Elektromaqnit dalğası
47 yaşlı mütəxəssis matçın keçiriləcəyi Xunan Sançes Pisxuan stadionunda baş tutan mətbuat konfransında bildirib ki, “Sevilya” və “Atletiko” fərqli komandalardır:
Legionersiz Avropa çempionu olan millimiz: Onlar kimlərdir, bu uğura necə nail oldular?
Xəbər verdiyimiz kimi, Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi oldu. Finalda qitənin beşqat qalibi Rumıniyanı əzmkar mübarizəylə məğlub edən (1:0) komandamız tarixi nailiyyətə imza atdı.
Bəs Azərbaycan belə böyük uğura necə nail oldu?
Milli.Az futbolpress.az-a istinadən araşdırmanı təqdim edir.
Əvvəlcə, qitə çempionatı ərzində yaranmış, “Bu, mini-futboldur, yoxsa futzal?”, “Mini-futbol həm də futzaldır?” kimi sualların aktuallaşdığını qeyd edək. Buna səbəb mini-futbol və futzalın tarixində qalmaqallı məqamların çoxluğudur. Tezliklə “FutbolPress”in bu mövzuda geniş, fundamental araşdırması ilə də tanış ola bilərsiniz. Hələliksə gəlin, “mini-futbol elə futzaldır, yaxud əksinə. ” – tezisi üzərindən mövzuya davam edək və ölkəmizin qazandığı böyük uğurun tarixçəsinə nəzər yetirək..
Azərbaycan mini-futbol millisi müxtəlif zamanlarda diqqətsizliyə düçar olub. Bu sahəyə sistematik yanaşmanı isə ilk dəfə “AzfarGroup” adlı şirkət göstərib.
Şirkətin əsası 2009-cu ildə qoyulub və “həvəskar futbola peşəkar yanaşma” devizi ilə indiyədək ölkənin 20-ə yaxın müxtəlif məntəqəsində 40-a yaxın meydança inşa etdirib. Mini-futbol sektorunda aşkar favorit olan şirkət qol qoyduğu bu işə peşəkar yanaşma sərgiləmək məqsədi ilə 2017-ci ildə Azərbaycan Mini-Futbol Assosiasiyası (AMFA) təsis edib.
Elə həmin ildə Azərbaycan mini-futbolunun beynəlxalq arenada çıxış etməsi üçün “AzfarGroup” Dünya Mini-Futbol Federasiyası (DMF) ilə əməkdaşlığa başlayıb. DMF-in Prezidenti Filip Juda Bakıda işgüzar səfərdə olmuş, mini-futbolun inkişafına dair müxtəlif layihələrə qoşulmaq haqda sənədlər imzalanmışdı.
Yeni addımlar sözügedən sahənin ölkədə fundamental inkişafını başlanğıcı olacaqdı.
Ötən ilin yayında AMFA geniş tədbir təşkil edərək, ölkədə mini-futbol liqasının daha kütləvi təşkilinə nail oldu. Bu, ondan əvvəlki illərdə mini-futbol yığmasının bəzi yarışlara səfərində yaranan/yaradılan problemlərdən sonra atılmış məcburi addım kimi də dəyərləndirilə bilər. Səbəbinə əhatəli qayıdacağıq.
Təkcə bir faktı qeyd etmək olar ki, Azərbaycanda mini-futbolun inkişafı üçün səy göstərən “AzfarGroup”un təşəbbüslərinə laqeyd yanaşıldığına dair söz-söhbətlər əsassız olmayıbmış.
2019-cu ildə Yunanıstanda qitəmiqyaslı yarışda iştirak etməkçün ciddi hazırlıq keçən mini-futbol yığmasının son anda viza problemi üzündən səfərə gedə bilməməsi haqda xəbər yayılmışdı. Sonradan məlum olacaqdı ki, səfər xərclərinin qarşılanması Gənclər və İdman Nazirliyindən istənsə də, qurum bundan imtina edibmiş. Və s. analoji məsələlər.
Ötən il isə “AzfarGroup” bu işə daha əhatəli yanaşma tətbiq edərək milli liqa təşkil etdi. Mini-futbol üzrə milli komandanın şəraiti daha da yaxşılaşdırıldı.
. Və cəmi 12-13 ildə işin ibtidaisindən başlayan adıçəkilən şirkət nizamla davam etdirib Avropa çempionluğunadək irəliləməyi bacardı.
