Belçikada təhsil
Belçikanın inzibati strukturu ümumilikdə Federal hökumətdən, Fransanın İcma Hökumətindən və Flaman İcma Hökumətindən ibarətdir. Federal Hökumət icbari təhsilin yaşını və təhsilə aid diplomların verilməsi şərtlərini müəyyənləşdirir. Federal Təhsil Naziri yoxdur. Təlim işləri Fransız icması və Flaman icması hökumətləri tərəfindən həyata keçirilir.
Xaricdə necə təhsil ala bilərəm?
Bu suali bizdən dəfələrlə soruşublar və biz də bunu nəzərə alaraq bu mövzuda yazı yazmağı düşündük. Xaricdə necə təhsil ala bilərəm? sualı çox maraqlı amma geniş sahədir. Bunu bir neçə yazıya bölmək olar. Amma biz umumi biliklərinizi yeniləməyə çalışacağıq ki, sonra seçimlər etmək sizin üçün də asan olsun. Xaricdə təhsil almağı düşündüyünüzdə ilk öncə sahəni, büdcəni düşünməlisiniz. Yəni sizin hansı ölkədə oxumaq şansınız var.
Xaricdə təhsil almaq demək olar ki, hər bir gəncin istəyidir. Bu həm digər bir ölkəni görmək arzusundan, həm də təhsillərini daha da yaxşı universitetlərdə davam etdirmək istəyindən irəli gəlir.
Bakalavr üzrə təhsil almaq
Baklavr pilləsi orta məktəbi bitirdikdən sonra universitet təhsilinə ayaq qoyacağınız ilk pillədir. Bəzi ölkələrdə 3 (Avropa), 4 (MDB və Amerika) və digər ölkələrdə isə 5 illik ola bilər. Bu hər ölkənin təhsil sisteminə görə müəyyənləşir. Lakin hal-hazırda 3 və 4 illik proqramlar dünyada daha çox yayılmışdır.
Azərbaycanlı gənclər üçün daha məqbul variantlar iki sistem üzrə aparıla bilər:
- Azərbaycanda 11-ci sinfi bitirib birbaşa bakalavr pilləsinə qəbul edən ölkələr
- Azərbaycanda 11-ci sinfi bitirib baza təhsilini keçdikdən sonra qəbul edən ölkələr
Xaricdə birbaşa təhsil almaq üçün ölkələrin bizim Attestatı tanımaları önəmlidir. Müəyyən ölkələr bizim Orta Təhsil Haqqında Attestatı öz orta məktəb sistemləri ilə eyni saydığı və tanıdıqları üçün Azərbaycanlı tələbələr bu ölkənin universitetlərinə qəbul ola bilərlər. Amma burada bəzi ölkələr bizim TQDK imtahanı olmadan, bəziləri isə TQDK imtahanı tələb edirlər. Bura aşağıdakı ölkələr daxildir:
- Polşa Universitetləri (Attestat və İngilis dili sertifikatı)
- Litva (Attestat və İngilis dili sertifikatı)
- Latvia (Attestat və İngilis dili sertifikatı)
- Estoniya (Attestat və İngilis dili sertifikatı)
- Luksemburq ((Attestat və fransiz dili sertifikatı)
- Macaristan (Attestat və İngilis dili sertifikatı)
- Amerika Birləşmiş Ştatlarıda Universitetlər üçün (Attestat + SAT I və bəzən II)\/
- Kanada yerləşən Universitetlər (Attestat və İngilis dili sertifikatı)
- Niderland Krallığı (applied sciences) (Attestat və İngilis dili sertifikatı)
- Türkiyə Dövlət Universitetlərinə (TQDK balı , SAT I, Daxili YÖS + Attestat + Türk və İngilis dili sertifikatı)
- Avstria (Attestat, TQDK balı, Alman və ya İngilis dili sertifikatı)
Xaricdə təhsil almaq üçün ikinci qrupa aid olan ölkələr isə Azərbaycanda 11-ci sinfi bitirən şagirdləri birbaşa qəbul etmir. Çünki həmin ölkələrdə orta məktəb 12 və yaxud da 13 illikdir. Bunun üçün ya həmin ölkədə 1 illik “Foundation” proqramını keçməlisiz ya da Azərbaycanda 1 il və yaxud da 2 il bakalavr təhsili almalısınız. Bu qrupa demək olar ki, qalan bütün ölkələr daxildir.
