Press "Enter" to skip to content

Məlumatlarımız necə sorğulanır

Ağciyər mənbəli, ağciyər infarktı ilə bərabər olan və ya olmayan ağciyər emboliyası, pnevmotoraks, plevranı (ağciyər pərdəsində) əhatə edən pnevmoniya (pnevmoniya) da sinə ağrısına səbəb olur. Plevrit (ağ ciyər pərdəsinin iltihabı, su toplaması) daha çox yan ağrısıyla özünü göstərir.

Ürək Xəstəliyinin 17 Əlaməti! Risk Altında Olduğunuzu Necə Anlayarsınız?

Bədənimizdə lazımi oksigen və qida maddələrini təmin edən ürəyimiz, müxtəlif səbəblərdən bu vəzifəni yerinə yetirə bilməyındə, ürəyin özündə və ya digər orqanlarda bir sıra pozuntulara səbəb olur.
Bunlar da xəstəlik əlamətləri olaraq, xəstələrin şikayətlərini yaradır.
Ümumiyyətlə xəstələrdə görünən qəlb xəstəliklərinin əlamətləri:

Ağrı
Nəfəs darlığı
Yorğunluq və halsızlıq
Döyüntü
Ayaqlarda və qarında şişmə (ödem ve asit)
Öskürək
Özündən getmə(senkop)
Mədə pozğunluğu, hıçqırıq və udma çətinliyi
Baş və boyun ağrıları
Göyərmə və.s

Ürək xəstəliklərinin ən mühüm və ən çox rast gələn əlamətlərindən biridir. Koronar arteriya xəstəliyi (yəni ürəyi qidalandıran damarların daralması və ya keçilməzliyi) kifayət qədər oksigen almayan ürək əzələsi, bunu ağrı ilə göstərir.

Ancaq, döşdə hiss edilən ağrıların hamısı ürəklə bağlı deyil. Əzələ, qabırğa, onurğa, yemək borusuna aid ağrılar da döşdə hiss edilə bilər.

Ağrı yorulanda və ya həyəcanlananda olur, dincələndə keçirsə koronar damarlarla bağlı olma ehtimalı çoxdur.

Aortal stenoz, hipertrofiya obstruktiv kardiomiopatiya, ciddi hipertoniya, aorta çatışmazlığı, ciddi qan azlığında, hipoksiya kimi səbəblər döşdə işemik (yəni qanın az gəlməsi) mənşəli ağrılara səbəb olur.

Aorta disseksiyası (ana damarın cırılması), perikardit (ürək pərdəsi iltihabı), mitral qapaq çatışmamazlığı işemik mənşəli olmayan ağrılara yol açır.

Ezofaqus spazma, qastroezofageal reflüks, ezofaqus(qida borusu) cırılması, trofik yaralar da mədə-bağırsaq mənşəli döş ağrılarına yol açır.

Qorxu, depressiya, ürək psixozu, şəxsi mənafe məqsədli psixoloji səbəblərlə də yaranan sinə ağrıları var.

Torasik çıxış sindromu, servikal-torasik fəqərədə degenerativ oynaq xəstəliyi, kostokondrit, herpes zoster (zonası), döş divarının ağrı və həssaslığı kimi neyrojenik, əzələ-skelet sisteminə bağlı səbəblər də sinə ağrılarını yarada bilər.

Ağciyər mənbəli, ağciyər infarktı ilə bərabər olan və ya olmayan ağciyər emboliyası, pnevmotoraks, plevranı (ağciyər pərdəsində) əhatə edən pnevmoniya (pnevmoniya) da sinə ağrısına səbəb olur. Plevrit (ağ ciyər pərdəsinin iltihabı, su toplaması) daha çox yan ağrısıyla özünü göstərir.

Angina pektoris dediyimiz, koronar damarların daralması və ya zəifləməsi nəticəsində yaranan sinə ağrısı, tez-tez ağır bir yeməkdən sonra və ya həyəcanlı, əsəbi, kədərli bir vəziyyətdə, bəzən də yorucu bir iş, yerişlə əlaqədar olaraq meydana gəlir.

