Press "Enter" to skip to content

Hadisələrdən özümü necə uzaqlaşdıra bilərəm

Sərhədlər bağlandığı üçün ölkədə qalmaq məcburiyyətində olan azərbaycanlılar varmı?

Belarusda yaşayan azərbaycanlı İLGİNC FAKTLARI AÇDI: “Özümüzü necə qoruyacağımızı bilmirik”

Koronavirus dünyanı öz qaydalarına uyğun idarə etməyə çalışsa da, Belarus yeganə dövlətlərdəndir ki, karantin rejimi, ciddi, məhdudlaşdırıcı tədbirlər həyata keçirmir və keçirmək niyyətində deyil. Prezident Aleksandr Lukaşenko digər ölkələrin izi ilə getməməyə qərar verib. “Ətrafımızda hər kəs asıb-kəsir: karantin, komendant saatı. Bu ən asanıdır. Bir sutka ərzində edə bilərik. Sonra nə yeyəcəyik?” deyə prezident açıqlamasında qeyd edib.

Belarusda yaşayan həmyerlimiz, araşdırmaçı-jurnalist Anar Rəsul oradakı vəziyyətlə bağlı Publika.az-a ətraflı məlumat verib. Müsahibimiz ölkədə ciddi məhdudiyyətlər görülmədiyi üçün özünü şanslı hesab etmir və bu vəziyyətin qorxunc olduğunu etiraf edir.

Martın sonlarından bəri demək olar ki, bütün ölkələrdə karantin rejimi elan edilib. Belarus isə pandemiya ilə mübarizədə özünəməxsus strategiyası ilə hərəkət edir. Bu, əhali arasında fikir ayrılığına səbəb olur? Ümumiyyətlə, prezidentin bu qərarı nə dərəcədə dəstəklənir?

– Koronavirus pandemiyası başlayandan bəri Belarus məsələyə fərqli yanaşdı. Bunun da xüsusi səbəbləri var. Məlumatlar şişirdilməsə də, hakimiyyət rəqəmləri əvvəlcə əhalidən bir az gizlətməyə çalışırdı. Daha dəqiq desəm, dövlət orqanları az informasiya verməyə meylli idilər. Koronavirusla bağlı məlumatlar 3-4 gündən bir açıqlanırdı. Aydın məsələdir ki, dəqiq məlumatların olmaması dezinformasiyaya qol-qanad açır. Odur ki, müxtəlif teleqram kanalları, saytlar istənilən rəqəmlər üzərində oynayır və dezinformasiya yayırdı. Aprel ayının 8-də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri vəziyyəti yoxlamaq üçün Belarusa gəlmişdi. Onların gəlişi ilə rəqəmlər artmağa başladı, bu da gözlənilən idi. Artıq daha dəqiq rəqəmləri əhaliyə çatdırmağa başladılar. Bir gün ərzində 500 yeni yoluxma elan olundu, rəqəmlər 200-dən 700-ə çatdı. Səhəri gün 450, 350, 400 və beləcə xəstə sayı 3000-i ötdü. Sözsüz ki, bu da ÜST-ün tövsiyələrindən sonra baş verdi. Qurum öz işini yekunlaşdırdıqdan sonra ayın 11-də Minskdə mətbuat konfransı keçirdi. Konfransda Belarusun səhiyyə naziri də iştirak edirdi. Təbii ki, onlar həm dövlət orqanlarına, həm də xalqa virusla mübarizə aparmaq üçün öz tövsiyələrini verdi.

Əhali arasında bu rəqəmlərin doğru olmadığı ilə bağlı hələ də fikir ayrılığı var. Amma faktiki olaraq açıqlanan rəqəmləri doğru hesab etmək olar.

Sizcə, Lukaşenko ölkəsi adına düzgün qərar veribmi?

