Press "Enter" to skip to content

Azarbaycan dilinin tarixi

Osmanlı sultanlarının məktubları o dövrki Səfəvi hökmdarlarının Azərbaycan dilində olan fərman və ya məktublarının dili ilə çox yaxındır. Buna görədir ki, S. Onullahi, A. Həsənov, Süleyman Əliyarlı kimi tarixçilər bu məktubların dilini Azərbaycan dili kimi göstərmişdir. Həmçinin o dövrdə, Anadoluda və Azərbaycan ərazisində danışılan dil bir-biri ilə çox yaxın idi və Fekete Layoşun da bildirdiyi kimi, Osmanlı dövlətində rəsmi sənədlərin yazılmasında istifadə olunan üslub o dövrdə Azərbaycanda istifadə olunan üslubdan xeyli təsirlənmişdir [9].

Səfəvilər dövründə Azərbaycan dili

Şah İsmayılın fərmanı 23 iyun 1512-ci il tarixinə aiddir. Bu fərmanı Azərbaycan və Azərbaycan dili tarixində müstəsna edən odur ki, fərman Azərbaycan dilində verilmiş ilk dövlət fərmanıdır [14].

Fərman Musa Turqut oğlu adlı şəxsə yazılmışdır. Musa Turqut oğlunun Qaramanlı bəylərindən olması ehtimal edilir. Məktubda Əhməd ağa Qaramanlının Şah İsmayıl tərəfdən oraya hakim təyin edildiyindən bəhs edilir. Fərman bəhs edilən dövrdə Şah İsmayılın Şərqi Anadoluda böyük nüfuza sahib olmasını sübut edir.

Məhəmməd Xudabəndənin Fərhad paşaya məktubu və Osmanlı sultanlarının məktubları Qazi Əhməd Quminin “Xülasət ət-təvarix” adlı əsərinin Berlin nüsxəsindən götürülmüşdür.

1585-ci ildə Osmanlı ordusu İrəvanı tutmuş və Təbrizə gedən yol onlar üçün açılmışdı. Bu zaman Osmanlı ordusunun komandanı Fərhad paşa İsmayıl adlı qasidini Məhəmməd Xudabəndənin yanına göndərərək işğal etdiyi torpaqların əlində qalması şərtilə sülh təklif etmişdir [15]. Xudabəndə isə Azərbaycan dilində yazıb göndərdiyi bu məktubda yalnız Amasiya sülhünün şərtlərini saxlamaqla sülhə razı olduğunu bildirmişdir.

Osmanlı sultanlarının məktubları o dövrki Səfəvi hökmdarlarının Azərbaycan dilində olan fərman və ya məktublarının dili ilə çox yaxındır. Buna görədir ki, S. Onullahi, A. Həsənov, Süleyman Əliyarlı kimi tarixçilər bu məktubların dilini Azərbaycan dili kimi göstərmişdir. Həmçinin o dövrdə, Anadoluda və Azərbaycan ərazisində danışılan dil bir-biri ilə çox yaxın idi və Fekete Layoşun da bildirdiyi kimi, Osmanlı dövlətində rəsmi sənədlərin yazılmasında istifadə olunan üslub o dövrdə Azərbaycanda istifadə olunan üslubdan xeyli təsirlənmişdir [9].

Sultan Süleyman Qanuninin məktubunda yenə də Şah Təhmasibə sığınmış Şahzadə Bəyazidin Osmanlıya təhvil verilməsindən bəhs edilir. 1562-ci ilin aprel ayının 23-də Qəzvində Şah Təhmasibə verilən məktub xalq dilinə çox yaxındır və sadə üslubda yazılmışdır. Sultan III Muradın məktubu isə Şirvanşahlar sülaləsindən olan Bürhan Mirzənin oğlu Əbu Bəkir Mirzəyə ünvanlanmışdır. Belə ki, Sultan Əbu Bəkr Mirzənin Şirvana yürüş təklifini bildirdiyi məktubuna cavab vermişdir. Qeyd edək ki, III Murad Əbu Bəkr Mirzənin farsca yazılmış məktubuna Azərbaycan dilində və yaxud da Türk dilində cavab vermişdir [7].

S. Onullahi və A. Həsənov həmçinin Səfəvi hökmdarı I Şah Səfinin Rusiya çarı Mixail Romanova ünvanlanmış məktubunu da üzə çıxara biliblər. Bu məktub XVII əsrdə yaşamış şair, xəttat və tarixçi Heydər bəy Evoğlunun “Məcmueye-murasilat” əsərindən aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, məktubun başlığı farsca yazılmışdır və buradan məlum olur ki, məktub Şah I Səfi Mazandaranda olarkən yazılmışdır. Məktubda şah kazakların Rusiyaya gedib-gələn tacirləri qarət etmələrindən, dinc əhaliyə basqınlar təşkil etməsindən gileylənir. Məktubdan sonra Çar qızılbaş tacirlərinə toxunulmaması barədə kazaklara göstəriş vermişdir [16].