Angina pektoris, əsasən tədricən artır və yayılır. Batıcı və ya saplanıcı tərzdə, ani olaraq maksimum gücdə yaranan ağrılar, adətən, ürəklə əlaqəsi olmayan, əzələ-skelet və ya sinir mənşəli ağrılardır.

Anginal ağrı, adətən retrosternal (iman taxtasının arxasında) və ya orta xəttin xəfif solunda, döşün altında hiss edilir. Nadir olaraq sol məmə altında ola bilər.
Miokard işemiya ağrısı, hər iki tərəfdən döşə və qollara (daha çox sol qol), boyuna və alt çənəyə yayılmağa meyllidirlər. Bəzən arxaya və boyuna doğru da yayıla bilər.

Perikardit, yəni ürək pərdəsi iltihabı vəziyyətində yaranan ağrı davamlıdır. Nəfəs alıb verməklə, sinə hərəkətləri artır. Kürək üstü yatanda artır, qarşıya doğru əyiləndə yavaşıyır. Adətən atəş, nəfəs darlığı, həyəcanla birlikdə görülür.

Ağciyər pərdəsi xəstəliklərində (plevrit) də oxşar tipdə ağrılar var.

Aorta damarlarının yırtılmasında çox şiddətli bir ağrı duyulur. Xəstə damar yırtılmasını, yırtılma şəklindəki ağrıyla aydın hiss edə bilir. Ağrıyla birlikdə xəstədə tərləmə, göyərmə, təzyiq düşməsi, huşsuz olur; Qol və qıçlar göyərir.

Əsas ağciyər damarı və budaqları laxta ilə tutulduqda sinən ortasında şiddətli bir ağrı olur. Eyni zamanda, öskürək, qanlı bəlğəm, döyüntü və göyərmə də olur.

Nəfəs darlığı, insanın çətin və yorucu, çətinliklə nəfəs alıb verməsi deməkdir. Bir çox səbəbi var.

Xroniki astma, ürək çatışmazlığı, xroniki ağciyər xəstəliyi və ya fiziki vəziyyətin çatışmazlığına bağlı olarak (yaşlılar, köklər və ya daha çox oturaraq iş görən adamlar) inkişaf edə bilər.

Nəfəs qıtlığının ani artımı ağ ciyərdən çox ürək xəstəliyini düşündürür. Digər tərəfdən, həm ağciyər, həm də ürək xəstəliyi olanlar nəfəs darlığına hansının daha çox səbəb olduğunu ayırd etmək olduqca çətinləşir.

Yatılı mövqedə inkişaf edən nəfəs darlığı daha çox sol ürək çatışmamazlığı və ya mitral qapaq xəstəliyi olan insanlarda seyr edilir. Bununla bərabər öskürək də olur.

Gecə yatdıqdan 2-3 saat sonra inkişaf edən nəfəs darlığı, əsasən qalxıb oturduqda düzəlir. Ağrılar yüngül olduğu kimi, xırıltılı tənəffüs, öskürək, şiddətli nəfəs darlığı və bərabərində vahiməyə düşə bilmə də görülər. Bəzən ağciyər şişinə qədər gedə bilər. Sol ürək çatışmazlığı olan insanlarda, gecə yatanda mərkəzi qan həcminin artmasına bağlı olaraq inkişaf edir. Ayaqlarda yığılmış olan qan gecə mərkəzi qan sisteminə əlavə olunanda, onsuz da mərkəzdə işləyən ürək yaxşı çalışmaz.

İşləyərkən və ya istirahət zamanı gələn, quru, qıcıqşəkilli öskürək, ürək çatışmamazlığına bağlı ağciyər şişi ilə bağlı ola bilər. Nəfəs darlığı ümumiyyətlə olsa da, öskürək şikayəti daha ön plana keçər.

