Press "Enter" to skip to content

Quran da cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur

Yuxarıda qeyd olunmuş hədislərdən məlum oldu ki, Quranın Əsilmənasını yalnız Allah və elmdə dəyişməz, möhkəm olan Peyğəmbər və Əhli-beyt (ə) bilər. Lakin bəzi şəxslər iddia etmişlər ki, o həzrətlərdən başqa kimsələr də «ər-rasixunə fil-ilmi» sayıla bilərlər. Onlar öz iddialarına Əbu Dərdadan nəql olunmuş hədisi dəlil gətirirlər.

Bunu necə təyin edə bilərəm ki, məni dost kimi qeyd etməsinlər?

هُوَ الَّذِي أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ ۖ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ ۗ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ

Transliterasiya

Huwa A‍ ‍l-La‍ḏ ‍ī ‘A‍ ‍n‍ ‍zala `Alayka A‍ ‍l-Kit‍ ‍ā‍ ‍ba Minhu ‘‍ ‍Ā‍ ‍y‍ ‍ā‍ ‍tu‍ ‍n Muḥkam‍ ‍ā‍ ‍tun Hu‍ ‍nn‍ ‍a ‘U‍ ‍mm‍ ‍u A‍ ‍l-Kit‍ ‍ā‍ ‍bi Wa ‘U‍ḫaru Muta‍šābih‍ ‍ā‍ ‍tu‍ ‍n Fa’a‍ ‍mm‍ ‍ā A‍ ‍l-La‍ḏ ‍ī‍ ‍na Fī Qulūbihi‍ ‍m Zay‍ġu‍ ‍n Fayattabi`‍ ‍ū‍ ‍na Mā Ta‍šābah‍ ‍a Minhu A‍ ‍‍ ‍b‍ ‍ti‍ġ ‍ā‍ ‍’a A‍ ‍l-Fitnati Wa A‍ ‍‍ ‍b‍ ‍ti‍ġ ‍ā‍ ‍’a Ta’wīlih‍ ‍i Wa Mā Ya`lamu Ta’wīlah‍ ‍u ‘Illā A‍ ‍l-Lah‍ ‍u Wa A‍ ‍r-Rāsi‍ḫ ‍ū‍ ‍na Fī A‍ ‍l-`Ilmi Yaqūl‍ ‍ū‍ ‍na ‘‍ ‍Ā‍ ‍ma‍ ‍nn‍ ‍ā Bih‍ ‍i Kullu‍ ‍n Min `I‍ ‍n‍ ‍di Rabbinā Wa Mā Ya‍ddakkaru ‘Ill‍ ‍ā ‘‍ ‍Ū‍ ‍lū A‍ ‍l-‘Alb‍ ‍ā‍ ‍ ‍b‍ ‍ ‍i

Mirzə Əli Meşkini

Bu kitabı sənə nazil edən Odur. Onun (kitabın) bir hissəsi kəlmələri aşkar (və mənası aydın) olan «möhkəm» ayələrdir ki, onlar kitabın əsası və anasıdırlar (başqa ayələrdə olan qaranlıq məqamlar onların vasitəsi ilə aradan qaldırılır). Digər bir hissəsi «mütəşabih» (bir neçə mənası olan) ayələrdir (və onların mənası məzmununun genişliyi, məfhumunun dərinliyi və ondan nəzərdə tutulan məqsədlərin çoxluğu səbəbindən ilk nəzərdə aydın deyildir və onlar «möhkəm» ayələrin və sağlam ağlın köməyi ilə təfsir olunmalıdırlar). Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar. Halbuki, onun təvilini (və həqiqi mənasının nə olduğunu) Allahdan başqa heç kəs bilmir. Elmdə qüvvətli olanlar (isə) deyərlər: «Biz (möhkəm və mütəşabih olmasından və bizim mənasını bilib bilməməyimizdən asılı olmayaraq) ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir». (Bunu) sağlam ağıl sahiblərindən başqa heç kəs başa düşməz.

Əltafur-Rəhman

Möhkəm və mütəşabih ayələr (ayə:7)

Qeyd etdiymiz kimi, bu ayədə Quranın hamısının birlikdə nazil
olması nəzərə alınaraq «ənzələ» kəlməsi işlənmişdir.

Quran ayələri iki yerə bölünür:
1. Möhkəm ayələr;
2. Mütəşabih ayələr.

Möhkəm o şeyə deyilir ki, xaricdən ona başqa bir şey daxil ola bilməsin. Quranın bəzi ayələrinin mənası o qədər açıq-aşkardır ki, insan onu çətinlik çəkmədən başa düşür. Bunlara möhkəm ayələr deyilir. Bəzi ayələr də vardır ki, onların mənasını düşünərkən insanın fikri azaraq ayənin həqiqi mənasından uzaqlaşa bilər. Bunlar da mütəşabih ayələr adlanır. Həmin ayələrin həqiqi mənasını dərk etmək və bu barədə xətaya yol verməmək üçün insan gərək digər ayələrə müraciət etsin ki, onların vasitəsilə həmin ayələrin də mənası aşkar olsun. Məsələn, bir çox ayələrdən Mütəal Allahın cisim olmadığı başa düşülür. Əgər bəzi ayələrdə «yədullah — Allahın əli» ifadəsinə, yaxud «va cə`ə Rabbukə – sənin Rəbbin gəldi» cümləsinə rast gəliriksə, bu sözlərin mənasını möhkəm ayələrə müraciət etməklə dərk edə bilərik. Burada «yəd» sözündən məqsəd «əl» deyil, yaxud «cə`ə»-dən məqsəd «ayaqla gəlmək» deyil. Çünki biz əvvəlki ayələrdən Allahın cisim olmadığına yəqinlik əldə etmişik. Buna görə də, aləmləri yaradan Rəbbimiz haqqında «yəd» kəlməsi insanlar haqqındakı «əl» mənasını ifadə etmir. Burada bu sözdə məqsəd «Allahın qüdrəti»-dir. «Cə`ə Rabbukə» deyildikdə isə «Allahın əmri, hökmü gəldi» mənasını verir.
Mütəal Allah «Hud» surəsinin ilk ayəsində buyurur: «Kitəbun uhkimət əyətuh — (Ya peyğəmbər!) Sənə elə bir kitab nazil etdik ki, onun ayələri möhkəmdir.»

Təfsirini yazdığımız ayədə Mütəal Allah Quran ayələrini «möhkəm və mütəşabih» olmaqla iki qismə ayırır. Bəzi şəxslər belə təsəvvür edə bilər ki, «Hud» surəsindəki ayə ilə bu ayə arasında ziddiyyət vardır. Orada bütün ayələrin, burada isə bəzi ayələrin möhkəm olması söylənilir. Lakin onlar diqqət göstərsələr, görərlər ki, mütəşabih ayələrin mənası möhkəm ayələrə müaciət etmək nəticəsində aydınlığa çıxaraq o da möhkəm ayələrdən hesab olunar. Allahın əlinin olmadığı halda, Onun haqqında «yəd — əl» sözünün nə demək olduğunu başa düşmək üçün biz Allahın cisim olmamasına müraciət etməklə bu ifadənin «Onun qüdrəti» demək olduğunu anlayırıq. Bir sözlə, əgər Mütəal Allahın «Ğaniyyun anil-aləmin — heç bir varlığa möhtac deyildir» («Fatir» surəsi, ayə:15, «Loğman» surəsi, ayə:26) cümləsinin mənasını başa düşsək, bilərik ki, Onun əl, ayaq kimi üzvlərə, oturmaq üçün kresloya, yatmaq üçün çarpayıya ehtiyacı yoxdur. O, cisim deyildir ki, belə əşylara möhtac olsun. Bu sözlərdən biri Onun haqqında hər hansı bir ayədə işlənsə də, həmin ifadə insanlar haqqındakı mənanı daşımır. Məsələn, «Yədullahi fauqa əydihim» cümləsi Allahın əlinin deyil, «qüdrətinin insanların gücü fövqündə» olması deməkdir. «Bəsir» Onun haqqında «görmək» deyil, «bilmək və agah olmaq» mənasını daşıyır. Onun haqqında «yərakə – səni görür („Şüəra“ surəsi, ayə:218)» deyildikdə «sənin harada olduğunu bilir» mənası nəzərdə tutulur.

Təəssüf ki, müsəlmanların böyük bir qismi mütəşabih ayələrin mənasını yaxşı dərk etməmək nəticəsində Allahın cisim olmasını iddia etməklə böyük xətaya yol vermişlər. Hətta bu haqda ifrata vararaq qiyamət günü Onun görünəcəyini də söyləmişlər. Halbuki, aləmləri yaradan Rəbbimiz «ulul-əzm» peyğəmbərlərdən olan həzrət Musaya buyurur: «Lən tərani — (Ey Musa!) Sən Məni heç vaxt (nə dünyada, nə də axirətdə) görməyəcəksən!» («Əraf» surəsi, ayə:143)

Necə ola bilər ki, qiyamət günü iman əhli olanlar cənnətdə Allahı görsünlər, amma həzrət Musa kimi bir peyğəmbər Onu görməsin?! Bu iddianı irəli sürənlər bilmirlərmi ki, insanın nə dünyada, nə də axirətdə Mütəal Allahı görməyə qüdrəti çatmaz?! Musa peyğəmbər: «Rabbi, ərini ənzur iləyk — Ey Rəbbim, Özünü mənə göstər, Səni görüm» — dedikdə Allah təala ona cavab olaraq buyurur: «Lən tərani va ləkin unzur iləl-cəbəli fə inistəqarra məkənəhu fəsaufə tərani. Fələmmə təcəllə rabbuhu lil-cəbəli cə`aləhu dəkkən va xarra Musa sə`iqan. Fələmmə əfəqa qalə: Subhanəkə, tubtu iləykə va ənə əvvalul- mu`minin — (Ey Musa!) Sən Məni heç vaxt görməyəcəksən! Lakin dağa nəzər sal! Əgər o, yerində qərar tuta bilsə, sən də Məni görə bilərsən.

Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçdıqda) onu parça- parça etdi. Musa da bayılaraq yerə yıxıldı. Ayılandan sonra dedi: Sən pak və müqəddəssən (Sən cisim olub gözə görünməkdən uca və əzəmətlisən). Sənə (bu işimdən) ötrü tövbə etdim və mən (Sənə) iman gətirənlərin birincisiyəm.»

Bu, möhkəm ayələrdən biridir. Allahı görəcəyini iddia edənlər bu ayənin mənasını yaxşı başa düşsələr, Allahı görmək haqqında nəql olunmuş bir çox rəvayətlərin əsassız və zəif olduğunu təsdiq edərlər.

Mərhum şeyx Səduq özünün məşhur «ət-Tövhid» əsərində mötəbər sənədlərlə Əbu Müəmmər əs-Sədanidən rəvayət edir ki, o dedi: «Bir kişi əmirəl-möminin Əlinin (ə) hüzuruna gələrək ərz etdi: ya Əmirəl- möminin! Mən Allahın nazil etdiyi Kitab barəsində şəkkə düşmüşəm. Əli (ə) buyurdu: səkələtkə ummuk! Va kəyfə şəkəktə fi kitəbilləhil- munzəl?! Qalə: liənni vacədtul-Kitəbə yukəzzibu bə`zuhu bə`zan. Fə kəyfə lə əşukku fih? Fəqalə Aliyyubnu Əbi Talib (a): innə kitəbəllahi ləyusaddiqu bə`zuhu bəzan va lə yukəzzibu bə`zuhu bə`zan. Va ləkinnəkə ləm turzaq aqlən təntəfi`u bih. Fə həti mə şəkəktə fihi min kitəbilləhi azzə va cəll. Qalə ləhur-racul: inni vacədtullahə yəqulu: . Vucuhun yauməizin nəzirah, ilə rabbihə nəzirah va yəqulu: lə tudrikuhul-əbsar va huva yudrikul-əbsar. va yəqulu: va ləqad ra`əhu nəzlətən uxra, ində sidratil-muntəhə.
Qalə Aliyyun (a): Vayhək. Qalə Rasulullah (s): yə Cəbrail, həl raəytə rabbək? Fəqalə Cəbrail: innə rabbi lə yura. Fəqalə Rasu- lullah: fəmin əynə tə`xuzul-vahyə? Fəqalə: əxizuhu min İsrafil? Fəqalə: va min əynə yəxuzuhu İsrafil? Qalə: yə`xuzuhu min mələkin fauqahu minər-ruhaniyyin. Qalə: fəmin əynə yə`xuzuhu zəlikəl- mələk? Qalə: yəqzifu fi qalbihi qazfən.
— Anan matəminə otursun! Sən Allahın nazil etdiyi kitab barəsində necə şəkk edə bilirsən? O dedi: mən Quran haqqında necə şəkk etməyim ki, onun bəzi ayələri bəzilərini təkzib edir?! Əli (ə) buyurdu: Allahın kitabının ayələri birbirini təkzib etmir, əksinə, təsdiq edir. Lakin sən o düşüncənin sahibi deyilsən ki, onu dərk edərək faydalanasan. De görək, izzət və cəlal sahibi olan Allahın kitabı haqqında nə şəkkə düşmüsən? O dedi: mən görürəm ki, Mütəal Allah buyurur: «O gün neçə-neçə üzlər sevinib gülərək öz Rəbbinə baxacaqdır!» («Qiyamət» surəsi, ayə:22), «Gözlər Onu dərk etməz, O, gözləri dərk edər!» («Ən`am» surəsi, ayə:103), «And olsun ki, Onu başqa bir dəfə də görmüşdü.» («Nəcm» surəsi, ayə:13)

Əli (ə) buyurdu: («Qiyamət» surəsi, 22-ci ayədəki «nazirətun» sözü «baxmaq» deyil, «Mütəal Allahın rəhmətinin intizarını çəkmək» mənasını daşıyır. Çünki Allah təala «Ən`am» surəsi, 103-cü ayədə: «gözlər Onu dərk etməz», — buyurur«) Bir gün Allahın rəsulu (s) Cəbrailə söylədi: ey Cəbrail, sən Rəbbini görmüsənmi? O dedi: mənim Rəbbim gözlə görünməz. Peyğəmbər buyurdu: elə isə sən vəhyi haradan (kimdən) alırsan? Cəbrail dedi: mən onu İsrafil mələkdən alıram. Peyğəmbər buyurdu: İsrafil kimdən alır? Cəbrail dedi: O da özündən uca məqamda olan ruhani bir mələkdən. Peyğəmbər soruşdu: bəs o mələk vəhyi kimdən alır? Cəbrail dedi: vəhy həmin mələyin ürəyinə ilham olunur (Hətta o mələk, yaxud ondan üstünləri belə Allahı görə bilməz).