– O, öz çıxışlarında da qeyd edir ki, bu xəstəlik müəyyən müddət sonra ötüşəcək, amma sarsılmış ölkə iqtisadiyyatı dirçələ bilməyəcək. Bildiyiniz kimi, Belarus idxaldan asılı ölkədir, sadəcə kənd təsərrüfatı məhsulları, hərbi məhsullar və traktor-kombayn kimi bəzi texniki vasitələr ixrac edir. Ölkənin neft və qaz gəlirləri yoxdur. Turizm sektoru o qədər də inkişaf etməyib. İnkişaf etsə belə, bu dövr üçün turizm sektoru aktual deyil. Bütün bunları nəzərə alan ölkə başçısı hesab edir ki, karantin rejimi elan etməklə və daha ciddi tədbirlərin həyata keçirilməsinə göstəriş verməklə büdcə bir neçə gün ərzində boşalacaq. Belarus ixrac etdiyi məhsullardan asılıdır, odur ki, fabrik və zavodların bağlanması, əhalinin evə qapadılması ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq.

Lukaşenko koronavirus pandemiyasını “koronapsixoz” adlandırır və hesab edir ki, bu pandemiyanın insanlara psixoloji təsirləri daha çoxdur. Daim əhali arasında olmaqla, idman yarışlarında iştirak etməklə bu təsirləri azaltmağa çalışır. Yeri gəlmişkən, onun hokkey komandası var və komandası ilə birlikdə son həftələrdə iki dəfə yarışlara qatılıb. O, ictimai yerlərdə görünməklə əhalini ruhlandırmağa çalışır. İnsanları işə, sahələrə, yaz vaxtı olduğu üçün əkin-biçinə dəvət edir. Beləliklə psixoloji təsir edərək, xəstəliyin zərbəsini minimuma endirməyə çalışır. Bir siyasətçi kimi təbii ki, ölkəsini xilas etmək istəyir. O, pandemiya bitəndən sonra hər hansı dövlətdən asılı olmaqdan və ölkə borclarının ödənilə bilməməsindən narahatdır. Nəticə etibarı ilə digər ölkələrin diktəsi ilə hərəkət etmək istəmir. Onun strategiyasına əsasən ölkə nüfuzunu və müstəqilliyini qorumaq, bir neçə şəxsin itirilməsindən daha üstündür. Humanizm baxımdan qəbuledilməz ola bilər, prezident bir neçə min nəfərin bu xəstəlikdən dünyasını dəyişməsinə soyuq münasibət göstərə bilər. Amma siyasi motivdən baxsaq, ölkəsini qorumaq onun üçün daha vacib görünür.

– Minskdə həyat əvvəlki qaydada davam edir?

– Əlbəttə ki, yox. Hər kəs öz imkanları hesabına özünütəcrid rejiminə uyğunlaşmağa çalışır, amma bu, məcburi deyil, daha çox sosial öhdəlik kimi əhalinin istəyinə buraxılıb. Özəl iş yerləri işçilərini məzuniyyətə göndərməklə, kimlərsə xəstəlik arayışı ilə məzuniyyətə çıxmaqla və digər üsullarla təcrid olunmağa çalışır. Minsk şəhərində əvvəlki insan axını yoxdur, ictimai iaşə obyektlərində iş demək olar ki, 80 faiz zəifləyib, əhali bir yerə toplaşmaq və əylənməkdən imtina edərək az da olsa özünü qorumağa səy götərir.

İnsanların virusdan qorunması üçün Səhiyyə Nazirliyi tərəfindən hansı tədbirlər görülür?

– Hansısa nəzərəçarpan tədbirlər həyata keçirilmir, sadəcə məlumat xarakterli təlimatlar verilir. Xəstəliklə bağlı əlamətlər aşkar olunarsa, bu zaman görülməli olan qaydalar haqqında informasiyalar yayılır. Koronavirus aşkar olunan insanlara özünü təcrid etmək tövsiyə olunur. Virusdan qorunmaq üçün kütləvi tədbirlər həyata keçirilmir.

Maskaların satışı hansı səviyyədədir?