Kəskin ağciyər şişinə bağlı olan öskürəkdə çəhrayı, köpüklü bəlğəm görülərkən; Xroniki bronxitin bəlğəmi adətən ağ və sümüyü rəngdədir.

Nəfəs darlığı ilə birlikdə eşidilən fit sesi (wheezing) ağ ciyər və ya ürək xəstəliklərinə bağlı ola bilər.

Nəfəs darlığı, ürək xəstəliklərində olduğu kimi, çox müxtəlif tənəffüs sistemi xəstəliklərində, qan çatışmazlıqlarında, sinir sistemi xəstəliklərində də görülə bilər.

Yorğunluq və Halsızlıq

Bir çox səbəbə bağlı olaraq inkişaf edə bilər. Ən çox narahatlıq və depressiyaya bağlı olaraq görünər.

Qan azlığında, hipertireoz və digər xroniki xəstəliklər yorğunluq və halsızlığa səbəb ola bilər.

Ürək çatışmazlığı olan xəstələrə, verilən sidikqovucu dərmanlar və ürək çatışmazlığının getdikcə artması

Ürək xəstəliklərində görülən öskürək, yorulmaqla əlaqəli və qırıq-qırıqdır. Xırıltılı tənəffüs, döyüntü və nəfəs darlığı da birlikdə ola bilər. Öskürək quru və ya bəlğəmlə ola bilər. Bəlğəm köpük şəklində və çəhrayı isə, kəskin ağciyər şişinə işarə edə bilər.

Gecələr yuxudan oyadan və qalxıb oturmaqla keçən öskürək, ürək çatışmamazlığı təzahürüdür.

Bəzi dərmanların səbəb olduğu (ACE ləngidici) quru öskürək də mövcuddur.

Ağciyər xəstəliklərinin olar bilər ki, hamısında öskürək var. Bunlarda bəlğəm ağ, sarı, yaşıl, sümüyüdür. Ağciyərə laxta gəldiyi hallarda sinə ağrısı, öskürək, qanlı bəlğəm birlikdədir.

Kardiotonik bayılma , ürəyin döyüntüsündəki (atım həcmi) ani azalmaya bağlı olaraq inkişaf edən yetərsiz beyin qan cərəyanına bağlı müvəqqəti şüur itkisi olaraq tanınır. Özündəngetmə isə, xəstənin özünü pis hiss etməsi və zəiflik hissi, özündən getməsinə baxmayaraq, şüurunun itirməməsi ilə xarakterizə edilir.

Hücum zamanı yaralanma, qəfil huşunu itirib yıxılma ilə olan daha ciddi bir vəziyyəti göstərir. Ürək ritm pozuqluğuyla inkişaf edən senkopta, qısa davamlı sıxılma ilə müşahidə edilə bilər.

Kardiojenik şokda xəstə sidik qaçırda bilər; ritm düzələndə şüur ani olaraq açılır. Nevroloji olanda, yuxulu hal davam edər.

Tez-tez görülən tip senkop(vazovagal senkop); Artıq azan sinirə aid xəbərdarlıqdan qaynaqlanan nəbz və təzyiq düşməsi səbəbindən inkişaf edir. Əksəriyyətlə, isti bir otaqda, ağır bir yemək kimi xəbərdaredici amillər var. Ürək bulanması, tərləmə, əsnəmə, bəzən görmə və eşitmə pozğunluğu kimi ön əlamətlər olur. Bunlardan sonra xəstədə nəfəs darlığı yaranır, tərli ola bilər və ürək sürəti yavaşıyır.
Boyundakı karotis boşluğunun həddən artıq həssaslığı nəbzi ləngidib huşsuz vəziyyətə yol aça bilər. Traş vaxtı, sıx qalstuk taxanda, boyun hədsiz çevriləndə inkişaf edə bilər. Tez-tez rast gəlinən bir vəziyyət deyil.