Səfəvilər dövrünə aid tapılmış digər iki sənəd isə VII Səfəvi hökmdarı II Şah Abbasın Şirvan bəylərbəyi Hacı Mənücöhr xana məktubu və II Səfəvi hökmdarı Şah Təhmasibin Zeynalabidin Əli Əbdi bəyin “Təkmilatüləxbar” əsərinin yazılması haqqında fərmanından ibarətdir. Lakin bu iki sənəd Azərbaycan dilində dövlətlərarası yazışma mövzusuna aid olmadığı üçün bu yazımızda onlardan bəhs etməyəcəyik.

Günümüzə qədər Səfəvilər dövrünə aid edilən Azərbaycanca yazılmış 11 sənəd aşkar edilmişdir. Xronoloji baxımdan bu sənədlərin ən qədimi birinci Səfəvi hökmdarı Şah İsmayıla, sonuncusu isə əlində faktiki olaraq hakimiyyət olan sonuncu Səfəvi hökmdarı Şah Sultan Hüseynə aiddir. Bu da Səfəvilər dövlətinin bütün hakimiyyəti boyunca Azərbaycan dilinin dövlətlərarası yazışmada fars dili ilə yanaşı işlənməsini sübut edir [17].

Azərbaycan dilində yazılmış bir çox sənədin hələ üzə çıxarılmadığı güman edilir. Aşkar edilən sənədlərin xarici ölkə arxivlərindən və ya xarici ölkələrdəki muzey, şəxsi kitabxana və s. kimi yerlərdən tapılması yeni sənədlərin aşkar edilməsi prosesini xeyli ləngidir və çətinləşdirir.

Bu dövrə aid dövlət fərmanlarının və digər yazı nümunələrinin bir çoxu fars dilindədir. Azərbaycandilli tarixşünaslıqda bu sənədlərin bir çoxu T. Musəvinin “Orta əsrlər Azərbaycan tarixinə dair farsdilli sənədlər” və “Bakı tarixinə aid orta əsr sənədləri” adlı əsərlərində tərcümələri ilə birgə yerləşdirilmişdir. Həmçinin Azərbaycan tarixi üzrə qaynaqlar kitabında bir sıra farsdilli sənədlərin tərcüməsi verilmişdir.

Qeyd etmək lazımdır ki, o dövrdə müsəlman şərqindəki dövlətlərin demək olar ki, hamısında dövlət dili ya yalnız fars dili olmuş, ya da dövlət dillərindən biri fars dili olmuşdur [18]. Bu adət halını almış və uzun müddət davam etmişdir. Səfəvilər dövləti ilə eyni zamanda, mövcud olmuş Böyük Muğal imperiyasında, Buxara xanlığında fars dili rəsmi dövlət dili olmuş [19] [20], Osmanlı imperiyasında rəsmi dövlət dili olan Osmanlı dilinin (fars, ərəb və türk dillərinin qarşığından süni şəkildə yaradılmışdır) 90 faizi ərəb və fars sözlərindən ibarət olmuşdur [21].

Qaynaqlar

  1. Willem Floor Hasan Javadi? The Role of Azerbaijani Turkish in Safavid Iran
  2. Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, Çıraq, 2007
  3. Minorsky, V. (1954) “Jihān-Shāh Qara-Qoyunlu and His Poetry (Turkmenica)
  4. Javadi, H.; Burrill, K. (May 24, 2012) – Azeri Turkish Literature in Iran.
  5. Fakete Layoş, György Hazai, Fars palaeoqrafiyasına giriş
  6. L. Barkan, Osmanlı devrinde hükümdarı Uzun Ḥasan beye ait kanunlar
  7. Xaqan Balayev, Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən
  8. https://encyclopedia2.thefreedictionary.com/Lajos+Fekete
  9. Fekete Layoş, İran şahlarının iki türkcə mektubu, İstanbul Universiteti, Türkiyyat mecmuəsi, 1936
  10. V.Piriyev, “Azərbaycan dili islahatı nə vaxtdan bəllidir?” Ədəbiyyat qəzeti, 1992
  11. Ə. Məmmədov, “Şah Təhmasibin Azərbaycan dilində bir məktubu”
  12. S. Onullahi və A. Həsənov, Qaraqoyunluların, Səfəvi hökmdarları və türk sultanlarının Azərbaycanca beş yeni sənədi haqqında, 1977
  13. Zeynalabdin Əli Əbdi bəy, “Təkmilətül–əxbar”, Əbülfəz Rəhimlinin tərcüməsi, Elm nəşriyyatı, 1996
  14. N.M.Xudiyev, Azərbaycan ədəbi dilinin tarixi, 1995
  15. Oqtay Əfəndiyev, “Azərbaycan Səfəvilər dövləti”
  16. S.M. Onullahi, A.Q. Həsənov, “Azərbaycan hökmdarlarının daha iki naməlum məktubu haqqında”, Azərbaycan SSR-nın “Elmi əsərlər”i, 1974
  17. Ə.M. Dəmirçizadə, Azərbaycan ədəbi dilinin tarixi, 1979
  18. Schmitt, Rüdiger (1989). Compendium linguarum Iranicarum.
  19. Michel Conan Middle East Garden Traditions: Unity and Diversity: Questions, Methods and Resources in a Multicultural Perspective
  20. Robert L. Canfield, Turko-Persia in Historical Perspective
  21. Bertold Spuler, Persian Historiography & Geography , Encyclopedia of Arabic Language and Linguistics, Volume 4

Azarbaycan dilinin tarixi

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər).
Author:Kazımov Q.Ş.
Publisher: Bakı, «Təhsil»
Publication date: 2003
Number of pages: 255
Format / Quality: EXE
Size: 3.2 Mb
Language: Azarbaycan

Цитата:
Kazımov Qəzənfər Şirin oğlu (1937)-Ədəbiyyatşünas, dilçi, professor.

