Alma nece yaza bilerem
Birinci gün: Rəvayətə əsasən, Həzrət Nuh (əleyhissalam) bu ayın ilk günündə gəmiyə minmiş və onunla olanlara oruc tutmağa əmr etmişdir. Hər kim bu gün oruc tutsa, cəhənnəm odu ondan bir il uzaqlaşar. Həmçinin, qusl almaq, İmam Huseyni (əleyhissalam) ziyarət etmək müstəhəb əməllərdəndir.
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini qildiqdan sonra bir nece deqiqe (5-10 deq.) gozleyib daha sonra esr namazini qilirsan. Elece de megrib namazini qildiqdan sonra bir nece deqiqelik intervalla isha namazina keci
Salam! Men namazları birlesdirib qılmaq isteyirem. Esitmisem ki, zohr namazini qildiqdan sonra bir nece deqiqe (5-10 deq.) gozleyib daha sonra esr namazini qilirsan. Elece de megrib namazini qildiqdan sonra bir nece deqiqelik intervalla isha namazina kecirsen. Bu, duzdurmu?
Cavab :
Bunun eybi yoxdur. 5 vaxta namaz qılmaqın üstünlyü vardır. Amma bu 5 vaxt çox zaman insanın iş rejimini və həyati məsələlərini problemə saldığı üçün İslam dini bu 5 namazın 3 müştərək vaxta qılınmasına icazə verir.
Sual :
Pirlere getmek olarmi?,vacibdi pire getmek?, buna aydinliq getirin zehmet olmasa.Xahis edirem.
Cavab :
Allahı yada salan və müqəddəs insanların (seyid-şəhid və alim) qəbrlərini ziyarət etməyin eybi yoxdur. Bəlkı insanın mənəvi və ruhi ehtiyaclarının təminatı üçün lazımdır.
Sual :
Salam, sizden hal-hazirda bize chox vacib olan bir suala cavab vermekle bize komek etmeyiniz xahish edirem. Bu il meherremlik deqiq olaraq hansi tarixde girir? 6 dekabr meherremlik gunune daxildirmi?Biz 6 dekabr tarixine toy planlashdirdighimiz halda,mueyyen yerlerden 6-si tarixde artiq meherremlik gunu oldughunu eshitmishik bunu deqiqleshdiremk uchun mueyyen mescidlerde axundlardan sorushmushuq, cavablar muxtelif olub.Xahish edirik bu suala aydinliq getirerdiniz.Evvelceden teshekkurumuzu bildiririk.Sagh olun
Cavab :
Bu il təqvimə əsasən Məhərrəmin ilk gün dekabr ayının 7-ci gününə təsadüf edir. Və bu da o deməkdir ki, dekabırın 6-dan 7-ə geçən gecə Məhərrəm ayının ilk gecəsidir.
Sual :
əgər bir kişi arvadini atib gedibse başqa bir qadınla yaşayırsa və əvvəlki arvadina baxmırsa bu arvad kəbinnən azaddir məsələn 3 ildir gedib ayrılıblarsa kişide ona baxmır təlaq oxuttdurmaq vacibdir? vacibdirse necür olmalıdi
Cavab :
Boşanmaq istəyən qadın mütləq təlaq oxutdurmalıdır və zaksdan boşanması belə kifayət etmir. Əri təlaq vermməyənə qədər başqası ilə evlənə bilməz!Mütləq din xadimi tərəfindən təlaq oxunmalı və ya kişi iki şahidin yanında deməlidir ki “Sən mənim kəbinimdən azadsan- Səni boşadım- Sən bu saatdan etibarən mənim arvadım deyilsən-Səni boşadım- Sən azadsan-Ənti taliq” və ya arvad özü orada deyisə arvadın göndərdiyi şahidlərin yanında deməlidir ki “Mən arvadım Leylanı kıbinimdın azad etdim – Mən arvadım lelyanı boşadım”!.
Sual :
Proqram sahibine (esasen de qeyri muselman dovletlerine aid olan) hec bir odeme elemeden, “acari” ile birge Internetden goturulen ve ya pirat disklerle elde edilen her hansi bir komputer Proqramini istifade etmeyin ishkali varmi? Islamin tebliginde bu kimi proqramlardan istifade etmeyin hokmu nedir? (nezere alsaq ki, bu proqramlarin hamisini almaga maddi imkan yol vermir) Diqqetinize ve yardiminiza gore ALLAH sizlerden razi olsun! ALLAH’salami uzerinize olsun!
