Press "Enter" to skip to content

Xəritədə marşrutu necə canlandırmaq olar

Dəqiq planalınmada istifadə edilən alətlər: Teodolit, bussol.

Xəritədə marşrutu necə canlandırmaq olar

Özəlləşdirmə çeklərini canlandırmaq kimə və nə üçün lazım idi?
Analitika

Keçmiş sosialist düşərgəsinin digər ölkələri kimi, Azərbaycan da mərkəzləşdirilmiş plan sistemdən imtina prosesində çek özəlləşdirməsindən keçib.Rəsmi olaraq “kiçik özəlləşdirmə”yə bizdə 1996-cı ilin mart ayının sonunda, özəlləşdirmə paylarının (vauçerlərin) paylanmasına isə 1997-ci ilin martından başlanıb. Özəlləşdirmə çekləri 2011-ci ilin yanvar ayının əvvəlindən dövriyyədən çıxarıldı.

Əhalinin əksəriyyəti çeklə nə edəcəyini bilmirdi. Hər bir vətəndaş ölkəsinin əmlakından bir “tikə” aldı, lakin heç də hamı bu şansdan istifadə edə bilmədi.

İndi vətəndaşların o vaxt istifadə edə bilmədiyi özəlləşdirmə paylarının gücünü bərpa etmək təklifləri var.

Zarafat deyil – vətəndaşlara paylanan özəlləşdirmə çeklərinin 20%-dən istifadə olunmayıb!

Lakin rəyini öyrəndiyimiz mütəxəssislər sualın belə qoyuluşu ilə razı deyillər. Sual yaranır – özəlləşdirmə çeklərinin kapitallaşdırılmayan faizi kimə məxsusdur?

Nəyə görə bu kağızların canlandırılması mövzusu məhz indi aktual oldu?

Hüquqşünas və maliyyəçi Əkrəm Həsənov Turan agentliyinə bildirib ki, vauçerlərin istifadə edilməyən reonanslı payının sahiblərinin sıravi vətəndaşlara aidiyyatı yoxdur:

“Özəlləşdirmə çeklərinin qüvvəsini itirməsindən 10 il sonra onları yenidən canlandırmaq hüquqi nihilizmdir. Bu cür qanuni qeyri-müəyyənliyi sevdiyimizi etiraf etməliyik. Halbuki qanun dəqiq qaydalar və onların tətbiqindən ibarətdir. Hətta yekunda kimsə bundan əziyyət çəksə də, gələcək üçün müəyyənlik hissi yaranır.

Bəli, bəzi çek sahibləri o vaxt özəlləşdirmə çeklərindən daha çox fayda əldə etmək ümidi ilə onlardan istifadə etməyiblər. Bu kağızların adi vətəndaşların deyil, möhtəkirlərin əlində qalması fikri ilə razıyam. İndi görünür, onlar bunları necəsə istifadə etmək istəyirlər. Çox kiçik bir azlığın – sadəcə, öz hüquqlarından istifadə etməyən vicdanlı insanların hüquqlarını qorumaq nöqteyi-nəzərindən gələcək üçün “bomba” yaradırıq. Belə çıxır ki, hüquq və qanun bizdə heç bir əhəmiyyət daşımır. Bu, doğru deyil. Ümumiyyətlə, Rusiya təcrübəsindən qəbul etdiyimiz çek özəlləşdirməsi əslində mahiyyətcə səhv idi. Nəticədə adi insanlar biznes sahibinə çevrilmədi – bunlar əsasən adi vətəndaşların paylarını pulla ya zorla alan keçmiş “qırmızı direktorlar”, məmurlar, hüquq-mühafizə orqanlarının işçiləridir. Bu qiymətli kağızların sıravi sahiblərindən biri hansısa şirkətlərdə pay alıbsa da, bu, o qədər cüzi hissədir ki, heç bir əhəmiyyəti yoxdur. İndi bunun hamısını təkrarən oynamağın əleyhinəyəm”.

O illərin iqtisadi siyasətinin müəllifləri deyirlər ki, özəlləşdirmə xüsusi mülkiyyətçilər sinfi yaratmaq və ölkənin kommunizmə qayıtmamasını təmin etmək üçün məcburi bir tədbir idi.

Dövlət özəlləşdirmə payına daxil olan çekin nominal dəyəri, çek özəlləşdirilməsinə aid olan Azərbaycan dövlət əmlakının 1/32000000 (otuz iki milyondan biri) hissəsənin maddi ekvivalenti idi.

Proqram üzrə dövlət əmlakının özəlləşdirmə hissəsi 70-80 faiz təşkil etməli idi.

1994-cü ilin iyulun 1-ə Azərbaycanın bütün əsas fondları 4,5 trilyon manat, yaxud 1 milyard dollar həcmində qiyməndirilsə də, 1996-cı ilin iyun ayında Nazirlər Kabineti əsas fondların yenidən qiymətləndirilməsində əmsalı müəyyən etmək üçün xüsusi hökumət komissiyasının yaradılması barədə qərar verdi.