Əli (ə) sözünə davam edərək buyurdu: «Nəcm» surəsi 13-cü ayədəki «Onu ikinci dəfə gördü» cümləsinə gəlincə, bunun mənası Peyğəmbərin (Allahı deyil) Cəbrail mələyi ikinci dəfə öz surətində olduğu kimi görməsi deməkdir (Cəbrail vəhy gətirdikdə Peyğəmbərin hüzuruna adi bir insan şəklində gələrdi).” («ət-Tövhid», Səduq bab: «ər-Raddu aləs-sənəviyyəti vaz-zənədiqah», s.181-193; «Biharul-ənvar», c.93, s.127-142, hədis:2. Bu hədisin mövzuya aid olan qismini nəql etdik. Həqiqətən də, Quranın möhkəm və mütəşabih ayələrini düzgün başa düşmək üçün bu hədisi qeyd etdiyimiz mənbədən bütünlüyü ilə oxumaq lazımdır)

Bu hədisdən də göründüyü kimi, Mütəal Allahı görmək olmaz. Deməli, bəzi ayələrdə işlənən mütəşabih sözlərlə Allahın gözə görünməsi təsdiq olunmur.

Təfsirini yazdığımız ayədə bir neçə kəlmənin mənasına diqqət etməliyik:
«Umm» sözü; bir şeyin əslinə ərəb dilində «umm» deyilir. Mütəal Allahın yanında mövcud olan “lövhi-məhfuz«a «Ummul-Kitab» deyilir. Çünki «lövhi-məhfuz»-da bütün səmavi kitabların əsli mövcuddur. Quran ayələrinin bir qismi digərlərinə nisbətdə «ummul-Kitab (Kitabın əsası, əsli sayılan ayələr)» hesab olunur. Yəni: həmin növ ayələrin məna və dəlaləti o qədər açıq-aşkardır ki, digər ayələrin mənasını bunlara müraciət etməklə yaxşı dərk etmək olar. Məsələn, insanın ataanası məlum olduqda onun şəxsiyyəti, kimlərdən olduğu bilindiyi kimi «mütəşabih» ayələrin mənası da möhkəm ayələrlə yanaşı qoyulmaqla başa düşülər. Belə ki, bunların da mənası bizim üçün möhkəm ayələr kimi açıq-aşkar olar.

«Zeyğ» — sözü düz yolun əksinə addım atmağa deyilir. Əqidəvi baxımdan yollarını azmış şəxslər Qurani-Kərimdə olan mütəşabih ayələrə istinad edərlər. Məsələn, onlar Allahın cisim olmaması haqqındakı digər möhkəm ayələrə diqqət göstərmədən «yədullah» ifadəsini, yaxud «innəllahə aləl-arşistəva» ayəsini Allahın cisim olmasına dəlil gətirirlər. Amma dərk etmirlər ki, «yəd və ərş» sözləri zahirdə «əl və taxt» mənasını versə də, burada həmin iki kəlmə özünün batini və həqiqi mənası olan «qüdrət və səltənət» mənasını daşıyır.

«İbtiğa» sözü həddi aşmaq mənasında işlənir. Bir kəlməni həqiqi mənasından uzaqlaşdırmaq deməkdir.

«Fitnə» kəlməsi; bu sözün mübarək ayədəki mənası camaatı düz yoldan azdırmaq deməkdir.

«Təvil» kəlməsi; bu söz «əvvəl» sözündən törəyərək bir şeyin «əvvəlinə və əslinə» deyilir. Bu baxımdan mütəşabih ayələrin Əsilvə ilk iradə olunmuş mənasını hər bir insan bilməz. Onu yalnız Allah və elmdə möhkəm, dəyişməz və sabit olan şəxslər (həzrət Peyğəmbər və ona bənzər səlahiyyət sahibi olan imamlar) bilərlər.

«Rasix» sözü; möhkəm, sabit və dəyişməz bir şeyə ərəb dildində «rasix» deyilir.

Bu sözlərə diqqət yetirdikdən sonra məlum olur ki, Mütəal Allah mütəşabih ayələrin mənasını yalnız Özünə və elmləri sabit, dəyişilməyən şəxslərə aid edir.

Burada başqa bir mənaya da diqqət yetirməliyik. Görəsən, elmləri, imanları dəyişməz və sabit olan şəxslər kimlərdir ki, onlar mütəşabih ayələrlə rastlaşdıqda «Qurana iman gətirdik, bu kitabın ayələrinin hamısı (möhkəm və mütəşabih ayələr) Rəbbimiz tərəfindən nazil olmuşdur» — deyərlər.

Quran oxuyarkən mütəşabih ayələrlə rastlaşıb onların mənasını dərk edə bilmədikdə «mənə elə gəlir» deyən şəxslər «ər-rasixunə fil- ilmi — elmdə dəyişməz olan şəxslərdən» sayıla bilərlərmi? O hansı dəlil və agahlıqdır ki, onlara həmin vasitə ilə «elə gəlir», amma bizə gəlmir?! Onlar bilmirlərmi ki, «mənə elə gəlir» deməklə Quranı öz rəyləri ilə təfsir etmiş olur və bu işi görməklə də cəhənnəm əzabına düçar olarlar?! Onlar bilmirlər ki, «vamsəhu biru`usikum va ərculəkum — başlarınıza və ayaqlarınıza məsh çəkin» ayəsini «məsh edin və ya yuyun» deməklə böyük bir səhvə yol verirlər?!

Məgər Quran ərəb kitabıdırmı ki, yalnız bəzi lüğətlərə müraciət etməklə onun mənasını anlamaq olsun?! Belə kimsələr bilməlidirlər ki, Quran ərəblərin deyil, Allahın kəlamıdır. Aləmləri yaradan Rəbbimizin tayı, misli və bərabəri olmadığı kimi, Onun kəlamı olan Quranın da bənzəri yoxdur. Elə buna əsasən, bəyənilir ki, Quran ayələrinin mənasını başa düşmədikdə Peyğəmbər və o həzrətin Əhli-beytinin (ə.s) buyurduğu sözlərə, onlardan nəql olunmuş mötəbər rəvayətlərə müra- ciət olunsun. Çünki o həzrətlərin ərəb olmalarından əlavə Quran Cəbrail (ə) vasitəsilə onların evində, onlara nazil olmuşdur.

Mərhum Kuleyni, həmçinin Əyyaşi imam Sadiqdən (ə) mötəbər sənədlərlə rəvayət edirlər ki, o həzrət buyurub: «Nəhnur-rasixunə fil- ilmi va nəhnu nə`ləmu tə`viləh — Elmi möhkəm və dəyişməz olan bizik. Quranın təvilini (Əsilmənasını) biz (Əhli-beyt) bilirik.» («Təfsiri- Əyyaşi», c.1, s.187, hədis:8; «Biharul-ənvar», c.19, s.27)

Mərhum Feyz Kaşani mötəbər sənədlərlə rəvayət edir ki, həzrət Muhəmməd (s.ə.a. s) buyurub: «İnnə lil-Qur`ani zahran va bətnən va haddən va muttalə`an — Quranın zahiri, batini, məna həddi və agahlıq yeri vardır.» («Təfsiri-Safi», c.1, möhkəm və mütəşabih ayələrin təfsirində)

Quran ayələrini bəyan edən şəxs haqqında bəhs etdiyi mənanın zahirinin batini ilə ziddiyyət təşkil etməməsinə diqqət etməlidir. Ayənin mənasının müəyyən bir həddi vardır. Müfəssir gərək həmin həddi qoruyub saxlasın.

Cabir ibn Yəzid əl-Cöfi deyir: «İmam Baqirdən (ə) Quranın təfsiri haqqında söz soruşdum. O həzrət mənə cavab verdi. Sonra həmin sualı ertəsi gün bir də soruşdum. İmam Baqir (ə) başqa bir cavab söylədi. Ərz etdim: sənə fəda olum, dünən bu barədə soruşduqda bu günkündən başqa bir cavab verdiniz. İmam (ə) buyurdu: Ya Cəbir! İnnə lil- Qur`əni bətnən va lil-bətni bətnun va zahran va liz-zahri zahrun. Yə Cəbir va ləysə şəy`un əb`adə min uqulir-ricəli min təfsiril-Qur`ən. İnnəl-əyətə təkunu əvvaluhə fi şəy`in va ausətuhə fi şəy`in va əxiruhə fi şəy`. Va huva kələmun muttəsilun yənsarifu alə vucuh — Ey Cabir, həqiqətən də, Quranın batini (dərin mənası), batininin də batini vardır və onun zahiri mənası, zahirinin də zahiri (daha aşkar mənası) vardır. Ey Cabir, Quranın təfsiri (həqiqi mənası) insanların ağlına ən uzaq gələn bir həqiqətdir. Çünki ayənin əvvəli bir həqiqət, ortası başqa bir həqiqət, axırı da digər bir həqiqət haqqındadır. Halbuki, həmin ayə bir-birinə bağlı bir kəlamdır ki, o, müxtəlif mənalara dəlalət edir.» («Təfsiri-Əyyaşi», c.1, s.23, hədis:8; «Biharul-ənvar», c.89, s.91, hədis:37)

Əlbəttə, imam Baqirin (ə) Quran ayələrinin insan ağlının fövqündə olmasını buyurmaqda hədəfi onların mənasını öyrənməmək deyil. Əslində, məqsəd budur ki, hər kəs öz düşüncəsi və rəyi ilə Allah kəlamını təfsir etməsin. Çünki insanların dərrakələri bir-birindən fərqlənir. Əgər insanlar Quran ayələrini yalnız ağıl yolu ilə izah etməyə çalışsalar, ayələrin mənası onların ağılları qədər təfsir olunar. Ağıllar fərqli olduğu üçün mənalar da fərqlənərək bir-biri ilə ziddiyyət təşkil edər. Halbuki, Allah kəlamında heç bir ziddiyyət yoxdur.

Bu hədisdən belə qənaətə gəlmək olar ki, Quranın zahiri və batini mənası var. Əgər Quranın zahiri mənası insanı şübhəyə salsa, həmin şəxs şübhədən xilas olmaq üçün mütəşabih ayəni Əsilvə möhkəm ayələrlə tutuşduraraq mənalandırsın. Hətta bəzən Peyğəmbər və Əhli- beytdən (ə.s) nəql olunmuş hədislərdə də möhkəm və mütəşabih mənalı sözlərlə rastlaşırıq. Belə hallarda da insan gərək onların mütəşabih sözlərini möhkəm sözləri ilə müqayisə etməklə təvilini (Əsilmənasını) bilsin. Hətta bəzən elə rəvayətlərə rast gəlinir ki, orada vacib əməllərin zahirindən əlavə onların təvilinə – Əsilmənasına da işarə olunmuşdur.

Mərhum şeyx Səduq məşhur «İləluş-şərayi» adlı əsərində mötəbər sənədlərlə Məkkə sakini olan Əhməd ibn Abdullahdan rəvayət edir ki, o dedi: «Bir gün əmirəl-möminin Əli (ə) Allah beytinin yanından keçirdi. İmam (ə) orada namaz qılan bir kişi ilə rastlaşdı. Həzrət Əli (ə) onun namazını bəyənərək buyurdu: ya həzər-racul, tə`rifu tə`vilə salətik? Qalər-racul: yəbnə ammi xayri xalqilləh, va həl lis-saləti tə`vilun ğayrat-təabbud? Qalə Aliyyun (a): i`ləm, yə həzər-racul, ənnəllahə təbərakə va təala mə bə`asə Nəbiyyəhu (s) biəmrihi minəl- umuri illə va ləhu mutəşəbihun va tə`vilun va tənzilun va kullu zəlikə alət-təabbud. Fəmən ləm yə`rif təvilə salətihi fə salətuhu kulluhə xidəcun nəqisatun ğayru təmməh. Fəqalər-racul: mə mə`nə rəf`i yədəykə fit-təkbiratil-ulə? Fəqalə: Əllahul-vahidul-əhad. Əlləzi ləysə kəmislihi şəy`. Lə yuqasu bişəy`in va lə yulməsu bil-əxməs valə yudraku bil-havas. Qalər-racul: mə mə`nə məddi unuqikə fir-ruku`? Qalə: tə`viluhu — əməntu bivahdəniyyətikə va lau zarabtə unuqi. Qalər-racul: mə mə`nəs-səcdətil-ulə? Fəqalə: tə`viluhə. — Ey kişi, qıldığın namazın təvilini (Əsilmənasını) bilirsənmi? O dedi: ey Allahın xəlq etdiklərinin ən yaxşısının əmisi oğlu, namazın ibadət etməkdən başqa bir mənası da var? Əli (ə) buyurdu: ey kişi, bil və agah ol ki, Allah təbarək və təala öz Peyğəmbərini elə bir işi əmr etmək üçün göndərməyib ki, o işin mütəşabihi, təvili və tənzili (nazil olma səbəbi) olmasın. Onların hamısını təsdiq etməyin özü ibadətdir. Hər kəs qıldığı namazın təvilini bilməsə, onun qıldığı namaz naqis olaraq mükəmməl hesab olunmaz.

O kişi dedi: (Ya əmirəl-möminin!) Buyur görək, namaza başlayanda ilk təkbirdə («Allahu əkbər» deyərkən) əlləri yuxarı qaldırmağın mənası nədir? İmam (ə) buyurdu: onun mənası budur: Allah təkdir. Onun misli yoxdur. Heç nəyi Onunla müqayisə etmək olmaz. O, beş hissiyyat üzvünün heç biri ilə duyulmaz, heç bir hissiyyatla da dərk edilməz.

Kişi dedi: rukuya getdikdə (əyilərək) boynunu (qibləyə tərəf) uzatmağın mənası nədir?
İmam (ə) buyurdu: yəni: ey Allah, mən Sənin tək və haqq olduğuna
iman gətirmişəm, boynumu vursan belə (bu yoldan əl çəkmərəm)!
Kişi dedi: namaz qılarkən ilk səcdənin mənası nədir?

Əli (ə) buyurdu: yəni ki, ey Allah, məni yerdən, torpaqdan yaratmısan. Səcdədən başını qaldırmağın mənası budur ki, məni torpaqdan (yaradaraq oradan) çıxarmısan. İkinci səcdənin mənası budur: ey Allah, məni yenidən torpağa (qəbirə) qaytaracaqsan. Həmin səcdədən qalxmağın mənası isə «ey Allah, (qiyamət günü) məni yenə də torpaqdan (qəbirdən) çıxaracaqsan» deməkdir. ” («İləluş-şərayi», c.2, s.598, hədis:45; «Təfsiru nuris-səqələyn», c.1, s.319, hədis:46)

Bu hədisin mövzumuzla əlaqədar hissəsini nəql etdik. Onun davamını oxumaq istəyənlər müfəssəl yazılmış hədis kitablarına müraciət etsinlər.

