسيع، وتعرض له ابن عبد البر فقال: رواية من روى أن سعد بن معاذ راجع في قصة الإفك سعد بن عبادة وهم وخطأ، وإنما راجع سعد بن عبادة أسيد بن حضير كما ذكره ابن إسحاق، وهو الصحيح، فإن سعد بن معاذ مات في منصرفهم من غزوة بني قريظة لا يختلفون في ذلك، فلم يدرك المريسيع ولا حضرها. وبالغ ابن العربي على عادته فقال: اتفق الرواة على أن ذكر ابن معاذ في قصة الإفك وهم، وتبعه على هذا الإطلاق القرطبي .
“Xəndək döyüşünün Müreysi döyüşündən öncə baş verdiyinə inandığına görə İbn Cəzm bu hədisdə Sədin adının çəkilməsini iradlı hesab etmişdir. İbn Əbdül-Bərr də bu məsələyə toxunaraq demişdir: “İfk hadisəsi zamanı Səd ibn Muazın Səd ibn Übadə ilə höcətləşməsi faktı səhv və xətadır. Səd ibn Übadə ilə höcətləşən şəxs İbn İshaqın qeyd etdiyi kimi, Üseyd ibn Hudeyrdir. Doğru olan məhz budur. Çünki, Səd ibn Muaz Bəni-Qüreyzə döyüşündən qayıdarkən vəfat etmişdir. Bu barədə heç kəs ixtilaf etmir. Səd ibn Muaz Müreysi döyüşü zamanı həyatda olmayıb və bu döyüşdə iştirak etməyib.” İbn əl-Ərəbi isə adəti üzrə ifrata vararaq “hədis nəql edənlər hamılıqla demişlər ki, bu hədisdə Səd ibn Muazın adının çəkilməsi səhvdir”, – demişdir. Qurtubi də elə onun kimi demişdir”. (“Fəthül-Bari”: 8/581) .
Bundan başqa, sual doğuran digər bir məqam odur ki, Səd ibn Muaz ilə Səd ibn Übadə arasında, həmçinin, Əvs ilə Xəzrəc arasında baş verənlər məsciddə baş vermiş və bu zaman Aişə orada olmamışdır. Elə isə, Aişə məsciddə yox evdə olduğu və özünün də dediyi kimi, başı özünə qarışdığı halda, bütün bunları necə bilmişdir?
5. Aişə öz hədisində içlərində Həssan ibn Sabit, Bədr döyüşündə iştirak etmiş Mistah ibn Üsasə, Himnə binti Cəhş və başqaları kimi şəxslərin olduğu bir qrup səhabənin həlak olduğunu deyir. Bu, əhli-sünnənin inandığı bütün səhabələrin ədalətli olması, onların hamısının cənnətlik olması və Allahın onların hamısından razı qalması inancı ilə ziddiyyət təşkil edir.
Maraqlıdır ki, bəzi cahillər şiələri Aişə barəsində uydurulan iftiranı təsdiq etməkdə ittiham edərək onları kafir bilir, lakin bu iftiranı uydurub yayanları kafir bilmirlər. Əgər kimsə təkfir edilməlidirsə, onda iftiranı çıxaranları nə üçün təkfir etmirlər?
Bizə gəlincə, bizim nəzərimizdə kiminsə Aişəni zinada (Allaha pənah) ittiham etdiyi sübuta yetsə, biz o şəxsi xətakar bilib onu son dərəcə şiddətlə təkzib etsək də, etdiyi işi Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) ləkə gətirmək məqsədiylə etmədiyi və etdiyi işi kişinin xanımını zinada ittiham etməklə kişiyə ləkə gətirmək arasındakı əlaqəyə diqqət yetirmədən etdiyi təqdirdə, onu kafir bilmərik. Aişənin hədisində də Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) zina ittihamını yayan şəxslərdən kimisə kafir hesab etdiyini bildirilməmişdir.
6. İfk hadisəsinə dair əhli-sünnə rəvayətlərində başqa bir ziddiyyət də gözə çarpır. Belə ki, onların rəvayətlərinin bir qismi Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu iftiranı uyduranlara cəza tətbiq etdiyini bildirdiyi halda, digər qismi bu məsələdən ümumiyyətlə söz açmır.
7. Aişənin hədisinə görə, Aişənin anası Ümmü-Ruman Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) digər həyat yoldaşlarını Aişəni zinada ittiham etməkdə təqsirləndirmişdir. Hədisdə Ümmü-Rumanın Aişəyə belə dediyi qeyd olunur:
يَا بُنَيَّةُ هَوِّنِي عَلَيْكِ، فَوَاللَّهِ لَقَلَّمَا كَانَتِ امْرَأَةٌ قَطُّ وَضِيئَةً عِنْدَ رَجُلٍ يُحِبُّهَا لَهَا ضَرَائِرُ إِلاَّ كَثَّرْنَ عَلَيْهَا.
“Ey qızım, sakit ol. Ərinin sevimlisi olan elə bir gözəl qadın yoxdur ki, ərinin digər xanımları onun barəsində pis söz-söhbət çıxarmasınlar”.
Halbuki, Aişənin nəql etdiyi bu uzun rəvayətin heç bir yerində Peyğəmbər xanımlarından hansısa birinin bu ittihamın qondarılmasında iştirak etdiyinə işarə olunmur. Ümmü-Rumanın digər Peyğəmbər xanımlarını belə bir işdə ittihamı etməsi olduqca qəribədir.
Buxarinin nəql etdiyi başqa bir rəvayətdə isə Ümmü-Rumanın belə dediyi nəql olunur:
فإنه والله، لقلما كانت امرأة حسناء عند رجل يحبّها، لها ضرائر، إلا حسدنها وقيل فيها .
“Allaha and olsun, ərinin bir neçə xanımı arasında ən sevimlisi olan az gözəl qadın olur ki, ərinin digər xanımları ona həsəd aparıb barəsində söz-söhbət çıxarmasınlar”.
8. Aişənin hədisinə görə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) ifk hadisəsini minbər üstündə nəql edərək Abdullah ibn Übey ibn Səlulun onu incitdiyini (əziyyət verdiyini) demiş, bu zaman Səd ibn Muaz ayağa qalxaraq belə demişdir:
يا رسول الله أنا أعذرك منه، إن كان من الأوس ضربت عنقه، وإن كان من إخواننا من الخزرج، أمرتنا ففعلنا أمرك.
“Ey Allahın Rəsulu, mən o şəxsi (ittiham atanı) cəzalandıraram. Əgər Əvs qəbiləsindən olsa, boynunu vuraram, əgər xəzrəcli qardaşlarımızdan olsa, onda bizə əmr edərsən, biz sənin dediyini edərik”.
Bu zaman Abdullah ibn Übeyin öldürülməsi üstündə az qala Əvs ilə Xəzrəc arasında böyük bir fitnə çıxacaqmış. Halbuki, alimlər hamılıqla bildirirlər ki, iffətli və təmiz bir qadını zinada ittiham edən şəxs qətlə yetirilməz, əksinə, ona iftira cəzası olaraq 80 şallaq vurular. Ənsarlılar doğru olmayan bir iş üstündə az qala bir-birləri ilə döyüşəcəkmişlər. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) isə Sədin bu sözünü eşitmiş, amma onun xəta etdiyini bildirməmiş, səhvini ona göstərməmişdir. Peyğəmbərin yanlış bir söz eşitdiyi zaman susub ona etiraz etməməsi mümkün iş deyil.
9. Aişənin hədisi Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) – Allaha pənah – çaşqın, nə etdiyini bilməyən, vəziyyətdən çıxış yolunu tanımayan, buna görə də məşvərətlərində heç bir fayda olmayan kişi və qadınlarla məşvərət edən bir şəxs kimi təqdim edir. Məsələn, Aişənin hədisinə əsasən, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Himnə binti Cəhş ilə məsləhətləşir:
وكان رسول الله يسأل زينب ابنة جحش عن أمري، فقال: يا زينب ماذا علمت أو رأيت؟ فقالت: يا رسول الله، أحمي سمعي وبصري، ما علمت إلا خيراً .
“Himnə dedi: Ey Allahın Rəsulu, mən gözümü və qulağımı qoruyuram (hər deyilənə inanmıram). Mən (Aişə barəsində) xeyirdən başqa heç nə bilmirəm”.
Həmçinin, Üsamə ibn Zeyd və İmam Əmirəlmöminin (əleyhissəlam) ilə məsləhətləşir:
فأما أسامة بن زيد فأشار على رسول الله بالذي يعلم من براءة أهله، وبالذي يعلم لهم في نفسه من الود، فقال: يا رسول الله، أهلك، وما نعلم إلا خيراً، وأما علي بن أبى طالب فقال: يا رسول الله، لم يضيق الله عليك، والنساء سواها كثير، وإن تسأل الجارية تصدقك.
“Üsamə ibn Zeydə gəlincə, o, Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) zövcəsinin təmiz olduğunu düşündüyünü, ürəyində Peyğəmbər ailəsinə qarşı məhəbbət bəslədiyini bildirdi. O dedi ki: “Ey Allahın Rəsulu, o sənin həyat yoldaşındır. Biz sənin yoldaşın barəsində xeyirdən başqa bir şey bilmirik”. Əli ibn Əbu Talibə gəlincə isə, o belə dedi: “Ey Allahın Rəsulu, Allah sənin üçün məhdudiyyət qoymayıb; Aişədən başqa da çoxlu xanımlar var. Əgər (Aişənin) xidmətçi(sin)dən soruşsan, o sənə həqiqəti deyər”.
