QARABAĞ: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ
Albaniyada erkən orta əsrlərdə müxtəlif cinsli çoxsaylı səslərdən tərtib edilmiş xüsusi yazı, 52 işarədən ibarət alban əlifbası var idi. İlk orta əsrlərdə (V əsr) Albaniyanın siyasi, iqtisadi və mədəni mərkəzi Bərdə şəhərində məktəblər açılmış, uşaqlara yazı və biliklər öyrədilmişdir.
Qarabag tarixi 7 ci sinif pdf
Бесплатные онлайн гадания
Расклад на сегодня: 08.03.2023
- Онлайн Видео
- Гороскоп
- Таро
- Гадание
- Расклад
- Гадание на костях
- Проверить совместимость
- Гадание на хрустальном шаре
- Гадание на измену
- Гадание на соперницу
- Гороскоп
- Таро
- Гадание
- Расклад
- Таро онлайн
- Ленорман Онлайн расклад
- Цыганские гадания
- Гадание с зеркалом
- Проверить совместимость имен Top
- Онлайн гадания
- Гадание на костях
- На хрустальном шаре
- На измену
- На соперницу
QArabag tarixi 7
Видео – QArabag tarixi 7 онлайн.
Azərbaycan Tarixi 7 Ci Sinif Ksq 5 – Daha Bir Variant Izahlı şəkildə
İDEA MAP 10 месяцев назад
Azərbaycan Tarixi 7 Ci Sinif Ksq 5 – Tam Izahlı Formada. Sona Qədər Izləyin.
İDEA MAP 11 месяцев назад
Azərbaycan Tarixi 7 Ci Sinif Testi – Azərbaycan Müstəqil Dövlətçiliyin Dirçəlişi ərəfəsində
İDEA MAP 11 месяцев назад
Azərbaycan Tarixi 7 Ci Sinif Ksq 3 İzahlı şəkildə Test Izahı
İDEA MAP 11 месяцев назад
#tarix #dim Azərbaycan Tarixi 7 – Ci Sinif KSQ
İDEA MAP 11 месяцев назад
Azərbaycan Tarixi 7- Ci Sinif KSQ 4
İDEA MAP 11 месяцев назад
Zəfər Tarixi 7-ci Dərs. Xan Qarabağ!
Tarix və tarix dərsləri 1 год назад
Bu Ildən
Hicran Nəsibova 1 год назад
7’A.Qarabağ Tarixi Fənnindən..
Mustafayeva Nuride 2 года назад
QARABAĞ TARİXİ, ƏZƏLİ AZƏRBAYCAN TORPAĞIDIR
CBC FM Azerbaijan 3 года назад
Qarabag Fk Unudulmaz 7 Qol . Tarixi Qollar .
Nebi Huseynov 4 года назад
- 2.5k likes
- 1.8k followers
- 0.5k followers
- 4.5k followers
- 5.5k followers
- 1.5k followers
- 6.5k subscribers
- 8.5k followers
Выберите соц.сеть:
QARABAĞ: ETİMOLOGİYASI, ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ
Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir?
04.04.2018 ~ 07.03.2023
Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir. Yeri gəlmişkən, bu hal Azərbaycan üçün xarakterikdir: Naxçıvan şəhəri – Naxçıvan bölgəsi, Şəki şəhəri – Şəki bölgəsi, Gəncə şəhəri – Gəncə bölgəsi, Lənkəran şəhəri -Lənkəran bölgəsi və i.a.
“Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir. Beləliklə, Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.
Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş “Dağlıq Qarabağ problemi”nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin – Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün “Qarabağ tarixi” (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: “Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.
Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür. Digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə “Dağlıq Qarabağ” deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini – dağlarını, düzənlərini əhatə edən ümumi bir “Qarabağ” anlayışı olmuşdur. Başqa sözlə, “Dağlıq Qarabağ” anlayışı çox sonraların “məhsuludur”, separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran), həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın – Azərbaycan xalqının Vətəni olmuşdur, dilində “qara” və “bağ” sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır.
QARABAĞIN QISA TARİXİ
Azərbaycanın Qarabağ regionu Dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının meydana çıxdığı ərazidir (Hüseynov M.M. Azıx mağarası. Qarabağ ərazisi paleolit dövrünün Quruçay, sonrakı Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir.