– Maska qıtlığı var idi, amma ötən həftə prezident müşavirədə hökumətə vaxt verdi ki, birinci günə qədər mağaza və apteklərdə maska, antiseptik məhsullar tapılmazsa, istefaya göndəriləcək və onların yerinə başqaları təyin olunacaq. Bundan başqa Belarus prezidenti tibb işçilərinin fərdi mühafizə vasitələrinin çatışmaması halında hökuməti istefaya göndərməklə hədələmişdi. Artıq dünəndən etibarən apteklərdə tibbi maskalar satılmağa başladı və əhali qoruyucu vasitələrlə təmin olundu. Amma müşahidələrə əsasən deyə bilərəm ki, əhalinin maskadan istifadə etməyə marağı çox azdır. Axşamlar supermarketə, yaxud alış-veriş mərkəzlərinə gedəndə əlcək və maskadan istifadə edirəm, görürəm ki, həmin məkanlarda olan insanların yalnız təxminən 15 faizi maskadan istifadə edir. Bu da onu deməyə əsas verir ki, bir qrup təşvişə düşsə də, digər qrup ölkə rəhbərliyinə inanır və COVID-19-u qrip infeksiyası kimi qəbul edir, odur ki, özünüqoruma rejiminə ciddi yanaşmırlar.

Deməli, əhali arasında pandemiya ilə bağlı narahatlıq güclü deyil.

– O qədər hiss olunmur, ehtiyat edən təbəqə var, amma 60 faizi xəstəliyə qarşı ciddi qorunma tədbirləri görmür. 3000-dən artıq yoluxma qeydə alınıb, 40-a yaxın insan ölüb. Yoluxanlardan 80-i azyaşlılar, 20-si isə hamilə qadınlardır. Bunlar təbii ki, ciddi fəsadların ola biləcəyindən xəbər verir. Hər kəs hadisələrin axarının necə davam edəcəyini gözləyir. Dünən Səhiyyə Nazirliyinin sözçüsü açıqlama yaydı ki, son bir neçə gündə müşahidə olunan gündəlik yoluxma halı 300-500 artıb və növbəti həftədə də bu müşahidə ediləcək. Proqnozlar göstərir ki, virusa yoluxanların sayı artım üzrə inkişaf edəcək. Bu proqnozları diqqətə alsaq, belə hesab etmək olar ki, may ayının ilk həftəsi də daxil olmaqla növbəti 3 həftə yoluxma halları 10 minə yaxın insanı əhatə edəcək.

Ərzaqların qiymətində bahalaşma müşahidə olunurmu?

– Ölkədə ərzaq qıtlığı və ya qiymət bahalaşması yaşanmır. Bütün alış-veriş mərkəzlərində, supermarketlərdə, mağazalarda istənilən ərzağı tapmaq mümkündür. İxracdan asılı olan limon və zəncəfil xaricində ölkədə istehsal olunan heç bir məhsulda artım baş verməyib. Limon və zəncəfilin qiymətinin yüksək olması isə bütün ölkələrdə olduğu kimi, insanların öz immunitetini gücləndirmək istəməsi ilə əlaqədardır. Prezident dünənki müşavirədə qeyd etdi ki, əgər ixracdan asılı olaraq limon və zəncəfilin qiyməti qalxırsa və ya qıtlıqdırsa, onları daxildə istehsal olunan meyvə-tərəvəzlərlə əvəz etməklə immuniteti gücləndirə bilərsiniz.

Hakimiyyətin ölüm və xəstə sayını gizlətməyə çalışması barədə də fərziyələr irəli sürülür. Bu barədə nə deyə bilərsiniz?

– Ölüm və xəstə sayını gizlətməyə çalışmırdılar, sadəcə əhali arasında təşviş yaratmaq istəmirdilər. Odur ki, dediyim kimi rəqəmlər gec açıqlanırdı. Bu da bir növ insanlarda belə xəbərlərə “immunitet” yaradırdı. ÜST nümayəndələrinin səfərindən sonra məsələ öz həllini tapdı.

Sərhədlər bağlandığı üçün ölkədə qalmaq məcburiyyətində olan azərbaycanlılar varmı?

– Bəli, Minskdə Azərbaycana təxliyə olunmasını gözləyən 22-yə yaxın Azərbaycan vətəndaşı var. Növbəti çarter reysinin mart ayının 29-da olacağı açıqlanmışdı, hətta biletlər də satılmışdı. Son anda həmin təyyarə reysi ləğv olundu, odur ki, yaxın Avropa ölkələrindən özünü Minskə çatdırmış və buradan Bakıya getməyə çalışan azərbaycanlılar qalmalı oldu. Həmin reys hələ ki, naməlum tarixə qədər təxirə salınıb. Qayıda bilməyənlər siyahıya alınıb və Minsk şəhərində xüsusi hotelə yerləşdirilib. Onları gündə 3 dəfə qida ilə təmin edirlər və növbəti təyyarə reysinin baş tutacağı vaxta qədər dövlətin himayəsi altında olacaqlar.