Mərhum Səduq digər əsəri olan «Uyuni-əxbari-Rza (ə)» kitabında imam Rzadan (ə) rəvayət edir ki, o həzrət buyurub: «Mən raddə mutəşəbihəl-Qur`əni ilə muhkəmihi hudiyə ilə siratin mustəqim Va innə fi əxbərinə mutəşəbihən kəmutəşəbihil-Qur`əni va muhkəmən kəmuhkəmil-Qur`ən. Fəruddu. — Hər kəs Quranın mütəşabih ayəsini izah etdikdə möhkəm ayələri ilə yanaşı qoysa, sirati-müstəqimə (düz yola, ayənin həqiqi mənasına) hidayət olar.

Sonra həzrət sözünün davamında buyurdu: hətta bizdən nəql olunmuş hədis və rəvayətlərdə də Qurandakı kimi mütəşabih və möhkəm sözlər var. Elə isə bizdən nəql olunmuş hədislərin mütəşabih sözlərini də möhkəm və batini mənalarına müraciət etməklə mənalandırın. Quran ayələrinin və bizim sözlərimizin yalnız mütəşabih kəlmələrinə tabe olmayın ki, azaraq yolunuzu itirəsiniz.» («Müsnədil-imamir-Rza (ə)», c.2, s.20; «Biharul-ənvar», c.2, s.185)

Mütəşabih ayələrin nazil olmasının hikməti

Bəzi şəxslər mütəşabih ayələrin nazil olma səbəbinə bir neçə dəlil gətirmişlər:
1. Əgər Quranın hamısı əvvəldən axıradək açıq-aşkar mənalı ayələr olsaydı, müxtəlif əqidəli müsəlmanlar Qurana istinad edə bilməz və bu yolla müqəddəs Kitabdan uzaq düşərək ona qarşı çıxardılar. Yəni: Quran mütəşabih ayələr vasitəsilə onları öz ətrafında birləşdirir.

2. Mütəşabih ayələr insanın həmin ayələri dərk etməkdə ağıldan və lüğət, sərf, nəhv, üsuli-fiqh və s. kimi müxtəlif elmlərdən istifadə etməsinə səbəb olur.

Qeyd etməliyəm ki, ilk göstərilən səbəb bəyənilən bir dəlil deyil. Çünki həmin şəxslərin sözlərindən belə çıxır ki, Mütəal Allah mütəşabih ayələri nazil edib ki, batil əqidə sahiblərini öz ətrafında toplasın. Bu, Quranın nazil olması və insanları hidayət etməsinə zidd fikirdir. Çünki Quran batil əqidə sahiblərini bir yerə toplamaq üçün deyil, əksinə, onları hidayət etməkdən ötrü nazil olmuşdur.

İkinci fikrin cavabında isə qeyd edə bilərəm ki, görəsən, Quranda elə bir ayə vardırmı ki, insan onu başa düşmək üçün ağıldan və bəzi elmlərdən istifadə etməsin?!

Buradan məlum olur ki, mütəşabih ayələrin nazil olması insanların imanını, onların Allahın əmrinə razı və təslim olması üçün bir imtahandır. Çünki mənası məlum olan ayəni hamı qəbul edər. Mütəşabih ayənin mənası bilinmədikdə onun Allah tərəfindən olmasını qəbul etmək imanın yüksək əlamətidir. Mütəal Allah təfsirini yazdığımız ayədə buyurur: «Elmi sabit olan (həqiqəti dərk edən) şəxslər möhkəm və mütəşabih ayələri gördükdə „biz iman gətirdik, bunların hamısı Allah tərəfindəndir“ — deyərlər.»

Necə ki, müsəlmanların islamın ilk günlərində Kəbə evi olduğu halda, ona tərəf deyil, beytul-müqəddəsə tərəf namaz qılmaları Mütəal Allahın əmrinə tabe olmaq baxımından böyük bir sınaq idi.

İzzət və cəlal sahibi olan Rəbbimiz buyurur: «Ey iman gətirənlər, Allaha, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə (haqq canişinlərə, imamlara) itaət edin. Bir məsələ haqqında (və ya hər hansı bir ayənin Əsilmənası barəsində) mübahisə etdikdə əgər Allaha və qiyamət gününə inanırsınızsa, həmin məsələnin həqiqi mənasını Allah və Onun rəsuluna həvalə edin („onun mənasını Allah və Rəsulu bilər“ — deyin). Çünki bu, nəticə etibarilə (həmin məsələnin Əsilmənasını bilmək baxımından) daha xeyirli və bəyənilmiş bir işdir.» («Nisa» surəsi, ayə:59)

Bu mübarək ayə Allah, Onun rəsulu və əmr sahiblərinə itaət etmək
haqqında nazil olmuşdur. Müsəlmanlara vacibdir ki, ayədə qeyd olunmuş şəxslərə itaət etsinlər. İslamın ilk günlərində əmr sahiblərinə itaət etmək haqqında müsəlmanlar arasında ixtilaf olduğuna görə bu haqda Allah və Onun rəsulunun buyurduğuna əməl edilməsi əmr olunur. Amma bu mübahisə başqa bir məsələ (təharət, dəstəmaz, oruc və s.) haqqında olsaydı, Allaha, Onun rəsuluna və əmr sahiblərinə itaət deyil, müraciət olunması əmr edilərdi.

Elmdə möhkəm və dəyişməz olan kəslər

Yuxarıda qeyd olunmuş hədislərdən məlum oldu ki, Quranın Əsilmənasını yalnız Allah və elmdə dəyişməz, möhkəm olan Peyğəmbər və Əhli-beyt (ə) bilər. Lakin bəzi şəxslər iddia etmişlər ki, o həzrətlərdən başqa kimsələr də «ər-rasixunə fil-ilmi» sayıla bilərlər. Onlar öz iddialarına Əbu Dərdadan nəql olunmuş hədisi dəlil gətirirlər.

Əbu Dərda deyir ki, Allahın rəsulundan (s.ə.a. s) elmləri dəyişməz olan şəxslərin kimlər olduğu haqqında soruşulduqda o həzrət buyurdu: «Mən bərrat yəminuhu va sadəqa lisənuhu vastəqamə qalbuhu va mən affə bətnuhu va fərcuh. Fəzəlikə minər-rasixinə fil-ilm — Hər kəs camaatla rəftarında (ehtiyac olduqda) düzgün and içərsə, danışığında sadiq olarsa, qəlbi dəyişməz və sabit bir əqidəyə malik olarsa, qarnını (haram və şübhəli qidalardan), övrət yerini (haramlardan) qoruyarsa, o, elmi dərin və sabit şəxslərdən hesab olunar.» («Camiul- ulumi val-hikəm», c.11, s.19)

Lakin bu iddianı irəli sürənlər diqqət etsələr, görərlər ki, bu hədisdə Allahın rəsulu (s.ə.a) həmin xislətlərə malik olan şəxsləri «ər-rasixunə fil-ilm» deyil, «minər-rüsixinə film-ilm» hesab edir. Necə ki, məşhur və mötəbər hədisdə islam peyğəmbəri (s.ə.a): «Səlmənu minnə Əhləl- bəyt», — buyurmaqla Salmanın Əhli-beyt üzvlərindən deyil, əslində, o həzrətlərə həqiqi şəkildə tabe olanlardan hesab olunduğuna işarə edib. («Biharul-ənvar», c.65, s.55, hədis100; «əl-Ğarat», c.4, s.67; «əl-Mu`cəmul-kəbir», c.6, s.212; «Mərifətus-səhabə», c.9, s.283)

Yuxarıdakı hədisdə də Allahın rəsulu «minər-rasixinə fil-ilm» deməklə sadalanan xüsusiyyətlərə malik şəxslərin «ər-rasixunə fil-ilm» deyil, onların yolunu tutub gedənlərdən olduqlarını bildirir.

Çünki başqa hədislərə nəzər salsaq, görərik ki, orada «elmdə dərin olan şəxslər»-in açıq-aşkar şəkildə Peyğəmbər və Əhli-beytin (ə.s) olduğu qeyd olunmuşdur.
Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «İnnəl-Qur`ənə muhkəmun va mutəşəbih. Əmməl-ləzinə fi qulubihim zəyğun fəyəttəbi`unə mə təşəbəhə minhu ibtiğaəl-fitnəti vabtiğaə tə`vilihi „va mə yə`ləmu tə`viləhu illəllahu var-rasixunə fil- ilmi yəqulunə əmənnə bihi kullun min indi rabbinə“ var-rasixunə fil-ilmi hum Əlu-Muhamməd — Həqiqətən də, Quranın möhkəm və mütəşabih ayələri vardır. Qəlbləri haqdan batilə tərəf meyil göstərən kimsələr fitnə yaratmaq üçün mütəşabih ayələrə tabe olarlar (Allahın cisim olmasına, həzrət İsanın Onun oğlu olmasına, uca Tanrının qiyamət günü görünəcəyinə etiqad bəsləyərlər. Bunlar cahil insanlardır). „Quranın Əsilmənasını Allah və elmdə dəyişməz olanlardan başqa kimsə bilməz. Elmi sabit olan kimsələr (mütəşabih ayələri gördükdə batil fikirlərə yönəlməzlər, əksinə, belə) deyərlər: biz Qurana (bütünlüyü ilə) iman gətirdik. Onun ayələrinin hamısı Rəbbimiz tərəfindəndir.“ İmam (ə) sözünə davam edərək buyurdu: ayədə zikr olunan „ər-rasixunə fil-ilmi — elmi sabit olan şəxslər“ Ali-Muhəmməddir (ə.s).» («əl-Bürhan», c.1, s.271, hədis:11)

Fuzeyl ibn Yəsar deyir: «İmam Baqirdən (ə) „Quranın Əsilmənasını Allah və elmdə dəyişməz olanlardan başqa kimsə bilməz. “ ayəsindəki „ər-rasixunə fil-ilm (elmi sabit olan şəxslər)“-in kim olduğu soruşulduqda o həzrət buyurdu: Nəhnu nə`ləmuhu — (Elmi dəyişməz olanlar bizik). (Quranın) Əsilmənasını da biz bilirik.» («Təfsiri-Əyyaşi», c.1, s.187, hədis:7; «Biharul-ənvar», c.19, s.27; «əl- Bürhan», c.1, s.271, hədis:14)

Bu hədisin mislini Əbu Bəsir imam Sadiqdən (ə) nəql edib ki, o həzrət buyurub: «Nəhnur-rasixunə fil-ilm. Fənəhnu nə`ləmu tə`viləh — Elmi sabit və dəyişməz olan şəxslər bizik. (Allahdan sonra) Quranın təvilini (Əsilmənasını) məhz biz bilirik.» («Təfsiri-Əyyaşi», c.1, s.187, hədis:8; «Biharul-ənvar», c.19, s.27; «əl-Bürhan», c.1, s.271, hədis:15)

Bureyd ibn Müaviyə deyir: «İmam Baqirə (ə) ərz etdim: Allahın buyurduğu „va mə yə`ləmu tə`viləhu illəllahu var-rasixunə fil-ilm“ ayəsinin mənası nədir? O həzrət buyurdu: yə`ni: tə`viləl-Qur`əni kulləhu illəllahu var-rasixunə fil-ilm. Fə Rasulullahi əfzəlur- rasixin. Qad alləməhullahu cəmi`a mə ənzələ aləyhi minət-tənzili vat-tə`vil. Va mə kənəllahu munzilən aləyhi şəy`ən ləm yu`allimhu tə`viləh. Va ausiyəuhu min bə`dihi yə`ləmunəhu kulləh. əmənnə bihi kullun min indi Rabbinə. — Yəni: Quranın Əsilmənasını bütünlüyü ilə Allah və elmdə dərin olan kimsələrdən başqa şəxslər bilməz. Allahın rəsulu elmi sabit olanların ən üstünüdür. Belə ki, Allah ona bütün ayələrin nə üçün nazil olmasını və onların Əsilmənasını öyrətmişdir. Peyğəmbərə Allah tərəfindən elə bir ayə nazil olmamışdır ki, Allah onun Əsilmənasını ona öyrətməmiş olsun. Peyğəmbərdən sonra isə o həzrətin haqq canişinləri (imamlar əleyhimus-səlam) Quranın Əsilmənasını bütünlüyü ilə bilənlərdir. Quranın təvilini (Əsilmənasını) bilməyənlərin də borcudur ki, həmin ayələri oxuduqda desinlər: əmənnə bihi kullun min indi Rabbinə – biz Qurana iman gətirmişik. Onun ayələrinin hamısı Rəbbimiz tərəfindəndir.» («Təfsiri-Əyyaşi», c.1, s.187, hədis:6; «Biharul-ənvar», c.19, s.27; «əl-Bürhan», c.1, s.271, hədis:13. Bu hədisi qısa şəkildə nəql etdik.)

Bəzi şəxslər güman edə bilər ki, biz Quranın təvilinin, həqiqi mənasının yalnız Əhli-beytin (ə.s) bildiyini deməklə onlar haqqında mübaliğə edirik. Necə ola bilər ki, Peyğəmbərin ətrafında olan Əbu Zərr, Salman və Miqdad kimi səhabələr Quranın Əsilmənasını bilməsinlər?!

Qeyd etməliyəm ki, adları sadalanan səhabələrin elmi nə qədər çox olsa da, onları Peyğəmbər və Əhli-beytlə (ə.s) müqayisə etmək düzgün deyil. Çünki Peyğəmbərin Əhli-beyti (imamlar əleyhimus-səlam) o həzrətin Allah tərəfindən təyin olunmuş nümayəndələri, bunlar isə səhabələridir.

Burada mübarək bir hədisə nəzər salaq: «İbad ibn Süheyb deyir: imam Cəfər Sadiqə (ə) ərz etdim: əxbirni an Əbi Zərr. Ə huva əfzalu əm əntum Əhlul-bəyt? Fəqalə (ə): yəbnə Suhəyb, kəm şuhurus- sənəh? Fəqultu: isnə aşəra şəhran. Fəqalə: va kəmil-hurumu minhə? Qultu: ərbə`atə əşhur. Qalə: fəşəhru Raməzan minhə? Qultu: lə. Qalə: fəşəhru raməzan əfzalu əm əşhurul-hurum? Fəqultu: bəl şəhru raməzan?! Qalə: fəkəzəlikə Əhlul-bəyt. Lə yuqasu binə əhad. — Buyurun görək, Əbu Zərr üstündür, yoxsa siz Əhli-beyt?!

