Yaddaşı necə gücləndirmək olar
− Cümə gecəsinin son üçdə birində qalx, mələklər o zamana şahidlik edirlər, o vaxt edilən dualar qəbul olunur. Əgər o saatda qalxa bilməsən, gecənin əvvəlində və ya ortasında qalx, dörd rükət namaz qıl. Birinci rükətdə “Fatihə” və “Yasin”, ikinci rükətdə “Fatihə” ilə “Duxan”, üçüncü rükətdə “Fatihə” və “Səcdə”, dördüncü rükətdə “Fatihə” ilə “Mülk” surəsini oxu. “Əttəhiyyat”ı bitirdikdən sonra Allaha həmd-səna et. Mənə və başqa peyğəmbərlərə də salavat gətir. Kişi-qadın – bütün möminlərdən ötrü Allahdan bağışlanma dilə. Daha sonra da bu duanı oxu” − buyurur və “Hifz duası” adı ilə kitablara düşən duanı təkrar etməyi tapşırır .
Əqrəb bürcü haqqında ♏
Əqrəb bürcü altında doğulan insanları hər şeydən əvvəl həyatda gərgin, güclü və ehtiraslı olmaları səcıyyələndirir. Əqrəb bürcünü Mars və Pluton idarə edir. Bu planetlər Əqrəbə elə bir təmərküzləşmiş güc verir ki, əslındə hər şeyə qadir olur. Əqrəblər hakimiyyət istəyirlər. Onlar Oğlağın sımvolik görüntülü və Qoçun fiziki qüdrətli hakimiyyətini deyıl, bütün qüvvələrə nəzarət edən həqiqi hakimiyyəti ıstəyirlər. Onlar insanları öz iradəsinə tabe etməyi xoşlayırlar. Əqrəb istəyir ki, yaxın adamları və dostları onun ıradəsı ılə hərəkət etsinlər. Bu heç də nə qəddarlıq, nə də aldanışdır, sadəcə onların düşüncə tərzidir. Onun surprizdən xoşu gəlmir; gələcək haqqında biliyə əsasən hadisələri əvvəlcədən görür və necə hərəkət edəciyini yəqinləşdirir. Əqrəblər öz həqiqi hisslərini hər yerdə imkan olduqca gizlədirlər. Əslində qapalı olan bu insanların ıfadə etdikləri duyğu və həyacaniar həqiqi deyil, yalnız bır görüntüdür. Onlar belə güman edirlər ki, əsl hisslərini gizlədərlərsə, ətrafdakı insanların özlərini necə aparmasını bilər və situasiyaya nəzarət edərlər. Əqrəblər həmişə öz hisslərini bir növ cilovlayır və
enerjilərini fövqəladə vəziyyət üçün saxlayırlar. Heç kimdən asılı olmaq və köməksiz görünmək istəməyən Əqrəblər başqasının nəzarətində qalmağı da xoşlamırlar.
Onlar birdən partlamaqdan qorxurlar: daxillərində o qədər enerji toplanıb ki, qabağını buraxsalar kor bir qəzəb və hiddətə də çevrilə bilər. Əqrəbin qəzəb və hiddəti həqiqətən də dəhşətlidir: ona mütləq nəzarət olunmalıdır. Əqrəb hamıya, o cümlədən özünə əzab verir. Reai həyatda əqrəb özünü ölümcül səviyyədə sancır. Zodiak Əqrəb də eynilə onun kimidir.
Situasiya üzərində nəzarət istəyi — Əqrəbdə hər şeyi bilmək həvəsini gücləndirir: hadisələrin gedişatını izləmək, nə baş verdiyini aydınlaşdırmaq üçün bu çox zəruridir. Əqrəblərə həm də səylə işləmək və öz ambisiyalarını gerçəkləşdirmək keyfiyyətləri xasdır; nəyisə etmək qərarına gəldilər, başladıqları işi axıra çatdırıb məqsədlərinə nail olurlar. Bu — hərəkətdə olan enerjinin -Marsın yoludur. Nəyisə onların tələbləri üzrə dəyişdirmək lazımdırsa, hər şeyi yenidən — lap sıfırdan başlayıb qururlar. Bu isə Plutondur — zəruri hallarda hər şeyi əvvəldən başlamaq.
Əqrəb hər bir işi gərginlik altında edir, çünki belə yaranıblar. Başqa bürclərə nisbətən Əqrəb daha böyük intensivlik göstərir, həyatını və işini qərqin ritmlə keçirir.
Rəmzləri: əqrəb, çalağan, qartal, kəllə, şam, piramida.
Rəngləri: sarı, tünd-qırmızı, al, moruğu.
Metalları: dəmir, polad.
Rəngləri: akvamarin, karbunkul, mərcan, beril, yaqut, aydaşı, büllur, topaz, malaxit.
Çiçəkləri: qərənfil, pion, payızgülü.
Anatomik emfazası: cinsi orqanlar, onurğa, ürək-damar sistemi.
Tilsimləri: böcək, əqrəb, kəllə.
Xoşbəxt günləri: çərşənbə axşamı.
Uğurlu rəqəmləri: 4, 5, 8, 9, 1 0, 11, 21, 1 00, 666.
Uğursuz günləri: bazar ertəsi, cümə.
Ölkələri: Almaniya (Bavariya, Saksoniya), Norveç, Əlcəzair, İsveç, Mərakeş, Seylon.
Marsın təsiri altında 24 oktyabr — 2 noyabr tarixdə doğulanlar ümidsiz, təbabətə qabiliyyətli, müalicə etmək istedadı olan insanlardır. Onlar gənclikdə özünə inamlı və yetkinlik dövründə enerjili oliurlar. Mühüm illəri: 1 5, 30, 45, 60.