Cavab :
Müsəlmanların əksəriyyətinin dünya bazarına çıxa bilmədiyi üçün və həmçinin qeyri-müsəlmanların qəsdən yeni texnologoyanı müsəlmanların ixtiyarın qoymadıqları üçün onların hazırladığı bütün proqram və texnologoyadan istfiade etmək olar və bu texnologiyani mənimsəmək müsəlmanlara vacibdir. Amma bu prioqramlardan istifade zamanı heç bir müsəlmanın haqqı zay olmamalıdır. Xüsusilə də dini proqramlar da istifade etdikde mütləq şirkətin icazəsi olmalıdır. Elbette bezi dini proqramlardan şəxsi istifade etmək olar amma ondan ticarət məqsədi ilə istifadə etmək qadağandır. Nəticə: Xaricdə (Amerika-İsrail-Fransa-Almaniya-İngiltərə) qeyri-müsəlmanlar tərəfindən hazırlanan proqramlardan istifadə etməyin eybi yoxdur. Amma müsılmanların tərəfində hazırlanan proqramlardan istifadə etdikdə, əgər onlar hüquqları zay olarsa və bundan onlara zərər dəyərsə, bu zaman bu proqramlardan ticarət məqsədi ilə istifadə etmək olmaq, amma dinin təbliği üçün və şəxsi istifadəyə bəzi müctəhidlər icazə verirlər.
Sual :
Butun nafile namazlarini qurbet qesdi ile qilmaq lazimdir yoxsa meselen: ” niyyet edirem 2 ruket duha namazi qiliram ” demek kifayetdir? bir de, qeza namazlarini gunun istenilen vaxti qilmaq olar? Sag olun, Allah razi olsun.
Cavab :
Bütün nafile ve müstəhəb namazlar qürbət qəsdi ilə qılınır. Məs:”Şəf` namazı qılıram qürbıtın iləllah” demək kifayet edir. Bütün qəza namazlarını günün istənilən saatında qılmaq olar. Amma həmən gün qəza etdiyin namazı köhnə qəzalardan qabaq qılmaq daha yaxşıdır. Habelə nafile namazlarını əgər namaz vaxtlarında qıla bilməsən başqa vaxtlarda da savab ümüdilə qılmaq olar. Məs: Əgər gecə namazına durmaq sabah səni dərsə ya işə gecikdirəcəksə onda onu sübh namazından 3-5 dəqiqə qabaq ve ya gecə yatmadan öncə qıla bilərsən. Allah-taala yenə də həmin savabı inşaəllah ki verəcəkdir. Nafilə və müstəhəb namazlarda diqqət et ki onlar səni vacib əməllərindən saxlamasınlar. Dərsə getmək, işə getmək və ya başqa vacib əməllərin qəzasını yerinə yetirmək daha lazımlıdır.
Sual :
MEN BILMEK ISTEYIREM KI HEYVANLARIN RUHU OLUR YA YOX ? MENIM FIKRIME GORE PISIK VE BU KIMILERDE OLUR MESELEN AT VE YA IT KIMI.AMMA HESERATLARDA YOX MESELEN TARAKAN VE YA BOCEK. MEN INANA BILMIREMKI PISIKDE VE YA ITDE RUH OLMASIN CUNKI ALLAHU TAALA NATAMAM ISLER GORMUR bu cur varliq yaradib onlarin aqibetini hell etmemis olmasin xahis edirem menim bu sualima etrafli cavab yazasiniz eger melu,at vere bilsez xahis edirem ki mene bu barede imkan varsa qurandanda delil getiresiniz ki ureyimde hec olmasa rahatliq tapa bilim. ESEA MENE PISIK BAREDE YAZIN SEBEBINI SONRA DEYECEM . ALLAHIN SALAMI OLSUN SIZLERE
Cavab :
Yaşamaq üçün bütün canlılarda heyvani ruh var.İnsanı başqa canlılardan fərqləndirən ondakı ilahi ruh və ağıldır. “Ölən hər bir şeyin yaşamaq üçün ruhu vardır”.
Sual :
MEN BOYUK GUNAHLARDAN OLAN BIR GUNAH IWLEDIREM. AMA NE QEDER TOVBE ETSEMDE GUNAHI TERGIDE BILMIREM. BEDENIM TELEB EDIR. AILE QURMAGADA IMKANIM CATMIR. MEN NE ETMELIYEM?. AMA ZINA DEYIL O GUNAH.