İmam Sadiq (ə) ondan soruşdu: ey İbn Süheyb, ilin neçə ayı var?
Dedim: on iki.
Həzrət buyurdu: on iki ayın neçəsi haram (hörməti qorunub müharibə edilməyən) aylardan sayılır? Dedim: 4 ay.
İmam (ə) buyurdu: Ramazan ayı həmin aylardan sayılırmı? Ərz
etdim: Xeyr!

Həzrət soruşdu: Ramazan ayı üstündür, yoxsa haram aylar (Rəcəb, Zilqədə, Zilhiccə və Muhərrəm)? Dedim: əlbəttə, Ramazan ayı.
İmam Sadiq (ə) buyurdu: biz Əhli-beyt də beləyik. Heç kəsi bizimlə müqayisə etmək olmaz. Necə ki, heç bir ayı Ramazan ayı ilə müqayisə etmək olmaz.» («Camiu əhadisiş-şiə», c.10, s.132, kitabussaum, hədis:14382; «İləluş-şərayi`», s.177, hədis:2)

Quranı öz rəyi ilə təfsir etmək

Görəsən, Peyğəmbər və Əhli-beytdən (ə.s) başqa kimsələr (alim və müctəhidlər) Qurani-Kərimi öz rəy və fikirlərinə əsaslanaraq təfsir edə bilərlərmi?

Mütəşabih ayələri möhkəm ayələrlə müqayisə edərək onların düzgün mənasını ortaya çıxarmaq şəriət baxımından heç də qəbahətli bir iş deyil. Çünki onları möhkəm ayələrlə yanaşı qoyduqda insan haqqa tərəf yönələr. Lakin mütəşabih ayələri möhkəm ayələrə təqdim etmədən təfsir etmək insanı haqdan batilə tərəf yönəldər və bu iş Quranı öz rəyi ilə təfsir etmək sayıldığı üçün şəriət tərəfindən qadağan olun- muşdur.

Bir çox mötəbər hədislərdə islam peyğəmbərindən nəql olunmuşdur ki, o həzrət buyurub: «Mən fəssəral-Qur`ənə bira`yihi fəlyətəbəvva` məq`adəhu minən-nər — Quranı öz rəyi ilə təfsir edən kəs cəhənnəm odunda oturmağa hazırlaşsın.» («Əvalil-ləali», c.4, s.37, hədis:154)

Digər bir hədisdə Allahın rəsulu (s.ə.a) buyurub: «Mən qalə fil- Qur`əni biğayri ilmin cə`ə yauməl-qiyəməti mulcəmən bilicəmin min nər — Elmi olmadan Quran ayələri haqqında danışan kəs (ərəsati- məhşərə) ağzına oddan licam vurulmuş halda gələr.» («Biharul-ənvar», c.3, s.223, hədis:14; «Sünəni-Tirmizi», c.10, s.206, hədis:2874)

Başqa bir rəvayətdə Əbu Bəsir deyir: «İmam Cəfər Sadiq (ə) buyurdu: mən fəssəral-Qur`ənə bira`yihi in əsabə ləm yu`cər va in əxtaə fə huva əb`adu minəs-səmə` – Quranı öz rəyi ilə təfsir edən kəs ayənin düzgün mənasını tapa bilsə də, ona (Mütəal Allah tərəfindən) əcr verilməz (Çünki o, qadağan olunmuş yola əl atmışdır). Əgər bu işdə xətaya yol versə, o, (Allah dərgahından, Onun rəhmətindən) yerdən göyə qədər uzaqlaşdırılar.» («Biharul-ənvar», c.89, s.110, hədis:13)

Əmr ibn Şüeyb deyir: «Bir gün Allahın rəsulu (s.ə.a. s) evindən
çıxdıqda bir dəstə elə insanla rastlaşdı ki, onlar söhbət etdikdə Quran ayələrinə istinad edirdilər (Onların bəzisi öz iddiasını irəli sürmək üçün bir ayə söyləyir, digəri isə zahirdə onun əksinə görünən başqa bir ayə deyirdi). Həzrət Peyğəmbər onları belə gördükdə qəzəblənərək buyurdu: bihəzə zallətil-uməmu qabləkum bixtiləfihim. va innəl- Qur`ənə ləm yunzəl liyukəzzibə bə`zahu bə`zan. Va ləkin nəzələ yusaddiqu bə`zuhu bəzan. Fə mə araftum fə`məlu bihi va mə təşəbəhə aləykum fə əminu bih — Əvvəlki ümmətlər buna görə yollarını azaraq həqiqətdən uzaqlaşmışdılar. Şübhəsiz ki, Quranın bəzi ayələrinin bəziləri ilə təkzib olunması üçün nazil olmayıb. Əksinə, o, nazil olub ki, bəzi ayələri digərlərini təsdiqləsin. Siz də başa düşdüyünüz ayələrə əməl edin, dərk etməyib şübhəyə düşdüyünüz ayələrə isə iman gətirib onların haqq olduğunu təsdiqləyin!» («əd-Durrul-mənsur», c.2, s.6)

Alim olmayan şəxslərin Quran ayələrinə istinad etmələri bəyənilmir. Çünki onlar bəzən öz əqidələrini sübuta yetirmək üçün nəsx edən ayə əvəzinə nəsx olunmuş bir ayəyə istinad edirlər, möhkəm ayə əvəzinə mütəşabih ayəni dəlil gətirirlər. Yaxud, ümumi məna ifadə edən söz əvəzinə mənası xüsusi olan kəlməyə müraciət edirlər. Ayənin batinindən qəflətə düşüb zahirinə yönəlirlər. Elə buna görə də, həmin şəxslər həm özləri yollarını azır, həm də digər insanları cəhalət və azğınlığa sürükləyirlər. Əslində, belə şəxslərə vacibdir ki, təfsir üsulu elmini dərindən araşdırmadan, bu elmə yaxşı bələd olmadan bu işə girişməsinlər və öz rəyləri ilə Allah kəlamını təfsir etməsinlər.

Mərhum Əllamə Məclisi öz kitabında Muhəmməd ibn İbrahim ibn Cəfər Nömaninin təfsir əsərindən, o da mötəbər sənədlərlə İsmail ibn Cabirdən rəvayət edir ki, o dedi: “İmam Cəfər Sadiqdən (ə) eşitdim ki, buyurur: “. Va`ləmu rahiməkumullah. İnnəhu mən ləm yə`rif min Kitəbilləhi azzə va cəll ən-nəsixa minəl-mənsuxi val-xassa minəl- ammi val-muhkəmə minəl-mutəşəbihi var-ruxasa minəl-azaimi val- Məkkiyyə minəl-Mədəniyyi va əsbəbət-tənzili val-mubhəmə minəl- Qur`əni fi əlfəzihil-munqati`ati val-muəlləfəti va mə fihi min ilmil- qazai val-qadər vat-təqdimi vat-təxiri val-mubəyyəni val-amiqi vaz- zahiri val-bətini val-ibtidə`i val-intihə` vas-suəli val-cəvab val-qat`i val-vasl val-mustəsnə minhu val-cərri fih vas-sifəti limə qablə mimmə yədullu alə mə bə`d. Val-muəkkədi minhu val-mufəssal va azaimihi va ruxasih va məvazi`a fəra`izihi va əhkəmih va mə`nə haləlihi va haramihil-ləzi hələkə fihil-mulhidun val-mausuli minəl-əlfəzi val-məhmuli alə mə qablihi va alə mə bə`dih. Fə ləysə bialimin bil-Qur`əni va lə huva min əhlihi va mətə məddə`a mə`rifətə həzihil- əqsəmi muddə`in biğayri dəlilin fəhuva kəzibun murtəbun muftərin aləllahil-kəzibə va rasulihi va mə`vahu cəhənnəm va bi`səl-məsir — Həqiqətən də, Allah təbarək və təala Muhəmməd peyğəmbəri (s.ə.a. s) göndərməklə peyğəmbərliyə son qoydu. Belə ki, ondan sonra peyğəmbər olmayıb. Ona kitab (Quran) nazil etdi. Quranla da səmavi kitab nazil etməyə son qoydu. Belə ki, həmin kitabdan sonra başqa bir kitab nazil etməyib. O kitabda halal və haram olanları bəyan etdi. Quranın halal buyurduğu qiyamətədək halal, haram buyurduğu isə qiyamətə qədər haramdır.

İmam Sadiq (ə) sözünə davam edərək buyurdu: Allah sizə rəhm etsin, ey camaat! Bilin və agah olun ki, hər kəs izzət və cəlal sahibi olan Allahın nazil etdiyi kitabın nasix və mənsuxunu, xüsusi və ümumi sözlərini, möhkəm və mütəşabihini, müstəhəb və vacibini, Məkki, Mədəni surə və ayələrini, onların nazil olma səbəbini tanımasa, surələrin əvvəlindəki hürufi-müqəttəə işarələrini, Quranın cümlə quruluşunu, ondakı qəzavü-qədər elmini, cümlələrin hansının əvvəl, hansının sonra gəlməli olduğunu, hansı sözün aşkar, hansının dərin mənalı olduğunu, ayələrin zahir və batinini, mübtəda və xəbərini, onda olan sual və cavabı tanımasa, ayələrin harasında dayanmaq, harasını vƏsiletmək lazım olduğunu, istisna olunanı və istisna edəni, özündən əvvəl gələrək sonraya aid olan sifəti, təkid üçün işlənmiş və müfəssəl izahat verən sözü, hökmü dəyişməz və güzəştli ayələri, fərz və vacib əhkamın yerlərini, kafirlərin riayət etmədiklərinə görə həlak olduqları halal və haram hökmlərin mənasını, eləcə də sonra gəlib əvvələ aid olan sözləri bilməsə, belə bir kimsənin Quran haqqında elmi yoxdur və o, heç Quran əhli də deyil. Dəlil və sübutu olmadan bu növlərə bələd olduğunu iddia edən kəs yalançı və şübhəli danışan, Allaha və Onun rasuluna iftira atan kimsədir. Onun yeri cəhənnəm odudur və ora necə də pis bir dayanacaqdır.” («Biharul-ənvar», c.93, s.3; «Təfsiri-Safi», c.1, s.39)

Quranın təfsiri ilə təvili arasında böyük bir fərq mövcuddur. Belə ki, bu sahədə çalışan bir çox insan Quranın təfsirini bilsə də, onun təvilindən xəbərsizdir. Onlar üçün bəyənilir ki, mütəşabih ayələrin məna və təvilini bilmədiklərinə görə Quranı təfsir etməkdən çəkinsinlər. Çünki Mütəal Allahın buyurduğu kimi, «Quranın təvilini Allah və elmdə dərin olanlardan başqa bir kimsə bilməz.»

Yaxşı olar ki, alim və ziyalı insanlar bu müqəddəs Kitabın təfsirini bilmək və onun ayələrindəki bəzi incəliklərə bələd olmaqdan ötrü əmirəl-möminin Əlidən (ə) nəql olunmuş 41 səhifəlik hədisi mütaliə etsinlər (Baxın: «Biharul-ənvar», c.93, s.4-45). Bu mübarək hədisdə o həzrət Qurani-Kərim haqqında insan ağlının heyran qaldığı dərinliklərə toxunmuşdur.

Həzrət Peyğəmbər və Əhli-beytdən (ə.s) nəql olunan hədislərin bəzisində: «Quranın bəzi ayələrinin zahiri bir məna, batini isə başqa bir məna daşıyır», — buyurulmaqda məqsəd həmin ayənin təvil və təfsirinə işarə etməkdir. Bəzi şəxslər Əhli-beytdən (ə.s) nəql olunmuş bu rəvayətləri düzgün anlamadıqlarına görə o həzrətlərin Quranın təhrif olunduğunu iddia etdiklərini güman ediblər. Halbuki, onlar Quranın təhrif olunmasına deyil, həmin ayələrdəki ifadələrin Əsilməna- sına işarə etmişlər.

Görkəmli hədis alimi mərhum Mirzə Hüseyn Nuri Təbərsi (vəfatı: h. q.1320) Quran ayələrinin təvili haqqında həzrət Peyğəmbər və Əhli- beytdən (ə.s) rəvayət olunmuş hədislərdən ibarət «Fəslul-xitab» adlı dəyərli bir əsər qələmə almışdır. Düşüncəsi dar və ürəyi pisliklə dolu səhv əqidəyə malik insanlar həmin əsəri gördükdə bu böyük alimin Quranın təhrif olunduğundan söhbət açdığını güman etmişlər. Halbuki, onun belə bir kitabı yazmaqda məqsədi, əslində, Quranın dərinliklərini, onun ayələrindəki məna incəliklərini və bəzi ayələrin təvilini (Əsilmənasını) üzə çıxarmaq olmuşdur.

Əlidən (ə) nəql olunmuş 41 səhifəlik hədisdə bu mövzu ilə əlaqədar işlənmiş ifadələri misal çəkmək olar. Məsələn, o həzrət buyurur: ” Kuntum xayra ummətin uxricət lin-nəsi tə`murunə bil-mə`rufi va tənhaunə anil-munkəri va tu`minunə billəh... — Bu ayədə («Ali- İmran» surəsi, ayə:110) zikr olunan şəxslər «ümmətlərin ən yaxşısı, yaxşılığı əmr edib pislikdən çəkindirən, Allaha iman gətirən (və hər gün imanını təzələyən)» şəxslərdə məqsəd müsəlman ümməti deyil, onların İmamlarıdır ki, Mütəal Allah tərəfindən belə bir tərifə layiq bilinmişlər. Çünki bu ümmətin arasında zina və livat edən, oğru, yol kəsən, zülm edən, içki içən, Allahın vacib buyurduğu hökmləri zay edən, Onun qoyduğu qayda-qanunları aşan nə çox insanlar vardır. Necə ola bilər ki, Allah öz kəlamında belə şəxsləri ümmətlərin ən yaxşısı hesab edərək onları tərifləsin?! Deməli, bu ayənin zahirində «kuntum xayra ummətin» yazılsa da, o, əslində, «kuntum xayra əimmətin» mənasını daşıyır.«

Gördüyünüz kimi, mübarək hədisdəki bu ifadə Qurani-Kərimin təhrif olunması demək deyil, onun təvilini və Əsilmənasını çatdırmaqdır. Əlbəttə, ayədəki belə diqqətəlayiq nöqtələri düzgün düşüncə və dərin ağıl sahibləri dərk edə bilərlər. Necə ki, təfsirini yazdığımız ayənin sonunda Mütəal Allah buyurur: «. Va mə yəzzəkkəru illə ulul-əlbəb — Bunları yalnız dərin ağıl sahibləri dərk edərlər.»

