Press "Enter" to skip to content

Vərəsəlik hüququ və şərtləri – Kimlər mirasdan pay ala bilər

Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.

Vərəsəlik münasibətləri necə tənzimlənir?

Vərəsəlik məsələsi bu gün çox aktual bir mövzudur. Vərəsəlik Mülki hüququn mürəkkəb bir institutudur. Mən isə burada daha ilkin və lazımlı olan sadə şeyləri qeyd edəcəm. Hər hansı şəxsin dünyasını dəyişməsindən sonra onun övladları, və ya digər yaxın qohumları arasında miras bölgüsü ilə bağlı mübahisələr yarana bilər. Bu zaman sizə lazım olan məlumatlar, ilkin və əsas etməli ya da bilməli olduğunuz şeylər olcaqdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinə müvafiq olaraq vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.

Əgər şəxs sağlığında özünə məxsus əmlakın bölüşdürülməsi ilə bağlı vəsiyyətnamə tərtib etməmişsə , o öldükdən sonra miras qalan əmlakın bölgüsü qanun üzrə vərəsəlik formasında həll olunur. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, ər və ya arvad, valideynlər, həmçinin övladlığıa götürülənlər bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hətta nikahdankənar doğulmuş uşaqlar da ölmüş atanın vərəsəsi sayılırlar. Bir şərtlə ki, atalıq qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş olsun. Birinci növbəli vərəsələr olmadıqda digər qohumlar vərəsə kimi tanına bilərlər. Lakin birinci növbəli vərəsələrdən birinin olması digər qohumların vərəsə kimi tanınmasından imtina edilməsi üçün əsasdır. Ümumiyyətlə, ər və arvad nikah dövründə əldə edilmiş əmlakın birgə mülkiyyətçisi sayıldığına görə onlardan biri vəfat edərkən yalnız vəfat edənin payına düşən əmlak miras kimi bölüşdürülə bilər.
Əgər şəxs vəfat etməmişdən əvvəl öz əmlakını vərəsələrə və ya kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edərsə, bu zaman şəxsin ölümündən sonra miras vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülür. Vəsiyyətnamə sadə yazılı formada və notarial təsdiq edilmiş formada tərtib edilə bilər. Əgər şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, bu zaman notarial formada təsdiq edilmiş etibarnaməyə üstünlük verilir.

Vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan şəxs əmlakını kimə vəsiyyət etməsindən asılı olmayaraq, onun həyat yoldaşının, uşaqlarının və valideynlərinin mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısı miqdarında olmalıdır.

Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə ilə müraciət edərək mirası qəbul edə və ya mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mirasın qismən qəbul edilməsinə, və ya qismən ondan imtina edilməsinə yol verilmir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş şəxsə mirasın açıldığı gündən altı ay keçdikdən sonra vərəsəlik şəhadətnaməsi verilir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd edilmiş şəxsin əldə etdiyi hüquqları göstərilir. Şəhadətnamədə bütün övladlar yazılmalı və onlar vərəsə kimi göstərilməlidir. Əgər hansısa övlad (bacı yaxud qardaş) vərəsəlik şəhadətnaməsi aldığı zaman digər uşağı (ayrı yaşayır deyə) göstərmirsə, bu, qanunsuzluqdur. Bu hal digər övlada sonradan məhkəmə mübahisəsi açmağa haqq verir.

Qeyd edək ki, həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik mümkün deyil. Bu halda bu növ vərəsəlik qanun üzrə vərəsəlik adlandırılır.

Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.

Vərəsəlik açıldıqda qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən, övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. İkinci növbədə ər-arvad, valdeynlər, bacı-qardaş durur. Üçüncü növbədə nənələr, babalar dayanır. Dördüncü növbədə xala, dayı, bibi, əmi, beşinci növbədə isə dayı, xala, bibi, əmi uşaqları varis sayıla bilər.

Əgər ölən şəxsin b irinci növbəl i qohumu yoxdursa, varislik avtomatik olaraq növbəti qohuma keçir“.
Miras qoyan şəxsin nəvə və nəticələri də vərəsə ola bilərlər, lakin: “Onlar bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun, yəni onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar.

Qanunvericiliyə görə, miras iki formada əldə edilə bilər : miras açıq elan edildikdən sonra notariat kontoruna ərizə ilə müraciət etməklə mirası faktiki idarə etməklə. Vərəsə həmin iki haldan biri ilə mirası qəbul etmirsə, ona pay çatmır. Baxmayaraq ki, o qanuni vərəsə hesab olunur.

Bundan başqa, vəsiyyət edən vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 548-ci maddəsinə müvafiq olaraq vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirə və ya ləğv etdirə bilər. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi isə y eni vəsiyyətnamə tərtib etmək yolu ilə olur.