Adətən altda yatan ağciyər xəstəliyinə bağlı öskürək senkopa yol aça bilər.

Çox sürətli və ya yavaş aritmiya yüngül baş dönməsindən huşsuz vəziyyətə qədər şüur dəyişikliyi edə bilər. Müvəqqəti tam qəlb bloku, ürək dayanması, mədəcik taxikardiyası, huşsuz vəziyyətə yol aça bilər. Ön əlamət olmadan ani şüur itkisi olur və ritm düzələndə adam dərhal normala dönür.

Ürək boşluğu daxilindəki şiş və ya laxta tərəfindən ürək qapağının müvəqqəti keçilməzliyi, xəstənin vəziyyətinə bağlı olaraq bayılmaya (senkopa) səbəb ola bilən nadir bir haldır.

Çoxu normal xəstədə sürətli mövqe dəyişikliyinə bağlı müvəqqəti baş dönməsi ola bilər. Yaşlılarda daha çox görülür. Postural hipotenziya, xəstə uzanmışkən və adətən yatarkən və ya oturaq mövqedə ani şərtlərdə reallaşan bayılmanın əsas səbəblərindəndir. Buna da səbəb tez-tez periferik neyropatiya, avtonom disfunksiya pozğunluğu, maye itkisi və ya dərmanların yan təsiridir.
Mədə pozğunluğu, hıçqırıq və udma çətinliyi

Koronar çatışmamazlığına bağlı angina pektorisi olan bir çox xəstə, şikayətlərini mədə pozğunluğu və yanma ilə qarışdırır. Əksinə, spazma olan xəstələr də şikayətlərinin angina pektorisdən olduğunu düşünə bilər.

Hıçqırıq, infarktlı xəstələrdə nadir hallarda inkişaf edir; Ürək cərrahiyyəsi sonrası isə tez-tez görülür.

Udma çətinliyi, somatik sklerozlu, aorta arkus anomaliyası olan və ya həddindən artıq geniş sol atriumlu (qulakcıqlı) xəstələrdə inkişaf edə bilər.

Baş və boyun ağrıları

Arterial təzyiqin çox yüksəlməsiylə və ya çox düşməsində baş və boyun ağrısına tez-tez rast gəlinir. Ani yüksəlmələrdə, baş ağrısıyla birlikdə ürək bulanması da olur.

Qanın yaxşı oksigenlənmədiyi və ya ürək və ya böyük damarları səviyyəsində çirkli qanın təmiz qana qarışması yaranır.
Doğuşla əlaqədar ürək xəstəliklərində və ürək çatışmazlığında görülür.

Məlumatlarımız necə sorğulanır

“Hazırda YSK-nın məlumat girişində hər hansı bir axsama və ya gecikmə yoxdur. Məlumatlarımız da anında siyasi partiyalarla paylaşılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Yüksək Seçki Qurumunun sədri Əhməd Yener bildirib.

“Məlum olduğu kimi, hazırda prezidentliyə namizədlərin sayı 4 nəfərdir. 24 siyasi partiya seçkilərdə iştirak edir. Dairə seçki komissiyalarına, rayon seçki komissiyalarından əyalət seçki şuralarına ötürülür və məlumatlar bu şəkildə sistemə daxil edilir. Hazırda ölkədəki səslərin 47,08 faizi və xaricdəki səslərin 12,60 faizi hesablanıb”, – YSK sədri bildirib.

