Press "Enter" to skip to content

Bank hesabı təsdiqini Erasmusa necə əlavə edə bilərəm

Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Ukrayna

“Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası” təsdiq edilib.

Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qayda hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) həmin hərəkətlər çərçivəsində işlə görülməsindən və xidmət göstərilməsindən əldə edilən vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə qaydasını müəyyən edir.

Bu Qayda publik hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən, Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”na uyğun olaraq hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun publik hüquqi şəxsin xəzinə hesabına köçürülən hissəsindən və bu Qaydada nəzərdə tutulmuş hərəkətlərə aid olmayan digər fəaliyyətdən əldə edilən vəsaitə şamil olunmur.

Publik hüquqi şəxsin bu Qaydada nəzərdə tutulmuş vəsaiti dövlət vəsaiti hesab olunur. Həmin vəsait publik hüquqi şəxsin sərəncamında olur və onun istifadəçisi(sərəncamçısı) dəyişdirilə bilməz. Vəsaitin toplanması və təyinatı üzrə istifadəsi məqsədilə publik hüquqi şəxs üçün xüsusi bank hesabı açılır. Növbəti il üçün publik hüquqi şəxsin əldə edəcəyi vəsait üzrə gəlir və xərclər smetası hər il dekabr ayının 20-dən gec olmayaraq, publik hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilmiş idarəetmə orqanı tərəfindən təsdiq edilir. Publik hüquqi şəxs əldə etdiyi vəsaitdən qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan vəsaiti ilk növbədə fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri xərclərin ödənilməsinə, o cümlədən özünün və tabeliyində olan qurumların işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edir. İşçilərin əməkhaqqı fondu maliyyələşdirildikdən sonra qalan vəsait onların sosial müdafiəsinin gücləndirilməsinə, publik hüquqi şəxsin və tabeliyində olan qurumların maddi-texniki bazasının möhkəmləndirilməsinə və elmi-texniki potensialının artırılmasına istifadə edilə bilər.

Vəsaitdən işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

– işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;

– işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;

– işçilərə maddi yardımın göstərilməsinə;

– işçilərə məzuniyyət haqlarının və ezamiyyə xərclərinin ödənilməsinə.

Publik hüquqi şəxsin və tabeliyində olan qurumların madditexniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə vəsaitlər aşağıdakı istiqamətlərə xərclənir:

– malların (işlərin və xidmətlərin) alınmasına;

– işçilərin əlavə təhsil almasına.

Publik hüquqi şəxsin və tabeliyində olan qurumların işçilərinin əməkhaqqı fondu maliyyələşdirildikdən sonra qalan vəsaitin 50 faizədək olan məbləği işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi üçün ayrılır. Bu, hər ay üzrə ayrılan vəsait işçilərin aylıq vəzifə maaşlarının 2 mislindən çox olmamaqla nəzərdə tutulur. İşçilərin ezamiyyə xərclərinin ödənilməsi “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli qərarına uyğun həyata keçirilir. Publik hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün vəsait yalnız “Publik hüquqi şəxslər haqqında” qanuna uyğun olaraq istifadə edilə bilər.

Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək həyata keçirilir. Bu Qaydada nəzərdə tutulmuş vəsaitin cari ildə istifadə olunmayan hissəsi də aylıq vəzifə maaşına əlavənin ödənilməsi üçün həmin ilin dekabr ayında istifadə olunur. Əmək məzuniyyəti, ödənişli yaradıcılıq və təhsil məzuniyyəti, həmçinin xidməti ezamiyyət dövrü işçinin hesabat ayındakı iş günləri kimi nəzərə alınaraq aylıq vəzifə maaşına əlavə ödənilir, lakin bu əlavə həmin məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.

Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:

– işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin

hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər;

– işçinin qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.

İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər aylıq vəzifə maaşına əlavə orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır. Əlavə hər bir işçinin aylıq vəzifə maaşına əmsal tətbiq edilməklə hesablanır.

Aylıq vəzifə maaşına əlavənin verilməsi üçün əmsal aşağıdakı düstura uyğun olaraq hesablanır:

VMƏC – bu Qaydada müəyyən olunan məbləğ;

VMC – işçilərin (vakant ştat vahidləri istisna olmaqla) aylıq vəzifə maaşlarının məbləğlərinin cəmidir.

Əlavə ödənilən ayda aylıq vəzifə maaşı, iş günlərinin sayı, işçinin iş günlərinin sayı və əmsal tətbiq edilməklə aşağıdakı düstur üzrə hesablanır:

VMƏ – vəzifə maaşına əlavə;

AVM – işçinin aylıq vəzifə maaşı;

İİG – işçinin iş günlərinin sayı;

İG – iş günlərinin sayıdır.

İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

– işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

– mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi;

– qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar.

İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:

– vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi;

– rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;

– normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənməsi.

İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə işlədikləri qurumun (orqanın) rəhbəri tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər. İşin nəticələrinə görə verilən mükafatların məbləği işçinin fəaliyyətinin nəticələrindən asılı olaraq işlədiyi qurumun rəhbəri tərəfindən müəyyən edilir. İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər. Publik hüquqi şəxsin işçilərinin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrinin rəhbərlərinin təqdimatı əsasında publik hüquqi şəxsin rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Publik hüquqi şəxsin tabeliyində olan qurumların işçilərinin fərdi mükafatlandırılması isə onların işlədikləri qurumun rəhbərinin təqdimatı əsasında həmin qurumun tabe olduğu public hüquqi şəxsin rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.

İşçilərə ödənilən vəsaitdən gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara uyğun olaraq tutulur.

VERGİLƏR

İşçilərin stimullaşdırılması üçün nəzərdə tutulan 13-cü maaş qəbilindən olan ödənişlər əməkhaqqı əsasında hesablanıb ödənilir. Bəs əməkhaqqına başqa hansı əlavələr edilə bilər? Onlar necə hesablanır?

Hüquqşünas Şəhriyar Həbilov bildirib ki, qanunvericiliyə uyğun olaraq işçilərə 9 növ əlavə ödənişlər edilə bilər. Onlardan biri hər ilin sonunda işçilərə ödənilməsi nəzərdə tutulan 13-cü maaşdır. Daha dəqiq desək, mükafatlandırma sistemi üzrə istər bayram günləri, istərsə də icra edilən layihələr üzrə və ya əmək fəaliyyətinin yüksək səviyyədə peşəkarlıqla icra edilməsi zamanı verilən həvəsləndirmə vasitəsi kimi pul mükafatıdır.

Xüsusi şəraitdə işləyən işçilərə aid edilən əlavələr isə xüsusilə ağır şəraitdə və ya əmək şəraiti zərərli olan işlərdə çalışanlar üçün və ya gecə vaxtı icra edilən əmək fəaliyyətinə görə ödənişləri əhatə edir. Adi iş saatlarından fərqli olaraq gecə vaxtı çalışanların da əməkhaqqına gecə vaxtına düşən hissə üçün əlavələr hesablanmalıdır.

Daha bir əlavə ödəniş vaxtamuzd işçilərə ödənilən əlavələrdir. Günəmuzd işçilər eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə dəzgaha, maşına, aparata müəyyən edilən normalardan artıq xidmət etdikdə, onların əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əməkhaqqına əlavə müəyyən edilir.

Əmək müqaviləsində nəzərdə tutulan əmək funksiyası ilə yanaşı, müəyyən edilən iş vaxtı ərzində işçi tərəfindən digər peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əməkhaqqına əlavə ödənilməlidir. İşçi öz işi ilə yanaşı, həmin işə aid olmayan başqa işləri də icra edirsə, bu halda da ona əlavə məbləğ ödənilməlidir. Əlavə məbləğ kollektiv müqavilə və ya qarşılıqlı razılıqla müəyyən olunur.

Əməkhaqqına əlavələr sırasında əvəzetməyə görə ödənişlər də var. Özünün əmək funksiyasını yerinə yetirməkdən əlavə, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əgər əvəz edilən işçinin əməkhaqqı azdırsa, onda müəyyən məbləğ razılaşdırılıb ödənilməlidir.

İş günü sayılmayan günlərdə (istirahət, bayram, seçki və s.) və ya iş vaxtından artıq işə cəlb olunduqda işçiyə gündəlik tarif maaşının iki misli, artıq saat üzrə isə saatlıq tarif maaşının iki misli hesablanıb ödənilməlidir.

Əməkhaqqının gecikməsi səbəbindən işçiyə əlavə ödəniş edilməlidir. İşəgötürənin təqsiri üzündən (vaxtında hesablanmama, banka vaxtında təqdim olunmama və s.) işçiyə əməkhaqqı vaxtında ödənilmədikdə (əmək mübahisəsi yaratmırsa) ona gecikdirilmiş hər gün üçün 1 faiz əlavə haqq ödənilməlidir.

Səhv riyazi hesablama zamanı işçinin hesabına əlavə məbləğ ödənilibsə və bu məbləğ işçiyə ödənilən gündən 1 ay (1 ay keçənə kimi həmin məbləğ geri tutula bilər) vaxt keçibsə, bu məbləğ də əlavə kimi işçidə qalır.

İşçi tərəfindən iş ili üzrə hesablanmış məzuniyyət günlərindən istifadə edilmədikdə, həmin günlər növbəti ilin məzuniyyətinə birləşdirilmirsə, bu halda bu məzuniyyət günləri əvəzinə kompensasiya ödənilməli olur. Bu kompensasiya da əməkhaqqına əlavə hesab edilir.