Dövlət Əmlak Komitəsinin mütəxəssislərinin ilkin hesablamalarına görə, 1996-cı ilin ortalarında əsas fondların dəyəri təqribən 25 milyard dollar təşkil edib. Rəsmi yenidən qiymətləndirmədən sonra dövlət orqanları dövlət əmlakının dəyərinin 76,8 trilyon manat, yaxud müvafiq dövrün məzənnəsi ilə 18,7 milyard dollar təşkil etdiyini açıqladılar.

Aşkar nisbi göstəricilərə əsaslanan Dövlət Əmlak Komitəsinin rəhbərliyi çeklərin qiyməti ilə bağlı proqnozlarında Rusiyada özəlləşdirmə ərəfəsində buraxılan eyni səhvi etdi.

1997-ci ilin fevralında özəlləşdirmə paylarının əhaliyə paylanması ərəfəsində məmurlar çeklərin qiymətinin 800-1000 dollar, bəlkə də, 2000 dollar olacağı ilə bağlı proqnozlarını elan etməyə başladılar. Lakin bu proqnozların əksinə olaraq, qara bazarlarda çeklərin qiyməti müxtəlif vaxtlarda 10-100 dollar idi.

Çeklər, demək olar ki, dəyər-dəyməzinə satılırdı – deyə Azərbaycan İqtisad Universitetinin iqtisadiyyat üzrə fəlsəfə doktoru Elxan Cəfərov Turan-a deyib:

“Özəlləşdirmə prosesində çeklər qiymətli kağızlar rolunu oynadı. İdeyaya görə, onlar əhalinin geniş dairələrinin dövlət mülkiyyətinin özəlləşdirilməsində iştirak edə bilməsi üçün nəzərdə tutulmuşdu. İnsanlara bunları satmaq hüququ verildi.

Lakin fişka onda idi ki, özəlləşdirmə obyektlərinin əsas payçıları olan nəzarət səhm paketinin sahibləri minoritar sahiblərə maliyyə vəsaitlərinin yenidən bölüşdürülməsi barədə məlumat vermirdi, hərçənd respublika qanunvericiliyinə uyğun olaraq, onlar bu müəssisələrin maliyyə hesabatlarında əks olunan ətraflı məlumatı almaq hüququna malik idilər.

Başqa sözlə, səhm nəzarət paketinin sahibləri kiçik səhmdarların bütün vergilər çıxıldıqdan sonra müəssisənin mənfəəti barədə məlumat almasına imkan vermədilər.

Onda özəlləşdirmə idarəolunmaz səviyyədə həyata keçirildi və sərəncamında ciddi vəsaitlər olan insanlar bundan istifadə etdilər. Məhz bu səbəbdən bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da özəlləşdirmə müəyyən maxinasiyalarla keçdi. Əsas paketin sahibləri – özəlləşdirilən obyektlərin majoritar səhmdarları kiçik paylara sahib olan minoritar səhmdarları dividendlərdən məhrum edirdilər.

Bunu müəssisənin zərərlə işləməsi, maliyyə vəsaitlərinin əsas hissəsinin nəzərdə tutulmayan xərclərə yönəldilməsi, yüksək əmək haqqı ilə xarici mütəxəssislərin cəlb edilməsi və yüksək effektivli texnologiyaların alınması ilə əsaslandırırdılar.

Beləliklə, dividendlər müxtəlif bəhanələrlə səhm paketinin həcmi özəlləşdirilən şirkətin idarə olunmasında birbaşa iştirak etməyə imkan verməyən kiçik səhmdarlara çatmırdı.

Özəlləşdirilən müəssisələrə sərmayə qoyan insanlar daha çox əsas payçılar tərəfindən aldadıldı.

Bunu müşahidə edərək, əhalinin başqa bir hissəsi də özəlləşdirməyə inamını itirdi və özəlləşdirmə prosesində qanuni dövriyyəsinin məhdud şərtləri nəzərə alınaraq özəlləşdirmə çeklərini satmağa başladı. Çeklərin qiyməti özəlləşdirmə prosesinə olan inamın azalmasından sonra aşağı düşdü. Bundan əlavə, istifadə müddətinin sonu yaxınlaşdıqca qiymətli kağızlar ucuzlaşdı. Ümumilikdə, “özəlləşdirmə çeklərini istifadə etməyən insanların bir hissəsi onları ucuz qiymətə satdı. Sonra “qara bazar” səhnəyə çıxdı, burada möhtəkirlər bu səhmləri alıb özəlləşdirilən obyektlərin əsas səhmdarlarına yenidən satdılar və bu da özəlləşdirilən obyektlərdə onların paylarını artırdı.

Əslində, vəziyyət öz mənafelərinə görə özəlləşdirilmiş müəssisələrdə nəzarət paylarına sahib olanlar tərəfindən sifariş edilmişdi. Bunlar yeni tendensiyalar idi, insanlar hüquqlarını tam anlamadılar və onları satın alan böyük səhmdarlar bundan faydalandılar.