Son xəbərlər

  • 10:19 | Ukrayna Gürcüstanı rəsmi olaraq Sakartvelo adlandıra bilər
  • 10:11 | Premyer Liqanı tərk edəcək komanda bəlli olur
  • 09:46 | “ABŞ Ukraynadakı münaqişəni mümkün qədər uzatmaq istəyir”
  • 09:41 | Göygöl sakini həmkəndlisini bıçaqladı
  • 09:07 | Tovuz sakini minaya düşdü
  • 08:33 | “British Airways” buna görə 150 reysi ləğv etdi
  • 07:34 | Kamerunda qəza 19 nəfərin ölümünə səbəb oldu
  • 06:26 | Bu ölkədə məktəblərdə fond pulu ləğv edildi
  • 05:28 | Türkiyədə zəlzələ oldu
  • 04:29 | Bu ölkə Ukraynaya yardımı yekunlaşdırır
  • 03:36 | Mertens “cim bom”un heyətində qalır
  • 02:31 | Engin Akyürekdən təsirli davranış.
  • 01:52 | Çiy yerkökü yemək üçün beş səbəb
  • 01:33 | Margotdan “Barbie” pozları – Fotolar
  • 00:51 | Həftənin ən maraqlı – Fotoları
  • 00:50 | Ermənistan sərhədi pozan hərbçilərlə bağlı məlumat yaydı
  • 00:25 | Görünüş məsafəsi məhdudlaşa bilər
  • 00:03 | Polşada bombaya görə 2500 insan təxliyə edildi
  • 26.05.2023 23:45 | Azərbaycanda şirin su ehtiyatlarında ciddi azalma müşahidə olunur
  • 26.05.2023 23:35 | “Ruslara məhdudiyyətlər qoyulmalıdır” – Gürcüstan Prezidenti
  • 26.05.2023 23:23 | “Yuventus” avrokuboklardan kənarlaşdırıla bilər
  • 26.05.2023 23:14 | Moldovada fövqəladə vəziyyət rejimi daha 60 gün uzadıldı
  • 26.05.2023 22:48 | “Muharrem İnceyə zəng edib şəfa dilədim” – Ərdoğan
  • 26.05.2023 22:44 | Cüdoçumuzdan gümüş medal
  • 26.05.2023 22:18 | Gəncədə maşınlar toqquşdu – Ölən var+Fotolar-Yenilənib
  • 26.05.2023 22:15 | Yasamalda mənzildən meyit tapıldı
  • 26.05.2023 22:07 | Dövləti min manata görə şantaj edənlər.
  • 26.05.2023 21:50 | Şirvanda Heydər Əliyevlə bağlı konfrans keçirildi – Fotolar
  • 26.05.2023 21:37 | Rusiyanı “geri çəkilməyə” çağırdılar
  • 26.05.2023 21:12 | Tokionun şərqində güclü zəlzələ oldu
  • 26.05.2023 20:53 | DSX sərhəddəki təxribatla bağlı məlumat yaydı
  • 26.05.2023 20:51 | Sədərəyə leysan yağdı, bəzi ərazilərdən sel keçdi – Video
  • 26.05.2023 20:45 | Papanın səhhəti yenidən pisləşdi
  • 26.05.2023 20:25 | “Bunun bədəlini ağır ödədik” – Ərdoğan
  • 26.05.2023 20:10 | Tviterdə bu da mümkün olacaq
  • 26.05.2023 19:56 | Zəngilanda erməni diversantlar zərərsizləşdirildi – Saxlanılanlar var
  • 26.05.2023 19:53 | Abonentlərin yerinə yetirməli olduğu proseslər “Açıq qapı”da – Fotolar+Video
  • 26.05.2023 19:53 | “Günay Bank”ın əmanətçilərinə kompensasiya nə vaxt veriləcək? – Tarix açıqlandı
  • 26.05.2023 19:51 | Ukraynanın bərpası üçün lazım olan vəsait açıqlandı
  • 26.05.2023 19:35 | Ukraynaya daha neçə F-16 lazımdır?
  • 26.05.2023 19:23 | Giriş pulsuz olacaq
  • 26.05.2023 19:12 | Dövlət Yanğın Nəzarəti Xidmətində Heydər Əliyevə bağlı tədbir keçirildi
  • 26.05.2023 19:10 | Nazarbayev İlham Əliyevi təbrik etdi
  • 26.05.2023 18:55 | “Türk Evi”nə hücumda şübhəli bilinən şəxs saxlanıldı
  • 26.05.2023 18:51 | İçməli sudan qanunsuz istifadəyə dair brifinq keçirildi – Fotolar
  • 26.05.2023 18:42 | “Zəlzələlərin təsirləri hələ də davam edir” – AFAD
  • 26.05.2023 18:30 | Konstitusiya Məhkəməsi ipoteka krediti ilə bağlı qərara aydınlıq gətirdi
  • 26.05.2023 18:28 | 14 mayda keçirilən imtahanların nəticələri açıqlandı
  • 26.05.2023 18:25 | PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyun ayı üzrə qəbul cədvəli
  • 26.05.2023 18:14 | Zakir Həsənov Gürcüstanda hərbi paradda iştirak etdi – Fotolar

