Tdk işinə necə müraciət edə bilərəm?
Valideyn şəxsi kabinetində müvafiq ümumi təhsil müəssisəsinə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri təqdim edib, ümumi təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız ümumi təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa ümumi təhsil müəssisəsi seçimi etmək olar.
Tdk işinə necə müraciət edə bilərəm?
You are using an outdated browser.
- NAZİRLİK
- XƏBƏRLƏR
- SOSİAL MEDİA
- Virtual bələdçi
- Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
Haqqımızda
Today, our catalogue contains:
Menyu Menyu
Menyu
Xidmətlər Elm və Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər
Məktəbəqədər təhsil İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesidir.
Ümumi təhsil Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir.
Məktəbdənkənar təhsil Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki imkanlarının artırılmasını təmin edən təhsil növüdür.
Peşə təhsili Zəruri əmək bacarıqlarına yiyələnməni təmin edən prioritet fəaliyyət sahəsidir.
Orta ixtisas təhsili Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir.
Ali təhsil Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir.
Xüsusi təhsil Xüsusi təhsil – sağlamlıq imkanları məhdud şəxslərə dövlət proqramları əsasında bilik, bacarıq və özünəxidmət vərdişlərini aşılamaqla, onların cəmiyyətə inteqrasiyasını, o cümlədən əmək fəaliyyətinə və ailə həyatına hazırlanmasını təmin edir.
Sənədlər Normativ sənədlər və təlimatlar
Layihələr Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr
Tədqiqatlar Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar
Hesabatlar İllərə dair hesabatlar
Atributlar Atributların istifadəsinə dair təlimatlar
- Ümumi məlumat
- Məktəbəqədər təhsil müəssisələrinin siyahısı
- Ümumi məlumat
- Ümumi təhsil müəssisələrinin siyahısı
- Elektron dərs resursları
- Yeni dərs ili üçün nümunəvi cədvəllər
- COVID-19 pandemiyası zamanı məktəblərdə davranış qaydaları
- Olimpiada və müsabiqələr
- Onlayn kalkulyator
- DİQ müsahibə nəticələri
- Ümumi məlumat
- Məktəbdənkənar təhsil müəssisələrinin siyahısı
- Ümumi məlumat
- Peşə liseyləri
- Peşə məktəbləri
- İxtisaslar
- Peşə təhsil mərkəzləri
- Ümumi məlumat
- Orta ixtisas təhsili müəssisələrinin siyahısı
- Hesabat formaları
- Ümumi məlumat
- Ali təhsil müəssiələri
- Tələbə köçürülməsi
- Xaricdə təhsil
- Tələbə Kredit Fondu
- Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi
- Tanınan diplomların sahibləri barədə məlumat bazası
- Hesabat formaları
- Ümumi məlumat
- İnternat məktəbləri
- “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi
- “STEAM” layihəsi
- “Rəqəmsal bacarıqlar” layihəsi
- “Peşə təmayüllü siniflərin təşkili” layihəsi
- “Məktəblinin dostu” layihəsi
- SABAH qrupları layihəsi
- “Study in Azerbaijan” layihəsi
- English –>
- Русский –>
Təhsil millətin gələcəyidir!
HEYDƏR ƏLİYEV
Sualım var
Sizə necə kömək edə bilərik?
Daha ətraflı seçin:
Təhsil haqqınızı nağdsız formada, portal.edu.az, gpp.az, müştərisi olduğunuz bank və Azərpoçt vasitəsilə ödəyə bilərsiniz. Bunun üçün müəssisə sizin sənədlərinizi yoxlamalı və ödəniş edilməlidir statusu təyin etməlidir. Ödəniş edilməlidir statusu təyin edildikdən sonra ödənişi qeyd olunan vasitələrlə ödəyə bilərsiniz.
Bu barədə müraciət etdiyiniz müəssisə Güzəştli qəbul edildi statusu təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir.
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza Təhsil haqqından azad addımı çıxacaqdır. Burada “Bəli”seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.
Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcəkdir.
Digər sənəd xanasının yanındakı + düyməsini sıxmaqla xana sayını artıra bilərsiniz.
Qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz.
Qəbul məlumatlarınız avtomatik əks olunur. Qəbul məlumatlarınızda hər hansı səhv olarsa, bu barədə Təhsil Nazirliyinə məlumat verməyiniz xahiş olunur.
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.
Bildiyiniz kimi magistraturaya qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.
Qeydiyyat 2021-ci ilin 13 iyuldan 22 iyul tarixinədək olacaqdır.
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxın və açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.
Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə sıxın və açılan pəncərədə ilk öncə elektron poçt ünvanını daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmi daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Bildiyiniz kimi magistraturaya qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.
Şəxsi məlumatlarınız avtomatik əks olunur. Siz əlavə olaraq, faktiki yaşadığınız ünvan və faktiki yaşadığınız rayon barədə məlumatları əl ilə daxil etməlisiniz. Əgər əcnəbi və vətəndaşlığı olmayan şəxsinizsə və Azərbaycan Respublikasında fərdi identifikasiya nömrəniz yoxdursa, müəyyən şəxsi məlumatları daxil etməyiniz tələb oluna bilər.
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.
Qəbul məlumatlarınız avtomatik əks olunur. Qəbul məlumatlarınızda hər hansı səhv olarsa, bu barədə Təhsil Nazirliyin 146-6 qaynar xəttinə məlumat verməyiniz xahiş olunur.
Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz.
Qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Digər sənəd xanasının yanındakı + düyməsinə sıxmaqla xana sayını artıra bilərsiniz. Müəssisə tərəfindən hər hansı əlavə sənəd tələb edilmirsə, həmin xanaya məlumat daxil etməyiniz məcburi deyil.
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşısınızsa Təhsil haqqından azad addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunu kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.