Hətta, Aişənin hədisinə görə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Aişənin xidmətçisi olan Bərirə adlı qadınla da məşvərət edib:
فقال لها: أي بريرة، هل رأيت عليها من شيء يريبك؟ قالت بريرة: لا والذي بعثك بالحق، إن رأيت عليها أمرا أغمصه عليها أكثر من أنها جارية حديثة السن، تنام عن عجين أهلها، فتأتي الداجن فتأكله .
“Ey Bərirə, Aişədə səni şübhəyə salan bir şey görmüsən? Bərirə dedi: “Səni haqq ilə göndərənə and olsun ki, xeyr. Onda gördüyüm yeganə nöqsanlı hal budur ki, o, azyaşlı bir qızdır, evdəkilər üçün xəmir yoğurur, sonra yuxuya gedib yatır, bu zaman ev qoyunu gəlib xəmiri yeyir.”
Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Allahın bu məsələdəki hökmünü bilirdi. Hökm budur ki, hər bir mömin şəxs zina ittihamı atılan təmiz və iffətli qadını bu ittihamdan uzaq bilməlidir. Buna əsasən, Peyğəmbərə gedib camaatdan xanımı barədə soruşmaq əvəzinə öz xanımını bu iftiradan uzaq bilməli idi.
Hətta Bərirənin və ya başqa bir şəxsin “mən Aişədən şübhələnirəm”, – dediyini fərz etsək belə, yenə də bu, heç bir şeyi dəyişdirməyəcəkdi. Çünki, bu cür məsələlərdə şübhə ilə şəri hökm hasil olmur və belə işlərdə şübhənin heç bir dəyəri yoxdur. Hətta, Bərirə “Aişənin zina etdiyini gördüm”, – desəydi belə, yenə bir şey dəyişməyəcəkdi; çünki, onun sözü ilə zina məsələsi sübuta yetmir. Ona görə ki, zinanın sübuta yetməsi üçün dörd nəfər adil kişinin şahidlik etməsi lazımdır. Üstəlik, şahidliyin də bir sıra şərtləri vardır. Məsələn, bu dörd şəxs, kişi ilə qadının zina etdiyini öz gözləri ilə tam dəqiqliyi ilə görməlidirlər; həmin yerdə zinaya baxmaq üçün yox, hər hansısa bir başqa səbəb üçün toplanmalıdırlar; hakimin yanında hamısı eyni vaxtda şahidlik etməlidirlər, əgər başqa-başqa vaxtlarda şahidlik etsələr, şahidlikləri qəbul olunmaz. Qısası, zina hökmünün sübuta yetməsi üçün bu və bunun kimi fiqh kitablarında yazılan başqa şərtlər ödənmiş olmalıdır.
Bütün bunlara əsasən, Nur surəsinin 11-12-ci ayələri ilə bağlı Aişənin nəql etdiyi əhvalatın məzmunu insanda bu əhvalatın doğruluğu ilə bağlı şübhə oyandırır, insan zinada ittiham olunan və Allah tərəfindən təmiz olduğu bildirilən şəxsin Aişə olmadığı qənaətinə gəlir. Bəlkə də bu hədis Aişənin adından uydurulmuşdur; çünki bu hədisin qələmə alındığı zamanlarda yalan geniş yayılmış, müsəlmanların kitablarına heç bir əsası olmayan uydurma və saxta hədislər yol tapmışdı. Üstəlik nəzərə almaq lazımdır ki, ifk hədisi Aişədən müxtəlif formalarda və ciddi fərqliliklər ilə nəql olunmuşdur, bu da öz növbəsində hədisi qüvvə və etibardan salır.
İkinci nəzər
İfk ayələrinin hansı Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımı barədə nazil olması ilə bağlı ikinci nəzər görə, zinada ittiham olunan qadın Peyğəmbər xanımı qibti Mariyadır (Allah ondan razı olsun). Bu nəzəri bir sıra rəvayətlər dəstəkləyir. Onlara misal olaraq aşağıdakıları göstərə bilərik:
1. Müslim “Səhih” kitabında (4/2139) Ənəs ibn Malikdən belə nəql etmişdir:
أن رجلاً كان يُتَّهم بأم ولد رسول الله ، فقال رسول الله لعلي: اذهب فاضرب عنقه. فأتاه علي فإذا هو في رَكِيٍّ ـ أي بئر – يتبرَّد فيها، فقال له علي: اخرج. فناوله يده فأخرجه، فإذا هو مجبوب ليس له ذكر، فكف عليٌّ عنه، ثم أتى النبي ، فقال: يا رسول الله إنه لمجبوب، ما له ذكر .
Bir kişi Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) övladının anası ilə (zina etməkdə) ittiham olunurdu. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) Əliyə dedi: “Get onun boynunu vur”. Əli onun yanına gəldi. Gəldiyi zaman onun bir quyuda sərinləndiyini gördü. Əli ona dedi: “Çıx”. Bunu deyib onun əlindən yapışaraq onu çölə çıxardı. Bu zaman onun məcbub olduğu; cinsiyyət orqanının olmadığını gördü. Bu səbəbdən də əl saxladı. Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) yanına gəlib dedi: “Ey Allahın Rəsulu, o, məcbubdur, onun cinsiyyət orqanı yoxdur”.
Buradakı “Peyğəmbərin övladının anası” (ümmü-vələd) sözü ilə Mariya əl-Qibtiyyə nəzərdə tutulur. “Ümmü-vələd” ağasından övlad dünyaya gətirən kəniz deməkdir. Peyğəmbərdən (sallallahu əleyhi və alihi və səlləm) övlad dünyaya gətirən kəniz isə məhz Mariya əl-Qibtiyyədir. İttiham olunan kişi də başqa rəvayətlərin də bildirdiyi kimi, onun qibti əmisi oğludur.
İbn Həcər “əl-İsabə” kitabında (8/311) belə deyir:
ومن طريق عمرة عن عائشة قالت: ما غرتُ على امرأةٌ إلا دون ما غرتُ على مارية، وذلك أنها كانت جميلة جعدة، فأعجب بها رسول الله وسلم، وكان أنزلها أول ما قدم بها في بيتٍ لحارثة بن النعمان، فكانت جارتنا، فكان عامة الليل والنهار عندها، حتى فزعنا لها، فجزعت، فحوَّلها إلى العالية، وكان يختلف إليها هناك، فكان ذلك أشد علينا .
“Ümrə yolu ilə Aişədən belə nəql olunur:
Mariyanı qısqandığım qədər heç bir qadını qısqanmamışam. Çünki Mariya gözəl və buruq saçlı idi. Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) ondan xoşu gəlmişdi. Onu ilk dəfə gətirdiyində Harisə ibn Numanın evində yerləşdirmişdi. O, bizim kənizimiz idi. Peyğəmbər bütün gecə-gündüzü onun yanında keçirirdi. Biz bundan qorxuya düşdük. Mən incidim. Peyğəmbər də onu Aliyə məntəqəsinə yerləşdirdi. Peyğəmbər onun yanına oraya gedərdi. Bu isə bizə çox ağır gəlirdi”.
Hakim “əl-Müstədrək” kitabında (4/41) öz sənədi ilə Aişədən belə nəql edir:
أهديت مارية إلى رسول الله ومعها ابن عم لها، قالت: فوقع عليها وقعة فاستمرت حاملاً، قالت: فعزلها عند ابن عمها، قالت: فقال أهل الإفك والزور: «من حاجته إلى الولد ادَّعى ولد غيره»، وكانت أمه قليلة اللبن، فابتاعت له ضائنة لبون، فكان يغذى بلبنها، فحسن عليه لحمه، قالت عائشة رضي الله عنها: فدخل به عليَّ النبي ذات يوم، فقال: كيف ترين؟ فقلت: من غذي بلحم الضأن يحسن لحمه، قال: ولا الشبه؟ قالت: فحملني ما يحمل النساء من الغيرة أن قلت: ما أرى شبهاً. قالت: وبلغ رسول الله ما يقول الناس، فقال لعلي: خذ هذا السيف، فانطلق فاضرب عنق ابن عم مارية حيث وجدته. قالت: فانطلق، فإذا هو في حائط على نخلة يخترف رطباً، قال: فلما نظر إلى علي ومعه السيف استقبلته رعدة. قال: فسقطت الخرفة، فإذا هو لم يخلق الله عز وجل له ما للرجال شيء ممسوح .
“Mariya əmisi oğlu ilə birlikdə Peyğəmbərə (sallallahu əleyhi [və alihi] və səlləm) hədiyyə olundu. Peyğəmbər onunla bir dəfə yaxınlıq etdi və o, hamilə qaldı. Peyğəmbər onu əmisi oğlunun yanında qoydu. (Uşaq dünyaya gəldikdən sonra) yalançı və iftiraçılar (Peyğəmbər barəsində) “uşağa olan ehtiyacı üzündən başqasının uşağını öz adına çıxır”, – dedilər. Uşağın anasının südü az idi. Ona görə də uşaq üçün südlü bir qoyun aldı. Uşaq bu qoyunun südü ilə qidalanırdı. Buna görə də əti-canı yaxşı idi. Bir gün Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) uşağı mənim yanıma gətirib dedi: “Necədir?”. Mən dedim: “Kim qoyun südü ilə qidalansa, ətli-canlı olar”. Peyğəmbər dedi: “Mənə oxşamır?”. Aişə deyir: Bu zaman qadın qısqanclığı mənə qalib gəldi, dedim: “Heç bir oxşarlıq görmürəm!”. Camaatın danışdığı söz-söhbət Peyğəmbərə çatdı. Peyğəmbər (sallallahu əleyhi [və alihi] və səlləm) Əliyə dedi: “Götür bu qılıncı, get Mariyanın əmisi oğlunu harada tapsan boynunu vur”. Əli Mariyanın əmisi oğlunun dalınca getdi. Onun yanına gəldikdə, onun bir bağın içində bir xurma ağacına çıxıb xurma dərdiyini gördü. O, Əlini qılıncla görüncə, titrəməyə düşdü, nəticədə belinə bağladığı fitə yerə düşdü. Bu zaman onun kişi cinsiyyət üzvünə sahib olmadığı görüldü.”
