Press "Enter" to skip to content

Müştəri portalı vasitəsilə mühasibatınıza necə baxa bilərəm

“HESABAT” mikro və kiçik sahibkarların mühasibat uçotunun aparılmasını sadələşdirəcək bir proqramdır. Bu proqram funksionallığı ilə həm ticarət, həm də xidmət sektorunda mühasibatlıqla bağlı bütün həlləri əhatə edir.

Müştəri portalı vasitəsilə mühasibatınıza necə baxa bilərəm

Mühasibat uçotu və audit müəssisələrin olmazsa olmazıdır. Müəssisələrin gələcəkdəki fəaliyyətlərini planlaması və indiki maliyyə vəziyyətlərinin müəyyən edilməsi mühasibat uçotunun verdiyi məlumatlara əsaslanır. Hər bir müəssisənin işlərin gedişatını, gələcəkdə onları nələrin gözlədiyini, görüləcək işlərin maliyyə hesabatlarının nəticələrinə dayanaraq proqnozlaşdırılması və digər hallar üçün vacib rol oynayır. Həmçinin şirkətin maliyyə durumu və ona nəzarətin nə yerdə olması idarəçiləri və digər istifadəçiləri maraqlandıran ən önəmli nüanslardandır. Maliyyə hesabatlarının hazırlanmasından sonra istifadəsi baxımından istifadəçilər iki yerə bölünür: daxili və kənar istifadəçilər. Anlaşılmazlıqlara yol verilməməsi və doğru qiymətləndirilməsi üçün Beynəlxalq Mühasibat Uçotu Standartları yaradılmışdır. Bu standartlar Avropada İFRS, Amerikada GAAP tərəfindən dəstəklənir. İFRS prinsiplərə dayanaraq geniş seçim imkanları verir, GAAP isə qayda və qanunlar əsasında yalnız nələri qəbul etməli olduqlarını göstərir.

Auditor fəaliyyəti sahibkarlıq fəaliyyətinin növlərindən biridir. O, iqtisadi subyektlərin mühasibat və maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması ilə məşğuldur.

Hər bir sahədə olduğu kimi mühasibatlıqda da uğurlu kariyera qurmaq mümkündür. Mühasib öz işinin öhdəsindən nəzəriyyə və praktikanın birlikdə tətbiqi vasitəsilə gələ bilər. Çoxlu mütaliələr etməklə mühasib özünü təkcə ixtisas yönümlü deyil, həm də sosial cəhətdən inkişaf etdirə bilər. Başqa yollara nəzər yetirsək, ixtisasın peşəkarları ilə güclü əlaqələr yaratmaq, ünsiyyət saxlamaqla müzakirələr aparmaq da inkişafa təkan verir. Deyək ki, bir mühasib özünü işinin mütəxəssisi olaraq yetişdirmək istəyir, lakin nə etməli olduğunu, hardan necə başlayacağını bilmir. Belə olduğu halda artıq bu yolu keçmiş şəxslərdən bu mövzuda məsləhət ala bilər. Uyğun təlim və seminarlarda da mümkün qədər çox iştirak etmək də inkişafda pay sahibi ola bilir.

Sadəcə 10 il geriyə dönüb baxsaq , mühasibatlığın elə də inkişaf etmədiyini, kiçik və orta şirkətlər tərəfindən önəmsənmədiyini görmək mümkündür. Lakin hazırda bazarda ən rəqabətcil sahələrdən birinə çevrilməkdə, bu sahəyə tələbat artmaqda davam edir. Bununla əlaqədar mühasibatlığın tədrisiylə bağlı onlarla tədris mərkəzləri fəaliyyət göstərir. Mühasibatlıq dünya standartlarına dayalı olduğu üçün ilk başlarda yüksək faiz yer tutan milli mühasibatlığı artıq sıxışdırıb çıxarmağa istiqamətlidir. Bu mövqedən çıxış edərək kurslar həm də beynəlxalq sertifikat təkliflərini də verirlər. ACCA , CİMA , CFA , DipİFR kimi beynəlxalq serifikatlara sahib olan şəxs digər mühasiblərdən çox daha üstdədir. Nümunə üçün deyə bilərəm ki, orta rəqabətli hər hansı bir şirkətə iş üçün müraciət etdiyiniz zaman dil biliyinin yanında bir də ACCA sertifikatlarınız varsa, HR-ların diqqətindən kənarda qalmayacağınıza əmin ola bilərsiniz. ACCA özü Fundamental və Performance olaraq iki mərhələdə qruplaşır. Fundamental ilkin səviyyə olmaqla 9, Performance yüksək səviyyə olmaqla 7 imtahandan ibarətdir.