Dövlət obyektlərinə – fabriklərə və müəssisələrə mülkiyyət hüququ qazandıqdan sonra onları bölməyə, yenidən satmağa, profilini dəyişməyə başladılar. Nəticədə bir çox iri və ciddi istehsal müəssisələrini itirdik. İndi ədaləti bərpa etmək üçün özəlləşdirmənin kökünü dərindən araşdırmalı, 30 il əvvəlin sənədlərini qaldırmalısan, əlbəttə ki, onlar məhv edilməyibsə. Nə də olsa, bu, çox ağrılı bir məsələdir – çoxları kapitallarını bu cür əldə edib. Bu baxımdan, bu özəlləşdirmə çeklərinin qanuni təsirinin bərpası mövcud özəlləşdirmədə əhalinin ədalətli iştirakı probleminin çarəsi deyil. Bu 20 faizin kimin əlində cəmləşdiyinə aydınlıq gətirmək lazımdır. Onlar müəyyən kombinatorların əlində cəmləşsələr, XXI əsrdə yeni bir fırıldağın şahidi olacağıq.

Bu gün ədalət məsələsi ortaya çıxsa, ilk növbədə bu dividendlərin bölüşdürülməsinin qanuniliyini araşdırmaq lazımdır. Bu vəziyyətdə, müvafiq icra hakimiyyəti orqanları bu müəssisələrin həqiqətən necə özəlləşdirildiyini və dividendlərin necə yenidən bölüşdürülməsini, güclü istehsal potensialına malik olub özəlləşdirilənlərin yerində 30 ildə Azərbaycanın iqtisadi inkişafını müəyyənləşdirən hansı istehsal müəssisələrinin tikilməsi yoxlamalıdır. Ədalətdən sözlə yox, konkret faktlar əsasında danışmaq lazımdır”.

Alimin fikrincə, ölkənin azad edilmiş hissəsinin bərpası şəraitində və əmlak senzi üzrə əhalinin bütün kateqoriyalarını cəlb etməklə “Qarabağdakı sosial-iqtisadi obyektlərin özəlləşdirilməsi” adlı məqsədyönlü hərtərəfli proqram hazırlamaq məsləhətdir.

Çek özəlləşdirməsinin nəticələri ölkə əhalisinin əksəriyyəti və mütəxəssislər tərəfindən mənfi qəbul olunur. Həmsöhbətlər mülklərin yenidən bölüşdürülməsinin ədalətsiz və səmərəsiz olduğunu qeyd edirlər, amma indi nəyə nail olmağa çalışırlar? İstifadə olunmayan özəlləşdirmə qiymətli kağızlarının 20%-i əllərində olan şəxslər hansı motivləri rəhbər tuturlar? Bu suala hələ də cavab yoxdur. Eyni zamanda, iqtisadçı-analitik Natiq Cəfərlinin fikrincə, 90-cı illərdə. postsovet məkanında bazar iqtisadiyyatı üçün şərait yaratmaq məqsədilə özəlləşdirmə tədbirləri həyata keçirildi. Ölkəmizdə də çeki əhaliyə pulsuz paylamağa qərar verdilər, deyə o, Turan-a bildirib.

“Bənzər bir qərar qonşu Rusiyada verildi. Azərbaycanda hər bir vətəndaşın 90-cı illərin ortalarında ölkəmizdə səhmdar cəmiyyətlərində səhmdar olmaq üçün müəyyən bir özəlləşdirmə çekindən istifadə etmək hüququ olduğu elan edildi. Ancaq çek özəlləşdirməsinin bütün nüansları tam işlənməmişdi. Düzü, bu iş, demək olar ki, uğursuz oldu. Azərbaycanda bazar iqtisadiyyatı formalaşmayıb, tam hüquqlu qiymətli kağızlar bazarı yoxdur. Nəticə etibarilə özəlləşdirmənin hədəflərinə çatılmadı.

Qalmaqallı vəziyyətlər də var idi. Özəlləşdirmənin başlanğıcında xarici investorların strateji obyektlərin özəlləşdirilməsinə marağı var idi. Məsələn, 90-cı illərin ortalarında burada işləyən Minaret Group neft və qaz sektorunu özəlləşdirmək ümidi ilə özəlləşdirmə çeklərini alırdı. Ancaq bu, baş vermədi. 90-cı illərdə keçmiş SSRİ-nin bütün ölkələrində mövcud olan dövlət mülkiyyətinin özəlləşdirilməsi ideyasının özü Azərbaycanda tam həyata keçirilmədi. İnstitusional olaraq bazar iqtisadiyyatı qura bilmədik. Rusiyada isə bu alındı. Rusiya təcrübəsi sərt şəkildə tənqid olunsa da, bunun ağrılı bir proses olduğunu və bütün çatışmazlıqlara baxmayaraq, məmurların iri müəssisələrin sahibinə çevrilməsinə dair bir çox tənqid də olsa, Rusiyada qiymətli kağızlar bazarı meydana gəldiyini və özəlləşdirmənin baş verdiyini başa düşmək lazımdır. Azərbaycanda, xüsusən də şəhərin mərkəzində böyük torpaq sahələri olan müəssisələr, demək olar ki, cüzi qiymətə özəlləşdirildi. Qanunvericiliyə görə, yeni sahiblərin üç il ərzində özəlləşdirilən təşkilatın profilini dəyişdirmək hüququ yox idi. Ancaq bu müddət bitəndən sonra hər şey söküldü və yeni binalar tikildi, çünki bu cür müəssisələrin altındakı torpaqlar özəlləşdirilən obyektlərdən daha qiymətlidir.