Əlbani “Silsilətül-əhadisid-daifə” (10/701) kitabında bu rəvayəti zəif hesab etmişdir. Deyir:
وللحديث أصل صحيح، زاد عليه ابن الأرقم هذا زيادات منكرة، تدل على أنه سيِّئ الحفظ جداً، أو أنه يتعمّد الكذب والزيادة؛ لهوى في نفسه، ثم يحتج بها أهل الأهواء .
“Hədisin səhih bir əsası vardır. Lakin İbn Ərqəm ona xoşagəlməz əlavələr etmişdir. Bu əlavələr onun olduqca pis bir yaddaşa malik olduğuna, həmçinin nəfsi istəklərinə görə hədislərə bilərəkdən yalan və əlavələr edən bir şəxs olduğuna dəlalət edir, sonra da nəfsi istəklərin əsiri olan şəxslər onun hədislərindən istifadə edirlər”.
Sonra deyir (10/702) :
وأشدها نكارة ما ذكره عن عائشة أنها قالت: ما أرى شبهاً !
“Bundan daha betəri onun Aişədən “heç bir oxşarlıq görmürəm”, – dediyini nəql etməsidir”.
Belə görünür, Əlbani və onun kimilər Süleyman ibn Ərqəmi başqa şeyə görə deyil, məhz bu hədisi nəql etdiyinə görə zəif bilib xoşagəlməz əlavələr etməkdə ittiham etmişlər.
Halbuki, bu əlavələri təkcə Süleyman ibn Ərqəm nəql etməmiş, ondan başqaları da bunu qeyd etmişlər.
İbn Səd “Ət-Təbəqatul-kubra” kitabında (1/137) bu hədisi bu əlavələrlə Muhəmməd ibn Ömər əl-Vaqidi → Muhəmməd ibn Abdullah → Zuhri → Ürvə → Aişə yolu ilə nəql etmişdir.
Həmçinin, hədisi bu əlavə ilə İbn Əbu Asim “Əl-Ahad vəl-məsani” kitabında (səh.615) Muhəmməd ibn Yəhya əl-Bahili → Yaqub ibn Muhəmməd → Yaqubun adını çəkdiyi bir nəfər → Leys ibn Səd → Zuhri → Ürvə → Aişə yolu ilə nəql etmişdir.
Şiələrə gəlincə, onlar hamılıqla zina ittihamı atılan qadının Mariya əl-Qibtiyyə (Allah ondan razı olsun) olduğunu demişlər. Buna bir sıra rəvayətlər dəlalət edir. Onlara misal olaraq aşağıdakıları göstərə bilərik:
1. Seyyid Mürtəza (Allah rəhmət etsin) öz sənədi ilə İmam Əmirəlmöminin (əleyhissəlam)-dan belə nəql edir:
كان قد كثر على مارية القبطية أم إبراهيم في ابن عم لها قبطي، كان يزورها، ويختلف إليها، فقال لي النبي عليه الصلاة والسلام: خذ هذا السيف، وانطلق به، فإن وجدته عندها فاقتله. قلت: يا رسول الله، أكون في أمرك كالسكة المحماة، أمضي لما أمرتني، أم الشاهد يرى ما لا يرى الغائب. فقال النبي عليه الصلاة والسلام: بل الشاهد يرى ما لا يرى الغائب. فأقبلت متوشِّحاً بالسيف، فوجدته عندها، فاخترطت السيف، فلما أقبلت نحوه علم أني أريده، فأتى نخلة، فرقي إليها، ثم رمى بنفسه على قفاه، وشغر برجليه، فإذا إنه أجب أمسح، ما له مما للرجال قليل ولا كثير، فغمدت السيف، ورجعت إلى النبي فأخبرته، فقال: الحمد لله الذي يصرف عنا أهل البيت .
“İbrahimin anası qibti Mariya barəsində qibti əmisi oğlu ilə bağlı söz-söhbətlər çoxalmışdı. Onun əmisi oğlu ona baş çəkər, onu yanına gələrdi. Peyğəmbər (əleyhissəlatu vəssəlam) mənə dedi: “Bu qılıncı götür, get onun yanına. Əgər onu Mariyanın yanında görsən, öldür onu”. Dedim: “Ey Allahın Rəsulu, sən əmrin barəsində qızğın dəmir parçası kimi olub əmr etdiyini (qeyd-şərtsiz, dərhal) yerinə yetirim, yoxsa “hadisə yerində olan olmayanın görmədiyini görür” (məsəlinə uyğun hərəkət edim)?”. Peyğəmbər (əleyhissəlatu vəssəlam) dedi: “Yox, hadisə yerində olan olmayanın görmədiyini görür (məsəlinə uyğun hərəkət et)”. Mən qılıncımı götürüb yola düşdüm. Qibtinin Mariyanın yanında olduğunu gördüm. Qılıncımı sıyırdım. Ona tərəf addımladıqda onu öldürmək istədiyimi başa düşüb bir xurma ağacına tərəf qaçdı və ağaca çıxdı. Sonra özünü ağacdan yerə atdı. Yerə düşəndə ayaqlarını araldı, bu zaman onun məcbub və cinsiyyət orqanından məhrum olduğunu gördüm. Onda kişilərdə olan üzvün azı və ya çoxu yox idi. Mən qılıncımı qınına qoyub Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) yanına qayıtdım. Hadisəni ona xəbər verdim. Peyğəmbər dedi: “(Xoşagəlməzlikləri) biz Əhli-Beytdən uzaqlaşdıran Allaha həmd olsun”.” (“Əmalil-Mürtəza”: 1/77) .
2. Şeyx Səduq (Allah rəhmət etsin) “Əl-Xisal” kitabında Əmirəlmöminin (əleyhissəlam)-dan belə nəql edir:
نشدتكم بالله هل علمتم أن عائشة قالت لرسول الله : إن إبراهيم ليس منك، وإنه ابن فلان القبطي، قال: يا علي اذهب فاقتله، فقلت: يا رسول الله إذا بعثتني أكون كالمسمار المحمى في الوبر أو أتثبَّت؟ قال: لا، بل تثبَّت، فذهبت فلما نظر إلي استند إلى حائط، فطرح نفسه فيه، فطرحت نفسي على أثره، فصعد على نخل، وصعدت خلفه، فلما رآني قد صعدت رمى بإزاره، فإذا ليس له شيء مما يكون للرجال، فجئت فأخبرت رسول الله ، فقال: الحمد لله الذي صرف عنا السوء أهل البيت .
“Sizi and verirəm Allaha, məgər bilmirsiniz ki, Aişə Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) “İbrahim səndən deyil, o, filan qibtidəndir”, – dedi? Həmin vaxt Peyğəmbər mənə dedi: “Ey Əli, get onu öldür”. Mən dedim: “Ey Allahın Rəsulu, kürkə (dəriyə, xəzə) sancılmış qızğın mismar kimi olum, yoxsa, (yeri gəlsə) araşdırıb əmin olum?” Peyğəmbər dedi: “Xeyr, araşıdırb əmin ol.” Mən qibtinin yanına getdim. O məni görüncə bir bağa tərəf qaçıb özünü bağa atdı. Mən də onun ardınca bağa girdim. O bir xurma ağacına çıxdı, mən də onun ardınca ağaca çıxdım. O mənim də ağaca çıxdığımı görüncə belindəki fitəni atdı. Bu zaman onda kişilərdə olan üzvdən heç bir əsər əlamət olmadığını gördüm. Gəlib bunu Allah Rəsuluna (sallallahu əleyhi və alihi və səlləm) xəbər verdim, Peyğəmbər dedi: “Pisliyi bizdən uzaqlaşdıran Allaha həmd olsun”.” (“Əl-Xisal”: 2/563) .
3. Şeyx Müfid (Allah rəhmət etsin) bu hədis barədə deyir:
والحديث مشهور، وتفصيله عند أهل العلم مذكور. فقال السائل: هذا الخبر عندكم ثابت، صحيح؟ قلت: أجل، هو خبر مسلَّم، يَصطلح على ثبوته الجميع .
“Bu hədis məşhurdur. Elm əhli onu geniş şəkildə (öz kitablarında) qeyd etmişlər.
Sual verən dedi: “Bu hədis siz şiələrin nəzərində səhih və sabitdir?”
Mən dedim: “Bəli. Bu, hamı tərəfindən qəbul olunmuş bir hədisdir. Hamı onun sabit hədis olduğunu deyir”. (“Risalətun həvlə xəbəri-Mariya”: səh.18) .