TTK əldə etməyiniz üçün e-ttkf.edu.az sistemindən qeydiyyat etməlisiniz, parelel olaraq portal.edu.az-dan qeydiyyat zamanı hansı növ təhsil krediti almaq istədiyiniz barədə təhsil müəssisəsini məlumatlandıra bilərsiniz. Bu məlumatlandırmanın məqsədi təhsil müəssisəsinin TKK təyini qərarı verilənədək sizdən tam və ya 20 faizdən artıq təhsil haqqı ödənişi tələb etməməsi üçündür. Eyni zamanda, müəyyən statuslar vasitəsilə müəssisə və sistem tərəfindən kabinetiniz TTK müraciətinizin nəticələri barədə məlumat əldə edə biləcəksiniz.
Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcəkdir. Kabinetinizə daxil olan bidirişlri yekun qərar verilənədək izləməyiniz vacibdir.
Bu barədə müraciət etdiyiniz müəssisə Güzəştli qəbul edildi status təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir.
Ödəniş icra edə bilmək üçün ilk növbədə müəssisə tərəfindən müraciət araşdırıldıqdan sonra “ödəniş edilməlidir” status təyin edilməlidir. Müraciətiniz ödəniş edilməlidir statusu aldıqda aşağıdakı addımları edə bilərsiniz. Bu zaman tələbənin kabinetinə bildiriş gələcək ki, ödəniş etsin. Bu halda addım 1 Tələbə şəxsi kabinetilə ödəniş edə bilər. (Bugunədək bankla ödəniş etmişlər çek yükləyə bilər). Addım 2 Tələbə gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməklə məlumatlar daxil edilməlidir. Ödəniş icra edilə bilər. Addım 3 Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşır Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirərək, FİN və ya ATİSdə formalaşan invoys (Ödəniş edilməlidir statusu təyin edildiyi zaman şəxsi kabinetdə invoys əks edilir) təqdim edərək ödəniş edir.
Qeydiyyat 15 iyul 2022-ci il saat 12.00-da (günorta vaxtı) başlayıb, 25 iyul 2022-ci il saat 12.00-da (günorta vaxtı) bitəcəkdir.
Ali təhsil haqqında sənədin əsli və onun əlavəsi: Məcburi sənəddir. Tələbə diplomu əldə etməyibsə, mütləq təhsil aldığı müəssisədən arayış alaraq portal.edu.az -a daxil etməlidir. Bakalavr pilləsini bitirməsi haqda arayış: Məcburi sənəddir. 1-ci sənədin əvəzinə verilir. Bitirdiyi ali məktəbin dekanlığından əldə olunur. Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli: Məcburi sənəd deyildir. Müvafiq müəssisə tərəfindən tələb olunarsa digər sənəd kimi əlavə edilə bilər. Ağ fonda 3×4 ölçüdə fotoşəkil: Məcburi sənəd deyildir. Müvafiq müəssisə tərəfindən tələb olunarsa digər sənəd kimi əlavə edilə bilər. Sağlamlıq haqqında arayışın surəti: Məcburi sənəd deyildir. Lakin, hər hansısa müəssisə tərəfindən bu sənədlə bağlı tələb olarsa, yalnız o zaman həmin müəssisəyə göndərilə bilər. Əlavə sənəd: Sənəd əlavə etmək məcburi deyildir, lakin əlavə olaraq göndərmək istədiyiniz (diplom, sağlamlıq haqqında arayış və s.) sənədləriniz varsa, əlavə edə bilərsiniz. İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd: Məcburi sənəd deyildir. Yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün): Məcburi sənəddir.
Qeydiyyat üzrə bütün məlumatlar Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunur. Saytı mütəmadi izləməyiniz xahiş olunur.
Qeydiyyat 19.09.2021-ci il tarixində saat 23.59-da bitəcəkdir.
Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi) təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə müraciət göndərmək imkanınız yaranacaqdır.
Qəbul xətti seçimi mərhələsinə gəldikdə, sistem tərəfindən sizə xəbərdarlıq ediləcək ki, siz iki təhsil müəssisəsinə qəbul olmusunuz, lakin yalnız bir təhsil müəssisəsi seçmək imkanınız var və seçim etdikdən sonra yenidən seçim imkanınız olmayacaq. Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi) təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə yeni müraciət göndərmək imkanınız yaranacaqdır.
Qeydiyyatdan keçmədən ödəniş etməməyiniz xahiş olunur.
Ödəniş qəbzi əlavə etdikdən sonra status dəyişmir. Siz çeki əlavə etdikdə, əlavə etdiyiniz ödəniş qəbzi müəssisəyə yönləndirilir və müəssisə yoxladıqdan sonra sistem vasitəsilə statusu dəyişəcəkdir. Gözləməyiniz xahiş olunur.
Təhsil haqqınızı portal.edu.az, gpp.az və ya bank vasitəsi ilə ödəyə bilərsiniz. Bunun üçün ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməli, “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsi ilə qəbul olduğunuz təhsil müəssisənizə müraciət etməlisiniz. Müraciətiniz göndərildikdən sonra təhsil müəssisəsi tərəfindən sənədləriniz yoxlanılacaq və müvafiq olaraq onlara Ödəniş edilməlidir statusu təyin ediləcək. Ödəniş edilməlidir statusu təyin edildikdən sonra ödənişi qeyd olunan vasitələrlə ödəyə bilərsiniz. Ödəniş etmək üçün detallı izahlar: Addım 1: Tələbə şəxsi kabinetilə ödəniş edə bilər. Addım 2: Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər. Addım 3: Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edir.
Valideyni məlum olmayan, valideyni vəfat etmiş və ya itkin düşmüş şəxslər valideyn FİN-ni daxil etmədən növbəti addıma keçə bilərlər. Amma həmin şəxslərin valideynlərinin FİN-ni tapıb daxil etmələri onların təhsil haqqı güzəştindən istifadə edilməsi üçün çevik qərarın verilməsində böyük əhəmiyyətə malikdir.