Antik dövrdə Qarabağ ərazisi Albaniyanın Uti, Paytakaran və Arsak vilayətlərini əhatə etmişdir. Kür və Araz çaylarıarasında yerləşən Qarabağ ərazisində əsəsən yerli tayfalar – albanlar, utilər, qarqarlar və savdeylər, həmçinin gəlmə tayfalar maskutlar, saklar, gellər və ballar məskun idilər.
Albaniyada erkən orta əsrlərdə müxtəlif cinsli çoxsaylı səslərdən tərtib edilmiş xüsusi yazı, 52 işarədən ibarət alban əlifbası var idi. İlk orta əsrlərdə (V əsr) Albaniyanın siyasi, iqtisadi və mədəni mərkəzi Bərdə şəhərində məktəblər açılmış, uşaqlara yazı və biliklər öyrədilmişdir.
Albaniya hökümdarı Cavanşirin dövründə (616-681) Albaniya qüdrətli bir dövlətə çevrilmişdir. Həmin dövrdə Albaniyanın paytaxtı Qarabağın ən qədim şəhərlərindən biri olan Bərdə idi.
VII əsrdən başlayan ərəb yürüşləri Albaniyanın fütuhatı ilə nəticələndi. VIII əsrdən etibarən Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da yeni dövr başlandı. Qarabağ Xilafətin şimaldakı mərkəzinə çevrildi. Ərəb xilafəti dağıldıqdan sonra (IX əsrin sonlarında) Qarabağ ərazisində (Yuxarı Qarabağda) Sünik və Arsax-Xaçın (Arsak türk mənşəli ərsak mənasındadır) knyazlıqları yarandı. Albaniya dövlətini bərpa etmək məqsədi ilə alban soylu Həsən Cəlal (1215-1261) bu feodal qurumu inkişaf mərhələsinə çatdırdı. Gəncəsər (Qanzasar) alban xristian məbədi də onun zamanında tikildi.
Qarabağ ərazisi Azərbaycanın bütöv ərazisi ilə birlikdə XII əsrin birinci rübündən Azərbaycan Atabəylərinin XIII əsrin əvvəllərində isə Hülakulərin hakimiyyəti altına düşdü. XIV əsrin sonlarında Qarabağ Teymurun, XV əsrdə isə Teymurilər və Qaraqoyunluların müharibə meydanına çevrildi. 1410-cu ildən etibarən Qarabağ da daxil olmaqla Kürdən cənubda yerləşən Azərbaycan torpaqları Qaraqoyunluların hakimiyyəti altına salındı. 1467-ci ildə Qaraqoyunlular dövlətinin süqutundan sonra Qarabağ Ağqoyunlu dövlətinin tərkibinə keçdi.
XVI əsrin başlanğıcında (1501-ci ildə) Azərbaycan Səfəvilər dövlətinin yaratdığı inzibati ərazilərdən biri olan Qarabağ bəylərbəyliyinin tərkibinə XVII əsrdən XVIII əsrin əvvəlinə qədər Astabad, Cavanşir, Bərgüşad, Qazax, Şəmşədil daxil idi.
Beləliklə, Qarabağ əvvəllərdə olduğu kimi X-XVII əsrlərdə də Azərbaycanın ayrılmaz hissəsi olmuş, Xilafətdən sonra yaranmış Sacilər, Salarilər, Eldəgizlər, Elxanilər (Hülakülər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi türk hakimlərin idarə etdikləri dövlətlərin tərkibində olmuşdur. Qarabağ əhalisinin əsas, aparıcı hissəsini türk tayfaları təşkil etmişdir.
XVIII əsrin əvvəllərində Qarabağ Nadir şah Əfşarın nəhəng imperiyasının tərkibində olmuşdur. İmperiya dağıldıqdan sonra Azərbaycan ərazisində yaranmış 20 xanlıqdan biri də Kür və Araz çayları arasında böyük əraziyə malik Qarabağ xanlığı idi. Qarabağ xanlığının əsasını cavanşirlər sülaləsinin sarıcalı oymağından olan Pənah Əli xan qoydu.
Hələ XVIII əsrdən Qafqazı öz təsiri altında salmaqla iqtisadi maraqlarını təmin etmək istəyən Rusiya XIX əsrin birinci yarısında buna nail oldu. 1805-ci ildə Qarabağ xanı ilə Rus imperatoru arasında «Kürəkçay» müqaviləsi imzalandı. 11 maddədən ibarət «Andlı öhdəlik» adlanan bu traktat ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi. Bu traktatın şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı oldu.