Lakin ürəyi qaralmış kimsələr mütəşabih ayələri gördükdə onları möhkəm ayələrə müraciət etmədən təfsir etdiklərinə görə haqq yoldan azaraq Allahın cisim olmasına, insanın öz işlərində məcbur olduğuna, Allahın işləri başqalarına təhvil verib Özünün bir iş görmədiyinə inanar, Mütəal Allahı yaratdıqlarına bənzədər və peyğəmbərlərin xətaya yol verib günah etmələrinə əqidə bəsləyərlər. Bütün bunlar belə kimsələrin yalnız mütəşabih ayələrə istinad etdiklərinə görədir. Məsələn, onlar ilk peyğəmbər olan Adəm (ə) haqqında «va asa Ədəmu Rabbəhu fəğava — » ayəsini («Taha» surəsi, ayə:121) gördükdə onu «İnnəllahəstafə Ədəmə va Nuhan va. — » ayəsi («Ali-İmran» surəsi, ayə:33) ilə yanaşı qoymadan həzrət Adəmin günah etməsinə etiqad bəsləyər və bunu dərk etməzlər ki, Mütəal Allah günah edən kimsəni peyğəmbərliyə seçməz. Yaxud onlar bəzi ayələrin zahirini dəlil gətirərək insanın etdiyi ibadətləri Allaha çatmaq üçün bir vəsilə olduğunu və özlərinin müəyyən məqama çatdıqdan sonra həmin ibadətlərə ehtiyac duyulmadığını söyləyərlər. Yaxud da edilən əməllərin insan ürəyinin paklanması üçün olduğunu iddia edib ibadətləri tərk etməyə yer qoyarlar. Halbuki, bütün bu təhriflər Quranı düzgün başa düşməzlikdən və onun ayələrinin Əsilmənasından uzaq düşməkdən irəli gəlir.

“”Quran”da cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur”

“Donuz insandan əmələ gəlib, kim donuz əti yeyirsə, deməli, insan əti yeyir”.

Milli.Az modern.az saytının “Siyasətçi və din” rubrikasının növbəti müsahibi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun müsahibəsini təqdim edir.

– Sərdar bəy, stolunuzun üstündə səmavi hesab edilən kitablar və çoxlu sayda başqa dini məzmunlu nəşrlər görürəm. Deyəsən, siyasi fəaliyyətinizdən yavaş-yavaş uzaqlaşıb, araşdırmalarınızı dini motivlər üzərində kökləyəcəksiniz.

– Xeyr. Mən siyasətdən uzaqlaşmamışam. Mən hələ siyasətə gəlməzdən əvvəl də elmlə məşğul olurdum. Orta məktəbdə bütün şagirdlər, müəllimlər mənim qeyri-adi dərəcədə elmə marağımı görürdülər. Bu, universitet həyatımda da belə idi.

Mən siyasətə gələndən sonra elmdən uzaqlaşmamışam. Elmi fəaliyyətim son zamanlar məni yeni bir elm yaratmağa gətirib çıxardı. Bu, kondisologiya elmidir. Bu elm sahəsi mütləq həqiqətin dərk edilməsi üsulları və metodlarından bəhs edir.

– Bu barədə mətbuatda çox danışmısınız. “Mütləq həqiqət” ifadəsi üzərində dayanacağam. Çünki heç şübhəsiz, “mütləq həqiqət” deyərkən səmavi kitablardakı Allah fenomenini nəzərdə tutursunuz. Həmin o “mütləq həqiqət”in tərifini necə verərdiniz?

– “Mütləq həqiqət” əslində ehkam deməkdir. Bizdə isə ehkam başqa mənada işlənir. Ehkam tənqid edilməsi, əvəz edilməsi, dəyişdirilməsi mümkünsüz olan həqiqətdir. Bu həqiqətə o qədər mütləqdir ki, ondan nəsə qoparmaq və ya ona nəsə əlavə etmək qeyri-mümkündür. Bütün mütləq həqiqətlər Allaha aid sifətlərdir. Allahın mütləq əlamətləri müxtəlif şəkillərdə ifadə olunur. Ona görə deyirlər ki, Allahın 99 adı var. Bu adlar Allahın mütləq həqiqət olduğunu təcəssüm etdirən ayrı-ayrı elementlərdir.

– O zaman siz “Quran”ı mütləq elm hesab edirsiniz?

– Bəli, “Qurani-Kərim” yeganə mütləq elmdir.

– Bunu necə sübut edərdiniz?

– Allah “Quran”da buyurur: “Mən hər şeyi dərəcələyənəm”. Yəni Allah-Təala bununla demək istəyir ki, “Quran”ın mənaları müxtəlif dövrlərdə, müxtəlif düzlük dərəcələri ilə dərk olunur.

– Amma islam dinində bu qədər təriqət, məzhəb var. Ortada mütləqlikdən söhbət gedirsə, bütün bu təriqətlərin yaranması nisbilik əlaməti deyilmi?

– İslamda təriqətlərin yaranmasının yeganə səbəbi “Quran”ı düzgün başa düşməməkdir. “Quran”da buyurulur ki, insan bu kitabı oxuduqda, hansısa çətinliyə rast gəlirsə, dayanmalıdır. Amma bəzi alimlər həmin çətin başa düşülən ayələri öz istədikləri kimi yozurlar.

– Sərdar bəy, haqlı deyillərmi? Olmazdımı ki, hər şey açıq-aydın izah olunaydı, ortaya da problemlər çıxmazdı. Yəni sizə elə gəlmirmi, bu çətinliklər özü alimlərin müxtəlif şərhlərinə imkan yaradır?

– Alimlər, özlərindən bir şey fikirləşəndə, ona ad qoyur. Bu da təriqətlərin yaranmasına gətirib çıxarır.

– Sizin tapdığınız kondisologiya elmi də öz düşüncənizin məhsuludur. Belə olan halda digər islam alimlərini niyə ittiham edirsiniz?

– “Quranda” kondisologiya sözü yoxdur. Mən “Qurani-Kərim”dən kondisologiya sözünü tapıb çıxarmışamsa, demək ki, “Quran”ın bütün ayələrini yanlış yozacam. Amma mən “Quran”dan tapdığım elmi araşdırmışam. Onun əsasında elm yaradıb adını kondisologiya qoymuşam. “Quran”da elə ayələr var ki, bununla bağlı axundlara, mollalara sual verəndə deyirlər: “Bu, şəri məsələdir”. Yəni cavab verə bilmirlər.

– Məsələn?

– “Quran”da möminlərə cənnətdə nar döşlü qadınlar vəd olunur. Nar şəklindəki döş ilk baxışda kişilərdə şəhvət yaradır. Onda istər-istəməz sual olunur ki, bunun mənası nədir? “Qurani-Kərimdə”ki bu ifadə ilə bizim başa düşdüyümüz məna eyni deyil.

– Bəs nədir?

– Nar döşlü ifadəsi “Quran”da ayrılmayan addır. Ayrılan adlar onlardır ki, bu adlar müstəqil şəkildə mövcud olur və nəyəsə işarə edir. Məsələn, nar ağacda bitən bir meyvədir. Qadının da döşü nara bənzəyir. Bu kontekstdən yanaşanda həmin ayə səhv anlaşılacaq, düz başa düşülməyəcək. Əslində, bu, bizim anladığımız nar və qadın döşü deyil. Bu, narla döşün fərqli əlamələri bir-birindən kənarlaşdırıldıqdan sonra hər ikisi üçün eyni olan əlamətlərin Allahın bir adına olan işarəsidir.

– Sözünüzü kəsməli olacağam, çünki izah etdiyiniz mexanizmdən bir şey anlamadım.

– (Gülür). Qoymadınız axı fikrimi tamamlayım. Bu dediyim əlamət Alahın yaradan sifətinin mənasından ibarətdir. Biz “Quran”da döşlə bağlı başqa bir ayəyə baxsaq, görərik ki, süd, qan və həzm olunmuş qidanın birləşməsindən əmələ gəlir. Burdan belə bir sual doğulur: qanın əlaməti xalis şəkildə nədə görünür? Narın suyunda. Narın suyu ilə qanı xarici görünüşü eyni cürdür. Amma qanda olan üzvi maddələrin heç biri narda yoxdur. Deməli, Allah bu ayədə qanın və südün necə əmələ gəlməsini izah edir.

İnsan döşün içini görə bilmir. Amma narın timsalında südün necə əmələ gəlməsini izah etmək olar. Narı açıb giləsini götürsək, görərik ki, həmin gilənin içərisində bərk bir maddə var. Onun qırağında isə su, suyun arxasında isə görünməyən pərdə var. Bu pərdəni deşən kimi oradan su axmağa başlayır. O nar dənəsindən tərləyən su necə şirə kimi axırsa, döşün içərisindəki bərk adacıqlar da elə tərləyir və pərdəni deşib süd çıxır. Beləliklə, Allah başa salır ki, narla döşün bir-birindən fərqli əlamətlərini atdıqdan sonra hər ikisi üçün eyni əlamətlərə malik bir varlıq yaradacaq. Amma bu, qadın olmayacaq.

– “Quran”da siz dediyiniz varlıq, qadın obrazında insanın beynində canlanır. Amma siz deyirsiniz ki, həmin varlıq qadın olmayacaq. Heç şübhəsiz ki, kişi də olmayacaq. Bəs o nə olacaq?

– Buyurulur ki, bu, əbədi bakirə olacaq. Yəni əbədi bakirənin bir orqan kimi qızlığı yoxdur. “Quran”da cənnətdə vəd olunan həmin qadının cinsiyyət orqanı yoxdur. Allah buyurur ki, cənnətdəki həmin varlıq adi həyatda bir qadının kişiyə verdiyi zövqdən də yüksək bir həzz yaşadacaq. Bu, bizim dünyamızda ülvi məhəbbətin kişilərdə yaratdığı zövqdən milyard dəfə böyük olacaq. Özü də şəhvət olmadan.

– Sizin fikirlərinizi tam şəkildə qəbul etdiyimi deyə bilmərəm, amma hansısa din xadiminin sizin kimi bir şərh vermədiyini nəzərə alsam, deyə bilərəm ki, maraqlı danışdınız. Bəs din xadimləri niyə bu cür fəlsəfi mühakimə ortaya qoya bilmirlər?

– Bəli, islam alimləri, axundlar, mollalar bunu başa düşmürlər. Ona görə də başlayırlar axirəti bu dünya kimi təsəvvür etməyə. Deyirlər ki, o dünyada, cənnətdə qadınlar olacaq, kef olacaq. Allah bu dünyada kişi üçün arvad yaradıbsa, o biri dünyada qadına nə ehtiyac var?! Və ya hər iki dünyanın yaranmasının nə mənası var?!

– Mənə elə gəlir ki, söhbətimizdəki dərin fəlsəfi fikirlərə bir yüngüllük gətirmək üçün başqa bir suala keçməyin zamanıdır.
Maraqlıdır, Sərdar Cəlaloğlu uşaqlığından dinə meylli olub, yoxsa siyasətə gələndən sonra?

– Mən uşaqlıqdan Allaha, dinə inanmışam. Amma dindar olmamışam. Mənim anam seyid qadın olub, namaz qılıb, oruc tutub. Atam da həddən artıq təmiz bir müəllim, insan olub. Atam bir dəfə də olsun haram tikəyə əl uzatmayıb. Atam bir müddət namaz qıldı, lakin sonra müəllim olduğuna görə sovet hökuməti ona namaz qılmağı qadağan etdi. Biz həddən artıq kasıb yaşamışıq, ancaq qohuma, qonşuya əlimizdən gələn köməkliklər etmişik. Mənim atam öz pulu ilə imkansız şagirdlərə dəftər, qələm alırdı. Bunun üstündə evimizdə həmişə mübahisə düşürdü. Anam atama deyirdi ki, özümüz çox çətin dolanırıq, amma sən bütün imkansız şagirdlərə pul köməkliyi edirsən. Lakin atam da cavab verirdi ki, bütün uşaqlar oxumalıdır. Mən belə bir ailədə böyümüşəm.

– Uşaqlıqdan dinə inandığınızı deyirsiniz, bəs o vaxt “Quran”ı oxumuşdunuzmu?

– Xeyr, təəssüf ki, oxumamışdım. Bunun bir səbəbi də bu idi ki, o zamanlar “Quran” Azərbaycan dilinə tərcümə olunmamışdı. Ümumiyyətlə, dinə inansam da, mənim “Quran” haqqında təsəvvürlərim yox idi. Mən “Quran”ı ilk dəfə 6 il bundan qabaq Ziya Bünyadovun tərcüməsində Azərbaycan dilində oxumuşam.

– Oxuyanda hansı qənaətə gəlirdiniz? “Quran” səmavidir, yoxsa adi bir kitab?

– Mən bir neçə dəfə “Quran”ı oxudum. Amma onun səmavi kitab olduğunu ağlım qəbul etmirdi. Hissim isə səmavi olduğunu deyirdi. Məndə çoxlu suallar yaranırdı və bu suallar məndə “Quran”ın səmavi, ilahi bir kitab olmaması fikrini formalaşdırırdı.

– Bəs fikirlərinizdə birdən-birə dönüş nöqtəsi yaradan nə oldu?

– İki il bundan əvvəl orucluq ayından bir neçə ay öncə məndə qəribə bir hiss yarandı. Elə bil içimdən bir səs deyirdi ki, mütləq oruc tutmalıyam. Düzdür, mən əvvəllər də oruc tutmuşdum. Amma indi bu istəyimin motivində daha dərin bir düşüncə olduğunu hiss edirdim. Yoldaşıma dedim ki, orucluq nə vaxt başlayır? O da dedi ki, hələ 3 ay var. Amma özüm də hiss etmədən həftədə bir neçə dəfə bu sualı yenidən yoldaşıma vermişəm. O da mənə sual verdi ki, niyə bu qədər orucluqla maraqlanıram. İçimdə dərin bir hiss var idi, o hiss deyirdi ki, orucluq tez gəlsin və mən oruc tutum.

Nəhayət ramazan ayı gəldi və mən oruc tutmağa başladım. Daha sonra orucluğun dərin mahiyyətini araşdırmağa başladım. Bir daha “Quran”ı əlimə alıb orucluqla bağlı ayələri oxumağa başladım. Amma yenə də o ayələri tam başa düşmürdüm. Məcbur olub, “Quran”ı yenidən başdan oxudum. Çünki orucluğun fəlsəfəsini dərk etmək üçün “Quran”ı əvvəldən axıra qədər oxumaq lazımdır. Amma yenə də heç nə başa düşmədim. “Quran”ı bir daha oxudum. Amma bu dəfə fundamental şəkildə. Daha sonra isə təriqət və məzhəbləri araşdırmaq üçün “Quran”ı tamam başqa aspektdən oxumağa başladım. Sonra gördüm ki, “Quran”da məzhəb, təriqət yoxdur. Yəni, məzhəbçilik, təriqətçilik düz yol deyil. Mən bu zaman “Quran”ı dərk etməyə başladım.