Cavab :
Oruc tut. Geceler namaz qıl. Çox işlə (fiziki iş gör), az ye. Saçını uzun saxla. Müvəqqəti nikah et. Naməhrəmə baxma. İnsanı günaha salacaq yerlərə və cinsi hissləri təhrik edəcək yerlərə getmə və bi tip kinolara baxma. Və bilki ki Allah və mələklər hər an səni görürlər. Və fikirləş ki bu iş səni xəstləyə sala və sonsuz ede bilər. Bu linkde ki yazini da oxuyun; http://zahra.azeriblog.com/2009/06/07/onanizm
Sual :
bilmek isterdim,dovlet(hokumet) muessiselernin,demek olarki hamisi, monopaliya olan olkede hansisa gizli sahibkara mexsuslugu melum olmayan, belkede dirnaqarasi dovlet bankindan kredit almaq olarmi?
Cavab :
Hardan olursa olsun, ribaya (sələm ya faiz) pul verib-almaq qadağan və haramdır.
Sual :
mən böyük bir günah işlətmişəm,amma Allaha hər gecə dua edirdim məni hidayət etsin,doğru yola yönəltsin deyə,tövbə etdim şükürlər olsun dualarım qəbul oldu indi namaz qılır,oruc tuturam,qəlbimin ,ruhumun hər gün daha çox saflaşdığını hiss edirəm,bilmək istəyirəm bu boyük günahımı tanrı əfv edermi?
Cavab :
Allah-taala həqiqi tövbə edənlərin bütün günahlarını bağılayır. Amma gərək zülm etdiyin və haqqını tapdaladığın insanlardan (qeybətini etdiyin, bir şeyini mənimsədiyin) halallıq alasan ve onların da haqqında dua və istiğfaredəsən.
Sual :
İşa namazı gece namazı sayılır? Əgər bele deyilsə gecə namazı neçə rukət qılınmalıdır ? təşəkkür edirəm
Cavab :
İşa (xiftən) namazı beş vacib namazdan biridir ki, məğrib (şam) namazından sonra qılınır. Gecə namazı isə sübh namazından neçe dəqiqə və ya saat tez durub müstəhəb bir əməl kimi yerinə yetirilir. 8 rəkət nafilə (4 dəfə 2 rəkət), 2 rəkət şəf` və 1 rəkət vitr qılınır.
Sual :
Men coxdandir ki bu etrafda dushunurem mohurle namaz qilmaq ne anlama gelir.Ye’ni niye biz mohure bashimizi qoyuruq.Eger men mohurle namaz qilmaq istemiremse, gunah etmish olurammi? Qeyd edim ki,bunu demeyi xoshlamasamda men shieyem.sualima cavab verseniz sevinerem.Teshekkurler!
Cavab :
Allah-taalla Quranda torpağa səcdə etməyi buyurur və dediyiniz möhürdə torpağdan hazırlanıb və elə torpağın özüdür. Amma digət şeylər torpaödan hazırlansa və ya səcdə etməyə icazəli olsa da belə torpaq deyildir. Amma en yaxşı səcdəgah torpaqdır.
Sual :
muveqqeti nigah zamani bakire qizin atasinin raziligi olmalidi bu mutleqdimi?eger bu nigah atanin xeberi olmadan gizli sekilde olarsa nece?iki nefer bir birini sevirler ama kisi evlidi ve tebiki qizin ailesi razi olmaz onlarin ne muveqqeti nede daimi evlenmelerine o zaman muveqqeti nigahi gizlin kestire bilmezlermi?birde muveqqeti nigaha giren kisi evli ola bilermi?
Cavab :
Bakirə qızla müvəqqəti siğə qadağandır. Əgər qız bu işə razıdırsa, mütləq atasından ya babasında ya da onun qəyyumundan icazə alınmalıdır. Ağlı yetkin olmayan qızın icazəsi siğə üçün düzgün sayılmır və mütləq atasının icazəsi olmalıdır. Əgər bakirə qadının gələcəy həyatı bu siğə ilə problemlərlə üzləşəcəksə bu iş hər halda qəti qadağandır.
Sual :
BIZIM DINDE SIGE MUTE GUNAHDIMI.KEBIN EDERKEN HICAB SERTDIMI.TESEKKURLER EVVELCEDEN
Cavab :
Müvəqqəti nikah günah deyil, bəlkə bəzən vacib və zəruridir. Hicab İslamda bütün qadınlara vacibdir və kebin keserken ya qeyri hallarda hicab şərti yoxdur, bu İlahi bir hökmdür ki, hər zaman əməl olunmalıdır!