- Almaniya (iki il universitet təhsili və ya Ştudien Kollec)
- Fransa ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)
- Böyük Britaniya Universitetləri ( bir il universitet təhsili və ya Fransada bir il foundation proqramı)
- Norveç (iki il universitet təhsili və Norveç dili)
- İsveç (iki il universitet təhsili və İngilis dili)
- Finlandiya (iki il universitet təhsili və İngilis dili)
- İrlandiya (bir il universitet təhsili və İngilis dili)
- İtaliya (bir il universitet təhsili və İngilis və ya İtalyan dili)
- İspaniya (bir il universitet təhsili və İngilis və ya İspan dili)
- Asia ölkələri (Korea, Yaponiya, Çin) (bir il universitet təhsili və İngilis dili
Xaricdə Bakalavr təhsil almaq üçün hansı imtahanlar tələb olunur?
Bu sual da bizə ən çox ünvanlanan suallardandır. Ümumiyyətlə, xaricdə təhsil almaq üçün əsasən TOEFL və IELTS imtahanları tələb olunur.Bu imtahanlar yalnız ingilis dilində təhsil almaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Siz avropa ölkələrində təhsil almaq üçün bu imtahanlardan keçmək məcburiyyətindəsiniz. Ola bilər bəzi universitetlər olsun ki, bu imtahanları tələb etməsin. Yəni universitet özünün tələb etdiyi imtahanla qəbul etsin tələbəni. Önəmli olan öncədən doğru universiteti seçmək və onların qaydalarına görə hazırlaşmaq lazımdır.
Xaricdə Magistr təhsili almaq
Xaricdə Magistr təhsili almaq üçün müəyyən imtahanlar tələb olunur. Hal-hazırda bir çox gənclər magistr təhsillərini xaricdə davam etdirməyi üstün tuturlar. Bu səbəbdən də magistr üzrə təhsil alanların sayı bakalavr üzrə təhsil alanların sayından xeyli çoxdur.
Xaricdə magistr təhsili almaq üçün ilk öncə bakalavr diplomu olmalıdır. Bu diplom olduqdan sonra müəyyən imtahanlar tələb olunur. Yenə də ingilis dili üzrə təhsil almaq istəyənlər TOEFL və IELTS imtahnlarından keçməlidirlər. Türkiyə üçün ALES imtahanı tələb olunur. Türkiyənin özəl universitetləri üçün isə TOEFL və IELTS də keçərlidir. Əksər ABŞ və digər ölkənin (avropa) universitetləri GMAT və GRE imtahanları da tələb edirlər.
Xaricdə Magistr təhsili üçün ixtisasım bakalavr ixtisası ilə eyni olmalıdır?
Bu bir qədər mürəkkəb məsələdir. İxtisas təbii ki, bakalavr ixtisası eyni olmalı və yaxud da yaxın ixtisas olmalıdır. Məsələn, Humanitar elmlər üzrə təhsil alan tələbə, dəqiq elmlər üzrə təhsil ala bilməz. Bu həm də onun oxuması üçün çətin olar. Bu səbəbdən də xaricdə magistr təhsil almaq istəyənlər bakalavr ixtisasına yaxın və yaxud da eyni ixtisası seçməlidirlər. İstisna hallar ola bilər ki, bakalavr ixtisasınız başqadır və siz magistr üzrə başqa ixtisas üzrə təhsil almısınız. Bu ola bilər,amma bunu bəzi universitetlər qəbul edir. Bu universitetlər isə məsləhətli universitetlər deyil.
Ümid edirik ki,Xaricdə təhsil almaq arzusunda olanlar üçün yazdığımız məlumatlar kifayət qədərdir və bu onlara köməklik edəcək. Bizə suallarınız yazmaqdan çəkinməyin.