Bununla bərabər bir mühasib üçün beynəlxalq sertifikatlar nə qədər önəmlidirsə, Excell, 1C proqramlarını və vergi uçotunu da mükəmməl bilmək bir o qədər vacibdir. Təbii ki bunları bilməklə iş bitmir.

Azərbaycanda mühasibat ixtisası üzrə təhsil alan tələbə iş tapmaq və təcrübə qazanmaq üçün universiteti bitirməyi gözləməməlidir. Nəinki mühasibatlıq, eləcə də digər bütün ixtisaslarda da bu belədir. Tələbə özünü tələbəlik illərindən yetişdirməyə başlamalıdır. Düşünürəm ki, Azərbaycan təhsili və iş həyatı arasındakı əlaqədə ən böyük problemlərdən biri və birincisi budur. Həm ölkəmizin təhsil səviyyəsi hələ o səviyyəyə gəlib çata bilməyib. Bu səbəblə Amerika, İngiltərə, Kanada, Finlandiya, Norveç, Yaponiya, Çin kimi bir sıra xarici ölkələrin top universitetlərində təhsili davam etdirərək daha geniş imkanlar əldə etmək mümkündür. Saydığım ölkələrin ən qabaqcıl universitetlərində təhsil almaq bir çoxlarımızın xəyalıdır. Həmçinin bugünün trendi olan Big4 şirkətləri (Deloitte, PwC, KPMG, EY) də bu xəyallar sırasına daxildir.

Bəs Mühasibat Uçotu və Audit yolunda uğur qazanmaq üçün necə addımlamaq lazımdır? Universitetler illərinə nəzər salaq. Yuxarıda da qeyd etdiyim kimi, tələbələr elə sanırlar ki, iş tapmaq üçün ilk öncə universiteti bitirmək lazımdır və 4 ilin bitməsini gözləyirlər. 4 il bitəndən sonra da müəssisələrə müraciət edəndə müəssisələrin təcrübə tələbinə verəcək cavabları olmur. Beləcə ömürlərinin 4 ilini heç etmiş olurlar. Valideynlər də dönə-dönə vurğulayırlar ki, ölkədə iş yoxdur. 3-cü kurs tələbəsi kimi deyə bilərəm ki, 1- ci və 2- ci kursları boş-boşuna keçirmək əvəzinə, tapa bildiyiniz bütün təlim və seminarlarda iştirak etmək, ingilis və rus dillərini sərbəst mənimsəmək, MC Office programlarını öyrənmək lazımdır. Bu siyahıya proqramların sayını artırmaq olar. Könüllülük proqramlarında üzv yaxud könüllü olaraq da böyük təcrübələr qazanmış olacaqsınız. 3- cü kursa keçdikdə artıq ixtisasla bağlı minimum səviyyədə olsa da məlumat olmuş olur. Bu o deməkdir ki, artıq şirkətlərin açıq elan etdiyi ödənişsiz təcrübə proqramlarına könül rahatlığı ilə müraciət edə bilərsiniz. Tələbəlik dövründən kimlərəsə pulsuz işləməyə çəkinməyin. Önəmli olan pul deyil, nə dərəcədə təcrübə qazanmağınızdır. Təcrübə proqramlarının müddəti 2-3 ay, bəzən də 6 ay olur. 3- cü kursda 2, 3 təcrübə proqramından yararlana bildinizsə, digər tələbələrdən 1-0 öndə olmaq deməkdir. Bəzən təcrübə proqramını elan edən şirkətlər dolayısıyla özlərinə işçi axtarışında olurlar. Bu da sizin aktivliyinizdən asılı olaraq təcrübənin bitdikdən sonra da işinizə davam edə biləcəyinizə əsas verir. Beləcə qurduğunuz bu plan əsasında 3-cü və 4-cü kurslardan artıq iş sahibi də olmuş olacaqsınız. Gələk işin CV tərəfinə. Əldə etdiyiniz ilk uğurunuz təbii ki, ali təhsil almağınızdır. Daha sonra dil bilikləriniz var, hansı ki 1- ci, 2- ci kurs dönəmində öhdəsindən gəlmişdiniz. Kompüter bilgiləriniz var, könüllülüyünüz var, artıq təcrübəniz də olmuş oldu. Sertifikatlar mövzusunda boşluq görülür. Ola bilər ki, istəyiniz sizi ya ACCA-ya, ya CİMA-ya, yaxud da maliyyə tərəfinə yönəlir (CFA). Bu da sizi onların beynəlxalq sertifikatlarını almağa sövq edir. Bütün bunlarla bərabər paralel şəkildə hərgün mütaliəni unutmamaq lazımdır, həm ixtisasla əlaqəli, həm də zövqə görə bədii, yaxud elmi.