Sual :
ALLAH nece yaranib . ALLAHA inamim sonsuzdu ELHEMDULILLAH
Cavab :
Allah həmişə olub və olacaq, o əvvəl və axırdır. Əgər yaransa idi Allah olmazdı.
Sual :
Eger bir nefer bir nefere zulum edib,aci verirse oda ona halalliq vermirse hemen halalliq verilmeyenin axri neolacaq?
Cavab :
Əvvəlcə qeyd edim ki insana qarşı edilən hər bir səhv hərəkəti zülm adlandırmaq olmaz. Ola bilsin ki dostun və ya həyat yoldaşın bəzi səhvlərə yol versin və sizin haqqınızı tapdalasın. Belə məqamlarda səbirli olmaq və güzəşt etmək lazımdır. sonra isə öz haqqını tələb etmək hər bir şəxsin hüququ və bəzən də bu haqqı tələb etmək vacibdir. Çünki zalimin zülmünün qarşısında susmaq özü də günahdır. Amma bu zülm möminlər və dostlar terefindən edilərsə onları tənbih etmk üçün ən yox yol, onları bağışlamaqdır. Amma bağışlamaq hüququ məzlumundur.O bağışlayarsa öz mənəvi dərəcəsini Allah yanında ucaltmış və bağışlmazsa da onu heç br cəza gözləmir və öz haqqını bağışlamamaqa haqqı var və bu günah sayılmır. Allah-taala əvf edənlər haqqında Qurani-kərimdə buyurmuşdur: “Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!”(Bəqərə/178); “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”.(Ali-İmran/134); “Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (Ə`raf/199); “Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!”(Nur/22); “Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz” (Şura/40); “Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar. Hətta siz bir dəfə Məkkədən Mədinəyə hicrət etmək istədiyiniz zaman onlar müxtəlif bəhanələrlə sizi bu fikrinizdən daşındırmışdılar). Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!” (Təğabun/14).
Alma nece yaza bilerem
خابَ الوافِدُونَ عَلى غَيْرِكَ، وَخَسِرَ المُتَعَرِّضُونَ إِلاّ لَكَ، وَضاعَ المُلِّمُونَ إِلاّ بِكَ، وَاَجْدَبَ الْمُنْتَجِعُونَ إِلاّ مَنِ انْتَجَعَ فَضْلَكَ، بابُكَ مَفْتُوحٌ لِلرّاغِبينَ، وَخَيْرُكَ مَبْذُولٌ لِلطّالِبينَ وَفَضْلُكَ مُباحٌ لِلسّائِلينَ، وَنَيْلُكَ مُتاحٌ لِلامِلينَ، وَرِزْقُكَ مَبْسُوطٌ لِمَنْ عَصاكَ، وَحِلْمُكَ مُعْتَرِضٌ لِمَنْ ناواكَ، عادَتُكَ الاِْحْسانُ اِلَى الْمُسيئينَ ، وَسَبيلُكَ الاِبْقاءُ عَلَى الْمُعْتَدينَ، ُاَللّـهُمَّ فَاهْدِني هُدَى الْمُهْتَدينَ، وَارْزُقْني اجْتِهادَ الْمجْتَهِدينَ، وَلا تَجْعَلْني مِنَ الْغافِلينَ الْمُبْعَدينَ، واغْفِرْ لي يَوْمَ الدّينِ
“Xabəl vafidunə əla ğəyrik, və xəsirəl mutəərrizunə illa lək, və zaəl mulimmunə illa bik, və əcdəbəl muntəciunə illa mənintəcəə fəzlək, babukə məf-tuhun lir rağibin, və xəyrukə məbzulun lit talibin, və fəzlukə mubahun lis sailin, və nəylukə mutahun lil amilin, və rizqukə məbsutun limən əsak, və hilmukə mu`tərrizun limən navak, adətukəl ihsanu ilal musiyyin, və səbilukəl ibqau ələl mu`tədin, Əllahummə fəhdini hudəl muhtədin, vər-zuqni ictihadəl muctəhidin, və la təc`əlni minəl ğafilinəl mubədin, vəğfir li yəvməd din”.