– İslamda düz yol nədir?

– Yerinə düşən sualdır. Allahın yolunu başa düşmək lazımdır. Bəs Allahın haqq yolu nədir? Mən “Quran”da yollarla bağlı ayələri dərindən araşdırdım. Bununla da iman gətirməyin metodologiyasını kəşf etdim. Hazırda 10 cilddən ibarət “Qurani-Kərim”ə elmi-fəlsəfi izah yazıram.

– Yəqin ki, bunu təfsir adlandırmayacaqsınız.

– Bu, təfsir deyil.

– Məncə, istənilən izahı təfsir adlandırmaq olar.

– Düz düşünmürsünüz. Bir alimin “Quran”ı təfsir etməsi kafirlikdir.

– Sərdar bəy, təfsir yazan alimlərin çoxu ərəb dilini bilir. Siz də ərəb dilini bilirsiniz?

– Bəs o zaman necə belə əminliklə danışırsınız? Nəzərə alın ki, təfsir yazan din xadimlərinin çoxu ərəb dilini mükəmməl bilir.

– Əvvəla, ərəb dili məsələsini heç kim yaxşı başa düşmür. Allah özü “Quran”da bir neçə yerdə bu kitabın ərəb dilində gəldiyinə işarə edir. Həmin o təfsir yazan alimlər deyir ki, ərəb dili incə bir dil olduğuna görə Allah bu dildə “Quran”ı göndərib. Amma dərk etmirlər ki, “Quran”ın ərəb dilində nazil olması özü Allahın özünün bir əlamətidir.

– Yenə mürəkkəbliyə qaçırsınız. Məncə, sözlərlə manipulyasiya edirsiniz.

– (Gülür) Yox, siz yenə də məni başa düşmürsünüz. Bu dediyim əlamət, yoxdan var olmaqdan ibarətdir. Mən indi izah edəcəyəm və güman edirəm, siz də başa düşəcəksiniz. Flektiv dillər yeganə dillərdir ki, yoxdan var olur.

Məsələn, ərəb dilində elə bir neçə hərfi yan-yana düzsən, alınan söz heç bir məna vermir. Amma hərəkələr qoymaqla həmin sözlər məna kəsb edir. Yəni bir məna verməyən sözlər hərəkələrdən istifadə edilməklə çoxlu sayda məna verən sözlərə çevrilirlər.

Allah da deyir ki, “ol” deməklə bütün kainat var oldu. İndi sual verə bilərsiniz ki, bir “ol” deməklə bütün kainat necə yarandı? Mən də deyərəm ki, bəs heç bir mənası olmayan sözlərə hərəkələr əlavə edəndə yüzlərlə söz necə yaratmaq olur?! Ərəb dilinin flektivliyi Allahın yoxdan kainatı var etməsinə bir dəlildir. Bu dəlillərdən biri də, bu dünyadır.

– Bayaq dediniz ki, ananız seyid olub. Bəs onun ocağına düşən olurdumu, ya da ona nəzir verən?

– Mənim anam həmişə çadra örtərdi. 60-cı illərdə atam müəllim olduğu üçün onu məcbur edirdilər ki, anam çadranı atsın. Çünki sovet hökumətinin zamanında çadra gerilik əlaməti hesab olunurdu. Atam gəlib anama bu barədə bildirdi, anam dedi ki, istəyirsən, məni boşa, ancaq mən çadranı atmayacağam. Belə də oldu. Mən görürdüm ki, anama nəzir gətirirlər. Ancaq o, nəzirləri qəbul etmirdi. Bunun səbəbi o idi ki, biz nəzir verənlərdən yaxşı yaşayırdıq. O deyirdi ki, acından ölən birinin pulunu almaq düz deyil. Həmişə anam nəzir gətirənlərə deyirdi: “Elə təsəvvür elə ki, vermisən”.

Mənim anam bir məclisə gedəndə hamı ayağa qalxardı. Kim anamla görüşürdüsə, seyid qızı olduğuna görə onun əlini öpürdü. Bizdə ümumiyyətlə, yaşlı seyidlərin əlini öpərdilər. Anama həmişə Gülsüm xanım deyirdilər. Çünki seyid qadınlara xanım, kişilərinə isə ağa deyərlər. Anam da, atam da Allahın rəhmətinə qovuşub.

– Ana tərəfiniz seyid olub. Bəs xalalarınızda, dayılarınızdan necə, nəzir alan olubmu?

– Mənim xalama indinin özündə də çox şey gətirirlər. Lakin o gətirilən şeylərin hamısını kasıblara, kimsəsizlərə paylayır. Seyidlikdən kim istifadə edib, var-dövlət yığırsa, deməli, o, əsl seyid deyil. Mənim xalam isə bütün ona gətirilənləri paylayır, ondan özünə heç bir şey götürmür.

Hansı seyid sərvət toplayırsa, deməli, o “moşennik”dir.

– Atanız dindar olmayıb. Evdə spirtli içki içilirdimi?

– Yox, heç vaxt mən onun nə siqaret çəkdiyini, nə də içki içdiyini, görmüşəm.

– Bəs siz özünüz spirtli içki içmisiniz?

– Açıq danışacam. Hə, içmişəm. Amma içkiyə meylim yoxdur. Bəzi məclislərdə içirdim. Bunlar cəmi 3, ya da 4 dəfə olub. İçkiyə təbii meylim olmayıb.

– Naxçıvanda Aşura günü qeyd olunanda siz də dini mərasimlərə qatılıb sinə döyərdinizmi?

– Mən uşaq olanda yadıma gələrdi ki, şəbehlər oynanardı. Yəni, Kərbəla faciəsini teatr şəklində göstərirdilər. Amma mən heç zaman məhərrəmliklərdə gedib şəbehlərə tamaşa etməmişəm.

– Ümumiyyətlə, məhərrəmlik islam dininə məxsus bir aydırmı?

– Xeyr. Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir.

– Bu iddianızı necə əsaslandırardınız?

– Xristianlar İncili təhrif ediblər. Bəzi xristianlar İsa peyğəmbərin çarmıxa çəkilməsini dəhşətli ağlaşma və özlərinə əzab verməklə qeyd edirlər. Hətta bəziləri özlərini İsa peyğəmbər kimi çarmıxa çəkirlər.

Bizdə də şiələr başlarını yararaq qan çıxarırlar. Halbuki, imam Hüseynin başını kəsiblər. Onda kim ki özünü ona oxşatmaq istəyir, başını kəsməlidir. Xristianlıq islamdan əvvəl olduğuna görə biz deyə bilmərik ki, onlar öz adətlərini məhərrəmlikdən götürüblər. Deməli, məhərrəmlik xristianlığın bəzi qollarından götürülüb. Ümumiyyətlə, şiəlik, xristianlığın, sünnilik isə yəhudiliyin islam dininə tətbiqidir.

– Yəqin ki, həcc ziyarətinə getməmisiniz.

– Yox. Bizim ailədən artıq 3 nəfər həccə gedib gəlib. Onlar böyük bacım, qardaşım Qurban Məmmədov və məndən kiçik bacımdır. Həccə getmək turist səfəri deyil ki.

– Turist səfəri demişkən, belə bir sual verim: bir dəfə həccə getmək kifayətdirmi?

– “Quran”da aşağı hədd bir dəfədir. Amma yuxarı həddlə bağlı məhdudiyyət yoxdur. Ancaq Allah başqa bir ayədə buyurur ki, israf etmək günahdır. Bir dəfə gedib Kəbəni gördün gəldin, adama deyərlər ki, ikinci dəfə niyə gedirsən? Məqsəd Kəbəni görməkdirsə, bir dəfə görmüsən də. Kəbə dəyişmir ki? Həccə hər dəfə gedəndə aşağısı 5 min dollar pul xərclənir. Amma bu pul Allahın əmr etdiyi savab işlərə xərclənsə, daha yaxşı olar. Yəni, qısası, bir neçə dəfə həccə getmək izafdan başqa bir şey deyil. Bu qədər yetimlər, yolsuz kəndlər, kasıblar var. Bunların hamısına kömək etmək ikinci dəfə həccə getməkdən çox-çox vacibdir.

– Bəziləri də həccə gedib-gələndən sonra məişət dili ilə desək, min oyundan çıxırlar. Dələduzluq, başqasının haqqını yemə, içki içmək və s. kimi əməllər.

– Allah deyir ki, mən “Quran”ı kafirlərin qəlbinə zorla yeridirəm. Bu, o deməkdir ki, ürəyində “Quran”la bağlı məlumatları olan kifayət qədər kafirlər var. Siz dediyiniz adamlar kafirlərin ən pisidir. Həccə gedən bir adamın günah etməsi bir peyğəmbərin günah etməsi kimidir. Onun cəzası ikiqat artıqdır.

– Qardaşınız Qurban Məmmədov da həccə gedib. O da dindardır, siz də. Amma ikiniz arasındakı münasibətlər çox soyuqdur, hələ də aranızdakı “buzlar” əriməyib. Hər hansı dini bir bayramda, məsələn, Ramazanda barışa bilərdisinizmi?

– Allah “Quran”da deyir ki, haqqın üzə çıxması üçün atanızın da əleyhinə olsa, şahidlik edin. Deyir ki, ata-ananıza itaət edin, amma onlardan hansısa, ya da hər ikisi Allaha şərik qoşsa, onlara itaətdən əl çəkin. Bu o deməkdir ki, bir adam qohumdursa, o adamın mənfi keyfiyyətlərinə göz yumub, onunla qohumluğu davam etdirməlisən. Kiminsə mənim qardaşım olmağı, məsələni həll etmir. Əsas nöqtə bizim düz, ədalətli hesab etdiyimiz məsələlər ətrafında yaranan fikir ayrılığıdır.

Mənimlə Qurban Məmmədovun fikirləri üst-üstə düşmür. Məsələn, bu adam Əli Kərimlini müxalifətçi, siyasətçi hesab edir. Mən isə Əli Kərimlini müxalifətdə olan, çox yarıtmaz biri hesab edirəm.

– Bu fikir ayrılığına görə qardaşların küsməsinə dəyərmi?

– Mən küsməmişəm. Amma məsafə saxlayıram. Mən Qurban Məmmədovun pis hərəkətlərinə yoluxmamaq üçün onunla məsafə saxlayıram. Bunun nəyi pisdir ki?!

– Təriqətlərə inanmadığınızı deyirsiniz. Amma namaz qılanların çoxu təriqətlərin izah etdiyi metodologiya əsasında ibadət edirlər. Siz hansına yaxınsınız?

– Şiələr əsr namazı ilə zöhr namazını birləşdirirlər. Hələ müsəlmanlar namazın mənasının nə olduğunu dərk etmir. Ayətullahlar namazın mənasını “Fatihə” surəsi ilə eyniləşdirir. Halbuki, “Fatihə” surəsinin mahiyyəti namazın mənası deyil. Şiələr namazın mənasını nə olduğunu bilmədiyinə görə iki namazı birləşdirirlər. Bəzi şiə alimləri isə oyun oynayır, əlavə sözlər gətirirlər. Həzrəti Əli ilə bağlı namaza gətirilən məsələ yanlışdır. Möhürlə namaz qılmaq “Quran”a ziddir. İstənilən ayətullalarla mən debata hazıram. Hamısı ilə televiziyada mübahisəyə edərəm və onlara sübut edərəm ki, namazla bağlı dedikləri yanlışdır. Allah deyir ki, düz yol onun əmrlərinin düzgün icrasıdır. Şiələr deyir ki, zöhr namazından bir qədər sonra əsr namazı başlayır.

Əsr vaxtı kiminsə şəxsi istəyi ilə təyin olunan bir məsələ deyil. Bu, kainatın idarə olunması ilə müəyyən edilən bir vaxtdır ki, buna da əsr deyərlər.

“Quran”da Allah özü əsrə and içir. Bu o deməkdir ki, bunda Allahın elə bir sifəti var ki, burada mütləq əhəmiyyətlilik var. “Quran”da deyilir: “And olsun əsr vaxtına”. Şiələr isə əsr vaxtını gətirib zöhr vaxtı ilə birləşdirirlər. Bu nə deməkdir axı?!

– Ətraflı izah idi. Amma mən sualıma cavab tapa bilmədim. Bir daha sual edirəm: Siz özünüz necə namaz qılırsınız?

– Möhürlə namaz qılmıram. İqamədə və azanda imam Əlinin adını çəkmirəm. Çünki bu, “Quran”da buyurulmayıb. Mən 5 dəfə namaz qılıram.

– Yəni, Azərbaycanda və islam dünyasında namazı düzgün izah edən bir alim olmadığı qənaətindəsiniz?

– Bəli. Azərbaycanda elə bir alim yoxdur. Baxın, şiələrin müəllimi imam Cəfərdir. Sünnilərin isə əsas alimi imam Qəzzali ilə imam Rəbbanidir. Bu alimlər orta əsr alimləridir. Allah buyurub ki, hər şeyi dərəcələyəndir. Yəni, hər dövrün bir insanı var. İndi bunlara sual vermək lazımdır: Siz bu camaatı orta əsr aliminin sözləri ilə niyə aldadırsınız?

– Keçək övladlarınıza. Onlar da ibadət edirmi?

– Xaricdə yaşayan böyük oğlum namaz qılır. Kiçik oğlum da dindardır. Lakin ortancıl oğlumla qızım namaz qılmır.

– Onlar şiə-sünni namazına fərq qoyurlarmı, yoxsa, sizin kimi heç bir təriqəti sevmirlər?

– Vallah, onu deyə bilmərəm. Mən bu məsələdə heç onların işinə qarışmıram.

– Azərbaycandan bəzi vətəndaşlar İŞİD və digər ekstremist təşkilatların tərkibində döyüşür. Onları buna nə vadar edir?

– Zorakılıqla insanı Allaha inandırmaq istəyənlər, əslində şeytana xidmət edənlərdir. İŞİD-in hərəkətləri İslama qarşı bir aqressiya formalaşdırır. O ki, qaldı, Azərbaycandan İŞİD-ə qoşulanlara, bunun əslində dərin tarixi kökləri var. Əvvəla, deyim ki, İŞİD ideologiyasının vətəni elə Azərbaycan özü olub. İlk dəfə İŞİD ideologiyası 9 əsr bundan qabaq Azərbaycan ərazisində yaranıb. Yəni, İslamın zorakılıqla birləşdirilməsi ideyasının əsası Azərbaycanda qoyulub.

