Press "Enter" to skip to content

Sidik kisəsinin infeksiya xəstəliyindən təbii yollarla xilas olmaq üçün reseptlər

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 14 iclası keçirilmiş və həmin iclaslarda 2400-ə yaxın sənəd müzakirə olunub.

Qüsl necə alınır? (Sünnə üzrə qüsl almaq)

1- Öncə, təmiz olsalar belə, iki əli və övrət yerini, bədənində nəcasət (kirli, murdar) olan yerləri yumalıdır.

2- Sonra tam bir dəstəmaz almalı, üzünü yuyarkən qüslə niyyət etməlidir. Ayaqların altında su yığılmırsa, ayaqları da yumalıdır.

3- Sonra bütün bədənə üç dəfə su tökülməlidir. Öncə üç dəfə başa, sonra sağ çiyinə, sonra sol çiyinə tökülməlidir. Hər töküşdə o hissə tamam islanmalıdır. Birinci töküşdə ovmalıdır. Qüsldə bir üzvə tökülən su başqa üzvlərə axıdılarsa, ora da təmizlənir. Çünki qüsldə bütün bədən bir üzv sayılır. Dəstəmaz alarkən bir üzvə tökülən su ilə başqa üzv islanarsa, yuyulmuş sayılmaz. Qüsl tamam olduqda, təkrar dəstəmaz almaq məkruhdur. Lakin qüsl alarkən dəstəmaz pozularsa, bir daha almaq lazım olar.

Sual: Sünnə üzrə necə qüsl alınır?
CAVAB
Qüsl almaq çox asandır. Ağzını və burnunu su ilə yuyub, dənizə və ya gölə girib çıxan, yaxud duş altında bütün bədənini isladan qüsl almış olar. Əvvəl dəstəmaz alıb sonra bütün bədən yuyulsa, sünnəyə uyğun olar. Qüsl almaq üçün niyyət Hənəfidə sünnə, digər məzhəblərdə fərzdir. Qüsl alarkən niyyəti unudanın da qüslü etibarlı olar.

Qüsl alarkən bəsmələ oxunur. Hətta kəlmeyi-şəhadət də gətirmək yaxşı olar. Sünnə üzrə qüsl almaq üçün əvvəlcə təmiz olsa belə, iki əli və övrət yerini yumaq lazımdır. Sonra bədəndə nəcasət varsa, yumalı və sonra qüslə niyyət edərək tam bir dəstəmaz almaq lazımdır. Sonra bütün bədənə üç dəfə su tökülməlidir. Əvvəl üç dəfə başa, sonra üç dəfə sağ çiyinə, sonra üç dəfə sol çiyinə tökməli, hər dəfə də o tərəf tamam islanmalıdır. Birinci dəfə tökəndə ovmaq lazımdır. Qüsldə bir orqana tökülən suyu başqa orqanlara axıtmaq caizdir və o hissə də təmizlənir. Çünki qüsldə bütün bədən bir orqan sayılır. Dəstəmaz alarkən bir orqana tökülən su ilə başqa orqan islansa, yuyulmuş sayılmaz. Qüsl tamam olduqda təkrar dəstəmaz almaq məkruhdur. Qüsl alarkən dəstəmaz pozulsa, qüslə zərəri olmaz, lakin namaz qılmaq üçün bir daha almaq lazımdır.

Qüsl alarkən sabunlanmaq, kisələnmək uyğun deyil. Kirdən təmizlənmə işini ya qüsldən sonra və ya əvvəl etmək lazımdır. İkisinin eyni anda edilməsi uyğun deyil. Qüsldə çox su istifadə edilmiş olur ki, bu da məkruhdur. Malikidə muvalata, yəni fasiləsiz yumağa mane olsa, qüsl etibarlı olmaz.

Duşa girdikdə əvvəlcə qüsl alınır. Sonra kiri təmizləmək üçün yuyunulur. Kir üçün yuyunarkən ehtiyac olan qədər çox su istifadə etməyin zərəri yoxdur.

Qüsl alarkən namaz dəstəmazı pozacaq hallar olsa, (məsələn, qan çıxsa, qaz və ya sidik çıxsa və s.) qüslə qaldığı yerdən davam edilir, dəstəmazı pozan şey qüslü pozmaz. Yalnız bu dəstəmazla namaz qılınmaz, sonra namaz dəstəmazı almaq lazımdır.

Qüsl və israf
Sual:
Dəstəmazda və qüsldə gərəyindən çox su istifadə etmək israfdırmı?
CAVAB
Bəli. Təkcə qüsl almadan əvvəl və ya sonra kirdən təmizlənmək üçün yuyunmağın zərəri yoxdur.