İttiham olunan xanımın Mariya olduğunu bildirən rəvayətləri digər növ hədislərdən üstün edən amillər
1. İttiham olunan xanımın Mariya olduğunu bildirən rəvayətlər Mariyanın özündən deyil, başqa səhabələrdən nəql olunmuşdur. Bunlar Ənəs ibn Malik (“Səhihül-Buxari”), Aişə (“Müstədrək) və İmam Əmirəlmöminindir (“Əmali”, “Xisal”) (əleyhissəlam). Həmçinin şiələr bu hadisəni İmam Baqir, İmam Sadiq və İmam Rzadan (əleyhimussəlam) nəql etmişlər. Bundan əlavə, bu hadisəni şiələr və sünnilər səhih sənədlərlə və demək olar ki, eyni ifadələrlə nəql etmişlər.
Bu fakt bu rəvayətləri yalnız Aişədən nəql edilən və Zuhri tərəfindən toplanıb ərsəyə gətirilən digər rəvayətdən üstün edir.
2. Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımlarından birinin zinada ittiham edilməsi o xanımın təmizliyinə dair 10 ayənin nazil olmasını vacib etmir; belə ki, bu vəziyyətdə təkcə Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) öz xanımının təmiz olduğunu xəbər verməsi o xanımın təmiz olmasına hökm etmək üçün kifayət edir. Lakin, Mariyanın hadisəsi belə deyildir. Belə ki, burada Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) oğlu İbrahimin Peyğəmbərin deyil, qibti kişinin oğlu olduğu iddia edilir. Belə vəziyyətdə Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Mariyanın təmiz olduğunu və İbrahimin öz oğlu olduğunu desəydi belə, iftiraçılar, Aişənin hədisində də deyildiyi kimi, “övlada olan ehtiyacına görə başqasının övladını öz adına çıxarır”, – deyəcəkdilər. Buna görə də, bu məqamda Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) sözünü dəstəkləyən başqa dəlillərə ehtiyac duyulacaqdı. Məhz bu nöqteyi-nəzərdən, 10 ayənin Aişə barəsində deyil, Mariya barəsində nazil olması daha məntiqli görünür.
3. Aişənin zinada ittiham olunması üçün mühüm səbəblər mövcud deyil. Aişənin, ipini Səfvanın çəkdiyi bir dəvənin üstündə gəlməsi onun zinada və çirkin işdə ittiham edilməsini gərəkli etmirdi. Çünki belə bir vəziyyət, hətta anormal cəmiyyətlərdə belə adətən zina ilə ittiham olunmağa səbəb vermir. Heç kəs onları xəlvətdə görməmiş, yaxud yaramaz bir halda müşahidə etməmişdi, elə isə hansı əsasla belə bir ittiham ortaya atıla bilərdi?
Mariyanın ittiham olunması isə belə deyildir. Belə ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) xanımları arasında qısqanclıq mövcud idi. Xüsusilə Aişə bir neçə hədisdə digər Peyğəmbər xanımlarına qarşı güclü qısqanclıq duyduğunu dilə gətirmişdir. Məsələn, bir rəvayətdə Peyğəmbəri-Əkrəmə (sallallahu əleyhi və alihi və səlləm) müraciətlə həzrət Xədicəyə (Allahın salamı olsun ona) qarşı duyduğu qısqanclığı belə ifadə edir:
ما تذكر من عجوز من عجائز قريش حمراء الشدقين، هلكت في الدهر، قد أبدلك الله خيراً منها
“Niyə həlak olub getmiş qırmızı ağız Qüreyş qarısını xatırlayırsan?! Allah sənə ondan daha yaxşısını verib”. (“Səhihül-Buxari”: 3/1168).
Həmçinin, başqa bir rəvayətə əsasən, Zeynəb binti Cəhşə qarşı duyduğu qısqanclıq səbəbindən Peyğəmbərin digər həyat yoldaşı Həfsə ilə birləşərək Zeynəbin evində bal yeyən Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) yalandan, “səndən məğafir iyi gəlir”, – demişdir. (“Səhihül-Buxari”: 3/1567).
Əgər Aişə Peyğəmbər onun evində bal yeyib deyə Zeynəb binti Cəhşi qısqanırdısa, görəsən Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) üçün övlad dünyaya gətirən Mariyanı qısqanmazdımı?!
Mariyanın rəvayətinə tutulan iradlar
1. Bu rəvayətə əsasən, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) İmam Əliyə (əleyhissəlam) qibtini öldürməyi əmr etmişdir. Halbuki, qibti atılan iftiradan uzaq idi. Deməli, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) günahsız bir insanın öldürülməsini əmr etmişdir. Bu isə qeyri-mümkün olduğuna görə, bu rəvayəti qəbul etmək olmaz.
Cavab:
Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) İmam Əliyə qibtinin öldürülməsini əmr edərkən ona həm də belə demişdir: “hadisə yerində olan olmayanın görmədiyini görür”. Yəni, baxmayaraq ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) zahirdə qitbtinin öldürülməsini əmr etmişdi, lakin Əmirəlmömininə (əleyhissəlam) məsələni araşdırıb yəqinə çatmağı göstəriş verərkən qibtinin öldürülməyəcəyini və Allahın həqiqəti aşkara çıxaracağını bilirdi. Buna əsasən, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) zahirdə belə bir əmr verməsinin heç bir problemi yoxdur. Nəzərə almaq lazımdır ki, əgər Peyğəmbər həmin qibtinin ittihamdan uzaq olduğunu bildirsəydi, iftiraçılar, daha öncə də deyildiyi kimi, Peyğəmbərin sözündə şəkk edib onun övlad sevgisinə görə belə davrandığını iddia edəcəkdilər. Bu səbəbdən də o (sallallahu əleyhi və alihi və səlləm), zahirdə qibtinin öldürülməsini əmr edərək onun atılan ittihamdan uzaq olduğunu camaata sübut etdirmək və iftiraçıların bəhanələrini kəsmək istədi. Buna görə də zahirdə Əmirəlmömininə – öldürməmişdən qabaq məsələni dəqiqləşdirməyi əmr etməklə bərabər – qibtini öldürməyi əmr etdi.
Üstəlik, qibtinin öldürülməsinə əmr edilməsi məsələsi təkcə şiə kitablarında deyil, həmçinin sünni kitablarında da gəlmişdir. Məhz bu səbəbdən də mən “Səhihü-Müslim” kitabını şərh edən Nəvəvinin (“Şərhün-Nəvəvi”: 17/118), Qazı İyadın (“İkmalul-müəllim bi-fəvadi-səhihi-Müslim”: 8/308) və başqalarının bu məsələyə görə hədisi zəif hesab etdiklərini görməmişəm.
2. Zinanın cəzası öldürülmək deyildir. Amma Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) Əliyə qibtini öldürməyi əmr etmişdir. Əgər qibti ittihamdan uzaq idisə, onda öldürülə bilməzdi, yox əgər həqiqətən də zina etməsi sübuta yetmişdisə, onda da əgər ailəli deyildisə, 100 şallaq vurulmalı, ailəli idisə, daş-qalaq olunmalı idi. Elə isə, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) onun qılıncla öldürülməsini necə əmr edə bilər?!
Cavab:
Daha öncə də dediyimiz kimi, Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) bu hərəkəti zahirdə göründüyü kimi qəbul edilməməlidir. Peyğəmbərin bu işi bir neçə mənaya yozula bilər:
Birinci məna: Bir qədər əvvəl qeyd etdiyimiz kimi, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) qibtinin öldürülməsini istəməmiş, sadəcə onun təmizliyini insanlara göstərmək istəmişdir.
İkinci məna: Qazı İyadın dediyi kimi, qibtinin müsəlman olduğu sübuta yetməmişdir. Peyğəmbər ona Mariya ilə danışmağı qadağan etmiş, o da bu qadağanı pozmuşdur. Belə olunca da ya qadağanı pozduğuna görə, ya da Peyğəmbəri (sallallahu əleyhi və alihi və səlləm) incitdiyinə görə – ki, Peyğəmbəri incidən öldürülməyə layiq olan məlun və kafirdir – öldürülməyə layiq olmuşdur. (“İkmalul-müəllim”: 8/803). Üstəlik, bu “irad” təkcə şiələrə deyil, sünnilərə də ünvanlanır, çünki eyni şey onların kitablarında da gəlmişdir.
3. Allah-taala ifk ayələrində yalan xəbər gətirənlərin “üsbə” olduğunu bildirmişdir. “Üsbə” bir qurp şəxs deməkdir. Bəziləri “usbə”-nin üç ilə on arası nəfərdən, bəziləri on ilə qırx arası nəfərdən, bəziləri də daha fərqli rəqəmlərdən ibarət olduğunu demişlər. Mariyanın ittihamı ilə bağlı olan şiə rəvayətləri isə Mariyanı ittiham edən şəxsin bir nəfər olduğunu – Aişə olduğunu bildirir. Bu isə ayədə qeyd olunanla uyğun gəlmir.
Cavab:
Ayədə qeyd olunan “yalan xəbər gətirən zümrə” (“üsbə”) ifadəsi ilə yalan xəbəri qondaran və ona rəvac verib camaat arasında yayan şəxslər nəzərdə tutulur. Bütün yalanları əvvəldə bir nəfər qondarır, sonra başqaları onu yaymağa başlayırlar. Beləcə bu işdə onunla şərik sayılırlar. Çünki, şəriət bu cür şeyləri danışıb yaymamağı əmr edir, kim bu əmrə uymayıb bu cür şeyləri yayarsa, onda onları qondaranlarla şərik olar. Buna görə də, ayədə “yalan xəbər gətirən zümrə” ifadəsinin bu yalanı qondaranın bir nəfər olması ilə bir ziddiyyəti yoxdur.