Karantin rejimində yaşamadığınız üçün özünüzü şanslı hesab edirsiniz, yoxsa bu təcrübəni yaşamaq sizin üçün maraqlı olardı?

– Sərbəstliyimiz əlimizdən alınmadığı üçün şanslı görünə bilərik, amma düşünürəm ki, Azərbaycan ən doğru addımı atdı, ölkəmiz vaxtında xüsusi tədbirlər həyata keçirdi, həm tibbi, həm də maddi yardımlar edilir. Biz isə burada heç nədən sığortalanmamışıq. Küçəyə çıxanda görürəm ki, həmyerlilərimiz maska və əlcəkdən istifadə edir, daha çox özünü qorumağa çalışır, nəinki belaruslar. Zərbənin hardan gələcəyini və özümüzü necə qoruyacağımızı bilmirik, iş yerləri bağlanmadığı üçün hər gün işə getmək məcburiyyətindəyik. Küçəyə çıxanda hər an xəstəliyə yoluxa biləcəyimizi düşünürük, bu ehtimallarla yaşamaq heç də asan deyil. Sərbəst şəkildə özünü qorumaq daha çətindir. Odur ki, Azərbaycanda olan həmvətənlərimiz daha şanslı və daha təhlükəsizdir. Hər kəs evində-eşiyində, ailəsinin yanındadır, məcburiyyət olmadan küçəyə çıxmır, özünü və ailəsini qorumuş olur. Burada isə əhali işə getməli, öz dolanışığını təmin etməli, eyni zamanda sağlamlığını qorumalıdır.

Belarusda koronavirus testlərinin az olması haqqında da xəbərlər var.

– Ümumiyyətlə, onu deyim ki, xəstəxanalarda xəstələri qəbul etmək üçün xüsusi girişlər ayrılıb, onlar ümumi girişdən istifadə edə bilməz. Ağciyər rentgen edilir, sonra qan analizləri alınır, şübhəli hallar varsa, koronavirus testi tətbiq olunur. Həmin testlər qənaətlə istifadə olunur, insanların əsasən ambulator şəraitdə müalicə edilməsinə üstünlük verilir. Xəstələrə özünütəcrid tapşırılıb, lakin buna ciddi nəzarət yoxdur. Bu da onların öz vicdanına buraxılıb. Ancaq vəziyyəti ağırlaşan xəstələr xəstəxanaya yerləşdirilir.

Ətraflı məlumat üçün təşəkkür edirəm, özünüzə yaxşı baxın. Ümid edirəm ki, növbəti dəfə daha pozitiv xəbərlər ətrafında söhbət etmək imkanımız olacaq.

Aytən Məftun

Hadisələrdən özümü necə uzaqlaşdıra bilərəm

Sarımsaqda olan təbii fermentlər xalların yaranmasına şərait yaradan pigmentlərin parçalanaraq həmin hissədə yaranan tünd rəngin solmasını və təbii rəng halını almasını təmin edir. Ət xalların da düşməsinə kömək edir.