Vəsvəsə
Sual:
Vəsvəsəli biriyəm. Diqqət etməyimə baxmayaraq, dəstəmaz və qüsldə quru yerim qalsa, yaxud səcdəyi-səhv ediləcəkkən unutsam, buna bənzər başqa şeyləri unutsam, oruclu ikən unudub yeyib-içsəm, unudaraq namazı vaxtında qılmasam, sonra da xatırlamadığım üçün qəza etməsəm, axirətdə halım necə olar?
CAVAB
Dinimizdə unutmaq üzrdür. Unudaraq yeyib-içmək orucu pozmaz, qəza da lazım deyil. Unudaraq namazın qəzaya qalması da günah olmaz.

Dəstəmazda, qüsldə quru yer qalmışsa, bilmədiyiniz üçün heç zərəri olmaz. “Görəsən quru yer qaldımı” deyə dəfələrlə yumaq lazım deyil. Bunlar vəsvəsədir, vəsvəsə isə günahdır.

Qüsl alarkən danışmaq
Sual:
Qüsl alarkən danışmağın zərəri varmı?
CAVAB
Qüsl alarkən danışmamaq sünnədir. Ehtiyac olmadıqda danışmamaq lazımdır.

Başqa yerdə almaq
Sual:
Ə.Səadətdə “Qüsl aldıqdan sonra təkrar dəstəmaz almaq məkruhdur. Dəstəmaz pozulmadan başqa yerdə almaq caizdir” deyilir. Başqa yerdə almaqda məqsəd nədir?
CAVAB
Qüsl aldığı yerdə deyil, başqa dəstəmazxanada almaq deməkdir. Belə olsa, məkruh olmaz.

Qüsldən sonra ayaqları yumaq
Sual:
Qüsldən sonra ayaqları təkrar yumaq lazımdırmı?
CAVAB
Əgər ayaqların altında su toplanırsa, çıxarkən ayaqları təkrar yumaq lazımdır. Su toplanmırsa, təkrar yuyulmaz.

Malikiyə görə qüsl alarkən
Sual:
Maliki məzhəbini təqlid edən kişi qüsl alarkən əvvəl övrət yerlərini yusa, sonra bir daha ön övrət yerinə heç toxunmasa, dəstəmaz alıb qüsl aldıqdan sonra bu qüsl ilə namaz qıla bilərmi?
CAVAB
Qıla bilər. Qüsl alarkən ön övrət yerinə dəstəmazdan sonra toxunmasa, dəstəmazı pozulmaz. Övrət yerinə toxunmaq qüslə zatən zərər verməz. Yəni toxunulsa belə, qüslə davam edilər. Sonra namaz qılmaq üçün yalnız namaz dəstəmazı almaq kafidir. Qadınlar övrət yerlərinə toxunsalar da, dəstəmazları pozulmaz.

Sidik kisəsinin infeksiya xəstəliyindən təbii yollarla xilas olmaq üçün reseptlər

Sidik kisəsinin infeksiya xəstəliyi zərərli bakteriyaların sidik kisəsində artıb çoxalması nəticəsində əmələ gəlir. Bu infeksiyalar sidik kisəsinə sidik sistemi ifrazı orqanlarından düşür. Ən çox isə sidik axarından düşən infeksiyalar səbəbindən baş verən sistit xəstəliyi aşağıdakı əlamətlərlə özünü biruzə verir.

  • * sidiyə çıxan zaman göynəmə
  • * tez-tez sidiyə çıxma
  • * sidiyin rənginin tündləşməsi
  • * sidiyin iyinin dəyişilməsi.

Profilaktika məqsədilə aşağıdakılardan itifadə etmək mümkündür:

  • Gün ərzində ən azı 6 stəkan su içmək.
  • Kofein və spirti içkilərdən uzaq durmaq
  • Aralıq nahiyənin təmiz saxlanılması.
  • Siqaretdən uzaq durmaq.
  • Sidiyi sidik kisəsində çox saxlamamaq.
  • Gigiyenik vasitələri tez-tez dəyişdirmək.
  • Sintetik və kirli alt paltarından itifadə etməmək.
  • Balqabaq şirəsi içmək.
  • Sarımsaq yemək.

Aşağıdakı təbii vasitələrdən istifadə etməklə sidik kisəsinin infeksiya xəstəliyindən xilas olmaq mümkündür.