Həyatı

Qəzənfər Şirin oğlu 3 mart 1937-ci ildə Azərbaycan respublikası, Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləmişdir; 12 yanvar 2003-cü ildə vəfat etmişdir..

Q.Ş.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İki il – 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına daxil olmuşdur. 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Namizədlik dissertasiyasının mövzusu: “Ə.Haqverdiyevin dramaturgiya dili”; doktorluq dissertasiyasının mövzusu: “Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)”.

Q.Ş.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990-1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996-1999) olmuşdur. 1979-cu ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir; 2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiridir. Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Ədəbi tənqidlə məşğuldur. Respublika Yazıçıları Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür.

Əsas əsərləri: “Azərbaycan dilindən təcrübi məşğələlər” (1973), “Yazıçı və dil” (1975), “Komik-bədii vasitələr” (1983), “Bədii ədəbiyyatda komizm üsulları” (1987), “Qurbani” (1990), “Qurbani və poetikası”, (1996), “Sənət düşüncələri” (1997), “Dilimiz-tariximiz” (1998), “Müasir Azərbaycan dili.Sintaksis” (2000), “Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)” və s. Ali və orta məktəblərin “Azərbaycan dili” dərsliklərinin (“Azərbaycan dili”,7-8-ci siniflər üçün dərslik, 1983=cü ildən; “Azərbaycan dili”, rus məktəbinin 2-3-cü sinifləri üçün dərslik, 1977-ci ildən; “Azərbaycan dili” – 8-9-cu siniflər üçün – 2003-cü ildən ; “Müasir Azərbaycan dili.Sintaksis”, ali məktəblər üçün dərslik, 2000) müəllifidir. Mərkəzi mətbuatda 200-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuşdur. Əsas yaradıcılıq tstiqamətləri:

Kitabları

1.Əzık dramaturqii A.Axverdieva.-AKD,1965,35 s.
2.Azərbaycan dilindən təcrübi məşğələlər.-Bakı, APİ nəşri, 1973,297 s.(kollektiv)
3.Yazıçı və dil.-APİ nəşri,1975,228 s.
4.Komik-bədii vasitələr.-Bakı,Yazıçı,1983,188 s.
5.Qurbani.-Bakı,Yazıçı,1984,47 s.(rus dilində)
6.Əzık azerbaydjanskoy sovetskoy satiriçeskoy prozı.1920-1940 qq.(problema əzıkovıx sredstv i priemov komiçeskoqo),-ADD, Baku,1987,62 s.
7.Bədii ədəbiyyatda komizm üsulları.-Bakı, “Maarif”,1987,228 s.
8.Azərbaycan yazıçılarının əsərlərindən səhifələr (F.Həsənovla).-Bakı,”Maarif”,1988,77 s.
9.Qurbani (Toplayanı, tərtib edəni, ön sözün müəllifi Q.Kazımov).-Bakı Universiteti Nəşriyyatı,1990,278 s.
10.Qurbani və poetikası.-Bakı, ADPU nəşri,1996,198 s.(monoqrafiya)
11.Sənət düşüncələri.-Bakı, Dövlət Kitab Palatası,1997,576 s.
12.Dilimiz-tariximiz.-Bakı,Elm,1998,280 s.
13.Müasir Azərbaycan dili.Sintaksis.Ali məktəblər üçün dərslik.Bakı,”Ünsiyyət”,2000,496 s.
14. Azərbaycan dilinin tarixi.Ən qədim dövrlərdən XIII əsrə qədər.-Bakı, Təhsil” nəşriyyatı,2003.

Orta məktəb dərslikləri

1.Azərbaycan dili.-Rus məktəbinin 2-ci sinfi üçün (M.Səfərovla),1977-1995-ci il nəşrləri.
2.Azərbaycan dili.Rus məktəbinin 3-cü sinfi üçün,1996-cı il və sonrakı nəşrlər.
3.Azərbaycan dili.Azərbaycan məktəbinin 7-8-ci sinifləri üçün (M.Şirəliyev və M.Hüseynzadə ilə),1983-1993-cü il nəşrləri.
4.Türk dili (Y.Seyidovla birlikdə).-7-8-ci siniflər üçün, 1994.
5.Azərbaycan dili (Y.Seyidovla).-7-8-ci siniflər üçün, 1995 -2002-ci il nəşrləri.

Comments are closed, but trackbacks and pingbacks are open.