Nizam əl-Mülkün vaxtında Misirdə indiki baş nazir vəzifəsini icra edən Həsən Səbbah ölüm cəzasına məhkum olunur. Lakin sonradan onun ölüm cəzası dəyişdirilib və o sürgün edilib. Həsən Səbbah Təbriz yaxınlığındakı Ələmut qalasında yerləşib. O, özünə tərəfdarlar yığıb. Bu gün İŞİD-in törətdiyi əməllərdən fərqlənməyən hərəkətlərlə yadda qalan “Haşhaşilər” təriqətini yaradıb. “Haşhaşilər”in işləri görkəmli adamları, imperatorları öldürmək, Avropada krallara qarşı terror aktı törətməkdən ibarət olub.

Onlar Nizam-əl-Mülkü də öldürüblər. Onlar elm adamlarını da hədəfə alıblar, bununla da bir xof yaradıblar. Eyni zamanda Həsən Səbbah tabeliyində olanlara “get özünü qaydan at” desəymiş, onlar bunu o saat icra edərdilər. Bu gün İŞİD-in lideri Əl-Bağdadi Həsən Sabbahın ideyasını tam mənimsəmiş bir adamdır.

İŞİD ideyası Azərbaycan tarixində Həsən Sabbahdan sonra iki dəfə də üzə çıxıb. Bunun bir qədər dəyişilmiş forması Babəkin rəhbərlik etdiyi Xürrəmilik hərəkatında öz əksini tapıb. Babəkin hərəkatı İslam dininə qarşı zorakılıqla müşahidə olunub. Bir də camaata qarşı Koroğlu hərəkatı zorakılıqlar edib. Həsən Sabbah, Babək, Koroğlu Azərbaycan ərazilərində olublar və onların ideologiyası bu günkü İŞİD-in ideologiyası ilə eynidir.

İŞİD ideologiyasının dünyaya yayılması Dəccal hərəkatıdır.

– Dini araşdırırsınız. Belə bir sual verim: Dəccal harada peyda olacaq?

– Misir alimləri müəyyənləşdiriblər ki, Dəccal Azərbaycan ərazisində peyda olacaq.

– Sərdar bəy, müdaxilə edəcəyəm. Misir alimlərinin fikirlərini yekun dini rəy hesab etmək nə dərəcədə doğrudur?

– Mən Misir alimlərinin qənaətini ona görə təsdiq edirəm ki, bunun 3 nümunəsi Azərbaycanda olub. Həsən Sabbah niyə məhz Azərbaycana gəlmişdi? Çünki onun ideyasının ayaq tutub yeriməsi, yayılması üçün şərtlər məzh Azərbaycanda idi. Babək İslam tarixində yeganə şəxs olub ki, özü müsəlman ola-olan İslam dininə qarşı mübarizə aparıb.

– Sərdar bəy, içində islam dininin təəssübünü çəkənlər niyə Babəkə qarşı belə aqressiya nümayiş etdirir? Sizin bu fikriniz də aqressiyadan irəli gəlir, yoxsa əlinizdə konkret tarixi faktlar var?

– Bizdə tarix təhrif edilir, Babək qəhrəman kimi təqdim olunur. Xürrəmi hərəkatı Hindistan, Pakistan, Əfqanıstanı əhatə edən bir təriqət olub. Bu təriqətin əsas mahiyyəti atəşpərəstliklə buddizmi İslama tətbiq etmək olub. Xürrəmilər atəşpərəstlikdən kef çəkməyi, buddizmdən isə ruhun keçməsi ilə təlimi əxz ediblər. Babəkin, Azərbaycan xalqına, Azərbaycan tarixinə heç bir aidiyyatı yoxdur.

– Nəticə etibarı ilə, Babək yadelli işğalçılara qarşı mübarizə aparırdı, bunun hansı təlimdən nəyisə əxz etməyə nə aidiyyatı var?

– Babək yadellilərə qarşı mübarizə aparmayıb. Babəkin əsl adı Babok Hasandır. Azərbaycan tarixində Babok adlı bir şəxs olmayıb. Bu gün puştuların içərisində çoxunun ad Babokdur. Babək Pakistan mənşəlidir.

Siz sual verin ki, ərəblər Babəki necə tutdular? Babək Bəzz qalasında qalırdı və ordan çıxmırdı. Babəkin dəstəsi ərəb qoşunlarına gecələr hücumlar təşkil edir, qarətlərə yol verirdilər. Bir dəfə isə gündüz vaxtı ərəb qoşunlar ilə açıq döyüşə girirlər. Bununla da, məğlub olurlar. Babək məğlub olandan sonra axşam qaçıb Bəzz qalasına gəlir. Görür ki, bunu tutacaqlar. Erməni arvadını götürüb qaçır arvadının dayısı olan Səhl Sumbatın olduğu əraziyə. Sumbat eşitmişdi ki, ərəb xəlifəsi Babəkin başına 2 milyon dirhəm pul qoyub. Ona görə də Səhl Sumbat Babəki ərəblərə verir. Babəki aparırlar Samaraya.

Xəlifə deyir ki, Babək çoxlu sayda günahsız müsəlmanın qanına bais olduğuna görə onun qolları kəsilməlidir. Çünki, bu, “Quran”da da belə buyurulur. Cəllad Babəkin kəsilmiş qolunu götürüb onu sifətinə döyəcləyir. Babəkin üzü, üst-başı tamam qana boyanır. Bunu bizim tarixdə necə düzəldiblər?! Babək guya öz qanını üzünü sürtür. Bu qədər tarixi saxtalaşdırmaq olmaz axı?

– İstər “Quran”a istinad edilsin, istərsə də, başqa bir kitaba. Nəticədə o cür öldürmək işgəncədən başqa bir şey deyil. Maraqlıdır, bu işgəncəyə necə haqq qazandırırsınız?

– Allah deyir ki, zülmə məruz qalanların qisas alması ədalətdir. Məsələ, sən məni vurursansa, mən niyə bunu cavabsız qoymalıyam?! Allah deyir ki, kim zülmə dözürsə, onun özü zülmkardır.

– Fikirləriniz təzadlara yol açır. Babək özü də ərəb zülmünə qarşı döyüşmürdümü?

– Babəkin vaxtında Azərbaycan müsəlman idi. Hətta Babək özü müsəlman ola-ola təriqət də yaratmışdı. Babəkin vaxtında ərəblər Azərbaycana gəlməyib. Babək o zaman mübarizə aparmış olar ki, ərəblər ilk dəfə Azərbaycan gəlsin. Müsəlman ola-ola Babək İslamın yayılmasına qarşı niyə mübarizə aparırdı?

– Dinlə elm arasında daim bir mübarizə müşahidə olunur. Amma dinlə elmin bir-birindən ayrı olmadığı qənaətində olanlar da var. Bu iki sahə vəhdətdədirmi?

– İki cür elm var: “Quran”la uzlaşan elmlər və “Quran”la uzlaşmayan elmlər. Uzlaşanlar həqiqi elmlərdir. Uzlaşmayanlar isə yalançı elmdir.

Darvinin təkamül nəzəriyyəsi, Lomonosovun enerjinin saxlanması qanunu, Eynşteynin nisbilik nəzəriyyəsi yalandır. Özü də bunların hamısı fundamental yalanlardır. Darvinin təkamül nəzəriyyəsini axmaqlardan başqa heç kim müdafiə etmir.

– Amma dünyanın aparıcı alimləri Darvinin nəzəriyyəsinə istinad edir.

– Darvinin nəzəriyyəsi xurafatdan başqa bir şey deyil. Bunu elm də, fəlsəfə də sübut edir. Darvin insanın meymun oxşamasını əsas gətirərək iddia edir ki, insanın əcdadı meymun olub. Fəlsəfə deyir ki, oxşarlıq təşkil edən şeylər bir-birinə keçə bilməz. Məsələn, bir var insanın şəkli, bir də var insanın özü. Halbuki, həmin insanın özünü heç cür şəkilə çevirmək olmaz. Oxşarlıq eynilik deyil, oxşarlıq keçid demək deyil.

– Donuz əti niyə “Quran”da haram buyurulur?

– Allah deyir ki, o insanların bəzilərini meymuna və donuza çevirib. Deməli, Allah deyir ki, meymunların bəzi növləri insandan əmələ gəlib. Bu, həm də o deməkdir ki, insan varlığı iki yerə parçalanıb, onun bir formasından meymun, bir formasından isə donuz yaranıb. Yəni, insanın mahiyyəti bu heyvanlara keçib. Donuzun İslamda yeyilməsinin qadağan olunmasının səbəbi də budur. Donuz insandan əmələ gəlib. Kim ki, donuz əti yeyirsə, deməli, o, insan əti yeyir.

– Azərbaycanda bir çox ilahiyyatçıları, məsələn Hacı Şahin Həsənlinin, Hacı Taleh Bağırzadənin, Hacı Qamət Süleymanovun və digərlərinin çoxlu sayda tərəfdarları var. Sizcə onlar İslam dinini düzgün təbliğ edirlərmi?

– Müsəlmanların indi bu günə düşməsinin səbəbi odur ki, İslam dinində alim yoxdur. Hacı Şahin Həsənli, Hacı Taleh Bağırzadə və Hacı Qamət “Quran”ı tam və mükəmməl şəkildə bilmədiyinə görə, o alimlərin hamısı İslamı düz təbliğ etmirlər.

– Ölkədə dini sahələrə səlahiyyət bölgüsünə dair Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında gizli rəqabətin olduğu iddia olunur. Sizcə, onların hansı daha geniş səlahiyyətə malik olmalıdır?

– Qafqaz Müsəlmanları İdarəsinin İslam dini ilə yaxından-uzqdan bir əlaqəsi yoxdur. İslam dinində bu cür idarənin olması ilə bağlı heç bir şey yoxdur. Heç Məhəmməd peyğəmbərin hədislərində də belə bir şey buyurulmayıb. Nə də dünyanın hansısa bir müsəlman ölkəsində belə bir qurum var. Dini Komitə isə rəsmi qurumdur. Bu qurum dinlə dövlət arasındakı münasibətləri tənzimləyir, arada olan problemləri yoluna qoyur. Amma Qafqaz Müsəlmanları İdarəsi kimi bir qurumun olması isə İslam dininin şərtlərinə uyğun deyil.

Qafqaz Müsəlmanları İdarəsi dini, xalqı hökumətə xidmət edən bir alətə çevirib. Halbuki, Allah buyurur ki, bu din yalnız ona xidmət edilməsi üçün insanlara göndərilib. Qafqaz Müsəlmanları İdarəsi insanları hökumətə itaətə çağırırsa, bu o deməkdir, ki, həmin idarə “Quran”ın tələblərinə zidd hərəkətlər edir. Allahdan başqa nəyəsə itaət etməyə çağırmaq Allahın əleyhinə olmaqdır.

– Ateistlərə, dinə inanmayanlara münasibətiniz necədir? Onlar rasionaldırmı?

-Sizin vasitənizlə çağırış edirəm: Azərbaycanda istənilən bir ateistlə televiziyada debat keçirək, o mənə ateizmin bir dənə elmi əsasını gətirsin, mən siyasətdən də, elmdən də gedəcəyəm və namazı tərgidəcəyəm. Elmi ateizmin ən görkəmli akademiki ilə də müzakirəyə hazıram.

Ateizm sofistika üzərində qurulan bir düşüncədir. Yəni zahirən ağıllı görünür, lakin mahiyyət etibarı ilə yalandır. Mən ateistlərin bütün arqumentlərinin yalan olduğunu sübut edərəm.

– Ateistlər, dini leksikonla desək, kafirlər o biri dünyada cəhənnəmə düşəcəklərmi?

– Ateistlərin o biri dünyada cəza alacağı şəksiz və şübhəsizdir.

Milli.Az

Bunu necə təyin edə bilərəm ki, məni dost kimi qeyd etməsinlər?

“Əsgər mənə dedi ki, ay qardaş bu nədir eee qalmışıq bir-iki dığanın əlində. Əmr verin bunları məhv edək bitsin də. Belə əsgəri necə sevməyəsən axı?”

-Cənab general, öncə hərb sahəsini seçməyinizdən başlayaq. Bu necə baş vermişdi və indiyədək bu sahədə ən böyük uğurlarınızın nələr olduğunu düşünürsüz?

-1972-ci ildə Azərbaycan Respublikası Ali Soveti adına hərbi məktəbə daxil olmuşam. Quru qoşunları zabiti yox, hərbi pilot olmaq istəyirdim. Amma sonradan qohum-əqrəba razı olmadı, fikirlər dəyişildi. Nə isə. Həmin məktəbdə də piyada zabiti olmaq mənim elə də ürəyimcə deyildi. Əvvəlki illər çətin, ağır olsa da, sonradan rahatlaşır, vərdiş halına çevrilir. Bundan sonra 42 il xidmət etdim, 20 il sovet ordusunda, 22 il isə Azərbaycan Respublikasının Milli Ordusunda. Xidmət dövrlərində tank taqım komandiri, piyada komandiri olmuşam. Xüsusi təyinatlı dəstədə də xidmətlərim olub. Dağıstan Respublikasında iki il yarım xidmət etmişəm. Dövlət sərhədi mühafizəsi medalları, sovet ordusunun qırmızı ulduz ordeni və vətənə sədaqətli xidmətin üçüncü dərəcəli ordeni ilə təltif edilmişəm. Sovet ordusunda xidmət etdim, Azərbaycan ordusu yarananda, könüllü şəkildə milli orduya keçdim. Həmin keçid də bir az çətin alındı. Əvvəl götürmədilər, sonra hərbi məktəbə ərizə yazdım. Həmin məktəb o zaman artıq Azərbaycan Ali Hərbi Məktəbi adlanırdı. Qısa müddətli Atəş hazırlığı kafedrasında və Taktik kafedrasında baş müəllim, silsilə rəisi olaraq çalışdım.

Daha sonra Şəmkirdə yeni yaradılan hərbi hissənin qərargah rəisi kimi çalışdım. Sonra yenidən hərbi məktəbə qayıtdım. 1992-ci ildə birinci kursun kursantları ilə birlikdə Ağdam bölgəsinə getdik, iki həftədən çox orada olduq və bir dənə belə şəhidimiz olmadı. İndi həmin kursantların bir neçəsi milli orduda generaldırlar, böyük vəzifələrdə xidmət edirlər. 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində briqada komandiri təyin olundum. Briqadanı yenidən formalaşdırdım, Ağdam və Füzuli bölgələrindəki döyüşlərdə iştirak etdik. Ondan öncə də Müdafiə Nazirliyinin xətti ilə Qubadlı və Füzuli rayonlarında xidməti ezamiyyətdə olmuşam. Qubadlıda milli qəhrəman Əliyar Əliyevlə müəyyən bir dövrdə birlikdə çalışdıq. Füzulidə də bəzi taktiki elementlər, döyüş qabiliyyətləri barədə öz təcrübəmdən bildiklərimi öyrədərək müdafiə sisteminin qurulmasında köməklik göstərmişdim. Sonra isə istiqamət nazir müavini vəzifəsi idi. İcra edildi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə mənə 1994-cü ildə general-mayor rütbəsi verildi. Bundan öncə Bərdə, Yevlax hadisələri zamanı bizim hərbi hissənin bir neçə bölməsi orada iştirak etmişdi. Daha sonra uzun müddət birlik komandiri olaraq çalışdım. Müdafiə Nazirliyində idarə rəisi, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Çin Xalq Respublikasındakı Azərbaycan Səfirliyi nəzdində ilk hərbi əməkdaşı oldum. 6 ildən sonra yenidən idarə rəisliyinə qayıtdım, hərbi xidmət keçmə haqqında əsasnaməyə əsasən, 58 yaşında Silahlı Qüvvələrdən ehtiyata buraxıldım. Hal-hazırda ehtiyatdayam və Heydər Əliyev adına Silahlı Qüvvələr Akademiyasında Hərb Məharəti fənnindən dərs keçirəm. Bu barədə tədris aparır, həm də kitab yazıram.