Vərəsəlik hüququ və şərtləri – Kimlər mirasdan pay ala bilər?

Vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlayışıdır. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır.Vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi mirasqoyanın vəsiyyəti, qanunda nəzərdə tutulmuş əsaslardan daha üstün qüvvəyə malikdir. Belə ki, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyətnamə miras əmlakın hamısını əhatə etməsə və ya vəsiyyətnamə qismən etibarsız sayılarsa, miras əmlakın vəsiyyətnamə ilə əhatə edilməmiş hissəsinə və ya vəsiyyətnamənin etibarsız sayılmış hissəsində nəzərdə tutulmuş miras əmlaka qanun üzrə vərəsəlik qüvvədə olur.

Qeyd olunduğu kimi, Mülki Məcəlləyə görə vərəsəliyin qanun və vəsiyyət üzrə həyata keçirilməsi nəzərdə tutulubdur. Həm qanun üzrə vərəsə, həm də vəsiyyət üzrə vərəsə miras qoyanın öldüyü məqamda sağ olan şəxslər və onun ölümündən sonra doğulmuşlar ola bilərlər.

Vəsiyyət üzrə vərəsəlik isə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər ola bilərlər.

Vərəsəlik yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsəlik sırasından, həm də kənar adamlar sırasından bir və ya neçə şəxsə qoyması barədə öz iradəsinin şəxsən yazılı formada ifadəsidir. Şəxsin bu iradəsi vəsiyyətnamədə ifadə olunur.Vəsiyyətin edilməsi üçün bir tərəfin, yəni vəsiyyət edənin iradə ifadəsi yeterlidir. Qeyd edək ki, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsəlik zamanı aşağıda göstərilən şəxslər bərabər pay hüquqlu vərəsələr sayılırlar:

-Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

-Ölənin bacıları və qardaşları.

-Həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası.

-Xalalar və bibilər, dayılar və əmilər.

-Xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Qanun üzrə vərəsə sayılan şəxslər və onların vərəsəliyə çağrılması növbəliliyi müəyyən edilmişdir. Növbəlilik başlıca olaraq onların miras qoyanla mənşəcə yaxınlığı əsasında müəyyən edilir. Qeyd etmək lazımdır ki, bəzi halda, miras qoyanla doğmalıq əlaqəsi olmayan şəxslər də birinci növbəli vərəsələr ola bilərlər. Mülki Məcəlləyə əsasən övladlığa götürənlər və övladlığa götürülənlər də birinci növbəli vərəsələr sırasında daxildir.

Fiziki şəxsin ölməsi halı üçün öz əmlakınnı və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir ya bir neçə şəxsə qoya bilər. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Şəxs mirası yalnız özündən sonra qoya bilər. Belə ki, miras əmlak miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusudur. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün isə mirasın açıldığı vaxt sayılır.

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər.

Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir.

İradə Quliyeva

Ədliyyə Nazirliyinin əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Şəxsiyyət vəsiqəsinin surətini anındaca əldə etmək olar – yeni xidmət

Belə ki, bu gün bir çoxumuz şəxsiyyəti təsdiq edən sənədi gündəlik özümüzlə daşımırıq. Lakin, bəzi hallarda, şəxsiyyət vəsiqəsindəki məlumatlara ehtiyac yaranır. Bu halda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Elektron hökumət” portalı vətəndaşın köməyinə gələ bilər.

Bunun üçün ilk olaraq portalda qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçərkən istifadəçinin istəyinə uyğun istənilən autentifikasiya vasitəsi (istifadəçi adı/şifrə, e-imza kartı, asan imza, e-gov identi) seçilə bilər.

Qeyd edək ki, portal öz istifadəçisini identifikasiya etdiyi üçün vətəndaşın fərdi məlumatları avtomatik formalaşır.

Daha sonra, “Elektron arayışlar” bölməsinə (www.e-gov.az/az/services/topic/49 ) daxil olaraq, “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” növü seçilir. Açılan pəncərədə əks olunan şəxsiyyət vəsiqəsinin elektron nümunəsini aidiyyatı təşkilatlara göndərmək və ya çap edərək kağız şəklində təqdim etmək mümkündür.

Qeyd edək ki, “Elektron hökumət” portalı vasitəsilə təqdim edilən arayışlar portal tərəfindən e-imza ilə imzalandığından, eyni zamanda “QR” kod və ştrix kodla təsdiqləndiyindən “Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının Qanunu”nun 24.4 bəndinə əsasən, “Elektron arayış” kağız üzərində olan arayışlarla bərabər hüquqi qüvvəyə malikdir.

2016-cı ilin yanvar ayı ərzində “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” elektron xidmətindən 2193 dəfə istifadə olunub.

Comments are closed, but trackbacks and pingbacks are open.