Azərbaycanda bu proses son dərəcə uğursuz alındı. İndi özəlləşdirmə çeklərinin reanimasiyasının hər hansı bir uğurlu nəticəyə gətirib çıxaracağına inanmıram. Yeni özəlləşdirmə planı qəbul etməliyik, hətta sıfırdan başlaya bilərik. Bu günə qədər dövlət özəlləşdirilməsi lazım olan çox sayda iş sahəsinə sahib olmaqla iqtisadiyyatda üstünlük təşkil edir. Məsələn, “Azərxalça” ASC kimi anlaşılmaz dövlət müəssisələrindən başlayaq (dövlətin xalça istehsalı ilə niyə məşğul olması məlum deyil) və kommunal xidmətlərdəki strukturlarla başa çatdıraq. “Azərsu”, “Azəriqaz”, “Azərişıq” və digər paylayıcı şirkətlər özəlləşdirilməlidir. İnanıram ki, təhlükəsizlik prinsipləri səbəbindən istehsal müəssisələri dövlətin əlində qalmalı, ancaq paylayıcı müəssisələr xüsusi mülkiyyətə verilməlidir. Çünki bu, istehlakçılar ilə paylayıcı şirkətlər arasında normal münasibətlərə imkan verəcək.

Ən azı 3-5 il üçün nəzərdə tutulmuş yeni özəlləşdirmə proqramı məhz bu istiqamətdə qəbul edilməlidir. O zaman normal bir özəlləşdirmə kampaniyası aparmaq və nəhayət, institusional bazar iqtisadiyyatına nail olmaq mümkün olacaq. Bu gün institusional deyil, bürokratik kapitalizm üstünlük təşkil edir və bundan uzaqlaşmaq üçün yeni özəlləşdirmə proqramına ehtiyac var. Belə bir proqram qəbul olunarsa, köhnə özəlləşdirmə çeklərindən necə istifadə ediləcəyini düşünmək mümkün olacaq. Çeklərin vaxtını uzatmağın heç bir əhəmiyyəti yoxdur. Artıq bundan keçdik, çünki bu qiymətli kağızların etibarlılıq müddəti ən azı iki dəfə uzadıldı və bunun heç bir yaxşı nəticəsi olmadı.

Kartoqrafik təsvir vasitələri.

Xəritə, qlobus və plan kartoqrafik təsvirlərdir. Ərazinin kiçildilmiş,
ümumiləşdirilmiş və şərti işarələrlə təqdim olunmuş modelinə kartoqrafik
təsvir deyilir.

Coğrafi xəritələr (fiziki, siyasi, iqtisadi və s.) dünyanı və ya hər hansı bir ərazini
daha aydın təsvir edən modellərdir. Onlar kartoqrafik modelləşdirmə ilə yaradılır.
Məkana dair məlumatların toplanması, sistemləşdirilməsi və kompleks təhlilini
əhatə edən ardıcıllıqla yerinə yetirilir. Kartoqrafik modelləşdirməni sxematik
şəkildə aşağıdakı kimi təsvir etmək olar.

Kartoqrafik modelləşdirmə 3 prinsipə əsaslanır:
1. Riyazi əsas – kartoqrafik proyeksiya, dərəcə toru və miqyasın köməyi ilə
Yerin kürə səthindən müstəvi səthə keçidini təmin edir.

Kartoqrafik proyeksiyalar

Yer kürə formasında olduğu üçün onu qlobusda nisbətən düzgün təsvir etmək olar. Coğrafi obyektlər qlobusda paralel və meridianların əmələ gətirdiyi şəbəkənin köməyi ilə təsvir edilir. Bu, coğrafi şəbəkə adlanır. Qlobusda bütün böyük və kiçik əraziləri – materiklərı, okeanları, adaları və s. eyni dərəcədə kiçiltmək mümkündür. Xəritə müstəvi üzərində təsvir olduğu üçün bunu etmək olmur. Coğrafi şəbəkə müstəviyə keçirilərkən meridian və paralellərin forması dəyişir. Xəritədə meridian və paralellərin yaratdığı şəbəkə kartoqrafik şəbəkə adlanır. Qlobus səthini müstəviyə açarkən onun “dilimlərə” bölünən hissələri arasındakı boşluqların yerini dolduran zaman təhriflər, yəni xətalar yaranır. Xəritədə təhriflərdən yaxa qurtarmaq mümkün deyil, lakin onları azaltmaq və ya birini aradan qaldırmaq olar. Bunu kartoqrafik proyeksiyaların köməyi ilə etmək mümkündür.