«Kürəkçay»ın (1805-i il) ardınca Rusiya ilə İran arasında bağlanan Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqaviləsindən sonra Rusiya dövləti qısa müddətdə (1828-1830-cu illərdə) İrandan 40 min və Türkiyədən 90 min ermənini Qarabağa köçürdü və məskunlaşdırdı. Bununla da Azərbaycanın Qarabağ regionu münaqişə yuvasına çevrildi.
XX əsrin əvvəllərində Qarabağda etnik təmizləmə siyasəti geniş vüsət aldı. Bu, 1905-1906-ci illərdə türk-müsəlmanların silahlandırılmış ermənilər tərəfindən kütləvi qırğını ilə nəticələndi. Ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağda möhkəmlənə bildilər.
XX əsrin əvvəllərindən erməni millətçiləri öz tarixi torpağında yaşayan azərbaycanlıları planlı surətdə qovmağa, qırmağa və milli soyqırıma başladılar. 1918-ci ilin mart ayında Qarabağ bölgəsinin azərbaycanlı əhalisi də soyqırıma məruz qaldı.
1918-1920-ci illərdə erməni daşnakları Qarabağın qəzalarında kəndləri məhv edərək, minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular.
1920-ci il mayın 3-də XI Qırmızı Ordunun silahlı dəstələri Azərbaycana soxuldu. Rus bolşevikləri Qarabağda yuva salmış erməni quldur dəstələrinin bilavasitə köməyi ilə AXC-nin Qarabağ general-qubernatorluğunu ləğv etdilər.
1923-cü ildə Ermənilər Rusiyada çarizmin süqutu və Sovet hökumətinin qurulması ilə meydana çıxan əlverişli şəraitdə inzibati ərazi məsələsini qaldırdılar və DQMV kimi nə tarixi, nə də sosial-iqtisadi əsası olmayan bir qurum yaratdılar.
Sovetlər dövründə dəfələrlə DQMV-nin Ermənistana birləşdirilməsinə cəhdlər edilmişdir.
1988-ci ilin əvvəllərindən başlayaraq DQMV-də Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiası irəli sürüldü. Ermənistan adlandırılmış qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycandan 10 minlərlə soydaşımız öz tarixi-etnik ərazilərindən deportasiya edildi.
1988-ci ilin iyulunda DQMV-nin Azərbaycanın tərkibindən çıxması, 1989-cu ildə isə Ermənistana birləşdirilməsinə dair qərar qəbul edildi. Silahlandırılmış erməni quldur dəstələri yerli azərbaycanlı əhalini Dağlıq Qarabağ ərazisindən – öz doğma yurd-yuvasından çıxardı.
1991-ci ildə erməni silahlı birləşmələri açıq hərbi əməliyyatlara başladılar. 1991-ci il sentyabrın 2-də erməni separatçıları Yuxarı Qarabağda qeyri-qanuni bir qurum – oyuncaq «Dağlıq Qarabağ Respublikası»nın yarandığını elan etdilər. 1992-ci ildə erməni silahlı birləşmələri Yuxarı Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başladılar.
Erməni və rus hərbi birləşmələri 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndlərini işğal etdilər, fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiya Federasiyasının Stepanakertdə (Xankəndində) yerləşən silahlı qüvvələrinin 366-cı alayının iştirakı ilə əhalisinin hamısı (7 min) azərbaycanlı olan Xocalı şəhərini yerlə yeksan etdilər. Dinc mülki əhalini ermənlər dəhşətli soyqırıma məruz qoydular.
1992-1993-cü illərdə Dağlıq Qarabağ ərazisi və Azərbaycanın digər 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Ermənistan Respublikasının hərbi qüvvələri tərəfindən işğal olundu.
Ermənistan hərbi qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan Respublikasının torpaqlarının 20 %-ı işğal olundu, 20 min nəfərdən artıq insan qətlə yetririldi, 50 min nəfərədək adam yaralandı və şikəst oldu, 1 milyonadək azərbaycanlı qaçqın və məcburi köçgünə çevrildi, 4581 nəfərdən çox adam əsir və itkin düşdü. Müharibənin rəsmi imzalanmış atəşkəslə birinci mərhələsi başa çatmış oldu, ikinci mərhələ sülh danışıqları vasitəsilə davam etdirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.