Press "Enter" to skip to content

Azərbaycan dilinin orfoepiya lüğəti

Məlumdur ki, respublikamızın şimal rayonlarında digər xalqlarla yanaşı, mənsub olduğum ləzgi xalqı da yaşayır. O da məlumdur ki, hər bir etnos özünün məskun olduğu yerə öz ana dilində ad verir, toponim də həmin adla tanınır və yazıya köçürülür.

Azərbaycan dilinin orfoqrafiya lüğəti

«AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ»
kitabında verilmiş bəzi ləzgi mənşəli toponimlərin düzgün yazılışı haqqında mülahizələrim.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 2004-ci ildə imzaladığı məlum fərmana əsasən çap edilmiş yuxarıda adı çəkilən kitabın xalqımızın gündəlik həyatında əvəzsiz xidməti olacağı şübhəsizdir. Bununla belə, kitaba əlavə edilmiş «Azərb.Respub.-da kənd və şəhər adlarının düzgün yazılışı» başlıqlı hissəsi bizdə böyük maraq doğurdu.

Məlumdur ki, respublikamızın şimal rayonlarında digər xalqlarla yanaşı, mənsub olduğum ləzgi xalqı da yaşayır. O da məlumdur ki, hər bir etnos özünün məskun olduğu yerə öz ana dilində ad verir, toponim də həmin adla tanınır və yazıya köçürülür.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzən ləzgi mənşəli yer adları onları yazıya alan şəxsin savadından, ləzgi dilinə yiyələnmə dərəcəsindən və işinə olan münasibətindən asılı olur… Bu sovet dövründə də belə olmuş, təəssüf ki, indi də belə olaraq qalmaqdadır. Fikrimi sübuta yetirmək üçün adı çəkilən kitaba müraciət edək. Təkcə bir rayonun-Qusar rayonu kəndlərinin timsalında yol verilmiş təhrif və xətalar haqqında, gəlin, ətraflı danışaq. Bu işdə «Ləzgi dilinin orfoqrafiya lüğəti» (Bakı,2011) kitabı yardımçımız olacaqdır.

  1. Aşağı Qələnxur. Ləzgi dilində kəndin adı- Ağa Kalunxür. Kəndin adı LDOL-in 13-cü səhifəsində də belə yazılmışdır. Əgər «xür»-«kənd» deməkdirsə, «xur»-döş», «sinə»mənasını verir. «Kkal»-«düzən yer»deməkdir. Deməli, kəndin adı Ağa Kalunxür»yazılmalıdır.
  2. Atlıxan. Ləzgicə kəndi Atluxanuba adlandırırlar. Bu toponim Atluxanuba yazılmalıdır.
  3. Lüğətdə Bala Qusar formasında getmiş kəndin adı Balaqusardır, beləcə də yazılmalıdır.
  4. Böyük kənd. Rayonda belə bir kənd yoxdursa, bu ad haradan peyda olmuşdur?
  5. Caqar formasında yazılmış kəndin adı Cağar kimi yazılarsa, daha məqsədəmüvafiq olardı.
  6. Çətgün adı ləzgi dilində Çetkkün kimi tələffüz edilir. Buna görə də Çetkün formasında yazılmalıdır.
  7. Əlix adı yerli əhali tərəfindən İlixъ kimi deyilir. Bu toponim İlix formasında yazılmalıdır.
  8. Əniq. Əhali bu adı Ünüğ kimi tələffüz etdiyinə görə, belə də yazılmalıdır.
  9. Əcəxur əhali tərəfindən Eççexür kimi deyilir. Bu toponim Ecexür yazılmalıdır.
  10. Əvəcuk adı ləzgilər tərəfindən Evecuğ kimi tələffüz olunursa, belə də yazılmalıdır.
  11. Gican. Görəsən Kçan adının bu cür yazılışını kim icad edib? Bəyəm bu kənddə yalnız giclər (xalqımdan üzr istəyirəm ifadəmə görə)yaşayırlar? Görün kəndin tarixi adını nə günə qoyublar?
  12. Girik adı Kkiriq kimi tələffüz edilir, Kiriq formasında yazılmalıdır.
  13. Gədəzeyxur adı Qadaziyixür kimi yazılmalıdır.
  14. Kəndin adı Haçatala olduğu halda, niyə Hacatala yazılmalıdır?
  15. Kənərçay ləzgicə Ğenervats kimi tələffüz edilir, mənası»Həyətlərdən yığılan çay»deməkdir. Ğenerçay münasib variant sayıla bilər.
  16. Quxur, Quxuroba. Bu adlar ləzgi dilindəki»qve»və»xür»sözlərinin(«iki+»kənd») birləşməsindən törənib, mənası «İkikənd»deməkdir. Qüxür, Qüxüruba kimi yazılmalıdır.
  17. Ləngi sözü heç bir dildə bir məna vermır. Ləzgi dilində Lanqu kimi tələffüz olunur,»düzəngah»mənasındadır.
  18. Mucuq, Muruq, Xuluq kimi lüğətdə verilmiş toponimlər Muruğ, Mucuğ, Xülüx formasında yazılsa, daha düzgün olardı.
  19. Nəcəfkənd kəndinin adı ləzgi dilində Necefxür kimi tələffüz edilirsə və bunun yazılışında heç bir maneə yoxdursa, adın tərcüməsinə nə ehtiyac varmış?
  20. Qusar rayonunda Palasa adında kənd yoxdursa, niyə kitaba yazılmışdır?
  21. Rayon ərazisində Naqvadmüğ kəndi vardır. Sual olunur: Kəndin adını kim və niyə tərcümə etmişdir (Torpaqkörpü kəndi)?
  22. Rayonda Dubur adlı kənd vardır, onu Yeni Həyat şəklinə hələ Sovet dövründə, özü də bir nəfərin təklifi ilə salmışlar. Təklif edirəm, kəndin əvvəlki tarixi adı özünə qaytarılsın.
  23. Yuxarı Zeyxurun adı ləzgi dilində Ziyixür şəklində tələffüz edilir(«Yenikənd»), ona görə də sonuncu kimi yazılmasını təklif edirik.
  24. Xürəl sözü heç bir məna kəsb etmir, onun Xürel formasında yazılması məqbuldur.
  25. Yerği kek kənd adı Yarği kek kimi yazılarsa, daha məqsədəmüvafiq olardı.
  26. Yarqun kəndinin adı səhvən olaraq Həzrə formasına salınıb. Buna heç ehtiyac vardırmı?