Bütün bu 4 il ərzində bu zəhmətli yoldan keçə bildinizsə, əmin olun ki, siz işi yox, iş sizi axtaracaq, siz uğuru yox, uğur sizi tapacaq. Hər birimizə uğurlar!

Hüriyyət Allahverdiyeva
Bakı Mühəndislik Universiteti
Mühasibat Uçotu Və Audit – Az3

Müştəri portalı vasitəsilə mühasibatınıza necə baxa bilərəm

Öz kompüter, planşet və ya smartfonlarınızda asanlıqla işləyə bilərsiniz. Məlumatlar istədiyiniz vaxt sizə əlçatandır.

Bankla inteqrasiya

Bank hesabları üzrə hərəkətlər anbaan “Hesabat”da əks olunur və müxabirləşmələr avtomatik olaraq icra edilir.

Limitsiz istifadəçi
Proqrama istədiyiniz qədər istifadəçi əlavə edərək komandanız ilə birlikdə effektiv işləmək imkanı.
Sadə. Rahat. Müasir.

Alış və satış, anbar, bank və kassa üzrə vəsaitlərin hərəkəti, kontragentlərlə hesablaşmalar üzrə məlumatları nəzarətdə saxlaya və maliyyə hesabatlarınızı daimi izləyə biləcəksiniz.

E-hesab faktura

Təqdim etdiyiniz mal və xidmətlər üzrə hesab fakturalarının avtomatik tərtib olunması və müştərilərə göndərilməsi.

Müxabirləşmələr
Qanunvericiliyə uyğun hesablar planı üzrə rahat şəkildə müxabirləşmələr verilməsi.
Bank müştəriləri üçün inteqrasiya xidməti
Bank ödənişləriniz Hesabat.az
profilinizdə avtomatik əks olunur
Ödənişlər üzrə
Hesablarınız avtomatik
Hesabat.az profilinizə köçürülür
Hesablar üzrə
Bank tərəfdaşlarımız
Hesabınıza “ASAN Login” ilə daxil olun
İdentifikasiya nömrəsi ilə
Asan İmza ilə
Peşəkarlar nə deyir?

Müasir şəraitdə şirkətlərin və fərdi sahibkarların mühasibat və maliyyə işlərinin elektron formaya keçməsi
böyük önəm daşıyır. Bu tələbatları yerinə yetirmək üçün proqram təminatları ilə məşğul olan şirkətlər tərəfindən fərdi formada proqramlar hazırlanır.

Bu proqramlar bir çox hallarda müştəri tələblərinə əsasən mövcud xarici proqramların fərdi qaydada milli uçot standartlarına adaptasiya edilməsi formasında
aparılır. Belə yanaşmalar bir çox hallarda özünü doğrultmur.