Xəritədə 4 təhrif yaranır:

Sahə təhrifi. Qütbə yaxın ərazilərin sahəsi bəzən daha böyük göstərilir. Məs: Qrelandiya

Forma təhrifi. Materiklər bəzən dartılmış və ya sıxılmış formada göstərilir.

Uzunluq təhrifi. Bütün meridianların uzunluğu bərabər olduğu halda bəzən bu gözlənilmir.

Bucaq təhrifi. Meridianlar ekvatorla düz bucaq (90°) altında kəsişdiyi halda bəzi xəritələrdə bu bərabərlik itir.

Bütün xəritələrdə forma təhrifi mütləq olur

Təhriflər kəmiyyəti ilk növbədə miqyasdan asılıdır. Xəritə nə qədər kiçik miqyaslı olarsa təhrif bir o qədər çox olar. Bundan başqa təhriflər coğrafi obyektlərin ekvatora yaxınlığından da asılıdır. Silindrik proyeksiyada ekvator ətrafında olan ərazilərdə təhriflər az müşahidə edilir. Ekvatordan qütblərə doğru uzaqlaşdıqca təhriflərin kəmiyyəti çoxalır. Buna görədir ki, xüsusən dünyanın Merkator proyeksiyası ilə tərtib olunmuş siyasi xəritəsində Qrenlandiya adası Avstraliyadan, Antarktida materiki isə Afrikadan böyük görünür. Halbuki, Qrenlandiya Avstraliyadan sahəcə 3.5, Antarktida isə Afrikadan 2 dəfə kiçikdir. Xəritədə qeyd edilən təhriflərin baş verməsinin səbəbi Afrika və Avstraliyanın ekvatora yaxın yerləşmələrinə görə bunlarda təhrifin az, Antarktida Qrenladiya isə qütbdə yerləşdiyinə görə təhrifin çox olmasıdır. Heç bir xəritədə ərazidə olan bütün coğrafi obyektləri göstərmək mümkün deyil. Buna görə də plan və ya xəritə tərtib edərkən məqsəddən asılı olaraq əsas obyekt göstərilir, 2-ci dərəcəli obyekt atılır. Buna kartoqrafik ümumiləşdirmə və ya generalizasiya deyilir. Generalizasiyanın kəmiyyəti xəritənin miqyasından asılıdır. Xəritə nə qədər böyük miqyaslı olursa, generalizasiya bir o qədər az müşahidə edilir.

Kartoqrafik proyeksiyalar vasitəsilə Yerin kürəvi səthi müstəvi səthə köçürülür. Kartoqrafik proyeksiyalar təhrif xüsusiyyətlərinə görə üç qrupa ayrılır: bərabərbucaqlı (konform), bərabərsahəli (ekvivalent), ixtiyari.

Bərabərbucaqlı proyeksiyalarda tərtib edilən xəritələrdə istiqamət və ya bucaqlar demək olar ki, təhrif olunmur, lakin sahə və məsafələr tam təhrif olunur. Bu xəritələr dəniz nəqliyyatında və aviasiyada istifadə edilir. H. Merkatorun 1569-cu ildə tərtib etdiyi dəniz naviqasiya xəritəsi buna misal ola bilər.

Merkator proyeksiyası

Bərabərsahəli proyeksiyalarda ərazilərin sahəsi çox az, lakin bucaq (istiqamət), məsafə və forma tamamilə təhrif olunur. Bu xəritələr materik və okeanların sahələrini hesablamaq üçün əlverişlidir. D. Qall və A. Petersin proyeksiyası buna missal ola bilər. Kürə və ya sferik formada olan yeri müstəvi üzərində təsvir etmək üçün istifadə edilən vasitələr.

D.Qall və A.Petersin proyeksiyası

İstifadə olunan köməkçi səthlərdən asılı olaraq kartoqrafik proyeskiyalar aşağıdakı qruplara ayrılır.

Silindrik proyeksiyalarda qlobus şəffaf silindrin içərisinə yerləşdirilir. Bu zaman Yer səthinin ekvatorboyu əraziləri silindrin səthinə toxunur. Toxunma xəttində bütün təhriflər sıfıra bərabər olur. Xəritədə təhriflərin olmadığı xətt və ya nöqtə sıflr təhriflər xətti və ya sıfır təhriflər nöqtəsi adlanır. Silindrik proyeksiyalarda, əsasən dünya xəritələri, həmçinin ekvatorboyu ərazilərin xəritələri çəkilir, paralel və meridianlar bir-biri ilə düz bucaq altında kəsişən düz xətlər şəklində təsvir olunur.

Konus proyeksiyalarında xəritə tərtib olunarkən Yer kürəsi konusun səthi ilə 47° şm.e. və 62° şm.e.-də kəsişir və bu paralellər boyunca təhriflər olmur. Sıfır təhrif xətlərindən uzaqlaşdıqca təhriflər artır. Bu proyeksiyalarla qütb ətrafı və mülayim enliklərdə yerləşən ərazilərin xəritələri tərtib edilir. Belə xəritələrdə paralellər qövsvarı, meridianlar isə bir mərkəzdən çıxan düz xətlər şəklində təsvir olunur.