Günəşin təsiri altında 3-13 noyabr arasında doğulanlar təbiətcə güclü və ehtiraslı, təşəbbüskar və iradəli, nəcib və alicənab olurlar. Mühüm illəri: 1 5, 25, 30, 45, 50, 60, 75.
14-22 noyabr arasında Veneranın təsiri altında istedad, və güclü ehtiraslar, olan insanlardır. doğulanlar yüngülağıl, emosionai və vurğun, artist ıstedadı və güclü ehtirasları olan insanlardır. Mühüm illəri. 1 5, 25, 30, 45, 50.
Əqrəb bürcü və sevgi
Kişj
Əqrəb bürcü altında doğulmuş kişi öz seksual meyfinə çox bağlıdır. O, ehtiraslı, emosional və gözlənilməzdir. Xarakteri — öz arzu və istəklərinin dalmca gedərək heç bir maneəyə baxmadan onları ödəmək; nəticəsi barədə düşünməz. Qoy başqaları onu ürəksiz donjuan — arvad düşkünü hesab etsin — fərqinə varmir.
İnsanlar onun hipnotik seksuallığına — dəmir maqnitə cəzb olunduğu kimi cəlb oiunurlar. Güclü energetik sahəyə malikdir. Lakin qadının ona çox yaxınlaşmasında bir qorxulu cəhət var; seksuallığı xəbərdarlıqsız şəkildə partlaya bilər. Özünə nəzarət etmir. Artıq xoşagəlməz hadisələrlə üzləşmək istəmirsinizsə, ondan uzaq olun. Sevgi oyununda onunla lap yüksəklərə də qalxmaq olar, ən aşağı səviyyəli hərəkətlərə də enmək mümkündür. Çox ehtiraslı olub, məqsədinə çatmaq üçün hər hansı bir riskə gedə bilər; hətta qadını zorlamaqdan da çəkinməz. Kişi-Əqrəb xeyirxahhğı heç vaxt unutmadığı kimi, təhqir və incikliyi də həmişə yadda saxlayır. Yaralansa -yeganə məqsədi qisasçılıq olacaq. Münasibətlərində çox vaxt mübarizə və yarış elementləri olur. Asanlıqla özünə düşmən qazanır; onlar ehtiyatlı olmalıdırlar. İstəniiən konfliktdə Əqrəb təhlükəlidir; qəzəbli, məqsədyönlü və tərsdir. Cüzəşt və kompromis nə olduğunu biimədən axıra qədər vuruşacaq. O, mütəhərrik, dinamik və dostlarına sədaqətlidir. Emosional cəhətdsn qeyri-sabitdir. Heç kimdən asılı olmaq istəmir, ancaq kiməsə arxalanmalıdır.
Həzz və ləzzət aimaq üçün boş-boşuna çox enerji sərf edir. Alkoqolızmə və narkotikə meyli var, lakin başqalarına nisbətən güclü iradəsi və məqsədyönlüyü sayəsində daha tez mənfi adətlərdən yaxa qurtara bilir. Onun üçün iş çox vacibdir. Fiziki əməyi sevmir. Canlı təxəyyülü, cəsarəti və təşəbbüskarlığı onu uğura doğru aparır. Maliyyə işlərində praktikdir; pul məsələsində onu aldatmaq çətindir. Ürək məsələlərində «yox» sözünü başa düşmür. Onun fikrincə, ehtirasın özü bir qanundur. Hiyləgərlik, eqoizm, prinsipsizlik kimi xarakter əlamətləri ola bilər və bütün bunlar onun seksual macəralarında təzahür edir.
Qadın
Qadın-Əqrəb kişini heyran etmək üçün necə gəzmək, danışmaq və görünmək barədə bütöv bir kitab yaza bilər.O, çox seksualdır. Gözlərində və səsində ehtiras aşıb-daşır.
Cəlbedici kişi görəndə onu kütlədən ayırıb fəth etməyi bacarır. Xaricdən bir o qədər qəşəng olmasa da, hipnotik gözlərilə kişinin müqavimətini qırır; sanki kobra bədbəxt dovşanı ağuşuna alır.
Darıxdırıcı tərəfdaşları sevmir. Yüksək dərəcəli, rahat miniklərdə səyahəti xoşlayır və pula qızırqanmır. Enerjisi bir neçə qadına kifayət edər. Yaxşı işləməyi və əylənməyi sevir. Hər şeydə ifratçılığı var. Sevgiyə ciddi yanaşır. Bu bürcün kişisi kimi, o da öz ehtiraslarının quludur. Lakin onun həyat eşqi kişidən asılı olmadan mövcüddur.
Yataqda tələbkardır və çox az kişi olar ki, onun ehtiyacını tam ödəsin. Özünə münasib olmayanları sevmir. Digər tərəfdən, utancaq, psixoloji mövhumatlı impotentlərlə möcüzə yarada bilər; öz tərəfdaşının potensialını seks enerjisinə çevirər. İti ağlı və əla intuisiyası var. Ətrafına həddən artıq tənqidi yanaşır. Potensial dostlarını və sevgililərini uzun müddət öyrənir. Onunsa əsl xarakterini başa düşmək heç də asan deyil. Məqsədinə çatmaqda güclü iradəsi və böyük dözümü ona köməkdir. Seçdiyi yolda qətiyyətlidir; ətraf şəraitə uyğunlaşmağa cəhd etmir. Lakin xəyanəti heç bağışlaya bilmir. Qəzəbli qadın-Əqrəb iblisdən də dəhşətlidir. Onun qisasçılıq və dağıdıcılığı etibar və etimadını doğrultmayan şəxsi məhv etməyə qədər şiddətlənə bilər. Qısqanclıq — onun əsas nöqsanıdır. Zəifliyə nifrət edir. Ancaq bir şeydə əmin olun ki, o, emosional, ehtiraslı olduğu qədər də sevgisinə sədaqətlidir; özünü fəda etməyə, qurban verməyə də hazırdır. Nikah? Cördüyünüz kimi o, cənnət də, cəhənnəm də ola bilər; orta variant yoxdur. Yadda saxlayın: Zodiak bürcləri arasında Əqrəb hamıdan çox ifratçılığa meyl edir. Bu — təhlükəli qadındır. Əsəbləri zəif olanlar belə qadınların yanından ötüb keçməlidir.