Şeyx Əli Ali-Muhsin
313news.net
Azərbaycanın ərəblər tərəfindən işğalı
Ərəb tarixçisi Təbəri və başqaları VII əsrin 30-cu illərində ərəb sərkərdələrinin Vətənimiz Azərbaycana ilk yürüşləri və burada yerli xalq olan türklərlə döyüşlər aparması haqqında məlumat vermişdilər. 639-cu ildə ərəb qoşunu cənubdan Azərbaycana soxulsa da, çox güclü müqavimətə rast gəldi. Ərəblər Ərdəbil şəhəri üzərinə hücum edib, qalib gəldiklərindən Azərbaycanın cənub torpaqlarının mərzbanı İsfəndiyar 644-cü ildə ərəb sərkərdəsi ilə müqavilə bağlamağa məcbur oldu. Müqaviləyə görə əhali tabe olub torpaq və can vergisi ödəməli idi. Ərəblər isə onların dini etiqad və adətlərinə toxunmayacaqlarına söz verir, ölkəni tərk etmək istəyənlərə aman verir, ərəb qoşununda qulluğa girmək istəyənlər bir il vergidən azad olunurdular. 639 -642-ci illərdə ərəb qoşunları Muğanda və Şirvanda güclü müqavimətlə qarşılaşdılar, ancaq son nəticədə qalib gələrək hər iki ərazinin hakimləri ilə xərac və cizyə ödəmək haqqında müqavilələr bağladılar. 646-cı ildə Arana hücum edən ərəb ordusu Beyləqan və Bərdə şəhərlərini ələ keçirdi. Bu şəhərlərin də əhalisi xərac və cizyə vermək şərti ilə ərəblərlə sazişə girməyə məcbur oldular. Göründüyü kimi, ilk vaxtlar ərəblər ələ keçirdikləri ərazilərdə tam möhkəmlənmək gücündə olmadıqlarından öz hakimiyyətlərini müqavilələr şəklində rəsmiləşdirirdilər.
VIII əsrin əvvəllərində ərəb ordularının Azərbaycan torpaqlarına yürüşləri daha geniş və intensiv xarakter aldı. Xilafət 705-ci ildə Albaniyada Mehrani sülaləsinin hakimiyyətinə son qoydu. Ərəblər VIII əsrin əvvəllərində Azərbaycanın işğalını başa çatdırdılar. VIII əsrin 20-30-cu illərində Azərbaycan torpaqlan uğrunda ərəb-xəzər savaşları da xilafətin qələbəsi ilə başa çatdı.
Azərbaycanda islam dininin yayılması
Dünyanın ən mütərəqqi dini olan İslam və onun əsas kitabı Quran Allahın buyruğu ilə Məhəmməd Peyğəmbər Əleyhüssəlam tərəfindən bəşəriyyətə bəxş edilmişdir. Məhəmməd Peyğəmbər (Ə) 610-cu ildən ərəblər arasında bu dini yaymağa başlamış və onun vasitəsilə ərəb qəbilələrini 630- cu ildə siyasi cəhətdən bir dövlətdə birləşdirmişdi. Ərəblər işğal etdikləri ərazilərdə əhalini imana gətirmək üçün İslam dinini yayırdılar. İslamdan qabaq Azərbaycanın cənub torpaqlarında zərdüştlük, şimalında-Albaniyada isə xristianlıq və bütpərəstlik dinləri yayılmışdı. Azərbaycanın cənub bölgələrində və Muğanda islam dininin tez yayılmasının əsas səbəbini həmin bölgələrdə Sasanilərin zərdüştlük dinindən xalq! itaətdə saxlarnaq vasitəsi kimi istifadə etməsində axtarmaq lazımdır. Çünki hakimiyyət rəmzi olan zər düştlük xalqın gözündən düşmüşdü. Xalq islamı qəbul etməklə zərdüştlükdən uzaqlaşmaq və Sasani zülmündən qurtulmaq istəyirdi. Ərəblərin ilk vaxtlarda müsəlmanların bərabərliyi haqqındakı şüarları, Sasanilərə nisbətən əhali üzərinə az vergilər qoyması islamın Azərbaycanın cənubunda tez, cəmi bir əsr ərzində yayılmasına şərait yaratdı. Xilafətdə hakimiyyət 750-ci ildə Əməvilərdən Abbasilərə keçən vaxt Azərbaycanın Araz çayından cənubdakı torpaqlarında əhalinin müsəlmanlığı qəbul etməsi prosesi başa çatdı.
Ərəblər Tövrata, İncilə ibadət edən yəhudi və xristianların (Kitab əhli olanların) dininə toxunmur, onlardan cizyə adlanan can vergisi almaqla kifayətlənirdilər. Ərəblər əslində Albaniyada xristian kilsəsinə və kitab əhli olan xristianlara toxunmamalı idilər. Ancaq maraqlıdır ki. Xilafət başqa xristian ölkələrindən fərqli olaraq Azərbaycanın şimalında-Albaniyada kilsəyə qarşı VIII əsrin əvvəllərindən çox amansız tədbirlərə əl atmışdı. Daha çox siyasi mahiyyət daşıyan bu tədbirlər Alban feodallarının və kilsə xadimlərinin ərəblərə qarşı qəti düşmən mövqedə dayanması və öz din qardaşları olan Bizansa arxalanması ilə bağlı idi. Bunun nəticəsidir ki, Albaniyada vahid allaha tapınan bir dinin vahid allah ideyasını təbliğ edən başqa bir dinlə əvəz olunması prosesi bir qədər uzun və ağrılı keçmişdir. Burada islam dininin «qılınc gücünə» yayılması göz qabağındadır. Alban katalikosunun və Alban çarının dul arvadının xəlifə Əbdülmalikin əmri ilə 704-cü ildə edam etdirilməsi bu tarixi reallığı açıq-aydın göstərir. Nəticədə Alban kilsəsi ərəblərlə əməkdaşlıq edən qriqoryan kilsəsinə tabe edildi. Bundan sonra kilsə işləri, ibadət və yazı Alban dilində deyil, qrabarda (qədim erməni dili) aparılmalı idi. Kim Alban kilsəsinin müstəqilliyinə çalışardısa, «qılıncla yox edilməli» idi. Alban yazısı 705-ci ildə qadağan olundu. Alban dilində olan səlnamə və qanun topluları məhv edildi. Alban əhalisinin böyük hissəsi zor gücünə islama gətirildi, bir hissəsi qonşu xristian ölkələrə qaçdı, bir qismi isə qriqoryanlığa keçdi. Görkəmli alimimiz akademik Ziya Bünyadovun araşdırmalarına görə. Alban kilsəsi erməni kilsəsinə tabe edilsə də, Albaniyanın Arsax adlanan ərazisi heç bir zaman erməni mədəniyyəti mərkəzinə çevrilməmişdir. Erməni kilsəsi tarix boyu yeni şəraitə və siyasi vəziyyətə uyğunlaşmağı bacarmış, əvvəllər Bizansa, Sasaniyə, Ərəb xəlifələrinə, monqollara və digərlərinə boyun əydikləri kimi, sonralar Səfəvilərə və Rusiya çarına qulluq göstərərək Albaniyanın mənəvi mədəniyyətini tarixdən silməyə çalışmışdır.
Tariximizin ana qaynaqlarından sayılan «Kitabi Dədə Qorqud» boylarında Əmən bəyin Ərəbistana gedib Peyğəmbərin gül üzünü görüb qayıtması, əsgi türk Tanrısının yerinə tez-tez Allah adının çəkilməsi, hardansa gəlmiş bir saqqalı uzun tat (ərəb) kişinin əzan verməsi, oğuzların müqəddəs kitab olan Qurana and içmələri, kafirlərə qarşı Məhəmməd dini yolunda döyüşlərə girmələri haqqında çox maraqlı məlumatlara rast gəlinir. Oğuz igidi Dəli Domrulun yaxşı igidlərin canını alan Əzraillə cəng etməsi və bu döyüşdə Əzrailin qalib gəlməsi rəmzi olaraq oğuz türklərinin islamı qəbul etməsinin göstəricisi sayıla bilər. Dədə Qorqud boyları ulu əcdadımız olan Oğuz türklərinin islamın yayılma çağında yaşadıqlarını tarixi baxımdan sənədləşdirmişdir.
Xilafətin inzibati idarəetmə sistemi və köçürmə siyasəti
Ərəblər işğal etdikləri ərazilərdə, o cümlədən Azərbaycanda da canişinlik-əmirlik idarəetmə sistemindən istifadə edirdilər. Əməvilərə qədər ərəblər Azərbaycanı və Aranı əl-Cəzirə adlanan dördüncü əmirliyə, Əmə-vilərin vaxtında isə üçüncü əmirliyə daxil etmişdilər. Buradakı ərəb ordusunun başçısı olan əmir Dəbil (Dvin) şəhərində otururdu. Abbasilər dövründə əmirliyin mərkəzi Bərdə şəhərinə köçürüldü. «Alban tarixi» ndə bununla bağlı deyilir ki, Abbasilərin hakimiyyətə gəlməsi «Vətənimiz üçün böyük bədbəxtlik oldu, çünki ərəblər knyazlardan Albaniyanın paytaxtı Bərdəni aldılar və burada torpağımızın sərvətlərini soyub talamaq üçün öz iqamətgahlarını yaratdılar».
