Qan testini nece ala bilerem
Ev şəraitində şəkəri neçə aşağı salmağın yollarını bilməklə, siz qanda şəkərin səviyyəsini, mədəaltı vəzinin ifraz etdiyi insulinin normasını nəzarətdə saxlaya bilərsiniz.
Qanda şəkəri necə salaq?
Ağız boşluğunda quruluq, susuzluq, artan iştah, həddindən artıq idrara çıxma, dəridə qaşınmalar, yaraların geç sağalması, yorğunluğun artması, zəif görmə – bu simptomlar qanda qlükoza səviyyəsinin artdığını göstərir.
Ev şəraitində şəkəri neçə aşağı salmağın yollarını bilməklə, siz qanda şəkərin səviyyəsini, mədəaltı vəzinin ifraz etdiyi insulinin normasını nəzarətdə saxlaya bilərsiniz.
Diabetin növləri: 1-ci tip və 2-ci tip şəkərli diabet.
1-ci tip – şəkərli diabet zamanı karbohidratlı qida qəbulundan sonra, qanda şəkərin səviyyəsi qalxır və orqanizmin qidanı mənimsəməsi üçün, orqanizm insulin qəbuluna ehtiyac duyur.
2-ci tip – şəkərli diabetdə orqanizmin əzələləri insulin qəbuluna həssaslığı çox aşağı olur. Bu tip xəstəlik növü irsi ötürülə bilir.
Onun inkişafı bədən çəkisinin artırılması, uzun müddətli stres, steroid hormonlarının qəbulu, viruslu infeksiyalar zamanı baş verir. Diabet xəstəsi həkim nəzarəti altında müalicə edilməlidir, əks halda qan damarlarına, böyrəklərə, görmə və sinir sisteminin funksiyalarına zərər yetirilə bilər.
Səhər yeməyindən əvvəl şəkərin səviyyəsi həm kişilərdə həm də qadınlarda 3.3-5.5 mmol / l olması normaldır. Yeməkdən 10-15 dəqiqə sonra qan şəkəri yüksəlir, 1 saat ərzində maksimuma çatır və bir neçə saatdan sonra normaya düşür. Gələcəkdə şəkərli diabet və mədəaltı xəstəliklərini müalicə etməmək üçün gün ərzində məqbul miqdarda şirniyyat istehlak edilməlidir.
Həkimlər sağlam gənclərin gündə 80 qram şəkər qəbul etmələrini məsləhət görürlər. Bir çay qaşığı 7 qr şəkər tozu tuta bilir, buna görə çay və ya qəhvədə istifadə olunan şəkərin normanın üstündəki şirinliyini hesablamaq heçdə çətin deyil. Bədənin vitaminlər, minerallar qəbul etməsi üçün şirniyyatların istehlakını məhdudlaşdıran və eyni zamanda pəhrizli şirin təbii məhsullardan istifadə edə bilərsiniz: ərik, üzüm, xurma, alma, armud, gavalı qurusu, yerkökü, bal rasionunuza daxil edin.
Sağlam olun!
Qan testini nece ala bilerem
Mensturasiyanız bir neçə gün, bəlkə də bir neçə həftə gecikib və ya içinizdə dəyişik nələrsə hiss edirsiniz. Bu zaman ağlınıza gələn sualları cavabladıq.
1. Hamiləlik testi nə zaman edilməlidir?
Hamiləlik testinin doğru nəticə verməsi üçün yumurtanın sperm tərəfindən döllənməsi, yəni HCG hormonunun ifraz olunmağa başlaması lazımdır. Əgər vaxtından tez test etsəniz, hamilə olsanız belə test neqativ çıxa bilər. Bu səbəbdən mensturasiyadan 3-4 gün keçməsini gözləyin.
2. Mensturasiyanız qaydasında deyilsə, hamiləlik testini nə zaman etməli?
Əgər xüsusi günləriniz həmişə gecikirsə, bu zaman başınız qarışa bilər. Belə vəziyyətdə test gününə qərar vermək üçün son 6 ay ərzində ən çox gecikdiyi müddətin keçməsini gözləmək lazımdır.