Əqrəb bürcünün uyğunluğu
- Əqrəb — Qoç: Həddən artıq qeyri-sabit birlik. Qoç seksdə yenilikləri sevir, Əqrəb isə məmnuniyyətlə onlarda iştirak edir. Lakin Qoç qısqanc Əqrəb üçün həddən artıq azadlıqsevərdir. Hər ikisi eqoist, dinamik və ambisiyalıdır. Güclü qarşılıqlı cazibə yarana bilər, ancaq onların individualizmi ayrılığa səbəb olacaq. Qısa əlaqə, kələ-kötür uzunmüddətli münasibətlər.
- Əqrəb — Buğa: Hər ikisində tərəfdaşını yataqda məmnun etmək səyi var. Lakin gündüz vaxtı münasibətlərində fərqlər üzə çıxacaq: Əqrəb tənbəlliyin düşməni və simic, Buğa isə qazandığı pulu məsrəf etməyi xoşlayan insan. Hər biri qürurlu və tərsdir, üstünlük qazanmağa və hökm etməyə meyllidir. Yüksək seksuallıqları əlaqə imkanına ehtimal verir, ancaq nikah tamamilə şübhəlidir.
- Əqrəb — Əkizlər: Seksual baxımdan onlar yaxındırlar. Ancaq bu hələ hər şey demək deyil. Buna şüurlu münasibət zəruridir. Məqsədyönlü və inadkar Əqrəbə görə, Əkizlər hər şeyi həddən artıq asanlıqla qavrayırlar, qəbul edirlər. Dəyişkən Əkizlər malik olduqları iti ağlı hər bir fürsətdən istifadə etməklə nümayişkaranə göstərirlər. Əqrəb belə hərəkətləri açıq-aşkar vaxt itkisi hesab edir. Nahamvar əlaqə, çətin nikah.
- Əqrəb-Xərçəng: Bu iki su bürcü bir-birilə yaxşı yola gedir. Əqrəbin ehtirası Xərçəngdə həssas tərəfdaşını tapa bilir. Fiziki uyğunluq hər ikisinin əzab çəkdiyi qısqanclıq üzündən baş verən ixtilaflar azaltmağa kömək edir. Bunula belə, ixtilaflar yaranarsa kənar müşahidəci olmaq lazım deyil. Güc və havadarlığın harmonik ittifaqı daha çox ehtimal olunandır. Yaxşı əlaqə, gözəl nikah.
- Əqrəb — Şir: Hər ikisi çılğındır və kəskin ixtilaflar güc tətbiqilə qurtara bilər. Bu ittifaqda ehtiras çox şeyi idarə edir. Onlar bir-biri üçün fiziki cəhətdən cəlbedicidirlər, lakin Əqrəb Şirə onun ehtiyac hiss etdiyi hörmət və diqqəti göstərmir. Şirin izzəti — nəfsi yaralanır, bir çox situasiyalarda isə Əqrəbin qısqanc mülkiyyətçi səyləri sınağa çəkilir. Xoş əlaqə rnümkündür, lakin uzunmüddətli ittifaq uğursuzdur.
- Əqrəb — Qız: Onların bir çox maraqları üst-üstə düşür, lakin, bu — seksual sahəyə aid deyil. Onlar üçün yaxşı münasibətlər qurmaq çətin deyil. Qız öcəşkən, Əqrəb isə kobudluq dərəcəsində açıq ola bilər. Əgər Qız öz davranışına zəruri düzəlişlər edə bilərsə, yəqin ki, nəsə alına bilər. Müəyyən bir vaxt ərzində ruhi-mənəvi yaxınlıq; sonra isə Əqrəb özü üçün yeni seksual tərəfdaşlar axtarmağa başlayacaq.
- Əqrəb — Tərəzi: Əqrəb Tərəziyə həddən artıq mülkiyyətçi kimi və qısqanclıqla yanaşır. Tərəzi Əqrəb üçün həddərı artıq tənbəl və hissiyyatlıdır. Lakin hər ikisi ehtiraslıdır (hərçənd ki, Tərəzidə dəyişkən əhval-ruhiyyə var). Onlar birgə həyata məsuliyyətlə yanaşırlar. Tərəzinin dəbdəbəyə sevgisi üzündən problemlər mümkündür; Əqrəb bunu təmin etmək iqtidarında olmaya bilər. Əlaqələr müddətində tez-tez baş verən fırtınalar. Nikah da tam sakit keçməyəcək.
- Əqrəb — Əqrəb: Seksual planda onlar hətta suyun altında belə tonqal qalaya bilərlər. Lakin həddən artıq bir-birinə çox oxşayırlar. Hər ikisi qətiyyətli, mülkiyyətçi və qıSqancdır, dəhşətli xarakterə malik insandır. Əgər nədəsə fərqləri varsa, münasibətlərdə çatdaq əməiə gəlir və əlaqə buxarlanır. Onların ilkin qarşılıqlı cəzbetmələri yataq otağının isti atmosferindən kənarda uzun müddət qorunub saxlana bilməz. Əlaqə — ah! Nikah — oh. Dəhşətdir!