Valideyn məlumatları yalnız aşağıdakı şəxslər üçün görünür: 1. Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirən şəxslər; 2. Dövlət sifarişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında müəyyən olunmuş təqaüdün 2 mislindən az olmayan məbləğdə təqaüd istədiyini bildirən 23 yaşı tamam olmamış şəxslər. Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş şəxs Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirsə də, aşağıdakı sosial kateqoriyalar seçildikdə valideyn məlumatlarının daxil edilməsi üçün addım və xanalar görünmür. 1. I və II dərəcə əlilliyi olan şəxslər; 2. Sağlamlıq imkanları məhdud 18 yaşınadək olan şəxs; 3. Məcburi köçkün statusu olan şəxs. Qeyd: Valideyni III qrup əlil olan şəxslərin uşaqları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhsil haqqı güzəştindən yararlana bilməzlər.
Bu barədə müraciət etdiyiniz müəssisə “Güzəştli qəbul edildi” statusu təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir. Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisəsinin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq, təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa, şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza “Güzəştli qəbul” addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz. 23 yaşı tamam olmuş ödənişli tələbələr üçün “Valideyn himayəsindən məhrum olmuş uşaq və onlar arasından olan şəxslər” seçimi görünmür və onlar bu güzəştdən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadə edə bilmirlər.
Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisənin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.
“Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası: Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsini sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkan yaranır.
“Müraciət et” və ya “Yadda saxla” düymələrini sıxdığınız zaman qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Attestatın surəti: Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün): Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir. Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər. Ağ fonda 3×4 ölçüdə fotoşəkil: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər. Sağlamlıq haqqında arayışın surəti: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsab “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər. “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası: Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsinə sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkanı yaranır.
Eyni sənədin bir neçə səhifəsi varsa, onu skan edərkən, 1 PDF faylda birləşdirərək əlavə etməlisiniz.
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur. Bunu 146 xidməti vasitəsilə Təhsil Nazirliyinə bildirməyiniz xahiş olunur.
Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN-i vasitəsilə avtomatik əks olunur. Yəni, hər hansı məlumatı daxil etməyinizə ehtiyac yoxdur. FİN-i olmayan əcnəbilər müvafiq sənədi seçməklə təqdim olunan mövcud xanaları əl ilə doldurulmalıdırlar.
Bildiyiniz kimi bakalavriat pilləsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxaraq açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu yazdıqdan sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur. Amma müraciətinizi qəbul olduğunuz müəssisəyə göndərməmisinizsə, mütləq “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə, müraciətinizi qəbul olduğunuz təhsil müəssisəsinə göndərməlisiniz.
Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olmuş şəxslər 7 sentyabr tarixindən etibarən ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.
Şagirdlərin yerdəyişməsi proqram təminatı vasitəsilə elektron formada həyata keçirilir.
Proses sy.edu.az portalı vasitəsilə aparılır.
Valideyn (qanuni nümayəndə) sy.edu.az portalına daxil olub, “qeydiyyat” bölməsini seçib ilk öncə özünü qeydiyyatdan keçirir. Bunun üçün şəxsiyyət vəsiqəsinin FİN kodunu yazıb, “robot deyiləm” düyməsini işarələyib “yoxla” düyməsini vurur. Məlumatların düzgünlüyünü yoxlayıb “təsdiq” düyməsini vurur. Daha sonra əlaqə nömrəsini daxil edir və təsdiqləyir, nömrəyə göndərilən 4 rəqəmli şifrəni ekranda göstərilən müvafiq sahəyə daxil edib təsdiqlədikdən sonra irəli düyməsini sıxır. Bu mərhələdə valideyn tərəfindən kabinetə şifrə təyin edilməsi tələb olunur. Valideyn şifrəni daxil etdikdən sonra kabinet yaradılmış olur. Açılan səhifədə “şagird əlavə et” bölməsinə daxil olub övladının FİN kodunu və yaxud ÜTİS kodunu yazıb, şagirdin oxuduğu rayonu və məktəbi seçib “yoxla” düyməsini vurur. Tapılan məlumatların düzgünlüyünü yoxladıqdan sonra “yadda saxla” vurub şagirdi kabinetə əlavə edir.
Say məhdudiyyəti qoyulmayıb.
X-XI sinif şagirdlərinin yerdəyişməsi üçün sorğu yerləşdirildikdə valideyndən “fayl” bölməsinə ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd yüklənilməsi tələb olunur.
Şagirdə şərti ÜTİS kodu alındıqdan sonra sy.edu.az portalında qeydiyyatdan keçirilməklə yerdəyişməsi həyata keçirilir.
Bütün ümumi təhsil müəssisələri tərəfindən şərti UTİS kodu verilə bilir.
Tədris olunan xarici dillər uyğun olmadığı halda məktəb tərəfindən sorğuya imtina verilə bilər. Əgər şagird ailəsi ilə birlikdə yaşayış yerini dəyişirsə və yeni köçdükləri ərazidə onun əvvəl oxuduğu məktəbdə tədris olunan xarici dil tədris olunan məktəb yoxdursa bu halda istisna hal kimi şagirdin yerdəyişməsinə razılıq verilə bilər.
Eyni formada, Sy.edu.az portalı vasitəsilə. Valideyn sorğu vermək istədiyi məktəbi seçərkən səhifənin yuxarı hissəsində qeyd olunan “Özəl və ya digər qurumlara tabe məktəblər” bölməsini öncədən işarələməlidir.
Valideyn bu halda “növbəyə yazıl” bölməsinə daxil olub növbəyə yazıla bilər.
Məktəbin bir və ya bir neçə sinfinə eyni anda növbəyə yazıla bilər.
Valideynin sorğusuna hər mərhələ üzrə 3 iş günü ərzində təsdiq və ya imtina vurulmalıdır.