Xaricdə Təhsil məsləhəti üçün bizimlə əlaqə saxlayın
CELT Colleges İçəri Şəhər ofisi: 012 492 68 53, Anar Qurbanzadə (Avropa və Amerika) və ya 050 503 59 39 Fərid Kərimov (Türkiyə)
Belçikada təhsil
– Dünyada tanınmış universitetlər, beynəlxalq əlaqələr qurmaq üçün əla imkanlar, çoxmillətli və çoxdilli(multilingual) şəhərlər, yüksək həyat səviyəsi və əlbəttə ki, ləzzətli Belçika vaflları J .
– Belçika beynəlxalq siyasətin mərkəzi hesab olunur. Paytaxt Brüsseldə, Washington DC-ə nəzərən daha çox səfirliklər və beynəlxalq şirkətlərin qərərgahı yerləşir. Ölkə əhalisi çoxmillətlidir. Əhalinin təxminən ¼-i (11 milyon) ölkəyə sonradan gələnlər və onların ailələrindən təşkil olunub (hansı ki, artıq Belçika vətəndaşlarıdırlar).
– Bəlçikada bir çox universitet beynəlxalq səviyaədə tanınır və onəardan 8-i dünyanın 350 ən yaxşı universiteti sırasına aiddir.
– Səyahət imkanları: Belçikada ictimai nəqliyyat çox yayılmışdır. Bir yerdən digərinə getmək olduqca asandır. Qatar, avtomobil və təyyarə ilə siz çox rahat və ucuz Avropanın digər ölkələrinə səyahət edə bilərsiniz. Belçikanın ən gözəl yanlarından biri: velosiped yolları. Hər zaman velosipedinizlə təhlükəsiz gedə bilərsiniz.
– Əmək/İş: AB xaricindən gələn bir vətəndaş olaraq Belçikada yaşamaq icazənizin verildiyi tarixdən 6 ay sonra iş icazəsi üçün müraciət edə bilərsiniz. İcazənizi aldıqdan sonra isə 90 gün tam günlük ya da 180 gün yarı günlük çalışa bilərsiniz. Ayrıca hər universitet öz ətrafında bir iş mərkəzinə sahibdir və tapa biləcəyiniz işlər bir ofisdə sənəd doldurmaq, kitabxanada işləmək kimi çox da yorucu olmayan və xüsusi qabiliyət tələb etməyən işlər olduğundan xarici tələbələr üçün ən asan seçimlərdən biridir.
Ali Təhsil
Belçikanın inzibati strukturu ümumilikdə Federal hökumətdən, Fransanın İcma Hökumətindən və Flaman İcma Hökumətindən ibarətdir. Federal Hökumət icbari təhsilin yaşını və təhsilə aid diplomların verilməsi şərtlərini müəyyənləşdirir. Federal Təhsil Naziri yoxdur. Təlim işləri Fransız icması və Flaman icması hökumətləri tərəfindən həyata keçirilir.
Fransız cəmiyyətində təhsil üçün məsul olan üç ayrı nazir var. Onlar İbtidai Təhsil Naziri, Orta təhsil və Xüsusi Təhsil Naziri və Ali Təhsil Naziridir. Flaman İcma Hökumətində bir təhsil naziri var.
Belçikanın Valon (fransızca) bölgəsində təlim dili fransız dilidir. Flamanca (Konuşulan) bölgədəki məktəblər üçün təlim dili Flamanca’dır. Brüsseldə həm Fransız, həm də Flamenkoya öyrədilmiş məktəblər var. Tədris metodları və saatları bölgəyə görə dəyişə bilər.
Ali təhsil ölkədə iki kateqoriyada qruplaşdırılıb (iki əsas danışıq dilinə görə). Bunlar Flamanq qrupu və Fransız qrupu. Alman dili də geniş yayılıb ancaq bu dildə təhsil alanlar, əsasən, Almaniyaya üz tutur.