- Əqrəb — Oxatan: Təzə evə köçəndə onlara qiymətli hədiyyə verməyin: Əqrəb öz evini sevir, lakin Oxatan yola düşmək üçün həmişə çamadanını hazır saxlayıb. Oxatana azadtıq lazımdır, Əqrəb isə tələbkardır və həddən artıq böyük mülkiyyətçidir. Hətta Oxatanın yumor hissi də münasibətlərindəki nahamarlığı düzəldə bilmir. Onların qarşılıqlı cazibəsi sekslə izah olunur və uzun müddət davam edə bilməz. Bir gecəliyə — bəli, bütün həyatları boyu — xeyr.
- Əqrəb — Oğlaq: Hər ikisi inadkar, ambisiyalıdır və seksual baxımdan yaxşı uyğun gəlirlər. Böyük problemlər görünmür. Əqrəbin emosionallığı Oğlaqın təmkinilə yaxşı harmoniya təşkil edir. Əqrəbin sabitlik əldə etmək meyli Oğlaqın xoşuna gəlir. Əqrəb seksdə sentimentallıq axtarmır; bu, Oğlaqı da təmin edir. Uğurlu əlaqə, etibarlı nikah.
- Əqrəb — Dolça: Dolçanın əhval-ruhiyyəsindəki dəyişmələr Əqrəbi əsəbiləşdirir. Dolça evdən kənar ictimai işləriə məşğuldur; Əqrəb isə evə bağlıdır. Əqrəb azadlığı sevən Dolçanı özünə tabe edə bilmir. Dolça son dərəcə ünsiyyətcildir, Əgrəb isə əksinə. Əqrəb Dolçanın qeyri-praktik fikiriərini mənasız hesab edir. Yataqdakı akrobatika bu cütü biryerdə saxlamayacaq. Qoy hər biri öz yolu iiə getsin.
- Əqrəb — Balıqlar: Bu cüt üçün güclü qarşılıqlı meyl xarakterikdir. Balıqlar öz qətiyyətsizliklərini kompensasiya etmək üçün Əqrəbə bel bağlamağa hazırdırlar, və Əqrəbin hökmranlığa can atmağını məmnuniyyətlə qəbu! edirlər. Onların seksual həyatı məftunedicidir. Balıqlar ixtiraçı-yaradıcıdırlar. Əqrəb inadcıldlr. Həm əlaqə, həm də nikah uğurludur.
Əqrəblərin Sağlamlığı
Əqrəbin sağlamlığı tamamilə öz əlindədir. O, kədərli və bəd fikirlərə dalmaqla, habelə təhlükələrə qarşı laqeyd qalmaqla özünü məhv edə bildiyi kimi, güciü iradəsini toplayıb xilas da ola bilər. Əqrəbin anadangəlmə həyati qüvvələri böyükdür. Əqrəblər nadir hallarda xəstələnirlər, ancaq xəstəliyi ağır keçirirlər. Onların ən çox ağrıyan yerləri — burun (xroniki qanaxma), boğaz, ürək, kürək, ayaqlardır. Venaların genişlənməsi və qan-damar sisteminin xəstəlikləri tez-tez baş verir. Əqrəblər təhlükələrə nifrət etdiklərinə görə, onların başına çoxlu sayda bədbəxt hadisələr gəlir; əqrəblər yanğınlardan, partlayışlardan və s.-dən özlərini gözləməlidirlər. Əqrəblərin həyat enerjisi o qədər böyükdür ki, onlar doğularkən dünyaya gəlmələrini təmin etmək üçün əlavə qüvvələrə (enerjiyə) ehtiyac olur. Əqrəblərin doğumundan əvvəl və ya sonra bir il ərzində onların qohumları vəfat edir. Və əksinə Əqrəb vəfat edib bu dünyadan köçəndə azad olmuş enerji o qədər çox olur ki, yeni varlığın həyata gəlməsinə bəs edir. Əqrəbin ölümündən bir il əvvəl və ya sonra keçən müddətdə ailədə təzə uşaq doğulur.
Karyera və Əqrəb bürcü
Əqrəb bürcü altmda doğulan insanlardan şturman, cərrah, dənizçi, kimyaçı, şaxtaçı, mexanik çıxır. Əgər yaxşı səsi varsa, yəgin ki, onu estrada və opera müğənnisinin karyerası gözləyir.
Əqrəbdə idrak, hissiyyat və emosiyalar əla şəkildə tarazlaşıb. Əgər yüksək intellekti varsa, Əqrəbdən filosof ola bilər, həyatın mənasını axtarmaqla məşğul olar.
- Teqlər:
- əqrəb bürcü
- , capricorn
- , eqreb burcu
- , eqreb burcunun ozellikleri
- , eqreb burcunun xususiyyetleri
- , eqreb burcu haqqinda melumat
- , eqreb burcunun uygunlugu
Yaddaşı necə gücləndirmək olar?
Yadda saxlamaq və ya unutmaq beynin funksiyaları ilə əlaqədardır. Hafizə dərk edilən, qəbul edilən, öyrənilən şeyləri ağılda saxlama və xatırlama xüsusiyyətidir. Hafizə yerinə yaddaş sözü də işlədilir. Hafizə böyük bir nemətdir. İnsan keçmişini hafizəsi ilə yadda saxlayır, gələcəyini də bu hafizə ilə qurur. Unutqanlıq da öz-özlüyündə bir nemətdir. İnsan əziyyət çəkir, çətinliklərə qatlanır, ağrı-acını hiss edir. Bir müddət sonra isə unutqanlıq sayəsində sıxıntılarını xatırlamır, psixoloji baxımdan rahatlayır. Hətta keçmişin məşəqqətlərini xatırlamamaq bir xoşbəxtlikdir.
Müasir dövrdə yaddaşı gücləndirmək və mühüm məlumatları unutmamaq əksər insanların əsas problemidir. Görəsən, kompyuterlər, yaddaş kartları və s. texnologiyalar yaddaşı gücləndirir, yoxsa zəiflədir?
