Press "Enter" to skip to content

İdarəetmə Müqaviləsi Necə Ləğv Edilir

“EDU Company” Təhsil Şirkətində də Azərbaycan və Rus bölmələri üzrə Sertifikasiya imtahanına hazırlıqlar həyata keçirilir. Bu ay yeni İbtidai sinif və ingilis dili qruplarımız dərslərə başladı.

VERGİLƏR

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də əvvəlki illərdə təqdim edilmiş mallara, işlərə və xidmətlərə görə verilmiş elektron qaimə fakturaların ləğv edilməsi və ya tam və ya qismən geri qaytarıması əməliyyatlarında ƏDV-nin, mənfəət vergisinin tənzimlənməsi məsələləridir. Mövzuya sərbəst auditor Altay Cəfərov misallar üzərindən aydınlıq gətirib.

Sual: “AA” MMC 2020-ci ildə 10.000 manat əsas məbləğ, 18%-lik ƏDV məbləği (1800 manat) əlavə edilməklə cəmi 11800 manat olan malları satıb. Cəmiyyət mənfəət vergisi bəyannaməsini kassa metodu ilə təqdim edir. 2021-ci il olmasına baxmayaraq qarşı tərəf debitor borcunu hələ də ödəməyib. Tərəflər 2021-ci ilin sentyabrında 2020-ci ildə göndərilən 11.800,00 manatlıq elektron qaimə-fakturanın ləğv edilməsini razılaşdırıblar.
Bəs əməliyyatın ləğv edilməsi prosesini necə rəsmiləşdirmək daha doğru olardı?

Cavab: Bildiyiniz kimi, ƏDV məqsədləri üçün bu tipli əməliyyatlar Vergi Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir. Bundan əlavə, ləğv edilmiş əməliyyatların vergitutma baxımından rəsmiləşdirilməsini iki formada sənədləşdirmək olar.Ya ilkin göndərilmiş elektron qaimə-faktura qarşılıqlı olaraq ləğv edilməlidir, ya da qarşı tərəf malların tam geri qaytarılması qaiməsini “AA” MMC-yə göndərməlidir, şirkət bunu təsdiqləməlidir. Nəticə etibarilə hər iki əməliyyatın sonu kimi mallar “AA” MMC-nin anbarına qaytarılmış kimi olacaq.

Belə ki, 2020-ci ildə verilmiş e-qaimə ləğv edildiyindən malların təqdim edilmədiyi kimi formalaşdığına görə mallar anbarda qalacaqdır. Bu halda MMC ləğv edilmiş e-qaimə əsasında da yenidən malları anbara mədaxil edə bilər, amma vergi orqanlarının sistemində bu görünmür. Həmçinin, bu ləğvetmə vergi ödəyicisi üçün müxtəlif kameral yoxlamalara və müəyyən problemlərin yaşanmasına gətirib çıxaran addım olacaqdır. Yəni, kamerallar üzrə uyğunsuzluqların aradan qaldırılmasında çətinliklərlə üzləşə bilər. Odur ki, malların tam geri qaytarılması qaiməsi ilə əməliyyatın rasmiləşdirilməsi daha doğrudur.

Sual: Bu əməliyyat ƏDV bəyannaməsində necə əks olunacaq?

Cavab: Bu əməliyyat artıq 2020-ci ilin ƏDV bəyannaməsində təqdim edilən dövriyyə kimi əks olunub və debitor borclarında qalıq kimi yazılıb. Çünki hələ vəsait daxil olmamışdır.

Artıq 2021-ci ilin sentyabrında əməliyyat ləğv edildiyinə və ya mallar geri qaytarıldığına görə 163-cü maddəyə görə dəqiqləşdirilən əməliyyatlar sayılır və sentyabr 2021-ci ilin ƏDV bəyannaməsinin 319.1.-ci sətrində təqdim edilmiş dövriyyənin azalması hisssəsində 10 000 manat yazılmalıdır. Həmin sətrin ödənilmiş məbləğ hissəsində bu məbləği yazmaq lazım deyil. Çünki bu məbləğ əvvəllər ödənilməyıb. Burada ancaq debitor borclarını korrektə etmək üçün yazılır.

Sual: Bəs bu əməliyyatlar mənfəət vergisi bəyannaməsində necə əks olunmalıdır?