Azimutal proyeksiyalar üçün köməkçi həndəsi səth kimi müstəvidən istifadə olunur. Müstəvinin kürəyə toxunma nöqtəsi – sıfır təhrifli nöqtə adlanır. Antarktida və Şimal Buzlu okeanının bu proyeksiyada tərtib edilən xəritələrində paralellər çevrələr şəklində, meridianlar isə bir mərkəzdən çıxan radiuslar kimi təsvir olunur. Yarımkürələrin xəritəsi də azimutal proyeksiyada tərtib edilir.

Çoxüzlü proyeksiyada

Yer kürəsinin səthi kürə deyil, çoxlu sayda trapesiyalara bölünmüş çoxüzlü kimi qəbul edilir. Bu proyeksiyalar kiçik ərazilərin təsvirində, yəni əsasən topoqrafik xəritələrin tərtibi zamanı istifadə olunur. Xəritələrin miqyası böyük və orta olur, təhriflər çox az olur. Azərbaycanın xəritələri bərabərbucaqlı, konus və çoxüzlü proyeksiyalarda tərtib olunur. Təhriflərin dərəcəsi təsvir olunan ərazinin böyüklüyündən və coğrafi enlikdən asılıdır. Xəritədə təhrifləri müəyyən etmək üçün sadə üsullardan istifadə olunur, məsələn,

uzunluq (məsafə) təhrifi özünü meridian və paralellərin arasındakı parçaların uzunluqlarının müxtəlifliyində göstərir. Meridian və paralellər arasındakı bucaqlar 90°-dən fərqli olarsa, deməli, bucaqlar təhrif edilmişdir. Bucağın təhrifi isə bütün coğrafi obyektlərin formalarının təhrifinə səbəb olur.

Miqyas

Miqyas — Yer səthinin kartoqrafik təsvirlərdə neçə dəfə kiçildildiyini göstərən kəsr ədədidir.

Miqyasın 3 növü vardır:

“Ədədi miqyas” – məs: 1:100000, 1:200000

“İzahlı miqyas” – məs: ədədi miqyası izah edir. Məs: 1:100000 miqyası 1 sm-də 1 km deməkdir. Yəni miqyasın məxrəcin 100000 -ə bölürük və yaxud 5 sıfır silirik. Metrə çevirmək üçün isə 100-ə bölürük və ya 2 sıfır silirik.

“Qraifiki miqyas” – Miqyasın qrafik üzrə təsvir edilməsidir. 1:100000 qrafik miqyası aşağıdakı kimidir.

Həqiqi məsafəni tapmaq üçün- miqyas × xəritə məsafəsi. Hm = M × Xm

Miqyası tapmaq üçün- Həqiqi məsafə/Xəritə məsafəsi . M = Hm:Xm

Xəritə məsafəsini tapmaq üçün – Həqiqi məsafə /Miqyas. Xm =Hm:M

Miqyasda sahə: Miqyasda sahə düsturu aşağıdaki kimidir.

“Həqiqi sahə= Miqyasın² × xəritə sahəsi”

Baş miqyas və xüsusi miqyas

Xəritədə məsafələri başxüsusi miqyas vasitəsi ilə də nisbətən dəqiq ölçmək olar. Xəritənin kənarında yazılan miqyasa baş miqyas deyilir. Baş miqyasa əsasən məsafələri yalnız sıfır təhriflər xətti üzrə dəqiq hesablamaq olar. Xəritənin təhriflər olan hissələrində isə məsafəni hesablamaq üçün xüsusi miqyasdan istifadə edilir. Xüsusi miqyas meridian və paralel qövslərinin həqiqi uzunluğunu onların xəritədəki uzunluqlarına bölməklə təyin olunur.

2. Kartoqrafik generalizasiya – miqyas, məqsəd və məzmundan asılı olaraq
obyektlər seçilir və ümumiləşdirilir. Xəritənin miqyası böyüdükcə generaliyaziya azalır, kiçildikcə artır.

3. Kartoqrafik işarələr – şərti işarələr kimi qəbul edilir.

Şərti işarələr 3 cür olur: konturlu, xətti və miqyassız.
1. Yer səthində geniş sahə tutan ərazilər (göl, meşə, tarla, bağ) miqyasa uyğun kiçildilərək planda konturlu (və ya sahəvi) şərti işarələrlə təsvir olunur. Bu şərti işarələr ilə obyektin sahəsini, təyin etmək olar.
2. Yer səthində zolaq şəklində uzanan obyektlər (yol, kanal, çay) planda xətti şərti işarələr təsvir olunur. Bu şərti işarələr ilə obyektin uzunluğunu təyin etmək olar.
3. Məhəldə uzaqdan aydın seçilən lakin miqyasa uyğun xəritədə göstərilə bilməyən obyektlər (zavod borusu, tək ağac, teleqüllə) miqyasız şərti işarələrlə göstərilir. Bu şərti işarələr ilə obyektin yalnız yerini təyin etmək olar.

Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür:

Miqyası 1:10 000-dən 1:200 000-ə qədər olan xəritələr böyük miqyaslıdır. Onlara topoqrafik xəritələr də deyilir. Bu xəritələr üzrə dəqiq ölçmə işləri aparmaq olar. Miqyası 1:200000-dən 1:1000000-a qədər olan xəritələr orta miqyaslıdır. Onlara icmal-topoqrafik xəritələr də deyilir. Bu xəritələr üzrə çox dəqiqlik tələb etməyən ölçmə işləri aparmaq olar. Miqyası 1:1000000 və daha kiçik olan xəritələr kiçik miqyaslı xəritələrdir. Onlara icmal xəritələr də deyilir.

Məzmununa görə xəritələr 3 qrupa bölünür

Ümumcoğrafi xəritələrdəBu xəritələrə fiziki və iqtisadi xəritələr daxildir. Onların üzərində bütün coğrafi obyektlər (çaylar, göllər, sərhədlər, şəhərlər, faydalı qazıntılar) eyni səviyyədə təsvir edilir.

Azərbaycanın ümumcoğrafi xəritəsi

Tematik xəritələrdə – hər hansı bir mövzu və ya hadisə daha müfəssəl təsvir olunur. Tematik xəritələrin təbii hadisələri göstərən və iqtisadi prosesləri əks etdirən qrupları vardır. Məs: iqlim, torpaq, bitki örtüyü, əhalinin sıxlığı, kənd təsərrüfatı və s.

Kompleks – bir-biri-ilə qarşılıqlı əlaqədə olan iki və ya daha artıq komponent təsvir olunur. Məs.: sinoptik xəritələr, geoloji quruluş və faydalı qazıntılar xəritəsi və s. Əsl mükəmməl kompleks xəritə təbii zonalar xəritəsidir.

Xəritənin riyazi əsaslari– miqyas, dərəcə toru, proyeksiya.

Xəritənin coğrafi əsasları – relyef, hidroqrafik şəbəkə, yasayış məntəqəsi.

Xəritələrdə təsvir üsulları

Keyfiyyət fonu üsulu təsvir olunan bütün ərazi hansısa keyfiyyət əlamətinə görə fərqləndirildikdə tətbiq olunur. Məsələn, siyasi xəritədə dövlətlərin əraziləri, fiziki xəritələrdə ovalıqlar, yüksəkliklər, yaylalar, eləcə də dağlıq ərazilər, iqlim xəritələrində yağıntıların paylanması bu üsulla təsvir olunur.

Hərəkət xətləri üsulu– yer səthindəki obyektlərin hərəkət istiqamətini göstərir. Okean cərəyanları, çayların axın istiqaməti, dənizdə gəmilərin hərəkəti, təyyarələrin, avtomobillərin, qatarların hərəkət istiqamətləri hərəkət xətləri üsulu ilə ifadə edilir.

Kartodiaqram üsulu – Ölkə və bölgələrin iqtisadi göstəriciləri dördbucaq və dairələrin köməyi ilə həyata keçirilir.

“Sәnaye sahәlәri”.
1. Yeyinti sənayesi, 2. Yüngül sənaye. 3. Maşınqayırma.

coğrafiya xəritəsi ilə diaqramın birləşməsidir. Burada məlumatlar həndəsi fiqurlar (daha çox dairə və sütunlar) vasitəsilə verilir. Fiqurların ölçüləri xəritədə təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn, təqdim olunan xəritədəki diaqramda dairənin böyüklüyü – bu şəhərdə sənayenin daha güclü olmasını bildirir.

Kartoqram üsulu – hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsini vizual əks etdirən təsviridir (lakin xəritə deyildir). Kartoqramda məlumatlar müxtəlif ştrixlər, rənglər və nöqtələrlə ifadə olunur.

İşarələr üsulu- təsvir müxtəlif həndəsi fiqurlar, hərf və şəkillərin köməyi ilə olur.

Areal üsulu da xəritələrdə təsvir olunan coğrafi obyektlərin yayıldığı əraziləri (sahələri) təsvir edir. Faydalı qazıntıların, bitki və heyvan növlərinin yayıldığı sahələr arealların köməyi ilə göstərilir. Arealları təsvir etmək üçün əvvəlcə xəritədə konturlar çəkilir, sonra isə göstərilən elementlərin yayılma sahəsi rənglənir və ya müxtəlif şərti işarələrlə göstərilir.

Nöqtələr üsulu ilə tematik xəritələrdə coğrafi obyektlərin ərazi üzrə yayılması, eləcə də onların kəmiyyət göstəriciləri verilir. Nöqtələrin ölçüləri onların kəmiyyət göstəricilərini ifadə edir. Bu üsul əhalinin yerləşməsini, heyvanların sayını göstərir.