Lisey və gimnaziyalara yerdəyişmə mərkəzi və ya məktəblərin xüsusi imtahanları əsasında ildə bir dəfə olmaqla sy.edu.az portalında qeydiyyatdan keçməklə təşkil olunur.
Valideyn şəxsi kabinetin “Sorğularım” bölməsində aktivləşən elektron ərizəni 2 nüsxədə(bir nüsxə şagirdin çıxdığı məktəbə, digər nüsxə şagirdin yerdəyişmə etmək istədiyi məktəbə təqdim olunur) çap edərək imzalayıb şagirdin təhsil aldığı məktəbə yaxınlaşır. Məktəb direktoru tərəfindən elektron ərizə əsasında şagirdin məktəbdən çıxması əmrləşdirilir və elektron portalda qeyd olunur. Valideyn elektron ərizə və şəxsi işlə birlikdə 5 iş günü ərzində şagirdin yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşmalı və yerdəyişmə prosesini yekunlaşdırmalıdır.
Hörmətli valideyn, həmin növbənin sorğuya çevrilməsi üçün şagirdin növbəyə yazıldığı siniflərdən birindən şagird çıxarsa, (onun növbədəki sırasına əsasən 1,2 və ya 3 nəfər) Sizin qeydiyyatdan keçdiyiniz mobil nömrəyə sms bildirişi göndəriləcək.
Xarici ölkələrdə təhsil alan şagirdlər UTİS məlumat bazasında heç bir məktəbin siyahısında olmadığı üçün onları sy.edu.az saytında qeydiyyatdan keçirən zaman məlumatları tapılmır. Problemi həll etmək üçün valideyn ümumtəhsil müəssisələrindən birinə yaxınlaşaraq övladına şərti UTİS kodunun alınması üçün müraciət edə bilər.Həmin şərti UTİS kodu ilə valideyn öz şəxsi səhifəsində övladını qeydiyyatdan keçirə biləcəkdir.
Əvvəlki dövrdə xarici ölkədə təhsil alan şagirdlər ümumtəhsil müəssisələrinə sorğu yerləşdirən zaman həmin ölkədə təhsil aldığını təsdiq edən müvafiq sənədləri, qiymət cədvəlini faylı yüklə xanasından yükləməlidir.
Belə olan halda şagird artıq yeni məktəbin şagird siyahısına inteqrasiya olunduğundan əvvəlki məktəbinə qayıtmaq üçün yenidən həmin məktəbə sorğu yerləşdirməlidir. Yerləşdirilən sorğu tam 3 mərhələdə təsdiqlənib icra olunmalıdır.
Belə olan halda ilkin mərhələ hələ sorğunun tam icra olunması hesab olunmur. Bu zaman valideyn özü şəxsi səhifəsindən Sorğularım bölməsindən həmin sorğunu silə bilər.
Xeyr. Sizin övladınızın sorğusunun yalnız birinci mərhələsi tamamlanıb. Siz şəxsi səhifənizdən Sorğularım bölməsindən Ərizəni çap edib şagirdin əvvəlki məktəbinə təqdim edərək şəxsi işini götürməlisiniz. Bu zaman şagirdin çıxdığı məktəb sənədlərin verilməsi mərhələsini təsdiqləyəcək. Daha sonra şagirdin şəxsi işini qəbul olunduğu məktəbə təqdim edəcəsiniz. Bu zaman həmin məktəbin sənədlərin qəbulu mərhələsini təsdiq etməsi ilə proses yekunlaşacaq.
sy.edu.az saytında hər yeni dövrə keçid etdikdə əvvəlki dövrdən qalan növbələr, tamamlanmamış (hər 3 mərhələsi təsdiqlənməmiş) sorğular silinir.
Valideyn portala daxil olub, “şifrəni unutdum” düyməsinə vurub FİN kodunu yazır, növbəti addımda qeydiyyatdan keçərkən istifadə etdiyi əlaqə nömrəsini müvafiq sahəyə daxil edib “göndər” düyməsini vurur. Sistem tərəfindən avtomatik təyin olunmuş yeni şifrə əlaqə nömrəsinə göndərilir. Əgər əvvəl qeydiyyatdan keçdiyi nömrə artıq aktiv deyilsə, valideyn şəxsiyyətini təsdiq edən sənədlə birlikdə nömrənin dəyişilməsi ilə bağlı Təhsil Nazirliyinin və ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə, eyni zamanda Təhsil Nazirliyinin whatsapp xidmətinə müraciət etməlidir. Əgər valideyn əvvəl qeydiyyatdan keçdiyi aktiv nömrəni dəyişmək istəyirsə, bu zaman https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək şəxsi kabinet vasitəsilə Təhsil Nazirliyinə elektron qaydada müraciət etməsi və ya birbaşa yerli rayon(şəhər) təhsil şöbəsinə yaxınlaşması tövsiyə olunur.
TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində müvəkkil bank müəyyən edilir.
Sığorta haqqı kredit müqaviləsinə uyğun hesablanır və kreditin məbləğinə əlavə olunaraq sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada ödənilir.
TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən zaman həyata keçirilir.
Ölüm və əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarında TTK sığortalanır.
Ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan borcalanın TTK üzrə ödənişləri məhkəmə qaydasında tutulur.
Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya gəlirlərdən bu Qaydanın 7.12-ci və 7.14-cü bəndləri ilə müəyyən edilmiş qaydada tutulur.
TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.
TTK vaxtından əvvəl qaytarıla bilər.
Tələbə müraciətin statusu və kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə SMS alır və portalda müraciətin izlənməsi bölməsində statuslarla ətraflı tanış ola bilir.
TTK təhsil müəssisəsinə köçürülür.
TTK rəsmiləşdirilməsi elektron qaydada həyata keçirilir. Kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra birdəfəlik şifrəni (OTP) daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və müştəri eyniləşdirilir. Tələbə sistemdə müvafiq məlumatları təsdiq etdikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir.