Tibbi baxımdan unutqanlıq
İnsan beyninin inkişafı müəyyən yaşa qədər (18-20 yaş) beyin hüceyrələrinin sayca artması ilə beyin həcminin böyüməsi şəklində gerçəkləşir. Mövcud beyin hüceyrələrindən istifadə və hüceyrələrarası əlaqələrin formalaşması ilə beynin inkişafı davam edir. Bu da beyindəki neyronlarla bağlıdır. Hamımız 20 yaşa qədər necə sürətlə öyrəndiyimizi və öyrəndiklərimizi uzun müddət unutmadığımızı bilirik. Bu sürətli qavrayış prosesi beynin iki istiqamətdə inkişafı ilə əlaqədardır. 20 yaşdan sonra isə beyin sadəcə mövcud olan beyin hüceyrələri arasındakı əlaqələri artıraraq inkişaf edir. Digər yandan da yavaş-yavaş hüceyrə ölümü başlayır. Biz nə qədər çox sahə ilə maraqlanır, intellektual səviyyəmizi nə qədər genişləndirirksə, beynimiz də o səviyyədə inkişaf edir.
Yaşın artması ilə hüceyrələrin ölməsi nəticəsində istifadə olunan hüceyrə bazası getdikcə azalır. Yenilənmə də həmçinin. Quran yaşlanma ilə əlaqədar insanın geri gedişini belə ifadə edir: “Kimə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?”.[1]
Bu səbəbdən bir müddət sonra beyin yeni şeylər öyrənərkən çox istifadə olunmayan bəzi məlumatları silir, kompyuterin yaddaşı kimi. Kompyuterin yaddaşı dolanda bəzi istifadəsiz məlumatları silib boş yer açmaq lazım gəlir. Beyinin öyrənməsi də keçmiş məlumatların silinib yenilərinin yazılması ilə mümkün olur. Dolayısilə, müəyyən yaşdan sonra hafizəmizdə təbii unutma prosesi baş verir. Zehin əhəmiyyətli saydığı məlumatları saxlayır, daha az əhəmiyyətli bildiklərini isə unudur.
Müəyyən yaşlarda həyatın axarında rastlaşdığımız stress, iş və ya dərsin çoxluğu, şəxsi həyatda itkilər kimi çətinliklər zamanı “unutqanlıq”dan şikayətlənirik. Bu şikayətlərin çoxu da diqqətin azlığı, depressiya kimi səbəblərlə bağlıdır. Unutqanlığın səbəbi nə olur-olsun, əgər bu hal gündəlik həyatımıza, iş və şəxsi həyatımıza təsir edirsə və unutqanlıq üzündən həyatda problemlərlə üzləşməyə başlamışıqsa, mütləq mütəxəssisə müraciət etməliyik.
Unutqanlıq fiziki xarakterli olduğu kimi, şeytani də olur
Şeytan yaradılışı etibarilə insanın damarlarında gəzib-dolaşa bilir. Beyindəki neyronlardan qan damarlarına qədər, hər yerdə gəzmə qabiliyyəti vardır. Allah Rəsulu buyurur: “Şeytan damarlardakı qan kimi insanın vücudunda gəzir. Mən onun qəlbinizə bir pislik salmasından qorxuram”.[2] Unutqanlığın şeytanın hiyləsi olduğunu göstərən Quran ayələri də vardır: “(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o, (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.”[3] Bir başqa ayəyə nəzər salaq: “Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz.”[4] Bu ayədə də şeytanın bəndələrə Allahı yada salmağı unutdurmasından bəhs edilir.
“Kəhf” surəsindəki ayədə isə Həzrət Musaya yoldaşlıq edən gənc şeytanın üzündən balığı yaddan çıxardığını deyir: “Görürsənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!” – deyə cavab verdi.”[5]
Beyinin möcüzəvi quruluşu və unutqanlıq
Tibbi araşdırmalara görə insan beyninə milyonlarla neyron (sinir hüceyrəsi) yerləşdirilmişdir. Allah-Təala bu neyronlar sayəsində insana neçə kitabxana həcmində biliyi öyrənmək və yadda saxlamaq qabiliyyəti vermişdir. Hafizənin əsas vəzifəsi məlumatı toplamaq, yaddaşda saxlamaq və lazım gələndə istifadəyə təqdim etməkdir.
İnsanların zehnini lüzumsuz və zərərli şeylərdən qoruduğu və yaradılış qayəsinə uyğun yaşadığı dövrlərdə bir şeyi bir dəfə eşitməklə əzbərləyən Əbu Hüreyrə (r.a) kimi fitri hafizəyə malik şəxsiyyətlər yetişmişdir. Allah Rəsulunun (s.a.s.) əmri ilə cəmi on-on beş gün ərzində ibranicəni məktub yazma, gələn məktubları tərcümə etmə səviyyəsində öyrənən Zeyd ibn Sabit (r.a) kimi yüzlərlə səhabə eşitdiyini bir dəfəyə öyrənən və bir daha yaddan çıxarmayan insanlardır. Xüsusilə, Tabiun və Təbeyi-tabiun dövrü güclü yaddaşını İslama sərf edən, elm öyrənib öyrədən alimlərin çoxluğu ilə yadda qalmışdır. Məsələn, Əhməd ibn Hənbəl mövzusu eyni olsa da, fərqli sənəd və mətinlərdə nəql olunan bir milyon hədisi əzbərləmiş və 40 min hədis ehtiva edən məşhur “Müsnəd”ini üç yüz min hədisin içindən seçərək ərsəyə gətirmişdir. İmam Buxari hədisləri rəvayət edənlərin adını və hədislərdəki fərqli sözləri əzbər deyirdi.