Çox böyük hərbi və mülki səlahiyyətlərə malik olan əmirin sərəncamı altında xüsusi tapşırıqları icra edən məmurlar çalışırdı. Belə məmurlardan biri mülki hakim olan amil vergi yığılması işinə, məhkəmə idarəsinin rəisi olan qazı isə vəqf işlərinə nəzarət edirdi. Xilafətin mərkəzi ilə vilayətlər arasında müntəzəm olaraq rabitəni təmin etmək üçün bərid (bəril) adlanan poçt xidməti yaradılmışdı. Poçt idarəsinin rəisləri yerli hakimiyyət orqanlarının fəaliyyətləri haqqında da mərkəzə məlumatlar ötürməklə, siyasi polis vəzifəsini də icra edirdilər.
Xilafətin Azərbaycanda, xüsusilə Aranda inzibati siyasətində şimal sərhədlərindəki əsas şəhərlərdə və məntəqələrdə ərəb qarnizonlarının -rahatların yaradılması mühüm yer tuturdu. Müxtəlif bölgələrdə hərbi məskənlər olan rahatların yaradılması və şəhərlərdə qarnizonlar yerləşdirilməsində əsas məqsəd qayda-qanunu və asayişi qoruyub saxlamaqdan, üsyan və çıxışları yatırmaqdan, sərhədlərdə isə Bizans və Xəzərlərin hücumlarının qarşısını almaqdan ibarət idi.
Ərəb ağalığı dövründə inzibati idarəetmə sisteminin quruluşu göstərir ki, Azərbaycan böyük ölkə olub, sərhədləri şimalda Dərbənddən cənubda Həmədana qədər uzanırdı. Ərəb müəllifi İbn Hövqəl Azərbaycan, Arran (Arazdan şimaldakı Azərbaycan torpaqları belə adlanırdı) və Ərməniyyənin (indiki Türkiyə ərazisindədir-Red.) ümumi xəritəsini yaratmış və maraqlıdır ki, çox düzgün olaraq onu «Azərbaycanın xəritəsi» adlandırmışdı.
Ərəblər ələ keçirdikləri Azərbaycan ərazilərində möhkəmlənmək, özlərinə dayaq yaratmaq, əhalini ərəbləşdirmək və müsəlmanlaşdırmaq məqsədi ilə köçürmə siyasəti yeridirdilər. Suriya, Kufə, Bəsrə və başqa yerlərdən çoxsaylı ərəb mühacirləri köçürülərək Azərbaycan torpaqlarında yerləşdirilirdi. Əməvi xəlifələri ərəb köçkünlərinə ən yaxşı torpaqları ayırmaqla onları oturaq həyata alışdırmaq, xəzinəni təqaüd xərclərindən azad etmək və əhalini islama gətirmək niyyətində idi. Azərbaycanda və Aranda çox münbit torpaqları ələ keçirən ərəblər böyük imtiyazlardan istifadə edir və yerli əhaliyə həqarətlə yanaşırdılar.
Köçürmə siyasətini davam etdirən Abbasi xəlifələri Azərbaycanın cənubunda daha çox Yəməndən gələn ərəbləri yerləşdirirdilər. Dərbənd və onun ətrafına daha çox ərəb köçürülmüşdü. Bunun bir səbəbini də xəzərlərin şimal sərhədlərimizə olan aramsız hücumlarının qarşısını almaq zərurəti təşkil edirdi.
VIII əsrin sonu-IX əsrin əvvəllərində ərəb qəbilələrinin Azərbaycana köçürülməsi prosesi dayansa da, artıq burada həddindən çox ərəb yaşayış məskəni var idi. Ümumiyyətlə, ərəblərin köçürmə siyasəti Azərbaycanda demoqrafik vəziyyətin kökündən dəyişdirilməsinə, əhalinin assimilyasiya edilərək ərəbləşdirilməsinə, bir sözlə Azərbaycanın bir ərəb yurduna çevrilməsinə yönəldilmişdi. Lakin son nəticədə bu siyasət öz məqsədinə çatmadı. İşğalçı ərəb köçkünləri oturaq həyata keçdikcə yerli xalqın məişət və adət-ənənələrini, hətta dilini qəbul edərək tədricən öz etnik mənsubiyyətlərini itirməyə başladılar. Azərbaycanda olan ərəblər XII əsrdə artıq xeyli dərəcədə öz dillərini unutmuş və Azərbaycan əhalisinə qaynayıb qanş- mışdılar. Hal-hazırda Şimali Azərbaycanda onlarla yer adlarının tərkibində «ərəb» sözü (məsələn: Ərəbuşağı, Ərəbşamlı, Ərəbbəsrə və s.) olsa da. ölkəmizdə ərəb dilində danışan bir kənd belə qalmamışdır.
Xilafətin torpaq və vergi siyasəti
Xilafət dövründə beş torpaq sahibliyi mövcud olmuşdur. 1. Divan (sultan) mülkləri, 2. İqta, 3. Mülk, 4.Vəqf, 5. İcma.
Ələ keçirilən ölkələrin torpaqları xərac torpaqları adlanırdı və mərkəzi divanda qeydə alınırdı. Həmin torpaqlardan gələn gəlir xəlifənin xəzinəsinə daxil olurdu.
Xilafətin sosial-iqtisadi quruluşunda iqta torpaqları çox mühüm rol oynayırdı. Çünki hakim zümrə, mülki və hərbi məmurlar, hərbi qulluqçular bu torpaqların gəlirləri hesabına saxlanılırdı. Xəlifə tərəfindən vəzifəyə qoyulan məmurlara verilən şəxsi iqtalar müvəqqəti olub, vəzifə müddəti bitdikdə geri alınırdı. Adətən hərbiçilərə verilən icarə iqtaları da eyni səciyyə daşıyırdı və bir qayda olaraq irsən keçmirdi. Xilafət qarşısında çox böyük xidmət göstərən şəxslərə verilən xüsusi (xass) iqtaların sahibləri çox böyük səlahiyyətlərə malik olurdular və bu iqta növü irsən ötürülə bilərdi. Belə iqtalar həm də ərazicə çox böyük olurdu. Xəlifə Mötəsim Babək hərəkatını yatırdığına görə türk sərkərdəsi Afşinə Azərbaycan, Aran və Ərməniyyəni iqta vermişdi.
Xilafətdə mülk torpaqları xəlifə iqtaları, bataqlıqların qurudularaq əkinə yararlı hala salınması və xəlifə mülklərinin (dövlət torpağı) satın alınması hesabına yaranırdı. Xilafətə qədər Azərbaycan əyanlarının ixtiyarında olan xüsusi torpaqlar da indi mülk adlanırdı. Mülk torpaqlarını alıb-satmaq, bağışlamaq və varislərə ötürmək olardı. Bu torpaq sahibliyinə görə hərbi xidmət göstərilməsi məcburi deyildi.
Xilafət dövründə Azərbaycanda geniş vəqf torpaqları mövcud idi. Vəqf torpaqlarının gəliri hesabına müqəddəs sayılan şəhərlər, müxtəlif dini müəssisələr (məscidlər, mədrəsələr və s.) saxlanılırdı. Azərbaycanda olan və qazı adlanan bəzi hərbi qüvvələrin əsgərlərinin xərci də vəqf torpaqlarının gəlirindən ödənilirdi. VIII -IX əsrlərdə Şirvanın (Bakının) neft və duz mədənləri Dərbənd əhalisinə, əslində buradakı ərəb qarnizonuna vəqf edilmişdi. Ümumiyyətlə, müsəlman ruhani idarəsinin ixtiyarında olan vəqf torpaqlarından xəzinə üçün heç bir xərac yığılmırdı. Vəqf torpaqlarının alqı-satqısı da qadağan idi.
Kəndlərdə əhaliyə məxsus olan torpaqlar, otlaq və biçənəklər icma torpaqları adlanırdı. Dövlətin nəzarətində olan bu torpaqlardan hökmən xəzinəyə xərac ödənilirdi.