Tələbələr imtina səbəbini aradan qaldırdıqdan sonra müraciət müddəti ərzində sistemə yenidən müraciət edə bilər.
Portala giriş ASAN Login sistemi vasitəsilədir və sistemə giriş üçün 3 üsul mövcuddur: “İdentifikasiya nömrəsi”, “Asan İmza” və “Elektron İmza”.
Tələbə notariat qaydada kredit müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqları təsdiq edir. Tələbənin yaşı 18-dən kiçik olduqda valideynləri və ya himayəçisi ilə, 18-dən böyük olduqda isə özü notariat ofislərinə yaxınlaşıb razılıqlarını ərizəsi ilə təsdiq etməlidirlər. Bu ərizə TTK üçün müraciətə icazə verir. Razılıq ərizəsində həmçinin TTK aldıqdan və bu vəsaiti tələb olunan məbləğdə geri qaytaranadək Fond və müvəkkil bank tərəfindən tələbənin fərdi məlumatları, əmlakları, gəlir və xərcləri barədə aidiyyəti qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatın əldə edilməsinə dair razılıq öz əksini tapır. Daha sonra tələbə kredit almaq üçün e-ttkf.edu.az portalına daxil olub müraciətini göndərir, təhsil müəssisəsi müraciəti təsdiqlədikdən sonra sistem tələbənin kredit almaq hüququnu müəyyən edir.
Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki, sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur: • ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır; • təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur. Standart TTK üzrə aşağıdakı güzəştlər tətbiq edilir: • ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır; • təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.
Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv edilir.
TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır: • yuxarı təhsil səviyyəsində əyani təhsil; • həqiqi hərbi xidmət; • məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması); • işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət; • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.
Məzunun güzəşt dövrü bitməmiş əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, onun kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır.
Güzəşt dövründə alınmış TTK-ya görə faizlər hesablanmır.
TTK-nın qaytarılması üçün tələbəyə məzun olduqdan sonra əmək fəaliyyəti ilə məşul olmaq və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 il vaxt verilir. Bu dövr güzəşt dövrü adlanır və həmin dövrdə məzundan TTK-nin qaytarılması tələb olunmur.
Təhsil müddətində verilən TTK-ya görə faizlər hesablanmır.
TTK aşağı faizlərlə verilir, sosial TTK illik 2 faiz, standart TTK isə illik 6 faizlə verilir.
TTK verilən zaman girov və zəmanət tələb olunmur.
TTK uzun müddətə verilir. Bu müddət tələbənin təhsil aldığı təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə münasibətdə bu müddət 14-22 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsili pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər.
Semestr (yarımil) üçün kredtin məbləği hər tədris ili üçün ayrı-ayrı təhsil səviyyələri, ayrı-ayrı təhsil müəssisələri və ayrı-ayrı ixtisaslar üzrə tələbə qəbuluna dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş illik təhsil haqqının yarısı miqdarında müəyyən edilir. Məsələn, sosial TTK üzrə illik təhsil haqqı 2000 manatdırsa, semestr üçün TTK 1000 manat olacaqdır. Standart TTK üzrə isə bu məbləğ birinci semestr 600 manat (2000/2-2000*20%), ikinci semestr isə 1000 manat olacaqdır. Sosial TTK almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı tam məbləğdə və standart TTK almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı məbləğinin isə illik təhsil haqqının 20 faizindən çox olan hissəsi TTK verilən zaman nəzərə alınmayacaqdır və bu vəsait təhsil müəssisəsi tərəfindən tələbəyə geri qaytarılmalıdır.
TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin təhsil müəssisəsi tərəfindən təsdiqləndiyi tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir.
Dövlət imtiyazları (məcburi köçkün, şəhid ailəsi, əlil və s.) olan tələbələrin təhsil haqqı xərcləri dövlət hesabına ödənildiyindən onların TTK almaq hüquqları yoxdur.
Normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə TTK verilmir.
Bakalavriat pilləsi üçün 300-700 bal aralığı; Magistratura pilləsi üçün 50-100 bal aralığı; Subbakalavriat pilləsi üçün 110-300 bal aralığı.
Akademik borcu olan tələbələrə TTK verilmir.
Sosial TTK almaq hüququ olmayan, eləcə də aşağıdakı şərtləri təmin edən tələbələr bu hüquqdan istifadə edə biləcəklər: 1. Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər. 2. Digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar) və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər: 1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 2. 3-cü dərəcə əlilliyi olanlar; 3. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar: 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar; işsiz kimi qeydiyyatda olanlar; yaşa görə əmək pensiyası alanlar; yaşa görə sosial müavinət alanlar.
1. Sosial 2. Standart.
TTK yalnız ölkəmizdə qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələrə verilə bilər.
Mülkiyyət formasından asılı olmayaraq, istər dövlət, istərsə də özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə TTK üçün müraciət edə bilərlər.
TTK-ni yalnız Azərbaycan Respublikası vətəndaşı olan tələbələr ala biləcəklər.
Ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsil alan ödənişli tələbələr TTK almaq hüququna malikdirlər.
1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı; 2. “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226№-li Qərarı.
Müraciət zamanı daxil edilən təhsil və müsabiqə məlumatlarının düzgün doldurulmasına diqqət edilməlidir. Müraciətinizi təsdiqlədikdən sonra məlumatları dəyişdirmək mümkün olmayacaqdır.
Müraciətini tamamlamış bütün müraciətçilər qeydiyyat müddəti bitdikdən sonra öz şəxsi kabinetlərindən “buraxılış vərəqəsi”-ni çap edə biləcəklər.