Belçikada ali təhsil müəssisələrinə universitetlər, universitet kollecləri (university colleges (called hautes ecoles in the French community)), incəsənət kollecləri (ancaq fransız qrupuna aid olan təhsil müəssisəsidir), memarlıq institutları (bu da ancaq fransız qrupuna aiddir) və Kral Hərbi Akademiyası aiddir.
Bir çox avropa ölkəsində olduğu kimi, burada da bakalavr təhsili əsasən üç illikdir. Magistr pilləsi isə bir-iki illik proqram əsasında tədris olunur. Bakalavr təhsili iki formada təşkil olunub: tətbiqi (vocational) və nəzəri (academic). Birinci tələbələri birbaşa iş həyatı üçün hazırlayarkən ikinci istiqmət onları nəzəri sahəyə yönləndirir. Bakalvr təhsili kolleclər və universitetlər tərəfindən tədris olunsa da, PhD dərəcəsi yalnız universitetlər tərəfindən tədris olunur.
Belçikanın ən yüksək reytinqli 5 universitetləri aşağıdakılardır:
· Katholieke Universiteit Leuven (KU Leuven)
Bu universitet ölkənin ən yüksək reytinqli universitetidir və 2018-ci il sıralamasında, dünyada 71-ci pillədə yer alıb. Azərbaycanca tərcüməsi Leuven Katolik Universitetidir. Ölkənin ən qədim və ən böyük (təxminən 60000-ə yaxın tələbə təhsil alır) universitetidir. Qeydiyyat üçün son tarix martı 1-idir. https://www.kuleuven.be/english/application/
Universitetin resmi saytında təqaüd proqramları haqqında ətraflı məlumat yerləşdirilib. Buradan baxa bilersiniz
MASTER MIND SCHOLARSHIPS
Növbəti il üçün 40 təqaüd ayrılıb. Bütün ölkələrdən olan tələbələrə və bütün ixtisas növlərinə şamil edilir. Təqüd illik 8000 evro təşkil edir. “Deadline” martın 1-idir. Bu təqaüdün sahibləri illik maksimum € 108,8 təhsil haqqı ödəyəcək. linkdən daxil olub ən xırda detallara qədər məlumatla tanış ola bilersiniz. https://www.kuleuven.be/english/international/funding/mastermind
WILFRIED MARTENS FUND
Bu təqaüd yalnız bir tələbəyə verilir. € 12 635 təşkil edir.
· University of Ghent
Reytinq sıralamasında 125-ci yerdədir. 1817-ci ildə yaradılıb. 11 fakültəsi olan universitetdə təxminən 41000 tələbə təhsil alır. Qeydiyyat üçün son tarix 1 marta qədərdir.
Təqaüd proqramları (daxil olmaq üçün klik edin)
Ölkəmizdən olan tələbələr üçün alınması mümkün olan yeganə scholarship progarmı “Ghent University Top-up Grants”-dır, hansı ki, müraciətlər üçün hələ də açılmayıb. Keçen il son müraciət tarixi 1 aprel olub. Linkə daxil olub melumatlarla tanış ola bilərsiniz: Daxil olmaq üçün klik edin
· Université Catholique de Louvain (UCL)
Belçikanın ən böyük fransızca təhsil verən universitetidir. Louvain-la-Neuve şəhərində yerləşir. Bu şəhər məhs bu universitetin ətrafında yaradılmış, bir növ “kampus şəhər” də adlandırıla bilər.
Universitetin Brussel, Şarlerua, Mons və Turnai şəhərlərində də “peyk” kampusları da mövcuddur. Reytinq sıralamasında 153-cü yerdədir. Daha çox dinlə bağlı sahələrdə tədris üzrə ixtisaslaşıb. Avropa vətəndaşı olmayanlar üçün son müraciət tarixi 30 apreldir. Təəssüf ki, xarici vətəndaşlar üçün universitetin təqdim etdiyi bir təqaüd proqramı mövcud deyil.