“Səndən başqasına ümid olan naümid, Səndən başqasına üz tutan ziyankar, Səndən başqasının qapısına gedən möhtac, Sənin lütf və mərhəmətindən başqa bir şeyi istəyən yoxsul oldu. Sənin qapın müştaqların üzünə açıq, xeyrin istəyənlərə verilmiş, lütf və mərhəmətin möhtaclara mübah, hədiyyən arzu edənlərə hazır, ruzin hətta sənə asi olanlara çox, səbrin hətta səninlə düşmənçilik edənlərə şamil, adətin pislərə yaxşılıq və yolun inadkarlara mülayimlikdir. İlahi, məni hidayət olunanların yoluna hidayət et, çalışqanların çalışqanlığından mənə ruzi ver. Məni dərgahından uzaq düşən qafillərdən qərar vermə və qiyamət günü günahlarımı bağışla”.
- Peyğəmbərdən nəql olunur ki, hər kim bu duanı yüz dəfə oxusa və sonda sədəqə versə, Allah öz rəhmət və məğfirət qapılarını onun üzünə açar. Hər kim dörd yüz dəfə oxusa, ona yüz şəhidin savabı verilər.
اَسْتَغْفِرُ اللهَ لا اِلـهَ إِلاّ هُوَ وَحْدَهُ لا شَريكَ لَهُ وَاَتُوبُ اِلَيْهِ
“Əstəğfirullahə la ilahə illa huvə vəhdəhu la şərikə ləh və ətubu ileyh”
“Ondan başqa heç bir ilah olmayan Allahdan bağışlanma istəyirəm. O birdir, şəriki yoxdur və mən ona tərəf qayıdıram (tövbə edirəm)”
- Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, Rəcəb ayında hər kim min dəfə “La ilahə illəllah” desə, Allah onun üçün yüz min həsənə yazar və cənnətdə onun üçün yüz şəhər tikər.
- Rəvayətə əsasən, hər kim Rəcəb ayında günün əvvəlində və axırında “Əstəğfirullahə və ətubu ileyh” desə, sonra əllərini göyə qaldırıb, “Əllahumməğfir li və tub ələyy” (İlahi məni bağışla və tövbəmi qəbul et!) desə, əgər Rəcəb ayında dünyasını dəyişsə, Allah təala bu aya xatir ondan razı olar və cəhənnəm odu ona toxunmaz.
- Bu ayda hər kim min dəfə “Əstəğfirullahə zəl-cəlali vəl-ikrami min cəmiiz-zunubi vəl-asam” (Kəramət və cəlal sahibi olan Allahdan bütün günahlardan və xətalardan bağışlanma diləyirəm!) desə, Allah onu bağışlayar.
- İbn Tavus “İqbalul-əmal” kitabında Peyğəmbərdən İxlas (Qul huvəllahu əhəd) surəsini bu ayda on min dəfə, min dəfə, yüz dəfə oxumaq üçün çoxlu fəzilət nəql edir. Başqa bir hədisdə deyilir ki, hər kim bu surəni Rəcəb ayının Cümə günlərində yüz dəfə oxusa, bu surə Qiyamət günü onu cənnətə dartıb çəkən nura çeviriləcək.
- Peyğəmbərdən nəql olunur ki, kim Rəcəb ayının hər hansısa bir gecəsində iki rükət namaz qılsa və hər rükətdə İxlas surəsini yüz dəfə desə, ona yüz il orucun savabı verilər və Allah təala ona cənnətdə yüz ədəd hər biri bir peyğəmbərin kənarında olan saray verər.
Bura qədər qeyd etdiyimiz əməllər mübarək Rəcəb ayının istənilən günlərində yerinə yetirilə bilər.
Hər günün özünəməxsus əməli:
Birinci gecə: Bəzi alimlərin dediyinə əsasən bu ayın birinci gecəsində qusl almaq lazımdır. Peyğəmbərdən nəql olunur ki, hər kim Rəcəb ayının əvvəlində, ortasında və axırında qusl alsa, anadan yeni doğulmuş kimi günahları bağışlanar. Həmçinin, İmam Huseyni (əleyhissalam) ziyarət etmək, oyaq qalmaq ilk gecənin müstəhəb əməllərindən biridir. Nəql olunmuş rəvayətə əsasən İmam Əli (əleyhissalam) ilin dörd gecəsini oyaq qalmağa şox təkid edərdi: Rəcəb ayının ilk gecəsi, Şəban ayının on beşinci gecəsi, Fitr və Qurban bayramlarının gecəsi. Bəzi alimlər bu ayın hər gecəsi üçün məxsus əməllər zikr etmişlər. Lakin, ixtisara riayət edərək, onları burada qeyd etmirik.