Müraciətinizin statusunu şəxsi kabinetinizdə “Olimpiadalar və Müsabiqələr” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində “Statusların tarixçəsi” bölməsindən öyrənə bilərsiniz. Qeydiyyatını tamamlayaraq təsdiq etmiş bütün müraciətçilər “status” vasitəsilə prosesin gedişini izləyə bilərlər.
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi məlumatlarınızda əks olunur. Bu halda 146 xidməti vasitəsilə Təhsil Nazirliyinə müraciət etməyiniz xahiş olunur.
Qeydiyyat zamanı daxil edilən FİN, mobil nömrə, mail və digər məlumatların müraciətçinin özünə aid olmasına diqqət edilməlidir.
Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN-i vasitəsilə avtomatik əks olunur.
Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxaraq açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu yazdıqdan sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur.
Respublika Fənn Olimpiadalarına müraciət etmək istəyən şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb, “Olimpiadalar və Müsabiqələr” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.
Olimpiadanın təşkili və keçirilməsi qaydalarına əsasən rayon (şəhər) mərhələsində 60% və daha yuxarı nəticə göstərmiş şagirdlər respublika mərhələsində iştirak etmək hüququ qazanır. Respublika Təşkilat Komitəsi və münsiflər heyətinin qərarı ilə keçid faizi şagirdlərin lehinə aşağı salına bilər.
Respublika Fənn Olimpiadalarının proqramı məktəb proqramı ilə məhdudlaşmır. Olimpiadalarla əlaqədar müvafiq proqram tədris ilinin əvvəlində yerli təhsili idarəetmə orqanları vasitəsilə məktəblərə göndərilmiş, eləcə də www.olimpiada.edu.az saytında yerləşdirilmişdir.
Respublika Fənn Olimpiadalarında şagirdlərə təqdim edilən tapşırıqlar Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyəti tərəfindən hazırlanır.
Respublika Fənn Olimpiadalarında IX, X və XI sinif şagirdləri, eyni zamanda xüsusi istedada və hazırlığa malik olan VIII sinif şagirdləri iştirak edirlər.
Qeydiyyat 3 mərhələdən ibarətdir: 1. Şagirdlərdən sorğuların qəbul edilməsi: 10-20 dekabr 2. Yerləşdirmə: 25-30 dekabr 3. Buraxılış vərəqələrinin çapı: 5-10 yanvar
9-11-ci sinif şagirdləri portal.edu.az saytından qeydiyyatdan keçərək Respublika Fənn Olimpiadalarında iştirak edə bilər. Xüsusi istedadlı 8-ci sinif şagirdləri isə məktəb psixoloqu və direktorun təqdimatı əsasında əvvəlki illərdəki respublika səviyyəli nailiyyətlərini təsdiq edən sənədlərlə birlikdə ARTİ-yə müraciət edərək iştirak edə bilərlər.
Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla 8 müxtəlif fənn üzrə keçirilir.
Respublika Fənn Olimpiadaları rayon (şəhər) mərhələsi və Respublika mərhələsi olmaqla iki mərhələdən, respublika mərhələsi isə yarımfinal və final turları olmaqla iki turdan ibarətdir.
Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır.
Xeyr. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.
Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.
Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək.
Bəli. Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.
Bəli. Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və daha artıq müdətdə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) müəyyənləşdiriləcək.
Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək.
Xeyr. Əvvəlki illərdə olduğu kimi, cari ildə də test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim ediləcəkdir.
Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
Əvvəlki illərdən fərqli olaraq test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 90 dəqiqə deyil, 120 dəqiqə vaxt ayrılacaq.
Son 3 il ərzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunaraq hazırda müəllim kimi faəliyyət göstərən şəxslər istisna olmaqla hazırda çalışan digər müəllimlər müsabiqədə iştirak hüququna malikdirlər.
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.
Xeyr. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ölkə üzrə istənilən vakant yerə yerdəyişmə etmək imkanına malik olacaqlar.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ölkə üzrə istənilən vakant yerə yerdəyişmə etmək imkanına malik olacaqlar.
Xeyr. Ötənillki qaydalara uyğun olaraq növbəti tədris ili üzrə keçiriləcək müsabiqədə aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanacaq: Əri və ya arvadı hərbçi olan namizədlərin topladıqları bal 1,1 artım əmsalı ilə; İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalı ilə.
Bəli. Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı şəhid ailəsi üzvlərinə veriləcək. Əlavə olaraq, əvvəlki illərdə olduğu kimi, cari ildə müsabiqə üzrə şəhid ailəsinin üzvü olan namizədlərin balı 1,1 artım əmsalına vurularaq hesablanacaq.
Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem və sms vasitəsilə məlumat göndərəcəkdir. Şəxsi kabinetinizi davamlı şəkildə izləməyiniz xahiş olunur.
Digər sənəd xanasının yanındakı “+” düyməsinə sıxmaqla xana sayını artıra bilərsiniz.
Müraciət et düyməsini sıxdıqda qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz. Vacib sənədlər müraciət et düyməsinə sıxdıqda qırmızı rəng alır.
Qəbul olmaq istədiyiniz təhsil pilləsi, təhsil səviyyəsini, müəssisəni, ixtisası, təhsilalma formasını və ödəniş formasını seçməlisiniz. İxtisas şifrəsi avtomatik əks olunur.
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.
Şəxsi məlumatlarınız avtomatik əks olunur. Təsdiq edirsinizsə, növbəti addımına sıxmalısınız.
Müqavilə ilə (Doktorantlar) qəbul xəttini seçməlisiniz.
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə klikləyin və açılan pəncərədə ilk öncə elektron poçt ünvanını daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmi daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.
Ali təhsil müəssisələrinin doktorantura səviyyəsinə qəbul olmaq istəyən şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.
Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.
Valideyn (qanuni nümayəndə) elektron sorğu yerləşdirdiyi ümumi təhsil müəssisəsinə sənədləri təqdim edir, müəssisə tərəfindən sənədlər yoxlanılır və sənədlərdə uyğunsuzluq və ya səhv olmadığı halda uşağın məktəbə qəbulu başa çatmış hesab olunur.