Böyük hiylə: Şəxsi məlumatlarımız belə ələ keçirilir – Mütəxəssis açıqladı

İstifadəçi fərdi məlumatlarının ötürülməsinə dair məsələ mütəmadi olaraq müxtəlif xarici ölkələrdə də müzakirə olunur. Qanunu pozduğu aşkarlanan şirkətlərə də külli miqdarda cərimələr tətbiq olunur.

Son belə nümunə kimi “Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” şirkətinin adını çəkmək olar. “Meta”nın fərdi məlumatların qorunması qanununu pozaraq, istifadəçi məlumatlarını ABŞ-a göndərdiyi aşkar edilərək 1,3 milyard dollar həcmində cərimələndi.

Ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinə bənzər xəbərdarlığı ölkədə ən çox müzakirə olunan məsələyə çevrildi. Nazirlik şirkət nümayəndələri ilə görüşdə bildirib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Başqa sözlə, daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb.

Hazırda ölkə ərazisində taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən yerli və xarici şirkətlər mövcuddur. Əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Teleqraf.com -a bildirib ki, Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq dövlət və özəl sektorun vətəndaşların icazəsi olmadan onların məlumatlarını ölkə hüdudlarından kənarda saxlaması qadağandır.

Ekspert qeyd edib ki, fərdi məlumatlarla işləmək üçün öncə lisenziya olmalıdır: “Əgər özəl sektor fərdi məlumatları toplayırsa, onda fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sisteminin yaradılması, onlara xidmətlərin göstərilməsini həyata keçirən lisenziyaya sahib olmalıdır.

İkinci məsələ isə, vətəndaşdan onun məlumatlarını özündə saxladığına dair şirkət və ya qurum razılıq almalıdır. Bu da qanunvericiliyə uyğun olaraq tənzimlənir. Təəssüflər olsun ki, bir çox halda bəzi lisenziyalı sektorlarda qanun pozuntusu müşahidə olunur. Məsələn, bank, sığorta kimi sektorlar vətəndaşın data bazısını xaricdə olan infrastrukturlarında saxlayırlar.

“Microsoft”un “Azure” deyə bir xidməti var, bu serverlər xaricdə yerləşir. O sektor əgər “Azur” xidməti alırsa, məlumatları da orada saxlayır. Burada fərdi məlumatların saxlanması barədə ziddiyyət var.

Birinci, vətəndaşların fərdi məlumatları ölkə hüdudları daxilində saxlanmalıdır, ikinci, heç bir halda vətəndaşların məlumatları bölüşdürülə bilməz. Bu, beynəlxalq qanunlarla və standartlarla tənzimlənir ki, heç bir vətəndaşın məlumatları korporativ məqsədlərlə üçüncü fiziki və ya hüquqi şəxslərlə bölüşdürülə bilməz.

Azərbaycan avtomobillərin sığortası bitəndə əlaqəsiz yerlərdən sığorta xidmətləri barədə təkliflər gəlir. Biz onlardan soruşuruq ki, məlumat bazamızı haradan almısınız? Cavabları “bilmirəm” olur. Bu o deməkdir ki, sığorta sektorunda məlumatlar satılır. Yəni sığorta fəaliyyəti ilə məşğul olan digər xidmətlər bu bazanı əldə edirlər və vaxtı bitəndə zəng edirlər ki, növbəti sığortanızı bizimlə işləyin.