Ancaq son dövrlərə doğru hafizələr elə bil dondu, cılızlaşdı. Bu gün insanlar qısa və sadə mətnləri iyirmi dəfə oxuyub öyrənə bilmirlər. Bulanıq zehinlər, dağınıq fikirlər və kirli qəlblər həm öyrənmə müddətinin uzanmasına, həm də unutqanlıq xəstəliyinə gətirib çıxardı.
Hafizənin zəifləməsinin səbəbləri
Hafizənin zəifləməsinin bir çox səbəbi var. Beyin və hafizəni araşdıran alimlər beyin üçün zəruri fermentlərin çatışmamasını, stress və gərginlik zamanı beyin enerjisinin qısa müddətdə tükənməsini əsas səbəblərdən sayırlar. Bəzən də insanın fizioloji quruluşunun və fiziki xüsusiyyətlərinin də hafizə zəifliyinə səbəb olduğunu bildirirlər. Mütəxəssislər yaşlandıqca bədənin bəzi orqanlarının yorulduğunu, buna görə də bəzi funksiyalarını yerinə yetirə bilmədiyini deyirlər.
Bütün bunlarla yanaşı, keçmişdən bu günədək bəzi İslam alimləri həddən artıq yatmağın beyni kütləşdirdiyini, dolu mədənin zehnə mənfi təsir etdiyini, sübh namazından sonra kərahət vaxtında yatmağın və harama baxmağın da unutqanlığa səbəb olduğunu bildirmişlər. Həmçinin zehin kirliliyinin hafizəni zəiflətdiyini düşünən müsəlman alimləri lüzumsuz işlərdən, faydasız söhbətlərdən, lazımsız məlumatlardan və uzun-uzadı xəyallar qurmaqdan çəkinməyin vacibliyini vurğulamışlar. Hətta sistemsiz düşünmə vərdişinə yol açar və yaddaşı lüzumsuz məlumatlarla doldurar deyə qəbir daşlarının üstündəki yazıların oxunmasını belə düzgün saymamışlar. Bugünkü reklam lövhələri, maşın nömrələri, televiziya və qəzetlərdəki lüzumsuz səhnə və şəkillər qəbir daşlarındakı yazılar kimi zərərli ola bilər. Hərçənd, zehinləri kirlədən, qəlbləri bulandıran və hafizəni zəiflədən qarmaqarışıq bir dünyanın sakinləri olaraq bizlər qəbir daşlarındakı yazıların unutqanlığa səbəb olduğunu anlamaqda çətinlik çəkirik. Ancaq yaddan çıxarmayaq ki, saleh sələflərimiz məsələyə öz təmiz mühitlərindən yanaşmışlar.
Hesab edirəm ki, şəhvət hislərini körükləyən və nəfsani duyğuları oyadan amillər hafizənin zəifləməsində başlıca “rol oynayır”. Bu gün ailə və cəmiyyətin vəziyyəti xüsusən, gənclərin gözəl və sağlam yetişməsi baxımından qənaətbəxş deyildir. Üstəlik kənardan axıb gələn və ruhu zədələyən zərərli təlqinlər təmiz beyinləri iflic edir. Filmlər, televiziya verilişləri, teatr tamaşaları, moda sərgiləri, maqazin proqramları, gündəlik xəbərlər, siyasi polemikalar, idmançı və sənətçilərin əhəmiyyətli hadisə kimi nümayiş etdirilən hərəkət və sözləri, sırf maraq oyatsın deyə uydurulan yalanlar, hər cür sensassiyalar. onsuz da kifayət qədər zəifləmiş beyinləri büsbütün zəbt edir.
Və çağdaş dünyanın insanları haram dinləmək, haram danışmaq və harama baxmaq kimi günahlar bataqlığında çırpınmaqdadır.
Harama baxmaq hafizəni kütləşdirir
Allah dostları harama baxmağın unutqanlığa səbəb olduğunu israrla vurğulamışlar. Gözlərinə hakim ola bilməyən və daima şəhvani şeylərə baxan bir adamın hafizəsinin getdikcə kütləşdiyini bildirmişlər. Belə ki, İmam Şafei həzrətləri müəllimi Vəki ibn Cərraha hafizəsinin zəifliyindən şikayətlənmiş, o böyük alim də tələbəsini ən kiçik günahdan belə uzaq durmağa çağırmışdır: “Elm ilahi bir nurdur. Allah daima günah işləyən insana öz nurunu lütf etməz”. İmam Şafei ehtimal ki, mətni bir dəfə deyil, iki və ya üç dəfə oxuyaraq əzbərləməyə başlayanda hafizəsindən gileylənmişdir. Yoxsa İmam Şafei kimi böyük alimin, Allah dostunun bilə-bilə günah işlədiyini düşünmək olmaz.
Ümmətini harama baxmamağa səsləyən Allah Rəsulu (s.a.s.) kişi-qadın hər kəsin iffət libasına büründüyü bir dövrdə, özü də həcci yerinə yetirib Ərəfatdan qayıdarkən ətrafdakı qadınları görməsin deyə tərkinə aldığı (Həzrət Abbasın oğlu) Fəzlin başını sağa-sola çevirmişdi. Rəsulu-Əkrəm (s.a.s.): “Baxmaq şeytanın zəhərli oxlarındandır”, – buyuraraq onlardan qorunmağın vacibliyini vurğulamışdı.[6] Həzrət Əliyə, onun timsalında da bütün ümmətinə xitabən: “Ey Əli, qeyri ixtiyari gözünə ilişən harama ikinci dəfə baxma. Çünki ilk baxış lehinə, ikinci baxış isə əleyhinədir”, – buyurmuşdur.[7] İlk baxış qeyri-iradi, ikinci baxış isə iradidir. Həzrət Cərir (r.a.) Allah Rəsulundan (s.a.s.) ani baxışla əlaqədar hökmü soruşmuş, Peyğəmbərimiz (s.a.s.) də: “Nəzərini dərhal çevir”, – deyə buyurmuşdur.[8]
Yaddaşı nə cür gücləndirə bilərik?