Cavab: Misalımızda“AA” MMC kassa metodu ilə mənfəət vergisi bəyannaməsini təqdim etdiyindən 2020-ci ilin bəyannaməsində 10 000 manat gəlir kimi yazılmayacaq. Bu ancaq əlavə 1-də debitor borcu kimi yazıldığından, 2021-ci ilin mənfəət vergisi bəyannaməsində ancaq debitor borcunun azalması kimi yazılacaq. Dövriyyəyə heç bir təsiri olmayacaq.

Sual: Əgər “AA” MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini hesablama metodu ilə təqdim etsə onda nəticələr necə olacaqdır?

Cavab: Belə olan halda 2020-ci ilin mənfəət vergisi bəyannaməsində bir dəfə 10000 manat gəlir kimi yazılıb. Sentyabr 2021-ci ildə əməliyyat ləğv edildiyinə görə ƏDV bəyannaməsində belə dəqiqləşmələr aparıla bilir, amma mənfəət vergisi bəyannaməsində belə bir dəqiqləşmələr yoxdur.Əgər əməliyyat elektron qaimə-fakturanın ləğv edilməsi ilə rəsmiləşdirilərsə, sistem EQF təqdim edilmə tarixində ümumiyyətlə əməliyyat baş tutmaması kimi qiymətləndirir və belə olan halda MMC 2020-ci ilin mənfəət vergisi bəyannaməsini 10 000manat və buna müvafiq olaraq malların maya dəyərini azaldaraq təqdim etməlidir.

Həmçinin, belə olan halda da illik ƏDV bəyannaməsi dövriyyələri ilə mənfəət vergisi bəyannaməsində olan dövriyyələrdə fərqlər olacaq və kameral uyğunsuzluqlar daxil olacaq. Normal açıqlamalar və ƏDV bəyannamələrini yenidən dəqiqləşdirilmiş təqdim edilməklə bunu aradan qaldırmaq olar.

Yaxşı olardı ki, belə hallarda əvvəldən qeyd etdiyimiz kimi,malların tam geri qaytarılması qaiməsi ilə rəsmiləşdirilsin ki, bu qaimə ilə mallar yenidən anbara 10 000 manat ilə mədaxil edilsin və nə 2020-ci ilin mənfəət vergisi bəyannaməsinin, nə də 2020-ci ilə aid olan ƏDV bəyannamələrinin dəqiqləşdirilmiş təqdim edilməsinə ehtiyac qalmasın.

Sual: Bəs işlər və xidmətlər üzrə əməliyyatlar ləğv edildikdə necə olmalıdır?

Cavab: Bildiyimiz kimi,malların geri qaytarılması qaiməsində işlər, xidmətlərin geri qaytarılmasının mümkünlüyünə baxmayaraq, normalda işlər və xidmətlərdə geri qaytarma kimi qaimələrin rəsmiləşdirilməsi demək olar ki, həyata keçirilmir. Həmçinin, belə bir rəsmiləşdirmə nə praktiki, nə məntiqi və nə də faktiki deyil. Odur ki, işlərə və xidmətlərə görə əməliyyatların ləğv edilməsi olarsa, bu zaman təqdim edilən elektron qaimə-fakturalar ləğv edilsə, daha düzgün olardı. Belə olan halda da ƏDV məqsədləri üçün yuxarıdakı kimi dəqiqləşmələr aparılmalıdır. Amma hesablama metodunda mənfəət vergisi məqsədləri üçün ancaq 2020-ci ilin mənfəət vergisi yenidən dəqiqləşdirilmiş təqdim edilməlidir.

Odur ki, vergi ödəyiciləri bu məsələlərdə diqqətli olmalıdır.

İdarəetmə Müqaviləsi Necə Ləğv Edilir

Bir mənzil binasının idarə edilməsinin yollarından biri də bu hüquqların idarəetmə şirkətinə ötürülməsidir. Bu vəziyyətdə, Rusiya Federasiyasının Mənzil Məcəlləsinin 162-ci maddəsinin müddəalarına uyğun olaraq müvafiq bir razılaşma bağlanır. Müqavilənin müddəti 1 ildən 5 ilə qədər ola bilər, halbuki evin sahibləri onu erkən ləğv etmək hüququna malikdirlər. İdarəetmə müqaviləsi necə ləğv edilir

Təlimat

Addım 1

İdarəetmə müqaviləsinin şərtlərini nəzərdən keçirin. Bəzi hallarda, müqavilənin ləğvi prosedurunu təmin edə bilər. Məsələn, binaların sahibləri niyyətləri barədə idarəetmə şirkətinə (MC) yazılı bildiriş göndərməlidirlər. Müəyyən olunmuş müddət bitdikdən sonra müqavilə ləğv edilmiş sayılır və sakinlər yeni İngiltərə seçmək hüququna malikdirlər.