Haşiyə: İyunun 10-da gənclər və idman naziri Fərid Qayıbov və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov yarımfinal öncəsi onlayn formatda mini-futbol üzrə milli komandanın üzvləri ilə görüşərək qalibiyyət münasibətilə komandanı təbrik edib, yarımfinalda uğurlar arzu ediblər.
Vaxtilə nazirlikdən AMFA-ya olan laqeydlik. və indiki mənzərə.
Həm də adlara fikir verdinizmi?
Bəli, Orxan Məmmədov. “Zirə” futbol klubunun fəxri prezidenti.
Azərbaycan Mini-Futbol Assosiasiyasının təsisçisi/himayəçisi olan “AzfarGroup”un rəhbəri Taeh Nəsibov.
O, 2020-ci ildən “Zirə”nin prezidentidir.
Bir sözlə, Avropa çempioluğunadək irəliləyən böyük yolun müəllifi “AzfarGroup” və “Zirə” FK koalisiyasıdır.
Azərbaycan mini-futbol millisinin Avropa çempionluğu – bu, Azərbaycanda böyük futbolun da doğru idarə ediləcəyi təqdirdə böyük uğurlara nail ola biləcəyinə dair ən tutarlı presedent sayıla bilər.
Sosial şəbəkələrdə Azərbaycan mini-futbol millisinin uğuruna ən maraqlı və kütləvi reaksiya belədir: “Bu komandanın bütün oyunçuları doğma-böyümə azərbaycanlılardır. Ona görə bu qələbə hər birimizə şirindir!”.
P.S. Deməli, sistematik iş görüləndə sırf azərbaycanlı futbolçulardan ibarət komanda da böyük uğur qazanırmış. Fərqi yoxdur, mini, yaxud. biz KOMANDA şəklində Avropanın ən güclüsü olmağı bacarmışıq. Bu, heç də mini iş deyil.
Deməli, “bizdə futbolçu yoxdur” deyib, əcnəbiləri milliləşdirmək əbəs imiş. Sadəcə, işə dürüst, peşəkar yanaşmaq lazımdır.
Avropa çempionu olan, millinin sifariş ərizəsində yer almış oyunçularla bir daha tanış olaq:
Baş məşqçi: Elşad Quliyev
Futbolçular: Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təbriz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi, Elmar Qasımov
Milli.Az
Elektromaqnit dalğası
Məlum olduğu kimi, maqnit sahəsi zamana görə dəyişərək, dəyişən elektrik sahəsi yaradır. Öz növbəsində dəyişən elektrik sahəsi maqnit sahəsi yaradır. Birlikdə bu sahələr elektromaqnit sahəsini təşkil edir. Maksvel zənn edib ki, elektrik və maqnit sahəsinin rəqsləri fəzada elektromaqnit dalğaları şəklində yayıla bilər.
Elektromaqnit dalğası – elektrik və maqnit rəqslərinin fəzada yayılmasıdır.
Elektromaqnit dalğasının mənbəyi – təcillə hərəkət edən yüklü zərrəciklərdir.
Zərrəciyin elektromaqnit dalğasını ətrafa saçması sonrakı şərtlər daxilində baş verir:
1. Zərrəcik elektrik yükünə malik olmalıdır;
2. Təcillə hərəkət etməlidir:
– Tormozlanma;
– Sürətlənmə, yeyinləşən hərəkət;
– Çevrə üzrə hərəkət;
– Rəqsi hərəkət .
Adi elektromaqnit dalğası iki toplanandan ibarətdir: elektrik sahəsinin intensivliyi və maqnit sahəsinin induksiya vektorunun dövri dəyişməsindən. Elektrik sahəsinin intensivliyi, maqnit sahəsinin induksiya vektoru və dalğanın yayılma istiqaməti bir birinə perpendikulyardır:
Elektrik və maqnit sahəsinin rəqsləri fazaca üst-üstə düşür. Elektromaqnit dalğasındakı elektrik sahəsinin intensivliyinin rəqsləri və maqnit sahəsinin induksiya vektorunun rəqsləri arasındakı fazalar fərqi sıfıra bərabərdir: Δφ=0.
Bütün elektromaqnit dalğaları vakuumda eyni sürətlə yayılır. Bu sürət təbiətdə ən yüksək sürətdir və qiymətcə c=3∙10 8 – dir.