Hafizəni zəiflədən şeylər olduğu kimi onu gücləndirən səbəblər də vardır. Xüsusilə, rejimli həyat, prinsipial işləmək, sistemli düşünmək və beyni daima işlətmək kimi amillər hafizənin qüvvətlənməsində vacib rol oynayır. Mütəxəssislər: “Çox işləmək beyni yorur” fikrini düzgün hesab etmir. Beyin yorğunluğunun səbəbi çox işləmək deyil, yanlış istifadə və ya istifadəsizlikdir. Bəli, beyin çox çalışmaqdan yorulmur, əksinə işlədikcə itiliyini, səmərəliliyini artırır. Beyni yoran və kütləşdirən işləmək yox, boş-bekar durmaq, düşünməmək, təfəkkür etməmək və bekar qalmaqdır. İstifadə olunmayan orqanlar passivləşdiyi, işlənməyən kotan pas atdığı kimi, hafizə də düzgün istiqamətdə işlədilməyəndə kütləşir.
Əfsuslar olsun ki, gündən-günə inkişaf edən texnologiya insan beyninin işini müəyyən qədər azaldır. Bu günün tələbələri hesablayıcı maşınlara və kompyuterlərə arxayın olub vurma cədvəlini belə əzbərləməyə ehtiyac görmürlər. Bu hazıra nazirlikdən irəli gələn tənbəllik də beyin şöbələrinin aktivləşməsini əngəlləyir. Bəli, insan mütləq texnoloji imkanlardan yararlanmalı, ancaq tarazlığı pozmamağa çalışmalıdır. Məsələn, hafizə kütləşməsin deyə sadə işlərdə kompyuterdən istifadə etməmək daha məqsədəuyğundur. Kompyuter hafizənin işini asanlaşdırmaqla yanaşı, elə proqramlaşdırılmalıdır ki, beyni məşq etdirsin. Kompyuterdən alternativ beyin kimi istifadə olunmalıdır. Özümüzü kompyuterə əmanət etməməliyik. İnsan əzbərləməkdən çox öyrənməyə önəm verməli və daha çox bu istiqamətə yönəlməlidir. Lakin bəzi əhəmiyyətli mətnləri əzbərləmək də zehni məşq etdirmək baxımından çox faydalıdır.
Digər tərəfdən, mütəxəssislər bəzi qidaların beynin işinə birbaşa təsir göstərdiyini də qeyd edirlər. Məsələn, səhər yeməyi beynin fəaliyyətinə müsbət təsir göstərir, səhər yeməyi yeməyən insanlarda isə diqqət dağınıqlığı meydana gəlir. Unutqanlığı azaltmaq və hafizəni qüvvətləndirmək üçün tərkibində beynin əsas qida maddəsi – qlükoza olan kişmiş kimi qidaların qəbulunu məsləhət görürlər.
Hafizəni qüvvətləndirmə namazı
Bilik və təcrübələri ilə bizə yol göstərən alimlərimiz hafizəni gücləndirib unutqanlığı azaltmaq üçün həm bir qisim dualar oxumuş, həm də hər səhər 21 dənə çəyirdəkli quru üzüm yeməyi adətə çevirmişlər. Allah dostları həmçinin yaddaş zəifliyindən gileylənən insanları bu hədisi-şərifdə göstərilən dörd rükətli namaza və namazın ardınca edilən duaya yönəltmişlər:
Bir gün Həzrət Əli Allah Rəsulunun yanına gəlib Qurani-Kərimi yadda saxlaya bilməməkdən şikayət edir:
− Quran qəlbimdən uçub gedir. Yadımda qalmır.
− Cümə gecəsinin son üçdə birində qalx, mələklər o zamana şahidlik edirlər, o vaxt edilən dualar qəbul olunur. Əgər o saatda qalxa bilməsən, gecənin əvvəlində və ya ortasında qalx, dörd rükət namaz qıl. Birinci rükətdə “Fatihə” və “Yasin”, ikinci rükətdə “Fatihə” ilə “Duxan”, üçüncü rükətdə “Fatihə” və “Səcdə”, dördüncü rükətdə “Fatihə” ilə “Mülk” surəsini oxu. “Əttəhiyyat”ı bitirdikdən sonra Allaha həmd-səna et. Mənə və başqa peyğəmbərlərə də salavat gətir. Kişi-qadın – bütün möminlərdən ötrü Allahdan bağışlanma dilə. Daha sonra da bu duanı oxu” − buyurur və “Hifz duası” adı ilə kitablara düşən duanı təkrar etməyi tapşırır .
Həzrət Əli (kərrəməllahu vəchəhu) bu məsləhətə beş və ya yeddi gecə əməl edir və gəlib Allah Rəsuluna belə deyir:
− Ey Allahın Rəsulu! Əvvəllər dörd-beş ayəni belə əzbərləyə bilmirdim. Amma indi qırxa yaxın ayəni əzbərləyə bilirəm. Ayələri oxuyanda da Allahın kitabı gəlib gözümün qabağında dayanır. Əvəllər bir hədisi eşidəndə təkrarlasam da, tam əzbərləyə bilmirdim. Amma indi hədisləri eşidib onları danışanda bir hərfini belə qaçırmıram.[9]
[1] “Yasin” surəsi, 36/68
[2] Əbu Davud, “Sünnət”, 18
[3] “Yusif” surəsi, 12/42
[4] “Möminlər” surəsi, 23/109-110
[6] Hakim, “Müstədrək”, 4, 314
[7] Tirmizi, “Ədəb”, 28; Əbu Davud, “Nikah” 44
[8] Müslim, “Ədəb”, 45; Əbu Davud, “Nikah” 44
[9] Tirmizi, “Daavat”, 114
Milli.Az
Papiloma, Ət xalı – Qorxmayın!