Addım 2

Tərəflərin razılığı ilə müqaviləni ləğv etmək üçün bir müqavilə imzalayın. Bu vəziyyətdə, bir mənzil binasının bütün mülkiyyətçiləri və idarəetmə şirkəti mübahisələr və münaqişələr meydana gəlmədən bu prosedura razılıq verməlidirlər. Eyni zamanda, ev üçün texniki sənədlər, əsaslı və cari təmir üçün vəsaitlər, eləcə də tədarük edilmiş mənbələr üçün ödəmək üçün vəsait almalı olan idarəetmə hüquqlarının yeni idarəetmə şirkətinə ötürülməsi proseduruna əməl edilməlidir.

Addım 3

Tərəflərin bir müqavilə bağladığı zaman qəbul edilən şərtlərdəki əhəmiyyətli dəyişiklikləri nəzərə alan Rusiya Federasiyası Mülki Məcəlləsinin 451-ci maddəsi əsasında müqaviləni ləğv edin. Başqa sözlə, yeni vəziyyət o qədər kəskin şəkildə dəyişməlidir ki, tərəflər bunu əvvəlcədən görə bilmədilər. Bu halda, müqavilə qarşılıqlı razılaşma və ya məhkəmə qərarı ilə ləğv edilir.

Addım 4

Rusiya Federasiyasının Mənzil Məcəlləsinin 161-ci maddəsinə baxın, bina sahiblərinin ümumi yığıncaq təşkil etmək və evin idarə olunma qaydasını dəyişdirməyə qərar vermək hüququna malik olduqlarını bildirir. İclas protokolunu tərtib edin, bunun əsasında Cinayət Məcəlləsindən idarəetmə müqaviləsinə xitam verilməsini tələb edirsiniz. İmtina halında, iddia ərizəsi ilə məhkəməyə müraciət edin.

Addım 5

İdarəetmə şirkəti tərəfindən yol verilən pozuntuları sənədləşdirin. Sənətin 2-ci bəndinə əsasən. Rusiya Federasiyası Mülki Məcəlləsinin 450-ci maddəsində, tərəflərdən biri müqaviləni bağlayarkən etibar etmək hüququ olan digər tərəfin hüquqlarından məhrum edilməsinə səbəb olan şərtlərini pozduğu təqdirdə ləğv edilə bilər.

MİQ imtahanında kimlər iştirak edə bilər?

MİQ imtahanı nədir? İmtahanda kimlər iştirak edə bilər?

Bu kimi suallarla dəfələrlə rastlaşırıq. MİQ – Müəllimlərin İşə Qəbul prosedurudur. İmtahanda pedaqoji təhsili olan müdavimlər iştirak edə bilər.İmtahan ildə 1 dəfə yay ayında keçirilir.

İmtahan 3 mərhələdən ibarətdir:

2. Vakant yerlərin seçimi

Bu il Müəllimlərin İşə Qəbulu imtahanında bəzi dəyişikliklər edildi. İmtahan 60 sual və 100 ballıq sistemlə qiymətləndiriləcək. İxtisas 1 sual 2 balla, tədris metodikası və təlim strategiyası 1 sual 1 balla dəyərləndiriləcək. İxtisas 80 bal, tədris metodikası və təlim strategiyası 20 baldır. Keçid balı 50 bal müəyyənləşdirilib. Əvvəlki illərdən fərqli olaraq bu il test mərhələsində 4 səhvə görə 1 doğru cavab silinəcək. Test mərhələsini keçən müdavimlər növbəti mərhələyə buraxılacaqlar. Yalnız birinci turda müddətsiz müqavilə ilə işə qəbul həyata keçiriləcək. Növbəti turlarda iştirak edən müdavimlər yalnız müddətli müqavilə ilə işə qəbul ediləcəklər. Bu il edilən dəyişikliklərdən biri də işləyən müəllimlərin imtahanda iştirakına icazə verilməməsidir. İmtahanda müddətsiz müqavilə ilə çalışan ən az 3 il iş təcrübəsi olan müəllimlərin iştirakına icazə verilir. İki il daimi əsaslarla çalışan müəllimlər imtahanda iştirak edə bilməzlər.