Həmçinin bəzən xanımlara gələn zənglər vasitəsilə onlara hansısa pulsuz kosmetoloji və ya tibbi xidmətlər təklif olunur. Onların da məlumatlarının hansı yolla əldə olunduğu bəlli deyil. Xüsusən tibbi xidmət sektoru, həmçinin klinikalar qanunsuz bu fəaliyyətlə məşğul olurlar. Onların bu “xidmət”ləri narahatlığa səbəb olur”.

Elvin Abbasov hesab edir ki, köklü halda bu problemin aradan qalxması üçün fərdi məlumatların saxlanması və işlənməsi istiqamətində qanunlar daha da təkminləşdirilməlidir: “Ölkəmizdə bu qanunun kağız üstündə yox, icrada tətbiqi lazımdır. Xaricdə qanunsuzluq aşkar olunmuş şirkətlərə çox ağır cəzalar tətbiq olunur. Bu, fiks rəqəm deyil, şirkətin dövriyyəsinin müəyyən faizi qədər cəza yazılır. Məsələn, əgər feysbukun milyard dollarlıq dövriyyəsi varsa, ona nisbətdə bir cəza yazılır.

Azərbaycanda isə maksimum 500 manata qədər olan bir cəza limiti var ki, bu da heç kəsə təsir etmir. Ona görə də bu rakursdan deyil, fərdi məlumatların saxlanması və işlənməsi perspektivindən ölkə olaraq çox təkmilləşməmiz lazımdır.

Fərdi məlumatlar ələ keçirildiyində kiber dələduzluğa və kiber hücumlara şərait yaranır. Bu məlumatların ələ keçirilməsi xüsusilə bank, biznes və sosial media hesablarının ələ keçirilməsinə rəvac verdiyi üçün bu istiqamətdə çox radikal qərarlar alınmalıdır.

Çünki artıq o dövrdür ki, hər bir qurum, biznes və ya fərdi şəxs öz fəaliyyətinin bir çox qismini rəqəmsallaşdırıb. Bu rəqəmsallıqda da məlumatların konfidensiallığı, qorunması, işlənməsi çox önəmlidir. Bu istiqamətdə hər bir dövlət özünü inkişaf etdirir. Bunun üçün “blokçeyn” üzərində qurulmuş və serverdə saxlanma kimi ənənəvi təkmin sistemlər də var. Bunlar da öz qanunvericiliyinə görə uyğunlaşdırılır”.

Mütəxəssisin qənaətincə, bu işdə aparılması gərəkən bir çox islahatlar var: “Vətəndaşın öz hüququdur ki, iş yerində fəaliyyətini bitirəndən sonra quruma ərizə yazıb öz fərdi məlumatlarını bazadan sildirsin. Vətəndaşın bank tarixçəsi Mərkəzi Bank tərəfindən qorunur. Bu, dünyada da belədir. Müştərinin bankla olan maliyyə münasibətləri, kredit öhdəlikləri yerinə yetirib-yetirmədiyi barədə bir statistik göstəricinin yaranması üçün məlumat bazasının olması yaxşıdır. Bu, müştərinin nə qədər güvənilir, yoxsa problemli olduğunu göstərən aydın məlumatlardır.

Əslində bu məlumat bazası hər bankın özündə yox, Mərkəzi Bankda qorunmalıdır. Vətəndaşlar burda olan bütün sorğuları öz e.gov.az hesabınızdan izləyə bilirlər. Burada problem yoxdur, çünki dövlət qurumunda məsələ qanunla tənzimlənir. Qurum maliyyə istiqamətində məlumatları saxlayır, artığını silir”.

Comments are closed, but trackbacks and pingbacks are open.