Ərəblər Azərbaycanı işğal edəndən sonra ilk vaxtlar əvvəlki vergi sistemini saxlamışdılar. Əməvilərə qədər ərəblər Azərbaycanın ayrı-ayrı bölgələrində vergilərin ümumi miqdarını təyin edir, ancaq onun adambaşına bölgüsü işinə qarışmırdılar. Məhəmməd Peyğəmbərdən (Ə) sonra hakimiyyətdə olmuş və adı İslam dünyasında müqəddəs tutulan 4 xəlifədən biri Həzrəti Əli ərəb hakimlərindən birinə yazdığı məktubda «xərac toplanmasına deyil, torpağın becərilməsinə diqqət yetirilməsini)) əmr etmişdir. Əks halda, «ölkə var-yoxdan çıxar, xalq qırılıb tükənərdi)). Əməvilərə qədərki dövrün digər xüsusiyyəti vergilərin Sasani dövrünə nisbətən bir neçə dəfə az olmasındadır. Əsas torpaq vergisi xərac olsa da, Azərbaycanın Aran bölgəsinin xristian əhalisi xəracla yanaşı, cizyə vergisi də ödəyirdi. Müsəlmanlardan isə xərac vergisi ilə yanaşı, məhsulun onda bir hissəsini təşkil edən uşr da alınırdı. Qeyri-müsəlmanları dinə gətirmək üçün torpaq vergisi onlardan 2 dəfə çox alınırdı. Əməvilərin dövründə (661-750) vergi siyasətində əsaslı dəyişikliklər baş verdi. 725/26-cı ildə Azərbaycanda və Aranda əhali, torpaq, mal-qara və hər cür əmlak yenidən siyahıya alındı. Bu zaman daha çox xərac vergisinin yığılmasına diqqət yetirilsə də, əhali üzərinə sənətkarlıq məhsullarına, nigah bağlanmasına görə də vergilər qoyuldu. Əvvəlki dövrün vergilərindən olan novruz hədiyyəsi bərpa edildi, rahiblərin də üzərinə cizyə vergisi qoyuldu. Əməvilərin vergi siyasəti təkcə yoxsulları deyil, Aranın bir çox əyan və varlı adamlarını da dilənçi kökünə saldı və böyük fəlakətlərə səbəb oldu. Xalqımız ağır zülmdən inləyirdi və dözülməz fəlakətlərdən xilas yolu isə görünmürdü. M.Kalankatlının yazdığı kimi, vergi siyahıyaalması insanları və bütün ölkəni köləlik boyunduruğu altına salmış və 727-ci ildə dəhşətli aclıq baş vermişdi.
750-ci ildə Əməvilər sülaləsini yıxaraq siyasi səhnəyə çıxan Abbasilərin Azərbaycandakı sosial-iqtisadi siyasətində etdikləri əsas dəyişiklik mövliya adlanan yerli əyanlar zümrəsinə arxalanmağa başlanmasından ibarətdir. Abbasilər yerli əyanlara ərəblərlə eyni hüquq verməsələr də, əhalinin idarə edilməsində onlardan bir vasitə kimi istifadə edirdilər. Abbasilərin dövründə xərac torpağın əkilib-əkilməməsindən asılı olmayaraq sahəsinə görə nəqd pulla alınırdı. Vergilərin nəqd pulla tələb edilməsi Azərbaycanda gümüş və qızılı tamamilə tükəndirmişdi. Xəlifə əl Mənsur (754-755) hətta ölülərə görə də vergi tələb edirdi. Ona «pul atası» ləqəbini vermişdilər. Mənbələrə görə «o, pulu allahdan çox istəyirdi». Xəlifə Harun ər-Rəşidin dövründə (786-809) Azərbaycanın və Aranın əhalisindən alınan vergilərin miqdarı hədsiz dərəcədə artırıldı. Azərbaycandan (Cənub-Red.) ildə 4 milyon dirhəm, Muğandan 300 min dirhəm vergi toplanılırdı. Vergi zülmündən qaçan və ya şəhərə köçənlərin mülkiyyəti ərəb və yerli əyanlar tərəfindən mənimsənilirdi. Bu dövrdə xəracı və digər vergiləri ödəyə bilməyənləri döyür, qızmar günəş altında saxlayır, başlarına yağ tökür, arvad-uşaqlarını qula çevirir, inəyini, davarını-ələ keçən nəyi var idisə, zorla alıb aparırdılar. Mənbələrdə vergilərin iltizama verilməsi, iltizamçıların lazımi məbləğdən artıq pul və vergi yığmaq üçün rəiyyətlə rəhimsiz rəftar etməsi haqqında da məlumatlara rast gəlinir.
Xilafət dövründə Azərbaycan əhalisi xüms və zəkat vergisi də ödəyirdi. Xüms yeni əmlakdan, neft, duz, filiz mədənlərindən və dəniz nemətlərindən ödənilirdi. Zəkat vergisi əmlakın onda birindən az hissəsini təşkil edirdi.
Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016
Dərsliyin müəlliflər kollektivi: kafedra müdiri, dosent Mehman Qəhrəman oğlu Abdullayev, əməkdar elm xadimi, prof. Süleyman Sərdar oğlu Əliyarlı, prof. Sevda Yunis qızı Süleymanova, prof. Xaqani Məmməd oğlu Məmmədov, prof Zabil Həsrət oğlu Bayramov, dos. Tamilla Kərim qızı Babayeva, dos. Yunis Məsməli oğlu Nəsibov, dos. Bəymirzə Şabi oğlu Şabiyev, dos. Ərəstun Balaxan oğlu Mehdiyev, dos. Rəsul Sabir oğlu Hüseynli, dos. Kərəm Hətəm oğlu Məmmədov, t.ü.fd. Lalə Ağamirzə qızı Əliyeva, tü.fd. Rabil Habil oğlu Süleymanlı, baş müəllim Əminə Qasım qızı Şirinova, baş müəllim Nurlana Allahyar qızı Cavanşir, tü.fd. Ərşad Həsən oğlu Həsənov, t.ü.fd. Ülviyyə Əjdər qızı İbrahimova, t.ü.fd. Almas Sabir qızı Cavadova, t.ü.fd. Arzu Əşrəf qızı Məmmədova
- Teqlər:
- ərəb işğalları
- , islam dininin yayılması
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Ənbiya surəsi
1. İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər).
2. Rəbbindən onlara (bir-birinin ardınca) elə bir yeni xəbərdarlıq (öyüd-nəsihət) gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;
3. Qəlbləri qəflət içində olaraq (ona qulaq asmasınlar). Zalımlar öz aralarında gizli pıçıldaşıb (bir-birinə): “Bu (Muhəmməd) sizin kimi ancaq adi bir insandır. (Onun gətirdiyi Qur’an sehrdən, cadudan başqa bir şey deyildir). Gözünüz görə-görə sehrəmi uyursunuz?” – dedilər.
4. (Peyğəmbər Məkkə müşriklərinə) belə dedi: “Rəbbim göydə və yerdə (söylənən) hər sözü bilir. O, (hər şeyi) eşidəndir, biləndir!”
5. Onlar (müxtəlif fikirlərə düşərək) belə dedilər: “Xeyr, (bu Qur’an) qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən mö’cüzələr kimi bizə bir mö’cüzə gətirsin!”
6. Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət (əhli mö’cüzələrlə gəlmiş peyğəmbərlərinə) iman gətirmədi. Bunlarmı iman gətirəcəklər?
7. (Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!
8. Biz onları (peyğəmbərləri) yeməz-içməz (yemək yeməz) bir bədən yaratmadıq. Onlar (dünyada) əbədi də deyillər.
9. Sonra onlara verdiyimiz və’di yerinə yetirdik. (Peyğəmbərlərə) və istədiyimiz kəslərə (onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları isə məhv etdik.
10. Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim mö’minlərin yadına salar). Məgər dərk etmirsinizmi?
11. Biz zalım olan (küfr edən) neçə-neçə məmləkəti (məmləkət əhlini) məhv etdik və onlardan sonra başqa bir qövm (camaat) yaratdıq.
12. Onlar əzabımızı (onları məhv edəcəyimizi) hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular.
13. (Mələklər istehza ilə onlara belə dedilər: ) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz!
14. Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq (Rəbbimizə küfr etməklə özümüz özümüzə zülm etmişik)”, – dedilər.
15. Biz onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular (nalə çəkirdilər).
16. Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat əbəs yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna görə də insanlar yalnız onun xaliqi Allaha ibadət etməlidirlər).
17. Əgər Biz (Özümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu mütləq Öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik. (Çünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, Özünə övlad götürmək, yaxud kimisə Özünə yoldaş etmək yaraşmaz).
18. Xeyr, Biz batili haqla (küfürü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza!
19. Göylərdə və yerdə olan (bütün) məxluqat Onundur (Allahın qüdrət əsəridir). Onun dərgahında olanlar (rütbə və şərəf e’tibarilə mə’nən Allaha yaxın mələklər) Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər.
20. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib şə’ninə təriflər deyərlər.
21. Yoxsa (Məkkə müşrikləri) yerdən (yerdə mövcud olan daş, qızıl-gümüş və s. -dən özləri üçün) tanrılar qəbul etdilər ki, onlar ölüləri dirildəcəklər? (Xeyr, Allahdan başqa heç kəs (ölüləri) dirildib məhşərə gətirməyə qadir deyildir!)
22. Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
23. (Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.
24. Yoxsa (müşriklər özləri üçün) Ondan (O Allahdan) başqa tanrılar qəbul etdilər? (Ya Rəsulum!) De: “(Etdiyiniz əməlin düzgünlüyünü sübut edən) dəlilinizi gətirin. Bu mənimlə onların (ümmətimin) Kitabı (Qur’an), bu da məndən əvvəlkilərin kitabı (Tövrat və İncil)! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də (ondan) üz döndərər!”
25. (Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək.
26. (Kafirlər: ) “Rəhman (mələklərdən Özünə) övlad götürdü!” – dedilər. O, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır.
27. (Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər.
28. (Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.
29. (Mələklərdən) heç kəs: “Mən Ondan başqa bir tanrıyam!” – desə, onu Cəhənnəmlə cəzalandırarıq. Biz zalımlara belə cəza veririk.
30. Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).
31. Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik.
32. Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu dəlillərdən) üz döndərdilər.
33. Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir).
34. (Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyat (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!
35. Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!
36. (Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): “Sizin tanrılarınıza tə’nə edən bumudur?” – deyərlər. Halbuki onlar, məhz onlar Rəhmanın öyüd-nəsihətini (Qur’anı) inkar edirlər.
37. İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti e’tibarilə hövsələsizdir, tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!
38. Onlar (kafirlər): “Əgər siz doğru danışırsınızsa, bu və’din (əzabın, yaxud qiyamətin) nə vaxt olacağını bildirin!” – deyirlər.
39. Kaş kafirlər atəşi üzlərindən və arxalarından dəf edə bilməyəcəkləri və onlara heç bir kömək olunmayacağı vaxtı (qiyaməti) biləydilər! (Əgər bilsəydilər, belə bir sual verməz, həm də Allahın əzabının tezliklə gəlməsini istəməzdilər).
40. Xeyr, (qiyamət) onları gözlənilmədən yaxalayar və şaşırdar (mat-məbhut edər). (Kafirlər) onu əsla geri qaytara bilməzlər və onlara (tövbə, üzrxahlıq üçün) möhlət də verilməz!
41. (Ya Rəsulum!) Səndən əvvəl də peyğəmbərlərə istehza edilmişdi. İstehza edənləri məsxərəyə qoyduqların şeyin özü (peyğəmbərlərin onları qorxutduğu əzab) məhv etdi.
42. De: “Sizi gecə (yatdığınız vaxt) və gündüz (gəzib dolandığınız zaman) Rəhmandan (Rəhmanın əzabından) kim qurtara bilər?” Amma onlar Rəbbinin öyüd-nəsihətindən (Qur’andan) üz döndərdilər.
43. Yoxsa onların Bizdən başqa (əzabı) onlardan dəf edə biləcək tanrıları vardır?! Onlar (o tanrılar) heç özlərinə belə yardım etməyə qadir olmaz, Bizdən də (əzabımızdan da) qoruna bilməzlər. (Və ya: Bizdən də dəstək görə bilməzlər).
44. Doğrusu, Biz bununla (bu kafirlərə) və atalarına ömürləri uzanıncaya qədər (dünyada) gün-güzəran verdik. (Onlar fani dünya malına aldanıb məğrur oldular). Məgər Bizim (onların) torpağına girib onu hər tərəfdən əskiltdiyimizi (gündən-günə yurdlarının müsəlmanların əlinə keçdiyini) görmürlərmi? Belə olduqda, qalib olanlar onlarmıdır?!
45. (Ya Rəsulum!) De: “Mən sizi ancaq vəhy ilə qorxuduram”. Karlar qorxudulduğu zaman çağırışı eşitməzlər!
46. Həqiqətən, əgər Rəbbinin əzabından az bir şey onlara toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, doğrudan da, zalım olmuşuq (Allaha şərik qoşmaqla, küfr etməklə özümüz özümüzə zülm etmişik)” – deyəcəklər.
47. Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.
48. Biz Musa və Haruna Furqanı (haqqı batildən ayıran Tövratı doğru yolu göstərən) bir nur və müttəqilərdən ötrü öyüd-nəsihət olaraq vermişdik.
49. O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədən (yaxud Allahın axirətdə verəcəyi əzabdan) qorxar və qiyamətdən lərzəyə gələrlər.
50. Bu (Qur’an) nazil etdiyimiz mübarək (insanlara daim xeyir-bərəkət gətirən) bir Kitabdır. İndi siz onu inkarmı edirsiniz?
51. Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik (peyğəmbərlik ehsan buyurmuşduq). Biz onu (onun buna layiq olduğunu) bilirdik.
52. (İbrahim) atasına və tayfasına: “Sizin tapınıb durduğunuz bu heykəllər nədir?” – dediyi zaman
53. Onlar: “Biz atalarımızı onlara ibadət edən gördük!” – deyə cavab vermişdilər.
54. (İbrahim onlara: ) “And olsun ki, siz də, atalarınız da (haqq yoldan) açıq-aşkar azmısınız!” – demişdi.
55. Onlar: “Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən? (Sən bizə haqlamı gəldin, yoxsa oyunbazlardansan?)” – deyə soruşduqda
56. (İbrahim) belə cavab vermişdi: “Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!
57. Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiyə quracağam! (Başlarına bir oyun açacağam!)”
58. (Onlar gedən kimi İbrahim bütləri) parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır).
59. (Onlar qayıdan kimi işin nə yerdə olduğunu görüb) dedilər: “Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalımlardandır!”
60. (Müşriklərin bə’ziləri:) “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik!” – dedilər.
61. (Qalanları: ) “Bunların şahidlik edə bilmələri üçün onu (tapıb) camaatın gözü qabağına gətirin!” – dedilər.
62. (Müşriklər İbrahimi tapıb gətirərək:) “Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?” – deyə soruşdular.
63. (İbrahim sındırmadığı iri bütü göstərib:) “Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!” – deyə cavab verdi.
64. Bunun nəticəsində onlar (ağıllarını başlarına yığıb) öz-özlərinə müraciətlə: “Siz, doğrudan da, zalımlarsınız (dilsiz-ağılsız, heç özlərini belə qorumağa qadir olmayan bütlərə tapınmaqla özünüz özünüzə zülm edirsiniz)”, – dedilər.
65. Sonra (mübahisədə aciz qaldıqlarını görüb) yenə də öz küfrlərinə (başlarında olan əski e’tiqada) qayıdaraq (İbrahimə): “Axı sən bilirsən ki, bunlar danışmırlar!” – dedilər.
66. (İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz?
67. Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?”
68. (Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: “Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!”
69. Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)” – deyə buyurduq.
70. Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq.
71. Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən qurtarıb) aləmlər üçün mübarək etdiyimiz (torpağında bəşər övladına bərəkətlər verdiyimiz) yerə (Şama) qovuşdurduq.
72. Biz ona (İbrahimə) İshaqı, üstəlik Yə’qubu da bəxş edib onların hamısını saleh kimsələr etdik.
73. Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər.
74. Biz Luta da bir hökm (hikmət, peyğəmbərlik; çətin məsələləri həll edib hökm çıxartmaq) və elm verdik, onu (əhalisi) çirkin işlər görən bir məmləkətdən (çıxardıb) xilas etdik. Həqiqətən, onlar pis, fasiq (Allaha asi olan, pozğun) bir tayfa idilər.
75. Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi.
76. (Ya Rəsulum!) Nuhu da (yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar olması haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq!
77. Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını (suya) qərq etdik.
78. (Ya Rəsulum!) Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik.
79. Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) təqdis edib tə’rifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.
80. Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu ne’mətinə) artıq şükür edərmisiniz?
81. Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!
82. Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar, gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə göz olurduq.
83. (Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!”
84. Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik.
85. (Ya Rəsulum!) İsmaili, İdrisi və Zülkifli də (yad et)! Onların hər biri səbr edən kimsələrdən idi.
86. Biz onları mərhəmətimizə qovuşduqduq (peyğəmbər etdik). Onlar, doğrudan da, saleh bəndələrdən idilər.
87. Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi.
88. Biz onun (Yunisin) duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz mö’minlərə belə nicat veririk!
89. (Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi.
90. Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müt’i idilər.
91. (Ya Rəsulum!) İsmətini (bəkarətini) qoruyanı da (Məryəmi də yad et)! Biz Öz ruhumuzdan (Özümüzün yaratdığımız ruhdan Cəbrail vasitəsilə) ona üfürdük, onu və oğlunu (atasız doğulmuş İsanı) aləmlərə (mələklərə, bütün insanlara və cinlərə) bir mö’cüzə etdik.
92. (Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!
93. Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Biz də müvafiq surətdə əməllərinin əvəzini verəcəyik).
94. Hər kim mö’min ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır (mükafatı tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü işləri mələklər vasitəsilə əməl dəftərinə) yazırıq.
95. Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (qiyamət qopana qədər tövbə etmək üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir (haramdır).
96. Nəhayət, Yə’cuc-Mə’cüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sür’ətlə (məhşərə) axışdıqları zaman;
97. Doğru və’d (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: “Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!” – deyərlər.
98. (Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız!
99. Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar.
100. Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) eşitməzlər.
101. (Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl ne’mət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar.
102. Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (ne’mətlər) içində əbədi qalacaqlar.
103. Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə və’d olunmuş gününüzdür!” – deyəcəklər.
104. Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz və’di mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi və’d etmişdik. Biz onu mütləq edəcəyik).
105. Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq.
106. Həqiqətən, bunda da (Qur’anda da Allaha) ibadət edən bir ümmətdən ötrü (kifayət qədər) moizə (öyüd-nəsihət) vardır.
107. Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər tə’xirə salınmışdır. Mö’minlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar).
108. (Müşriklərə) de ki, mənə, həqiqətən, belə vəhy olunur: “Sizin tanrınız ancaq bir olan Allahdır. Bundan sonra (Ona) itaət etməyə (müsəlman olmağa) boyun qoyacaqsınızmı?”
109. (Ya Rəsulum!) Əgər onlar (imandan) üz döndərsələr, de: “(Mənə vəhy olunanı) sizə olduğu kimi (hamıya eyni dərəcədə) bildirdim. Sizə və’d olunan şeyin (qiyamət gününün və ya mö’minlərin qələbəsinin) yaxınmı, uzaqmı olduğunu bilmirəm.
110. Şübhəsiz ki, (Allah) aşkar (ucadan) deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir!
111. Mən bilmirəm, bəlkə də, (cəzanızın) tə’xirə salınması sizi imtahana çəkmək və bir müddət (əcəliniz çatana qədər) sizə gün-güzəran vermək üçündür”.
112. (Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!”
Comments are closed, but trackbacks and pingbacks are open.