Hesabat proqramı isə peşəkar mühasiblər tərəfindən milli uçot standartlarına uyğun fundamental qaydada hazırlanan bir mühasibat proqramıdır. Bu səbəbdən də hər bir istifadəçi tərəfindən güvənlə istifadə edə biləcəyi bir yerli proqramdır. Bu mühasibat proqramı istifadə asanlığı, geniş inteqrasiya imkanları, rahat qavranılan hesabatlıq və təhlil formaları ilə tək mühasiblərin deyil, digər rəhbər işçilərin və fərdi sahibkarların da ehtiyaclarını təmin edəcək.

Bu yerli proqramın hazırlanmasında zəhməti keçən hər bir mütəxəssisə təşəkkür edirəm və proqramın gələcək inkişafında uğurlar arzu edirəm.

Aləmşad Əliyev
Nurgun Şirkətlər Qrupu
Daxili audit strukturunun rəhbəri

Son dövrlərdə mikro və kiçik sahibkarlıq subyektlərində mühasibat və qismən də idarəetmə uçotunun onlayn qaydada aparılması üçün hazırlanmış peşəkar bir platformadır. Mühasiblərin demək olar ki, 95% ehtiyaclarını ödəyə biləcək bir funksionallığa malık və eyni zamanda internet üzərində olan bu platformanın bir çox işlərdə əlimizdən tutacağına əminəm. Satışların, xərclərin, invoysların bir kliklə idarə edilməsi çox xoşuma gəldi.

Bankla inteqrasiya imkanı isə mühasiblərin işlərini xeyli asanlaşdıracaq. Hesabatlar bölməsində demək olar ki, əksər vacib və əhəmiyyətli hesabatlar əlavə olunub ki, istər mühasib, istərsə də maraqlı şəxslər istədikləri zaman tələb olunan hesabatı rahatlıqla əldə edə biləcəklər. www.hesabat.az – ın peşəkar komandasına bu çətin işlərində uğurlar arzu edirəm.

Rəşad Məmmədov
Heydər Əliyev Mərkəzi
Maliyyə və mühasibatlıq şöbəsinin müdiri

Hesabat.az platformasında, Sizin tərəfinizdən mühasibat uçotu aparılması üçün yaradılmış proqramı diqqətlə izlədim. Belə bir platformanın kiçik və orta sahibkarlıq subyektləri üçün çox asan və əlverişli olmasını düşünürəm. Həmin şirkətlər tam şəkildə mühasibat uçotunu, hətta mühasibin köməyi olmadan, çox rahat şəkildə apara bilər. Böyük üstünlüklərindən biri də, sahibkar mühasibin köməyi olmadan bütün hesabatları çox rahat şəkildə izləyib analiz edə biləcəkdir.

Bu cür platformanın yaradılmasına görə Sizə və zəhməti keçən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Ümidvaram yaxın zamanda Respublikamızın kiçik və orta biznesinin böyük hissəsi bu platformanın üzərində öz mühasibat uçotunu böyük məmnuniyyətlə aparacaqdır.

Rüfət Əliyev
Group Motors MMC
İdarə heyətinin üzvü / Maliyyə Direktoru

Hesabat.az bulud əsaslı onlayn mühasibatlıq xidməti Azərbaycan üçün yeni və innovativ məhsuldur və hal-hazırda bizim bazarda bu məshula alternativ yoxdur.

Bu məhsul şirkətlərə əlavə server, avadanlıq və İT xidməti xərcləri tələb etmədən aylıq kiçik xidmət haqqı müqabilində mühasibatlığı aparmağa imkan verir. Hesabat.az üzərində peşəkar maliyyəçi kollektivi çalışdığından, geniş istifadəçi rəğbətini qazanacağına şübhəm yoxdur.

Zaur İsmayılov
Təmiz Qaz QSC
Baş mühasib

“HESABAT” mikro və kiçik sahibkarların mühasibat uçotunun aparılmasını sadələşdirəcək bir proqramdır. Bu proqram funksionallığı ilə həm ticarət, həm də xidmət sektorunda mühasibatlıqla bağlı bütün həlləri əhatə edir.