Qlobus

Yerin bir çox mühüm xüsusiyyətlərini öyrənmək üçün onun kiçildilmiş modelindən qlobusdan istifadə olunur. İlk qlobusu e.ə. II əsrdə yunan Krates Malosskinin düzəltdiyi güman olunur. 1492-ci ildə alman alimi Martin Behaym hazırladığı qlobusu “Yer alması” adlandırmışdır.Qlobusda yerin əyriliyi nəzərə alaraq coğrayi obyektlər təhrifsiz (yəni səhvsiz) təsvir olunur. Qlobusun hər yerində miqyas eyni olur, yəni qlobus bərabərmiqyaslıdır. Burada yerdəki obyektlərin forma və ölçüləri miqyasa uyğun kiçildilərək düzgün təsvir olunur.

Qlobusda üfüqün cəhətlərini dərəcə toruna (meridian və paralellərə) əsasən təyin etmək olar. Miqyasa görə qlobuslar 3 yerə ayrılır:
1. Kiçik miqyaslı – 1:83.000.000
2. Orta miqyaslı – 1:50.000.000
3. Böyük miqyaslı – 1:30.000.000

Plan

Yer səthinin yuxarıdan, kiçildilmiş, şərti işarələr ilə təsvidir.

Xüsüsiyyətləri: Planda miqyas 1:10000- dən böyükdür

-Meridian və paralel çəkilmir

-Yerin əyriliyi nəzərə alınmır.

-Koordinatları müəyyən etmək olmur

-Cəhətləri oxlara əsasən müəyyən etmək olur

-Nisbi və mütləq hündürlüyü təyin etmək olur

-Yamacın istiqamətini müəyyən etmək olur

-Çay şəbəkəsinin sıxlığını müəyyən etmək olur.

Qütb planaalınması bir nöqtədən, marşurut planaalınması isə bir neçə nöqtədən aparılır.

Dəqiq planalınmada istifadə edilən alətlər: Teodolit, bussol.

Gözəyarı planaalınmada istifadə edilən alətlər: Vizir xətkeşi, kompas, menzula, planşet.

Hazırladı: Osman Eminov

Qeyd: Müəllimlərin işə qəbulu hazırlıqlarına hazırlaşmaq istəyənlər “Bakı Peşəkarlaq Akademiyası”nda dərslərimizə qoşula bilərlər bilərlər”. Yüksək səviyyədə keçən dərslərimiz həm miq həm atestasiya imtahanında sizə kömək edəcək.

Əlaqə nömrələri: �� ☎️ (+99412) 436 92 67 | (+99455) 787 21 23/24
�� Ünvan:Nizami metrosunun yaxınlığı,Caspian Plaza, 3-cü korpus,11-ci mərtəbə.

Müəllifin öz əlaqə nömrəsi: 055-534-81-70

Ağdaş — Tərtər məsafə, xəritədə marşrut

Məsafə Ağdaş Tərtər dünya xəritəsində. İki nöqtə arasında istiqamət alın. Təxmini uçuş vaxtı Ağdaş Tərtər təyyarə ilə və hava ilə məsafə. Qarşıdan gələn trafik axınının keçmə yolları, vaxt fərqi və hədəfinizə çatmaq üçün istifadə edə biləcəyiniz başqa maraqlı məlumatlar. Səyahət xərci kalkulyatoru.

  • Məsafə
  • Xəritədə marşrut
  • Təyyarə ilə məsafə
  • Uçuş vaxtı
  • Hərəkət istiqaməti
  • Vaxt fərqi
  • Maraqlı Faktlar
  • Səyahət dəyəri

Avtomobil ilə məsafə

Arasındakı məsafə Ağdaş, Azərbaycan və Tərtər, Azərbaycan maşınla — km , və ya mil. Bu məsafəni avtomobil ilə gəzmək üçün sizə ehtiyac var dəqiqə, və ya saat.

Xəritədə marşrut, sürücülük istiqamətləri

Avtomobil yolu Ağdaş — Tərtər avtomatik yaradılmışdır. Xəritədəki yol mavi xətt kimi göstərilir. İşaretleyiciləri hərəkət etdirərək, ehtiyac duyduğunuz nöqtələr vasitəsilə yeni bir marşrut yarada bilərsiniz.

Bütün marşrut

Təyyarə ilə məsafə

Səyahətə getmək qərarına gəlsəniz Ağdaş Tərtər təyyarə ilə, sonra məsafəni uçmalısan — 66 km və ya 41 mil. Xəritədə boz xətt ilə qeyd edilmişdir (düz xəttin iki nöqtəsi arasında).

Uçuş vaxtı

Təxmini uçuş vaxtı Ağdaş Tərtər təyyarə ilə seyr sürətində 750 km / saat olacaq — 5 min.

Hərəkət istiqaməti

Azərbaycan, Ağdaş — sağ yol. Azərbaycan, Tərtər — sağ yol.

Vaxt fərqi

Ağdaş və Tərtər eyni vaxt zonasındadır. Aralarında vaxt fərqi yoxdur (UTC +4 Asia/Baku).

Maraqlı Faktlar

İstədiyiniz yerə çatmağın alternativ yolları haqqında məlumat.

Comments are closed, but trackbacks and pingbacks are open.