İlk növbədə, məsul şəxs mektebeqebul.edu.az elektron sistemində qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər.
Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.
Sağlamlıq imkanı məhdud uşaqların xüsusi təhsilə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşağın cəlb olunacağı xüsusi təhsilin təşkili formasını, tədris olunacaq proqramı və təhsil alacağı təhsil müəssisəsini müəyyənləşdirir. Qanunvericiliyin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağın yönləndirildiyi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində valideynlərin və ya uşağın digər qanuni nümayəndələrin iştirak hüququ vardır.
Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra beş iş günü müddətində valideyn (digər qanuni nümayəndə) aşağıdakı sənədləri yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına təqdim edir: 1. valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi üçün razılıq ərizəsi; 2. valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti; 3. uşağın şəxsiyyət vəsiqəsinin surəti; 4. uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U); 5. yaşayış yerindən arayış. – Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində uşağın müayinə olunacağı günü təyin edir.
Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra 01.07.2022-ci il tarixindən yaşayış yerindən arayış, 2 ədəd 3×4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir.
Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri ümumi təhsil müəssisəsinə təqdim etməlidir: – Azərbaycan Respublikasının vətəndaşları üçün – valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti; – Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi; – xarici ölkə vətəndaşları üçün – valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti; – digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; – uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U); – 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil; – valideynin (qanuni nümayəndənin) mektebeqebul.edu.az elektron sistemində yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Valideyn şəxsi kabinetində müvafiq ümumi təhsil müəssisəsinə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri təqdim edib, ümumi təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız ümumi təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa ümumi təhsil müəssisəsi seçimi etmək olar.
Bakı şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrində birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur: – valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsinin müəyyən edilmiş ərazisində yaşayan; – valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən; – bacısı və ya qardaşı həmin ümumi təhsil müəssisəsində təhsil alan.
Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi məqbul hesab edildiyi halda ümumtəhsil məktəblərinin tədris digər dildə aparılan bölməsini seçib sorğu yerləşdirmək mümkündür. Əks halda valideynə yalnız Azərbaycan bölməsini seçib sorğu yerləşdirmək imkanı verilir.
Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə uyğun deyilsə, uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil almırsa və ya valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada işləmirsə “Növbə” bölməsini seçərək növbəyə yazıla bilər. Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər.
Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyalarda boş qalan yerlərə yalnız Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilər.
Şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibədən uğur qazandıqları təqdirdə lisey və gimnaziyalara müsabiqəyə yazılırlar.
Müsahibənin nəticələrindən narazı olan valideynlərin övladları üçün yenidən müsahibə təşkil olunmayacaq. Apelyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul ediləcək.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə valideyn (qanuni nümayəndə) 20 may tarixindən 04 iyun tarixinədək ərizə ilə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilər. Müraciətlər ümumiləşdirilərək Təhsil Nazirliyində məsələ ilə bağlı yaradılmış komissiya tərəfindən baxılaraq müvafiq qərar qəbul ediləcək.
Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir (ərizələrin məktəbə təqdim edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir).
Elektron sistemdə tədris digər dillərdə aparılan bölmə üzrə müsahibəyə yazılma mərhələsi 30 may 2022-ci il tarixdə saat 18:00-da bitir.
Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 3 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.
Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır.
Müsahibələr birbaşa ünsiyyət qurma (canlı) formada təşkil olunacaq.
Valideyn Şəxsi kabinetində “Sorğunu sil” düyməsini sıxaraq digər ümui təhsil müəssisəsini (rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələri istisna olmaqla) seçə bilər.
Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün həmin bölmə üzrə hazırda təhsil aldığı ümumi təhsil müəssisəsi və müəllim seçilməklə system tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdiriləcək; Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların valideynləri (qanuni nümayəndə) isə may ayının 6-dan etibarən şəxsi kabinetinə daxil olmalı, komissiyanı, müsahibənin keçirilmə tarixi və saatını seçərək övladının müsahibəyə yazılmasını təmin etməlidir. Sonra isə müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistem tərəfindən həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək.
Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, tədris digər dildə aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Övladı müsahibədən uğur qazanmış valideyn “Prioritet üzrə” bölməsini seçib müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Prioritet üzrə üstünlükləri olmayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələr 18 iyun tarixindən 25 iyun tarixinədək keçiriləcək.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.
Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata aparılır.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır. “Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyi və 160 nömrəli klassik gimnaziyanın rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.
Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllıqları aşağıda qeyd olunan qaydada təşkil olunacaq: – 04 may 2022-ci il saat 11:00-da birinci sinfə qəbul elektron xidmətində şagird qeydiyyatının açılması; – 06 may 2022-ci il saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat; – 06 may 2022-ci il saat 11:00-dan etibarən Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat; – 30 may 2022-ci il saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir; – 10 may tarixindən – 31 may tarixinədək dövlət ümumitəhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili; – 20 may tarixindən – 04 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılması; – 11 iyun 2022-ci il saat 11:00-da dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul üçün müsahibədən uğurla keçən uşaqların valideynləri tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla) və rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə(siyahı əlavə edilmişdir) qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi; – 11 iyun 2022-ci il saat 11:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı ( prioritetləri olmayan uşaqlar üçün) müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla); – 18 iyun 2022-ci il saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə qəbulla bağlı müsabiqəyə (həm tədris digər dillərdə aparılan bölmə üzrə, həm də Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə) yazılmaq üçün qeydiyyat bitir; – 18 iyun 2022-ci il saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçimi üçün qeydiyyat bitir. 18 iyun tarixindən 25 iyun tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan(prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə rus bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi; – 27 iyun tarixindən 14 sentyabr tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan(prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin başlaması; – 14 sentyabr 2022-ci il tarixdə birinci sinfə qəbulla bağlı elektron qeydiyyatın başa çatması.