3. Hamiləlik testi etdim, lakin bir xətt solğun görünür. Bu nə deməkdir?
Hamiləlik testinin pozitiv nəticə verməsinin tək yolu bədəndə HCG hormonun olmasıdır. Bu isə sadəcə hamilə olarkən ifraz olunur. Bu səbəblə hamiləlik testində solğun da olsa 2 xətt görünürsə, bu hamilə olduğunuz mənasına gəlir.
4. İki dəfə hamiləlik testi etdim, əvvəl pozitiv sonra neqativ çıxdı, niyə belə oldu?
Belə bir vəziyyətlə qarşılaşmısınızsa, kimyəvi hamiləlik keçirmiş ola bilərsiniz. Bəs bu nə deməkdir?
Kimyəvi hamiləlikdə yumurta döllənir və uşaqlığa yerləşməyə başlayır. Lakin bir səbəblə yerləşməni tamamlaya bilmir. Bu səbəblə isə mensturasiyanız başlayır.
Mütəxəssislər bütün hamiləliklərin 70%-inin bu şəkildə bitdiyini düşünür. Qadınların çoxunun isə bu vəziyyətdən xəbəri olmur və sadəcə mensturasiyalarının gecikdiyini düşünürlər. Kimyəvi hamiləliyi anlamağın tək yolu erkən edilmiş hamiləlik testidir.
5. Hamiləlik testi etdim, pozitiv çıxdı, lakin sonra mensturasiyam başladı. Bu nə deməkdir?
Böyük ehtimalla yenidən test etsəniz bu neqativ nəticələnəcək. Yuxarıda da qeyd etdiyimiz kimi kimyəvi hamiləlik keçirmiş ola bilərsiniz.
6. Hamiləlik testi əvvəlcə neqativ sonra pozitiv çıxdı. Niyə belə olur?
Hamilə qalmağı çox istəyən və bu səbəblə də səbirsizcə davranan bir çox qadının qarşılaşdığı bir durumdur. Bu, ilk etdiyiniz testin vaxtından əvvəl olduğunu göstərir.
7. Hamiləlik testi neqativ çıxdı, amma özümü hamilə kimi hiss edirəm, nə etməliyəm?
Hamiləliyi müəyyən etmək üçün bir çox yol vardır və bunların arasında ən qəribəsi isə qadınların hissləridir. Bu səbəblə də bu hissləri bir kənara atmağınızı tövsiyə etmirik. Əgər testiniz neqativ çıxıb, özünüzü hamilə kimi hiss edirsiniz və bəzi əlamətlər də varsa, hamilə ola bilərsiniz.
8. Hamiləlik testi etdim, neqativ çıxdı, lakin mensturasiyam başlamadı.
Tələsən qadınlardan ola bilərsiniz. Çünki əgər hamiləsinizsə, testin pozitiv çıxması üçün sadəcə yumurtanın döllənməsi yetərli olmur. Əvvəlki açıqlamalarda da bildirildiyi kimi HCG hormonunun ifraz olunması lazımdır. Bu səbəblə bir az da gözlədikdən sonra yenidən test edin.
9. Mensturasiya dövründə hamilə qalmaq mümkündür?
Hamiləlik istəməyən və mensturasiya dövründə qorunmasız əlaqədə olmusunuzsa, hamilə olma ehtimalınız var. Xüsusilə mensturasiya dövrünün sonlarında təsadüf edibsə, bu risk daha da artır.
Qeyd: Mensturasiya dövründə vaginada mikrob və infeksiyalardan qorumağa kömək edən laktik turşu ifraz olunmur. Səbəblə sadəcə istənməyən hamiləlik deyil, eyni zamanda mikrob və infeksiya da qapa bilərsiniz.
Hamiləliyin ilk 12 əlaməti
Comments are closed, but trackbacks and pingbacks are open.