Fərqanə ALLAHVERDİQIZI

ERASMUS+ Proqramına Qəbul Şərtləri – 2023 Xaricdə Təhsil

Son illərdə xaricdə təhsilə maraq və tələbat gün-gündən artmaqdadır. Çünki əminliklə deyə bilərəm ki, istər xaricdə təhsilin keyfiyyəti olsun, istərse də həyat və yaşam keyfiyyəti ilə bir çox gəncin arzusudur ki, xaricdə təhsil alsın və daha sonra orada yaşasın. Bu arzunun reallaşması üçün gənclər ilk növbədə tələbə mübadilə proqramlarına müraciət edirlər. Proqramlar arasında ən məşhur və tələbələrin ən çox faydasını gördüyü proqram Erasmusdur. “Bəs bu proqrama necə müraciət edə bilərəm?” “Qəbul şərtləri nələrdir?” “Hansı universitetlər Erasmus proqramı ilə əməkdaşlı edirlər?” maraq edirsinizsə narahat olmayın birazdan bu suallarınıza ətraflı cavab tapacaqsınız. Əgər Erasmus proqramı haqqında kifayət qədər məlumatlı deyilsinizsə və üstünlükləri nədir deyə maraq edirsinizsə Erasmus Nədir və Üstünlükləri Nələrdir? adlı məqaləmi oxumağınızı tövsiyə edirəm. İndi isə gəlin ilk sualdan başlayaq!

Erasmus Proqramına Necə Qoşula Bilərəm?

Bildiyiniz kimi Erasmus Proqramı Avropa Birliyi tərəfindən yaradılmış və əməkdaşlıq etdiyi TOP universitetlər sayəsində dünyanın dörd bir yanından tələbə qəbulu edir və həmin tələbələrin qəbul olunduğu ölkəyə uçuş biletini qarşılayır və həmin tələbəyə aylıq yaşam xərclərini qarşılamaq üçün hər ay 850 EURO təqaüd verir. Proqram müddəti 3 ilə 12 ay arasında davam edir. Siz bu proqram vasitəsilə həm bakalavr, magistr, doktorantura təhsili ala bilərsiniz, həm də karyeranızda yüksəlmək üçün universitetlərin, şirkətlərin təşkil etdiyi seminar və təlimlərdə, təcrübə proqramlarında iştirak edə bilərsiniz. Erasmus proqramından isə 2 smestr faydalana bilərsiniz yəni hər smestr fərqli ölkələrdə oxumaq mümkün deyildir. Siz sadəcə iştirak etmək istədiyiniz proqram növünü seçib (proqramın növləri barəsində linkdəki məqalədə məlumat vermişəm) vaxtında müraciət etməlisiniz çünki bu proqramda rəqabət güclüdür. 2020-ci ildə 23 azərbaycanlı tələbə bu proqrama seçilmiş və magistr üzrə təhsil almaq təqaüdü qazanmışdır. Rəqabəti və perspektivi güclü olan bu proqrama qəbul şərtləri isə belədir:

  1. Tələbənin təhsil aldığı universitetlə Erasmus proqramı arasında əməkdaşlıq olmalıdır.
  2. Tələbə təhsil aldığı bakalavr səviyyəsi üzrə II və III kursların ilk yarımilində, magistr səviyyəsi üzrə isə I kusrda təhsil almalıdırlar. Seçilən təhsil sahəsi isə tələbənin təhsil aldığı ixtisas ilə əlaqəli olmalıdır.
  3. Universitet ortalama balı olaraq (GPA) 75% olmalıdır.
  4. Təhsil aldığı müddət ərzində tələbənin universitet tərəfindən verilmiş töhmət və ya cəzası olmamalıdır.
  5. Və ən əsası tələbənin ingili dil bilikləri kifayət qədər yaxşı olmalı və İELTS\TOEFL sertifikatı olmalıdır.

Bu tələblərə əlavə olaraq qəbul olmaq istədiyiniz universitet və ixtisasdan aılı olaraq sizdən motivated letter (motivasiya məktubu) və recommendation letter (tövsiyə məktubu) tələb oluna bilər. Məktubların yazılışı və daha ətraflı məlumat üçün isə https://ec.europa.eu/programmes/erasmus-plus/node_en Erasmusun rəsmi saytına baxa bilərsiniz.

Erasmusla Əməkdaşlıq Edən Universitetlər Hansılardır?

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
  • Qafqaz Universiteti
  • Tibb Universiteti
  • Bakı Dövlət Universiteti
  • Xəzər Universiteti
  • Odlar Yurdu Universiteti
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • ADA Universiteti
  • Qərb Universiteti
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Bakı Biznes Univeristeti
  • Azərbaycan Universiteti

Qəbul üçün hansı sənədlər Tələb Olunur?

Erasmus proqramına qəbul 2 formada aparılır: elektron müraciət və müsahibə

Elektron müraciət üçün isə aşağıdakı sənədlər tələb olunur:

  1. Akademik trankript
  2. Dil sertifikatı İELTS və ya TOEFL
  3. CV
  4. Motivasiya mıktubu
  5. Pasportun sürəti
  6. Təhsil aldğınız universitetdən arayış

Proqrama isə sayt və ya təhsil aldığınız universitetdə Erasmus+ ofisi vasitəsilə müraciət edə bilərsiniz. Son olaraq sizlərə QəbulOL şirkəti adından xaricdə təhsil yolunuzda uğurlar və müraciət etdiyiniz hər bir proqram tərəfindən qəbul cavabı almağınızı arzu edirəm!

Comments are closed, but trackbacks and pingbacks are open.