-Qarabağ müharibəsində bir sıra yüksək vəzifələrdə işləmisiz, eləcə də birlik komandiri olmusuz. O zaman həyata keçirdiyiniz hansı uğurlu əməliyyatları xatırlayırsız və bu əməliyyatların nəticəsi necə olmuşdu?

-Sözsüz ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun fəaliyyətində müsbət döyüşlər, qələbələr kifayət qədər idi. Ermənistana kömək edən digər dövlətlər də var idi. Həm artilleriya, həm oraya göndərilən məsləhətçi zabitlər, həm texnika vasitəsilə kəskin surətdə təsir edirdilər. Ümumi götürəndə, torpaqlar o dövrdə işğal olundu. Baxmayaraq ki, xalqın övladları həddən artıq böyük qəhrəmanlıqlar, cəsurluqlar, rəşadət göstərdilər, nə qədər insan canından keçdi, şəhidlik zirvəsinə yüksəldi. Ümumi ölkədə rəhbər olmadığı üçün fərdi qəhrəmanlıqlar, komandirlər tərəfindən göstərilən qəhrəmanlıqlar heç oldu. Nəzarət yox idi. Misal göstərmək istəyirəm, böyük bir siyasi rəhbər hərbi hissə komandirinə deyir ki, hücuma keç. O, cavabında deyir ki, hara hücuma keçim? Mənə tapşırıq verin. Deyir, hər hansısa bir tərəfə hücuma keç. Tapşırıq verəndə, o hərbi akademiyanı bitirmiş zabit böyük bir hissə komandiri olaraq nə edə biləcəkdi? O kimə nəyi izah edə biləcək, nəyi sübut edə biləcəkdi? Nəzarət yox idi. Nəzarət olmadığı halda da rəhbərlik zəif idi. Nə təşkilati ştat strukturlarındakı problemlər, nə təminat-təchizat problemləri, nə şəxsi heyətin öyrədilməsindəki problemləri aradan qaldıra bilmədilər.

Bir forma geyinməklə əsgəri döyüşə göndərmək olmaz. Əsgər döyüşə hazırlanmalıdır. Vəziyyət həddindən artıq kəskin bir xarakter almışdı. Yaxşı ki, sonra Ulu Öndər qayıtdı. Onun çağırışı əsasında Azərbaycanda onlarla taburlar yaradıldı. Məhz o taburların sayəsində ermənilərin hücum əməliyyatlarının qarşısı alındı. Məhz ulu öndərin gəlməsi nəticəsində Füzulinin 22 kəndi azad olundu. Məhz ulu öndərin qayıtması nəticəsində Beyləqan – Xocavənd istiqamətində min hektarlarla ərazi işğaldan azad olundu. Sözsüz ki, çətin dövr idi, döyüşlər gedirdi. Yaxşı ki, Ulu Öndər xalqın tələbi ilə geri qayıtdı. Bu gün onun övladı Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin o vaxt ulu öndərin yaradıb təməlini qoyduğu ordunu elə bir səviyyəyə gətirib çıxarıb ki, dünyanın aparıcı informasiya agentlikləri, hərbi analitik informasiya agentlikləri Azərbaycan Ordusuna yüksək qiymət verirlər.

-General-leytenant Yaşar Aydəmirovu ən çox əsgərlərin dostu kimi də tanıyırlar. Minlərlə hərbçinin sevgisini necə qazanmışdız?

-Mən hər bir əsgərə çox diqqətlə yanaşmağa çalışmışam. Çünki hər bir ananın ən əziz hissəsi baladır. Çalışmışam ki, əsgər analarının qarşısında gözü kölgəli olmayım. Bunun üçün də gərək əsgərin qarşısında gözü kölgəli olmayasan. O vaxt ərzaq təminatında, əşya təminatında, silah-sursat təminatında böyük problemlər var idi. Onlar o vaxt yarı tox olurdular, yarı ac. Mən əsgərləri həmişə başa düşməyə çalışmışam. Onlara hər zaman yaxın olmağa çalışmışam. Mənimçün belə bir anlayış yoxdur ki, Azərbaycan ordusu, Azərbaycan əsgəri hücuma keçməsin. Onlar həmişə göstərişə uyğun hücuma keçiblər. Ağdamda döyüşlər olan zaman ermənilər efirə çıxıb deyirdilər ki, bunlar kimlərdir axı? Bunlar azərbaycanlılardırmı bu cür qorxusuz şəkildə hücuma keçirlər? Böyük hərbi hissə komandiri olanda, onlara anasının südünə, torpağına and içdirəndə, 2000-3000 nəfər hamısı eyni anda bir saniyədə diz çökərdilər. Mən həmişə əsgərlərə inanmışam. Sözümdən çıxan əsgər olmayıb, ölümə göndərəndə də, “İrəli get!” deyəndə də. Görürəm ki, düşmən qüvvəsi hiyləgərdir və ya qüvvəsi çoxdur, amma mənim əsgərlərim, Azərbaycan əsgəri heç tərəddüd etməyiblər. Mən onları necə sevməyə bilərəm?

-Yəqin ki, əsgərlərlə çoxlu sayda maraqlı dialoqlarınız olub. İndiyədək ən çox yadınızda qalan və sizə ən çox təsir edən söhbət hansı olub?

-Əsgərlər mənə çox suallar veriblər. Amma bir əsgərimin mənə verdiyi sual indi də yadıma düşəndə, məni alovlandırır. O əsgər, çox güman ki, indi ailəlidir. Mən birlik komandiri olanda, ön xətti yoxlamağa gedəndə, bir əsgər mənə yaxınlaşdı: “Cənab general, olar sizə təklikdə bir sual verim?”. Mən onlara həmişə deyirdim ki, mənə açıq-açıq, istədiyiniz sualları verin. Çünki mən əsgərin gözündən onun dərdinin, probleminin olduğunu hiss edirdim. Həmin əsgəri qucaqladım, çəkdim yanıma, dedim ki, gəl, kənarda ver sualını. Bir xeyli aralandı məndən. Çevrildi, mənə Bakı ləhcəsi ilə dedi ki, olar sizə kiçik qardaş – böyük qardaş münasibəti içərisində bir sual verim? Dedim ki, necə istəyirsənsə, hansı sualı istəyirsənsə, ver. Belə balacaboy da bir əsgər idi. Dedi ki, qardaş, bu nədi, durmuşuq 2 dənə “çumo”-nun qabağında, adam yerə girmək istəyir. Birdəfəlik komanda verin, bu torpaqları azad edək də işğaldan. Nə cavab verəsən? Dedim ki, sənin rütbən nədir? “Mənim rütbəm əsgərdi də” deyə cavab verdi. Dedim bəs mənim rütbəm nədir? Deyir, siz general-leytenantsız. Dedim ki, sənin vəzifən nədir? Dedi ki, elə-belə, atıcı. Dedim bəs mənim vəzifəm nədir? Deyir, birlik komandiri. Dedim ki, sən o balaca qəlbinlə, balaca vəzifənlə, balaca rütbənlə nələr çəkirsən. Bəs mən bədbəxt nələr çəkirəm? Mənə baxdı və dedi ki, düz deyirsiz də, siz, ümumiyyətlə, yata bilmirsiz. Dedim ki, üzümün gülməyinə baxma. Biz nizami orduyuq, siyasi işlərə qarışmırıq. Görüşdük, əsgər yoldaşlarının yanına getdi. Bunu mən ilk dəfədir açıqlayıram. Bu cür əsgəri necə sevməyəsən? Necə qələbəyə inanmayasan?

-Cənab general, aprel döyüşlərinin də ildönümü ərəfəsidir. Azərbaycan Ordusu düşməndən üstün olduğunu aprel döyüşlərində təsdiqlədi. Necə düşünürsüz, Azərbaycan Ordusu, əsasən, hansı meyarlara görə düşməni geridə qoyur?

-Birincisi odur ki, bizim Ali Baş Komandanımız var. Hər zaman ordu ilə maraqlanır. Əsas amil budur. Ordunun təminat və təchizatına, öyrədilməsinə çox vəsait ayrılır. İkincisi budur. Üçüncüsü, zabit kadrlara diqqət yetirilməsidir. Dördüncüsü, genofonddur. Vuruşmaq, qaytarmaq, torpağı işğaldan azad etmək psixologiyasının hamımızda olmasıdır.

-Qeyd etmişdiz ki, ermənilər bir də genişmiqyaslı təxribata əl atsalar, artıq bunun cavabı apreldəki kimi kiçik həcmli olmayacaq. Necə təsəvvür edirsiz Azərbaycan ordusunun növbəti cavabını?

-Növbəti cavab kəskin və birdəfəlik olacaqdır. Mən bunu gözəl sözlər olsun deyə demirəm. Söhbət Dağlıq Qarabağdan getmir, söhbət Ermənistanın taleyindən gedir. Bunlar pafossuz cümlələr deyil. Bu, həqiqətən də, belədir. Aprel döyüşləri kimi iki istiqamətdə yox, on-on beş istiqamətdə olsa, nəinki Qarabağda, Ermənistanın cənub hissəsində də bircə adam belə qalmayacaq. Qaçacaqlar. Qaçmağa yerləri belə olmayacaq.

-Cənab general, Azərbaycan ordusunun gücünü ən yaxşı bilənlərdən biri sizsiz. Kənar güclərin müdaxiləsi olmasa, Qarabağı azad etmək üçün bizə nə qədər vaxt lazımdır?

-Qarabağı işğaldan azad etmək üçün bizə uzun müddətli müharibə lazım deyil. Bir-iki sarsıdıcı zərbə ilə onlar qaçmağa başlayacaqlar. Sonra Azərbaycan Ordusunun hissələri kolon şəklində müxtəlif istiqamətlərdə – cənubda, şimalda, mərkəzdə dövlət sərhədinə çıxacaqlar. Kolon şəklində. Bunun başqa yolu yoxdur. Əsaslandırım? Onların neçə günlük döyüş aparmağa silah-sursatları var? Onların səfərbərlik ehtiyatları var? Onların beş gün, on gün döyüş aparmağa mərmiləri var? Bir-iki xırda əks həmlə onları belə sarsıtdısa, iri birləşmə birlikləri hücumu ilə onlar necə baş edəcəklər?

-Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyadan başqa İsrail kimi ölkələrdən də hərbi texnika alır. Sizin fikrinizə, bu texnikaların döyüşdə bizi önə salmaq payı nə qədərdir?

-Bəli, biz bir dövlətdən silah-sursat almırıq. Azərbaycan ən elit dövlətlərdən ən müasir silahların nəinki özlərini, onların istehsal texnologiyalarını da alır. Azərbaycanda bu silahları istehsal edən müəssisələr də kifayət qədərdir. Biz köhnə silah almırıq. Bizdəki köhnə silahlar çoxdan ön xətdən çıxarılıb. Bir hissəsi təkrar emala göndərilib, bir hissəsi də modernləşdirilib. Ermənilər də guya, gedib ruslardan tank alıb azərbaycanlıların başını aldadırlar.

-Prezident son çıxışında qeyd etdi ki, Azərbaycan hərbi potensialını tam istifadə etsəydi, Ermənistanda daş daş üstündə qalmazdı. Bunu hərb dilində Ermənistan üçün necə izah edərdiz?

-Ali Baş Komandan onu çox mədəni surətdə dedi. Nəinki daş daş üstdə qalmayacaq, heç o daşların qəlpələrinin düşdüyü yerlər tapılmayacaq. O söz həqiqi sözdür. Ayılsınlar. Nə düşünürlər?

-İşdən sonra nəylə məşğul olmaq sizi rahatladır? Ən çox sevdiyiniz məşğuliyyətlər nələrdir?

-İşdən sonra evə gələndə, fiziki işlə məşğul olmağı sevirəm. Kitab dəlisiyəm, vaxtım varsa, kitab oxuyuram. Bizim kanalların bəzi unikal verilişlərini izləyirəm.

-Yaddaşınızda saysız-hesabsız döyüşlər, maraqlı hadisələr var. Bunları bir kitab halında toplamağı düşünmüsünüzmü? Yazsaz, o kitabın adı necə olardı?

-Hələlik Azərbaycan hərb nailiyyəti tarixinin materiallarını toplamaqla məşğulam. Öncə istəyirəm ki, bu dərs vəsaiti hazır olsun. Əgər dediyiniz kimi bir kitab hazırlasam, adı “Zabit şərəfi” olardı.

-Cənab general, hərbçi olmasaz, kim olmaq istərdiz? Həsəd apardığınız bir sənət varmı?

-Pilot olmaq istəyərdim. Hər hava limanına gedəndə, ürəyim dayanır. Hər kəs bir-iki saat tez gələndə, mən on-on beş saat tez gedib durardım orda.

-Musiqi və filmlərlə aranız necədir, cənab general? Sizə ən çox təsir edən bir mahnı və film adı çəkə bilərsizmi?

-Ən çox mənə təsir edən film “Mən evə qayıdacam” adlı zabitlər haqqındakı film olub. Hər dəfə baxanda, təsirlənirəm. İkinci belə bir film özümün də hərbi məsləhətçi kimi iştirak etdiyim “Uçuş xətti” filmidir. Gözəl filmdir. Musiqi isə muğam. Məni öldürə də bilər, dirildə də bilər. Mənim bir dostum var idi, dahi sənətkar deyirəm ona. O, Qədir Rüstəmov idi. Qədir Rüstəmov, Rəmiş, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Tükəzban xanım, Sara xanım, Alim Qasımov və digər gözəl sənətkarların musiqilərini sevirəm.

Ayşən Rəhimova

Foto: Seymur Kərimli

Comments are closed, but trackbacks and pingbacks are open.