Tdk işinə necə müraciət edə bilərəm?
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir.
Ombudsmanın hansı hüquqları var?
Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyildir.
Lakin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlər istisna təşkil edir.
Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhlilini, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir.
Ombudsmana necə şikayət etmək olar?
İnsanlar öz şikayətlərini Müvəkkilə müxtəlif vasitələrlə verə bilərlər. Belə ki, hər bir şəxs poçt və elektron poçtu, rəsmi internet saytındakı onlayn müraciət, aparatda və regional mərkəzlərdə fəaliyyət göstərən qəbul otağı, işgəncələrlə bağlı qaynar xətt, 916 nömrəli uşaq qaynar xətti vasitəsilə, habelə müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, hərbi hissələrə, sosial yönümlü müəssisələrə, o cümlədən uşaq, ahıl və əlillər evlərinə, internatlara, səhiyyə və təhsil müəssisələrinə başçəkmələri, habelə məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baxışları zamanı şəxsən təqdim etmək imkanına malikdirlər.
Aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda, yəni həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya qanunvericiliklə müəyyən edilmiş digər hallarda şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.
Qeyd edilənlərlə yanaşı, hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkilin öz təşəbbüsü ilə araşdırma aparmaq səlahiyyəti də vardır.
Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.
Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilir.
Şikayətin verilmə müddəti keçdikdə, səlahiyyətlərinə aid olmadıqda, anonim olduqda, şikayətlə bağlı məhkəmə icraatı getdikdə və ya təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda Müvəkkil həmin şikayətlərə baxılmır.
Müvəkkil insan hüquqlarının pozulmasına dair daxil olan şikayətləri səlahiyyətlərinə aid olduqda baxılmaq üçün qəbul edir.
Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. Müvafiq dövlət orqanı və ya vəzifəli şəxs həmin mülahizəni 10 gün müddətində Müvəkkilə təqdim etməlidir.
Ombudsman öz təşəbbüsü ilə araşdırma apara bilər
İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər.
Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma Müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.
Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 gün də uzadıla bilər.
Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda müraciətin baxılma müddəti yenidən uzadıla bilər.
Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.
Şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, Müvəkkilin qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və ya yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər.
Müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında çıxış etmək, dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququ vardır.
Ərizəçinin xahişi ilə Müvəkkil onun barəsində məlumatları gizli saxlayır. Bununla yanşı, şikayətdə əks etdirilmiş halların Müvəkkil tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların razılığı olmadan yol verilmir.
Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə və ya onlara yenidən baxılmasına dair, habelə amnistiya elan edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verə bilər.
Daha ətraflı aşağıdakı Link vasitəsilə öyrənə biləriniz:
Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin həyata keçiridiyi “Mənim hüquqlarım – mənim dövlətim!” layihəsi çərçivəsində dərc olunur.
Strateq.az
Şikayətimiz əsaslıdırsa, hara və necə müraciət edək?
Bu dəfəki yazımızda qanunvericiliyin mövqeyinə və səlahiyyətli orqanların həyata keçirdiyi hüquqi tədbirlərinə istinad edərək haqlı olduğunuz hallarda hara və necə şikayət edə biləcəyimiz barədə məlumat verməyə çalışacağıq. Əvvəla daha çox rastlaşdığımız hallardan biri kimi ictimai yerlərdə və ya yaşayış evlərində gecə saat 24-dən səhər 7-yə kimi səs-küy salmağa, mahnı oxumağa, gur səslə mahnı oxutmağa görə Daxili İşlər Nazirliyinə müraciət edə bilərsiniz.
Oğurluq, soyğunçuluq, quldurluq, döymə, sağlamlığa xəsarət yetirmə, avtoqəza hallarında da Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz.
Xidmət göstərən, məhsul satan şəxslərin keyfiyyətsiz xidmət göstərməsi və ya məhsul satmasına görə, həmçinin haqsız rəqabətə və ya inhisarçılığa yol verilməsinə görə İqtisadiyyat Nazirliyinə müraciət edə bilərsiniz.
Heyvan kəsim yerlərindən kənarda kəsimlərin aparılması, qida məhsullarının sanitar qaydalara zidd olaraq hazırlanması hallarında şikayətinizi Qida Təhlükəsizliyi Agentliyinə bildirə bilərsiniz.
Təhsil, tibb müəssisələrində, nəqliyyatda, bərbərxana, kosmetoloji xidmət müəssisələrində sanitariya-epidemioloji qaydaların pozulmasına görə Səhiyyə Nazirliyinə müraciət edə bilərsiniz.
Sərnişin daşıma qaydalarının pozulmasına, sərnişin daşıma həyata keçirilərkən tütün çəkilməsinə, gediş haqqının yüksək tətbiq edilməsinə, müntəzəm şəhərdaxili marşrutlarda daşıma ilə əlaqəsi olmadığı halda audio cihazlardan istifadə edilməsi hallarına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərində isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərsiniz.
Bank, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin qanun pozuntularından Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilərsiniz.
Göstərilən qurumların qaynar xətləri və müraciət qaydaları aşağıdakı kimidir:
102 – qaynar xətti
İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti – http://www.consumer.gov.az/az/contact-form
195-2 qaynar xətti
Qida Təhlükəsizliyi Agentliyi – http://afsa.gov.az/az/contact
Bakı Nəqliyyat Agentliyi – http://bna.az/az/contact
Çağrı mərkəzi – 141
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – http://www.mincom.gov.az/az/view/feedback/
Maliyyə Bazarlarına Nəzarət Palatası – https://www.fimsa.az/az/contact
Çağrı mərkəzi – 966
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas
Comments are closed, but trackbacks and pingbacks are open.