Birinci gün: Rəvayətə əsasən, Həzrət Nuh (əleyhissalam) bu ayın ilk günündə gəmiyə minmiş və onunla olanlara oruc tutmağa əmr etmişdir. Hər kim bu gün oruc tutsa, cəhənnəm odu ondan bir il uzaqlaşar. Həmçinin, qusl almaq, İmam Huseyni (əleyhissalam) ziyarət etmək müstəhəb əməllərdəndir.
On üçüncü gecə: Rəcəb, Şaban və Ramazan aylarıın on üçüncü gecəsi iki rükət namaz qılmaq müstəhəbdir. Namaz belədir: hər rükətdə Həmddən sonra Yasin və Mülk surələrini oxumaq lazımdır. On dördüncü gecə isə bu tərzdə dörd rükət rükət namaz qılmaq yaxşıdır. On beşinci gecə isə bu tərzdə altı rükət namaz qılmaq müstəhəbdir. İmam Sadiqdən (əleyhissalam) nəql olunur ki, hər kim bu əməlləri etsə, Rəcəb ayını dərk etmiş olar və şirkdən başqa bütün günahları bağışlanar.
On beşinci gecə: Bu gecə qusl almaq, oyaq qalmaq, İmam Huseyni (əleyhissalam) ziyarət etmək, yuxarıda qeyd olunan kimi altı rükət namaz qılmaq müstəhəbdir.
On beşinci gün: Bu gün çox bərəkətli gündür və bu gündə qusl almaq, İmam Huseyni (əleyhissalam) ziyarət etmək müstəhəb əməllərdəndir. Rəvayətdə İmam Rzadan İmam Huseyni (əleyhimassalam) hansı vaxtlar ziyarət etməyin yaxşı olduğu soruşulduqda, İmam Rza (əleyhissalam) buyurdu: “Rəcəb və Şəban ayının ortalarında”. Həmçinin, bu günün əsas əməllərindən biri “Ummu-Davud” adı ilə məşhur olan əməldir. Bu əməl hacətlərin rəva olunmasında, çətinliklərin aradan qaldırılmasında və zalımların zülmündən müdafiə olunmaqda çox təsirlidir. Dəyərli alimlərimizdən biri olan Kəfəmi (rəhiməhullah) “Misbah” adlı kitabında belə yazır “Əgər bu əməli yerinə yetirmək istəsən, 13, 14 və 15-ci günləri oruc tut. Sonra 15-ci günün zöhr namazı vaxtına yaxın qusl al və azan olduqda zöhr və əsr namazlarını xəlvət yerdə yüksək xüşuyla qıl. Namazı qurtardıqdan sonra üzü qibləyə Həmd surəsini yüz dəfə, İxlas surəsini yüz dəfə, Ayətul-Kursini on dəfə, bunlardan sonra Ənam, İsra, Kəhf, Loğman, Yasin, Saffat, Fussilət, Şura, Duxan, Fəth, Vaqiə, Mülk, Nun, İnşiqaq və Quranı axıra kimi oxu. Bunları bitirdikdən sonra üzü qibləyə Ummu-Davud duasını oxu. Bu dua “Məfatihul-Cinan” və sair dua kitablarında göstərilmişdir. Məqalə uzun olmasın deyə, onu burada qeyd etmirik.
İyirmi beşinci gün: Bu gün hicri-qəməri tarixi ilə İmam Kazimin (əleyhissalam) 55 yaşında şəhadətə yetişdiyi gündür. Bu gün Əhli-Beytin və şiələrinin qəm-qüssələrinin təzələnən günüdür.
İyirmi yeddinci gecə: Bu gecə “Məbəs” (İslam peyğəmbərinin peyğəmbərliyə seçildiyi gün) bayramının gecəsidir və bu gecə üçün çoxlu əməllər nəql olunmuşdur. İxtisara riayət edərək onları qeyd etməyi ehtiyac bilmirik.
Sonuncu gün: Bu gündə qusl almaq və oruc tutmaq müstəhəbdir. Bu günün orucu gələcək günahların bağışlanmasına səbəb olar.
Bütün bunlardan əlavə bu aya dair çoxlu əməllər zikr olunmuşdur. İxtisara riayət etmək niyyətiylə onların hamısını qeyd etmirik. Allah bizləri bu ayın fəzilətlərindən binəsib etməsin!
besiret.az
Baqir Cəfəri
[1] Şeyx Abbas Qummi, “Məfatihul-cinan”, “Rəcəb ayının fəzilətləri” babı
[2] Şeyx Səduq, “Fəzailul-əşhuris-səlasə”, “Mübarək Rəcəb ayının fəzilətləri” babı
Comments are closed, but trackbacks and pingbacks are open.