Press "Enter" to skip to content

Musiqini hansı proqramla ritmə necə qarışdıra bilərəm

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (2 gün əvvəl)

musiqi tapan proqram

salam. telefonlarda görmüdüm ki musiqini dinlədib sonra proqram həmin musiqinin adını tapır həmin proqramı kompüter üçün necə yükləyə bilərəm ?

Sualı verdi: Şəhriyar ( 13/01/2013 )
Kateqoriya: Sual . proqram. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

MusicBrainz və Tunatic. Google-da axtarın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Salam. Yəqin ki, SoundHound nəzərdə tutursuz. Bura daxil olun. www.soundhoundforpc.com

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

brat orda yükləmək olmur sadəcə yazılar var. necə yükləyim onu ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

brat orda yükləmək olmur sadəcə yazılar var. necə yükləyim onu ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Telefonunuz andoiddirsə buyurun https://play.google.com/store/apps/details?id=com.shazam.android

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Shazam, SoundHound, Lyrics smartfonlar üçündür. Kompüter üçün bunlar yoxdur, lakin alternativlər var. Onlardan ikisini yuxarıda qeyd etmişəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (17 saat əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (2 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (4 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (4 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (7 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (7 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (15 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (25 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (29 gün əvvəl)

Musiqini hansı proqramla ritmə necə qarışdıra bilərəm

Ağasəlim Pünhanoğlu.

Bəzən caiz, bəzən də vacib olan sənət.

Musiqi mətnlərin səs və ton ahəngi ilə ifasından ibarət bir sənətdir. Qurani-Kərimdə musiqi kəlməsi keçməmiş, əvəzinə “təqanni” sözü işlədilib.

Musiqi haqda hökm verərkən məsələnin mahiyyətinə baxmaq lazımdı. Musiqi mahiyyətcə haram deyildi. Əgər bunları haram saysaq, tarix boyu İslam ölkələrində, xüsusən də, Osmanlının təkyə və mədrəsələrində müsəlmanların haram işlə məşğul olduğunu iddia etmiş olarıq.

Musiqi İslam alimləri tərəfindən dəfələrlə müzakirə edilən, haqqında yaxşı və pis sözlər deyilən mövzulardandı. Musiqinin lehinə və əleyhinə göstərilən səbəblərə baxıb belə bir nəticəyə gəlmək olur ki, musiqi qəti şəkildə qadağan edilməmiş, əksinə, mübah sayılmışdı.

Həqiqətən də Qurani-Kərimdə və Sünnədə musiqiyə qulaq asmağın haram olduğuna və musiqi dinləyənlərin günah qazanacağına dair heç bir dəlil yoxdur. Ancaq digər mübah əməllər kimi, musiqinin də harama vasitə edilməsinə icazə verilməmişdi. Sadəcə sözlərində üsyan, küfr, yaxud da ədəbsiz şeylər olan musiqinin ifa edilməsi və dinlənilməsi düzgün deyil. Bununla yanaşı istər əvvəlki dövrlərdə, istərsə də çağdaş həyatımızda musiqiyə bir seçim, ya da təqva məsələsi kimi yanaşanlar da olub. Musiqiyə qulaq asmağı əyləncə hesab edənləri anlayışla qarşılamaq lazımdı.

İnsanın yemək, içmək kimi cismani ehtiyaclarını təmin eləməsi mübah (edilməsi və edilməməsi şəriətə görə caiz olan şeylər), bəzən də vacibdir. Bu düsturu əsas götürərək deyə bilərik ki, insanın mənəvi, incəsənət və estetik ehtiyaclarının təmin edilməsi məşru və mübah olmalıdı.

Məşhur İslam alimlərindən birinin dediyi kimi, bəşəri arzuları və şəhvət hissini körükləyən musiqi haramdı.

Məhəmməd peyğənbərin yaşadığı dövvrdə, «O dövrdəki mədəniyyət hadisələrini araşdıran bir mərakeşli ikicildlik əsər yazıb və bunun 20 səhifəsini musiqiyə aid edib.Orada həmin alim musiqinin haramlığı barədə bir söz deməyib.

Qərb dünyasında musiqi daha çox inkişaf edib. Hətta Qərb sənətçiləri icad etdikləri klassik musiqi ilə sözdən istifadə etmədən bəzi əsərləri mükəmməl ifa edirlər. Bu əsərlərə qulaq asanlar göz yaşlarını saxlaya bilmirlər. Alvarlı Efe həzrətləri “Dörd gözəllər” türküsü ifa olunanda oturub hıçqıra-hıçqıra ağlayarmış. “Nə üçün ağlayırsan?” – deyə soruşanlara “Çahar yari-güzini anladır. Dörd gözəl – Əbu Bəkir, Ömər, Osman və Əlidir (r.anhum)”, – cavabını verib. Hər kəs məsələyə bu şəkildə yanaşmaya bilər.

Musiqinin mənası faydalı olmalıdır

Hansı musiqi növü olur-olsun fərqi yoxdur, musiqidə önəmli olan mənanın güclü olmasıdı. Dolayısilə, mahnı və ya şərqinin ifası zamanı bir tərəfdən insani hislər cuşa gəlməli, digər tərəfdən də musiqinin mətnindəki məna insanı düşündürməlidir. Yəni mahnıda mövzu, səs, musiqi bir-birini tamamlamasa, onu dinləyən insanların hiss dünyasındakı boşluqları doldura bilməz. Belə ki, bəzi əsərlərdə söz ahəngə, məzmun ritmə uyğun gəlmir. Halbuki, musiqidə mütləq mahnının ahəng bütövlüyünü təmin edən, dərin məzmunlu sözlər olmalı və bir-birini tamamlamalıdır. Oradan-buradan götürülmüş misralarla bu cür məna bütövlüyünü əldə etmək mümkün deyil.