Azərbaycan dilinin orfoepiya lüğəti

Müasir ədəbi tələffüzümüzün əsasını Azərbaycan ziyalılarının danışığı təşkil edir. Bu ziyalılar müxtəlif rayonlardan olmalarına baxmayaraq, yazılı dilin təsiri altında ümumiləşmiş ədəbi dildə danışırlar. Ədəbi tələffüz həmin ziyalıların danışığından qidalanaraq öz qaydalarını süzgəcdən keçirir.

Müasir dilimizin orfoqrafiyası danışıq dili əsasında qurulduğundan bir sıra orfoqrafiya qaydaları eynilə orfoepiya üçün də qəbul edilə bilər.

Müasir dilimizin orfoqrafiyası ilə orfoepiyası arasında ümumi və ayrılan cəhətlər vardır. Fərqlənən çəhətlər orfoepiyanın xüsusiyyətləri ilə bağlıdır. Bu xüsusiyyətlər, başlıca olaraq, aşağıdakılardan ibarətdir:

1. Ədəbi tələffüzün əsas prinsipi tələffüzdə ağırlıq törədən, kobud səslənən, dilin ahənkini pozan cəhətlərdən qaçmaq, asanlıqla, sürətlə tələffüz edilən və zərif, incə, gözəl səslənən cəhətləri saxlamaqdan ibarət olmalıdır. Orfoqrafiyada morfoloji prinsipin tələbi üzrə felin şərt və arzu formaları keçmiş zamanda iki variantlı şəkilçilərlə (-sa, -sə, -a, -ə) verilirsə; məs.: alsa idi, gəlsə idi, ala idi, gələ idi, orfoepiyada bu şəkilçilər yazıda olduğu kimi qəbul edilə bilməz; əvvəla, ona görə ki, ümumxalq danışığında şərtin və arzunun hekayəsi həmişə bir variantlı şəkilçi ilə -sey, -ey-lə ifadə olunur və digər tərəfdən, şifahi dildə alseydim, aleydim formaları çox asanlıqda tələffüz edilib, danışığa zəriflik, incəlik gətirir.

2. Orfoepiyada ümumxalq danışıq xüsusiyyəti daşıyan cəhətlərə yer verilir, dar dialekt xüsusiyyətləri isə nəzərə alınmır.

Məlum olduğu üzrə, orfoqrafiya morfoloji prinsipdən çıxış edərək assimilyasiya hadisəsinə yol vermir, orfoepiyada isə, bunun əksinə olaraq, assimilyasiyadan geniş surətdə istifadə edilir. Lakin elə assimilyasiya tipləri vardır ki, onlar dar dialekt xüsusiyyəti daşıyır. Əlbəttə, assimilyasiyanın bu tipləri orfoepiyaya daxil ola bilməz. Məsələn, -lar şəkilçisi n səsi ilə bitən sözlərdən sonra gəldikdə ümumxalq danışıq xüsusiyyəti daşıyır və ədəbi tələffüzə daxil olur (danışannar, qalannar, odunnar və s.); lakin bu şəkilçi m səsindən sonra gəldikdə, məs.: adamnar dar dialekt xüsusiyyəti daşıdığı üçün orfoepiyaya daxil ola bilmir və bu söz yazıldığı kimi (adamlar) tələffüz olunur.

3. Orfoepiyada saitlərin uzun və qısa tələffüzü xüsusi əhəmiyyətə malikdir.

4. Şəkilçilərin tələffüzündə də ahəng qanunu əsasən gözlənir; lakin orfoepiyanın prinsipləri ilə əlaqədar olaraq bəzi şəkilçilərin tələffüzündə ahəng qanunundan kənara çıxma halları nəzərə çarpır.

5. Assimilyasiya və səs düşümü hadisəsi şifahi dilin xüsusiyyəti ilə bağlı olduğu üçün bunlar orfoepiyada daha geniş yer tutur.

Comments are closed, but trackbacks and pingbacks are open.