Bu mövzu çoxlarına nə qədər tanış olasa da bir o qədər də yaddır. Səbəb isə gündəlik həyatımızda dostlarımızda, tanışlarımızda, valideyinlərimizə həmçinin özümüzdə olan ət xalına sadə dərdən bir çıxıntı və ya doğuşdan bir necə deyərlər defekt kimi qəbul edib bu virusla yaşamağımızdı. Virus? Bəli, ət xalı HPV yani human papilloma virus adı verilən virus tərəfindən yaranan dəridə bəzən çox kiçik bəzəndə çox böyük xal kimi görünən virus kaloniyasıdır. Əgər sizdə bu virus varsa bilməlisiniz ki, bu virusun bir neçə növü var yalnız 2 növü rak xəstəliyinə yol aça bilir. Hə pis xəbərdi!. Yaxşı xəbər isə odur ki, bu virus dünya əhalisinin demək olar ki 75% də görülməkdədir. Virusun əsas təhlükəli olanları isə cinsi əlaqə ilə keçənlərdir. DİQQƏT! Hətta preservativlər belə sizi bu viruslardan qoruya bilməz!.
Aydın məsələdir ki, 20 yaşına çatmış hər bir oğlan ən azı bir qadinla münasibədə olmuşdur. Bu fakt bəziləri üçün aksioma, bəziləri üçün isə teoriya ola bilər. Nəsə qayıdaq mövzuya. Sual verəcəksiniz ki, bəs necə bilim ki, məndə bu virus var yoxsa yox? Bundan necə müalicə olmaq olar?
Ən ənəmə sadiq qalaraq öncə pis xəbərdən başlamaq istərdim. Bu virusun daşıyıcısı olub oladığını dərinizdən şiş şəklində çıxmayınca bilə bilməzsiniz. Bəs mualicə? İnternetdə kiçik bir axtarış aparsanız anlayatsınız ki, ümumiyyətlə virusu öldürən heç bir dərman vasitəsi yoxdur! Gələcəkdə olub olmayacağını bilmirəm amma hələlik bu mümkünsüz görünür.
Sizi pis xəbərlərlə kefinizi bir az daha korlamaq istəmirəm və ona görə yaxşı xəbərlərə keçim. Bildiyiniz kimi hər bir bətənin immunitet deyilən bir mexanizmi var. Bu mexanizm bədəni yad cisimlərdən və canlılardan qorumaq məqsədi daşıyır. Əgər sizin güclü bir immun siteminiz varsa və bədənizə hər hansı bir virus giribsə sizin immun sisteminiz bu virusla mübarizə apararaq onu öldürəcək. Sizin immun siteminiz spesifik olaraq düşən virus üçün antibody adlanan xüsusi protein istehsal edərək bu virusu önləyəcək və deaktivləşdirəcək. Düşünün ki, immun siteminiz təhlükəsizlik polisləridir və bədəninizdəki hansısa bir hüceyrə virusa yoluxarkən bu virusun bütün xarakteriztikalarını başqa sözlə desək şəklini polisə xəbər verir. Nəticədə isə polis lazımı tədbirlər görür və necə deyərlər cinayətkarı həbs edir. Əlbəttə bəzən elə olur ki, cinayətkarlarla polislər belə bacara bilmir həmçinin bu sizin immun sisteminizə də aiddir. Belə viruslara misal olaraq hamının çox yaxşı tanıdığı SPİD (HİV, AİDS) virusuni misal göstərə bilərik ki, hansı ki çoxalması ancaq immun hüceyrələrini yoluxdurmaqla gedir və nəticədə sizin immun sisteminizi zəyiflədir. Nəsə bu başqa mövzudur sadəcə sizə ümumi sistemin necə işlədiyini qısa olaraq başa salamğa çalşdım.
İmmun sistemini necə gücləndirə bilərik ?
Çox sadə sağıam həyat tərzi və qida! No Mcdonalds, No donər, NO FAST FOOD! Əgər sağlam qidalarla maraqlansanız gələcək postlarımda müxtəlif reseptlər paylaşa bilərəm.
Yenə qayıdaq HPV-ə (ət xalı). Sözüz ki, sizə hər şeydən öncə həkim məsləhəti lazımdır. Həkim mövzusunun isə özü elə bu virus kimi problemdir. Bizim həkimlər gələn xəstəni öncə qorxudub onu auraya salıb sonra sağma mexanizmini çoxdandan mənimsəyiblər və bu virus da o istisnalardan deyil (xüsusi ilə cinsi organinizda bu virus varsa).
Müalicəsi çox sadə üsulla aparılır. Sizə öncə imunnomodulyator tipli dərman verib immunitet sisteminizi aktivləşdirməyə çalışacaqlar. Note: bu üsul yalnız post soviet ölkələrində istifadə edilir. Bir neçə həftədən sonra isə xallar xüsusi kislata, nitrogen, və ya lazerlə yandırılıb götürüləcək. Həkimlərin ən çox istifadə etdiyi metod isə kislatadır. NOTE: əgər sizdə bu xal varsa başa düşün ki o infeksiya ocağıdır və çalışın bədəninizin digər hissələrini kontaktdan uzaq tutun!
Və sonda onu demək istəyirəm ki, bu post məlumat xarakterlidir və sözsüz hər şeyin ən yaxşısını həkimlər bilir!
Comments are closed, but trackbacks and pingbacks are open.