Musiqi də bir yol, bir sənət və ehtiyacdır. XX əsrin İslam alimi əsərlərində bildirir ki, radioda musiqinin payı beşdə birdir. Bunu digər mənalarla yanaşı, “toplumun ən azı beşdə biri musiqi dinləyir” kimi də anlamaq olar. Halbuki, müasir dövrdə cəmiyyətin onda doqquzu musiqi ilə nəfəs alır. Elə isə bir ehtiyac kimi xarakterizə etdiyimiz və cəmiyyət həyatına ciddi təsir edən bu sahəyə öz prinsiplərimiz çərçivəsində yanaşmalı və bunu qətiyyən ehmal etməməliyik. Bunun üçün də daşıdığı məna, aşıladığı fikir, oyatdığı təəssürat baxımından zəngin əsərləri dinləməli və musiqiyə sadəcə əyləncə kimi baxmamalıyıq.

Bu məsələnin meyarına gəlincə, dinlədiyiniz bir əsər sizdə Quran oxumaq, Quran dinləmək arzusunu coşdurursa, Allaha vüslət hissini cuşa gətirirsə və eyni zamanda yanlış mənalar aşılamırsa, o əsər gözəldir. Qeybət dolu, ədəbə, əxlaqa uymayan, şəhvət hislərini körükləyən, insanı ümidsizlik bataqlığına sürükləyən əsərlərə gəlincə, onların caiz olduğunu demək mümkün deyil.

Mahnının sözlərinə fikir vermək lazımdır

Bəzi mahnılar Allaha, axirətə, qədərə imanla heç bir aidiyyəti olmayan sözlərlə doludur. Məsələn, “bir gəlin gənc yaşda ölüb”, “kimsə çovğunda itib”, “dağın başında bir uşağı canavar öldürüb” və s… Və bu cür ifadələr xalq mahnılarında çoxdur. Belə hadisələrdən ötrü göz yaşı tökərək ağı demiş, dastanlar yazmışıq. İslama görə isə hər dəfə fəlakət baş verəndə ağılar desək, Allahı şikayət etmiş olarıq.

İslam alimləri iddiya edirlər ki, insanı qədərə üsyana sövq edən mahnıları dinləmək də, oxumaq da haramdır.

“Zalım qədər” kimi ifadələri ilə Allahın hökmünə üsyan edən, qədərə etiraz edən mahnıları yazan, musiqisini bəstələyən, oxuyan və dinləyən günah qazanır. Məhrəm məsələlərin mahnılarda ədəbsizcəsinə ifa edilməsi cəmiyyətdə ciddi fəsadlar açır..

Quranın da özünəməxsus musiqisi, ahəngi var. Əsas məsələ hər bir kəlməni mənasına uyğun səsləndirməkdir. Quranda kafirin danışığı təkəbbürlü tonla verilir. Məsələn, Həzrət Yusifin qarşısında danışan Züleyxanın “Di gəlsənə!” sözünü oxuyarkən gözlər önündə nazlana-nazlana, şux bir əda ilə danışan qadın surəti gəlir. Bu fitnəkar təklifə iltifat göstərməyib ondan qaçan Həzrət Yusif isə olduqca qətiyyətli, ürpərti içərisində və gur səsli insan kimi canlanır. Quranda buna bənzər yüzlərlə misal var.

Qurani-Kərimin oxunması məsələsinə “Türkiyədə, Misirdə, Səudiyyə Ərəbistanında və ya başqa bir yerdə Quran daha gözəl oxunur” kimi düşüncələrlə yanaşmaq doğru deyil. Doğru olan Quranın məzmununu qavramaq və səsləndirməyi bacarmaqdır.

Azanın hər vaxt namazında bir məqamla oxunması hər halda musiqinin insan təbiətinə təsiri ilə bağlıdır.

Azan insan fitrətinin musiqi ehtiyacını qarşılayan təbii ünsürlərdən biridir. Peyğəmbərimizin azan oxumağa gələn Bilala: “Bilal, azanla bizi rahatlat”, – deyə buyurmasından aydın olur ki, azan ruha rahatlıq gətirir.

Hətta azanın hər namaz vaxtında fərqli məqamlarda oxunması Osmanlıdan bəri ənənəyə çevrilmişdir. Sübh azanı Səba məqamı, günorta azanı Rast, ikindi azanı Hicaz ilə, axşam azanı Evc ya da Segah, gecə azanı Üşşaq məqamları ilə oxunur.

Məşhur İslam mütəfəkkiri Fərabi Səba məqamının insana qüvvət və cəsarət verdiyini söyləyir. Dəfn mərasimlərində oxunan salalar (Peyğəmbərimizi mədh etmək üçün azandan əvvəl oxunan nətlər) Hüseyni məqamında olur. Bu məqam yaxşılıq hislərini coşdurur, insanı təfəkkürə, İlahinin hikmətini düşünməyə sövq edir. Göründüyü kimi, azanın musiqisi insanı namaza çağırmaqla yanaşı, eyni zamanda onun əhval-ruhiyyəsinə də müsbət təsir edir.

Hər halda Məhəmməd peyğəmbərin yaşadığı dövrdə indikinə bənzər ifa, musiqi alətləri olub. Peyğənbər o vaxtlar bu barədə konkret fikir söylənməyibsə, deməli musiqini haram elan etmək olmaz…

Qaynarinfo.Az

Comments are closed, but trackbacks and pingbacks are open.