Elektromaqnit dalğasının mühitdə olan sürəti mühitin xassələrindən aslıdır. Vakuumdan mühitə, mühitdən vakuuma, bir mühitdən digər mühitə keçdikdə elektromaqnit dalğasının sürəti dəyişir.
Vakuumdan mühitə keçdikdə EM dalğasının sürəti n dəfə azalır:
Burada n – mühitin sındırma əmsalı adlanır və elektromaqnit dalğası vakuumdan mühitə keçdikdə onun sürəti neçə dəfə azaldığını göstərir. Vakuumdan mühitə keçdikdə elektromaqnit dalğasının sürəti və dalğa uzunluğu n dəfə azalır:
Sonuncu düsturda λ0 – vakuumda yayılan elektromaqnit dalğasının uzunludur, λ – mühitdə yayılan həmin dalğanın uzunludur.
Elektromaqnit dalğasını şüalandıran ən sadə cihaz – sarğacdan, kondensatordan və birləşdirici naqillərdən ibarət olan sadə rəqs konturudur.
Rəqs konturun şüaladığı radiodalğaların dalğa uzunluğu:
Rəqs konturunun şüaladığı radiodalğaların tezliyi:
Müəyyən olunub ki, şüalanma intensivliyi rəqs tezliyindən asılıdır. Elektromaqnit rəqslərinin tezliyi nə qədər yüksək olarsa, şüalanmanın intensivliyi də o qədər də böyük olacaq. Adi rəqs konturu çox zəif şüalanır, ona görə ki bu konturun rəqs tezliyi çox kiçikdir. Konturda yaranmış elektromaqnit rəqslərinin tezliyini artırmaq üçün kondensatorun tutumunu və sarğacın induktivliyinin azaltmağa çalışırlar. Bunu biz sarğacdakı sarğıların sayını azaltmaqla və kondensatorun lövhələrini bir birindən uzaqlaşdırmaqla nail ola bilərik.
Kondensatorun lövhələrini maksimal olaraq uzaqlaşdıraraq və eyni zamanda sarğacdakı sarğıların sayını azaldaraq açıq rəqs konturu alırıq. Açıq rəqs konturunun şüalanması, adi konturun şüalanmasıdan xeyli yüksəkdir.
Radodalğaların eninə olmasını təsdiq edən hadisə – radiodalğaların polyarizasiyasıdır.
скачать dle 12.1
Müəllif: Ağakişiyev Səbuhi
Qurban Qurbanov: Az səhv etsək, istədiyimizə nail ola bilərik
“Report”un İspaniyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə oyun haqda danışarkən deyib.
47 yaşlı mütəxəssis matçın keçiriləcəyi Xunan Sançes Pisxuan stadionunda baş tutan mətbuat konfransında bildirib ki, “Sevilya” və “Atletiko” fərqli komandalardır:
“İki il əvvəl “Atletiko” ilə səfərdə heç-heçə etmişdik. Amma hər iki komanda fərqli tərzdə oynayır. İstənilən halda yaxşı çıxış etməyə çalışacağıq. Maksim Medvedevin durumu yaxşıdır. Onun meydana çıxmaq ehtimalı böyükdür. “Sevilya” növbəti mərhələyə yüksəlmək haqda düşünməyən az saylı komandalardan biridir. Buna Bakıdakı oyunda da şahid olduq. Baş məşqçi və futbolçularının fikirlərindən də görünür ki, hücum futbolu nümayiş etdirmək istəyirlər. Rəqib dinamik futbol tərəfdarıdır”.
Qurbanov öz oyun üslublarına sadiq qalmağa çalışacaqlarını vurğulayıb: “Bizim öz oyun üslubumuz var, bundan əl çəkməməyə çalışırıq. Bəzən rəqiblər, durum durum fərqlidir. “Sevilya”ya boşluqlar verməməliyik. Sabah da az səhv etsək, istədiyimizə nail ola bilərik.
Həqiqəti deməli, reallığa baxmalıyıq – “Sevilya” istənilən rəqibə qarşı dominantlıq etmək istəyir. Bəzən öz futbolunu nümayiş etdirə bilmirsən, məcburən müdafiəyə çəkilirsən. Sabah intizamlı oyun göstərməyə çalışacağıq. Məni hər zaman bəzi futbolçuların optimal formadan uzaq olmaları narahat edir. Bu gün bu barədə düşünmürəm. Tam hazır olan oyunçuları meydana buraxacağıq”.
Comments are closed, but trackbacks and pingbacks are open.