Bank ödənişlərinin “e-banking” ilə inteqrasiyası mühasiblərin iş yükünü azaldacaq. İnvoyslar və müştərilər üzrə debitor borcların təqibi isə rəqib proqramlarla müqayisədə “HESABAT”ın üstünlüklərindən biridir. “Web” üzərindən qoşulmaq proqramı daha çox “user-friendly” edir. Bu proqramın digər müsbət tərəfi isə belə bir proqramın yerli mütəxəssislər tərəfindən ərsəyə gətirilməsidir. Bu işdə əməyi keçən komandaya uğurlar arzulayıram.

Mətləb Vəliyev

Əvvəla, mikro və kiçik sahibkarlıq subyektləri üçün hazırlanan proqram təminatı mühasibat uçotu sahəsində ölkəmizdə həyata keçirilən ilk təşəbbüslərdən olduğu üçün təqdirəlayiq haldır.

İkincisi, proqram təminatı vasitəsilə vergi ödəyicisinin standartlara uyğun olaraq maliyyə hesabatlarının (Maliyyə nəticələri, Mənfəət və zərər hesabatı, Kapital dəyişilmələri hesabatı və Pul vəsaitlərinin hərəkəti haqqında hesabatların) tərtib olunması həm mühasiblər, həm də idarəedicilər üçün keyfiyyətli və geniş təhlil imkanları yaradır.

Nəhayət, Proqram satış, xərclər və qaimələrin idarə edilməsi, təşkilatın maliyyə fəaliyyətinin dövrü olaraq auditi və daxil nəzarət baxımından önəmlidir.

İnanıram ki, əksər mühasiblər daimi olaraq proqram təminatının istifadəçisinə çeviriləcəklər. “Hesabat” proqram təminatı gəlir və xərclərin uçotunun düzgün və şəffaf aparılmasında onlara yardımçı olacaq.

Təbii ki, “Hesabat” proqram təminatının təkmilləşdirilməsi də arzuolunandır. Gələcəkdə dövlət qurumları ilə hesabatlılıq və məlumatların daxil edilməsi sahəsində əməkdaşlığın uğurla həyata keçirilməsi bir məlumatı bir dəfə daxil etməklə mühasiblərimizə dəyərli vaxtlarına qənaət etməyə şərait yaradacaq.

Anar Bayramov
mks.az saytının redaktoru
Vergi işi üzrə ekspert

Onlayn mühasibatlıq – bu, sizin kiçik biznesinizin sadəcə yeni, daha səmərəli və təhlükəsiz idarəetmə üsuludur.

Etibarlılıq

Onlayn mühasibatlıqda bütün işlər müştəri və server arasında təhlükəsiz qoşulma kanalından keçirilir və bu SSL sertifikatı ilə təsdiqlənir. Bütün məlumatlarınız şifrələnmə ilə yaradılır, dəyişməz şəkildə yalnız sizə və tərəfinizdən buraxılan istifadəçilərə əlçatan olur. Analoji mühafizə sistemi internet-bankinq, ödəniş sistemləri və məlumatların saxlanmasını təmin edən digər xidmətlərə tətbiq edilir.

Sərfəlilik

Sərfəli təkliflərin vədləri indi heç kimi təəccübləndirməyəcək, buna görə də əsassız olmamaq üçün rəqəmlərdə sizin faydanızı göstərəcəyik. Məsələn, “Hesabat”da e-hesab fakturalarının hazırlanması və göndərilməsi limitsizdir.

Biz “Hesabat”ı ona görə işləyib hazırladıq ki, siz öz kompüter, planşet və ya smartfonlarınızda çox asanlıqla işləyə biləsiniz. Nəticədə məlumatlar real zamanda istədiyiniz vaxt sizdən ötrü əlçatandır. Müvafiq olaraq, siz və sizin məsləhətçiləriniz həmişə qərarlarınızı dəqiq məlumatlarla əsaslandırırsınız.

Səhvlərin minimallaşdırılması

Canlı mühasib hesablamalarda və ya hesabatların tərtibində diqqətsizlik və ya yorğunluq səbəbindən səhv buraxıla bilər. “Hesabat” mahiyyət etibarilə, yalnız proqramlaşdırılmış alqoritmlərə əsaslanaraq işləyən bir maşındır. Həmin səbəbdən bu xidmət, öz-özlüyündə səhvə yol verə bilməz.

Comments are closed, but trackbacks and pingbacks are open.