· Vrije Universiteit Brussel (VUB)
Dünya universitetlərinin reytin sıralamasında 182-ci yerdə qərarlaşıb. 1970-ci ilde Université Libre de Bruxelles –dən ayrılaraq ayrıca universitet olub. Hər ikisinin adının tərcümısi Azad Brüssel Universiteti mənasını verir. Universitet araşdırma işlərinə görə dünyada tanınlr. Universitetə qeydiyyat 1 apreldə başa çatır və qeydiyyat üçün €100 ödəniş tələb olunur.
Təqaüd proqramları (https://www.vub.be/en/scholarships )
Bu təhsil müəssisəsində də alınması mümkün görünən yeganə təqaüd Master Mind proqramıdır(yuxarıda ətraflı məlumat verilib)
· Universite Libre de Bruxelles (ULB)
Dünya sıralamasında 205-cidir. Beynəlmiləllik səviyəsinə görə Belçikda 1-ci sıradadır. Tələbələrinin təxminən 1/3 hissəsi xarici ölkə vətəndaşlarıdır. 1834-cü ildə yaradılıb. Araşdırma universiteti olaraq böyük nüfuzu var . Üç nobel mükafatı və bir neçə digər önəmli mükafatların laureatı olub. Universitetin resmi sehivesinin esker hissesi fransızca olduğu üçün, təəssüf ki, təqaüd proqramları haqqında ətraflı məlumat toplaya bilmədik.
Təqaüd proqramları
Ümumiyyətlə, universitetlər xarici tələbələrə öz ölkələrində təhsil almaq və kirayə yardımı kimi müxtəlif maliyə dəstəyi verirlər. Universitetlərin dəstəyi ilə əlaqədar məlumat almaq üçün sosial xidmət qurumları ilə əlaqə saxlamalısınız. Təqaüdlər əsasən yüksək lisenziyalı tələbələr üçündür, lakin bir qism təqaüdlər var ki,onları aşağı lisenziya ilə də tapa bilərsiniz. Şəxsi qurumlar tərəfindən verilmiş təqaüdlər sizin fakültənizə görə müəyənləşdirilir. Maraqlandığınız sahə ilə bağlı məlumat tapmaq üçün aşağıdakı linklərə baxa bilərsiniz:
1. Fotonika üzrə Master proqramı
Belçikanın Vrije Universiteit Brussels universitetində multidistiplinar master proqramıdır.
5 sahəni əhatə edir: mikrofotonika, lazer mühəndisliyi, biofotonika, optik kommunikasiyaç yarıçkeçiricilərin fizikası
Nece xp ala bilerem
2008ci ildə Microsoft Windows XP-nin SP3 versiyasını təqdim etdi. Arxivdə SP3 versiyasın originalı x32 sistemlər üçün nəzərdə tutulmuşdur. VL versiyası – Volume License yəni korporativ müştərilər üçün nəzərdə tutulmuşdur.
#SP3 Sonrası Bütün Kritik Aktuallaşdırmaları
#Internet Explorer 8 və Bütün Aktuallaşdırmaları
#Windows Media Player 11 və Bütün Aktuallaşdırmaları
#exFAT Dəstəyi
#Blueray DVDlər Üçün Lazımlı Dəstəyi
#User Profile Hive Cleanup Vasitəsi
#Windows Installer 3.1i
#Mavi Vəzifə İdarəçisi
#Sata Sürücüləri özündə birləşdirməkdədir.
English
CRC32: FFFFFFFF
MD5: 5BF476E2FC445B8D06B3C2A6091FE3AA
SHA1: 66AC289AE27724C5AE17139227CBE78C01EEFE40
Russian
CRC32: FFFFFFFF
MD5: 02B46B7F74308D7D31E608DB8DDDDFFD
SHA1: B7E0DD8B8832E4966E61A9EC3CCD9E7EF3EAD1B3
Sistem tələbləri:
Minimal: 300 MHz, 128 МB RAM
Məsləhətli: 500 MHz, 256 МB RAM və daha yüksək
• Buraxılış ili: 2008
• Proqramın versiyası: 5.1.2600.5512
• Açar: Arxivdəki Keys.txt faylında göstərilib
Comments are closed, but trackbacks and pingbacks are open.