1 diş sarımsağı əzib, gecə yatmazdan əvvəl xalın üzərinə çəkin.
Bantla üzərini örtün. 4-5 saat qalması kifayət edəcəkdir.
Bantı çıxardıqdan sonra bol su ilə təmizləyin.
3-4 gün müddətində tətbiq edin. Müsbət nəticələr əldə edəcəksiniz.
-Alma sirkəsi
Alma sirkəsinin turşu tərkibi bütün dünyada xal müalicəsində istifadə edilir.
Pambığı alma sirkəsi ilə isladıb, xalın üzərinə qoyun.
Yara bandı ilə üzərini bağlayıb, yatın.
Səhər yuxudan oyandığınız zaman su ilə təmizləyin.
10 gün müddətində tətbiq edə bilərsiniz..
-Kətan toxumu
Kətan toxumu yağı xüsusilə ət xalların müalicəsində istifadə edilir.
Üyüdülmüş kətan toxumu, bal və kətan toxumu yağını yaxşıca qarışdırın.
Bu qarışığı xalın üzərinə qoyun və 1-2 saat sonra təmizləyin.
Gün ərzində 2-3 dəfə və xaldan azad olana qədər tətbiq edin.
-Soğan suyu
Soğan suyunun turşu tərkibi xal müalicəsində çox istifadə olunur.
Soğanı əzərək suyunu çıxarın.
Həmin suyu pambıq vasitəsi ilə xalın üzərinə çəkin.
30-40 dəqiqə qurumasını gözləyin və su ilə təmizləyin.
Bunu gün ərzində 2-3 dəfə və 2 həftə müddətində tətbiq edin.
Aloe Vera hüceyrə yeniləmə və yaxşılaşdırma xüsusiyyətlərinə sahib bitkidir.
Aloe Vera yarpaqlarının arasından çıxan geli xallarınızın üzərinə çəkin.
2-3 saat gözlədikdən sonra soyuq su ilə təmizləyin.
Hər gün 2 dəfə olmaqla, 1 ay müddətində tətbiq edin.

Məqalə xoşuna gəldi? Elə isə “Bəyən” düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar

Üzünüzün formasını dəyişdirən qidalar

Gözəllik

Həyatınızı asanlaşdıran bir neçə praktik tövsiyələr

Gözəllik

Dərini ağartmaq üçün 4 fərqli karbonat və limon maskası resepti!

Gözəllik

Qara nöqtələrdən azad olmaq üçün qara maska

Gözəllik

Üzdəki ləkələr üçün maska

Gözəllik

Pomidor maskası

Gözəllik

Baxımlı olmağın sirləri

Gözəllik

Yay aylarında ayağa qulluq qaydaları

Gözəllik

Victoria Beckhamdan Jeniffer Lopezə məşhurların qəribə gözəllik sirləri

Gözəllik

Ətrinizin qalıcı olmasını istəyirsinizmi?

Gözəllik

Tez bir zamanda dırnaq uzatmaq üçün bir neçə tövsiyə

Gözəllik

Sellulitdən hansı qidalar vasitəsilə azad ola bilərik?

Gözəllik

Uzun və həcmli kirpiklərə sahib olmaq üçün nələr etməli?

Gözəllik

Göz altındakı qara kölgələrdən təbii yolla necə azad olmalı

Gözəllik

Qabartma tozu ilə edə biləcəyiniz 5 maraqlı şey

Gözəllik

Burun plastikasında qapalı (izsiz) üsul ilə açıq üsulun fərqi

Gözəllik

Saçlarını ilk dəfə boyayanlar üçün 5 tövsiyə

Gözəllik

Estetik burun əməliyyatı haqqında doğru zənn edilən səhv fikirlər

Gözəllik

Axtarış et

Alt Kateqoriyalar

  • Makiyaj
  • Dəriyə qulluq
  • Saçlara qulluq
  • Manikür və pedikür
  • Saç modelləri
  • Plastik əməliyyat

Ən çox oxunanlar

Yeni məqalələr

Ən yaxşı lazer aparatı seçimi Diod yoxsa Aleksandrit lazer apparatı
  • 30.03.2023
  • Dəriyə qulluq
  • 633
Ramazanda necə qidalanmalı
Bali adasında tətil

Bizim seçdiklərimiz

Ən yaxşı lazer aparatı seçimi Diod yoxsa Aleksandrit lazer apparatı
  • 30.03.2023
  • Dəriyə qulluq
  • 633
Ramazanda necə qidalanmalı
Bali adasında tətil

Leydi.az modadan bürclərə, psixologiyadan sağlamlığa qədər maraqlandığınız bütün mövzularda faydalı məqalə və məsləhətləri tapa biləcəyiniz qadın saytıdır.