  1. 1. Gülxətmi dəmləməsi sistit xəstəliyinin əlamətlərini aradan qaldırır. Bunun üçün 2 xörək qaşığı gülxətminin üzərinə 2 stəkan qaynar su tökülür və 6-8 saat dəmləndikdən sonra içilir. Dəmləməni gündə 3-4 dəfə yeməkdən əvvəl içmək lazımdır.
  2. 2. Avran dəmləməsi sidikqovucu və sidik kisəsindəki iltihab əleyhinə təsir göstərir. 2 qram bitki qurusunun üzərinə 200 ml qaynar su əlavə edilir və 1 xörək qaşığı olmaqla gündə 2-4 dəfə içilir.
  3. 3. Ammi bitkisinin kökündən hazırlanan “Avisan” dərmanı sistit xəstəliyini sağaldır.
  4. 4. Qarpız yemək sidik kisəsinin iltihabi xəstəlikləri zamanı, nefritlərdə, böyrək daşlarında, sidik kisəsinin daşları zamanı çox faydalıdır. Bu məqsədlə yay aylarında gündə 2-2,5 kq qarpız yemək lazımdır.
  5. 5. Sidik ifrazı sisteminin və sidik kisəsinin infeksiya xəstəliyi zamanı reyhan dəmləməsindən istifadə etməkdə fayda var. Bu məqsədlə 2 xörək qaşığı quru reyhanın üzərinə 500 ml qaynar su tökülür və soyuduqdan sonra içilir. Dəmləmədən gündə 3 dəfə yarım stəkan içmək lazımdır.
  6. 6. Zirinc dəmləməsi sidik ifrazat sisteminin bütün infeksiya xəstəliklərinə qarşı mübarizə apara bilir. Zirincin yarpaqlarından da müalicə vasitəsi kimi istifadə etmək mümkündür. Bu zaman 1:5 nisbətində yarpaq və 40%-li spirt qarışdırılır və 2 həftə saxlanıldıqdan sonra gündə 3 dəfə 30-40 damcı içilir.
  7. 7. Ağcaqayın ağacı yarpaqlarının dəmləməsindən isti halda içmək sistit əlamətlərinin aradan qalxmasına səbəb olur. Bunun üçün 2 xörək qaşığı quru yarpaq, 200 qram qaynar suda 6 saat dəmləndikdən sonra gündə 3-4 dəfə yarım stəkan içilir.
  8. 8. Qırmızı yemişan xroniki sistit xəstəliyinin sağalmasına səbəb ola bilir. Dəmləməsini hazırlamaq üçün 1 çay qaşığı qurusunun üzərinə 200 ml qaynar su tökülür və gündə 3 dəfə olmaqla hər dəfə 1/3 stəkan içilir.
  9. 9. Yarpız dəmləməsi sidik kisəsinin infeksiya xəstəlikləri zamanı çox faydalıdır.Dəmləməni həm quru yarpaqlarla, həm də təzə yarpaqlarıla hazırlamaq mümkündür. Yarpız dəmləməsini gün ərzində bir-neçə stəkan qəbul edə bilərsiniz.

Gözlərimə inana bilmirəm ki, Prezident İlham Əliyev 9 il 9 ay cəzamı bağışladı – Əfv edilmiş məhkum

Gözlərimə inana bilmirəm ki, cənab Prezident İlham Əliyev 9 il 9 ay cəzamı bağışladı.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan məhkum Nüsrət Qurbanov deyib.

O, bildirib ki, Cinayət Məcəlləsinin 274-cü(Dövlətə xəyanət) maddəsi ilə 15 il 9 ay azadlıqdan məhrum edilib.

“6 ilini yatmışam 9 il 9 ay cəzamı çəkilməmiş hissəsindən azad edildim. Sanki yenidən doğulmuşam. Bu sevinci mənə yaşatdığı üçün cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Gözləmədiyim halda məni əfv etdi və azadlığıma, ailəmə qovuşdurdu”.

Xatırladaq ki, Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir .Bununla yanaşı Sərəncamla hüquq müdafiə təşkilatlarının müraciətləri əsasında 10 məhkum da cəzadan azad edilib. Onlar arasında jurnalist Elçin Məmməd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də yer almış, həmçinin 5 nəfər Tərtər hadisələri, 3 nəfər isə 2018-ci ildə baş vermiş Gəncə hadisələri ilə əlaqədar məhkum edilmişdir. Həmin şəxslərin cəzalarının əsas hissəsini çəkdikləri, cəza çəkdikləri müddət ərzində davranışları, ailə vəziyyətləri və sağlamlıqları nəzərə alınaraq əfv edilməsi barədə qərar qəbul edilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 14 iclası keçirilmiş və həmin iclaslarda 2400-ə yaxın sənəd müzakirə olunub.

Qeyd edilməlidir ki, bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilib.

Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.

Comments are closed, but trackbacks and pingbacks are open.