Bu il üçün imtahanın iyul ayında keçiriləcəyi planlaşdırılır. Bildiyimiz kimi imtahanda iştirak üçün qeydiyyat 3 iyun tarixində başladı və 10 iyun tarixində yekunlaşdı. İmtahan günlərinin yaxın günlərdə açıqlanacağı bildirilir. Qeydiyyat sayı barəsində hələ ki məlumat yoxdur. Qeydiyyat yoxlanma mərhələsindədir.

“EDU Company” Təhsil Şirkəti bütün sahələr üzrə olduğu kimi MİQ hazırlığı da həyata keçirir. Dərslərimiz həm əyani, həmdə onlayn şəkildə keçirilir. Hazırda MİQ hazırlığı intensiv qruplarımız dərslərə davam edir. Dərslərimiz onlayn şəkildə həftədə 5 dəfə 2 saat olmaqla tədris edilir. Əyani şəkildə həftədə 3-4 dəfə olmaqla dərslər peşəkar müəllimlər tərəfindən tədris edilir. İntensiv MİQ qruplarına qeydiyyat davam edir..

Sertifikasiya İmtahanı nədir?

Sertifikasiya imtahanı hazırda müəllim işləyənlərin imtahanıdı. İmtahanın əsas məqsədi müəllimlərin bilik və bacarıqlarının yoxlanılması və peşə yaradıcılıqlarının yoxlanılmasıdır.

Sertifikasiya imtahanında kimlər iştirak edə bilər?

Sertifikasiya –dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan , ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. MİQ İmtahanı ilə işə qəbul olan müəllim 5 il sonra Sertifikasiya imtahanında iştirak etməlidir.

Sertifikasiya imtahanı 2 mərhələdən ibarətdir:

1.Test mərhələsi – 60 sual

2. Müsahibə – 40 bal

– Test imtahanında hər bir müəllimə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim olunur.

MİQ test mərhələsinə aid edilən dəyişiklik Sertifikasiya imtahanına şamil edilmir. 60 sual 60 bal olaraq qiymətləndirilir. 1 sual 1 baldır və səhv doğru cavabı silmir.

Test mərhələsinə keçid 30, müsahibə mərhələsinə keçid isə 20 bal təşkil edir. Sertifikatlaşdırmadan keçmiş müəllimlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola biləcəklər.

Keçən il yalnız Naxçıvanda sertifikasiya imtahanı keçirilmişdir. Bu il üçün 29 avqust tarixindən Sertifikasiya imtahanının keçiriləcəyi deyilir.İlkin olaraq İbtidai sinif müəllimlərinin Sertifikasiya imtahanından keçiriləcəyi bildirildi. 2022ci ilin sonu və 2023-cü ilin əvvəllərinə kimi bütün ixtisasların sertifikasiyadan keçirilməsi proseduru yekunlaşdırılacağı deyilir.

“EDU Company” Təhsil Şirkətində Sertifikasiya hazırlığı necə keçirilir ?

“EDU Company” Təhsil Şirkətində də Azərbaycan və Rus bölmələri üzrə Sertifikasiya imtahanına hazırlıqlar həyata keçirilir. Bu ay yeni İbtidai sinif və ingilis dili qruplarımız dərslərə başladı.

– Hazırlıqlarımız həm onlayn, həm də əyani şəkildə tədris olunur.

– Dərslərimiz peşəkar müəllimlər tərəfindən həyata keçirilir. Qruplarımızda ən çox halda 10 müəllimin iştirakına icazə verilir.

– Onlayn dərslərimiz zoom proqramı vasitəsilə keçirilir və görüntülü şəkildə olur. Hər bir fənn ayrı ayrılıqda həftədə 2 dəfə 80 dəqiqə olmaqla tədris edilir. Dərslər bitdikdən sonra dərslərin video izahları təkrarən qruplara atılır. Bütün ixtisaslar üzrə yeni açılan sertifikasiya qruplarına siz də qoşulun və müəllim adını BİZİMLƏ qazanın.

MİQ (Müəllimlərin işə qəbulu) haqqında daha ətraflı məlumat:

Comments are closed, but trackbacks and pingbacks are open.