    Gözəllik
  • Makiyaj
  • Dəriyə qulluq
  • Saçlara qulluq
  • Manikür və pedikür
  • Saç modelləri
  • Plastik əməliyyat
    Moda
  • Gündəlik geyim dəbi
  • Ziyafət dəbi
  • Yeni kolleksiyalar
  • Gəlinliklər
    Bürclər
  • Bürclərin ümumi xüsusiyyətləri
  • Bürclərin uyğunluğu
  • Fallar
    Sağlamlıq
  • Diyet
  • Düzgün qidalanma
  • Fitness
  • Qadın xəstəlikləri
    Münasibətlər
  • Evlilik
    Dekorasiya
  • Mətbəx interyeri
  • Salon interyeri
  • Uşaq otağı interyeri
  • Toy dekorasiyası
    Mətbəx
  • Salatlar
  • Duru yeməklər
  • Xəmir işi
  • Şirniyyatlar (tortlar)
  • İçkilər
  • Dünya mətbəxi
    Ana və uşaq
  • Hamiləlik
  • Doğuşdan sonra
  • Uşaqların tərbiyəsi/psixologiyası
  • Körpəyə qulluq
    Həyat tərzi
  • Psixologiya
  • Ən yaxşı.
  • Motivasiya
  • Maraqlı məlumatlar
  • Tətil
  • İş/Karyera
  • Filmlər/Seriallar
  • Özün hazırla
  • Faydalı məsləhətlər

© 2015 – 2023 Leydi.az. Bütün hüquqlar qorunur.

Sayt ElitSolutions şirkəti tərəfindən hazırlanıb.

Pis fikirləri özümüzdən necə uzaqlaşdıraq?

İnsanın günaha batmasına təhrik edən nəfsani qüvvələrdən biri də iffəti qorumamaq müstəvisindədir. Ona görə də insan nəfsani istəklərini kontrolda saxlamağı bacarmalıdır ki, günahdan uzaq olsun.

Bunun üçün nə etməli?

1. Təfəkkür etmək və düşünmək. İnsanın günah etməsinə səbəb olan amillərdən biri – onun agahsız olmasıdır. Əgər bizim səhərdən axşama qədər dünyaya başımız qarışsa və Allahı və ölümü unutsaq və əməllərimizin sonu barəsində düşünməsək – o zaman rahatlıqla günah etmiş olarıq. Ancaq əksinə – əgər təfəkkür etsək və düşünsək, bu zaman günahdan uzaq olmağa çalışacağıq.

2. Özünü cəzalandırmaq. Nəfsimizi islah etmək üçün cəza metodundan istifadə edə bilərik. Əvvəl nəfsimizi hədələməliyik və sonra özümüzə deməliyik ki, mən qərara gəlmişəm ki, bu gün günah etməyəm. Əgər bu yolda mənimlə həmkarlıq etməsən, səni cəzalandıracağam. Misal üçün, filan xoşladığım işdəm imtina edəcəyəm.

3. İnsani dəyərləri gücləndirmək. Əgər insan dərk etsə ki, dəyərli varlıqdır və Allah ona kamal vermişdir, rəzil sifətlərdən uzaq olmağa çalışacaq və fəzilətli sifətlərə üz tutacaqdır. İmam Əli (ə) buyurur: “Hər kim nəfsini əziz tutar – şəhvətlər onun üçün kiçik və dəyərsiz olar”.

4. Pis dostlarla əlaqəni kəsmək. İnsan təsir qəbul edən varlıqdır və bir çox rəftar və sifətləri başqalarından götürər. O cümlədən dostlarından. Ona görə də insanın dostları yaxşı olmalıdır ki, ona təsir edən sifətlər də yaxşı olsun. Pis dostlardan uzaq olmaq lazımdır.

5. Büdrəməyə səbəb olan yerlərdən uzaq olmaq. O kəs ki, nəfsani istəkləri kontrolda saxlamaq istəyir – gərək fikirlərini mənfi tərəfə təhrik edən yerlərdən uzaq olsun. O yerlərdə ki, günah ehtimalı vardır – ora getməsin.

6. Günaha təhrik etməyin müqəddiməsinin qarşısını almaq. İnsanı fəsada təhrik edən amillərdən biri – naməhrəmə baxmaqdır. Əgər insan naməhrəmə baxmaqdan çəkinərsə, o zaman şəhvətin müqəddiməsindən uzaqlaşmış olar. Ona görə də nəfsani istəkləri kontrolda saxlamaq üçün, insan gərək ilk olaraq gözünə və qulağına nəzarət etsin.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.